Ardını oxu...
Ordubad Su Elektrik Stansiyasının (SES) tikintisində uyğunsuzluqların müəyyən olunması Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov üçün həbs təhlükəsini daha da artırıb.
Qaynarinfo xəbər verir ki, sözügedən obyekt üzrə 2011-2022-ci illərdə rəsmiləşdirilmiş “Yerinə yetirilmiş işlərin qəbul Aktları”ndakı işlərə fiziki baxış keçirilib və işlərin mövcudluğu araşdırılıb. Məlum olub ki, görülən işlərdə ƏDV-siz 4 milyon 317 min 988,9 manat dəyərində uyğunsuzluqlar var. Bu barədə Hesablama Palatasının “Dövlət auditi jurnalı”nda bildirilib.
Bundan əvvəl isə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bəyan etmişdi ki, Muxtar Respublikanın hava limanında nəzarət tədbirlərinin nəticələri gəlirlərin, xüsusilə nağd vəsaitlərin gizlədilməsi variantları var.
Həmçinin Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyində fermerlərə verilən subsidiyaların kəmiyyət göstəricilərinin artırılması hesabına artıq xərclərə yol verildiyi aydın olub.
İddialara görə, Muxtar Respublikada Vasif Talıbovun fəaliyyəti ilə bağlı yoxlamalar hələ də davam edir. Yoxlamalar zamanı başqa korrupsiya faktlarının da ortaya çıxacağını düşünmək olar.
Güman edilir ki, yoxlamalardan sonra Vasif Talıbovun məsuliyyətə cəlb olunması reallaşa bilər.
Vasif Talıbov 1995-2022-ci illərdə Naxçıvan MR Ali Məclisinin sədri olub. O, ötən ilin dekabrında vəzifəsindən istefa verib. Onun istefası səhhətindəki problemlərlə əlaqələndirilir. Lakin Vasif Talıbovun mərkəzi hakimiyyətə table olmamaq cəhdlərinə görə işdən çıxarıldığı barədə iddialar səsləndirilir.
Ardını oxu...
Naxçıvanda əlilliyi təsdiq olunmuş bir qrup qazi yenidən həkim komissiyasından keçirildikdən sonra, onlar üçün nəzərdə tutulan bir sıra imtiyazlar ləğv olunub. Bura əsasən döyüşdə əlini, gözünü itirmiş, ağır yaralanmış qazilərin avtomobillə təmin olunmaları haqda verilən qərarların ləğvi daxildir. TEREF.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup qazi məlumat verib. Onların sözlərinə görə, artıq avtomobillə təmin olunmuş bu kateqoriyadan olan qazilərə isə, avtomobilləri geri qaytarmaları ilə bağlı xəbərdarlıq olunub. Yeni qaydaya əsasən, yalnız ayağını itirmiş qazilər avtomobil almaq hüququna malikdirlər.
Qazilər bildirir ki, bununla bağlı tapşırığı Naxçıvanın yeni ƏƏSM nazri Ceyhun Cəlilov verib:
„Döyüşdə hər hansı əzasını itirmiş naxçıvanlı qazilərin hamısının əllillik sənədinə „Avtomobillə təmin olunmalıdır“ qeydi yazılıb. Bu haqda göstərişi o vaxt Vasif Talıbov vermişdi. Hər əlamətdar gündə onların bir neçəsi növbə ilə avtomobil alırdı. Yeni nazir gələndən, bu qaydalar dəyişdirildi. İyunun 15-i qazilərin hamısını yenidən komissiyadan keçirib, bu imtiyazları ləğv etdilər. Yeni qaydaya əsasən, yalnız ayağını itirənlər avtomobillə təmin olunacaqlar. Bu kriteriyaya cavab verməyən qazilərin imtiyazı geri alınıb. Avtomobillə təmin olunmuş qazilərə isə xəbərdarlıq olunub ki, onlara verilən avtomobillər məhkəmə yolu ilə geri alınacaq“.
Naxçıvanlı qazilər prezident İlham Əliyevə müraciət edərək, ləğv olunan imtiyazlarının geri qaytarılmasını xahiş edirlər:
„Biz cənab prezidentin əmri ilə canla-başla döyüşüb, əlimizi, gözümüzü, sağlamlığımızı itirmişik. Bu cür qazilərə indi bir avtomobili çox görürlər. Əgər, bizə avtomobil düşmürdüsə, niyə o qərarı vermişdilər? Naxçıvanda hakimiyyət dəyişəndə ümid edirdik ki, qazilərin şəraiti daha da yaxşılaşdırılacaq. Ancaq, tam əksinə oldu. İndi, bizə veriləni də əlimizdən alırlar. Cənab prezidentdən xahiş edirik ki, imtiyazlarımızın geri qaytarılmasında bizə gömək etsin“.
Ceyhun Cəlilov bu ilin mart ayında Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi nazri vəzifəsinə təyin olunub. O, işə başlayanda ilk açıqlamasıda bildirmişdi ki, Naxçıvanda şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması onun üçün prioritet məsələ olacaq.
 
Ardını oxu...
İyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Məhsul” stadionunun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sabiq sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Cinayət işi üzrə 5 nəfər – Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanov zərərçəkmiş qismində tanınıb.

Elçin Rüstəmovun vəkili Aslan İsmayılov Turana bildirib ki, bu iş üzrə məhkəmə proseslərində dəfələrlə Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Möhbalıyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət təmin edilməyib. Onun sözlərinə görə, təqsirləndirilən Nadir İsmayılov ifadəsində müvəkkili Elçin Rüstəmovdan aldığı pulları Səttar Möhbalıyevə verdiyini etiraf edib. “Mənim müdafiə etdiyim şəxsə Gəncə şəhərində və Göygöl rayonunda iki stadion satılıb. Hər stadion da 400 min manata. Sonra da bu stadionlar onun əlindən alınıb. Bu stadionları satan Nadir Əliyev olsa da, faktiki onu satan Səttar Möhbalıyev olub. İndi biz pulumuzu geri tələb edirik. İstintaq dövründə də, məhkəmədə də Səttar Möhbalıyevi çağırıb dindirmədilər. Halbuki, Nadir Əliyev özü etiraf edib ki, pulları S.Möhbalıyevə verib. Biz Səttar Möhbalıyevin məhkəmə kürsüsünə gəlməsini tələb edirik”.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündür mərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara “Məhsul” stadionun ərazisinin 5 milyon 500 minə satıldığını bildirib. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Alik Həsənov və Nadir Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.(Turan)
 
Ardını oxu...
“İnternational Medical Centre” məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə iddiası Rzayeva Şövkət Hacıbaba qızı tərəfindən qaldırılıb.
Məhkəmədə cavabdeh qismində xəstəxanın nevroloqu, proloterapiya uzmanı Heydərova Sevinc Abisalam qızının da iştirakı nəzərdə tutulur.
Ehtimal edilir ki, Şövkət Rzayeva pasiyent qismində xəstəxanın xidmətlərindən narazı qalıb.
Şikayətçi xəstəxanadan və Sevinc Heydərovandan ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun sədrliyi ilə baxılacaq.
Ardını oxu...
 
Ardını oxu...
Facebook Twitter LinkedIn Tumblr Pinterest Reddit VKontakte Odnoklassniki Pocket

Bakı Sağlamlıq Mərkəzi (BSM) “İKAR Qrup” MMC ilə satınalma müqaviləsi bağlayacaq.

Hit.az xəbər verir ki, maliyyə dəyəri 21.001,87 AZN olan müqavilədə içməli suların alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İKAR Qrup” MMC 20 sentyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN olan şirkətin qanuni təmsilçisi Salmanov Pərvin İlham oğludur.

Şirkətin 5 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. MMC-nin qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

Həmçinin məlum olur ki, “İKAR Qrup” MMC satınalma müsabiqələrində fəal deyil.
 
Ardını oxu...
Qubanın İkinci Nügədi kəndindən keçən Qaraçay çayına gələn sel kənd sakinlərinə məxsus torpaq və təsərrüfat sahələrinə ziyan vurub.

Sel suları avtomobillərin intensiv hərəkət etdiyi ərazidəki körpünün beton dayaqlarının da yuyulmasına səbəb olub. Bu isə körpünü uçma təhlükəsi ilə üz-üzə qoyub.

Məsələ ilə bağlı Quba Suvarma Sistemləri İdarəsindən bildirilib ki, növbəti ildə ərazidə beton bəndin inşası nəzərdə tutulub.

Həmçinin qeyd edilib ki, ərazidə sel təhlükəsini yaradan amillərdən biri də daş karxanalarının qanunsuz fəaliyyətidir.
Belə ki, karxanalar tərəfindən çay yatağının 20-30, bəzi yerlərdə isə hətta 50 metr qazılması çay məcrasını dəyişir. Bu da öz növbəsində çay sahilinin yuyulmasına səbəb olur.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 
Ardını oxu...
Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir.

DİA.AZ-ın Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək.

Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların "işinə” yenidən baxılacaq.

Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər.

Məsələ ilə bağlı DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axunda sorğu ünvanlasaq da, xəbəri nə təsdiq, nə də təkzib etdi.
 
Ardını oxu...
Yardımlı rayon İcra Hakimiyyətinin başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyevin işdən çıxarıldığı bildirilir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə buna səbəb Daşkənd küçəsində avtomobil yolunun ( L=3,3km), H Əliyev küçəsində avtomobil yolunun təmiri (Qəbiristanlığın altı L= 0.2 km), Bozayran İƏD-nin Bozayran kəndində avtomobil yolunun təmiri (çay yolu L=0,4km), Yardımlı şəhəri Şəhid Elçin Mansurov küçəsində avtomobil yolununun təmiri (L=0,5km), Yardımlı şəhər İƏD-nin V.Məmmədov küçəsində avtomobil yolunda istinad divarın təmiri işlərinin satınalınması üçün keçirilmiş tenderdə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsidir.

İddialara görə bu vəsait rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən mənimsənilib, lakin bu hadisənin Maliyyə nazirliyi tərəfindən araşdırılmasından sonra məsələnin daha da böyüməməsi üçün Mahir Mirzəyevin işdən çıxarıldığı deyilir.

Məlumata görə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov həm də bu addımı ilə özünü hədəfdən yayındırdığı iddia edilir.

Xatırladaq ki, sözügedən tenderdə büdcədən 754.726 manat ayrılıb.

Bundan daha əvvəl də - 2021-ci ilin sentyabr ayının 20-də Yardımlı rayon İcra Hakimiyyəti "Yolların təmiri işlərinin satın alınması" lotu üzrə tender keçirib. Bu tenderdə dövlət büdcəsindın 739 min vəsait xərclənib.

Hər iki tenderdə qalib olunan təşkilatların "YUZAR İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkətinin fəaliyyəti barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.

Xatırladaq ki, Azərbaycanda yüksək vəzifəli şəxslərin qohum-əqrabalarının, yaxın ətraflarının adlarına şirkətlər təsis edərək vəzifə səlahiyyətlərindən istifadə edib dövlət satınalmalarında bu şirkətləri qalib elan edərək büdcə vəsaitlərini mənimsədikləri barədə mediada çox yazılıb. Prezident İlham Əliyev cənabları da Şəmkir və Cəlilabad rayonlarının icra başçılaını vəzifəyə təyin edərkən bu məsəni xüsusi vurğulayaraq belə halların yolverilməz olduğunu bildirmişdir.

Yardımlı rayon İcra Hakimiyyətindən xəbərə mövqe öyrənə bilmədik.

Qlobal.az
Ardını oxu...
Şahbuz rayonu, Gömür kənd sakini Taroyev Qadir Zaman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezidentin Naxçıvan Muxtar Respublikas (MR) üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edir:

"Cənab Fuad Nəcəfli!

Mən, Taroyev Qadir Zaman oğlu, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi cavabsız qoymayasınız.

Mən 10 yanvar 1964- cü ildə Ermənistan SSR-nin Əzizbəyov rayonu, Gömür kəndində doğulmuşam. Orada yaşadığım müddətdə, qara ciyərimdə "serroz" xəstəliyi aşkar olundu. Daha sonra daxili orqanımdan dalağım çıxarıldı. Bu səbəbdən də II qrup əlil olaraq pensiyaya çıxarıldım.

1988-ci ildə məcburi köçkün olaraq Azəbaycan Respublikasının Ağdam rayonuna yerləşdik. Oradan da 1993-cü ildə, bir daha məcburi köçkün olaraq, Naxçıvan şəhərinin Şahbuz rayonunun Gömür kəndində məskunlaşdıq.

Həmin vaxt pensiyam bir neçə aylıq dayandırıldı. Daha sonra 2004-cü ildə Ali Məclisin sədri Vasif Talıbovun göstərişi ilə II qrup əlil olaraq pensiyam yenidən bərpa olundu. 2021-ci ilin avqust ayına kimi pensiya aldım. Lakin 2021-ci ilin avqust ayında pensiyam yenidən dayandırıldı.

Mən bununla bağlı həkim komissiyasına müraciət etdim ki, pensiyamı hansı səbəbdən kəsmisiniz? Həkim komissiyasının üzvü deyir ki, “nə olsun sənin daxili orqanını çıxarıblar, pensiya düşmür. Bəsdir, gəlmə buralara, get otur evində”.

Xəstəliyimlə bağlı işləyə, ağır işlərə isə girə bilmirəm. Bəs mən nə yeməliyəm, necə dolanmalıyam? Doğru-düzgün iş yoxdur ki, gedim işləyim. Mənə deyin xahiş edirəm, qara ciyər serrozu olan xəstə hər hansısa bir işdə işləyə bilərmi? Bu qədər haqsızlıq olar?

Oğlum hal-hazırda hərbi xidmətdədir. İmkanım yoxdur ki, bir neçə aydan bir onun yanına gedim. Evin tək oğludur, özüm belə xəstəyəm. Kommunal xərclərimi bacımla, qardaşımdan borc alaraq ödəyirəm. Mən də insanam, utanıram. Naxçıvan Ali Məclisdə sizin qəbula yazılmaq istəsəm də, mənə deyirlər “Fuad müəllim sizi qəbul etmir”. Mən inanmıram ki, siz qəbul etmirsiz.

Xəstəliyimlə bağlı iynə, dərman ala bilmirəm.

1882-ci ildə Ermənistanda II qrup əlil olaraq pensiya almışam, Naxçıvanda ikinci qrupun uzun müddət pensiyasını almışam. Sonradan müddətsiz olan qrupumu, ƏƏSM Nazirliyi və Səhiyyə Nazirliyinin komissiyaları III qrup ediblər. Belə başa düşürəm ki, mən onlara rüşvət versəydim, qrupuma dəyməzdilər. Fuad müəllim, xahiş edirəm məni qəbul edəsiniz və dərdimə şərik olasınız”.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Kapital Bank" barəsində ən çox şikayət olunan bank ünvanını israrla qorumaqdadır. Hər halda görünəni budur. Biz isə DİA.AZ olaraq sözügedən bankın vətəndaşa yaşatdığı növbəti çilədən bəhs olunan gileyi təqdim edirik. Həm də olduğu kimi, vətəndaşın yazdığına toxunçadan. Beləliklə, narazı vətəndaş bildirir:

"Şikayətim #kapitalbank dandir

1. Müştəri xidmətləri problem həll etmir!
- Mənim bildiyim 3 müştəri xidməti bölməsi var. Çatbot, 196 və kapital bank müştəri xidmətləri ofisi. Hamisi məsələnin həllini bir birinin üstünə atır.

Yaşadığım problem:

Birbanka bildiriş gəlib ki Trend Yoldan alış veriş etdiyim zaman 3ay taksit imkanı var. Kampaniyanın bitiş müddəti bildirişdə 18 iyun yazılıb bildirişdəki linkdə isə 1-22iyun və 22iyun daxil yazılıb.

Problem 1 - iyunun17si alış veriş etmişem iyunun19u təsdiqləyiblər.
Problem 2 - hazırda trend yol alış verişimin üstünə gündəlik faiz hesablanır) amma taksit olmasa belə 60gün güzeşt müddəti olmalıdır.

Məzələnirlər 1 - bu problemin helli üçün çat bota yazıram deyir ki profil melumatlarını screen et gönder. Göndərirəm. Cavab yazır ki eynileşme olmadı sorgunu bağlayır. Fakt screendə profil və əlaqə nömrəm eynidir.
Məzələnirlər 2 - 196ya zəng edirəm deyir ki hər şeyiniz düzdür çat bot cavab verməlidir. Bildirdim ki belke menim kartımdakı elaqə nömrə fəqlidir ona görədir? Dediki əlaqə nömrəsini dəyişmək üçün banka yaxınlaşın. Belə dəyişmək olmur.
Məzələnirlər 3 - banka getmişəm qız gülür ki niye bele edibler nömrəni dəyişmək 30saniyəlik işdir. Girdi birbanka dəyişdi.

Oyun burda başladı. Bankdakı işçiyə deyirəm ki trendyol problemimi həll edin deyir çatbota yazın. Nömrəm dəyişdiyi halda yenə çatbota yazdım yenə sorğumu ləğv elədi.

Məlumat şobəsinə problemimi dedim zeng eledi kimlerese mənə cavab verdi ki kampaniya iyunun 18ne kimidi . Göstərdim iyunun 17si almışam. Bildiriş linkinr girib özü de baxdı ki saytda hetta son tarix iyunun 22si yazıblar. Özü pis oldu ki ne zible düşmüşəm mən.

Çatbota yazmaq istədi dedim 3defe yazmışam sorğumu cavab vermir. O da götürdü birbank profilden çıxdı yeniden qeydiyyat edib girdi sevine sevine yazdı çata. Çat yenə dedi ki düz deyil sorgunu otmenit etdi)

Ən sonda kime zeng edib sorğumu qeydiyyata aldılar. Sonrada cvb olaraq zəng etdilər ki sizin kartınızda əlavə vəsait olub trend yol o vəsaitdən çıxıb pulu sizdə o vəsait qədər kredit ödəmisiz ona görə faiz gəlir.

Cavab verirəm ki mən o vəsaiti krediti ödəmək üçün qoymuşam. Niye trend yol ordan çıxır ki pulu. Cvb verirki bizdə belə olur)

Sizdən istəyim müştəri xidmətlərinin rəhbərliyində kimdirsə işdən çıxarıb düz əməlli adam gətirin. 1 dənə işbilməzə görə bu qədər camaat əziyyət çəkir. İşçilərinizə təlim keçin. yaşanmış problemlerin həllini işçilərinizlə bölüşün ki yenidən o problemlə qarşılaşanda gözdərini ayırıb baxmasınlar".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti