Ardını oxu...
Qazax-Ağstafa rayonlarının ətraf kəndlərində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin işçiləri soyuqdan əziyyət çəkirlər.

32gun.az xəbər verir ki, ətraf kəndlərdə fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin işçilərinə əvvəlki illərdə yanacaq verilsə də, bu il yanacağın verilməməsi bildirilir. Aldığımız məlumata görə hər il Noyabr ayının birinci yarısına kimi işçilər öz iş otaqlarını isitmək üçün yanacaqla təmin olunsa da onlar bu il yanacaqla təmin olunmayıb.

Bu soyuqlu havada istilik sisteminin olmaması ucbatından işçilər çox əziyyət çəkirlər. Onlar məcbur olaraq öz evlərindən odun, loru dildə desək çır-çırpı gətirməklə isinirlər.

Əvvəlki illərdə hər il qış aylarında işçilərə verilən 90 L yanacaq bu mövsümdə, yəni Dekabr ayı olsa da hələ də onlar yanacaq verilməyib və nə vaxt veriləcəyidə bəlli deyil.

Bir sözlə,Qazax-Ağstafa zonasında (ətraf kəndlərdə) Mədəniyyət Mərkəzinin işçiləri soyuqdan donurlar və onlar istilik sistemi ilə təchiz olunmasını istəyirlər.

Qeyd edək ki, təqdim etdiyimiz foto Ağstafada çəkilib.

Mədəniyyət işçiləri üçün "xüsusi olaraq" çır-çırpı hazırlandığı nəzərdən qaçmır.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Şəkildə gördüyünüz bu ağsaqqalın adı Henri van Rensdir. O, Niderland Krallığının vətəndaşıdır. Adam yük maşını sürücüsüdür. Ağsaqqal ətrafında apardığım araşdırmalardan sonra müəyyən etdim ki, o, öz işi ilə fəxr edir. Öz sosial şəbəkə hesabında sürdüyü “Tır” maşınları ilə bağlı paylaşımlar edir. Ancaq bizim bəzi qurumlar bu kişini öz sevdiyi işlə rahat məşğul olmağa imkan vermir.

Rəy bölümündə paylaşacağım fotolardan görəcəksiniz ki, Henri kişi bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq foruma qonaq qismində dəvət edilib. Deyə bilərsiniz ki, burada qeyri-adi nə var ki?

İş burasındadır ki, Henri kişi sentyabr ayında başqa bir dövlət qurumunun, konkret olaraq, Diaspor Komitəsinin dəvəti ilə Azərbaycanda keçirilən tədbirlərdən birində holland yazıçısı kimi iştirak edib.

Yəqin ki, QHT Agentliyi bugünkü tədbirə onu minatəmizləyən qismində dəvət edib. Çünki tədbirin adından bu nəticəyə gələ bilərik.

Ola bilər ki, bu kişi həm “tır” sürür, həm də həvəskar kimi şeir yazır. İndi bu “fitri istedadına” görə o qrant pullarını silmək üçün bizim qurumlar tərəfindən “kruqa” buraxılmalıdır? Bəyəm əlaqə qurmağa, ölkə həqiqətlərini xarici auditoriyaya çatdırmaq üçün başqa adam, fərqli peşə sahibi yoxdur ki, bu sürücünün ümidinə qalıbsınız?
Ardını oxu...
Ardını oxu...

Səsimizi çıxarmasaq yəqin ki, gələn dəfə hansısa bir dövlət qurumu onu ginekoloq kimi ölkəyə gətizdirəcək. Yazdıqlarımı sübut edən mötəbər sübutları rəy bölümündə paylaşıram.
Məhəmmədəli Qəribli

https://www.facebook.com/henri.vanrens

 
Ardını oxu...

DogruXeber.az: - Yolun kənarındakı "Vətən" adı dostumla məni yolumuzdan döndərir.

İnsafən, yaxşı düzəldiblər, müştəriləri qarşılayan xanımın üzündən zəhər, xidmətçi bəylərin gözündən yuxu tökülsə də, ab-hava pis deyil. Təcili nahar edib çıxacağımızı dedik. İstədiyimiz yeməklərin heç biri yoxdur. Ofisiant "hisə verilmiş dana" məsləhət bilir. "Xolodnı"dan çox seçmirik - göyərti, turşu, içməyə ''Sirab'', vəssalam.

