Müharibə veteranlarına verilən 80 manatla bağlı GÖZLƏNİLƏN XƏBƏR — YENİ MƏBLƏĞ
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Yaşayış minimumu haqqında” Qanuna dəyişiklik layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Hazırda qanunvericilik sosial sahəyə aid müəssisələri bu normalarla əhatə etmir ki, bu da həmin müəssisələrin imkanlarını məhdudlaşdırırdı. Yeni dəyişiklik bu boşluğu aradan qaldıracaq.

Bundan əlavə, sonuncu dəfə 11 il əvvəl təsdiqlənmiş minimum istehlak səbətinin bu il yenilənməsi gözlənilir. Bildirilir ki, bu səbət artan həyat xərclərini nəzərə ala bilər və bu da 285 manat olan yaşayış minimumunun artırılmasına zəmin yarada bilər. Yaşayış minimumu artdığı təqdirdə, ona indeksləşdirilən sosial ödənişlər – o cümlədən müharibə veteranlarına verilən 80 manatlıq aylıq müavinətin də artıb artmayacağı sual doğurur.

Maraqlıdır, müharibə veteranlarına verilən 80 manat artacaqmı?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov News24.az-a bildirib ki, sosial islahat paketinin genişləndirilməsi dövlətin strateji və davamlı hədəflərindən biridir:

“Yaşayış minimumu haqqında” Qanuna ediləcək dəyişikliklər fonunda hökumətin sosial siyasəti yenidən gündəmə gəlib. Dövlət büdcəmizin gəlirləri fonunda sosial zərflər formalaşır və bu istiqamətdə artımlar həyata keçirilir. Bu zərflər hazırlanarkən vətəndaşların sosial rifahının artırılmasına kompleks yanaşılır”.

Deputatın sözlərinə görə, büdcə gəlirlərinin artması şəraitində sosial müdafiə tədbirləri daha da genişlənəcək. Bu isə təkcə əmək pensiyaları və müavinətləri deyil, həmçinin aztəminatlı təbəqələrə, şəhid ailələrinə, müharibə veteranlarına və digər sosial qruplara göstərilən dəstəyi də əhatə edəcək.

"Ölkənin maliyyə imkanları artdıqca, bu artımların ən çox əks olunduğu sahə məhz sosial sektor olacaq. Əgər dövlət büdcəsinin gəlirləri əvvəlki illərlə müqayisədə artmağa davam edərsə, bu artımların birbaşa vətəndaşların sosial rifahına yönləndirilməsi baş tutacaq. Bu, həm də hökumətin sosial ədalət prinsipinə sadiqliyinin göstəricisidir”.

Aydın Hüseynov Yaşayış minimumu haqqında” qanuna ediləcək dəyişikliklər çərçivəsində istehlak səbətinin yenidən müəyyənləşdirilməsi və onun 11 ildən sonra ilk dəfə yenilənməsi nəzərdə tutulur. Bu addım yaşayış minimumunun artırılmasına zəmin yaradacaq.

Müharibə veteranlarına verilən 80 manatlıq müavinət yaşayış minimumuna uyğun indeksləşdiyi üçün eyni nisbətdə artacağı təqdirdə 15% artım halında – müavinət təxminən 92 manat ola bilər. Bu rəqəmlər təxmini proqnozlar üzərində qurulub və dəqiq məbləğlər rəsmi təsdiqdən sonra məlum olacaq.

Bölmənin digər xəbərləri

22 May 2025 "ƏƏSMN, övladlarımın sosial yardımını nə səbəbə kəsirsiz?" - Nazirlik qarşısında şikayətçi etirazı
21 May 2025 Xalqı 285 manata möhtac edən deputatlar düymə basmağa 5 min manat maaşı bəyənmir
21 May 2025 Kimlər əfvə düşə bilməz? - AKTUAL
21 May 2025 Aliment verməyənləri hamı tanıyacaq
20 May 2025 "Ailələri təşviq etmək lazımdır ki, nəsil artırmaqda maraqlı olsunlar" - Lalə Mehralı
20 May 2025 "Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
19 May 2025 Bu halda 7 gün əvvəl Xəbərdarlıq verilməsi ədalətli hesab oluna bilərmi?
19 May 2025 Yaşa görə işdən çıxarmaq dövlətə olar, sahibkara yox? — Əmək bazarında ikili standart
19 May 2025 İşçilərin hansı halları da bilmələri vacibdir
18 May 2025 Bu halda cərimə borclarınız silinə bilər-Bankda krediti olanlara ŞAD XƏBƏR
18 May 2025 Yeni tədris ilində istifadəyə veriləcək "Təhsil kartı" - Müsbət və mənfi tərəfləri
17 May 2025 Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
17 May 2025  "Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" - AXI NİYƏ?..
17 May 2025 "Vaxt var idi kiloqramla alınırdı, indi isə mağazalarda qramla satılır" - Günay Hüseynova
16 May 2025 Saatlı sakini əlillik təyinatının düzgün aparılmadığını iddia edir, amma... - RƏSMİ REAKSİYA
16 May 2025 Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
15 May 2025 Pulsuz evlərin verilməsi 2030-cu ilədək davam etdiriləcək - Bu il 1000 mənzil kimlərə veriləcək?
15 May 2025 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır?
14 May 2025 Bakıda evlər ucuzlaşacaq? - Rəsmi AÇIQLAMA
13 May 2025 Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?

Dünyapress TV

Xəbər lenti