Keçmiş deputat “Yeni Müsavat”, AZTV və deputat Elman Nəsirovdan şikayətçidir
Sabiq deputat Nazim Bəydəmirli millət vəkili Elman Nəsirovu, “Yeni Müsavat” saytını, AzTV-ni məhkəməyə verib.
Bu barədə məlumatı Abzas Media-ya Nazim Bəydəmirli verib. Keçmiş deputat bildirib ki, şikayətə səbəb onun Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə əlaqələndirilməsi olub. Onun sözlərinə görə, əsas tələbi hər 3 tərəfin təkzib verib, üzr istəməsidir:
“Mənim haqqımda “Yeni Müsavat”ın yazdığını Azərbaycan Dövlət Televiziyası da verib və daha sonra bunları millət vəkili Elman Nəsirov parlamentin iclasında təkrar edib. Düzdür, bizim qanunvericilikdə təhqir və böhtana görə məsuliyyət var, ancaq mən media azadlığına hörmət edən bir şəxs kimi “Yeni Müsavat”ı və Dövlət Televiziyasını mülki qaydada məhkəməyə vermişəm. Onlardan təkzib verib, üzr istəmələrini tələb etmişəm və simvolik olaraq da 1 manat təzminat istəmişəm”.
Bəydəmirli şikayətini Nizami Rayon Məhkəməsinə göndərdiyini bildirib.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Etirazlarda 5 nəfər saxlanılaraq 20 sutka inzibati həbs cəzası alıb, bir nəfər 1500 manat cərimələnib. Aksiyadan sonra da həbs olunanların olduğu bildirilir. Daxili İşlər Nazirliyi kənddə neçə nəfərin həbs edildiyini açıqlamır.
DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, hələlik cəzalandırılan polis əməkdaşı yoxdur.
Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.
Hadisələrin gedişində “Yeni Müsavat” saytı Söyüdlüdəki etirazların Rusiya tərəfindən təşkil olunduğu ilə bağlı yazı dərc edib. Yazıda qeyd olunub ki, təşkilatçılar aksiyanın koordinasiyası üçün Nazim Bəydəmirli və Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovla əlaqəyə keçiblər. İddia olunur ki, N. Bəydəmirli hadisələri Bakıdan koordinasiya edib.
“Yeni Müsavat”ın bu iddialarını AZTV, daha sonra isə millət vəkili Elman Nəsirov parlamentin iclasında təkrarlayıb.
Sizə kimdən deyək, kimdən danışaq, Gədəbəyin deputatı, özü Slavyanka kəndindən olan Sevinc Hüseynovadan... Təsəvvür edin ki, xanım deputat Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Yəni Rusiyada tarix təhsili alıb, 90-cə illərdən isə müxtəlif vəzifələrdə işləyib: gah torpaq komitəsində, gah idman idarəsində, gah yerli icra hakimiyyətində. Yəni bir gün də olsun vəzifəsiz qalmayıb. Bioqrafiyasında yazılıb ki, tarix üzrə fəlsəfə doktorudur, ingilis və rus dillərini bilir. Allah qoymasa, həm də parlamentdə Sosial Siyasət Komitəsinin üzvüdür. Bütün bu xarakteristika ilə onun Milli Məclisdə Söyüdlü hadisələri ilə bağlı çıxışını müqayisə edəndə adamın gözləri hədəqəsinə çıxır; sanki 2-ci sinif uşağı danışır. Əvvəla, həmin kadrları izləyənlər şahiddir ki, spiker Sahibə Qafarova həmkarını heç tanımır. Sevinc Hüseynova çıxış üçün söz istəyəndə, spiker "Siz Gədəbəyin deputatısınız?" deyə parlamentin üzvünə reaksiya verir. Ya Qafarova onu həqiqətən tanımır, ya da istehza ilə bu ritorik sualı verir. Bir növ ələ salmış da olur. Yeri gəlmişkən, Sevinc Hüseynova demək olar ki, Milli Məclisin iclaslarına getmir. Deputat Gədəbəydən gec-gec gəlir şəhərə. Hətta bir