Ardını oxu...
Mən Mirzəyeva Gülarə Hüseyn qızı 10 nəfərlik ailə üzvlərimizlə birlikdə Göyçay şəhəri M. Ə. Rəsulzadə küçəsində yerləşən 7 saylı Uşaq Bağçasında yaşayırıq. Belə ki, 1-ci Qarabağ müharibəsi iştirakçısı olan həyat yoldaşım Mirzəyev Ariz Əziz oğlu 2012-ci ildə Mehriban xanım Əliyevayanın şəxsən qəbulunda olmuşdu. O zaman hörmətli Mehriban xanımın göstərişi ilə biz hazırki qaldığımız yerə yerləşdirilmişdik. Həmin vaxtdan etibarən sözü gedən bağçada yaşayırıq. Lakin, bir neçə vaxtdır ki, bizi buradan çıxarmaq istəyirlər. Bağçanın müdirəsi Sevinc Abbasova bizdən tələb edir ki, Təcili bu yeri tərk eləməlisiniz. Bildirir ki, bu, Göyçay Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin tapşırığıdır. Buna görə dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbulunda olmuşuq. Artıq 5 gündür bizə verilən elektrik enerjisini belə kəsiblər. Axı rayonda fəaliyyət göstərən vəzifəli şəxslərə 11 nəfərlik ailəni ilin-günün bu çağında, qış vaxtı çölə atmağa kim icazə verib? Ölkə başçısı cənab İlham öz çıxışlarında "Dövlət hər bir vətəndaşına sahib çıxır" - bildirir. Biz də bu dövlətin vətəndaşları olaraq Ali Baş Komandanımıza güvənirik, hər zaman Onun yanındayıq. Mətbuat vasitəsilə də cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan çox xahiş edirik, bizə köməklik göstərəsiniz. Qarşıdan gələn prezident seçkilərində biz də var gücümüzlə Sizin yanınızdayıq. Uca Allah Yardımçınız olsun!
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır

 
Ardını oxu...
Azərbaycanın Niderlanddakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının iyirminci ildönümü ilə əlaqədar klassik musiqidən ibarət konsert proqramı keçirilib.

Bu barədə Azərbaycan səfiri Rəhman Mustafayev “X” sosial şəbəkə hesabında bildirib.

“Bu gün biz Haaqa diplomatik korpusunun üzvləri ilə birlikdə Nərgiz Əliyarovanın ifasında Azərbaycan klassik musiqisindən ibarət gözəl konsert proqramı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin parlaq xatirəsini ehtiramla yad etdik. Qonaqlarımıza və istedadlı pianoçumuza çox təşəkkür edirik”, - diplomat qeyd edib.

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində xəstəxanalarda sıxlıq müşahidə olunur.

Bir çox respirator xəstəliklərlə həkimlərə müraciət edənlərin sayı isə gündən-günə artır.

Terapevtlər bu kimi halların qarşısının alınmasında sağlam qidalanma və yuxu rejiminə əməl etməyin vacibliyini vurğulayıb.
Ətraflı İTV-nin süjetində:

 
Ardını oxu...
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 20 il keçir.

Ümummilli Liderin xatirəsi Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə ehtiramla yad edilir.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.

1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.

Uzun müddət ABŞ-nin Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Fəxri Xiyabanda dəfn olunub.
 
Ardını oxu...
Bakıda 2024-cü ildən etibarən Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) ləğv ediləcəyi haqqında məlumatlar yayılıb.

İddialara əsasən, bütün Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) ləğv edilməsi, onların funksiyalarının bələdiyyələrə verilməsi nəzərdə tutulub.

Bununla bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Mənzil Kommunal İstismar Sahələri 11 mindən artıq binanın idarəçiliyini təmin edir. Onlar ancaq müvafiq rəsmi qərar olarsa, ləğv edilə bilər. “JEK”lərin ləğvi ilə əlaqədar hazırda heç bir məlumat və rəsmi qərar yoxdur”.
 

