Ardını oxu...
Ağstafada vaxtilə vəzifədə işləyən anasının hesabına 10-yaxın dövlət müəssisəsini ələ keçirən obyekt sahibi cox da uzağa getməyərək, elə icarəyə verdiyi şəxsi obyektini satmaq adı ilə aldadaraq küllü miqdarda pulunu mənimsəyib. Bunu iki ildir icarəyə götürərək işlətdiyi obyekti almaq ücün 80 min manata yaxın pul xərcləyən zərərçəkən sahibkar Niyazı Əlizadə deyir.

Belə ki, Niyazi Əlizadə Dövlət Gömrük Xidmətinin kapitanı, Ağstafa rayon Böyük Kəsik şöbəsində mühüm vəzifə tutan İbrahim Mahir oğlu Məmmədli adlı Ağstafa rayon sakinindən Heydər Əliyev prospekti — 3 ünvanında 120 kvadrat-metrlik iaşə obyektini icarəyə götürmək istəyib. Bunun ücün İbrahim Məmmədli ilə razılaşaraq, iki ay müddətində obyektdə şərikli təmir işləri aparıb, daha sonra hər ayı 1000 (bir min) manatdan olmaqla icarə haqqına razılaşıblar. Bu minvalla Niyazi Əlizadə 5 aydan cox icarə haqqı verərək obyektdə eketron məişət avadanlıqlarının satışını həyata kecirib. Şikayətci deyir ki, 5 — ci ay İbrahim Məmmədli icarə haqqını almağa gələrkən Niyazi Əlizadəyə deyib ki, mən yuxarı vəzifəyə gedirəm. Bunun üçün mənə 40.000 manat lazım olduğundan obyekti satmaq qərarına gəlmişəm. Niyazi Əlizadə İbrahim Məmmədli ilə 90 min manata razılaşdığını, hətta obyekti almaq ücün bankdan pul da götürdüyünü qeyd edir.

Məsələ ilə bağlı adı hallanan İbrahim Məmmədli ilə dəfələrlə əlaqə saxlayıb münasibətini öyrənmək istəsək də, o, fikir bildirməkdən imtina etdi .

Mövzuya qayıdacağıq.

Deryaz.az

 
Ardını oxu...
01.01.2023 – 26.12.2023 tarixləri arasında Ağdam rayonunun müxtəlif dövlət qurumları tərəfindən keçirilən tenderlərin ümumi həcmi 2 984 156 manat olmuşdur.
FED.az xəbər verir ki, keçirilən tenderləri sayca ən çox udan şirkət "Oskar-Ar" MMC şirkətidir. "Oskar-Ar" MMC Ağdam rayonu üzrə 5 tenderin qalibi seçilib. Şirkətin qalib olduğu tenderlərin ümumi həcmi 696 401 manat təşkil edir.

Qeyd edək ki, "Oskar-Ar" MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ziya Musazadə Vaqif oğludur. Hüquqi ünvanı Az1800, Şirvan Şəhəri, 20 Yanvar, ev 2/7 ünvanında yerləşir.

2-ci sıranı 4 tenderi udmaqla "Luxoil Company" MMC şirkəti tutur. Şirkətin qalib olduğu tenderlərin ümumi həcmi isə 456 446 manatdır.

"Qarabağ Təmir-Tikinti" MMC şirkəti Ağdam keçirilən tenderlərdən üçünü udaraq 3-cü sırada qərarlaşıb. Şirkətin qalib olduğu tenderlərin dəyəri isə 98 227 manat oolmuşdur.

Digər şirkətlər Ağdam rayonu üzrə 2 və daha az tenderin qalibi olub. Daha detallı, qaliblər, məbləğlər, satınalma predmeti, satınalan qurum və tenderlərin tarixləri barəsində məlumat aşağıda təqdim etdiyimiz cədvəldə öz əksini tapmışdır :


Satınalan təşkilatın adı

Satınalma predmeti

Qalib Şirkət

Məbləğ

Tarix

1

Ağdam Rayonu İHB-nın Xindiristan Ərazi Nümayəndəliyi

Ağdam rayon Xındırıstan kəndi ərazisində abadlıq və yaşıllaşdırma işləri

"Oskar-Ar" MMC

145 600 AZN

06.11.2023 13:09

2

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon Qaradağlı kəndi ərazisində fərdi yaşayış evinin tikintisi

"Oskar-Ar" MMC

58 991 AZN

09.08.2023 12:21

3

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon ərazisində fərdi yaşayış evinin təmiri və şəhid muzeyinin tikintisi işləri

"Oskar-Ar" MMC

47 690 AZN

03.07.2023 17:55

4

Ağdam Rayon İHB-nın Quzanli Ərazi Nümayəndəliyi

Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Abadlıq işləri

"Oskar-Ar" MMC

149 579 AZN

03.07.2023 17:15

5

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon ərazisində abadlaşdırma (yaşıllaşdırma) xidmətlərinin ödənilməsi işləri

