Ardını oxu...
Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri vəzifəsindən azad edilməsindən 1 ilə yaxın vaxt keçib. Bu müddət ərzində Naxçıvanda bir çox dəyişikliklər müşahidə edilməkdədir. Muxtar respublikada artıq keçmiş idarəçilik üsullarından imtina edilir, neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar atılır. Amma bu yenilikləri asanlıqla həzm edə bilməyənlər də var. Dövlətin ayırdığı büdcə vəsailərini sənəd-sübutsuz rahatlıqla havaya sovurmağı öz “kredo”larına çevirən bəzi “hazıra nazir”lərin pula hərisliyi qətiyyən azalmayıb. Onlar hər vəchlə yeniliklərə, dəyişikliklərə müqavimət göstərməyə davam edirlər. Bu sırada yer alan bir çox yerli məmurların adı xüsusi fərqləndirmə ilə keçir.

Naxçıvanı uzun müddət şəxsi mülkü kimi idarə etmiş Talıbovların şəriki Emin Uçar həmin siyahının ilk sıralarında qərrarlaşıb. Vaxtilə “Gəmiqaya” adlanan, indi isə fəaliyyətini “Arkoz” kimi davam etdirən Holdinq Naxçıvanda büdcə vəsaiti hesabına inşa edilməli olan əksər tikililərin podratçısıdır.
Vasif Talıbovun rəhbərliyi dövründə holdinqin 60 faizi oğlu Rza Talıbova, 40 faizi isə Emin Uçara məxsus olub. Bu fakt heç bir tender keçirilmədən milyonlarla manat dəyəri olan dövlət sifarişlərinin sözügedən holdinqə verilməsi üçün kifayət edib.

Ən acınacaqlısı odur ki, görülən işlərin hər hansı birinin layihə-smeta sənədləri də mövcud olmayıb. Buna görə də Naxçıvanda dövlət büdcəsi hesabına inşa olunan əksər tikililərdə inşaat işləri dayandırılıb. Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin (FHN) həmin tikililərə yerli baxışı zamanı o binaların heç bir tikinti-inşaat normativləri nəzarə alınmadan, başdansovdu inşa edildiyi müəyyənləşib.

Bu binalar sırasında Naxçıvan Dövlət Universiteti (NDU) üçün 2018-ci ildə tikitintsinə başlanan beşmərtəbəli “Texnopark” da var. Elektrik xətləri çəkilən, hətta otaqlarda təmir işləri aparılan, kondisioner sistemi quraşdırlan binanın dam örtüyü 2018-ci ildən bu yana hələ də vurulmayıb. Binanını içərisinə yağan yağış, qar görülən işləri bərbad hala salıb. Halbuki “Texnopark”ın tikintisinə ötən 5 il ərzində dövlət büdcəsindən milyonlarla vəsait sərf olunub. Aldığı milyonların qarşılığında heç bir iş görməyən Emin Uçarın holdinqinin o pulları havaya sovuraraq dövlət büdcəsini talaması bunula da yekunlaşmır.

Bəhs olunan tikintilər sırasında Naxçıvan şəhərində yerləşən 14 saylı məktəb də var. Sözügedən məktəbin binası 2007-ci ildə tikiliərək istifadəyə verilib. Məktəbin tikintisi üzrə sifariş o zaman Naxçıvan Ali Məclisinin sədri olan Vasif Talıbovun yaxın adamı, həmin vaxtlar MR baş nazirinin 1-ci müavini, Naxçıvan Tikinti və Arxitektura Komitəsinin sədri postunu tutan Asəf Məmmədov tərəfindən Rza Talıbovun 60 faiz paya sahib olduğu “Gəmiqaya” holdinqinə ötürülüb. Onu da vurğulayaq ki, məktəb binasını “Gəmiqaya”nın sələfi olmuş “Uçar İnşaat” adlanan şirkət inşa edib.

Daha sonra 2022-ci ildə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlanlarına məxsus olan bu holdinq parçalanıb və hər birinin əsasında ayrı holdinq yaradılıb. Nəticədə Vasif Talıbovun oğlu “Reqes İnşaat”, Emin Uçar isə “Arkoz İnşaat” adı ilə fəaliyyətini davam etdirib. Yəni hazırda məktəbi tikən şirkət rebrendinq edib. Məktəbin tikintisi holdinqin 40 faizinə sahib olan Emin Uçarın rəhbərliyi altında həyata keçirilib. Yəni sifarişin icrası heç bir tender elan olunmadan birbaşa “Gəmiqaya”ya həvalə olunub. Təhsil ocağı bu şəkildə tikilib və 2007-ci ildə Vasif Talıbovun adamı, o zaman yüksək vəzifə tutan Asəf Məmmədov tərəfindən qəbul edilərək istifadəyə verilib.

Ancaq çox keçmədən məktəb binası qəzalı vəziyyətə düşüb. Binadakı problemlər dərs zamanı baş verən silkələnmədən sonra üzə çıxıb. Təhlükə ilə qarşı-qarşıya qalan şagirdlər bu barədə valideynlərini xəbərdar ediblər. Övladlarının həyatından narahat olan valideynlərin tələbi əsasında binada yoxlama aparılıb və tikinti zamanı inşaat normativlərinin ciddi şəkildə pozulduğu aşkar edilib. Problem aşkarlandıqdan sonra məktəb binasına 10 ədəd sütun, 6 ədəd də dəmir konstruksiyalı kəmər yerləşdirən şirkət bunun müqavibilində 180 min manat ödəniş tələb edib. Halbuki 14 saylı orta məktəb elə Emin Uçarın şirkəti tərəfindən inşa edilib və nöqsanlara görə məsuliyyət də məhz onun üzərinə düşür.

Müqaviləyə əsasən, yaranacaq problemləri şirkət öz imkanları hesabına həll etməli idi. Lakin şirkətin rəhbəri problemi həll etmək əvəzinə, fəhlələrin zəhmət haqqını ödəməkdən boyun qaçıraraq dövlətə qarşı açıq sabotaja əl atıb. 14 saylı məktəbin tikintisinə MR Arxitektura Komitəsinin sədri və baş nazirin birinci müavini olmuş Asəf Məmmədov “nəzarət” edib. Daha konkret desək, xərclərinin 80 faizini ölkə büdcəsindən ayrılan dotasiya hesabına qarşılayan Muxtar Respublikada Emin Uçar və Asəf Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək birlikdə külli miqdarda dövlət vəsaitini talayıblar. O zaman təbii sual yaranır: Asəf Məmmədov niyə hələ də məəssuliyyətə cəlb olunmayıb? Maraqlidir, görəsən onu hansı “gözəgörünməz” qüvvələr qoruyur?

Tikintisində ciddi problemlər aşkarlanan binalardan biri də keçmiş Hərbi Hospitalın binasıdır. 105 yaşlı bina xüsusi plan əsasında restavrasiya edilməli olsa da, onun ilkin vəziyyətindən əsər-əlamət qalmayıb. Nəticədə ikimərtəbəli binaya qeyri-qanuni üçüncü mərtəbə də artırılıb. Yeni rəhbərlik binada yenidən təmir işlərinin aparılmasına ehtiyac yarandığını bildirsə də, bununla bağlı heç bir razılıq əldə olunmayıb. Nəticədə MR FHN-nə müraciət olunub. Mütəxəssislər binaya baxış keçirərək tikilinin məhdud işlək və istifadəyə yararsız olduğuna dair rəy veriblər. Rəydə binanın sökülməsi tövsiyə edilib.

Binaya qeyri-qanuni şəkildə əlavə olunan üçüncü mərtəbənin inşası Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Komitənin nəzdindəki “Naxçıvan Tikinti” tərəfindən 2 il əvvəl həyata kekirilib. Hazırda binanın sifarişini verən və inşa etdirənlərə Muxtar Respublika prokurorluğunda cinayət işi açılıb və istintaq prosesi hələ yekunlaşmayıb. Qədim binada problem üçüncü mərtəbənin əlavə edilməsi ilə də yekunlaşmır, məsələ burasındadır ki, görülən işlərdə inşaat-tikinti normativləri də ciddi şəkildə pozulub. Bu məqam MR FHN-in rəyində də xüsusi vurğulanıb. Naxçıvan Hərbi Hospitalında aşkarlanan problemlər bununla da bitib-tükənmir. Hazırda tavanı yararsız vəziyyətdə olan binanın mərtəbələrarası beton qatı da inşaat standartlarına ziddir.

Naxçıvan Duz İstehsalı Zavodu da problemlərdən xali deyil. Həm tikinti, həm də təchiz edilən avadanlıqların keyfiyyətsizliyi ucbatından zavod ilyarımdır fəaliyyət göstərmir. Sifarişçisi Naxçıvan Dövlət Şəhərsalma Arxitektura İdarəsi, icraçısı isə “Arkoz İnşaat” olan zavodun ümumi inşasına və avadanlıqların alınmasına nə az, nə çox, 6,7 milyon manat xərclənib. Fəaliyyətinin natamamdığı üzündən zavod hələ də istismara qəbul edilməyib. Belə ki, avadanlıqların uyğunluq sertifikatları yoxdur, istehsal ölkələri müəyyənləşməyib, köhnə avadanlıqlar birinci əl yeni avadanlıq adı ilə rənglənərək zavoda quraşdırılıb.

Aparılan müşahidələr zamanı bəlli oldu ki, zavodda borular pas atıb, istifadə edilən avadanlıqlar duzun gildən ayrılmasını təmin etmir. Havalandırma sisteminin düzgün quraşdırılmaması səbəbindən istehsal edilən duzun rəngi qara olur. Bu durum işçilərin sağlamlığında ciddi problemlərin yaranmasına yol açır. Elə bu vacib məqam da zavodun fəaliyyətinin dayandırılması üçün tutarlı səbəb kimi göstərilib. Bağlanmış müqaviləyə görə, zavodda yalnız ağ duz istehsalı nəzərdə tutulsa da, buna hələ ki nail olunmayıb. Nəticədə isə artıq deyildiyi kimi, avod ilyarımdır, fəaliyyətini dayandırıb. Bu isə külli miqdarda vəsait itkisi deməkdir.

Zavodun direktorunun sözlərinə görə, bir sıra ölkələrdən duz alışı ilə bağlı sifariş gəlsə də, onların yerinə yetirilməsi imkan xaricindədir. Həmin sifarişlərdən məcburi imtina isə 5 milyon manata yaxın vəsaitin itirilməsi deməkdir.
Qeyd edək ki, MR baş nazirin keçmiş müavini və Emin Uçarın “ortağı” Asəf Məmmədov hazırda “Arkoz İnşaat”da tikinti müdiri vəzifəsində fəaliyyət göstərir. Elə Duz İstehsalı Zavodunun standartlara uyğun tikilib təhvil verilməməsinin birbaşa məsuliyyəti də Emin Uçarın baş məsləhətçisi Asəf Məmmədovun üzərindədir.

Şirkət zavoddakı problemlər barədə məlumatlandırsa da, icraçılar qeyd olunan çatışmazlıqların aradan qaldırmaq üçün əlavə 600 min dollar tələb ediblər. Naxçıvan Şəhərsalma və Arxitektura İdarəsinin mövcud rəhbərliyi bütün bunlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və hazırda araşdırma aparılır.

Naxçıvan Dövlət Univetsitetinin “Texnopark”ında yarımçıq qalmış işlərin çoxluğunu diqqətə çatdıran Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin əməkdaşı Həbib Kərimov Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü madəsinə əsasən, 12 oktyabr 2023-cü il tarixindən etibarən, tikintinin dayandırılması haqqında qərar qəbul edildiyini bildirib. Buna səbəb tikintiyə icazə səndinin verilməməsi, layihənin düzgün təsdiqlənməməsi, həmçinin inşaat-tikinti normativlərinə əməl olunmamasıdır.

Qurum rəsmisi inşaat normativlərinə cavab verməyən bir sıra analoji obyektlərin olduğunu da vurğulayıb. O bildirib ki, NDU ərazisində rektorluq binası, universitetin “Texnopark”ı, Ordubad rayonunda Su-Elektrik Stansiyası və digər obyektlərdə aşkarlanan nöqsanlar, eləcə də tikintiyə icazənin olmaması səbəbindən inşaat işləri dayandırılıb. Eyni zamanda, həmin obyektlərin inşasına başlandığı torpaq sahələrinin də bu məqsədlə ayrılmadığı aşkarlanıb:

“Rektorluq binası köhnə binadır, müayinə olunmadan əlavə mərtəbə artırılıb. Hazırda Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən bir sıra köhnə binalarda, həmçinin layihədən kənaraçıxma halları aşkarlanan yeni binalara baxış keçirilir. 14 nömrəli məktəbə də baxış keçirmişik. Yükdaşıyıcı bloklarda konstruksiyalarda möhkəmləndirmə işlərinin aparılmasına ehtiyac var. Həmin məktəbdə seysmik bölgənin tələblərinə uyğun avadanlıqlar quraşdırılmayıb. Baxış keçirildikdən sonra bərpa-gücləndirmə işləri həyata keçirilib, hazırda problem yoxdur”.

Həbib Kərimov sadalan faktlara əsasən, hüquq-mühafizə orqanları, eləcə də müvafiq icra hakimiyyəti strukturlarına və sifarişçiyə məlumat verildiyini, aşkarlanan nöqsanlarla bağlı hazırda apraşdırılma aparıldığını bildirib.

Mənbə:yenicag.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

"Cebhe.info" həmin müşavirənin videosunu təqdim edir:

 
Ardını oxu...
Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı Cavad Vahid oğlu Muradov və Şamxal İlham oğlu Məmmədov hakim qarşısına çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində baş tutan hazırlıq iclasında hakim Mirheydər Zeynalov iş üzrə zərərçəkən Məhəmməd Həsənzadənin valideyn və vəkillərinə onun telefon danışıqları ilə bağlı çıxarışları təqdim edib.