Ardını oxu...
"Şikayətim Sabunçu rayon icra hakimiyətindəndir.
Həyətimdə hasarın üstünə 2 daş əlavə edirdik ki, çöldən içəri görünməsin. İşə bir gün olardı ki başlamışdıq "Məhəllənin Google map numayəndəsi" (qonşu) xəbər çatdırıb və "Niva" markalı avtomobillə 2 nəfər yaxınlaşdı ki, bəs sizin xəbəriniz yoxdur... Cənab prezidentin əmri var, bütün tikinti-təmir işləri dayandırılıb.

Nə isə... işi dayandırdım. Səhər icra hakimiyyətinə yollandım və pul verəcəyim tədqirdə tikintiyə davam edə bilərəm, dedilər.

İndi sual edirəm: Cənab prezidentin əmrini bu icra başçısı vətəndaşdan pul almaqla niyə pozur?"

Ardını oxu...

Mənbə: "Şikayətim Var" SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Dövlət rüsumu 1,5 manat olsa da, əvvəlki kimi zorla 5 manat allnır

Sənədin kserosurətinin çıxarılması 2 manatdan bahadır?!

“Dövlət rüsumu haqqında” 04.12.2001 tarixli Azərbaycan Respublikası Qanununun 10.18 maddəsinə görə , sənədlərdən surət və çıxarışların təsdiqi üçün 23.02.2021-ci ilə kimi 2 manat və hər səhifəyə görə əlavə 0.50 manat dövlət rüsumu nəzərdə tutulurdu. Notariuslar isə bir səhifəlik sənədin təsdiqi üçün zorla 5 manat alırdılar. Bu zorakılığı “ Notariat haqqında” 26.11.1999 tarixli Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən dövlət rüsumu həcmində xidmət haqqı tutulmasına bağlayan ədliyyə işçilərinin “şişirtmə ədalətinin” Konstitusiyanın 73-cü maddəsinə zidd olduğu qanunun özündən bəlli edir.

“ Notariat haqqında” Qanunun 29-cu maddəsində həmin qanunun 17-ci maddəsinin 6-8-ci bəndində ( sənədlərin surətlərinin təsdiqi 6-cı bənddə yazılıb-M.B.) nəzərdə tutulmuş notariat hərəkətləri ilə bağlı göstərilən xidmətə ( məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tutulması doğrulanıb. Açıq-aşkar dövlət rüsumu məbləğində haqqın notariat hərəkətləri ilə bağlı göstərilən xidmətə görə tutulduğu doğrulansa da, notariat kontorları göstərilməyən xidmət adına zorla haqq tuturlar. Hər hansı sənədin təsdiqi üçün göstərilən xidmət nədən ibarətdir? Yalnız sənədin kserosurətinin çıxarılmasından ! Bəyəm sənədin kserosurətini çıxarmağa 2.50 manatlıq xidmət , əmək ... sərf olunur? Sualın ritorikliyi göz önündədir: surətçıxarma xidmətlərinin bir səhifəni hətta 1 qəpikdən hesablamaları heç kəsə gizlin deyil. Bəlkə notariuslar sənədin surətini təsdiq edəndə məsləhətvermə, layihə hazırlama, əqd, ərizə tərtibetmə , texniki işləri yerinə yetirmə xidmət(lər)i göstərir? Vurğuladığımız kimi, yox! “Xidmət” yalnız sənədin surətinin çıxarılmasıdır ki, onu da 2 manatdan da baha etmək talançılıqdan özgə bir şey deyil.

“Dövlət rüsumu” haqqında qanunun 1-ci maddəsində dövlət rüsumunun dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə ( sənədlərin tərtibatı, razılıqların verilməsi və s.) ödənilən haqq (ödəniş) olduğu doğrulanıb. Bu anlayışdan dövlət rüsumunun xidmət haqqı ilə hüquqi hərəkətləri əhatə etdiyi bəlli olur. Belədə adi bir arayışın təsdiqinə görə dövlət rüsumunun məbləği qədər xidmət haqqı tutulmasının qanunsuzluğu şübhə doğurmur. Sözügedən qanunun 1.2 maddəsində Konstitusiyanın 73-cü maddəsinə uyğun olaraq doğrulanıb ki, dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər. Bəs niyə notariuslar göstərilməyən xidmətə görə dövlət rüsumunun ikiqat həcmində haqq müəyyən edib, zorla aztəminatlı şəxslərdən- tələbələrdən, pensiyaçılardan, qazilərdən, əlillərdən tuturlar? Axı sənəd təsdiqi xidmətindən daha çox aztəminatlılar yararlanır! Bir diplomun, tələbə biletinin , veteran, əlillik vəsiqəsinin surətinin təsdiqinə niyə 5 manat rüsum və xidmət haqqı tutulmalıdır?

