Ardını oxu...
Bu gün Hurriyyet.az-a müraciət edən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Xıncab kənd sakini Məşdi Vilayət oğlu Rüstəmov "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqının nəzdində fəaliyyət göstərən və Naxçıvan şəhərində yerləşən "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasovun ona qarşı törətdiyi qanunsuz əməllərdən şikayətlənib.

Məşdi Rüstəmovun sözlərinə görə, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov 2018-ci ildə onun dükanını heç bir səbəb olmadan bağlayıb və nəticədə külli miqdarda ziyana məruz qalıb: "Qurban Abbasov haqsız yerə dükanımı 6 ay bağlı saxlayıb. O zaman rəhmətlik anam və mən müraciət etmədiyimiz adam qalmadı, amma yenə də dükanımı açmadı. Nəticədə külli miqdarda borca düşdüm. Onu da qeyd edim ki, dükanım bağlı olsa da, mən hər ay Həsən adlı dükan sahibinə 400 manat, bazarda pul yığan Mikayıl adlı şəxsə isə 300 manat ödəyirdim. Dükanımı bağlı saxlamaları bir yana, Qurban Abbasov mənə ordakı mallarımı belə, götürməyə imkan vermədi. Həmin ticarət mərkəzində çalışanlar bilir ki, qapını yalnız özləri açıb-bağlamaları üçün bir sistem yığıblar və buna görə də pult bizdə olsa da, qapını ancaq bazarın əməkdaşları açıb-bağlayırdılar. Məsələn, işıq söndüyündə biz onlara müraciət edir və onlar gəlib qapını açırdılar. Bir sözlə, Qurban Abbasov həm dükanımı açmağa, həm də ordakı mallarımı götürməyə imkan vermir".

Ağır şəkər xəstəsi olduğunu və "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru tərəfindən başına açılan olaydan sonra səhhətinin daha da pisləşdiyini, eyni zamanda sosial durumunun bir xeyli ağırlaşdığını vurğulayan şikayətçi bildirib ki, üzləşdiyi problemlə bağlı "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqının rəhbəri Vüqar Abbasova müraciət etsə də, bunun heç bir faydası olmayıb: "Bu hadisədən sonra həm sağlıq durumum, həm də ailə və maddi vəziyyətim lap pisləşdi. Külli miqdarda borcum yarandı, xəstəliyim ağırlaşdı, bir ayın içində atamla anam dünyasını dəyişdi. Bir övladım var, onu da güc-bəla ilə dolandırıram. Borcum yarandığından oğlum 8-ci sinifdən məktəbdən ayrılıb bazarda peraşki satmaqla mənə borclarımı qaytarmağa köməklik edir. Mən də ayı 350 manata işləyirəm və qazandığımız ancaq borcları, kreditləri verməyə çatır. Yeri gəlmişkən, onu da deyim ki, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov tərəfindən başıma açılan müsibəti yoluna qoyması üçün "Cahan Holdinq"in rəhbəri Vüqar Abbasova da müraciət etdim. Lakin müraciətimə baxılmadı. Daha sonra poçt vasitəsi ilə ona məktub yolladım və holdinqin aparat rəhbəri Azər Cəfərov məni qəbul etdi. Onunla bir qədər söhbətləşdikdən sonra şəklimi çəkdi. Bunun səbəbini soruşduqda dedi ki, bunu "Cahan Holdinq"in rəhbəri Vüqar Abbasova göndərirəm. Sonra problemin həlli üşün 2 gün vaxt istədi. İki gündən sonra zəng vurub dedi ki, xəstəliyinlə bağlı sənə 1000 manat veririk, mart ayında dükan açılanda "Cahan Holdinq"in rəhbəri "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasovun etdiyi hərəkətə görə sənə hörmət edəcək. Ancaq mənə nə pul verən, nə də hörmət edən oldu. O gündən indiyədək həm Qurban Abbasova, həm də Vüqar Abbasova dəfələrlə teleqramla müraciət etmişəm, lakin bu günə kimi mənə cavab verən, problemimi həll edən yoxdur. Övladım 4-5 ildir ki, bazarda peraşki satmaqla Qurban Abbasovun əməlinə görə düşdüyüm borcu qaytarmaqda mənə yardım edir. Yazıq uşağın canı çıxır, 3-4 aydan sonra hərbi xidmətə getməlidir. Vallah, çox çıxılmaz vəziyyətdəyik. "Cahan Holdinq"in rəhbəri Vüqar Abbasovdan xahiş edirəm ki, Qurban Abbasovun mənə vurduğu ziyanı, təxminən 20 min manata yaxın vəsaiti qarşılasın və bizi bu acınacaqlı durumdan xilas etsin. Düşünürəm ki, məktublarımı ona çatdırmırlar. Əks halda Vüqar Abbasov problemi dərhal həll edər".

Məsələnin maraqlı tərəfi ondadır ki, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov yaratmış olduğu problemi həll etmək, vətəndaşa dəyən ziyanı qarşılamaq əvəzinə, idarə etdiyi bahalı avtomobili və onun nömrəsini göstərərək Məşdi Rüstəmova hədə-qorxu gəlib: "Onu da deyim ki, Qurban Abbasovla söhbət zamanı o, sürdüyü 90 - 100 dövlət nömrə nişanlı (şikayətçi avtomobilin nömrəsinin orta hərflərini yadda saxlamadığını bildirib-red.) "Range Rover" markalı avtomobili göstərərək, "Bax, görürsən mən necə maşın və hansı nömrə ilə sürürəm. Bu cür maşının və belə nömrənin sahibinə kimsə nəsə edə bilər?", deyə hədə-qorxu gəldi. Onda əmin oldum ki, o, arxalandığı adamlara güvənərək başıma bu cür oyunlar açır. Çarəsiz qalıb bu ilin mart ayının 13-də Vüqar Abbasovun qohumu Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimovun da qəbulunda oldum və başıma açılan müsibəti ona danışdım. O, telefon nömrəmi aldı və "Deyəcəm ki, bu işi həll etsinlər" dedi, ancaq bunun da faydası olmadı. Odur ki, sizin vasitənizlə ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin dövlətin müvafiq qurumlarına müraciət edərək, onlardan yardım etmələrini, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov tərəfindən mənə dəymiş ziyanın ödənilməsini təmin etmələrini xahiş edirəm".

Hurriyyet.az
 
 
 
Ardını oxu...
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi “Maşın və avadanlıqların satın alınması” üçün bu ilin aprelin 20-də başladığı açıq tenderin nəticələrini və qalibi açıqlanıb.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 327 min 852 manat olan tenderin qalibi “Supplimed” MMC (VÖEN - 3300484411) olub.

Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət Mərkəz üçün 2 ədəd müxtəlif markalı kondisioner, 2 ədəd 15 kq-lıq paltaryuyan, 4 ədəd dörd gözlü elektrik plitəsi, 2 ədəd “A3” və “A4” formatlı printer, 3 ədəd skan aparatı, 1 ədəd komputer monitoru, 2 ədəd komputer, 1 ədəd 2,5 ton qaldırma gücü olan transpalet, 2 ədəd otbiçən, 1 ədəd kompressor, 1 ədəd dtolüstü telefon və 1 ədəd komputer-toçoqrafiya cihazı satın alacaq.

Qeyd edək ki, internet resurslarında MMC barəsində heç bir məlumat əldə etmək mümkün deyil. Hətta şirkətin yaranma vaxtı, hüquqi və vaktiki ünvanı və rəhbərliyi barəsində məlumata rast gəlmədik.

Bununla belə, şirkətin adı bir neçə qaranlıq və şübhəli tenderlərdə hallandırılır.

Belə ki, şirkət Masallı Rayon Mərkəzi Xəstəxanasının həyata keçirdiyi və Tender Komissiyasının rəsmi “etender.gov.az” saytında belə olmayan şübhəli tenderdə qalib gələn 9 şirkətdən biri olub və “Maşın və avadanlıqların satın alınması” ilə bağlı 2021-ci ilin 20 sentyabrında, 19 noyabrında və 31 dekabrında keçirdiyi tenderlərin qalibi olub və ümumi dəyəri 34 min 456 manat olan müqaviləyə imza atıb.

Maraqlı burasındadır ki, şirkət həmin il Sabirabad Rayon Mərkəzi Xəstəxanasının da şübhəli olan və maliyyə dəyəri 1 milyon 76 min 935 manat təşkil edən tenderində də iştirak edib. Qalib olduqdan sonra isə “Maşın və avadanlıqların satın alınması” ilə bağlı maliyyə məbləği 34 min 951 manatlıq satınalma müqaviləsinə imza atıb.

