Ardını oxu...
Bir neçə gün öncə “Faktor Lizinq” MMC-nin sahibi Ehtiram Alıyevin Bakı şəhər sakini Təyminə Yusifovaya qarşı etbarından sui istifadə edərək aldatma yolu ilə əmlakını mənimsəməsi və saxta sənədlərlə onu külli miqdarda borclandırması haqda yazmışdıq. T.Yusifovanın ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciəti əsasında hazırladığımız yazıda Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli qətnaməsinə əsasən 250.000 manat məbləğində pul Təyminə Yusifovadan alınaraq “Faktor Lizinq” MMC-yə qaytarılması haqqında qətnaməsindən istifadə edərək E.Alıyevin İlqar İsmayılovla əlbir olaraq müxtəlif sənədlərə imza atdırmaqla Təyminə xanımı külli miqdarda borclandırmasından bəhs olunur. T.Yusifovanın sözlərinə görə, E.Alıyevlə İ.İsmayılov bir neçə belə əməliyyatlar keçirib vətəndaşları özlərinə borclandırıblar: “İndi isə İlqar ölkədən çıxıb, ABŞ-da yaşayır, Ehtiram isə özünü günahsız cildinə qoyaraq guya onu tanımadığını iddia edir. Halbuki, onların şərikli biznesləri bu gün də davam edir və tez-tez ABŞ-da görüşürlər”. T.Yusifova İlqar İsmayılovun məsələ ilə bağlı dindirilməsindən sonra bütün həqiqətlərin üzə çıxacağını bildirir. Maraqlıdır ki, vətəndaşın şikayəti ölkə mediasında işıqlandırıldıqdan sonra Ehtiram Alıyev Təyminə Yusifovanın yaxınlarıyla telefon əlaqəsi saxlayıb. Heç vaxt T.Yusifovaya hədə qorxu gəlmədiyini, onu ölümlə hədələmədiyini bildirib. Halbuki, T.Yusifova ilə E.Alıyevin telefon danışıqları və səs yazıları araşdırılsa, reallıq ortaya çıxar. Məsələnin ictimailəşməsindən narahat olan E.Alıyev hətta T.Yusifovanın şikayətindəki “dələduzluq” kəlməsinə görə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcəyini bildirib. Gerçəkdə isə məsələnin obyektiv istintaq araşdırmasına ehtiyac var. Məlum notarius müqaviləsi imzalanan gün və ondan sonra İ.İsmayılovun, E.Alıyevin və T.Yusifovanın telefon danışıqları aşkarlansa İlqar İsmayılovun əslində kimin tanışı və ortağı olduğu üzə çıxar. Eyni zamanda məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 250 min manatın şişirdilərək bir milyon manata çatdırılması xüsusi olaraq araşdırılmalıdır. Görəsən T.Yusifovaya aid olan mənzilin ələ keçirilməsi, “Nemi Museum” otelinin yarısına iddianın ortaya qoyulması hansı qanunvericiliyə sığır? Ortada faktik olaraq etibardan sui istifadə edərək vətəndaşı külli miqdarda borclandırma əməli var. T.Yusifova da “dələduzluq” sözünün aldatmaq, etibardan sui istifadə etmək anlamında işlətdiyini bildirərək məsələnin obyektiv araşdırılmasını tələb edir: “E.Alıyev yenə də yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərini dilə gətirərək ona heç kimin heç nə edə bilməyəcəyini deyir. Mən inanmıram ki, bu adam qanunlardan üstün olsun. Mən Prezidentə, dövlətimə, hüquq mühafizə orqanlarına güvənirəm. Qoy Ehtiramın tələblərini də araşdırsınlar, real vəziyyəti də. Ehtiramla İlqarın birgə sövdələşməsi ilə məbləğin şişirdilməsi, mənə haqsız yerə külli miqdarda borc yüklənməsi o zaman ortaya çıxar. Mən inanıram ölkə rəhbərliyi mənim səsimi eşidəcək və lazımi tədbirlər görəcək”.