Bir az keçmiş bir nəfərlik tavada yemək gəlir. Baxan kimi tərifə uyğun olmadığını görsəm də, dostumun iştahını küsdürməmək üçün heç nə demirəm. Uzağı 100 qram ət, yanında da dilimlənmiş kartof. Kartof demək olar ki, bişməyib, bəlkə də, hisə dana əti yox, məhs kartof verilib. Çox keçmir, qurman dostum, dərhal ifşa edir: "Burada nə dana əti var, nə də his. Allah bilir, nə ətinə barbekü sousu qatıb, hisə verilmiş dana əti adıyla verməyin''. Araya zarafat qatıb, tələsik yeyirik. İki nəfərə demək olar ki, çatmır.
Hesab istəyəndə təəccüblənirik - 82 manat 83 qəpik. Bizə bir pors kimi görünən yeməyi üç pors yazıblar.

Qiymətlər belədir:
Turşu - 8 AZN
Göyərti - 4 AZN
Təndir çörəyi (ağ) - 4 AZN
Təndir çörəyi (qara) - 1,80 AZN
Lavaş - 0,50 AZN
Sirab - 3 AZN
Can əti hisli kartof ilə - 54 AZN
Tam məbləğ - 75,30 AZN
Servis - 7,53 AZN
Yekun - 82,83 AZN
Qiymətlərin baha olduğunu deyəndə ofisiant hamının narazı olduğunu, hətta qiymətlərə ofisiantların da etiraz etdiyini bildirir: "'Sizə hələ yaxşı yazıblar. Burada iki nəfərlik nahar 150 manatdan az olmur".
Administratoru otağa dəvət edib, pors sayının çox, qiymətlərin baha olduğunu demək istəyirik. Özü gəlmir, sifariş göndərir: ''Əvvəldən deyilsəydi ki, nahar edəcəkdilər, qiymətlər fərqli olardı. Bundan sonra gələndə fərqi görərlər''.
Bundan sonrakı söhbətləri, ofisiantların münasibəti, administratorun bir dələduz kimi rəftarını detallı yazmaq istəmirik. Bəlkə bu restoranın adı ''Vətən'' olmasaydı, kabinetlərinin hərəsinə bir rayonumuzun adı verilməsəydi, orada müşatərilərə ərəb turistlər kimi baxmaları adama toxunmazdı.
Maraqlıdır ki, bu restoran bir neçə il əvvələ qədər Bakının iki-üç pritonundan biri olub. Sonra adını ''Vətən'' qoyub restorana çeviriblər. Ad dəyişsə də, əxlaq, niyyət dəyişməyib...//BakuPost

Ardını oxu...

Ardını oxu...

 

 

Ardını oxu...
ürdəmir rayon İcra Hakimiyyəti 2023-cü ilin dekabr ayının 4-də "Kürdəmir şəhəri, Aran qəsəbəsi və Gənc Heydərçilər parkında görüləcək abadlıq işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər veir ki, bu satınalmanın məbləği 615.631 manat təşkil edib.

Satınalmada "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1006542391) qalib elan edilib.

Ardını oxu...

"MALA.az" MMC 2020-ci ilin iyul ayının 2-də dövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Adil Məmmədov küçəsi ev 10, mənzil 16 ünvanı, qanuni təmsilçisi isə Müzəffərov Tural Fərrux oğludur.

Ardını oxu...

"MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti Kürdəmir rayon İcra Hakimiyyətinə heç də yad təşkilat deyil. Belə ki, Kürdəmir İcra Hakimiyyəti ilə "MALA.AZ" MMC arasında daha bir satınalma müqaviləsi 2022-ci ilin dekabr ayının 16-da bağlanıb.

Kürdəmir rayon İcra Hakimiyyətinin "Kürdəmir şəhəri Heydər Əliyev parkında abadlıq işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu bu satınalmanın məbləği 398.991 manat təşkil edib. Bu satınalmada da qeyd etdiyimiz kimi "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Ardını oxu...

Bu satınalma müqaviləsindən bir ay əvvəl - 2022-ci ilin noyabr ayının 22-də Kürdəmir rayon İcra Hakimiyyətinin tabeli qurumu olan Kürdəmir Şəhər İnzibati Ərazi Üzrə Nümayəndəliyi "Kürdəmir şəhəri, İslam Məmmədov küçəsi, 65 saylı binanın dam örtüyü və fasadının əsaslı təmiri işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

İyirmi səkkiz min manat olan bu satınalmada da "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Kürdəmir rayon İcra Hakimiyyəti ilə "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan satınalma müqavilələri bununla bitmir.

Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin daha bir tabeli qurumu - Mənzil İstismar Sahəsi müvafiq olaraq 2022-ci ilin sentyabr ayının 26-da və 2022-ci ilin iyul ayının 18-də "Zibil konteynerlərinin satın alınması" lotu üzrə stınalma keçirib. Bu satınalmaların məbləği 56.300 manat təşkil edib.

2020-ci ildə təsis edilən "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti yalnız Kürdəmir rayon İcra Hakimiyyətinin və İcra Hakimiyyətinin tabeli qurumlarının sifarişçi olduğu satınalmalarda iştirak edib.

"MALA.az" MMC-nin maddi-texniki bazası, fəaliyyət profili, mühəndis və əmək müqaviləsi ilə çalışan işçiləri, müvafiq lisenziyaları və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat verilmir.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olmasının vacibliyi vurğulanır.

Ardını oxu...
Elxan İbrahimov

Qeyd edək ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovdur.

Elxan İbrahimov 2022-ci ilin fevral ayında Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

O, əvvəllər "Holiday Inn Baku Airport ” otelində, "Baker Tilly” audit şirkətində, "Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

Mənbə: Qlobal.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Gəncə Şəhəri son 5 il də abadlıq işlərinə həsrət qalıbdır. Şəhər meri Niyazi Bayramov bir dəfə daşı-daş üstünə qoymayıb. Lakin durmadan tender elan edir, abadlıq işlərinə və ya yolların təmirinə. Heç Dövlət qurumlarından soruşan yoxdur ki, Niyazi Bayramov Gəncə Şəhərinə ayrılan Tenderlər nəyə və hara xərclənibdir. Gəncə Şəhərinin yolları, küçələri göz qabağındadır.

Yoxsa Şəhər meri tenderlərin pulunu oğluna bahalı 904 markalı maşınlar alaraq maliyyə pozuntusu edir, bax bu sual altındadır.

Gəncə şəhər icra hakimiyyətininim tabeliyində olan Mənzil-Kommunal Təsərrüfat İstehsalay Birliyi 95 gündə tender “alış-veriş”ində 3 milyon manatdan çox pul xərcləyib.

İcra Hakimiyyətinin büdcəsindən 3 milyon manatdan çox pulun xərcləndiyi tender siyahısını təqdim edirik.

“VEDİ CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Gəncə şəhərinin küçə və prospektlərində hasarların əsaslı təmiri və abadlıq işlərinin satınalınması”na görə – Məbləğ: 897.240,78 AZN.

Bu şirkətin qanuni təmsilçisi EMİN ƏLİYEV ELDAR OĞLU, nizamnamə kaputalı 500 AZN-dir.

“ELVİ.M.M. SERVİCES GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə “Gəncə şəhərinin istirahət parklarında əsaslı təmir və abadlıq işlərinin satınalınmsı”na görə – Məbləğ: 1.623.552,89 AZN

Bildirək ki, bu şirkətin qanuni təmsilçisi COŞQUN İSGƏNDƏROV FƏXRƏDDİN OĞLU, nizamnamə kaputalı 834127 AZN-dir.

“ GÖYGÖL TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Gəncə şəhər ərazisində işıqlandırma sistemlərinin əsaslı təmir işlərinin satınalınması”na görə – Məbləğ: 610.639,52 AZN.

Küçələri işıqlandırmaq üçün Yarım milyon manatdan çox pul köçürülən “GÖYGÖL TİKİNTİ” MMC-nin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi ANAR TAĞIYEV ƏHMƏD Oğludur.

Dövlət qurumları bunun açıqlamasını Gəncə İcra Hakimiyyətindən alaraq aydınlıq gətirməlidir.


Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Ardını oxu...
Hər gün neçə-neçə sadəlöhv və kasıb vətəndaş asan qazanc əldə etmək, problemlərdən qurtulmaq arzusuyla cibində olan son qəpik-quruşu da qumar şirkətlərinə uduzur.

Dəfələrlə vurğulanıb ki, “Azərlotoreya”nın təklif etdiyi mərcə və digər qumar oyunlarının arxasında böyük hiylə dayanır. Burda qazananlar tək-tük olsa da, uduzanlar, müflisləşənlərin sayı xeyli çoxdur. Özü də “Misli”nin fəaliyyəti zamanı dəfələrlə qanun pozuntularına yol verilir, müştərilər aldadılır. Baş verənlər çoxlarını dilə gətirib, müxtəlif şəxslər cəmiyyətə “Misli”nin toruna düşməməklə bağlı çağırış edir, insanları fırıldaq qurbanı olmaqdan çəkindirməyə çalışır.

Belə çağırışlardan birini idman jurnalisti Ağa Dadaşzadə özünün sosial şəbəkə hesabından edib. Başına gələnlərlə bağlı videomüraciət yayımlayan Dadaşzadə izləyicilərinə bunları deyib:

“Sizə “Azərlotoreya”nın və “Misli”nin fırıldağından danışmaq istəyirəm. Dəfələrlə bir çoxlarının başına gəlib. Onlayn formada “Misli”nin saytından pul qoyuluşu etmək istəyirsən. Misal üçün, “Real”la “Barselona” qarşılaşır. Ev sahiblərinin qələbəsi 1,76-a bərabərdir. Pulu yükləyirsən, oyunu seçirsən və qəfildən görürsən ki, sistem dondu. Sənin hesabından isə pul çıxılır. Baxırsan ki, oyun 0:0 hesabıyla davam edərkən sistem 2-3 dəqiqə ərzində dondu. Açılanda görürsən ki, sən uduzmusan, oyunun axarı artıq başqa cürdü. Problem bir dəfə olar, iki dəfə olar. Amma onlarda davamlı belə olur. Canlı mərc edərkən heç təhlükəli vəziyyət yaranmamış, hansısa penalti vəziyyəti belə olmamış sistemi dondururlar. Buna görə də mən sizə “Misli”dən mərc etməyi məsləhət görmürəm. Onların hər cür fırıldaqçılıqları var. Zəng edib şikayət edəndə də adamın üzərinəd “bozarırlar”, adamı haqsız çıxarmağa çalışırlar”.

Qeyd edək ki, bu cür şikayətlər sosial şəbəkələrdə tez-tez yayılır. “Misli”nin toruna düşən sadə vətəndaşlar öz narazılıqlarını dilə gətirir, “Azərlotoreya”nın belə əməllərindən şikayətçi olurlar.
Mövzunu diqqətdə saxlamağa davam edəcəyik.
Mənbə: Poliqon.info
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 

Ardını oxu...


Prezident İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini açıqlayarkən maraqlı fikirlər səsləndirib.

Dövlət başçısı bu barədə ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışında bildirib.

“Mən çox təəccübləndim, onlar bu görüşü mənsiz təşkil etdilər. Sanki mən özüm öz toyumda iştirak etmədən məni evləndirdilər. Bunu necə etmək olar? Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı qətnaməni necə qəbul edə bilərlər ki, mən özüm orada olmamışam” - deyə Prezident maraqlı reaksiyası verib.

Ardını oxu...
Paytaxtın Bakıxanov prospektində qayda pozuntusu qeydə alınıb.

Dekabrın 4-ü, saat 17:09 radələrində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus 90-AA-900 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil əks istiqamətli yola çıxaraq təhlükəli vəziyyət yaradıb. Eyni zamanda naziri müşayət edən, sayrışan işıqlı, 10-UP-900 dövlət nömrə nişanlı digər “Mercedes” markalı avtomobil də eyni qayda pozuntusunu edib.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasının Prezidenti və ailəsi, Milli Məclisin sədri və Baş nazirdən başqa digər rəsmilərin kortejlə hərəkət etmək səlahiyyəti yoxdur.

Eyni zamanda FHN nazirini müşayət edən avtomobilin operativ nəqliyyat vasitəsi olmadığını nəzərə alsaq quraşdırılan sayrışan işıqlar və səs siqnalları qanunsuzdur./Avtosfer.az

 
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən bankların bəziləri öz rəsmi internet saytında filiallar və ATM bölməsində "Google" şirkətinin xəritəsindən istifadə edir. Bu xəritə isə münaqişəli əraziləri hər iki ölkənin dilində təqdim edir. Bunun səbəbi də sözügedən şirkətin müharibə və münaqişələ siyasətinə qarışmamasıdır.
Kommersant.az xəbər verir ki, Rusiyanın "Yandex" şirkəti isə öz xəritəsində BMT-nin qəbul etdiyi ərazi bütövlüyü qətnaməsini nəzərə alaraq mübahisəli əraziləri qəbul edilmiş dildə yayımlayır. Məsələn, BMT qətnamələrinə görə Qarabağ Azərbaycan ərazisi olduğu üçün "Yandex" şirkəti də Qarabağ bölgəsinin rayon və şəhərlərini Azərbaycan dilində yayımlayır.
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən bankların bəziləri "Google" şirkətinin xəritəsindən istifadə etdiyi üçün öz rəsmi saytında Qarabağ bölgəsini Azərbaycan dili ilə yanaşı erməni dilində də təqdim edir. "ExpressBank" təxmini 2 il öncəyə qədər "Google" xəritəsindən istifadə edirdi. Daha sonra xəritəni dəyişərək Azərbaycan dilli xəritə yayımlasa da, yenidən sözügedən ikidilli xəritəni rəsmi internet saytında dərc edib. Dəyişən xəritənin üzərinə "Yalnız inkişaf məqsədləri üçün" yazısı da əlavə edilib.
Mənbə: Kommersant.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
 

 


Dünyapress TV

Xəbər lenti