Ardını oxu...
Ötən il "Paşa Bank”ın iddiası əsasında kredit borcuna görə məhkəmə çəkişməsinə cəlb olunan Bakı şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Eldəniz Lahıcov Rusiyada iflas elan etdiyi biznesini Türkiyəyə köçürüb. Eldəniz Lahıcovun oğlu Fuad Lahıczadə İstanbulun xammal tədarükü, ticarət və logistika sahəsində öndə gedən şirkətlərindən olan "Flex Grup Dış Ticaret A.Ş"-nin səhmlərinin bir qismini alaraq şirkətə ortaq olub.
Eldəniz Lahıcov 2003-cü ildə vəzifədə olarkən ABŞ səfirliyi üçün ayrılan torpaq sahəsinin alqı-satqısı zamanı vətəndaşları aldatmaqda günahlandırılaraq məhkəmənin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edililib.
Cavanşir Həsənli
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
 
Ardını oxu...
Nizamanmə kapitalı 1 AZN olan "LEADS GROUP SUPPLY" MMC-ni Qazax Rayon İcra Hakimiyyəti elan etdiyi iki tenderdə qalib etməsi barədə xəbər vermişdik.

32gun.az xəbər verir ki, sözügedən MMC bu dəfə Mingəçevir Şəhər İşiqlanma İdarəsinin tenderinin qalibi olub.

Belə ki, idarənin 2023-cü il ərzində mövcud işıqlanma sisteminin istismarı ilə əlaqədar alınacaq mal - materialların satınalınması ilə bğlı elan etdiyi tenderdə "LEADS GROUP SUPPLY" MMC qalib olub və tərəflər arasında 54.918,62 AZN-lik müqavilə imalanacağı gözlənilir.

Tenderə əsasən idarə Lampa (civə-buxar),Kompakt (led) lampa, Elektroavtomat, elektrik, Kabel AVVQ, Müxtəlif rəngli boyalar, izolent, İmpulslu alışdırıcı, və.s ilə təmin olunmalıdır.

Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi ƏLİ ƏHMƏDOV VİDADİ OĞLUdur. Şirkətin nizamnamə kapitalə isə cəmi 1 AZN-dir.

Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mingəçevir Şəhər İşiqlanma İdarəsinin rəisi isə Azəri İsmayılovdur.
Ardını oxu...
2024-cü ilin 7 fevral tarixində Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı birinci mərhələ davam edir. İlk mərhələdə prezidentliyə namizəd olan şəxslərin qeydiyyatı aparılır.

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiq olunan təqvim planına görə, namizədliyin irəli sürülmə mərhələsi 2023-cü ilin 19 dekabr tarixində başlayıb, 2024-cü il yanvarın 8-i axşam saat 18:00-dək davam edəcək. MSK-dan verilən son məlumata görə, hələlik ümumilikdə 15 nəfərin namizədliyi təsdiqlənib.

Məlumat üçün bildirək ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Daha sonra MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.

MSK son olaraq 2 gün əvvəl daha 8 nəfərin - namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin təsdiq olunmasını qəbul edib.

Qeyd edək ki, Seçki Məcəlləsində nəzərdə tutulan qaydalara uyğun olaraq, namizədin rəsmən qeydiyyata alınması üçün səsvermə hüquqlu şəxslərin minimum 60 dairədən 40 min etibarlı imzaya ehtiyacı var.

Prezidentliyə namizədlər yanvarın səkkizinə qədər müvafiq sənədləri təqdim etməli, həmin imzalar isə MSK-da təsdiqlənməlidir. Bundan sonra namizədlər 15 yanvar – 6 fevral tarixlərində baş tutacaq 22 günlük seçkiqabağı təşviqat mərhələsində iştirak edə bilərlər.

Məlum məsələdir ki, namizədlər sırasında şansı və nüfuzu aşağı olan, bəlkə də çoxlarının adını belə eşitmədiyi şəxslər də var. Maraqlısı da odur ki, cəmiyyətə məlum olmayan bu şəxslər ciddi maddi və insan resursu tələb edən prosesin sonunda öz adlarını namizədlər siyahısına yazdıra biləcəklər, ya yox?

Açığı, partiya sədrlərinin bu mənada işi bir qədər yüngül olsa da, iki həftədən az müddət ərzində bütün fərdi namizədlərin MSK-ya 40 min imza təqdim edəcəkləri real görünmür.

Daha bir maraqlı məqam isə odur ki, namizədliyi tanınan 15 nəfərdən 10-u seçki prosesində fərdi qaydada iştirak edir.

“AzPolitika.info” mövzunun aktuallığını nəzərə alaraq namizədlərin bir neçəsi ilə əlaqə saxlayıb və sözügedən məqamlarla bağlı onların fikirlərini öyrənib. Düzünü desək, namizədlərin bir qismi cəmiyyətə məlum olmadığı kimi, elə mətbuata da yad isimlərdir. Adıçəkilən şəxslərin bir çoxu son vaxtlar medianın diqqətindən və maraq dairəsindən uzaq qaldıqları üçün onlarla əlaqə yaratmaq cəhdlərimiz uğursuz olub. Bu səbəbdən də mediaya daha yaxın olan şəxslərin fikirlərini öyrənməyə çalışmışıq.

Ələqə saxladığımız ilk şəxs Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa olub.

F. Mustafa bildirdi ki, artıq imzatoplama mərhələsini yekunlaşdırmaq üzrədirlər: “Bölgələrdə olan təşkilat üzvlərimiz prosesdə çox fəal iştirak edirlər. Əlbəttə, təcrübəmiz olduğundan bu prosesi sistemli şəkildə aparırıq. Digər tərəfdən, seçki qərargahımız gecə-gündüz toplanan informasiyaları bir araya gətirib, yekun sənədləri hazırlamaqla məşğuldur. Yəqin ki, yaxın günlərdə prosesi tamamlayıb, imzaları MSK-ya təqdim edəcəyik. Bir sözlə, proses düşündüyümüz qrafik üzrə davam edir. Hər halda məlumdur ki, qış fəslidir və belə bir dönəmdə qapı-qapı gəzməyin nə qədər çətin olduğunu hər kəs bilir. Ancaq inanırıq ki, sonda müsbət bir nəticə əldə olunacaq”.

Millət vəkili Zahid Oruc isə “AzPolitika.info”-ya bildirib ki, MSK-nın namizədliyini təsdiq etdiyi 21 dekabr tarixindən etibarən imzatoplama mərhələsinə start veriblər.

Z.Oruc qeyd edib ki, növbədənkənar prezident seçkiləri 60 dairənin hər birindən minimum 50 imza olmaqla ölkəmizin bütün coğrafiyasını əhatə edir: “Bunun üçün könüllülərdən ibarət böyük bir qrup yaradılıb. Artıq proses yekunlaşmaq üzrədir. Müəyyən edilmiş sayda imza təqdim olunduqdan sonra Seçki Qərargahı bütün imzaları yekun dəyərləndirmədən keçirir, ardınca hansı dislokasiyaları əhatə etdiyinə dair akt tərtib olunur və yekunda birinci maliyyə hesabatı deklarasiya ilə birlikdə MSK-ya təqdim olunur. Ötən illərdə mənimlə birlikdə çalışan fədakar insanların bu işdə zəhmətini ayrıca qeyd etmək istərdim. Ümid edirik ki, qarşıdakı günlərdə bu vacib mərhələni yekunlaşdıra biləcəyik”.
Ətraflı
Ad - 00:20

Zahid Oruc uzun illər siyasətdə olan biri kimi, fəaliyyətlərini çevik təşkilati mexanizmlər üzərində qurduqlarını və bunun üçün də 40 min imzanın toplanacağına inandıqlarını deyib.

Sabiq maliyyə naziri Fikrət Yusifov da “AzPolitika.info”-ya açıqlamasında imzatoplama kampaniyasına başladıqlarını bildirib: “Proses başlayıb və işlər sürətlə gedir. Məntəqələr üzrə şəxslər təyin olunub. Hədəfimiz qanunun müəyyən etdiyi çərçivədə 60 seçki dairəsi üzrə minimum 40 min imza toplamaqdır. Yanvar ayının 5-6-na qədər prosesi yekunlaşdırmaq istəyirik. Hesab edirik ki, təyin olunan vaxta qədər bu imzaları toplaya biləcəyik”.

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev "AzPolitika.info"-ya bildirib ki, artıq onlar da imzatoplama kampaniyasına başlayıblar.

"İmza vərəqələrini götürməzdən əvvəl də biz artıq öz hədəflərimizi müəyyənləşdirmişdik. Müxtəlif yerlərdə hörmətli adamlarla danışıb, onlardan kömək istəmişdik. Deyə bilərəm ki, bir çox məsələləri həll etmişdik. Rəsmi imzatoplama kampaniyasına da başlamışıq və müxtəlif yerlərdə işlərimiz sürətlə gedir. Təbii ki, maliyyə və insan resursu baxımından çox ağır bir prosesdir. Lakin rayon şöbələrimiz olduğundan, hazırlığımızı əvvəlcədən görmüşdük. Deputat olduğum üçün tanınıram və tanındığıma, xalqın sözünü dediyimə görə imzatoplama kampaniyasında insanlar məmnuniyyətlə imza verirlər. Şükür Allaha, işimiz o qədər də çətin getmir. İnanıram ki, yaxın günlərdə imzatoplama kampaniyasını bitirəcəyik", - deyə o bildirib.

Namizədlərdən Elşad Musayev isə daha öncə mətbuta açıqlamasında 40 min imza tələbinin çətin məsələ olduğunu deyib: “Bunu etiraf etmək lazımdır. Qısa müddətdə 40 min imzanı toplamaq lazımdır. Siyasi partiyaların çoxu çalışacaq ki, seçkidə müəyyən uğurlar qazansınlar. Təəssüflər olsun ki, Azərbaycanda yeni gənc siyasi qüvvələr yoxdur, gənclər siyasətə gəlmir. Məhz bu cür problemləri aşmaq üçün seçkilərə qatılmaq lazımdır. Ən azından seçkilərin alternativsiz keçməsinə imkan verə bilmərik. Kənardan deməsinlər ki, “alternativ yoxdur”, nəticələri şübhə altına salmasınlar. Bütün siyasi qüvvələr əllərini daşın altına qoymalıdır. Dövlətçiliyimiz bunu tələb edir”.

Milli Məclisin sabiq üzvü Qulamhüseyn Əlibəyli isə “AzPolitika.info"-ya bildirib ki, artıq seçki dairələrində imzaların toplanması üçün məsul olan şəxslər müəyyən olunub.

“Seçki qərargahı da bu yaxınlarda digər məsələlərlə bağlı fəaliyyətə başlayacaq. İmza vərəqələrini alan kimi, məsul şəxslərə çatdırmağı düşünürük. Qarşıdan bayram günləri gəlir, vaxt da azdır, amma düşünürəm ki, əksər təşviqat işlərini bitirmişik. Artıq əsas iş imza toplayan şəxslərin qabiliyyətinə, bacarığına qalır. İmzaların toplanmasıyla bağlı əksər seçki dairələri üzrə 150 şəxs müəyyən etmişik. Bölgələrdə də olmaqla, təxminən 70 seçki dairəsində imza toplamağa çalışacağıq. Ümid edirəm ki, vaxtında bu imzaları toplayıb, MSK-ya təqdim edə biləcəyik”,- deyə o qeyd edib.

Xatırladaq ki, hələlik yalnız YAP öz namizədi İlham Əliyev üçün topladığı imzaları MSK-ya təqdim edib. İki gün öncə verilən açıqlamada qeyd olunub ki, YAP 50 min seçici imzasının olduğu imza vərəqələrini MSK-ya təqdim edib.
Ardını oxu...
Məlum olduğu kimi, IDEA İctimai Birliyi təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi həyata keçirir. Bu layihə çərçivəsində bir çox yaşayış massivlərinin həyətləri abadlaşdırılır. Şübhəsiz ki, görülən bu işlər və təşəbbüsün özü son dərəcə xoşməramlı addımlardır. Təbii ki, layihənin reallaşmasında
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva başlıca, müstəsna rol oynamaqdadır. Eyni zamanda, vətəndaşların etdiyi müraciətlərə həssaslıq və diqqətlə yanaşılır. Bu xoşniyyətli ideyadan irəli gələrək paytaxtın Suraxanı rayonu, Yeni Günəşli massivində yerləşən "Sahil - S İnşaat" şirkətinə aid binanın sakinləri hörmətli Leyla Əliyevaya müraciət ünvanlayıb. Anaxeber.info bildirir ki, sakinlər L.Əliyevadan onların binasını həyətinin abadlaşması üçün dəstək verilməsini xahiş ediblər. Bina sakinlərinin sözlərinə görə, bu günə kimi bir çox işlər öz resursları, gücləri hesabına görülüb: "Hörmətli Leyla xanım, biz bilirik ki, həyətlərin abadlaşması kimi fərqli ideyanın müəllifi sizsiniz. Bu məqsədlə bir çox həyətlər abadlaşıb. Elə bil ilin martında Suraxanı rayonunun Qaraçuxur Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “Q” yaşayış massivi, Süleyman Əhmədov küçəsi 21, 22, 23, 24, 25, 26, 27 ünvanında 1200 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları bu işlər əhatə edib. Biz də Yeni Günəşli sakinləriyik və sizə müraciət edərək köməklik göstərilməsini istəyirik. İnanırıq ki, ilin sonuna az qalmış, bayram ərəfəsində buradakı bütün ailələri, övladları sevindirəcəksiniz".
Sakinlər qeyd ediblər ki, bina onların əziyyəti hesabına araya-ərsəyə gəlib: "Mətbuatda yayımlanan məlumatlardan bəllidir ki, bu bina sakinləri şirkətin rəhbərləri tərəfindən dələduzluqla üzləşiblər. Nəticədə həmin şəxslər həbs olundu və biz məcbur qalaraq öz vəsaitimiz hesabına yarımçıq qalan tikintini davam etdirdik. İndiyə qədər kommunal infrastruktur və digər məsələlər də müraciətlərimiz, xahişlərimiz sayəsində həllini tapıb. Çünki bizə satılan mənzillər təkrar başqlarına satılıb. Nəticədə yüzlərlə insanın pulu mənimsənilib. Biz uzun müddət bu problemlərlə məşğul olduq, çox çətinliklə, sakinlər arasında toplanan vəsaitlə lift və başqa lazım olan avadanlıqları aldıq. İndisə həyətimizin abadlaşmasına çox böyük ehtiyac var. Əziz Leyla xanım, sizin "Yeni həyət", "Abad həyət" layihələriniz bir çox yerlərdə sakinlərin üzünü güldürür, onları sevindirir. Biz və övladlarımız da o sevinci yaşamaq istəyirik. İnanırıq ki, Sizə etdiyimiz bu müraciətə müsbət cavab gələcək və binamızın həyəti dəstəyiniz sayəsində abadlaşacaq".

Müəllif: Azər Talıbov - Mənbə: anaxeber.info
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Bakının Qaradağ rayonunda yerləşən istirahət parkı baxımsız vəziyyətdədir.

Belə ki, Müşfiqabad qəsəbəsində yerləsən parkın ərazisində məişət tullantılarının atılması üçün zibil qapları qoyulmadığından antisanitar vəziyyət yaranıb.

Ətrafda yaşayan sakinlərin sözlərinə görə, burada həmçinin, futbol meydançası yararsız hala düşüb, ərazidəki bir çox ağaclar isə quruyub.
Ətraflı “ATV Xəbər”in süjetində:
 
Ardını oxu...
"Kristal Abşeron" qədər ölkədə qanunları kobud şəkildə pozan 2-ci tikinti qurumu tapmaq çətindir.

Hurriyyet.az xəbər verir ki, bunu Əmlak Ekspert Mərkəzinin direktoru, əmlak məsələləri üzrə mütəxəssis Ramil Osmanlı bildirib. O, şirkətin paytaxtda apardığı tikintilər zamanı yol verdiyi nöqsanlardan danışıb. Bildirib ki, "Kristal Abşeron" avtomobil yolları, piyada səkiləri, yol çiyinləri ilə bağlı bütün normativ hüquq aktları kobudcasına pozur: "Həmin hissələri qeyri-qanuni zəbt edir, zəncirlətdirir, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin 2, bəzi hallarda hətta 3 zolağını zəbt etməsinə məcburi şərait yaradır. "Kristal Abşeron"un ölkədə qanun olduğundan xəbərsiz olan əməkdaşları gecə saatlarında həyətyanı sahələrdə nəqliyyat vasitəsinin saxlanmasına mane olur (bu həm də qaraj sahələrinin satılması üçün bir vasitədir), bu qaydalardan xəbərsiz olan bir qonaq həyətdə maşın saxlayıbsa, gecə saat 1-də, 2-də belə əməkdaşlar sahə mülkiyyətçilərinin bir-bir qapısını döyür, onları narahat edir. Adam başa düşmür ki, həyətyanı sahə sahə mülkiyyətçilərinin ümumi əmlakıdır. Bu məsələ Mənzil Məcəlləsinin 35-ci maddəsilə tənqimlənir. Hansı ki, həmin məcəllə, müvafiq qanunlar şirkətin sahibi olan deputat Ağalar Vəliyevin təmsil olunduğu Milli Məclisdə, onun səs verməsi ilə qəbil edilir.

Bundan başqa mülkiyyətçi bir ətək pul verib səndən mənzil alıb ki, ona darğalıq edəsən?"
R.Osmanlının sözlərinə görə, "Kristal Abşeron" həm də inşa etdiyi binalarda mənzil idarəçiliyini qeyri qanuni mənimsəyib, sakinlərin hüquqlarını pozur, toplanan kommunal vəsaitlərlə bağlı sakinlərə hesabat vermir və s. "Bunlar o şirkətin yol verdiyi nöqsanların kiçik bir hissəsidir" - deyə ekspert qeyd edib.

Tarixçi alim Zaur Əliyev "Kristal Abşeron"un inşa etdiyi binada qaldığını bildirib. O qeyd edib ki, binanın keyfiyyəti haqda danışmaq mümkün deyil, olduqca bərbad inşa edilib: "Binalara belə işıqlar keyfiyyətsiz kabellərlə çəkilib. Bir binada nə qədər kabel dəyişmək olar? Şəxsən yaşadığım binada kabellərin dəyişdirilməsinin sayını-hesabını itirmişəm. Bunu birdəfəlik keyfiyyətlisi ilə etmək olmazmı?"

Qeyd edək ki, bundan əvvəlki yazımızda şirkətin sahibi olan deputat Ağalar Vəliyevin parlamentdə "susqun deputatlar"dan biri olması ilə bağlı yazmışdıq. Milli Məclisin rəsmi saytında yerləşdirilən stenoqramlar üzərində apardığımız araşdırmalar nəticəsində məlum olub ki, A.Vəliyev 2020-ci ilin fevralından - növbədənkənar parlament seçkilərində yenidən mandar almasından bəri keçirilən plenar iclaslarda yalnız bir dəfə çıxış edib. O da elə həmin ilin aprelində 2019-cu ilin büdcəsinin icra vəziyyəti müzakirə edilərkən mədhiyyə xarakterli bir çıxış olub.

Onu da bildirək ki, şirkətin rəsmi saytında hazırda 12 layihənin icra edildiyi, indiyədək isə 17 layihənin tamamlandığı bildirilir.

AFN.az
Ardını oxu...
Tovuz o rayonlardandır ki, üzdəniraq qonşularımızla həmsərhəd olmasına baxmayaraq onlara nə bir qarış torpaq vermiş nə də əhalisi Birinci Qarabağ müharibəsində öz evlərini tərk etməmişdir.

Hamıya məlumdur ki, 44 günlük Vətən Müharibəsi bədnam qonşularımızın Tovuza hücumu ilə başladı. Bizim Zəfərimiz Tovuzdan keçdi. Haqqında danışacağımız kəndlərin özünündə ona yaxın şəhidi, yüzlərlə qazisi var. Amma bütün bunlara baxmayaraq 21-ci əsrdə müasir dünyanın, çağdaş Azərbaycanımızın bu qədər inkişaf etdiyi məqamda təəssüflər olsun ki, bu rayonun kəndlərinin əhalisi şəraitsizlik içində çox əziyyət çəkirlər.

Bu gün ölkəmizdə Tovuzun kəndlərindən də pis vəziyyətdə yolları olan rayonlara yol və qaz çəkildiyi halda belə bir rayonun əhalisi şəraitsizlikdən əziyyət çəkməkləri aidiyyətı qurumların diqqətsizliyindən başqa bir iş deyil. Söhbət Tovuz rayonunun ermənilərlə sərhəd kəndləri olan Çeşməli, Abbasqullar, Papaqçılar, Məşədivəlilər, Qandallar, Həsənli, Güvəndik kəndlərindən gedir. Cəmi 15-20 kilometrlik asfalt yola ehtiyacı olan bu kəndlərdə hər gün işə, məktəbə getmək çox təhlükəlidir.

Kənd ərazilərini mərkəzlə birləşdirən yol üzərində qurulmuş körpü istifadəyə yararsız haldadır. Bu körpü uçarsa sadalanan kəndlərin rayon mərkəzi ilə əlaqəsi tamami ilə kəsiləcək. İqlim şəraiti baxımından sel daşqınlarının ən intensiv baş verdiyi bu torpaqlarda yolların bu vəziyyətdə olması insan həyatına laqeydlik əlamətidir. Yuxarıda sadaladığımız kəndlərdə məktəblilərin soyuq qış aylarında dərsə getməsi mümkünsüzdür.

Yolsuz, şəraitsiz kəndlərin həm də qaz problemi var. Tam yaxın ərazilərdən keçən qaz xətləri olsa da amma nədənsə 20 kilometr yola ehtiyacı olan bu sərhəd kəndlərin qazla təmin olunması heç kimin yadına düşmür.

Ümüd edirik ki, aidiyyəti qurumlar məsələ ilə yaxından maraqlanacaqlar.

AZİNFORM.AZ mövzü ilə bağlı video reportajı təqdim edir:

 
 
 
Ardını oxu...
“Araz” supermarketlər şəbəkəsi vətəndaşa xarab olmuş “Stet” konfetləri satıb.

Pravda.az xəbər verir ki, bu barədə şikayət edən vətəndaş görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Onun sözlərinə görə, xarab olmuş konfeti “Araz” supermarketlər şəbəkəsinin İnşaatçılardakı A.M.Şərifzadə 128A ünvanında yerləşən filialından alıb:

“Vəziyyətə baxın. Yaxşı ki, kiməsə pay verilməyib, qonaq süfrəsinə qoyulmayıb. Bu biabırçılıqdır. Əlaqə nömrələrinə də cavab verən yoxdur. Bu, müştəriyə qarşı hörmətsizlikdir”.

Vətəndaşın paylaşımına “Araz” tərəfindən belə şərh yazılıb:

“Hörmətli müştərimiz, zəhmət olmasa, qeyd olunan məsələnin tərəfimizdən araşdırılaraq lazımi tədbirlərin görülməsi üçün ismarıc bölməsinə əlaqə nömrənizi qeyd edərdiniz”.

Aytəkin Qardaşova

Ardını oxu...
 
 
 
Ardını oxu...
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji” ASC tərəfindən müxtəlif növ elektrik mallarının satın alınması məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Electro Service” QSC (VÖEN – 1504224741) olub.

“Azərenerji” müxtəlif növ elektrik mallarının satın alınması üçün “Electro Service” QSC-yə 897 min 476 manat 47 qəpik ödəycək.

Məlumat üçün bildirək ki, “Electro Service” QSC 8 oktyabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. “Electro Service” QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.

Maraqlı məqamlardan biri odur ki, dövlət qurumlarının keçirdiyi milyonluq tenderlərin qalibi olan “Electro Service” QSC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var. 2018-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınan şirkət cəmi 8-9 ay sonra “Azərişıq” ASC-nin keçirdiyi 787 min manatlıq tenderi udub. “Electro Service” QSC təkcə 2022-ci ildə 8, 2023-cü ildə isə 9 tender müsabiqəsində qalib olub.

Bu il şirkətin qalib olduğu 9 tender müsabiqəsindən 6-sı “Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən keçirilib.

Diqqət çəkən digər bir maraqlı məqam isə odur ki, “Electro Service” QSC dövlət qeydiyyatına alınan zaman şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşib. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Fuad Alxaz oğlu olub.

Qeyd edək ki, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir. Məsələn, 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan və hüquqi ünvanı Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşən “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.

Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN - 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.

Bundan başqa “Zirə Aqropark” MMC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.

Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.

897 minlik tenderin qalibi olan “Electro Service” QSC-nin hazırki qanuni təmsilçisi Tural Babayevin kim olduğu bilinmir. Lakin, açıq internet resurslarda Zirə qəsəbəsinin sakini olan Tural Babayev adlı şəxsin “Santral Elektrik LTD” MMC-də işlədiyi qeyd olunub.
 

Dünyapress TV

Xəbər lenti