dəfə müsahibəsində demişdi ki, sadəcə jurnalistlər ona müraciət etmirlər, guya danışmağa həvəslidir. İndisə keçid edək tarix üzrə fəlsəfə doktorunun parlamentdə Söyüdlü hadisələri haqda "tarixi" çıxışına. Videonu izləyənlər görə bilər ki, Sevinc Hüseynova iki cümləni düzüb-qoşub danışa bilmir. Hərçənd gədəbəylilər savadlı olurlar, hətta ali təhsili olmayan bir Gədəbəy insanı alimdən zəif danışmır. Elə Söyüdlü kəndinin camaatı da jurnalistlərə dərdini danışanda onların necə savadlı, səlist çıxış etdiyini görmək olar. Və Slavyankadan çıxmış bir fəlsəfə doktoru olan deputat Söyüdlü problemi barədə danışa bilmir, dili topuq vurur, cümlələrin başı ilə ayağı bilinmir, özü də çaşıb rəzil vəziyyətə düşür, axırda vərəqdəki cızma-qaranə oxumağa başlayır. Ən dəhşətlisi odur ki, xanım deputat heç vərəqdən hazır mətni də düz-əməlli oxuya bilmir. Həmin çıxışı sözlərlə ifadə etmək mümkün deyil, sadəcə o kadrlara baxmaq lazımdır: cümlələrdə rabitəsizlik, məntiqsizlik, "erməni budaq cümləsi", hər sözü səhv edə-edə, nıqqıldaya-nıqqıldaya oxumaq... Elə bil Rusiyada ali təhsil almış, 8 məqalə müəllifi olan, parlament üzvü olan biri deyil, dərsdən "2" alan ikinci sinif uşağı həmin cızma-qaranı oxuyur. Belə deputatlar Gədəbəyin mərd və savadlı camaatı üçün qəbuledilməzdir. Hadisələr vaxtı da Söyüdlüyə getməyən, ümumiyyətlə, heç vaxt seçicilərin dərdinə şərik çıxmayan, onların problemlərini dinləməyən deputatdan Milli Məclisdə belə biabırçı çıxış da gözləmək olardı. Üstəlik, hiss olunurdu ki, zalda oturan həmkarları onun bu darıxdırıcı və yorucu çıxışından dilə gəlmək istəyirlər, nə vaxt qurtaracağını gözləyirlər. Əslində onların ürəyindən keçəni spiker Qafarova dedi: "Sevinc xanım, çıxışınız bitdi?" deyə sual verməklə ona replika atmış oldu. Yəni nə danışdığınızı heç kəs başa düşmədi. Təbii ki, faciədir. Gəbədəy adına, Milli Məclis adına, millət adına. Axı bu deputatları hardan tapıb təyin edirlər? Gədəbəydə yüzlərlə layiqli namizəd tapmaq olar ki, deputat seçilsin. Yəni istənilən bir şəxs öz doğma bölgəsinin problemləri barədə vərəqə baxmadan çıxış edər, Sevinc Hüseynova isə üzdən belə oxuya bilmir. Onu nə üçün deputat təyin ediblər, bəlli deyil. Digər tərəfdən isə MM-də onun kimi onlarla belə deputat tapmaq olar. Onu da deyək ki, bir neçə il əvvəl onun adı doğma qardaşı İman Hüseynova görə bir pul qalmaqalında hallanmışdı. Yeri gəlmişkən, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev onun bundan sonra deputat maaşı almağa mənəvi haqqı olmadığını bildirmişdi: "Deputat hara getsin? Axı onu xalq seçməyib gedib soruşa ki, “Ay xalq, dərdiniz nədir, nə istəyirsiniz, niyə bu dağların başına tökülüşürsünüz? Siçan axtarırsınız, ya dovşan tutmaq istəyirsiniz? Nə etmək istəyirsiniz ki, sizin üzərinizə bu qədər gəlirlər?” O deputat deputat deyil. O da Ramiz Mehdiyevin təyin etdiyi insanlardan biridir, kiminsə dostu, qohumudur, ona görə də nəticəsi belə olacaqdı". Anaxeber.İnfo
“Qaçqınkom”un sədri Rövşən Rzayevin Zülfüqar Hüseynzadəyə verdiyi sirrli çadır danışacaq…. - Rövşən Rzayev Zülfüqar Hüseynzadəni nə məqsədlə Kəlbəcərə göndərmişdi...?
“Qırmızı tuman” söhbəti Rövşən Rzayevə baha başa gələcəkdir…. Siyasi mətbəxə az-çox bələd olanlar bilir ki, çox vaxt hakimiyyətin içərisində özünü “ayrıca hakimiyyət”, necə deyərlə “dövlətin içində dövlət” kimi aparmaq istəyən iddialı qruplar olur. Bunların məqsədi hakimiyyətə təsir gücünü, rıçaqları öz əllərində saxlamaq, yəni söz sahibi olmaqdır. Bu tiplər millət və dövlət üçün MƏSULİYYƏT altına girmək istəmirlər, necə deyərlər, “ortada yeyib qıraqda gəzmək” istəyirlər və sabah da “süddən çıxan qaşıq kimi” təmiz olmaq istəyirlər. Başqa sözlə, “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”. Bunlardan soruşan lazımıdır ki, ölkənin çətin günlərində, özünüz, yaxud atalarınız harada idi, hansı cəbhəyə qulluq edirdi…? Belə qüvvələrin Azərbaycanda ən bariz nümayəndələri kimi Prezident Administarsiyasının ( PA ) sabiq rəhbəri Ramiz Mehdiyev, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, PA-nın sabiq şöbə müdiri Əli Həsənov və digərlərini göstərmək olar. Məlumdur ki, bu “troyka” xeyli vaxtdır ki, kənarda qalıblar və öz təsir gücləri əvvəlki ilə müqayisədə xeyli azalıb. Müdriklər deyib ki, “müqəddəs yer boş qalmır”. Bəli, hazırda Azərbaycanın siyasi məkanında boş qalan bu yeri tutmaq, bu boşluğu doldurmaq üçün çalışanlar var. Belələrinə xaricdən də “yel verənlər” də var. Və bu məqsədlə hər cür vasitədən, məmurlardan, daxildəki müxalifət qüvvələrindən, xaricdəki radikallardan, hətta qatı dindarlardan istifadə etmək istəyənlər var. Müşahidələr göstərir ki, bu məsələdə son zamanlar xeyli fəal olanlardan biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. Vaxtilə Şuşada Ermənistan prezdnti Serj Sərkisyanla əl tutub görüşəndə başını aşağı salan, günahkar görkəmdə dayanan Rövşən Rzayev son vaxtlar Ramiz Mehdiyevin rolunu öz üzərinə götürməyə çalışır. Belə ki, on minlərlə məcburi köçkünü, Qarabağ qazisini, şəhid ailəsini, təqaüdçüləri dövlətdən narazı salmağı bacaran Rövşən Rzayev özünə müxalifət arasında da xeyli tərəfdar tapa bilib. Rövşən Rzayev müxalifətçi dostlarına deyir ki, sizə sosial baza hazırlayıram, narazı kütlə hazırlayıram, sizin bacarmadığınızı mən eləyirəm, sizin MEYDANI genişləndirirəm və s. Doğrudan da, hakimiyyətdə yüksək vəzifə tutub arxadan zərbə vuran Rövşən Rzayevlərin əməlləri dövlətimizə, dövlətçiliyə zərbədir. Bunun başqa adı yoxdur. Məlumat üçün qeyd edək ki, bu, ümumiyyətlə, təzə məsələ deyil. Tarixən saraydaxili qüvvələr olub. Bir daha deyirik ki, onların məqsədi xalqa, dövlətə qulluq etmək deyil, öz nüfuzlarını qorumaqdır, yəni təsir rıçaqlarını əllərində saxlamaq istəyirlər. Bunun bir adı da loru dildə desək, “Çörəyini yediyi qaba tüpürməkdir”. Nə isə, indi keçək əsas mətləbə. Deməli, Rövşən Rzayev və onun şəbəkəsi radikal müxalifət nümayəndələri, müxalifət mediası ilə gizli əməkdaşlıq edir, hətta dövlətdən oğurladığı milyonları müxalif medianın maliyyələşdirməsinə ayırırlar, hətta onlara sponsorluq edirlər. Məlumdur ki, bir neçə gün öncə “Moderator.az” saytının rəhbəri, jurnalist Zülfüqar Hüseynzadə Kəlbəcərdə 52 yaşında vəfat etdi. Bu haqda "Müsavat"-da geniş məqalə dərc olunmuşdur. Əldə etdiyimiz məlumata görə, Zülfüqar Hüseynzadənin Kəlbəcərə səfəri zamanı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ona himayədarlıq edib. Hətta Zülfüqar Hüseynzadənin bütün rayona getmək xərclərini Rövşən Rzayev çəkib. Rövşən Rzayevin dediklərinə görə, gediş xərclərini çəkməklə bərabər, Kəlbəcərə gedən kompaniyaya hətta hər bir texniki vasitə ilə təchiz olunmuş böyük çadır da verilib. Bütün jurnalistlər Qarabağa səfər edib, içi biz qarışıq. Nə üçün Rövşən Rzayev bizə, bir çətir belə vermədi başımıza tutaq? Amma mərhum Zülfüqar Hüseynzadəyə bütün texniki vasitələrlə təmin olunmuş bir neçə şəxsin müzakirə apara biləcəyi çadır verilir. Məqsəd nə idi? Sabah isə Rövşən Rzayev şəxsən özü yasda iştirak edəcək. Biz sevinirik ki, Rövşən Rzayev Müxalif yazara belə qayğı göstərir. Hətta, Zülfüqar Hüseynzadənin qardaşı İbrahim, Rövşən Rzayevin mətbuat xidmətidir. Rövşən Rzayevdən yaxın zamanda soruşacaqlar, daha doğrusu, sorğu-sual edəcəklər ki, mərhum müxalifətçi jurnalist Zülfüqar Hüseynzadəni hansı tapşırıqla Kəlbəcərə göndərmişdin..? O hansı tapşırıqları yerinə yetirməli idi..? Ay Rövşən Rzayev, sənin Zülfüqar Hüseynzadəyə verdiyin çadır çox şey danışacaq… O çadırda nələr quraşdırılmışdı…O çadırda hansı müasir texniki vasitələr var idi… Bəli, mərhum Zülfüqar Hüseynzadənin qardaşı İbrahim Rövşən Rzayevin mətbuat xidmətində çalışır və Rövşən Rzayev onu Departamentə rəhbəri təyin etmək istəyir… Rövşən Rzayev söz verib ki, 6-cı gün mütləq mərhum Zülfüqar Hüseynzadənin yas mərasimində iştirak edəcək… Rövşən Rzayev çox təlaş keçirir ki, birdən çadır məsələsinin üstü açılar… Bəli, bu sirrli çadır xaricdəki müxalifətçilərlə gizli, həm də konfidensial danışmaq üçün bir vasitə idi… Onu da qeyd edək ki, əslən Kəlbəcərdən olan müxalif yazarlar hakimiyyət ərkanında təmsil olunan iri məmurlarla çox yaxın, sıx münasibətdədirlər. Hətta Kəlbəcərdən olan müxalif yazarlar və məmurlar gizli planlar quraraq nazirləri şantaj etməkdən çəkinmirlər, topladıqları şantaj materiallarını xaricə ötürərək bəzi ünvanlara siqnallar göndərirlər ki, səndən yazırlar haa…. Rövşən Rzayevin nəinki dövlət adamına, hətta dosta yaraşmayan “Qırmızı tuman” söhbəti isə daha ciddi və barışmaz mövqe tələb edir. Biz bu mövqedən geri çəkilən deyilik… Əmin ola bilərsən, Rövşən Rzayev… Amma bir xatırlatma da edirəm. Heç başqa fikirlərə düşməyin. P.S. Kəlbəcərdən olan o biri yazara demək istəyirik ki, Teymur Kərimov haqqında dediyin təhqiramiz fikirləri deyəsən yayımlamaq vaxtı çatıb. Görürsən biz vaxtsız heçnə etmirik.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliynin (AQTA) əməkdaşları “Yeganə Palace” şadlıq sarayında istehlaka yararsız məhsullar aşkarlayıb.
AQTA tərəfindən Binəqədi rayonu, H.Əliyev küçəsi, 3024-cü məhəllədə fəaliyyət göstərən fiziki şəxs Əliyev Təmkin Rəhim oğluna məxsus “Yeganə Palace” şadlıq sarayında keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan, üzərində aşkar saxtakarlıq əlamətləri olan 27 ədəd 0,7 litrlik “Kremlin” əmtəə nişanlı, 4 ədəd 0,7 litrlik “Северная столица” əmtəə nişanlı, 5 ədəd 1 litrlik “Beluga” əmtəə nişanlı, 14 ədəd 0,7 litrlik “Булбашъ” əmtəə nişanlı, 79 ədəd 0,7 litrlik “Мънскъ” əmtəə nişanlı, 21 ədəd 0,7 litrlik “Босс” əmtəə nişanlı, 32 ədəd 0,7 litrlik “Almaz” əmtəə nişanlı, 7 ədəd 0,7 litrlik “Chivas Regal” və 12 ədəd 0,5 litrlik “Chivas Regal” əmtəə nişanlı spirtli içkilər aşkar edilib. Eyni zamanda mənşəyi məlum olmayan, orqoneleptik görünüşündə qaralma və istehlaka yararsız 24 kq sub məhsulu (qaraciyər, bağırsaq və s.), 19,8 kq balıq məhsulu, 80 kq piy və 250 kq ət, həmçinin çəkisi 20 kq olan son istifadə tarixi bitmiş “kartof fri” məhsulu aşkar edilib. Bundan əlavə, müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, dondurucularda istifadə müddəti bitmiş məhsullarla istehlaka yararlı məhsulların bir arada saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib. Ətraflı
Qeyd olunan məhsulların realizasiyasının qarşısı alınıb və dövriyyədən çıxarılıb, məhsullardan nümunə götürülərək təhlükəsizlik göstəricilərin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim edilib.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri barədə ətraflı məlumat veriləcək.
DogruXeber.az: - Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da sifarişçi olduğu iki satınalmaya yekun vurub.
Civilazerbaijan.com bildirir ki, "Qlobal.az" xəbərinə görə, bu satınalmaların ümumi məbləği 57.525 manat təşkil edib.
Mərkəzin 2022-ci ilin noyabr ayının 30-da smetası 47.725 manat olan "Abadlıq işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada "FLONDEX" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
"FLONDEX" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin may ayının 5-də dövlət qeydiyyatına alınıb.
"FLONDEX" MMC-nin hüquqi ünvanı qeyri-dəqiqdir - Binəqədi rayonu, 7 mkr, ev 11 B, mənzil 0 ünvanıdır.
Bu MMC-nin qanuni təmsilçisi Fətullayev Romal Şakir oğludur.
Mərkəzdə abadlıq işləri aparacaq "FLONDEX" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, işçilərinin sayı, əlaqə ünvanları barədə açıq internet resurslarında məlumat yoxdur.
Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da yekun vurduğu daha bir satınalma "Proqram və proqram təminatlarının satınalınması" lotu üzrə keçirilib.
Bu satınalmanın məbləği 9800 manat, qalibi isə "KASTELLUM CORPORATED" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"KASTELLUM CORPORATED" MMC Seysmoloji Xidmətin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "FLONDEX" MMC ilə eyni tarixdə - 2022-ci ilin may ayının 5-də dövlət qeydiyyatına alınıb.
Bu şirkətin də hüququ ünvanı Seysmoloji Xidmətin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "FLONDEX" MMC-nin hüquqi ünvanı kimi qeyri-dəqiqdir - SABUNÇU RAYONU, E.SARATOV, ev 67, m. 0.
İlginc məqamlardan biri isə Seysmoloji Xidmət Mərkəzinə proqram təminatı xidməti göstərəcək "KASTELLUM CORPORATED" MMC-nin özünün web ünvanının olmamasıdır. Eyni zamanda bu şirkətin də fəaliyyət profili, müvafiq lisenziyaları barədə açıq internet resurslarında məlumat verilmir.
Fəaliyyət profilləri barədə məlumat olmayan, eyni tarixdə yaradılan, hüquqi ünvanları naməlum olan MMC-lərin Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da yekun vurduğu satınalmalarda qalib elan edilmələri ortaya bir sıra suallar çıxarır.
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli
"Qlobal.az" məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzindən mövqe öyrənib.
SXM-nin açıqlamasında deyilir: "2022 – ci ilin noyabr ayının 30 da abadlıq işləri üzrə kotirovka sorğusunda aşağıdakı iştirakçılar olublar: 1 "Qlobal Finans” MMC, "FLONDEX” MMC və "Menecment” MMC 2. Proqram təminatı üzrə kotirovka sorğusunda isə "KASTELLUM CORPORATED” MMC, "Menecment Expert-85” MMC və "İNTER CORPORATED” MMC olubdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron portalında müvafiq ödəniş etdikdən sonra istənilən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar iştirak etmək hüququ əldə etmiş olurlar. Satınalmalar haqqında Azərbaycan Respublikası Qanununun 27.5-ci maddəsinə uyğun olaraq qalib subyekt aşağı qiymət verən və meyarlara uyğun gələn seçilir. Bu baxımdan abadlıq işləri üzrə satınalmalarda aşağı qiymətlə çıxış edən "FLONDEX” MMC qalib seçilmişdir. Proqram təminatı üzrə isə "KASTELLUM CORPORATED” MMC qalib seçilmişdir. Tərtib edilmiş protokollar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yoxlamadan keçib qeydə alınmışdır. Göstərilənlərə əlavə etmək istəyirik ki, qalib MMC bank zəmanəti verdikdən və işi gördükdən sonra ödəniş əldə edir.Ötən illərdə 2020, 2021, 2022-ci ildə yerinə yetirilməyən işlərə görə ayrılmış vəsaitlər büdcəyə qaytarılmışdır".
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlidir.//civilazerbaijan.com
Cavid Qurbanovun qohumu olmaq hələ yaxşı kadr olmaq deyil, ay Azər Qocayev... Kəlbəcərin icra başçısı Azər Qocayev deyir ki, icra nümayəndəsi məni eşitmir... Bütün zamanlarda ağsaqqallar və gənclər problemi olub. Söhbəti obrazlı desək gənclərin ağsaqqaları əvəz etməsindən, daha konkret desək, gənc nəslin yaşlı nəsli əvəz edə bilməsindən gedir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri də yaşlı nəslə hörmət etmək, onların öyüd-nəsihətlərini dinləməkdir. Söhbət təkcə öyüd-nəsihəti dinləməkdən getmir, həm də yaşlı nəslin həyat təcrübəsindən faydalanmaq, istifadə etmək gənclərimiz üçün çox vacibdir. Son 10-15 ildə cəmiyyətimizdə belə bir sifariş var idi: yaşlı nəsil öz yerini gənc nəsilə verməli, ölkənin idarə olunmasında gənclərə meydan vermək lazımdır və s. Bütün bunlar hamısı təbii prosesdir. Amma bu asan məsələ də deyil. Söhbət dövlətin idarə olunmasından gedir. Gənc nəsil buna hazırdırmı..? Axı, idarəetmənin gənclərə ötürülməsi, ucdantutma yaşlı, təcrübəli nəsli uzaqlaşdırıb yerinə gəncləri təyin etmək deyil ee... Çox təəssüf ki, bir çox sahələrdə, təhsildə, səhiyyədə, nazirliklərdə bu məsələ çox qeyri-ciddi formada aparıldı. Savadlı, təcrübəli, peşəkar, öz işini əla bilən təhsil, səhiyyə, o cümlədən digər sahələrin nümayəndələri vəzifələrdən uzaqlaşdırıldı və onları gənclər əvəz elədi. Bir daha deyirik ki, biz gənclərin önə çəkilməsinin əleyhinə deyilik. Çünki biz özümüzdə gənc nəslin nümayəndələriyik. Amma... Təsəvvür edirsiniz, çox gənc bir oğlana 100-150 minlik rayonun idarəedilməsi həvalə edilir. Və bəh-bəhlə deyirlər kİ, bu cavan kadr ingiliscə əla bilir. Cənablar, Gədəbəyin, yaxud Qusarın ucqar kəndlərini idarə etmək üçün ingilis dilinə nə ehtiyac var..? Əlbəttə, dil bilmək lazımdır. Amma əyalət rayonunda işləyən gənc rəhbər işçi ilk növbədə əkinin-biçinin, torpağın, bir az obrazlı desək qoyunun, keçinin, mal-qaranın, pambığın, baramanın dilini bilməlidir. Və ən əsası gənc kadr yerlərdə yaşlı nəsillə, ağsaqqallarla görüşməli, onların həyat təcrübəsindən faydalanmalıdır. Axı, bunlar üçün ingilis dilini bilmək, yaxud hansısa xarici universitetin sertifikatı bəs eləmir... Əgər gənc kadrın işi kabinetdə oturub tellərinə jele yaxmaq, sonra da fotioessiya keçirməkdirsə, vallah birazdan çox ciddi problemlərlə üz-üzə qalacağıq. Son günlər Gədəbəyin Söyüdlü kəndində baş verənləri görəndə, istər-istəməz gənc kadrlar problemi yada düşür. Biz bu olaya müdaxilə etmək istəmirik, yəqin ki, yaxın zamanda hüquq-mühafizə orqanlarımız bu məsələ ilə bağlı ciddi materialı ortaya qoyacaqlar. Amma rayonun rəhbərliyi niyə məsələnin bu həddə qədər gəlib çatmasına imkan verib..? Biz kimisə ittiham etmək istəmirik ee.... Gəlin etiraf edək ki, yaşlı, təcrübəli icra başçıları pis-yaxşı rayonları idarə edirdi, rayon sakinləri ilə dil tapa, problemlərin qarşısını ala bilirdi...çıxış yolu tapırdı... Axı, ömründə ayağı Kəlbəcərə dəyməyən, əkin-biçinin nə olduğunu bilməyən Kəlbəcərin yeni icra başçısı, Cavid Qurbanovun qohumu Azər Qocayev deyəndə ki, mən Ağdaban kənd icra nümayəndəsinin müavini Teymur Kərimova söz deyə bilmirəm...adam deməyə, yazmağa söz tapmır. Əgər icra nümayəndəsi səni eşitmirsə, ay Azər Qocayev, niyə o kresloda oturmusan..? Deməli, sən ya onun qarşısında başı aşağı, gözü kölgəlisən, ya da başqa məsələlər var. Necə yəni rayonun icra başçısı hansısa kəndin icra nümayəndəsinə söz deyə bilməsin... Azər Qocayevə deyən lazımdır ki, Cavid Qurbanovun qohumu olmaq hələ yaxşı kadr olmaq demək deyil ee... Vallahi, bizi qınamayın, adamın yadına... Ə.Haqverdiyevin sözləri düşür: “De, sən öl Həsən ağanın qohumusan?”, “Sən Həzrət Abbas Həsən ağanın qohumusan?”, “Onda gəl min boynuma”... İndi Azər Qocayevə deyən lazımdır ki, Cavid Qurbanovun qohumusan, gəl min boynumuza... Söhbət təkcə kiminsə qohumu olmaqdan, səriştəsizlikdən getmir ee.... Bizim əlimizdə bu məsələlərlə bağlı elə daşdan keçən faktlar, dəlil-sübutlar var ki...açıb sandığı töksək pambığı yer yerindən oynayar, hamı dəhşətə gələr... Eldar Həsənov Kəlbəcərlidir deyə, ətraf rayonlarda təxribat törətməlisiniz...? Siz bununla nələrə təsir etmək istəyirsiniz..? İçinizdəki Eldar sevgisini bu yolla çıxartmaq istəyirsiniz..? Kəlbəcərin polis rəisi, Eldarın qohumu Haqverdi Əkbərov nə məqsədlə ətraf rayonlarda, Gədəbəydə, Daşkəsəndə problem yaratmaq istəyirdi, amma məqsədinə nail ola bilmədi... İcazə verin düşünək ki, bütün bunlar hamısı bir mərkəzdən idarə olunur. Və məqsəd ölkədə qarışıqlıq yaratmaq...necə deyərlər bulanıq suda balıq tutmaq sevdası... Buna nail ola bilməyəcəksiniz....Dövlətin başında döyüşdən çıxmış Müzəffər Prezident dayanır. Biz hamılıqla cənab Prezidentimizin ətrafındayıq. P.S. Günün birində onsuzda cənab Prezidentlə görüşəcəyik, əgər bizi öldürməsələr.
Cəlilabadın Sərhədabad kəndində yaşayan Pərviz Ağayev illərdir miopatiya xəstəliyi ilə mübarizə aparır. Kənd sakini orta məktəbi bitirəndən sonra hərəkət qabiliyyətini itirməyə başlayıb. İndi o, ümumiyyətlə, gəzə bilmir. Amma Pərviz Ağayev xəstəliyindən çox, evinin qəzalı vəziyyətdə olmasına görə narahatdır.
“Ev uçsa, şəxsən mən sağ qalmayacağam”
Sərhədabad kənd sakini birinci qrup əlildir. Xəstəliklə bağlı çəkdiyi əziyyət barədə çox danışmaq istəmir. Hətta fotosunun yayılmasını da arzulamır. Pərviz Ağayev ayağa qalxmaq üçün çox çalışıb. Xeyli yerdə müalicə kursu keçib. Son illər ümidsizliyə qapılıb. Hesab edir ki, indi daha çox evinin vəziyyəti haqda düşünməlidir. Çünki uşaqları balacadır, onlar qəzalı tikilidə yaşamamalıdır.
“İki körpə övladım var. Valideynlərimlə yaşayıram. Yaşadığımız ev qəzalı vəziyyətdə olduğundan, hər an uça bilər. İstəyim odur ki, qanunvericiliyə uyğun addım atsınlar. Yeni ev tikilməlidirsə, tiksinlər. Təmir olunmalıdırsa, təmir etsinlər. Mən konkret tələb də irəli sürmürəm. Əlil adamam, körpələrimlə bu vəziyyətdə evdə yaşamalı oluram. Gecə saatlarında bu ev uçsa, faciə baş verəcək, körpələrimlə altında qalacağıq. Bütün günü evdə oluram. Heç yerə çıxa bilmirəm. Bu evdə uçqun olsa, şəxsən mən sağ qalmayacağam. Çox xahiş edirəm ki, nə düşürsə, onu etsinlər”.
Pərviz Ağayev problemin həlli üçün uyğun addımları atıb. O, müxtəlif dövlət orqanlarına müraciət ünvanlayıb, lazımi sənədləri əldə edib. Son söz Fövqəladə Hallar Nazirliyinindir. Amma kənd sakini deyir ki, nazirlik bu il heç bir baxış keçirmədən onun əleyhinə qərar verib.
“Çatlar və deformasiya qeydə alınıb”
Pərviz Ağayev əvvəlcə 2023-cü il fevralın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə zəng vurub. Bundan sonra martın 30-da Geoloji Kəşfiyyat Agentliyinin Axtarış-planaalma və monitorinq şöbəsinin layihə meneceri Temuraz Ələkbərov Sərhədabad kəndinə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirib. Bunu özü imzaladığı və möhürlədiyi arayışda da təsdiq edir. Arayışda yazılıb:
“Fərdi tikilinin yerləşdiyi ərazidə çoxillik atmosfer yağıntılarının təsirindən kənd ərazisində yayılmış örtük çöküntülərinin və geoloji quruluşunda iştirak edən bərkiməmiş çöküntülərin su ilə doyması nəticəsində ilişmə qüvvəsinin və süxurların dayanıqlığının zəifləməsi ağırlıq qüvvəsinin təsiri altında sözügedən ərazidə çökmə prosesinin yaranmasına zəmin yaradıb. Bu proseslər nəticəsində tikilinin istinad və çöl divarlarında müxtəlif ölçülü çatlar və deformasiya prosesi qeydə alınıb”.
Hələ 2021-ci il fevralın 19-da tərtib olunan texniki baxış aktında da fərqli şeylər yazılmayıb. Burada “bina texniki cəhətdən yolverilməzdir” ifadəsi aydın oxunur.
Aprelin 14-də Geoloji Kəşfiyyat agentliyinin idarə heyətinin sədri Əli Əliyev Pərviz Ağayevə məktub göndərib. Burada lazımi araşdırmaların aparıldığı, arayışın Cəlilabad Rayon İcra Hakimiyyətinə göndərildiyi bildirilib. İcra hakimiyyəti də mayın 1-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edib. Məktubda tədbir görülməsi, vətəndaşa məlumat verilməsi xahiş olunub.
Nazirlik üzərinə məsuliyyət götürmür
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mayın 8-də Pərviz Ağayevin müraciətinə reaksiya verib – Cəlilabad Rayon İcra Hakimiyyətinə məktub göndərilib. İcra hakimiyyəti bununla bağlı kənd sakinini məlumatlandırıb. Agentlik üzərinə məsuliyyət götürmək istəmədiyini bildirir.
İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Sahil Qənbərlinin imzasıyla vətəndaşa göndərilən məktubda vurğulanıb ki, fiziki və hüquqi şəxslərin mülkiyyətindəki əmlakı sığortalamalıdır.
Qısası, Fövqəladə Hallar Nazirliyi evin sığortalanmadığını, ortada hər hansı müqavilənin olmamasını səbəb göstərir.
Pərviz Ağayev bununla razılaşmaq fikrində deyil. Sərhədabad kənd sakini deyir ki, onun evi məhz fövqəladə hala görə qəzalı vəziyyətə düşüb. Bu, Geoloji Kəşfiyyat Agentliyinin arayışında da əksini tapıb.
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Ərturqut Əliyev Meydan TV-yə bildirib ki, vətəndaşın mülkiyyətinin təmiri və ya bərpası təbii fəlakət halında baş tuta bilər:
“Əks halda, biz bu işə baxa bilmirik. Ev yalnız təbii fəlakət nəticəsində ziyan görərsə, məsələ müzakirəyə çıxarılır”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP-Texnopark) rezident şirkəti ilə olan “Tak Noosh Group” MMC arasındakı məhkəmə çəkişməsi barədə maraqlı məlumat əldə etmişik. Qaynarinfo-ya daxil olan məlumata görə, “Tak Noosh Group” MMC iranlı iş adamlarından birinə məxsus şirkətdir. Maraqlıdır ki, şirkət Azərbaycanda fəaliyyət göstərsə də, Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında adı çıxmır. Texnoparkın rezidenti olan bu şirkət çipsi istehsalçısıdır və Azərbaycanda çipsi istehsal etməliymiş. Texnoparkla “Tak Noosh Group” MMC arasındakı məhkəmə çəkişməsində iddiaçı bu şirkətdir. Məlumata görə, məhkəmə çəkişməsinin səbəbi YTP-nin müqavilə öhdəliklərinə əməl etməməsi ilə bağlıdır.