Vəkillər bu sənədi tələb etmələrini belə əsaslandırır ki, istitaqın qənaətinə görə, “Sea Breeze”də dava düşən zaman Elmir İsmayılov özünün mühafizə rəisi Məhəmməd Həsənzadə və mühafizəçiləri Peyman Vəlizadə və məktəbli M.Ə-nin müşayiəti ilə orada olublar.

Elmir İsmayılov masa arxasında əyləşəndə Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və M.Ə masa ətrafında ayaq üstündə dayanmaqla guya onu mühafizə ediblər. Faktiki isə Elmir İsmayılov restoranda olarkən Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və M.Ə orada olmayıblar. İstintaq dövründə Məhəmməd Həsənzadənin vəkilləri dəfələrlə vəsatət qaldıraraq ona məxsus telefon-anten məlumatlarının alınması üçün mobil operator “Azercell”ə sorğu göndərilməsini tələb ediblər. Lakin istintaq dövründə vəsatət təmin edilməyib.

Bu səbəbdən də eyni məzmunlu vəsatəti Məhəmməd Həsənzadənin vəkilləri məhkəməyə də təqdim ediblər. Hakim Mirheydər Zeynalovun “Azercell”ə verdiyi sorğuya cavab isə istintaqın Elmir İsmayılovun restorana Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Murad Əhmədlinin mühafizəsi ilə gəlməsi qənaətini, ümumilikdə isə ittihamını təkzib edir.

Əslində isə Məhəmməd Həsənzadənin “Sea Breeze”yə gəlməsi belə olub:

Elnur Məmmədov restoranda dava salıb Elmir İsmayılova xəsarət yetirdiyi, maşınını əzib-sındırdığı saatlarda Məhəmməd Həsənzadə Bakının Mərdəkan qəsəbəsində olub.

“Azercell”dən verilən cavabdan da görünür ki, hadisə günü Məhəmməd Həsənzadə dava zamanı “Sea Breeze”nin yerləşdiyi Nardaran qəsəbəsində deyil, ondan təxminən 23-24 kilometr aralıda yerləşən Mərdəkanda olub.
Ardını oxu...
Məhəmməd Həsənzadə Mərdəkanda sinif yoldaşı Elgün İsmayılov, Peyman Vəlizadə və M.Ə ilə birgə istirahət ediblər. O zaman Elmir İsmayılov qardaşı Elgün İsmayılova zəng edib. O, “Sea Breeze”də dava düşdüyünü, ona xəsarət yetirildiyini və maşınının əzildiyini bildirib.

Elmir İsmayılov qardaşı Elgündən xahiş edib ki, “Sea Breeze”ə gəlib onu xəstəxanaya çatdırmağa kömək etsin. Elgün İsmayılov Mərdəkandan Nardarana gələrkən dostları Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və M.Ə də onun maşınına minərək birgə gəliblər. Onlar da Elgün İsmayılovla birgə “Sea Breeze”də restorana daxil olub Elmir İsmayılovu axtarıblar.

Elgün İsmayılov dostları ilə “Sea Breeze”ə gəldikləri vaxt artıq Elmir İsmayılovun xəsarət alması, maşınının əzilməsi ilə müşayət olunan davadan 1 saatdan artıq vaxt keçib.

Onlar restorana daxil olandan sonra yanlış olaraq Elnur Məmmədov və ətrafındakı kütlə istiqamətinə yönləndiriliblər.

Elnur Məmmədov və ətrafındakılar Elmir İsmayılovu axtaran onun qardaşı Elgün İsmayılovu, Məhəmməd Həsənzadəni, Peyman Vəlizadəni də döyüb xəsarət yetiriblər.

Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur.
 
Ardını oxu...
"Mən 15 Oktyabr 2023 “Green Card Azerbaijan” ( sayt:greencard.az, hüquqi adı- Abroad MMC, VOEN: 1305927591) şirkətinin direktoru Rüfət Piriyevə viza dəstəyi üzrə xidmət müqaviləsi bağlamışam". Bunu öz şikayətində İntiqam Əliyev qeyd edir.
Ardını oxu...
Foto internetin açıq mənbələrindən götürülüb
Narazı vətəndaş daha sonra əlavə edir:

"Rüfət bu günə qədər nə işimi həll edib, nə də ödənişi geri qaytarır.

Hər gün bir bəhanə gətirir...

Onlardan polisə şikayət etmişəm və mənə orada bildirdilər ki, Rüfət Piriyev haqqında 200 yaxın şikayət var.

Bu şirkətdən və Rüfətdən uzaq durmağınızı tövsiyyə edirəm..."

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri də bu qurumun ümumi fəaliyyəti kimi ciddi narazılıqlar doğurub.

Mediada və sosial şəbəkələrin Azərbaycan seqmentində ölkənin ən çox tənqid olunan rəsmi qurumları sırasında Elm və Təhsil Nazirliyi “fəxri” ön mövqelərdə qərarlaşıb.

Bəhs olunan nazirliyi növbəti dəfə “hədəf taxtası”na çıxaran fəaliyyət “Təhsildə könüllü fəaliyyətin təşkili” adlı qrant müsabiqəsinin təşkili olub. Nazirlikdən açıqlanan məlumata əsasən, haqqında danışılan müsabiqəyə ümumilikdə 112 layihə təqdim edilib.

Qurumdan bildirilib ki, bütün layihələrin əvvəlcə texniki ekspertizası həyata keçirilib və onlardan 104-ü məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Həmin mərhələdə isə layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 17 layihə qrant qazanıb. Necə deyərlər, müsabiqənin təşkili və onun nəticələrinin açıqlanma forması normaldır. Amma…

Amma qalib layihələrin siyahısına nəzər saldıqda, seçimin yenə də “ənənəvi metodologiya” üzrə aparıldığına şübhə yeri qalmır. Konkret desək, müsabiqənin təşkilatçıları məbləği minimum 10 min, maksimum isə 45 min manat olan qrantları yenə də özlərinin “dost-tanış çevrəsi”nə daxil olan təşkilatlar arasında bölüşdürüblər.

Əlbəttə, vurğulanan “qalib” seçimi ekspromt qaydada, yaxud da random üsulu ilə aparılmayıb. Çox təəssüf ki, qrant müsabiqəsinin təşkilində əsas məqsədin vətəndaş cəmiyyətinin təhsilin inkişafında iştirakının stimullaşdırılması olduğu deyilsə də, nəticə tam fərqli mənzərəni ortaya çıxarır və korrupsiya şübhələrinə ciddi əsas yaradır.

Qurumun keçirdiyi qrant müsabiqəsinin açıqlanan nəticələrinin Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli tərəfindən birbaşa müəyyənləşdirildiyi iddia olunur. Qeyd edilir ki, ətrafının “nazirin naziri” adlandırdığı Mətin Kərimli bununla həm yaxın çevrəsindəki insanları maddi planda sevindirmək, həm də haqlı tənqidlərin hədəfində olan nazirliyin müdafiəsi üçün “könüllülər dəstəsi”ni gücləndirməyi düşünüb. Ən maraqlı məqamlardan biri də budur ki, qalib seçilən layihələrin əksəriyyəti məhz nazirliklə yaxın əlaqələri olan, eyni zamanda, qurumun yanında fəaliyyət göstərən İctimai Şurada təmsil olunan şəxslərin təşkilatları tərəfindən təqdim edilib. Yəni “kənar” QHT-lər bu haqsız rəqabətdə öncədən məğlub duruma salınıb.

Qalib elan edilmiş layihələrin sırasına təkrar nəzər saldıqda, bu iddiaların kifayət qədər ciddi olduğu qənaəti yaranır. Məsələn, müsabiqədə qalib seçilərək maksimal – 45 min manat məbləğində qrant ayrılmış Azәrbaycan Gәnc Müәllimlәr Assosiasiyası İctimai Birliyi və “Bir könüllü” Tәlәbәlәrin Әmәkdaşlığı İctimai Birliyinin hansısa effektli fəaliyyəti haqqında məlumat tapmaq mümkün deyil. Çünki hər iki təşkilat nazirliyin “QHT-QHT” oyununun parçası olmaq üçün yaradılıblar.

O zaman təbii sual yaranır, adları çəkilən və qısa zaman öncə yaradılan bu təşkilatlar hansı keyfiyyətlərinə görə qalib seçiliblər və onlara ayrılıqda 45 min manat qrant ayrılıb? Özünə hörmətlə yanaşan və seçimində obyektivliyi qoruyan istənilən donor qrant üçün müraciət etmiş qurumların konkret istiqamətlər üzrə indiyə qədər həyata keçirdiyi fəaliyyəti və malik olduqları təcrübəni incələdikdən sonra qərar verir. Lakin göründüyü qədər, Elm və Təhsil Nazirliyi öz seçimində tam fərqli kriteriyalara əsaslanıb.

Ancaq bütün hallarda nazirlik özünü növbəti dəfə “yandıraraq” tənqidlərin yeni dalğası üçün ciddi əsaslar verib. Yəqin nazirlik rəsmiləri qrant müsabiqəsinin biabırçı nəticələrinə haqq qazandırmaqdan ötrü hər vasitəyə əl atacaq, manipulyasiya bacarıqlarını nümayiş etdirəcəklər. Lakin bu heç nəyi dəyişməyəcək.

Əslində, təhsili batıran qurumun rəhbərlərinin ədalətli qrant müsabiqəsi keçirmələri özlüyündə bir möcüzə olardı.

Möcüzəyə isə kim inanır ki?

Mövzuya qayıdacağıq.

Mənbə: www.yenicag.az
 
Ardını oxu...
“Azərlotoreya”nın “Misli” adı altında Azərbaycanda yaydığı qumar oyunları insanların həyatını məhv etməkdə davam edir...

Təəssüf ki, sadəlöhv insanlar maddi problemlərdən qurtulmaq üçün “Poz-qazan” tipli aldadıcı oyunlara və “Misli”nin təklif etdiyi qumara üz tutur ki, bu yolun sonu da qaranlıq tunel, faciədir.

Poliqon xəbər verir ki, artıq narazıların sayı genişlənir, biçarə insanlar sosial şəbəkələrdə etiraz səslərini uzatmaqla yanaşı, digərlərini qumardan, mərc oyunlarından çəkindirməyə çalışırlar. Belə şikayətlərdən və narazılıqlardan bir neçəsini sizə təqdim edirikş. Qeyd edək ki, bu şikayətlər sosial şəbəkələrdə mərc aludəçilərinin toplaşdığı səhifələrdə paylaşılır. Və bu cür şikayətlərin sayı-hesabı yoxdur.

Diqqətimizi çəkən bu şərhdə istifadəçu çıxılmaz vəziyyətdə olduğunu deyir, insanlardan kömək istəyir: “Salam, dostlar. Düzdür, bura yardım qrupu deyil. Amma yenə də yazıram. 135 manat borcum var. Daha doğrusu, zəhərə qalmış “Misli” çökdürdü məni. Özümə də söyüş qoydum artıq. Bir də oynayanı... Nə isə. Sözümün canı odur ki, borcumu ödəyə bilmirəm. Bir sözlə, sizdən yardım istəyirəm. Kimin nəyə gücü çatarsa... İnanların da canı sağ olsun, inanmayanların da. Sadəcə, olanı deyirəm”.

Ardını oxu...
Daha bir şikayətçi oyunların mərc şirkətlərinin təsiri ilə “fırladıldığını” deyir: “Bu axşam bir daha şahidi olduq ki, indiki dövrdə qumar oynayırlar, futbol deyil. “Siti” (“Mançester Siti” nəzərdə tutulur) ilk hissədə 0:2 uduzur, gəlir 2-ci hissədə 3:2 qələbə qazanır. PSJ (Fransa paytaxtının təmsilçisi) ilk hissədə 0:1, fasilədən sonra düz 90+8-ci dəqiqədə 1:1, “Barselona” ilk hissə heç-heçə, oyunu isə qələbə qazandı. Vallah, nə deyim, bu işlərin başını buraxmaq lazımdır”.
Ardını oxu...
Kənan adlı qrup iştirakçısı isə daha böyük məbləğ uduzub və digərlərini bu bəladan xilas etməyə çalışır.

“Deməli, qardaşlar və bacılar! 23 yaşımda səkkiz illik qumar həvəsini deyim, qumar bağlılığını deyim, nə deyim bilmirəm... Amma burda artıq başını buraxıram. Ən azından əlimdən gələn hər şeyi edəcəyəm. Məktəndə, sonra universitetdə xırda pullarla başladım mən də sizin kimi. Sonra pulların miqdarı da böyüdü, risklər də artdı. Həyat yaşanmaz oldu. Və bu 8 ildə azı 15 min manat öz pulumu, 14 min də borc pulu uduzmuşam. Artıq neynəyəcəyimi bilmirəm. Yaşanası həyat var hələ. Belə yaşanmır. Yazmaq məqsədim odur ki, bəlkə bu yola təzə başlayanlar var. Məni görüb, bu oyunun başını buraxın. Bu gün kupon sıxırdım, kazino-filan oynayırdın. 7-8 minlik xeyrim də vardı. Amma bu qumardır. Dayanmasını bilmədinsə, ya gedəcək, ya da bəxtsizlik olacaq. Həmişə oynadan udur...”
Ardını oxu...
Necə deyərlər sitatın sonu. Ümid edirik ki, bu sətirlərini oxuyanlar bir daha düşünəcək, “Azərlotoreya”nın “Poz-qazan” və “Misli” tipli qumar oyunlarının toruna düşməyəcəklər.

Mənbə: Poliqon.info
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
“Ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi tamamilə qanunauyğundur və Konstitusiyanın müvafiq tələblərinə cavab verir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elman Nəsirov deyib.

Millət vəkili növbədənkənar prezident seçkilərinin baş tutması fonunda 2024-cü ildə ölkədə bir sıra konstitusional dəyişiklərin də həyata keçiriləcəyi ilə bağlı yaranmış iddialara münasibət bildirib.

Xatırladaq ki, sosial şəbəkələrin Azərbaycan seqmentində gələn il ölkədə referendumun keçiriləcəyi ilə bağlı iddialar da geniş vüsət alıb.

E. Nəsirova görə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsinin ilk cümləsində də qeyd olunub ki, “ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi yalnız ölkə Prezidentinin səlahiyyətində olan məsələdir”:

“Eyni zamanda Seçki Məcəlləsinin 179-cu maddəsində də eyni yanaşma var. Yəni məsələnin hüquqi tərəfi bəllidir və belə bir səlahiyyət Prezidentdə var. Növbədənkənar prezident seçkilərin keçirilməsi dünya praktikasında da tez-tez təsadüf olunan bir haldır. Ancaq bəzən sosial şəbəkələrdə hadisə və prosesləri qabaqlamaq tendensiyası da müşayiət olunur. Biz prezident seçkilərindən dərhal sonra referendum, ondan sonra isə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı müzakirələrin getdiyini görürük. Bu məsələlər də cənab Prezidentin səlahiyyətinə daxildir. Referendumla bağlı da həm sosial şəbəkələr, həm də mətbuatda çoxsaylı müzakirələr olub. Bir sıra məsələlər var ki, onların referendum yolu ilə həlli vacibdir”.

YAP-çı deputatın sözlərinə görə, nəzərə alsaq ki, ölkə Prezidenti hərtərəfli və irimiqyaslı islahatlar kursunu həyata keçirib və onun da mühüm tərkib hissəsi siyasi islahatlardır, belə olan halda deyə bilərik ki, referendum keçirilə bilər, lakin bunun nə zaman keçiriləcəyi bəlli deyil və bu, ancaq cənab Prezidentin səlahiyyətində olan məsələdir:

“Bu məsələlər geniş müzakirə olunur. Referendum keçiriləcəyi təqdirdə, əgər birbaşa parlament seçkiləri ilə bağlı məsələlər müzakirə olunarsa, belə olan vəziyyətdə parlament seçkilərinin keçirilməsi də mümkün ola bilər, amma bunun nə zaman olacağını heç kim bilmir. Seçki Məcəlləsinə görə növbədənkənar parlament seçkilərinin keçirilməsi ancaq 2024-cü ilin noyabr ayına təsadüf edə bilər. Lakin bu olmasa, aidiyyəti üzrə 2025-ci ilin fevralında parlament seçkiləri keçiriləcək.

Fikrimcə, bu məsələyə ölkə başçısının məşhur ifadəsi ilə yanaşmaq lazımdır. Prezident İlham Əliyev daim söyləyir ki, o, nəyi necə və nə vaxt etməyi gözəl bilir. Ona görə də məsələyə elə bu prizmadan yanaşsaq, düzgün olar”.

 
Ardını oxu...
Bu yaxınlarda səhhətimlə bağlı bir neçə tibb müəssisəsinə getdim.
Demək olar ki hamısında eyni vəziyyət.
Xəstə adam bilmir sağlamlığını fikirləşsin, yoxsa TƏBİB-in, sığorta sisteminin yaratdığı sistemsizliyin əziyyətini çəksin.
Deyirdik müasir texnologiyaların tətbiqi işləri asanlaşdırar.
Amma deyəsən səhiyyədə bu tərsinə olub. İcbari tibbi sığortanın tətbiqındən sonra dövlət səhiyyə müəssisələrinə axın artıb.
Bu isə xəstəxanalarda müəyyən sıxlığa səbəb olur.
Bir çox sağlamlıq ocağında apardığımız müşahidələrdən belə qənaətə gəlmək olur ki, vətəndaşlar xidmətlərdən yararlanmaq üçün saatlarla, bəzən isə günlərlə növbə gözləməli olurlar.
Xüsisilə də, yaşlı insanlar və azyaşlı uşaqlar üçün növbə gözləmək daha çox çətinlik yaradır.
Növbələrdə saatlarla dayanmaqla xəstələrin həm də əsəbləri korlanır.
Gah həkim yerində olmur, gah da kompüter sistemi işləmir.
Bu da bütüb prosesi iflic edir. Çoxsaylı növbələrin yaranmasına səbəb də elə bu kompyüter sisteminin nasazlığıdır..
Dəfələrlə tibb müəssisələrinə gedib şahidi olmuşuq ki, pasiyent sayı artan kimi kompüter qeydiyyat sistemi dayandırılır.
Guya nəsə donur,işləmir. 21-ci əsrdə, yüksək texnologiyalar dövründə TƏBİB-in və İcbari Tibbi Sığortanın bunu bəhanə gətirməsi çox gülüncdür.
Bu problem aylarla,illərlə düzəlmirsə,deməli elə adını çəkdiyimiz bu təşkilatlar öz işlərini düzgün yerinə yetirə bilmirlər.
Səhiyyə eksperiment sahəsi deyil. Poliklinikalara, xəstəxanalara sağlamlığı pozulmuş adamlar müraciət edir.
Onsuzda hərə bir cür həyəcan,stress keçirir. Sizin də yarıtmaz xidmətiniz onların dərdinin üstünə dərd gətirib əsəb gərginliyi yaradır.
Bu hallar çox zaman süni şəkildə yaradılır. TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qəsdən belə vəziyyət əmələ gətirərək əhalini özəl klinikalara üz tutmağa vadar edirlər. Çünki özlərinin də özəl səhiyyə obyektləri var.
Bu zaman bir sual yaranır.
Görəsən Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov cənabları hara baxır?
Səhiyyə ocaqlarında baş verən bu problemi görmürmü?
Görürsə, niyə bu məsələ gündəmdən kənarda qalır və öz həllini tapmır?
Bu gün müasir informasiya texnologiyalarının dövlət tibb müəssisələrinin fəaliyyətində rolu qeyri-qənaətbəxşdir.
Bildiyimiz kimi Səhiyyə və Tibbi sığortası sahəsində tibbi xidmətlərin keyfiyyətinə nəzarəti təmin etmək haqqında Prezident fərman imzalayıb və bununla bağlı aidiyyəti qurumlara xüsusi göstəriş verib.
Əfsuslar olsun ki, bu göstərişə məhəl qoyan yoxdur.
Biz bu mühüm problemi işıqlandırmaqla dövlət başçısından və aidiyyəti qurumlardan xahiş edirik ki,səhiyyə sahəsində yaşanan bu problemi nəzərə alıb vətəndaşların xidmətlərə əlçatanlığını təmin etsinlər.
Sima Babayeva
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
“Biz dünyada gedən prosesləri görürük. Rusiya-Ukrayna müharibəsi, Qəzzadakı döyüşlər, digər gərginliklər və s. hazırda mövcuddur”.

Bu sözləri yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O, “Müsavat TV”nin efirindəki debat zamanı hakim partiya deputatı olan Elman Nəsirovun sərhədlərin bağlı qalması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, millət vəkili açıqlamasında sərhədlərin bağlı qalmasını Azərbaycan dövlətinin təhlükəsizlik məsələləri ilə əlaqələndirmişdi.

V. Əhmədov isə diqqətə çatdırıb ki, biz hələ Ermənistanla sülh müqaviləsi imzalamamış, sərhədlərimizi müəyyən etməmişik:

“Bütün bunların hamısı, əlbəttə ki, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün sərhədlərimizin bağlı qalmasını önə çıxarır. Bunu cənab Prezident də qeyd etmişdi. Sərhədlərin bağlı qalması dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün ciddi bir məsələdir.

Mənə də bununla bağlı müraciətlər olur. Çünki hamının təyyarə vasitəsilə gəlib-getmə imkanı yoxdur. Ona görə də bütün bu məsələlərə baxmayaraq, heç olmasa, sərhədin bir hissəsini xüsusi rejim altında açmaq olar. Mən təklif edərdim ki, Gürcüstan-Azərbaycan sərhədində müəyyən yumşalmalar həyata keçirilsin. Çünki Gürcüstan Azərbaycanın strateji müttəfiqidir, rəsmi Tbilisi ilə kifayət qədər sıx əlaqələrimiz var. Məhz bunun üçün də Gürcüstanla olan sərhəddə xüsusi rejim tətbiq etməklə insanların gediş-gəliş ilə bağlı müəyyən şərait yarada bilər”.

Millət vəkili söyləyib ki, sərhədlərin bağlı olması, həmçinin iqtisadiyyata da öz mənfi təsiri göstərir:

“İnsanlar var ki, sərhədyanı bölgələrdə yaşayır və o vaxtı mal mübadiləsi həyata keçirirdilər. Bu da həmin dönəmlərdə insanların həyat şəraitinə öz təsirini göstərirdi. Amma ümumi götürsək, əsas məsələ dövlətin təhlükəsizliyinin təmin edilməsidir. Amma müəyyən qədər yumşalmanın getməsi ilə bağlı variantlara baxmaq olar. Fikrimcə, Gürcüstan sərhədində xüsusi rejim tətbiq etməklə müəyyən qədər insanları buraxmaq mümkündür. Bu gün qonşularımızda da ciddi problemlər yaşanır. Ona görə də bu işdə tədbirlər həyata keçirilməlidir”.v

Dünyapress TV

Xəbər lenti