Şirkət 2022-ci ilin oktyabrın 7-də İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rentgen və digər diaqnostik vasitələrin satın alınması ilə bağlı elan etdiyi açıq tenderdə qalib olub və aralarında 3,018 milyon manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Vətən müharibəsi şəhidi, mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva dövlət qurumları tərəfindən ona və övladlarına qarşı olan laqeydlikdən gileylənib. Şəhid xanımı məsələylə bağlı dövlət başçısına müraciət edib:
“Əgər mən bu gün uşaqlarım üçün təkbaşıma mücadilə edəcəkdimsə, niyə həyat yoldaşım hamı üçün canından keçirdi. Rahib şəhid olanda Əli 1 yaş 8 aylıq idi, danışa bilmirdi. Böyüdükcə gözünün birinin də görmədiyini öyrəndim. Bu gün Əli üçün döydüyüm dövlət qapıları bizim üzümüzə bağlanacaqdısa, niyə mənim körpəm atasız qaldı onda? Siz şəhid övladlarına bucürmü dəstək olursuz?! Ən çox elə bu körpə uşaqların yaxşı məktəblərdə bağçalarda oxumaq haqqı var. Axı bizi dövlətə əmanət edib həyat yoldaşım. Biz bu qədər kasıb dövlətdə yaşayırıq k, bir uşağın təhsil haqqını qarşılaya bilmir? Axı ən önəmli vacib təhsil idi. İndi nə oldu daha bir il keçdi deyə uşaqların atası geri qayıtdı ki, baxmırsız? Artıq burdan müraciət edirəm dövlət başçısına. Çünki məktublarımıza baxılmır. Qəbullarda da bizi yola verirlər. İş istəyirik vermirlər, ev istəyirik vermirlər. Uşağımı bağçaya yazdırmışam onun da ödənişini heç bir dövlət qurumu həll etmir. Nə edək indi biz?”.
 
Ardını oxu...
Teref.az yazır ki, sosial şəbəkələrdə "PriuSServiS Bakı" səhifəsi və səhifənin admnistratoru Nadir Əliyev özünü hüquqşunas kimi təqdim edən Şahlar Ramazanovu dələduzluqda ittiham edib. "Universal avtoservis 044" avtoservisinin rəhbəri olan Nadir Əliyev öz səhifədə yayımladığı şikayətində yazır:
"Səhifəmizin izləyicisi olan sürücülərin və avtoservis işçilərinin nəzərinə:
- bu adam Şahlar Ramazanov özünə 7 priusdan ibarət olan taksi xidməti göstərən avtopark yaradıb və bir müddət maşınların təmirini bizim servisə həvalə etmişdi.
Əvvəllər təmir pulunu vaxtında ödəyirdi, sonra isə etibarımızdan istifadə edib 800 manata yaxın xidmət haqqımızı ödəməyib.
İndi nə telefona cavab verir nə də pulumuzu ödəyir. Onu da deyim ki dediyinə görə hüquqşünasdır.
Bizdə olan məlumata görə daha 4 servisə ödəniş etməyib, hətta sürücülərin də əmək haqqını ödəməyib. Sizə də iş birliyi təklif edərsə ayıq olun. Bu adam dələduzluq edir.
Biz artıq 102 xidmətinə şikayətimizi yazdıq."
Terefg.az olaraq Nadir bəylə əlaqə saxladıq və Nadir bəy aşağıda sölədiklərini yazdıqlarına əlavə etdi:
- Bu adam bizm etibarımızdan sui istifadə edərək pulumuzu vermir. Bu pullar işçilərin puludur. Vicdansızlığın dərəcəsinə baxın ki, gecə gündüz işləyib onun maşınlarını sazlayan əliqabarlı fəhlələrin pulunu yeyir və özüdə güya hüquqşunasdır. Gizlənir bizdən, zənglərə cavab vermir. Halal pulumuzu ala bilmirik.Artıq polisə müraciət etmişik. Hər halda polisimiz belə dələduzların öhdəsindən gələr.
Teref.az olaraq bizdə ümid edirik ki, Şahlar Ramazanov bu anlaşılmamazlığa aydınlıq gətirərək avtoservisin pulunu ödəyər və hüquşunas adına ləkə gətirən məsələni aradan qaldırar!
Redaksiya qarşı tərəfində mövqeyini dərc etməyə hazırdır!
Ardını oxu...
 
 
 
Ardını oxu...
Artıq bir aydır ki, rəsmi olaraq balıq ovu qadağan edilib. Amma hazırda bazarlarda bir-birindən fərqli balıqlar satılır.

"Operativ Media" paytaxt bazarlarında satılan balıqların haradan gətirildiyini və qiymətini araşdırıb.

