Messi karyerasının ən sevimli qolunu açıqladı
"Barselona"nın keçmiş hücumçusu və hazırda "İnter Mayami"də çıxış edın Lionel Messi UEFA Çempionlar Liqasının 2008/2009 mövsümünün finalında "Mançester Yunayted"ə (2:0) vurduğu qolu karyerasının ən sevimli qolu adlandırıb.

Bu barədə championat.com saytı xəbər verir.

"Mən çox qol vurmuşam, onlar bəlkə də daha gözəl, dəyərli və vacib olublar, lakin Çempionlar Liqasının finalında "Mançester Yunayted"lə qarşılaşmada baş zərbəsi ilə vurduğum həmişə mənim sevimli qolum olub", - deyə argentinalı futbolçu bildirib.
 
 

Dünyapress TV

Xəbər lenti