Ardını oxu...
Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 milyon manat vəsaitin düzgün istifadə edilmədiyini aşkarlayıb.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Globalinfo.az-a danışıb.

O, açıqlamasında deyib ki, təşkilatla bağlı Hesablama Palatasının belə rəyi ilk deyil:

“Yeri gəlmişkən, başqa dövlət və hökumət qurumları ilə də bağlı Hesablama Palatasının buna bənzər rəyləri olur. Problem başqadır. Təəssüf ki, biz Hesablama Palatasının bu rəyindən sonra araşdırmaları və ciddi cəzaları görmürük. Hesablama Palatasının apardığı yoxlamalar və gəldiyi nəticə cinayət işinin başlanması üçün əsas yaradır. Bu, qanunvericilikdə də var. Hesablama Palatasının gəldiyi nəticələrə əsasən cəza mexanizmi olmalıdır. Bu halda vətəndaş da görər ki, dövlət büdcəsindən ayrılan vəsaitin qeyri-rasional xərclənməsinə görə cəzalar tətbiq edilir”.

Mövzu ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlamışıq.
 
Ardını oxu...
Hansı universitetlərə "Tədqiqat universiteti" statusu veriləcək ?
Elmi məqalə sayının artırılmasının "innovativ yolu" təklif olunur
Prezident tərəfindən təsdiqlənən “ 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulub.
Tədqiqat universitetlərinin yaradılmasına dair təkliflərin hazırlanması üçün Elm və Təhsil Nazirliyinə göstəriş verilib.
Görəsən Nazirlik hansı universitetlərə bu statusun verilməsini nəzərdə tutub?
Hökumətin bununla bağlı müəyyən etdiyi şərtlər, xüsusilə də SCOPUS -da ölkə üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin bu tip universitetlərə aid olması necə təmin ediləcək ?
Atılan addımlardan görsənir ki, hələlik ETN-nin bu istiqamətdə atdığı addımlar elə də ağlabatan görsənmir.
İnandırıcı olmasa da, ETN-nin əvvəllər AMEA tərkibində olan , indi isə ETN tabeliyinə verilən elmi-tədqiqat institutlarının elmi potensialını birbaşa Universitetlərə "aid etməyi" nəzərdə tutduğu bildirilir.
Bu yaxınlarda BDU və 5 elmi-tədqiqat institutunun birgə fəaliyyətinin təşkili ilə bağlı imzaladığı Memorandumda bununla bağlı müddəalar nəzərdə tutulub.
Belə ki, məsələn, Riyaziyyat və Müxanika İnstitutunun indiyədək və bundan sonra beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) dərc olunan məqalələrin BDU-ya aid edilməsi nəzərdə tutulub. Ağlasığmaz olsa da, bu, belədir.
Hətta, bundan sonrakı deyil, elmi institutların indiyədək mövcud olan elmi məqalə bazasının da Universitetə aid olunmasından söhbət gedir.
Bilmirəm bu ideya kimin ağlına gəlib.
Düşünürəm ki, çox qüsurlu və səmərəsiz bir yanaşmadır.
Universitetlərin tədqiqat potensialının artırılması üçün kiminsə "haqqına" girmək yox, süni tədqiqat görüntüsü yaratmaq yox, mövcud imkanlardan və potensialdan birgə istifadə ilə dəyər formalaşdırmaq prinsipi daha ağlabatan olardı.
Tədqiqat potensialı yüksək olan universitetlərin, məsələn BDU-nun, UNEC-in, AzTu-nun, BANM-in, BMU-nun və s. beynəlxalq reytinq göstəricilərini yüksəltmək üçün, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi üçün birgə əməkdaşlığın, birgə tədqiqat imkanlarının yaradılması, birgə elmtutumlu infrastrukturun formalaşdırılması daha doğru olardı.
Yoxsa, hansısa elmi institut əməkdaşının illər öncə min əziyyətlə apardığı tədqiqatın nəticəsi olan bir elmi məqalənin bir anda hansisa Universitetə aid edilməsi, yumşaq desəm, ədalətsizlik və kiminsə haqqını tapdalamaqdır.
Düzü, belə bir Memoranduma elmi institut rəhbərlərinin də imza atması xeyli düşündürücüdür.
Osman Gunduz
Teref.az

Ardını oxu...
Bir neçə il əvvəl, daha dəqiq desək, 15 sentyabr 2015-ci il tarixdə şad xəbər yayıldı ki, 1992-ci ildən “məcburi köçkün həyatı yaşayan” Şuşa 1 saylı tam orta məktəb üçün Prezident İlham Əliyevin sərəncamı ilə Yasamal rayonunda müasir standartlara cavab verən yeni bina tikilərək istifadəyə verilib. Məktəbin geniş sinif otaqları, fənn kabinetləri, idman zalı, böyük ərazisi və daha nələr. Məktəbin açılışında kimlər çıxış etmədi...
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Qarabağ Azərbaycan İcmasının sədri, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Milli Məclisin deputatları, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə xanım Fətəliyeva və başqaları....
Xanım Fətəliyeva məktəbin tikilməsində icra başçısı Bayram Səfərovun göstərdiyi xidmətlərdən, böyük əməyindən danışdı. Bir deyən olmadı ki, xanım Fətəliyeva, bəlkə məktəbin tikilməsi üçün icra başçısı Bayram Səfərov cibindən pul qoyub, bəlkə daş daşıyıb, bəlkə palçıq qatıb, bəlkə...
Bəli, Məktəb cənab Prezidentin sərəncamı və Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilib.
İndi isə 2015-ci ildən 7-8 il keçəndən sonra bir neçə gün öncə, oxuduğumuz son xəbərə nəzər salaq.
Xəbərdən bəlli olur ki, sən demə məktəbin açılışından az müddət sonra icra başçısı Bayram Səfərovun qızı Gülnar Qurbanova “dədəsinin tikdiyi” 1 saylı Şuşa məktəbinə direktor təyin olunub. Və... Yeni Yasamalın Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə dövlət vəsaiti hesabına tikilən idman kompleksi icarəyə verilib. Məktəbin direktoru Gülnar Qurbanova tərəfindən şagirdlər və kollektivi üçün tikilən idman kompleksi özəlləşdirilərək, adı açıqlanmayan fərdi sahibkara icarəyə verilib. Kompleks futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərir. 1 saat icarə haqqı 60 manat təşkil edir. Məktəbin direktoru məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanması üçün nəzərdə tutulan ərazini avtodayanacaq parking kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verib. Məktəb direktoru bunun üçün sözügedən dayanacağa hətta nəzarətçi də təyin edib. Hətta.... Ərazidəki avtomobillərin dəqiq sayını bilmək üçün kamera belə qurlaşdırılıb. İki gündü ölkə mətbuatı, nə bilim sosisl şəbəkələr bu məsələdən bəhs edir, hətta yayılan son xəbərə görə məktəb direktorunu Təhsil İdarəsinə çağırıblar. Bilirsiniz problem nədir..?
Birincisi, biz icra başçısının, ümumiyyətlə, məmur övladlarının hüquqlarının bolşevik sayağı inkar etmirik. Məmurun da övladı vəzifə tuta bilər. Amma o boyda Şuşada 1 nəfər pedoqoq tapılmadı ki, mütləq icra başçısının qızı məktəbin direktoru olmalıdır..?
İkincisi, Bayram Səfərovun xanım müavini yeni məktəbin tikintisini Prezidentin deyil, icra başçısının adı ilə bağlayır... Yəni məktəbə icra başçısının az qala dədə-baba mülkü kimi baxır. Və nəticədə icra başçısının məktəb direktoru olan qızı Gülnar Qurbanova “babasından qalan” məktəbin idman zalını iş adamlarına 1 saatı 60 manata icarəyə verir.
İndi təsəvvür edin ki, məktəb direktoru 1 ayda, son neçə ildə dövlətin tikdiyi məktəbin hesabına nələr qazanmayıb. Bu adam məktəbin ərazisində pullu avtodayanacaq düzəldib, hələ Allah qoymasa kamera quraşdırıb ki, birdən nəzarətçi ona pul atar.... Elə bilirsiniz bu ilk hadisədir..?
Bir müddət əvvəl sabiq nazir Ziya Məmmətrovun məktəb direktoru olan bacısı ilə bağlı nələr yazmadılar.
Nəticədə bir yerdən çıxarıb başqa yerə qoydular. Yəni Azərbaycanda məmurun bizneslə məşğul olması az qala normaya çevrilib. Heç uzağa getməyək. Şuşanın icra başçısı Bayram Səfərovun kürəkəni ( etika xatirinə adını çəkmirik ) Masazırda məcburi köçkünlərin JEK müdiridir. Yenə deyirik ki, icra başçısının kürəkəninin JEK müdiri olmasına etiraz etmirik. Amma bu adam məmurdur, xeyli sayda insanın, məcburi köçkünün kommunal problemlərinə baxır, amma iş yerində tapılmır. Niyə..? Çünki cənab JEK müdiri bir neçə restoranın idarə olunmasına nəzarət edir. Bu adamdan soruşan lazımdır ki, əgər restoranlar işlətmək istəyirsənsə, dövlətin işindən uzaqlaş, get nə istəyirsən elə...amma iki, hətta üç stulda oturmaqdan əl çəkin... Həm də və ən əsası, məmurun biznes fəaliyyəti ilə, restoran işlətməklə, avtodayanacaq işlətməsi, idman zalını icarəyə verməsi cinayət əməlidir. Vəssəlam.
 //gundelik-baku.com//
Ardını oxu...
Dünən məlum oldu ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun keçmiş müavini Xalid Rəhimov həbs olunub...

Rəsmi açıqlamalardan aydın olur ki, rayonun Gərmətük qəsəbəsi ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimovun idarə etdiyi avtomobil yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun içkili olduğu şübhəsi yarandığı üçün müvafiq müayinədən keçirilməli olduğu qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis şöbəsinə aparılıb. Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məsələ ilə bağlı mediaya bildirib ki, faktla bağlı cinayət işi başlanılıb və cinayət işinin istintaqının davam etdirilməsindən ötrü toplanmış material aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib. Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. O, hazırda Lənkəranın İH başçısı olan Taleh Qaraşovun ən yaxınlarından biri kimi tanınırdı.

Ardını oxu...

Xatırladırıq ki, T.Qaraşov 11 ildir Lənkəran İH-nin başçısıdır. O, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

DİA.AZ olaraq indi isə gələk, məsələnin qayəsinə... Hər halda, İcra Hakimiyyətinin müavini olmuş bir şəxs qanunlara əməl etmirsə, o, rayon əhalisi ilə necə işləyə bilərdi??? Görünəni odur ki, hörmətli Qaraşov cənablarının çevrəsində cəmlənənlər bu xarakterdədir. Çünki bu da ilk hadisə deyil və buna qədər Qaraşovun rəhbərliyi altında çalışan onlarla şəxs hüquqi məsuliyyətə cəlb olunub.

Ardını oxu...

Onlardan biri elə zamanında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini işləmiş Rasilə Əliyevadır. Onu da yəqin unutmamısınız. Lənkəranda məhz başçıya söykənərək açıq-aşkar QOÇULUQ edən bu xanım nəhayətdə gücünü bir məktəbli qızın üzərində nümayiş etdirdi ki, bu da ona BAHA BAŞA OTURDU...

Bəli, görünəni odur ki, Taleh Qaraşov özünə sırf kriminallaşmış bir komanda qurub. Beləsini isə yola vermirlər... yola salırlar...

Yoxsa, elə zənn edərlər ki, Taleh Qaraşov da eynən Vasif Talıbov kimi özünə xanlıq qurub və özünü LƏNKƏRAN XANI bilir...

***

Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazııq...
Ardını oxu...
Zərdab Rayon İcra Hakimiyyəti başçısının Zərdab Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi iki binanın dam örtüyünün təmirinə 38.206,27 AZN xərcləyəcək.

Qaynarinfo xəbər verir ki, nümayəndəlik bununla bağlı kotirovka sorğusu keçirib. Sorğunun qalibi isə “Qarabağ İnşaat-2016” MMC olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Qarabağ İnşaat-2016” MMC 4 aprel 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağcabədi rayonun Avşar kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi isə Camalxanov Rövşən İbrahim oğludur.

Rövşən Camalxanov bundan başqa daha iki şirkətin qanuni təmsilçisidir. Bunlar “Elçin-TTQİ” MMC və “RCİ-İnkişaf 2014” MMC-dir.

Araşdırmalarımız zamanı bəlli olub ki, Rövşən Camalxanovun qanuni təmsilçisi olduğu hər üç şirkət tenderlərdə fəal iştirak edir.

“Elçin-TTQİ” MMC 18 fevral 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.

“RCİ-İnkişaf 2014” MMC 28 APREL 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Bu şirkətin hazırda 4906.97 AZN vergi borcu var.

“Elçin-TTQİ” MMC ilə “RCİ-İnkişaf 2014” MMC-nin hüquq ünvanı eynidir. Hər iki şirkət Ağcəbədi şəhəri, Heydər Əliyev prosoektində yerləşir.

Dövlət satınlamlarının vahid elektron portalında yerləşdirilən məlumatlara diqqət etdikdə məlum olur ki, bu şirkətin əsas sifatrişçləri icra hakimiyyətləridir.
/aztoday.az/
 
Ardını oxu...
Şəki 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədovun ad günü münasibətilə kollektivdən pul yığılması ilə bağlı səs yazısı yayılıb.
Müəllimlərin votsap qrupuna göndərilən səsli mesajın məktəbin nəzəriyyə şöbəsinin müdiri Afət Kərimovaya məxsus olduğu bildirilir.
DİA.AZ-ın məlumatına görə, Bakupost.az -a daxil olan səs yazısında A.Kərimova bildirir ki, direktor Tərlan Məmmədov ona ad günü ilə əlaqədar müəllimlərdən təbrik gözlədiyini deyib.
Şöbə müdirinin sözlərinə görə, direktor müəllimlərin işə gecikməsi, işdən tez çıxması, tabelə qol çəkməməsi, dərsi keyfiyyətli keçməmələri və s. məsələlərə göz yumduğunu, onlardan aylıq "haqq" almadığını, lakin ad günündə təbrik gözlədiyini deyib.
A.Kərimova müəllimlərə xitabən "direktor düz deyir, yazığın heç kimlə işi olmur, aylıq da almır, indi ad günüdür, ildə bir dəfə olur, məcburuq pul yığaq. Biz 60-70 manatdan yığmışıq, müəllimlər də 20 manatdan az olmayaraq pul yığsın", - deyir.
Şöbə müdiri səs yazısında pulun siyahı əsasında məktəbin İlahə adlı işçisi tərəfindən, 20 manatdan az olmayaraq yığılması barədə göstəriş verir.

Ardını oxu...

Məsələni aydınlaşdırmaq üçün məktəb direktoru Tərlan Məmmədovla əlaqə saxladıq.
Direktor Bakupost.az –a yayılan məlumatları təkzib etdi:
“Bizdə neçə illərdir, belə haqq-hesab yoxdur. Hamısı boş söhbətdir. Ad günü keçirilməyib. 10-15 nəfər sadəcə təbrik edib. Biri mənə bir gül veribsə, bu nə vaxtdan ayıb olub? Heç bir pul yığma halı baş verməyib. İnsan müdürünü təbrik edər də... Şükür, hökumət mənə 999 manat maaş verir. Bununla mən ailəmi də dolandırıram, şəhid ailələri və qazilərə də müəyyən qədər çatdıra bilirəm. Belə yaramaz adamlar işi bulandırmaqdan başqa heç bir işə yaramırlar. 10 ildir ki, məktəb binamız təmir olunmalıdır. Lakin heç bir festivaldan, tədbirdən geri qalmamışıq. İndi də səhər 8-dən ayaq üstəyəm. Tədbirə hazırlaşırıq. Həvəsli idim. Bu xəbərlə qanım qaraldı”.
T. Məmmədov, məktəbdə ümumi qanunsuzluqların olması barədə də danışıb:
“İcazə alanlar dərsdə olmaya bilər. Bizdə 95 faiz işçi qadınlardır. Onların müəyyən ailəvi problemləri olur ki, onları da biz əvəz edirik. İştirak etmirsə, əvəz olunmalıdır”.
A.Kərimova isə Bakupost.az –a açıqlamasında yayılan səs yazısının ona aid olmadığını və məlumatların yalan olduğunu bildirdi:
“Hamısı yalandır. Ağızlarına gələni danışırlar. Həmin şəxs mən deyiləm. Direktora öz aramızda, şöbə müdirləri ilə birlikdə keçirmişik. Tort almışıq. İldə bir dəfə olan bir şeydir. Burada nə var ki? Amma pul yığılmayıb”.

Ardını oxu...
DİA.AZ: - "Belə bərbad bir müştəri xidmətiniz, işçiləriniz olduğuna görə fəaliyyətinizi dayandırmalısınız" DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Selcan Hacı adlı istifadəçi "Araz" Supermarketlər şəbəkəsinə xitabən bildirib.

Narazı vətəndaş daha sonra bildirir: "Mağazada özümüzə yaddaş olsun deyə 8 saniyəlik bir video çəkmişik, birdən səsli siqnal səslənir, mağazanın üç işçisi adama dəhşət bərbad bir tonda, ifadəylə yaxınlaşıb videonu silməyi tələb edir. sizin çəkiliş olmaz deyə bir siyasətiniz ola bilər, amma bu o mağazadan hər gün alış-veriş edən müştəriyə kriminal bir hadisə törətmiş kimi yaxınlaşıb əmr etməyə, yaşını ələ salmağa, "tik-toka zada yükləyəcəksiniz də" deməyə əsas vermir!

Biləcəri, Yəhya Hüseynov filialınızın nə kassirləri, nə digər şöbələrdəki işçiləri etik qaydalardan xəbərdardır. Müştərilərlə normal davranmağı öyrənmək məcburiyyətindəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..
Ardını oxu...
Bakı Baş Səhiyyə Mərkəzi qurumun tabeliyində olan tibb müəssisələri üçün təmizlik vasitələrin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Fuad-Kimya Servis” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 174.404 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Fuad-Kimya Servis” MMC 16 sentyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev29/27, mənzil 23-də yerıəşir.

MMC-nin qanuni təmsilçisi Bağırov Bağır Ağakərim oğludur.

2019-cu ildə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən “Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilib. Bu zaman üzərlərinə “Calgon”, “Comet”, “ACE”, “Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülüb.

Məlumatda daha sonra qeyd edilir ki, məhkəmə-ekspertizanın rəyinə görə, sexdəki kimyəvi-təmizləyici maddələr tərkibinə, keyfiyyət göstəricilərinə görə standartların tələbərinə uyğun gəlməyib. Ölçüləri, çəkiləri qablaşdırmanın üzərində qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməyib.

İş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidadi Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlara Cinayət Məcəlləsinin 192.2.1, 197.2, 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib. Barələrində Binəqədi Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bu işin sonrakı taleyi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.6-cı maddəsinə görə, tenderlərdə iştirak edəcək podratçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri ilə əlaqədar cinayətə görə məhkum olunmamalıdır.

Bu hadisə 4 il əvvəl baş verib. Göründüyü kimi qanun “Fuad-Kimya Servis” MMC-nin tenderlərdə iştirakını qadağan edir.
 
Ardını oxu...
"AZƏRLOTOREYA başbilənləri üçün elə-belə qeyd:
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad..."
Teref.az yazır ki, bunu DİA.AZ saytının baş redaktoru tanınmış jurnalist Məhəmməd Ərsoy öz sosial şəbəkə profilində yazıb. Daha sonra Məhəmməd bəy yazdıqlarını şərh edərək deyir:
"Niyə qeydi zəruri bildim? İzah edim... "Azərlotoreya" adından açıqlama verən və yaxud da bizlərə nəyisə izah etməyə çalışanlar zatlar bilmərrə şəkildə QUMAR sözünə qarşı allergik reaksiya nümayiş etdirirlər... Mən də izah etmişəm yetərincə... görürəm onlara çatmır... dedim bir lüğətdən çıxarışı paylaşım.... Faydası olar..."
Teref.az olaraq qarşı tərəfin fikirlərinidə dərc edə bilərik!
Teref.az
Ardını oxu...
“Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” ASC-nin keçirilməsini planlaşdırdığı açıq tenderdən əsassız olaraq kənarlaşdırılması ilə bağlı Respublikanın Baş prokurorluğuna və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış şikayət məktubunun bir surəti də ictimailəşdirilməsi məqsədi ilə Aktualinfo.org saytının redaksiyasına təqdim olunub. Sözügedən məktubdan bəzi məqamları diqqətinizə çatdırırıq. Şikayətçi yazır:

“Məlumat üçün bildiririk ki, “Azərişıq” ASC tərəfindən “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə 55685 nömrəli müsabiqə elan edilmiş, tələb olunan sənədlərin təqdim olunmasının son tarixi 27 fevral 2023-cü il, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir.

“VEDİ CONSTRUCTİON” MMC -nin rəhbərliyi açıq tender müsabiqəsində iştirak etməyi qərara almış, həmin tarixdə bizdən tələb olunan sənədlər və təkliflər zərfi satın alan təşkilata təqdim edilmiş, iddiaçı kimi satın alan təşkilat tərəfindən qeydiyyata alınmışıq. Tender prosedurunda 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış, bizim təklif etdiyimiz qiymət digər iştirakçıların təklif etdiyi qiymətdən sərfəli olmaqla ən aşağı olmuşdur. Sonradan, tenderin təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün əlavə vaxt tələb olunması nəzərə alınaraq tender təklifinin qüvvədə olma müddətinin və tender təklifi təminatının qüvvədə olma müddətinin uzadılması barədə bizə təklif göndərilmiş, həmin təklif bizim tərəfimizdən müsbət qarşılanaraq tender təkliflərinin qüvvədə olma müddəti və tender təklifinin təminat müddətinin uzadılması ilə bağlı cavab məktubları portal vasitəsilə sizə təqdim edilmişdir. Məhz bu tarixdən, yəni tender təklifləri zərfinin açıldıqdan sonra satın alan təşkilat tərəfindən bizə qanunda və Əsas Şərtlər Toplusunda (ƏŞT) nəzərdə tutulmayan tələblər və sənədlər tələb edilməyə başlanılmışdır.

Qanunvericilikdə tələb və təqdim olunması qadağan edilsə də, “Azərişıq” ASC Tender Komissiyasının tələb etdiyi həmin sənədlər bizim tərəfimizdən təqdim edilmiş, lakin buna baxmayaraq, əsassız olaraq qanunvericilkdə nəzərdə tutulmayan əsaslarla 07.04.2023-cü il tarixli cavabla “bizim təklifimizin tender komissiyasını qane etmədiyi və müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyiniz” kimi cavab yazılmışdır.

Bundan sonra, 11 may 2023-cü il tarixdə tender təklifimizin kənarlaşdırılması barədə 4 nömrəli protokola Əlavə bizə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “təqdim etdiyiniz mal-materialların qiymətləri ilə ehtimal olunan qiymət arasında kəskin fərqlər olduğundan 08.04.2023-cü il tarixində texniki rəylərin verilməsi və qiymətləndirilmə aparılması üçün aşağıdakı cədvəldə göstərilən mal-materialların nümunələrinin təqdim olunması üçün sizə sorğu göndərilmişdir. Sorğumuza cavab olaraq nümunələrin tərəfinizdən təqdim olunmayacağı bildirilmişdir. Şirkətinizin Tenderin Əsas Şərtlər Toplusunun formal tələblərində təqdim etdiyiniz sənədlərdə (İddiaçının son 3 (üç) illik və fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar; (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır). Şirkətinizin bu sahədə təcrübəsinin olmadığı, oxşar layihələrin tərəfinizdən həyata keçirilmədiyi tender komissiyası tərəfindən aşkarlanmışdır.”

Buradan sonra şikayətçi “Azərişıq” ASC-nin Tender Komissiyasının etiraz məktubunda göstərilənləri “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırır və tenderdən kənarlaşdırılmalarını qanunsuz hesab edir.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, “Azərişıq” ASC tərəfindən 2023-cü ildə 7 açıq tenderin nəticələri açıqlanıb ki, onlar da aşağıdakılardır.

“Azərişıq” ASC 0,4 kV elektrik xəttlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınması üzrə “ENERJİ TƏCHİZAT-2020” MMC ilə 9.298.400 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 10.01.2023-cü il tarixdə açıqlanıb.

Cəbrayıl şəhəri ərazisində yeni 35/0,4 kV-luq “Cəbrayıl” Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması üzrə “ŞANS CONSTRUCTION” MMC ilə 5.948.881,54 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 11.01.2023-cü il tarixdə açıqlanıb.

Zəngilan şəhəri ərazisində yeni 35/0,4 kV-luq “Zəngilan” Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması üzrə LIGHT CITY QSC ilə 6.198.759,41 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 13.01.2023-cü il tarixdə açıqlanıb.

6/10kV mühafizəli xəttlərin daşınması üçün 1 dövrəli metal konstruksiyanın satın alınması işləri üzrə “AZELEKTRO SERVICE CO” MMC ilə 903.880 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 24.01.2023-cü il tarixdə açıqlanıb.

Seluloz əsaslı və plastik materiallarından hazırlanmış məlumat daşıyıcıların satın alınması üzrə “MİX PRO” MMC ilə 766.882 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 13.03.2023-cü il tarixdə açıqlanıb.

“6/10/0,4 kV-luq xətlərdə elektrik enerjisinin qəbul olunması, çevrilməsi və paylanması üçün müxtəlif qurğu və avadanlıqların” satın alınması üzrə “GBS” MMC ilə 3.821.194 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 15.05.2023-cü il tarixdə açıqlanıb.

Elektrik enerjisininn cevirilməsi qurğularının izolyasiyasını təmin edən mal-materialların və izolyasiya keçiriciliyini ölçən cihazların satın alınması üzrə “AZSPEKTR” MMC ilə 510.131,7 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 15.05.2023-cü il tarixdə açıqlanıb.

Maraqlıdır, “Azərişıq” ASC-nin Tender Komissiyası “Vedi construction” MMC-nin nümayəndəsinin qeyd etdiyi “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə başlanılmış 55685 nömrəli açıq tender müsabiqəsinin nəticələri dövlət satınalmalarının vahid internet portalında nə üçün açıqlanmayıb.

Müsabiqədə iddiaçı kimi iştirak edənin verdiyi məlumatda göstərilir ki, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir. Belə olan təqdirdə 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış açıq tenderin nəticəsi 5 iyun 2023-cü il tarixə qədər nə üçün açıqlanmayıb. Qanunvericilikdə əgər tender baş tutmayıbsa, onun baş tutmama səbəbləri göstərilməklə 30 bank günü ərzində yenidən tender elan olunmalıdır. Əgər satınalan tərəf hər hansı bir səbəbdən tender prosedurun uzadırsa, bununla bağlı iddiaçı tərəflərə yazılı bildiriş göndərilməli, dövlət satınalmalarının vahid internet portalında tender prosedurunun hansı tarixədək uzadılmasının səbəblərini göstərilməklə bildiriş yerləşdirməlidir.

Ancaq göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası tender prosedurunun təşkili zamanı çox ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC-nin Tender Komissiyası tərəfindən sözügedən tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə tender prosedurunun uzadılması barədə bildiriş, nə də tamamlanmış açıq tenderin qalibi barədə heç bir məlumat yerləşdirilməyib. Bu isə tenderin saxtalaşdırıldığını deməyə əsaslar verir.

Qeyd edək ki, hazırda “Azərenerji”ASC-nin sədri olan Balababa Rzayevin 2018-ci ilin sentyabrında “Azərişıq” ASC-nin sədri vəzifəsindən azad olunmasından sonra 7 yanvar 2020-ci ilə qədər vəzifə boş qalıb. Qeyd etdiyimiz tarixdən Prezidentin sərəncamı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Vüqar Əhmədov təyin edilib. Bu təyinatdan çox keçməmiş sosial şəbəkələrdə və elektron mediada “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun topdağıtmaz biznes şəbəkəsinin siyahısı yayıldı. Məlum olur ki, Vüqar Əhmədov vaxtı ilə İqtisadiyyat Nazirlriyində İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru işləyib. Sonra Vergilər Nazirliyində mühüm vəzifələrdən birini tutub. Amma bu vəzifələr işləyə-işləyə də onlarla MMC yaradaraq özünə geniş biznes şəbəkəsi qurub.

Bir müddət “Azərişıq” ASC sədrinin səlahiyyətlərini icra etməsinə baxmayaraq Vüqar Əhmədov sədr vəzifəsinə 2020-ci ilin yanvarında təyin elib. Yəni, 3 il 5 aydır o, bu vəzifənin başındadı. Amma bu qısa müddət ərzində sərvətini daha da artırıb, böyük bir kapital sahibinə çevrilib. Yolları isə bəllidir. “Azərişıq” ASC-nin keçirdiyi tenderlər.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, 2021-2022-ci illərdə “Azərişıq” ASC bölgələrdə və işğaldan azad olunmuş rayonlarda Paylayıcı Elektrik Şəbəkələrin yenidən qurulması işlərəinə milyonlarla manat dövlət vəsaiti ayırmışdır. Bu məqsədlə qurumun keçirdiyi milyonlarla manat dəyəri olan tenderlərdə qaliblər ancaq “Mix Pro”, “İtsoil”, “İtes Company”, “Enerji Construction”, “İnterqas”, “ŞansConstruction”, “Smart Energy Services” kimi Məhdud Məsuliyyətli Cəmiyyətləri olmuşdur. Hansı ki, bu şirkətlərin özünün maddi texniki bazası və iş təcrübəsi sual altındadır. Yəni bu MMC-lərin əksəriyyəti iş görməkdən daha çox ayrılan dövlət vəsaitlərinin təyinatından kənara çıxarılması işlərini həyata keçirmələri barədə kifayət qədər geniş məlumatlar var.

“Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin tenderdən kənarlaşdırılmasına gəlincə. Əslində biz “Azərişıq” ASC tərəfindən “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə başlanılmış və 3 ay keçməsinə baxmayaraq nəticələri hələ də açıqlanmamış tendrin qaliblərinin hansı şirkətlər olduğunu bilirik. Onu da bilirik ki, “Azərişıq” ASC -də satınalmalar qanunlarla, şəffaflıqla deyil, kimlərinsə istək və maraqlarına uygun şirkətləri qalib seçməklə təşkil edilir. Biz həmin şirkətlərlə “Vedi construction” MMC-ni də müqayisə edəcəyik. “Azərişıq” ASC rəsmilərinin tenderlərin təşkilində yol verdikləri saxtakarlıqlara da, qeyri şəffaf işlərə də aydınlıq gətirməyə çalışacaq, daha geniş araşdırmalar aparacaq və mövzuya bir daha qayıdacağıq.
Aktualinfo.orgArdını oxu...

Aktualinfo.org

Dünyapress TV

Xəbər lenti