"Oskar-Ar" MMC

294 541 AZN

05.06.2023 10:53

YEKUN : 696 401
1

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayonu ərazisində 2- ci mərhələ yolların əsaslı təmiri

"Luxoil Company" MMC

27 299 AZN

17.08.2023 10:39

2

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam Rayon İcra Hakimiyyəti inzibati binasının cari təmiri işləri

"Luxoil Company" MMC

20 000 AZN

03.07.2023 17:55

3

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayonu Quzanlı qəsəbəsi daş evlər adlanan ərazidə yaşayış evlərinin təmiri

"Luxoil Company" MMC

166 456 AZN

11.04.2023 18:17

4

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon ərazisində yolların əsaslı təmiri

"Luxoil Company" MMC

242 691 AZN

10.04.2023 18:36

YEKUN : 456 446
1

Ağdam Rayon İHB-nın Quzanli Ərazi Nümayəndəliyi

Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində küçə işıqlanması üçün mal-materialların alınması və təmiri

"Qarabağ Təmir-Tikinti" MMC

28 893 AZN

04.12.2023 14:54

2

Ağdam Rayon İHB-nın Quzanli Ərazi Nümayəndəliyi

Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində abadlaşdırma ( yaşıllaşdırma) xidmətlərinin ödənilməsi

"Qarabağ Təmir-Tikinti" MMC

14 995 AZN

06.11.2023 16:46

3

Ağdam Rayon İHB-nın Quzanli Ərazi Nümayəndəliyi

Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində küçə işıqlarının təmiri

"Qarabağ Təmir-Tikinti" MMC

54 339 AZN

12.04.2023 16:58

YEKUN : 98 227

1

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

“Hidrotexniki Qurğular, İstismar Yolları, Boru Kəmərləri və Kanalların Cari Təmiri Üçün Mal-Materialların” Satın Alınması

"Art-Proje" MMC

24 607 AZN

19.07.2023 10:46

2

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

Subartezian quyularının cari təmiri üçün ehtiyat hissələrinin satın alınması

"Art-Proje" MMC

282 944 AZN

09.06.2023 17:55

YEKUN : 307 551
1

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

Nasos aqreqatlarının cari təmiri üçün ehtiyat hissələrinin satınalınması

"Kaskad - Hidro M" MMC

283 116 AZN

01.06.2023 14:47

2

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində abadlıq işləri

Sutikinti -Təmir MMC

239 996 AZN

14.12.2023 11:02

3

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon İmamqulubəyli kəndi ərazisində Şəhidlər abidəsinin qurulması işləri

"Ayhan A.Q." MMC

236 494 AZN

05.06.2023 14:53

4

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

"Suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin lil və çöküntüdən təmizlənməsi" işlərinin satınalınması

"Ctc Servis" MMC

195 909 AZN

05.10.2023 11:07

5

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

"Suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin lil və çöküntüdən təmizlənməsi" işlərinin satınalınması

"Aztikintiservis" MMC

114 528 AZN

04.08.2023 18:08

6

"Ağdam Rayon Mərkəzi Xəstəxanasi" PHŞ

Sürtkü materiallarının, nəqliyyat vasitələrinin əsaslı və cari təmir işlərinin satınalınması

"Gülay 2012" MMC

99 455 AZN

03.10.2023 15:48

7

"Ağdam Rayon Mərkəzi Xəstəxanasi" PHŞ

Mətbəə məhsullarının, dəftərxana və təsərrüfat mallarının satınalınması

"Azimut Təchizat" MMC

69 606 AZN

28.07.2023 14:34

8

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

Nəqliyyat vasitələri və mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması

"Avto Texnika Detaling" MMC

55 908 AZN

25.06.2023 14:44

9

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təmir işləri

"Yuzar İnşaat" MMC

46 752 AZN

26.04.2023 10:08

10

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayonu Qaradağlı kəndi ərazisində qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin sökülüb yenidən tikilməsi

"Ağdam Layihə Tikinti" MMC

38 999 AZN

24.05.2023 16:53

11

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

"1 ədəd Ergi ərazisində yerləşən 10/01 reper nömrəli subartezian quyusunun əsaslı təmiri (Yeni kalonun qazılması,eletrik təsərrüfatının təmiri,su sayğacının quraşdırılması,abadlıq işlərinin görülməsi və layihə-smeta sənədinin hazırlanması) ” işlərinin satınalınması

"İqbal-R" MMC

32 107 AZN

15.11.2023 10:34

12

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

Sürtgü materialların satınalınması

"Technoil" MMC

12 661 AZN

05.07.2023 16:41

YEKUN : 1 425 531

CƏMİ : 2 984 156
 

Ardını oxu...
"Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu müdafiə edirsiz axı. Niyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?” - "Sea Breeze”işində həbs olunan Məhəmməd Həsənzadə dekabrın 26-da keçirilən prosesdə dövlət ittihamçısı Amin Şəkərəliyevə belə suallar ünvanlayıb.