Balıqların kürütökmə dövrü olduğundan 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib.
Xəzər dənizi, onunla əlaqəsi olan çaylar və su anbarları, eyni zamanda Xəzər və ona tökülən çaylarla əlaqəsi olan kanallarda balıq ovlamağa icazə yoxdur. Bu ildən tilovla da balıq tutmağa icazə verilmir. Bəs bazarlarda satılan balıqlar haradan əldə edilir?

Balıq satışı ilə məşğul olan İlkin Novruzovun sözlərinə görə, hazırda satışda olan balıqlar xaricdən və ya təsərrüfatlardan gəlmədir. Dəniz balığı satılmır.

"Ölkəmizə balıqlar daha çox Qazaxıstan, Rusiya, Türkiyə və Norveçdən gətirilir. Bununla bərabər yerli təsərrüfatlarda yetişdirilən balıqlar da var ki, hazırda məhz onların satışı həyata keçirilir".

Qadağanın qiymətləri qalxmasına səbəb olacağı gözlənilirdi. Lakin satıcılar bu fikirdə deyil. Balıqçılar bildirir ki, hazırda bazarlarda dənizdən tutulma balıqlar olmasa da ,amma qiymətlərdə heç bir fərq yoxdur. Çeşidin olmaması alıcılığı çox aşağı salıb.

"Gəlirlər, dəniz balığı soruşurlar, deyirik, yoxdur. Ən çox axtarılan kütümdür. Biz deyəndə ki, o yoxdur, başqa balıq var, almırlar. Kütümdü, Kefaldı, Berjdi satışda yoxdur. Balıqçılar gətirmir, ümumiyyətlə bazarda heç kimdə yoxdur".

Qiymətlərə gəlincə isə piştaxtada olan balıqların qiymətləri belədir:

Farel 9-13 manat arası
Levrek 20-22 manat, böyüklər 25-28 manat
Nərə (təsərrüfatlarda yetişdirilmə) 40-45 manat
 

Bir neçə gündür sosial şəbəkələrdə övladı ağır vəziyyətdə olan ana fəryad edərək dəstək və yardım istəyir.

Belə ki, oğlu ağır yataq xəstəsi olan qadın xəstənin bu vəziyyətə düşməsində həkimləri və konkret olaraq, MEDERA hospitalın neyrocərrah və həkimlərini ittiham edir.

“Medicina” xəbər verir ki, aadının sözlərinə görə, onun övladını Medera Hospitalın cərrah və həkimləri səhv əməliyyat edib və sağaltmaq əvəzinə, əksinə daha da ciddi fəsadlar yetiriblər.

16 yaşlı oğlum avtomobil qəzasına düşmüşdü. Onu Semaşkoya aparmışdılar. Orda saxlamayıb, özəl xəstəxanaya köçürdüm ki, orda daha yaxşı şərait var və həkimlər mənə söz verdi ki, bura gətir, bir sağaldacağıq. Semaşkoda ölməsin deyə, onu Medera hospitala köçürdüm.

Orda nə pul istədilər verdim, pula görə onun beynini əməliyyat etdilər. Beyin qapağını açdılar. Nəfəs alması üçün traxeyadan dəlik açanda, vurub boğazını, qida borusunu da deşdilər.

Mən Mehriban xanıma, prezidentə müraciət edirəm. Məni həkimlər və klinika aldadıb. Hər dəfə bu ay yaxşı olacaq, gələn ay sağaldacağıq deyə-deyə uşağımı əridib, koma vəziyyətində mənə verdilər. Uşağımın başında problem yox idi. 90 kiloluq uşaqdan 30 kilo qalıb.

” “MedEra hospital” uşağın qida borusunu deşdi, oğlumu şikəst etdi”

MedEraya gedib gəldim, uşağımı müalicə edin dedim, məni polislə ordan uzaqlaşdırdılar. Əvvəl 10 min təklif etdilər. Amma mən istəmədim. Çünki mənim övladımın dərdi 10 minlə sağalmır.

Məni aldatdılar ki, Azərbaycanda dərdinə dərman olmasa, Türkiyəyə göndərəcəyəm. Amma indi məni qapıdan qovurlar. Hər şeyi boyunlarından atırlar. Qida borusu salamat uşağımı deşiblər, nə yemək yeyə bilir, nə su. Əriyib gedir. Beyni salamat idi, beynini açıb qarnına tikdilər. Uşağımın sağalması üçün yalvarıram. Medera hospital məniçm evimi yıxdı”.


Azərbaycanda satılıan dərman və preparatların hədsiz baha və keyfiyyətsiz olması cəmiyyətdə ciddi sosial narazılıq yaratmaqdadır. Azərbaycan hökuməti vətəndaşlarda kütləvi narazılıq yaradan bu amillə bağlı özünün etibarlı mənbələri vasitəsilə artıq həyəcan siqnalı almaqdadır.

AzFakt.com xəbər verirki, Azərbaycan hökuməti dərman monopoliyasına qarşı qətiyyətli addımlara başlayıb.

İyun ayının 6-da Milli Məclisdə keçirilən iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafanın səsləndirdiyi fikirləri bu qəbildən hesab etmək olar. Deputat çıxışında 100 manatlıq dərmanların 300 manata satıldığını bildirirdi.

Qeyd edək ki, Azərbaycanda ən böyük dərman monopolistlərindən biri də 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçilən Kəmaləddin Qafarovdur.

Kəmaləddin Qafarov Milli Məclisdə dərman monopoliyası ilə məşğul olan iki deputatdan biridir. Yerli və xarici mediada yer alan məlumatlara görə Azərbaycanda dərman monopoliyasının əsas simasından biri də Cavanşir Feyziyevdir.

Vaxtilə parlamentə düşə bilən K.Qafarov və C.Feyziyevin qanunverici orqanda zaman-zaman dərman bazarını tənzimləyəcək qanunların əngəllənməsini təmin etdikləri iddia edilir.

Kəmaləddin Qafarov Milli Məclisdəki fəaliyyəti ilə yanaşı həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir.

Səslənən iddialardan biri isə dərman monopoliyasının başında dayananların Azərbaycanda dərman satışından əldə etdikləri milyardarla vəsaiti xarici ofşorlara köçürmələridir.

Hökumətə yaxın “Haqqın.az” saytı isə dərman inhisarçılarından olan deputat Cavanşir Feyziyevlə bağlı məlumatında bildirirdi ki, Cavanşir Feyziyev və başqaları “Danske Bank” vasitəsilə xaricə milyardlar köçürüblər. Danimarkanın kommersiya bankı “Danske Bank” Azərbaycan və Rusiya da daxil olmaqla bir sıra keçmiş Sovet respublikalarından 200 milyard avrodan çox “çirkli pul” köçürmələrinin təşkilinə görə 2,2 milyard ABŞ dolları məbləğində cərimə ödəməyə razılaşıb. Görünür, Kəmaləddin Qafarovun adı da gündəmə təsadüfən gəlməyib.

Onu da qeyd edək ki, Kəmaləddin Qafarovun çoxsaylı dərman depolarının, apteklərinin və tibbi preparatların satışı ilə məşğul olan şirkətlərinin olduğu deyilir.

Xatırladaq ki, Kəmaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. 2015-ci və 2020-ci illərdə 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür.


Ardını oxu...
DİA.AZ: - "Sumqayıtda oğlumuzu 2 bağçaya "online" qeydiyyat etmişik". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Arif adlı istifadəçi giley edir.

Ardını oxu...

Narazı vətəndaş daha sonra yazır: "11 nömrəli bağçada 6-cı sıradadır. 7 aydır elə 6-cı sıradadır... tərpəniş yoxdur.

Bağçaya yenə də rüşvətlə qoyurlar uşağı?

Bu növbə prinsipi işləyir?

Artıq saytı da bağlayıblar, növbəyə baxa bilmirik.

Təhsil nazirliyinə yazdım. Dedilər, "Qeydiyyat müvəqqəti bağlanıb, yaxın zamanlarda ictimaiyyətə məlumat veriləcək". "Deyirəm, mən qeydiyyat etmişəm, mənə lazım deyil qeydiyyat". Yenə eyni sözü deyirlər..."

İddiaa olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Cavanşir Quliyevdən nazirə ironiya
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin taksi xidmətinin bahalaşdırılacağına dair açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

İnsanlar sosial şəbəkələrdə və mediada bu sözlərinə görə naziri tənqid edib. Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev də onlar arasındadır.

Terefg.az “Yeni Sabah”a istinadla bildirir ki, ünlü bəstəkar nazir haqqında sosial şəbəkə hesabında qeyd paylaşıb. Həmin qeyddə deyilir:

“Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev: “Dünyada ən ucuz taksi bizdədir, belə olmaz, bahalaşmalıdır!” Ha-ha-ha, mənim nazirim…”

Dünyapress TV

Xəbər lenti