b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_9fd0a20eb4556a61b7e5f4b74e0f22f7.jpeg
  

2019-cu ildən “Xəzər” telekanalında yayımlanan “Komedixana” layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.

Bəs “Komedixana”nın parlaq ulduzlarından olan aktyor Cavidan Novruz kimdir?

Musavat.com aktyorun dosyesini təqdim edir.

Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində, Xalq artisti Ramiz Novruzun ailəsində anadan olub. Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə, Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirib.

CAVİDAN SON.jpg (66 KB)

Hazırda aktyorluqla yanaşı, müğənnilik edən Cavidan ifaçılığına atasının razı olmadığını müsahibəsinin birində bu sözlərlə ifadə etmişdi:

“Atam evdən çıxanda deyirdi ki, birdən çaşıb “Azəri Star”a, “Yeni Ulduz”a gedərsən, məni biabır etmə. Deyirdim ki, elə şey yoxdur. Mənə deyirdi ki, otur yerində, bayağı müğənnilərin sayını artırma”.

Aktyor iki dəfə “Komedixana” komandasına qatılsa da, onun yolu hər zaman yarımçıq qalıb. Komandadan ilk ayrılığı Ənvər Abbasovla arasında olan anlaşmazlıq səbəbindən olub:

“May ayının 25-26-da Sumqayıtda konsert verməli idik. 25 may atamın ad günü idi. Onun vəfatından sonra ilk dəfə Akademik Milli Dram Teatrında atam üçün xatirə gecəsi keçiriləcəkdi. Düşündüm ki, atama həsr olunan bu tədbirdə oğlu olaraq iştirak etməliyəm. “Komedixana”nın layihə rəhbərinə də zəng edib məsələni bildirdim. Amma atamın xatirə gecəsində iştirak etməyimə icazə vermədi, dedi ki, mümkün deyil.

Bu hadisədən sonra aramızda heç bir müqəddəs bağ qalmadı. Həmin an hər şeyi bitirdim. Amma düşmənçiliklə yox, dostluqla ayrıldım”.

Cavidan bir neçə ay sonra Ənvər Abbasovdan üzr istəyərək komandaya qayıtsa da, onun fəaliyyəti uzun çəkməyib.

Cavidan Novruz hazırda atasının yazdığı hekayələrdən birinə film çəkir. O, bu haqda sosial media hesabında məlumat yayıb:

“Atam, mərhum Xalq artisti Ramiz Novruzun 70 illiyidir! Bu münasibətlə atamın kitabını çıxarıram və qələmə aldığı çox gözəl bir hekayənin filmini çəkirəm. Artıq çəkilişlərə başladıq. Gözəl bir iş ərsəyə gətirəcəm ki, ruhu şad olsun. Nə qədər nəfəsim gəlirsə, mən bu insanı yaşadacağam.

Bir övladı kimi borcum nədirsə, onu edirəm. Yanımda olan hər kəsə təşəkkür. Xüsusilə aktyorlar, Əməkdar artistlər Anar Heybətov və Məsmə Aslanqızı, çalışdığım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına təşəkkür edirəm. Baş rolun ifaçısı Ramiz Novruzun nəvəsi Turan Novruzdur”.

Könül
Musavat.com

 
 
 

Bölmənin digər xəbərləri

23 May 2025 Xalq artisti Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı
22 May 2025 Şəbnəm canlı efirdə ağladı: “Mən sənə nə etmişəm?”
22 May 2025 "Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda
22 May 2025 Səidənin verilişə gecikməsinə əsəbiləşdi
22 May 2025 Müğənnilər arasında efirdə dava düşdü - VİDEO
21 May 2025 Aygün Bayramova həyat yoldaşı ilə görüntüləndi - FOTOLAR
21 May 2025 "Aynur Dadaşovanın VİDEOsunu 300 dollara satmışdılar"
20 May 2025 Vüsalə dəbdəbəli bağını nümayiş etdirdi - VİDEO
20 May 2025 “Alış-verişdə qiymətə baxmıram, kassada deyir ki...” - VİDEO
20 May 2025 Xoşqədəmin kartından pul oğurlandı
19 May 2025 "Atamın səhhəti ilə bağlı yalan xəbər yaydılar"
18 May 2025 “Onun haqqında danışmaq hər adamın başı üçün deyil”
17 May 2025 "170 min verib özümə maşın ALDIM"
15 May 2025 “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
15 May 2025 Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
14 May 2025 Röya Ayxandan iddialı fotosessiya
14 May 2025 Azərbaycan təmsilçiləri “Avroviziya-2025”də mübarizəni dayandırdı
14 May 2025 Aparıcı Gülnarə həyat yoldaşından ayrıldığı üçün Bakıdadır? - VİDEO
13 May 2025 “Kişi sanbalını qorumalıdır” - Faiq Ağayev SƏRT DANIŞDI
13 May 2025 Nazpəri Dostəliyeva və Aybəniz Haşımova şəhid polkovnikin qızının dəfnində - FOTOLAR

Dünyapress TV

Xəbər lenti