3 aya yaxındır ki, Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə "Sea Breeze”dəki dava ilə bağlı araşdırmalar aparılır. İttihama görə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli oliqarx Leysan Məmmədovun oğlu Elnur Məmmədovla Cavad Muradovu döyüblər.
Məhkmədə isə hətta Cavad Muradov belə ittihamı qəbul etmir, təqsirləndirilən şəxslər tərəfindən döyülmədiyini deyir. Əksinə, davanın dostu Elnur Məmmədov tərəfindən salındığını da gizlətmir. Bununla belə Elnur Məmmədovdan savayı hər kəs həbsdədir. Murad Əhmədli məktəbli olduğuna görə barəsində həbslə əlaqəli olmayan tədbir seçilib.

Dekabrın 26-da Elnur Məmmədov yenə də prosesə gəlməmişdi. Tərəflər Elnur Məmmədovun iştirakı olmadan məhkəmənin davam etdirilməsinə etiraz etmədilər. Bundan sonra hakim Peyman Vəlizadə və Murad Əhmədlinin telefon-anten məlumatları ilə bağlı Azercell-ə verilmiş sorğunun cavabı elan etdi.

Ardını oxu...


İttihamda yazılır ki, Elmir İsmayılov 2023-cü il iyunun 11-də Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli ilə "Sea Breeze”də olublar. Həmin vaxt Elnur Məmmədov, Cavad Muradov da orada olub. Dava düşüb və Elnur Məmmədovla Cavad Muradov döyülüblər. Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli dedi ki, sorğudan açıq-aşkar Peyman Vəlizadə və Murad Əhmədli ittihamda göstərilən zaman (23:00 radələri) "Sea Breeze”nin yerləşdiyi Nardaran qəsəbəsində deyil, kilometrlərlə uzada yerləşən Mərdəkan qəsəbəsində olmaları görünür. Vəkil hər iki şəxsin hərəkət traektoriyasında olan telefon-anten ötürücülərinin yerləşdiyi əraziləri və həmin ərazilərdə Peyman Vəlizadə ilə Murad Əhmədlinin olma saat və dəqiqələrini sadalayıb. Hər iki şəxsin "Sea Breeze”yə gecə saat 4:44 və 4:52-yə gəldikəri sorğudan görünür:

- Sorğuya cavabla işdə olan videogörüntülər də, şahid, təqsirləndirilən və hətta zərərçəkənlərin də ifadələri üst-üstə düşür, bu şəxslər "Sea Breeze”də olmayıblar. Başqa sözüm yoxdur.

Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov sübutun alınmasının məqsədini izah edib: "Bu sübutu sorğunu verib ona görə alırıq ki, görünsün ki, ortada biz tərəfdən xuliqanlıq yoxdur. Xuliqanlığın mahiyyəti təşəbbüsdən irəli gəlir. İctimai qaydanı pozmaq təşəbbüsü kimin hərəkətlərindən əmələ gəlib, biz onu müəyyən etməliyik. İttiham da, guya, ona görə verilib ki, guya saat 23 radələrində orada qarşı tərəfə Elmir mühafizəçilərlə birgə yanaşıb. Biz sübut etməyə çalışırıq ki, ittiham başlanğıcından səhv verilib. Orada Elmirin yanında mühafizəçi olmayıb. Olmayıbsa, deməli biz tərəfdən xuliqanlıq əməli də olmayıb. Orada xuliqanlıq olubsa, bunun da təşəbbüskarı biz deyilik.

Əgər ittihamda göstərildiyi kimi bu əməllər 23 radələrində başlayıbsa, o halda Elmir zəng etməli idi digərilərinə ki, mən bunlarla dava eləməliyəm, durun gəlin bura. Onlar da uzağı 1 saata gəlib ora çatardılar. "Bizim Cəbiş müəllim” filmində olduğu kimi, "Çəkilin, Namiqlə Makedon dalaşır” söhbəti olmalı idi. Görünən odur ki, bu uşaqlar ora səhərə yaxın 5-ə qalmış gediblər. O da başını-gözünü vurub əzəndən sonra Elmir qardaşına zəng edib. Bu sübut da onu göstərir ki, bu şəxslər Elmirdən savayı doğurdan da hamısı bir yerdə Mərdəkan qəsəbəsində olublar və sübut onların ittihamda göstərilən bu əməlləri icra etmədiklərini göstərir.

