Ət bazarında bıçaq sümüyə dirənib –
Xəbər verdiyimiz kimi, Bakıda ət 3-4 manat ucuzlaşıb. Əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb. Satıcılar son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən birinin bazarda təklifin artması ilə əlaqəli olduğunu bildirir.

Referans.az bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov qırmızı ətin qiymətinin ucuzlaşmasına manşet xəbərlərində rast gəldiyini qeyd edib.

O, hətta bəzi araşdırmalar apardığını bildirib:

“Təxminən bir aydır ki, Qazaxıstan, Monqolustan, Həştərxan və Rusiyanın digər vilayətlərindən diri və kəsilmiş iri və xırda buynuzlu heyvan ətinin idxalı artırılıb. Əlbəttə ki, dövlətin ətin qiymətinin tənzimlənməsi üçün ən mükəmməl tədbirlərindən biri də idxala lazımi şəraitin yaradılmasıdır. Ötən dəfə qeyd etdiyim kimi, kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq sahəsi dövlət qayğısı ilə əhatə olunur. Süni mayalanma üzrə mütəxəssislərin yetişdirilməsi, təsərrüfatların sığortalanması, verilən subsidiyalar, damazlıqların ölkəyə gətirilməsi, doğuşlara verilən subsidiyalar, texniki vasitələrin vergi və gömrük rüsumlarından azad edilməsi və s. təqdirəlayiq haldır”.

İqtisadçının sözlərinə görə, gətirilən iribuynuzlu heyvanlar 400-500 kiloqram çəkisində olan inək və danalardır:

“Monqolustandan isə adətən xırdabuynuzlu heyvanların kəsilmiş hazır cəmdəkləri gətirilir. Mən qətiyyən idxal olunan heyvanların və hazır ətin yararsız olduğunu iddia etmirəm. Lakin yaranmış bolluğa baxmayaraq yerli məhsulların qiymətində heç bir dəyişiklik baş verməyib. Yerli məhsullar ən yüksək keyfiyyətli məhsullar sayılır. Bəzi işbazlar sallaqxanalarda dana əti asıb, səliqəli doğranmış inək əti satırlar. Kəndlərdə yerli quzu ətinin kilosu 20-21 manata, pərakəndə qaydada yerli və cavan dana ətinin kilosu isə 16 manata təklif olunur. Bir daha qeyd edim ki, qiymətlər keyfiyyət meyarları ilə sıx əlaqədardır. İşbazlar isə həmişə iş başındadırlar”.

Qeyd edək ki, əvvəlki aylarda dana ətinin qiyməti 15-15,5 manat, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir.
 
 
 

Bölmənin digər xəbərləri

04 Fevral 2025 “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
04 Fevral 2025 Trampın yeni rüsumları bazarı çalxaladı - Bitkoin 100 min dollar oldu
04 Fevral 2025 QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
03 Fevral 2025 Bakıda ət ucuzlaşdı
03 Fevral 2025 Alış-veriş üçün Azərbaycana hansı ölkələrin vətəndaşları səfər edib? - Tam siyahı
03 Fevral 2025 Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb
02 Fevral 2025 "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var/ SAHİBİ GÖRÜN KİMMİŞ
02 Fevral 2025 Dünya ölkələrində çörəyin qiyməti neçəyədir? - SİYAHI
02 Fevral 2025 “Türk axını” ilə Rusiya qazının ixracı tarixi rekorda çatıb
01 Fevral 2025 Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
01 Fevral 2025 Spirtli içkilərin qiyməti bahalaşacaq? — AÇIQLAMA
01 Fevral 2025 Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
01 Fevral 2025 Sabiq nazir: “35-40 faizlə kredit verilməsi biabırçılıqdır”
31 Yanvar 2025 AZAL rəhbərliyi nə qədər qazanır? - Əlavə ödənişlər,mükafatlar.....
31 Yanvar 2025 Sanksiya altında olan rusiyalı senator 4 il ABŞ-dəki payından faydalanıb
30 Yanvar 2025 Dollarla bağlı qərar verildi: FED faiz dərəcələrini sabit saxla
30 Yanvar 2025 AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
29 Yanvar 2025 Zelenskinin Azərbaycan qazı ilə bağlı bəyanatı Fitsonu özündən çıxardı
29 Yanvar 2025 Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
28 Yanvar 2025 Bu məhsulun istehsalına görə verilən subsidiya artırıldı

Dünyapress TV

Xəbər lenti