Vətəndaş bütün baş verənlərlə bağlı ölkə rəhbərliyinə, hüquq mühafizə orqanlarına müraciət edib. Bir xanım olaraq Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevadan kömək istəyən Təyminə Yusifova hüquqlarının qorunması üçün dövlətə güvəndiyini bildirir: “Sizə inanıram və ümid edirəm ki, “Faktor Lizinq” MMC-nin sahibi Ehtiram Alıyevin və Ruslan Alıyevin saxta sənədlər və aldatma yolu ilə bir xanıma məxsus əmlakların ələ keçirilməsinə imkan verməməklə yanaşı həmin şəxsin fəaliyyətinin araşdırılması ilə bağlı qanunvericiliyə uyğun hərəkətlərin edilməsinə göstəriş verəcəksiniz. Çünki Ehtiram Aliyev mənə dəfələrlə pulunun və hər bir orqanda adamlarının olduğunu deyib, ona heç bir şey edə bilməyəcəyimi bildirir. Məni izlətdiyini, başıma oyun açacağını bildirir. Mən əmlakım və həyatım üçün ciddi təhlükə görürəm. Bir Azərbaycan qadını kimi tək ümidim Sizədir!”
dia.az
 
 


 
Ardını oxu...
5644907 stasionar telefon nömrəsinin 1-ci dərəcəli Qarabağ qazisi yiyəsi “Baktelekom”un növbəti özbaşınalığı ilə üzləşib. Telefonun dəstəyini qaldıranda “borca görə kəsildiyi” avtomatik rejimdə diqqətə çatdırılır. Axı abonentin aylıq abunə borcu hər ayın 5-ə kimi ödənilir, hansı borcdan söhbət gedə bilər? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin saytından 1655 çağrı mərkəzinə zəng etmək mümkün olmasa da, 155 -ə zəngə cavab olaraq 47 qəpik qəbzlər üzrə borc yığıldığı bildirildi. Birincisi , bu “qəbz borcu” nə deməkdir və ikincisi, 47 qəpiyə görə telefon kəsilər? Onlayn rejimdə ödəniş edilirsə, hansı qəbzdən, hansı borcdan danışmaq olar? Elə onlayn rejimdə 20 qəpik qəbz borcu olduğu bəlli olub. Belə çıxır, 20 qəpik, Üzeyir bəyin “Məşədi İbadı” demiş, bir abbasıya görə yataq xəstəsi 1-ci dərəcəli Qarabağ əlilinin telefondan yararlanmasına qadağa qoyulub? Utanc deyilmi?
Bu günlərdə rəqəmsal inkişaf və nəqliyyat naziri taksi qiymətlərinin ucuzluğundan şikayətlənib . Yəqin taksi qiymətləri də dünya standarlarına çatdırılacaq. Stasionar telefonların abunə haqlarının keçən ildən birdən-birə 40 faiz artırılaraq 2.50 manatdan 3.50 manata qaldırılması bu yəqinliyə şübhə yeri qoymur. Onu da deyək ki, Tarif Şurasının müəyyən etdiyi 3.50 manatın üzərinə telefon qurumu Konstitusiyanın 73-cü maddəsinə zidd olaraq 35 qəpik də əlavə hesablayır. Yəni “Baktelekom” inhisarçı hökmranlığından yararlanıb qiyməti diqtə edir, əlavə hesablayır və bütün bunların qarşılığında keyfiyyətli xidmətdən də imtina edir. 20 qəpiyə görə telefonun kəsilməsi, sadəcə, ayıbdır.
Ayıb olsunmu? Dünyanı bir qırağa qoyaq, qonşu Rusiyada (və b.) stasionar nömrədən mobil nömrəyə zənglər ödənişsizdir... Bizdə isə dəqiqəsi iki “abbası”. Çox “ucuz”deyil ki ?
Məğrur Bədəlsoy
Teref/az
 
Ardını oxu...
Tanınmış jurnalist Tural Müseyibovun yeni iş yeri bəlli olub.

Sfera.az xəbər verir ki, T.Müseyibov iş xanımı Ruhi Əliyevanın rəhbərlik etdiyi "Liatris Holding"də işə başlayıb. Bu barədə jurnalist özü məlumat verib. O, holdinqdə baş direktorun müavini kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Tural Müseyibov bir sıra qurumlarda mətbuat katibi olub. Baku TV-də ictimai-siyasi şöbənin rəhbəri kimi çalışıb.
P.S. Teref.az xəbər verir ki, axır vaxtlar mediada Ruhi Əliyevanın deputatlıq arzusunda olduğu barədə məlumatlar dolaşır.
Ardını oxu...
 
 
 

Ardını oxu...
     

Ağdam rayonundan məcburi köçkün olan Rüfət Qurbanov deputatlarından giley edir. İkinci qrup əlil olan və şəhid övladı olan Rüfət Qurbanovun narazılığı deputat Bəxtiyar Əliyevdəndir.

DİA.AZ-ın məlumatına görə, adıçəkilən deputata dəfələrlə müraciət etdiyini bildirən R.Qurbanovun sözlərindən belə aydın olur ki, Bəxtiyar Əliyev hələ də onlarla - seçiciləri ilə görüşməyib və seçicilərinə əhəmiyyət vermir.

Bununla bağlı narazı vətəndaş Prezidentə də müraciət etdiyini qeyd edir.

R.Qurbanov bildirir ki, bəxtiyar Əliyev mandat sahibi olandan sonra ümumiyyətlə, hansısa seçicinin qapısını döyməyib...

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Ardını oxu...
DİA.AZ: - Artıq ƏDV verməkdən yayınan və eyni zamanda dövlətin vergisini verməyi belə ağlının ucundan keçirməyən şirkətlərin sırası genişlənməkdədir. Deyəsən, artıq dövlət babanın "Vergilər Nazirliyi" kimi imici zədələnmiş qurumu ləğv edərək xidmətə çevirməsi də işə yaramırmış kimi görünməkdədir. DİA.AZ bildirir ki, hər halda Vergi Xidməti əməkdaşlarının ayrı-ayrı obyekt sahibləri ilə anloaşması, nəticədə də dövlətin ziyan görməsi faktları yetərincədir. Elə bu iddia və ittihamla VX-nin özü də dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edərək öz əməkdaşları barəsində ölçü götürülməsinə nail olub. Aşağıda təqdim edəcəyiiz gileydən də anlaşılanı budur ki, nəsə işin içində İŞ VAR...

Ardını oxu...

"Müştərinin Səsi" sosial qrupundakı paylaşımda narazı vətəndaş bildirir:

"Bilmək istəyirəm "Tufandağ" istirahət kompleksində ƏDV ödəyicisi kimi qeydə alınıbsa, niyə ƏDVnin geri qaytarılması xidmətinə daxil deyillər?

Kifayət qədər də bahalı xidmətləri var".

Narazı vətəndaş iddiasının fotodəlilini də təqdim edib:

Ardını oxu...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.
 
Ardını oxu...
Gün keçdikcə havanın hərarəti rekord həddə, çatmağa başladığından sərinləmək üçün dənizə üz tutanların sayı artıb. Müştəri bolluğunu görən otel və istirahət mərkəzlərinin sahibləri isə hovuza daxil olmaq üçün 10 manata təklif etdikləri giriş qiymətini 20 manata, qaldırıblar. Novxanı, Pirşağı çimərliklərində yaranmış sıxlıq fürsətcil otel və istirahət mərkəzləri sahiblərinin pula hərisliyini bir qədər də artırmışdır.

Hovuza üz tutan müştərilərə boş stəkanları belə pulla kirayə verən sahibkarları, ancaq imkan varkən daha çox qazanmaq, vəziyyətdən su istifadə edərək varlanmaq düşündürürdü.

Müştərilərin isə nə şikayət edəcəyi bir ünvan vardı, nədəki seçim etmək imkanı. İstirahət mərkəzindəki müştəri bolluğu giriş qiymətindən başqa menyuya da öz təsirini göstərmişdir. Adi günlərdə 5 manata təklif edilən bir çaynikin qiyməti 10 manata yüksəlmişdi. Satışda 50 qəpiyə təklif edilən 0,5 litr qazsız suyun qiyməti 2 manat, 1 litr suyun qiyməti isə 4-5 manata satılırdı.

Adi günlərdə 8 manata satılan bir pors kababın qiyməti istirahət mərkəzlərində 10 manata elə dünənki hava kimi od tutub yanırdı. Baxmayaraq ki, bu qiymət qarşılığında nə normal xidmət vardı, nədəki sanitar-gigiyenik tələblərə cavab verən şərait…

Havanın isti keçməsi dənizkənarı çimərliklərlə yanaşı, əyləncə və istirahət mərkəzlərində də qiymətə təsirsiz ötüşməmişdi. Novxanı qəsəbəsində yerləşən “Spring Hotel Novxanı” istirahət mərkəzinə giriş 15 manatdan 20 manata qalxmışdır. İstirahət mərkəzindən isə bunun həftəsonu ilə əlaqəli olduğunu söylədilər:

“Adi günlərdə bizim istirahət mərkəzinə giriş 15 manat, həftəsonu isə 20 manat olur”. Qeyd edək ki, dənizkənarı əyləncə mərkəzlərində çimərliklə yanaşı, hovuz olduğundan, belə məkanlar uşaqlar üçün daha cəlbedici olur. Amma dənizkənarı istirahət mərkəzlərinə giriş qiymətinin baha olması ilə yanaşı, müştərilərə digər məhdudiyyətlərin tətbiq olunması çox uşaq üçün bu cür məkanları əlçatmaz edir.

“Spring Hotel Novxanı” istirahət mərkəzində uşaqlar üçün 1 litr adi sudan başqa əldə digər qida və sərinləşdirici içkilər gətirməyin yasaq olduğunu bildirdilər. Qeyd edək ki, bu tip istirahət mərkəzlərində sərinləşdirici suların, içkilərin qiyməti satış qiymətlərindən kəskin fərqlənir. Qiymətlərin yüksək olması, süni qiymət artımı, eləcə də bu kimi məhdudiyyətlər dənizkənarı əyləncə və istirahət mərkəzlərini ölkə vətəndaşları ilə yanaşı, büdcə turistləri üçün də əlçatmaz edir.

Bu kimi neqativ hallar isə çimərlik turizminin inkişafına ciddi mane törədir. Ekspertlər də, bu kimi amillərin çimərlik turizminin inkişafına zərbə olduğu fikrindədirlər. Ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi dövlətin diqqət və maraq göstərdiyi turizm sahələrindəndir: “Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair Tədbirlər Planı”nı da bu məqsədə xidmət edir.

Çox təəssüf ki, hələki bu istiqamətdə nəzərəçarpacaq dönüş yaratmaq mümkün olmayıb. Halbuki, çimərliklərin standartlara cavab verməsi, sanitar-gigiyenik şəraitə uyğun olması ölkəmizdə çimərlik turizminin inkişaf etməsinə, ölkəmizə gələn turistlərin sayının artmasına gətirib çıxarda bilər”. Çimərliklərə və Hotellərə nəzarət mexanizmi olmasa mövcud vəziyyətin dəyişəcəyinə ümid çox azdır:

“Çimərliklərə hətta hotel və istirahət mərkəzlərinə mütləq şəkildə ciddi nəzarət edən qurum olmalıdır. Əks halda sadaladığımız problemlər hələ bundan sonra da hər yay mövsümündə təkrar olunacaqdır. Çimərliklərin və istirahət mərkəzlərinin demək olar ki, mütləq əksəriyyəti standartlara cavab vermir. Turizm eksperti xarici ölkələrdə çimərliklər üçün standartlar olduğunu, hansı çimərlik standartların tələblərinə cavab verirsə orada bunu təsdiqləyən nişanlar olduğunu bildirir:

“Çimərlik turizminin inkişaf etdiyi ölkələrdə çimərliyin standarta uyğun olub-olmadığını kənardan da görmək mümkündür. Belə çimərliklərə göy rəngli bayraq asılır. Bu bayraq çimərliyin standartın tələblərinə cavab verməsini, sanitar-gigiyenik vəziyyətin norma həddində olduğunu təsdiqləyir. Biz də çimərlik turizmini inkişaf etdirmək, xaricdən turist cəlb etmək üçün ilk növbədə çimərlikləri standartların, sanitar-gigiyenik normaların tələblərinə uyğunlaşdırmalıyıq. Bundan sonra isə çimərliklərə ciddi nəzarət olmalıdır.

Qiymətlərin süni şəkildə bahalaşdırılması hallarının qarşısı alınmalıdır. Əgər turist kənarda mağazadan aldığı sərinləşdirici içkini çimərlikdə, yaxud istirahət mərkəzində iki-üç qat baha qiymətə alırsa təbii ki, növbəti il həmin turist bir də bizim çimərliklərə üz tutmayacaq. Xarici ölkələrdə bu məsələlərə ciddi nəzarət var”. Çimərliklərə, eləcə də istirahət əyləncə mərkəzlərinə giriş üçün fantastik qiymət müəyyən etmək düzgün deyil: “Biz hər zaman demişşik ki, çimərliklər pulsuz olmalıdır.

Sahibkar orada hansısa xidmət göstərirsə onun pulunu müştəridən ala bilər. Qiymətlər də, xidmətin səviyyəsinə uyğun olmalıdır. Müştərinin bolluğundan istifadə edib fantastik qiymət qoymaq olmaz. Dənizkənarı istirahət və əyləncə mərkəzlərinin də mütləq əksəriyyətinin bir tərəfi çimərlik üçün nəzərdə tutulub. Burada bir-iki hovuz, uşaqlar üçün əyləncə imkanı qurub yaratmağa görə, giriş qiymətini kəllə-çarxa qaldırmaq olmaz.

Nəzərə almaq lazımdır ki, yerli əhali kimi turistlər arasında da azbüdcəli turistlər var. Onlar belə məkanlarda adambaşına girişin qiymətini öyrənib elə qapıdanca geri qayıdırlar. Növbəti ildə isə çimərlik turizmi üçün əlverişli və sərfəli şəraiti olan başqa ölkələrə üz tuturlar. Çox təəssüf ki, bizim dənizkənarı istirahət mərkəzləri qışda qazanmadıqlarının da əvəzini yaydan çıxırlar. Girişə elə qiymət qoyurlar ki, həmin qiymətə ancaq çox imkanı olan turistlər gəlib dincələ bilər.

Müştərinin çantasını yoxlayıb qida, su axtarmaq çox yalnış yanaşmadır, biyabırçılıqdır. Qaydalar tərtib olunmalı, bütün bunlar həmin qaydalarda öz əksini tapmalıdır. Ona görə də, bütün bunların hamısına nəzarət mexanizmi olmalıdır ki, çimərlik turizmini bu mövsüm olmasa da, növbəti mövsümlərdə dirçəldə bilər”.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM
 

Ardını oxu...
“Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru Natiq Cavadov məni aldadıb, Dövlət Əyar Palatasının sədri vəzifəsinə düzəltmək adıyla 500 min dollarımı alıb və indi bunu danır”.
Sahibkar Nağı Kəngərli belə deyir.
O, redaksiyamıza göndərdiyi video-açıqlamasında iddia edir ki, Natiq Cavadovla 2014-cü ildə tanış olub. Bir neçə ay ərzində onunla dostlaşıb. İddiaya görə, Natiq Cavadov sahibkarın ona bəslədiyi etibardan sui-istifadə edərək Əyar Palatasına sədr düzəldə biləcəyi adıyla ondan 500 min dollar alıb. Bundan əlavə, sahibkar ona bir çox bahalı hədiyyələr də verib. Lakin üzərindən xeyli keçməsinə baxmayaraq, sahibkar vəd olunan işə təyin edilməyib. Ardınca da onun telefonlarına belə cavab verməyib. Beləcə, iş düyünə düşüb.
Nağı Kəngərli hüquq mühafizə orqanlarının onun şikayətinə baxmadığından gileylidir. Dediyinə görə, Natiq Cavadovdan Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edib. Amma idarədə ondan iddialarını təsdiqləyən sənəd istəyiblər. Nağı Kəngərlinin əlində hər hansı sənəd yox, şahidlər var. Nədənsə, onun şahidlərini dinləməyiblər.
“Harda görünüb ki, birinə rüşvət verəndə ondan qəbz alasan və ya videosunu çəkəsən? Rüşvətxor buna imkan verərmi? Mənin şahidlərim iddialarımı təsdiqləyən “sənədlərim”dir. Onları isə qəbul etmək istəmirlər”, - sahibkar bildirir.
Qeyd edək ki, Nağı Kəngərli hələ sovet hakimiyyəti illərindən qızıl ticarəti ilə məşğul olub. Naxçıvanda ilk “kommussion mağaza”nın qurucusudur.
Onu aldatmaqda ittiham olunan Natiq Cavadov isə texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şuranın üzvüdür.
 //ovqat.com//

VİDEO BURADA:
https://www.facebook.com/heyder.oguz/videos/280422311044656

 
Ardını oxu...
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) abadlıq və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderlərə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderlərin qalibləri "Qara Qaya” MMC və "Təmir-Təchizat-4” MMC-dir.

"Qara Qaya” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 571.962,2 AZN, "Təmir-Təchizat-4” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri isə 720.131,46 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumata rast gəlinmir.

"Təmir-Təchizat-4” MMC isə 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 50, mənzil 2-də yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur.

Bu şirkət və qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, hər iki şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 13 ildir ki, bu rayona rəhbərlik edir.
 
Ardını oxu...
Azərbaycanda XXI əsrdə yenidən LİKBEZ-ə ( ликвида́ция безгра́мотности у населения- əhalinin kütləvi savadsızlığının ləğv edilməsi) ehtiyac var… Neçə nəfər vəzifəli şəxs, tanınmış müğənni, biznesmen, məmur tanıyırıq ki, bu gün latın əlifbası ilə nəinki yazmağı, hətta oxumağı bacarmır. Dəfələrlə şahidi olmuşuq ki, tanınmış müğənnilər, hətta xalq artistləri VURMA CƏDVƏLİNİ bilmir. Bu hələ harasıdır..?
Adını çəkmək istəmədiyimiz dövlət müşaviri televizorda çıxışında dəfələrlə FƏQƏRƏ əvəzinə FÜQARƏ deyir. Bu adama başa salan yoxdur ki, FƏQƏRƏ bel sütunudur, FÜQARƏ isə kasıb-kusuba deyirlər, loru dildə fağır-fuğaraya. Yaxşı, dövlət müşaviri qanmır, barı televizordakı məsul şəxs onu başa salsın də…
Dəfələrlə metropolitendə reklam mətnlərinə rast gəlirik, elə kobud səhvlər edirlər ki, adam mat-məəttəl qalır. Bunlara qandırmaq olmur ki, hər gün metropolitenə 750 mindən artıq insan minib-düşür. Və belə kobud səhvlə dolu reklam mətnləri uşağın, məktəblinin, tələbənin beyninə həkk olur. Yaxud bu gün nə qədər televiziya və radio kanalları açılıb. İlahi, bu kanalların aparıcıları görəsən, məktəbə-zada getməyib..? Bunlara orta məktəbdə dərs keçən olmayıb..? Bu qədər primitivlik, bəsitlik olmaz ee…. Bəsitlik dedim yada….
Deməli, bu yaxınlarda Naxçıvanın kəndxudası Vasif Talıbov işdən qovulandan sonra, Amerikada oturub bizlərə öyüd-nəsihət vermək istəyən, sabiq spiker Rəsul Quliyev deyir ki, Vasif Talıbov çox sadə, primitiv adam idi… Bu adam neçə ildir ABŞ-da yaşayır, yəqin ingiliscə də pis-yaxşı öyrənib, amma… Əmması odur ki, bu yekəlikdə adam SADƏLİK-lə, PRİMİTİVLİK-in fərqini bilmir. Belə misalları sonsuzluğa qədər uzatmaq olar. Amma nə faydası..?
Müdriklər demişkən, dənizin dadını bilmək üçün bir damcı da kifayətdir. Məlumdur ki, dərs ilinin başa çatması ilə bağlı məktəblərdə və digər yerlərdə şagirdlər üçün kütləvi tədbirlər keçirilir, XI sinif məzunları məktəblə, müəllimləri ilə vidalaşır, yaxud IV sinifi bitirən şagirdlər İBTİDAİ TƏHSİLƏ vida deyirlər və s. və i.
Həmin tədbirlərin birindəki REKLAM-MƏTNLƏ rastlaşdıq. Orada yazılıb: BURAXILIŞ TƏDBİRİ ƏLVİDA İPDİDAİ SİNİF 02.06.2023 Fikir verdinizmi, qısa bir cümlədə neçə səhv var. Birincisi, cümlənin ortasında TƏDBİR sözü niyə böyük hərflə yazılmalıdır..? İkincisi, İPDİDAİ sözü nə deməkdir..? Yəqin ki, İBTİDAİ sözünü bunlara belə qandırıblar… ƏLVİDA sözündən sonra xitab gəldiyi üçün vergül ( , ) işarəsi qoyulmalıdır.
İndi gördünüzmü, təhsilimiz necə bərbad gündədir..? Bəli, kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə, hətta acığına gələ bilər. Amma tam məsuliyyətlə demək olar ki, Azərbaycanda kütləvi savadsızlıq baş alıb gedir, məktəblərdə, uşaq bağçalarında uşaqlara normal dərs keçirilmir. Bizi kimlərsə sovetlərə rəğbətdə qınaya bilər.
Amma unutmayın ki, hətta bizim qoca baba və nənələrimiz normal oxuya bilirdi. Çünki… Qocalar bizə danışırdı ki, ötən əsrin 30-cu illərində hətta 60 yaşlı insanlar da işdən sonra axşam məktəblərinə gedib yazıb-oxumaq öyrənirdilər. Məqsəd kütləvi savadsızlığı ləğv etmək idi. Bəli, nəinki şəhərlərdə, hətta ucqar kəndlərdə axşam məktəbləri açılmışdı. Nəticədə sovet hökuməti 5-10 ildə kütləvi savadsızlığa son qoydu. Hətta tarixə qısa bir ekskurs kimi deyə bilərik ki, o vaxt bu tədbirlərin adı LİKBEZ ( ликвида́ция безгра́мотности у населения- əhalinin kütləvi savadsızlığının ləğv edilməsi) idi. Yəni oxumaq, yazmaq bilməyən yaşlı əhaliyə kütləvi təhsil vermək. Biz yazının girişində əbəs yerə yazmadıq ki, dövlət müşaviri, məmur, icra başçısı, xalq artisti latın əlifbası ilə yazıb-oxuya bilmir. Deyəsən, bizi qınamayın, Azərbaycanda XXI əsrdə yenidən LİKBEZ-ə ehtiyac yaranacaq. Əslində belə də olmalı idi. Çünki icra başçısının qızı məktəbi özəlləşdirib avtodayanacağa çevirəndə belə də olmalı idi.
gundelik baki.com
 
 

 


 
Ardını oxu...
     

Masallı rayonunun ən böyük yaşayış məntəqələrindən olan Boradigah qəsəbəsinin bir qrup sakini bugünlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə müraciət etmişdi. Onların müraciəti qəsəbənin telefon xətləri və internet problemilə bağlı idi.
Boradigah sakinləri vurğulayırdı ki, 10 min nəfərdən çox sakini, iki məktəbi, xəstəxanası, polis bölməsi olan bu qəsəbədə xətlər bərbaddır. Nazirdən xahiş olunurdu ki, problemin həlli üçün lazım olan addımlar atılsın. Çünki keyfiyyətsiz internet nəticəsində şagirdlər online məşğələlərə qoşula bilmir, qəsəbədə başqa çətinliklər yaranır.

Boradigah sakinlərinin müraciətinə reaksiya verən “Aztelekom” MMC-nin Cənub Regional Filialından bildirilmişdi ki, son beş ildə Masallıda rabitə xidməti ardıcıl olaraq, yüksələn xətlə inkişaf edib. Rayonda telekommunikasiya sistemi tam kompüterləşdirilib. Həm şəhər, həm də kənd ATS-lərində əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Ardını oxu...

Filialdan vurğulanıb ki, Boradigah qəsəbəsində 4 ATS fəaliyyət göstərir. Qəsəbə sakinlərinin telefon və internet xidmətinin keyfiyyətindən narazı olmasının səbəbi isə yeniliklərlə bağlıdır: “Çünki ətrafda 40-50 megabit sürətli internet xidmətini görən, ondan istifadə edən şəxs üçün artıq 1-2 megabit sürət çox zəif hesab edilir və ona görə də daha yaxşısını istəyirlər. Hazırda rayon ərazisində GPON sisteminin tətbiqi davam edir. Artıq Boradigah qəsəbəsinə yaxın Bədəlan kəndində bu işlər yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda Boradigah qəsəbəsi üçün də belə bir layihə işlənəcək və abonentlərin istifadəsinə veriləcək. Ümumiyyətlə isə 2025-ci ilə qədər optik internet şəbəkəsinin bütün ölkəni əhatə edəcəyi gözlənilir”.

Lakin Boradigah sakinləri Bizimyol.info-ya bildirib ki, son 5 ildə orada əsaslı təmir və yenidənqurma işlərinin aparılması haqda iddialar həqiqətə uyğun deyil.

Ardını oxu...

“Elə sizin sayt vasitəsilə bir neçə foto təqdim edək, özləri də görsünlər. Bu fotolar Boradigahdakı telefon və internet xətlərinin gerçək durumunu göstərir. Bunları görən cənab nazir də əmin olacaq ki, ona həqiqəti çatdırmırlar. Onu da, xalqı da aldadırlar. Bu xətlərə baxsınlar. Əhaliyə yazıqları gəlmir, heç olmasa, hər gün o çürük dirəklərə dırmaşmaq məcbnuriyyətində qalan işçilərə yazıqları gəlsin...”, - Boradigah sakinləri belə deyir.
Bizimyol.info

Dünyapress TV

Xəbər lenti