Murad Əhmədlinin vəkili Faiq Nəcəfli bildirdi ki, işdə qrup halında xulianlıqdan söhbət gedə bilməz. Çünki telefon-anten məlumatlarından görünür ki, hadisə baş verən zaman Peyman Vəlizadə, Murad Əhmədli və Məhəmməd Həsənzadə "Sea Breeze”də olmayıblar.

Dövlət ittihamçısı özü də şahid oldu ki, müstəntiq işi düz aparmayıb, qərəzli olaraq səhv aparıb, ittiham aktını bu şəkildə formalaşdırıb. Şahid ifadələrində Murada qarşı bir cümlə olsa belə ifadə yoxdur. Telefon-anten məlumatları da göstərir ki, o, "Sea Breeze”yə mübahisədən 5 saata yaxın vaxt keçəndən sonra gəlib. Onun iştirakı təsdiqini tapmır. Biz hesab edirik ki, burada qrup halında xuliqanlıqdan söhbət gedə bilməz.

Peyman Vəlizadənin vəkili də xüsusi olaraq vurğuladı ki, Azercell-dən verilən cavabdan bir daha aydın olur ki, Peyman, Murad Əhmədli, mobil operatorun əvvəlki cavabından isə Məhəmməd Həsənzadə ittihamda göstərilən saatda "Sea Breeze”də olmayıblar: "Onlar davadan 4 saat sonra "Sea Breeze”yə bağdan gəliblər. Orada da yalnız xəsarət alıblar. Bu baxımdan yalnız zərərçəkən kimi çıxış edə bilərlər”.

Təqdim olunan sübuta dövlət ittihamçısı Amin Şəkərəliyev münasibət bildirməkdən yayındı. Dedi ki, Murad Əhmədlinin vəkili iştirak etmir.
Vəkil Faiq Nəcəfli prosesdə iştirak etdiyini, orderini də məhkəməyə təqdim etdiyini Amin Şəkərəliyevin diqqətinə çatdırdı. Dövlət ittihamçısı Amin Şəkərəliyev bu dəfə zərərçəkən Elnur Məmmədovun iştirakının vacib olduğunu deməklə sübutun tədqiqinin düzgün olmadığını çatdırdı. Elnur Məmmədovun nümayəndəsinin mövqeyi fərqli olmadı.
Ətraflı

Vəkil Abbas Kərimbəyli isə dövlət ittihamçısına etiraz etdi: "Bu gün, cənab prokurora sərf eləmir deyə, ittihamın sübutları bir-bir aradan qalxır deyə, bu cür mövqe sərgiləyir. Bu sübutdan da açıq-aşkar görünür ki, ittihamda göstərilən saatda bu adamlar orada olmayıb. İttihamda isə saatı dala-qabağa sürüşdürmək olmur. İstintaq müəyyən etdiyini yazır ki, guya 23 radələrində təqsirləndirilənlər orada olublar. Sorğudan cavabdan da görünür ki, olmayıblar. İstintaq 23 radələri deyir, yazırlar ki, bunu istintaqla müəyyən ediblər. Hörmətli prokuror da görür ki, burada nə qədər bəraətlər var. Biz bu günə qədər Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməsini tələb edəndə, hamı deyirdi ki, sən Elnuru neynirsən, Elnur hazırlıqda da, prosesdə də ifadə verdi. Bu gün burada onun nümayəndəsi də iştirak edir. Elnur dəvət etdik, gəldi. O gəlib bura nə deyəcək? Məgər o, Azercell-də işləyir? Bəs siz, hörmətli prokuror, Elnur Məmmədov neçə dəfə prosesdə iştirak etməyib, siz onun barəsində məcburi gətirilmə veriməsini niyə istəmədiz? Onu təqsirləndirilən şəxs kimi cəlb etmək lazımdır. Buradakılar uşaq deyil, camaat 7 aydır "içəri”dədir, ortada videolar da var. Prokuror vəsatət qaldırıb ona ittiham irəli sürülməsini istəmək, onu da həbs edib gətirib burada oturulmasını tələb etmək əvəzinə... onun "podelniki” Cavad da burada Elnurun üzünə dedi ki, davanı salan sən, ən çox vuran sən, bütün videolara düşən sən, "içəri”də yatan biz”.

Ardını oxu...