Qanunverici 23.02.2021 tarixli qanunla “Dövlət rüsumu haqqında” qanunun 10.18 maddəsini dəyişərək, sənədlərdən surət və çıxarışların təsdiqi üçün dövlət rüsumunu 2 manatdan 1,5 manata endirib və 2-ci səhifədən başlayaraq hər səhifəyə görə 0,50 manat ödənilməli olmasını qanuniləşdirib. Di gəl, yenə də, notariat kontorları “köhnə hamam, köhnə tas” prinsipi ilə işləyirlər; bir səhifəlik sənədin təsdiqinə görə ikiqat 3 manat yerinə 4-5 manat tələb olunur. Fikrimizcə, qanunverici “ Notariat haqqında” qanunun 29-cu maddəsinə də yenidən baxıb, sənədlərin surətinin təsdiqi “xidməti”nə görə dövlət rüsumu məbləğində xidmət haqqı tutulmasına son qoymalıdır. Nədən xidmət haqqı elə rüsum deməkdir. Adi bir “təsdiq xidməti”nə iki qanunla həm dövlət rüsumu , həm rüsum həcmində haqq tutulması ikiqat qanunsuzluqdur. Aztəminatlı şəxslərə bu ikiqat haqqı ödəmək çətindir. Xidmət “ASAN” olsa da...

Məğrur BƏDƏLSOY
 
Ardını oxu...
Laçına gedən bəzi iş adamları, imkanlı şəxslər Laçının gözəlliklərinə ancaq pul, gəlir mənbəyi kimi baxırlar. 4 gün bundan əvvəl Laçında Ağanus Turşsuyunda çəkdiyim şəkillərə ürək ağrısız baxmaq olmur. Gördüyüm mənzərə məni çox məyus etdi – qədim bulağın ətrafındakı meşə qatını hansı işbazsa traktorun ağzına verdirib sivirib. Ordan-burdan eşitdiyim sözlərə görə kimsə orda restoran tikdirəcək. Bu işdə Laçından olan bir neçə imkanlı şəxsin adı hallanır. Görəsən o imkanlı adam bilmirmi ki, Turşsuyun üstündə qazanc üçün restoran açarkən meşə zolağını məhv etmək artıq bulağı məhv etməyə bərabərdir. Bulağın suyu artıq indidən azalıb. Gələn yay meşə örtüyünün məhv olması ucundan bulağa qədər yol gələn su artıq çılpaq ərazidə buxarlanmaya məruz qalacaq və bulağın gözü quruyacaq. Mən bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsinə məlumat verdim. Gözləntimiz odur ki, traktorla kürünən meşə zolağı bərpa olsun və Laçının ruhu olan Turşu bulağının qurumasının qarşısı alınsın. Ağanus kənd camaatı da öz sözünü deməlidir. Laçınlıların ən əziz ünvanlarından biri, gələn qonaqları ziyarət üçün dəvət etdiyi bir ünvanın kimlərinsə qazancı üçün qurban verilməsi yolverilməzdir. Bizim buna mənəvi haqqımız yoxdur.
Turşsu və ətrafındakı zümrüd meşələr Azərbaycan xalqının milli təbiət sərvətidir. Bu sərvəti qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
Onu da deyim ki, restoran üçün bulağın yanında köhnə restoranın yeri durur. Təzəni də orda inşa etsələr nə meşəyə nə də bulağa ziyan dəyməz.
P.S. Turşsu bulağının bundan əvvəlki gedişlərimdə çəkdiyim şəkillərini də paylaşıram.
İlham Qəhrəman
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti