Türkiyədə Turabinin mahnısına nazirlikdən qadağa tələbi: Yayımdan çıxarılacaq?
Türkiyənin tanınmış adlarından olan və müğənnilik karyerasına addım atmaq istəyən Turabinin mahnısına Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən qadağa tələbi gəlib.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, Turabi Çamkıran bir müddət əvvəl mahnı çıxarıb. Sosial media hesabından etdiyi paylaşımda "Survivor 2025"ə qatılmayacağını, mahnısının böyük maraqla qarşılandığını və pop ulduzu olmaq hədəfini açıqlayıb.

ABŞ-də yaşayan Turabinin ingilis dilində çıxardığı "Wine me, dine me!" adlı mahnısı mətnindəki qeyri-etik ifadələr səbəbindən Türkiyə ictimaiyyəti tərəfindən sərt tənqid edilib.

Mahnıya aid görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra Ailə və Sosial Xidmətlər Nazirliyi hərəkətə keçib.

Məlumata görə, nazirlik Turabinin mahnısının mətnində əxlaqazidd və qadınlar barədə alçaldıcı ifadələrin olduğunu və ictimai asayişi pozduğunu bildirib.

Nazirlik milyonlarla insan tərəfindən tez-tez istifadə edilən internet saytlarında bu qəbildən paylaşımların cəmiyyətin ümumi strukturunu poza biləcəyini, qadınları alçaldan seksist ifadələrlə uşaq və gənclərin zehni və mənəvi inkişafına mənfi təsir göstərə biləcəyini əsas gətirib, mahnının videosunun yayımdan çıxarılması üçün ona girişin bloklanmasını tələb edib.
 

Bölmənin digər xəbərləri

04 Fevral 2025 “150 kvadratmetrlik ev ailəmiz üçün kiçikdir” - Xuraman
04 Fevral 2025 “Avroviziya”ya rəqib müsabiqə: Azərbaycan da qatılacaq
04 Fevral 2025 Elşad Xose xanımı ilə... — FOTO
03 Fevral 2025 “Səs rejissoruna pul verdim ki, o müğənninin səsini dayandırsın”
03 Fevral 2025 Aygün Kazımova mini ətəkdə rəqsi ilə ağılları başdan aldı - VİDEO
02 Fevral 2025 Türkiyəli məhşur müğənni bu dəfə taykeş ayaqqabıları ilə gündəmə gəldi - VİDEO
02 Fevral 2025 Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
02 Fevral 2025 Dilan Polatın xidmətçisinə etdiyi zarafat GÜNDƏM OLDU
01 Fevral 2025 Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
31 Yanvar 2025 Müğənnilərin toy qiyməti - Aygün, Röya və Miri Yusif ….-Siyahı
31 Yanvar 2025 15 yaşından sonra atasını görməyən müğənni efirdə kövrəldi – VİDEO
30 Yanvar 2025 Fatimənin Tatlısəslə paylaşdığı FOTOsu təəccübləndirdi
30 Yanvar 2025 Məşhur model metroda çəkiliş üçün özünü lentlə örtüb
29 Yanvar 2025 “YouTube“dan ən çox pul qazanan azərbaycanlı müğənnilər - SİYAHI
29 Yanvar 2025 Nəfəs efirdə canlı oxuya bilmədi – Video
28 Yanvar 2025 “O hadisə yanımda olsaydı, dəli olmuşdum” - VİDEO
28 Yanvar 2025 Cennifer Eniston Barak Obama ilə eşq şayiələrinə cavab verdi
27 Yanvar 2025 Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO
27 Yanvar 2025 “Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım”
27 Yanvar 2025 Plastik əməliyyatı uğursuz alındı

Dünyapress TV

Xəbər lenti