Vəkil dedi ki, baş verənlərlə bağlı Baş Prokurorluğa şikayət ərizəsi yazacaq: "Elnur barəsində təqsirləndirilən şəxs kimi olan qərarı tələb edəcəyəm. Prokuror məhkəmədə deyir ki, Elnr barəsində qərar var. Hakimdən istəyirik, deyir ki, iş materiallarında yoxdur. Hanı onun barəsindəki cinayət işi? Hanı həmin cinayət işinin nömrəsi? Yoxdur, olmayacaq da! Bəsdirin camaatın taleyi ilə oynadınız!!! Elə bilirsiz ki, bu uşqlar "içəri”də istirahətdədir? Onların taleyi ilə oynamaq olmaz!
Məhkəmə istintaqı bitməlidir, xahiş edirik ki, yekunlaşdırın, dövlət ittihamçısına söz verin. Prokurorun işin uzadılmasında məqsədi nədir? Cavan uşaqlar "içəri”də mümkün qədər çox qalsınlar? Bu, düzgün mövqe deyil. Xahiş edirəm ölçü götürün. Uşaqların zindanda olmalarını nəzərə alın. Görür ki, uşaqların günahı yoxdur, iş bəraətlikdir, mövqe bildirməkdən yayınır.

Vəkil Faiq Nəcəfli hakimin diqqətinə çatdırıb ki, Elnur Məmmədov sərbəst ifadə verərkən Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Murad Əhmədlinin "Sea Breeze”də olmadığını deyib.

Məhəmməd Həsənzadə hakimdən söz istədi: "Möhtərəm hakim, Elnur özü burada dedi ki, bizlər orada olmamışıq. Vəkilin özünün bundan xəbəri yoxdur, deyəsən heç ona qulaq da asmayıb”.

Dövlət ittihamçısı müdaxilə edir:
-Elnur Məmmədov elə söz deməyib.

Məhəmməd Həsənzadə:
-Vallah elə deyib. Təqsirləndirilən kimi çıxırıq bura, dövlət ittihamçısı Elnur Məmmədovu müdafiə edir, zərərçəkən kimi gəlirik, dövlət ittihamçısı yenə də Elnur Məmmədovu müdafiə edir. Niyə? Bu nə yanaşmadır?

Dövlət ittihamçısı:
-O zərərçəkəndir.

Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu müdafiə edirsiz axı. Niyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?
Dövlət ittihamçısı:

-Elnurun barəsində cinayət işi ayrılıb.

Abbas Kərimbəyli məhkəmədən xahiş edib ki, proses tez bir zamanda yekunlaşdırılsın. Məhkəmə 2024-cü il yanvarın 9-na kimi təxirə salındı.
Ardını oxu...
Təhsil sektorunda o qədər problemlər var, yazmaqla bitməz. Keyfiyyət çox aşağıdır, şagirdlərin qiymətləndirilməsi üzrə beynəlxalq hesabatlarda yalnız geri getdiyimizi görürük. Müəllimlərin nəzərəçarpan hissəsi peşəsini lazımi səviyyədə bilmir. Bölgələrdə təhsil ocaqlarının vəziyyəti ürəkaçan deyil. Qış gələndən isə məktəblərin isidilməsi problemi ön plana çıxıb.
Bizimyol.info xəbər verir ki, bir-birinin ardınca müxtəlif təhsil müəssisələrinin qızdırılmaması ilə bağlı məlumatlar gəlir. Lənkəranda 9 saylı məktəbdəki duruma görə valideynlər dilə gəlib. Onlar uşaqların dərsdə soyuqdan dayana bilmədiklərini deyir. Mingəçevirdə müəllim sinifdə şagirdlərin gödəkçədə əyləşdiyini göstərən video çəkib. O, bu şərtlərlə dərs keçməyin mümkünsüzlüyünü göstərməyə çalışıb. Bakı Dövlət Universitetinin tələbələri isə soyuqdan donmalarına özünəməxsus şəkildə etiraz edib. Onlar rektor Elçin Babayevə ərizəni birbaşa lövhəyə yazıblar. Burada istilik sistemi ilə bağlı problemlərin aradan qaldırılmasına göstəriş verilməsi xahiş olunur. Dərdini lövhəyə yazmaq ideyasının hüquq fakültəsinin tələbələrinə məxsus olduğu iddia edilir.

Bakı Dövlət Universitetindən məsələyə münasibət bildirilib. Açıqlamada təhsil müəssisəsində istiliklə bağlı hər hansı problemin olmadığı qeyd edilib. Başqa cavabı gözləməyə də dəyməzdi.

Ümumiyyətlə, Azərbaycanda bütün sektorlarda oxşar vəziyyət yaranıb. Heç bir halda tənqid dilə gətirilə bilməz, çatışmazlıqlar ört-basdır edilməlidir, deyilməməlidir. İşçi və ya tələbə heyətindən kimsə problemi açıb-ağartsa, buradan uzaqlaşdırıla bilər.

Əslində, tamam başqa cür olmalıdır. Problemi hamıdan əvvəl müəssisə rəhbərliyi görməlidir. İstilik problemi o qədər davam edib ki, tələbələr bu barədə lövhədə yazmalı olub. Mingəçevirdə işləyən müəllim də bir müddət gözləyəndən sonra məsələni ictimailəşdirmək qərarına gəlib. Yəni problem vaxtında həllini tapa bilər. Bunun üçün çox da böyük iradəyə ehtiyac yoxdur. Sadəcə, işinə məsuliyyətlə yanaşmaq və vəzifəni vicdanla yerinə yetirmək kifayətdir.

Tutaq ki, hər hansı müəllim və ya tələbə problemi ictimaiyyətə çatdırıb. Dünya dağılmır. Problem varsa, həll olunmalıdır. Müəllim və tələbələrin müəssisədə tədrislə normal şərtlər çərçivəsində məşğul olmağa haqqı var. Ola bilməzmi ki, universitetdə istilik problemi yaranmasın, amma kimsə çıxıb lövhəyə bu haqda yazsın. İctimaiyyəti o cür açıqlamalarla aldatmaq heç ağıllı davranış da deyil. Problemi etiraf edib qısa zamanda yoluna qoymaq lazımdır.
 
 
 
Ardını oxu...
“Bərabər İnkişaf Naminə” devizi ilə Azərbaycan Qadınlarının Forumu keçirilib və tədbirdə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar verilib.

“Report” xəbər verir ki, doqquz qeyri-hökumət təşkilatının (QHT) birləşərək təsis etdiyi koalisiya tərəfindən təşkil edilən tədbirdə 500-dək müxtəlif sahələri təmsil edən - ictimai xadimlər, elm və təhsil sahəsində çalışan, eləcə də qeyri-hökumət təşkilatları və özəl sektorun nümayəndələri olan qadınlar iştirak ediblər.

Forumda koalisiyanı təmsil edən qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai xadimlər, həmçinin bolqar, avar, rus və talış etnik qruplqarının nümayəndələri çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan xalqının müxtəlif təbəqələrinin nümayəndələri, ictimai-siyasi, sosial-mədəni həyatda yaxından iştirak edən qadınlar bugünki reallıqlar fonunda ölkənin inkişafı yolunda əllərindən gələni əsirgəmirlər.

Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hər bir sahədə əldə edilən uğurlara diqqət çəkərək əlavə ediblər ki, qısa müddət sonra ölkədə keçiriləcək prezident seçkisində ölkəmizin davamlı inkişafı, xalqımızın firavanlığı naminə hüquqlarımızı daim müdafiə edən Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklər.

Qeyd edilib ki, “Bərabər İnkişaf Naminə” devizi ilə doqquz qeyri-hökumət təşkilatının birləşərək təsis etdiyi Koalisiya qadınlarımızı vahid məqsəd ətrafında bir araya gətirib. Koalisiyanın fəaliyyətinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, onların daha nizamlı və mütəşəkkil fəaliyyətinə təkan verəcəyinə inam ifadə olunub.
Sonda “Bərabər İnkişaf Naminə” Azərbaycan Qadınlarının Forumunun Bəyannaməsi qəbul edilib.

Sənəddə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi çərçivəsində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi, qərarqəbuletmə və özəl sektorda, o cümlədən yerli ərazi və özünüidarəetmə orqanlarında gender bərabərliyinin təşviqində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi, qadınların iqtisadi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, innovativ inkişafı təmin edən yeni texnologiyalara əlçatanlığın artırılması, xüsusilə qızlar və qadınların bu prosesə daha geniş cəlb olunması kimi məsələlər öz əksini tapıb.

Eyni zamanda, “Bərabər İnkişaf Naminə” Forumda Azərbaycan qadınlarının təmsilçiləri seçki hüququ olan vətəndaşımızı, ölkəmizin bütün ərazisində keçiriləcək prezident seçkilərində fəal iştiraka, xüsusilə qadınları və gənc qızları bu taleyüklü siyasi prosesin önündə gedərək vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıblar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
""Oba" və "Al-Market" marketlər şəbəkələrində şəkər tozu yerinə, xırda şüşə qırıntıları satılır ".

"DogruXeber.az" xəbər verir ki, bu sözləri redaksiyamıza müraciət edən vətəndaş bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı vaxtlarda hər iki marketlər şəbəkəsindən alınan şəkər tozu ilə bişirilən bütün mürəbbələrin içində aşağıdakı fotoda təqdim etdiyimiz görüntülər meydana gəlib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Vətəndaş bildirir ki, fotoda gördüyünüz maddə tamamilə dadsızdır və suda ərimir.

Qeyd edək ki, çəki ilə satılan şəkər tozunu üzərinə market tərəfindən vurulan çəki və digər göstəriciləri göstərən "etiket"ində də bu şəkər tozu barəsində (məsələn hansı firmaya məxsus olduğunu bildirən) heç bir məlumat yer almayıb.
Ardını oxu...
Biz vətəndaşın müraciətilə bağlı hər iki marketlər şəbəkəsinin baş ofisləri ilə telefon əlaqəsi saxlayıb, hansı şirkətin istehsalı olan şəkər tozu satdıqlarını soruşmaq və ümumiyyətlə cavabdeh tərəf olaraq, görüntülər barəsindəki fikirlərini, açıqlamalarını öyrənmək istədik. Lakin, təssüf ki, hər iki şəbəkənin baş ofisində dəstəyi qaldıran olmadı.

"DogruXeber.az" hər kəsin söz haqqını tanıyır.
 
Ardını oxu...
Yeni təmirdən çıxan BDU-da istilik sistemi niyə işləmir?Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən 2 satınalmaya yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, hər iki satınalma bir mənbədən satınalma üsulu ilə keçirilib.
Satınalmanın nəticəsinə görə, “Euroservise” MMC (VÖEN – 1503047971) 19 dekabr 2023 – 30 aprel 2024-cü il tarixləri arasında universitetin yeni qazanxanasına qaz xətti çəkəcək və qarşılığında 76 min 590 manat 44 qəpik alacaq.
“TFM-Smart Project” MMC (VÖEN – 6001055841) isə 2 saylı tədris binasının əsaslı təmiri işləri ilə bağlı mövcud olan layihə-smeta sənədlərinə əlavələr hazırlaycaq və qarşılığında 135 min 169 min manat alacaq.
Tender müsabiqələriylə bağlı diqqət çəkən məqam odur ki, 2 saylı korpusda əsaslı təmir işləriylə bağlı tender müsabiqəsi bu ilin əvvəlində keçirilib. Tenderin qalibi “Vest-LTD” QSC (VÖEN – 2100393871) olub. Qalib şirkətə 10 milyon 950 min 396 manat 33 qəpik ayrılıb. Müsabiqənin şərtlərinə görə 2 saylı korpusda əsaslı təmir işləri bu ilin dekabr ayının 30-da başa çatmalı idi.
Sentyabr ayının 8-də mətbuatda yer alan məlumatlarda bildirilir ki, 2 saylı korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir. Binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənib. Qeyd edilib ki, qazanxana və drenaj sistemi yenilənib.
Maraqlıdır ki, sentyabr ayında açıqlanan məlumatlarda 2 saylı korpusda əsaslı təmir işləri başa çatmaq üzrə olduğu bildirilsə də, BDU 3 ay sonra - dekabr ayında əsaslı təmirlə bağlı 135 min manatlıq yeni layihə-smeta sənədləri hazırlayır. Eyni zamanda yeni qazanxanya yeni qaz xəttinin çəkilməsi korpusun istifadəyə verilməsindən 3 ay sonra – qış fəslində həyata keçirilir. Hər iki satınalma da bir mənbədən satınalma üsulu ilə keçirilib.
Məlumat üçün onu da bildirək ki, dekabr ayının 18-də Bakı Dövlət Universitetinin müəllimi Araz Əliyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, tədris müəssisəsinin auditoriyalarında bir həftədir ki, soyuqdur, istilik sistemi isə işləmir.
Bu paylaşımdan 5 gün sonra Araz Əliyev polis tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və 25 sutka inzibati həbsə məhkum edilib.
Ardını oxu...
Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Azərbaycana qarşı ikili standartlar sərgiləyən xarici diplomatı necə susdurmasından danışıb. 

"DogruXeber.az" xəbər verir ki, XİN rəhbəri AzTV-də yayımlanan "Əsas məsələ" verilişində açıqlamasında deyib: 

"Danışıq ingilis dilində idi. Amma cənab Prezidentin dediyini Azərbaycan dilinə tərcümə etsək, bu ifadə "Siz etdiyiniz ikili standartların dərsliyidir" idi. Mənə çox maraqlı idi ki, bu məqamda reaksiya, izahat necə olacaq. Qısa zamanda gördüm ki, sükut... Heç bir kontur-arqument gətirilmədi".
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun məhkəmə prosesi davam etdirilib.
Dekabrın 25-də keçirilən prosesdə Nadir Əliyev sərbəst ifadə verib.
O bildirib ki, 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri vəzifəsində işləyib.
Nadir Əliyevin iddialarına görə, baş verənlərdə onun hər hansı təqsiri yoxdur. O, bütün məsuliyyəti Alik Həsənovun üzərinə atıb.
Nadir Əliyev deyib ki, Alik Həsənov bu əməllərinə görə işdən də çıxarılıb.
Lakin vəkillərin suallarından aydın olub ki, Nadir Əliyev ibtidai istintaqa fərqli ifadə verib.
O, ifadəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin adını hallandırıb.
Nadir Əliyev məhkəmədə iddia edib ki, ibtidai istintaqa bu cür ifadə verməsi zərərçəkənlərdən birinin vəkili olan Aslan İsmayılovun və öz vəkilinin ona təsir göstərməsi nəticəsində olub. “Mənə dedilər ki, səni 10 ildən çox “iş” gözləyir. Ona görə də rəhbərliyin adını çəkməlisən. Amma bu işlərin ona heç bir aidiyyatı yoxdur. Əksinə, mən bu barədə rəhbərliyə məlumat verdikdən sonra Alik Həsənov işdən çıxarılıb”, - deyə Nadir Əliyev bildirib.
Zərərçəkənlər isə Nadir Əliyev doğru danışmadığını bildiriblər. Çünki o, zərərçəkənlərə də sənədlərin rəhbərliyə təqdim olunduğunu və sənədləşmə işlərinin getdiyini bildirib.
Bundan başqa, Aslan İsmayılov ona bu işin fiqurantlarından olan Əfqan adında biri barədə sual ünvanlayıb. Vəkilin sualın aydın olub ki, həmin şəxs də eyni qaydada aldadılıb. Lakin sonradan Nadir Əliyev ona dəymiş zərəri ödəyib.
Aslan İsmayılov bu barədə məhkəməyə verdiyi açıqlamada bildirib ki, Nadir Əliyev indi istintaqa verdiyi izahatlarından imtina etməsinə baxmayaraq əvvəllərdə belə işlərlə məşğul olub və sübut üçün Əfqan adında şəxslə onun arasında baş verən münaqişə haqqında sual verib.
Nadir Əliyev isə bu barədə danışmaq istəməyib və sualdan yayınıb.
Ümumiyyətlə, Nadir Əliyev özü barədə olan bütün ittihamları rədd edib. Baxmayaraq ki, bir neçə zərərçəkən onunla görüşdüyünü və statdion satışı ilə bağlı məsələləri müzakirə etdiyini bildirib.
Alik Həsənovun vəkili isə Nadir Əliyevin bu işlərdə rolu olduğunu sübut edən səs yazısının olduğunu bildirib.
Vəkil həmin səs yazısının dinlənilməsi barədə vəsatət qaldırıb.
Hakim Nadir Əliyevin ibtidai istintaqa verdiyi ifadənin elan olunmadığını əsas gətirərək vəsatəti baxılmamış saxlayıb. Fərid Namazov bildirib ki, növbəti prosesdə Nadir Əliyevin ifadəsi elan olunduqdan sonra bu məsələyə baxıla bilər.
Bundan sonra proses növbəti ilin yanvarın 8-nə təxirə salınıb.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Ardını oxu...
Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən hallarla bağlı toplanan ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.
Xüsusi qeyd;
Bir qədər əvvəl Azadliq Radisosu bu məsələ ilə bağlı məqalə dərc etmişdi və orda belə bir başlıq var idi.
“Prokurorluq niyə Səttar Möhbalıyevi kənarda saxlayıb?”
Zərərçəkənlərdən Elçin Rüstəmovun vəkili Aslan İsmayılov məhkəmədə vəsatət qaldırıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev məhkəməyə çağırılıb dindirilsin. Onun sözlərinə görə, təqsirləndirilən Əliyev ifadəsində zərərçəkmiş Elçin Rüstəmovdan aldığı pulu aparıb Konfederasiyanın rəhbəri Möhbalıyevə verdiyini etiraf edib. Lakin prokurorluq istintaq dövründə bu məsələnin üstündən keçib, araşdırma aparmayıb.

“Prokurorluq niyə Səttar Möhbalıyevi kənarda saxlayıb, bir dəfə də çağırıb dindirməyib? Bu işlərin başında dayanan Səttar Möhbalıyevdir. Bu gün yenə kənarda qalsa, artıq bu ölkədə hüququn olduğuna inanmayacağam. Necə olur, 5 faiz alanlar müttəhimlər kürsüsündədir, Səttar Möhbalıyev isə Milli Məclis kürsüsündə?”, – vəkil İsmayılov belə deyib.
Vəkil Aslan İsmayılov yenidən bu məsələnin üstünə qayıdaraq Nadir Əliyevin istintaqa verdiyi izahatdan niyə imtina etdiyinə belə aydınlıq gətirdi:
" Nadir Əliyev əvvəllər məhkəməyə xəstəhallı gəlirdi. İndi maşallah gümrahdır. Heç elə bil xəstə olmayıb. Və bundan başqa verdiyi izahatlardanda imtina edərək Səttar Möhbalıyevin bu məsələyə dəxli olmadığını deyir. Çünki artıq Həmkarlardsa seçki keçirilib və Səttar Möhbalıyev seçilib. Deməli Nadir Əliyevə onu qurtaracağına söz verib. Ona görədə Nadir Əliyev sağlamlaşıb və keçmiş izahatlarından imtina edir."
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.

Dünyapress TV

Xəbər lenti