Ardını oxu...
Tərkibində 70 il yaşadığımız sovet dövlətində TENDER-zad məsələsi olmadığı üçün qısa bir məlumat verək.
Tender nədir ? Hər hansı bir işin, xidmətin ƏN SƏMƏRƏLİ üsul və AŞAĞI XƏRCLƏ yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin SEÇİLƏRƏK həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir.
İstehsal, alqı- satqı, barter, lahiyələşdirmə, tikinti, təmir, bərpa, nəqliyyat daşımaları, faydalı qazıntı yataqlarının işlənməsi və yer təkindən istifadə, təbiətin mühafizəsi, xidmət göstərilməsi, icarə və digər məsələlərlə bağlı hər cür iş (xidmət) tender predmeti ola bilər.
Tenderdə iştirak etmək üçün iştirak haqqı deyilən pulu köçürməlisən və nəticədən asılı olmayaraq iştirak haqqı heç bir halda GERİ QAYTARILMIR. Belə başa düşürəm ki, tenderlə bağlı bu qısa bilgi yetərlidir. İndi keçək Azərbaycanda keçirilən tenderlərə.
Öncə onu qeyd edək ki, TENDER KRALI deyə MEDİADA adlar səslənir. Ancaq özümüzün apardığımız təhlillər onu göstərdi ki, bəli medianın yazdığına görə, Azərbaycanda tender kralı var, adı da hamıya məlumdur, yəni hər sahənin özünün tender kralı var. Məsələn, səhiyyənin, təhsilin, mədəniyyət sahəsinin, bağçaların bir sözlə hər sferanın öz tender kralları var. Tenderlə bağlı bu yaxın zamanlarda rastlaşdığımız bir hadisəni yada salaq.
Təsəvvür edirsiniz, milyonlarla tenderi udan şirkət rəhbəri gözümüzün önündə latın qrafikası ilə nəinki yazmağı, hətta latın qrafikası ilə sənədi oxuya bilmədi. Biz bunun canlı şahidi olduq. İndi özünüz təsəvvür edin ki, ölkədə milyonluq tenderləri kimlər və necə udur... Bu hələ harasıdır..? Bir şəxsin adına 100-dən çox saxta şirkət var və həmin şirkətlər saxta tenderlərdə iştirak edərək milyonlarla dövlət vəsaitini mənimsəyir. Hətta Allah qoymasa hər hansısa tədbir keçirilməsinə hazırlıq görülür. Və tədbirdən 1 ay sonra tədbirin keçirilmısi üçün tender keçirilir, 100 minlərlə dövlət vəsaiti ayrılır. Bir soruşan yoxdur ki, loru dildə desək “toydan sonra nağara” tenderləri kimə lazımdır..?
Təsəvvür edin ki, hansısa İcra Hakimiyyəti Novruz bayramının keçirilməsi üçün aprel ayında tender keçirir.
Sözün qısası, gəlin tenderlərlə bağlı yazının girişində SEÇMƏ ilə qeyd etdiyimiz şərtlərə nəzər salaq.
Birincisi, tenderin tərifində göstərilir ki, ƏN SƏMƏRƏLİ üsul... Tenderdən 10 gün qabaq yaradılan və tenderi udan şirkətin hansı səmərəsindən danışmaq olar..?
İkincisi, tenderin tərifində işlərin AŞAĞI XƏRCLƏ görülməsi xüsusi qeyd olunur. Axı, bilənlər bilir ki, tenderə ayrılan milyonlarla pulun 30-40 faizi “otkat” kimi geri qaytarılır. Kimin şübhəsi varsa, sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin müavinlərinin məhkəmədə istintaqa təqdim etdikləri və mediada dərc olunan izahata baxa bilərlər. Müavin qeyd edir ki, hər tenderdən sonra özümə 30 min, nazirə 300 min verirdim və s. Belə olan halda hansı keyfiyyətli işdən-xidmətdən, özü də Allah qoymasa aşağı xərclərdən danışmaq olar.
Üçüncüsü, tender keçirilməsində hansı seçkidən söhbət gedə bilər..? Tender əvvəlcədən bəlli olur. Belə olan halda şirkət rəhbəri dəlidir ki, 2000, bəzən daha çox iştirak haqqı keçirsin və o pul da heç bir halda geri qaytarılmasın. Biz hələ tenderlərdəki kotirovkalardan və s danışmırıq. Nizamnamə kapitalı 10 manat olan şirkət milyonluq tenderi necə uda bilər..? Məsələ bununla yekunlaşsaydı, dərd yarı idi.
Təsəvvür edirsiniz, milyonlarla dövriyyəsi olan şirkətlər vergidən külli miqdarda yayınır. Və bu boyda cinayət əməllərinin iştirakçıları cəzasız qalır. Bircə faktı mütləq qeyd edək. 1 manat 60 qəpiklik nizamnamə kapitalı olan şirkət 10 milyon 73 min 212 manatlıq tenderi udub. Əbəs yerə deyil ki, həbs olunan icra başçılarına qarşı tender ittihamları irəli sürülür. Tenderlər zamanı rəqəmlər kifayət qədər şişirdilir. Görəsən dövlət qurumları, Hesablama Palatası, Maliyyə Nazirliyi niyə susur..?
Təsəvvür edirsiniz heç kimin tanımadığı şirkət Qusar rayonunda “Kommunxoz”a fəhlə əlcəyi satmaq üçün 10 minlərlə manat tenderi udub. Və məlum olub ki, bu şirkət sabiq millət vəkili Asya Manafovanın qardaşı Mikayıl Manafova və sabiq ekonazir Hüseynqulu Bağırovun oğlu Lətif Bağırova məxsusdur. Və Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olarkən Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq iş yerində həbs edilib. Məhkəmə onun barəsində 7 il 6 ay müddətinə şərti cəza verib. Özünüz deyin əlavə şərhə ehtiyac varmı...?
İndi bildinizmi tenderləri hansı savadsız, cinayətkar, məmur qohumları udur... 7 il 6 ay şərti cəza olar..?

gundelik vaki.com
 
 
 

Ardını oxu...
DİA.AZ: - Naxçıvanda köhnə hamam... köhnə tas... Fuad Nəcəflinin Naxçıvanın rəhbərliyinə gətirilməsi belə heç nəyi dəyişmədi. DİA.AZ olaraq bu barədə yetərincə faktları təqdim etmişik. Bir-iki kosmetik dəyişiklik, bir-iki kadr islahatı və... vəssalam, şüttəmam... Bununla da Fuad Xan işini bitirib.

Dəyişiklik bir yana, az qala hər addımda Vasif Talıbovun ölənlərinə ağız dolusu rəhmət oxutduran Fuad Xanın köhnə üsula istinad etməsini elə tanınmış jurnalist, əslən Naxçıvandan olan Heydər Oğuz da təsdiqləyir. Jurnalist bir-bir faktları da təqdim edir:

Ardını oxu...

"Görünən budur ki, Naxçıvanın yeni rəhbərliyi köhnə narazılardan bir neçə nəfərin üzünə gülümsəyib. Onlar da bu iltifata laqeyd qalmayıb, təzə rəhbərliyin atəşin tərəfdarına çevrilib piarı ilə məşğul olurlar. Bəs, əli kimlərinsə ətəyinə çatmayan zavallı naxçıvanlılar nə edir?
Elə bilirəm bu sualın ən yaxşı cavabı redaksiyamıza göndərilən kiçik bir məktubda öz əksini bütün çılpaqlığı ilə tapıb".

Jurnalistin təqdim etidyi ikinci istinad faktı isə budur:

Ardını oxu...

"Ordubad Vasif "xan" ənənələrinə sadiqliyi ilə seçilən rayonlardandır. Rayon rəhbərliyi idarələrə gizli təlimatlar göndərib bütün kollektivin bir nəfər kimi iməcliklərə gəlməsini tələb edir".

***

Biz isə Fuad müəllimə öz növbəmizdə uğurlar, ən əsası isə XANLIĞININ daha da möhkəm olmasını diləyirik...

***

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləyə bilərik.


Ardını oxu...
Son bir həftədə oxuduğum 3 xəbər məni dəhşətə gətirib. Adam düşünür ki, heç orta əsərlərdə də belə hallar ola bilməzdi.
Deməli, Hacı Allahşükür Paşazadənin QUDASI, sabiq DEPUTAT, 20 dəfə HƏCC ziyarətində olan Hacı Qalib Salahzadə açıqlama verib: “Məni başımdan və digər bədən nahiyyələrimdən düz 6 dəfə güllələdilər, amma mən ölmədim.
Deməli, hər kəsin bir qisməti var”. O hadisənin təfərrüatını danışıb: “1991-ci ilin 8 dekabr tarixində dostumla avtomobildə söhbət edirdik. Mənə qohumluğu çatan birinin əli ilə sui-qəsd təşkil etmişdilər”. Hacı Qalib bildirib ki, onu güllələyən şəxsi, qohumu öldürüb: "Həmin şəxs kənddə qonşuluqda yaşayırdı. Hər kəs bir-birini tanıyır. Məni öldürmək istəyən adamı, mən xəstəxanadan çıxana kimi qohumum öldürmüşdü. O həbs olunmadı. Psixi problemi olduğu üçün dəlixanaya yerləşdirildi”. Hər şeyi bir kənara qoyaq. Hacı-deputat olan kəs özü də bilmədən ölkəmizdəki məhkəmə-hüquq sistemini ifşa edib. Belə ki, Hacı Qalib deyir ki, onu ÖLDÜRMƏK İSTƏYƏN kəsi ÖLDÜRƏN qohumunu həbs etmədilər.
Təsəvvür edirsiniz adam kimisə öldürür, ancaq onu heç 1 gün də həbs etmirlər. Guya onun psixi problemi var imiş. Görəsən, psixi problemi olan adam Hacı Qalibin xəstəxanadan çıxmasını gözləmədən necə oldu ki, qəsd etmək istəyən şəxsi öldürdü..? Kim qarantiya verə bilər ki, Hacının qohumunun psixi problemi olub..? Açıq demək lazımdır ki, Azərbaycanda adam öldürüb və pul verib dəlilik kağızı almaq olar. Görün hüquq sistemi nə gündədir ee...
Oxuduğum ikinci dəhşətli xəbər də Hacı Qaliblə, daha doğrusu, onun deputat oğlu Əliabbas Salahzadə ilə bağlıdır.
Məlumat üçün qeyd edək ki, deputat Əliabbas Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkənidir. Yayılan xəbərdən bəlli olur ki, Milli Məclisin deputatının diplomu saxtadır. Belə ki, Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil aldığını qeyd edib.
Birincisi, bu adamdan soruşan lazımdır ki, bütün ölkə bilir ki, ABU 1997-ci ildə yaradılıb. Bəs sən 1995-ci ildə ABU-da necə oxumusan, ay cənab deputat..?
İkinci sual. Əgər sən 1997-ci ildə yaranan ABU-nu 1999-cu ildə bitirmisənsə, deməli 2 ilə oxumusan. 2 illik universitet varmı...? Soruşmaq ayıb olmasın, ali təhsil diplomu olmayan cənab deputat niyə 1 illik hərbi xidmətdə olub..? Soruşmaq yenə ayıb olmasın, necə olur ee, ata deputat kürsüsündən düşür, oğul minir deputat kürsüsünə. Məgər ölkənin parlamenti sizin dədə-baba mülkünüzdür..? Bəli ölkədə qanunlar işləməyəndə, hüquq sistemi olmayanda belə də olmalıdır. İndi isə 3-cü daha dəhşətli xəbərə keçək.
Ötən həftə yayılan xəbərdən bəlli olur ki, Salyan rayonunda məhkumun cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə bağlı cinayət işi açılıb. Xəbərdən bəlli olur ki, Qarabağ qazisi Sübhan Ağayev oğurluq törətməkdə təqsirli bilinərək bu ilin yanvar ayında məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilib. Fevral ayının 15-də o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb. Yəni 2 həftə sonra ölüb. Qazinin valideynləri deyir ki, vəzifəli şəxslərin sifarişi ilə qazini həbsxanada işgəncə ilə öldürüblər.
Birincisi, qazini gör nə günə qoymusunuz ki, qazi oğurluq edərək tutulub.
İkincisi, milyonları oğurlayana bəraət verən məhkəmələr nə üçün qaziyə 3 il 6 ay cəza verib..?
Sözün qısası hara fırlayırsansa fırla sonda söhbət gəlir çıxır hüquq sisteminə, qanunların işləməməsinə....
Deyirlər ki, cənnət anaların ayağı altındadır. Vallah cənnət nə anaların, nə də ataların ayağı altında deyil. Cənnət qanunların işlədiyi ölkədir. Cəhənnəm isə qanunların işləmədiyi ölkədir. İndi özünüz seçim edin: Biz harada yaşayırıq..? Və umutmayın ki, bu hal hər birimizin qapısını döyəcək. Gəlin, qanunların işlədiyi ölkədə yaşamağa çalışaq, ölkəmizi cənnətə çevirək.
 //gundelik-baku.com//
 
Ardını oxu...
44 günlük II Qarabağ savaşında şəhid olan döyüşçülərimizin ailələri, eləcə də torpaq yolunda əzalarını, normal həyat qabiliyyətini itirmiş qazilərimiz intihar, özünəqəsd həddinə çatmasın. Yəni hər bir vətəndaşın, o cümlədən qazinin problemi qanun-qaydalara uyğun olaraq gecikdirilmədən həll edilməlidir. Əfsuslar olsun ki, bəzi icra qurumlarının məmurları canını, qanını vətən yolunda fəda etmiş və bu gün döyüşlər zamanı qazandığı xəstəlikləri müalicə edə bilməyən, yaxud yoxsul, imkansız bir durumda yaşayan, ailəsini, övladlarını normal qidalandırıb, geyindirə bilməyən qazilərə çox laqeyd yanaşırlar. Bilmək lazımdır ki, qazilərə, şəhid ailələrinə, ümumiyyətlə vətəndaşlara biganə münasibət bəsləyən icra qurumlarının nümayəndələri dövlətə, dövlət başçısına da xəyanət edirlər. Vətən uğrunda döyüşmüş, canını qoymuş insanları dövlətdən narazı salmaq böyük bir xəyanətdir. Tovuzda qazilərin narazılığını ifadə edən video kadrları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:

 
Ardını oxu...
Polis əməkdaşı vətəndaşa məxsus olan əmlaka həm qəsdən ziyan vurur, həm də onu hədələyr?
Bu haqda Dünyanınsəsi.Az saytına Yaqubov Mürsəl Yəhya oğlu tərəfindən video-şikayət daxil olub.
Şikayətçinin bildirdiyinə görə ,yuxarı mərtəbədə yaşayan qonşusu Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 9-cu tağımının əməkdaşı Məmmədov Rövşən Malik oğlu ona xeyli miqdar ziyan vurmuşdur.
Belə ki, polis əməkdaşı istifadə etdiyi suyu bir neçə dəfə açıq buraxmış, nəticədə şikayətçinin mənzilini su basmışdır.
Şikayətçi yaşadığı ərazi üzrə müvafiq mənzil istismar sahəsinə müraciət edib.Hətta mənzilin su basması faktını təsdiq edən müvafiq Akt da tərtib ediblər.
Buna baxmayaraq dəfələrlə polis əməkdaşına qonşusu tərəfindən xəbərdarlıq edilib.Ancaq heç bir tədbir görməyib.Əksinə R.Məmmədov vətəndaşa məxsus olan mülki yararsız vəziyyətə salmaqda davam edib.
Gəncə sakini polis əməkdaşına bildirəndə ki, sizdən hüquq mühafizə orqanlarına şikayət edəcəm.O, isə bildirib ki, kimə və hara şikayət edirsinizsə edin.
Qüvvədə olan mövcud qanunvericliyin tələbinə görə “Əmlakı qəsdən məhv etmə və ya zədələmə” birbaşa cinayət məsuliyyəti yaradır.
Maddə 186. Əmlakı qəsdən məhv etmə və ya zədələmə
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[205]
186.2. Eyni əməllər:
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Gəncə sakinin general Ramiz Zeynalova ünvanlanmış olan video-şikayətini təqdim edirik:

 
 
 
Ardını oxu...
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi, Zərdab Rayonu Dəkkəoba kənd sakini Əhmədov Şəmsi Fazəddin oğlu tərəfindən DİA.AZ-a KTN sistemindəki yeyintilərlə bağlı yeni faktlar açıqlanıb. Həmin məlumatda deyilir:

"Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan ,əmlakı və torpaqları dövlət mülkiyyətində olan "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC(VÖEN 1005599801) direktoru Abbasov Fəda Qabil oğlunun imzalayıb ,möhürləyib təsdiq edərək Salyan rayonun Pambıqkənd ərazisində 100 hektarlıq müqavilə ilə pambıq əkib. Pambıq əkənlər arasında Fəda Abbasov adında istehsalçı olsada bu adamın hansısa tədarük müəssisəinə pambıq verdiyi barədə məlumata rast gəlinmir.Dövlətin müəssisəinin maliyyə hesabatını soruşmağa vətəndaş olaraq hüququm çatır.Əyər məhsul təhvil verilibsə qəbzlərin burda yerləşdirlməsi xahiş olunur.Yoxdursa müvafiq araşdırma aparılsın. Bu şəxs Azəraqrar MMC də direktor təyin olunmazdan qabaq KTN mərkəzi aparatınd daxili nəzarət və audit sektorunun müdiri olub.Həmin sektorun indiki müdiri və KTN aparat rəhbərinin müavini Fuad Mayılov Zərdab rayonunda hər iki gözdən əlil olan vətəndaşın 561 manat subsidiyasınım geri alınması ilə əlaqədar bütün inzibati prosedurları həyata keçirdi və qətiyyət göstətərək vəsaitin geri ödənilməsini təmin etdi.Amma Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan ,əmlakı və torpaqları dövlət mülkiyyətində olan "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin MMC(VÖEN 1005599801) vəsaitinin hesabını soruşa bilmir və ya soruşmur..Cənab Nazir Məcnun Məmmədovdan bunun araşdırılmasını ədalətin bərqərar olmasını xahiş edirəm".

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
28 May - Müstəqillik Günündə Gəncə şəhərində yeni inşa edilən "Leon Hotel, SPA və Restoran" kompleksi istifadəyə verilib. Kompleksin açılış mərasimində millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Turizm Agentliyinin və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.

Həmin obyektin açılışı ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi saytında və rəsmi "facebook" səhifəsində paylaşım edilib.

Dövlət orqanın rəsmi sayt və sosial şəbəkədəki səifəsində özəl obyektin açılışının reklamına bu qədər geniş yer verilməsi maraq doğurub.

32gun.az-ın bununla bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, 27.04.2023-cü il tarixində dövlət qeydiyyatına alınan "Leon Hotel, SPA və Restoran"ın qanuni təmsilçisi Üzeyir Balakişiyev Qara oğludur.
Ardını oxu...
O Gəncə Dövlət Universitetin Sosial fənlər kafedrasinın baş müəllimi, fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur.
Ardını oxu...
İcra Hakimiyyətinin rəsmi saytında reklam etdiyi hotelgörün kimin adınadırn (FOTOLAR)

Belə bir kompleksin sadə müəllim maaşı ilə açılması isə şübhə doğurur. Bu da kompleksin əsl sahibinin dövlət qurumlarında çalışanlardan biri olması şübhəsini artırır.

Qeyd edək ki, "Leon Hotel, SPA və Restoran"ın açılışında xüsusi olaraq müğənni və musiqiçilər gətirilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti