Ardını oxu...
DİA.AZ: - Hətta nüfuzlu marketlərimizin belə piştaxtada bir qiymət, kassada başqa bir qiymət tətbiq etməsi artıq ənənə halına çevrilib. Elə buna görə də sözügedən məsələ ilə bağlı vətəndaş şikayətləri durmadan artmaqdadır.

DİA.AZ bildirir ki, "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Sənan Məmmədov adlı istifadəçi anoloji problemlə üzləşib. Narazı vətəndaş yazır:

Ardını oxu...

"Həmişəki kimi "Bravo"... Yenə müştərini aldadır...

Nəsibbəy Yusifbəylidə yerləşir, Bakı Sağlamlıqla üzbəüz...

Soruşuram, niyə bəs belə olur, kassir söz deyə bilmir... Mən 2 manata danışmıram, amma haqsızlıq etmək olmaz, milləti aldatmaq olmaz!"

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
DİA.AZ: - "Ayda 300-400 manat verib İP sayını saxta yollarla 20 min artıran saytlar bunu nə üçün edir?!" DİA.AZ bildirir ki, bu etirazla tanınmış jurnalist Fazil Əhməd çıxış edib.
Jurnalist daha sonra yazır: "Sizi əmiin edirəm ki, bu fırıldağı edən saytlara nəinki 20 min, gündəlik heç 300-500 giriş yoxdur.
Bəs, bunu nə üçün edirlər?
Hə, bax, əsl niyyət elə burada və bir də PR menecerlərlə "işbirliyi"ndə gizlənib.
Bir bilsəniz saxta İP oyunu ilə nə qədər bank, nə qədər nazirlik, İcra Hakimiyyəti, nə qədər dövlət təşkilatları, hətta Misli-filan kimi qumar şəbəkəsi və sairlərlə "press-reliz reklamı" adı altında ortada nə qədər pul fırladanlar var, dəhşətə gələrsiniz...
5-6 gündür maraqlandığım bu sahə üzrə nələr görmədim, nələrlə üzləşmədim ki?
Ən ağır gələni də belələrinin at kimi adamın üzünə durmalarıdır.
Bunların yuvasına çomaq soxmaq gərək deyilmi?
Məncə, gərəkdir, özü də mütləq!"

Məsələ dia.az olaraq diqqətimizdədir.
 
Ardını oxu...
“Bizdə də smart tipli sayğacdır. Mexaniki sayğacların əksəriyyəti 2018-ci ildə gəldi. Ekspertin bizə verdiyi məlumata görə, mexaniki sayğaclar o qədər də keyfiyyətli deyil. Bilirsiniz ki, smart tipli sayğaclardan heç vaxt şikayət olmur. Çünki onlar “beyin”” sayğaclardır, mexaniki isə belə deyil. Smart tipli sayğaclara müdaxilə edə bilmirlər. Bəzən plombu qırmağa cəhd edirlər. Nazirlər Kabinetinin qərarında da deyilir ki, abonentin sayğacının üstü mütləq qaydada örtülməlidir ki, kənar müxadilə olmasın. Bütün sayğaclar çölə çıxarılıb. Kənar müdaxilə varsa, düşünürəm, bunu “Azəriqaz” özü təşkil edir. Bundan abonent cavabdeh olmadığına baxmayaraq, qeyri-qanuni olaraq abonenti cəzalandırırlar. Smart tipli sayğacların mütləq şəkildə mexaniki ilə əvəz edilməsi barədə Nazirlər Kabinetinin qərarına rast gəlməmişəm. “Azəriqaz” guya gələcəkdə “ağıllı” hesab etdiyi sayğacları dəyişdirəcək. Bildiyiniz kimi, bu sayğaclar Azərbaycanda istehsal olunur. Təcrübəmə əsaslanaraq deyirəm ki, “Azəriqaz”ın dəyişdirəcəyi sayğaclar keyfiyyətcə Azərbaycanda istehsal olunan sayğaclardan da aşağı olacaq. Şəxsi fikrimdir, zaman göstərəcək...”

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.
O bildirib ki, hazırda bütün sayğacların dəyişdirilməsi prosesi getməməlidir: “Belə bir qərar yoxdur. Sadəcə, bütün sayğacların pasportu olur ki, zəmanəti nə qədərdir. Ancaq Nazirlər Kabinetinin qərarında deyilir ki, beş ildən bir sayğaclar yoxlanılmalıdır. “Azəriqaz” “Nazirlər Kabinetinin qərarı” deyə-deyə durub. Mən həmişə oxuyuram. Belə bir yeni qərar olub-olmadığını bilmirəm ki, mütləq sayğaclar əvəzlənməlidir. Niyə bu sayğaclara “ağıllı” deyirlər, başım çıxmır. Mən bu sayğacları “daha yüksək sürətli sayğac” adlandırardım. Sayğaclar laborator yoxlamadan keçməlidir, ehtiyac varsa, onda dəyişdirilməlidir. "Azəriqaz” nümayəndələri artıq müğənniləri də ötüb, “Facebook”dan çıxmırlar, rayonları gəzirlər. Bir az kobud səslənsə də, şou göstərirlər. Sayğacların dəyişdirilməsində hansı qərara, nəyə əsaslanırlar, bilmirəm. Əhaliyə xeyli sayda cərimələr yazırlar. Guya sayğac yaxşı işləməyib, əhaliyə çox böyük məbləğdə əlavə ödəniş yazırlar. Mənim başım çıxmır ki, əhali o sayğacı özü quraşdırıb? Yaxud əhali özü yoxlamalıdır ki, bu sayğac düz yazır, ya yox? Sayğacların dəyişdirilməsi prosesi bəhanədir. Evləri gəzirlər. Pis çıxmasın, “Azərqaz”ın hazırda həyata keçirdiyi “sayğac siyasəti”ni bəyənmirəm. Düşünürəm, bu, əhaliyə qarşı yenə də əlavə qaz itkisinin bağlanması ilə əlaqədar gedən siyasətdir”.



Aytəkin Qardaşova
Ardını oxu...
DİA.AZ: - "Kartofçuluq ölkəsi olmağımıza baxmayaraq 2 ildən çoxdur satışda ancaq heyvandarlıq üçün olan texniki sort kartof satılır özü də 1 manata. AQTA deyir qəşəmgdi yeyin kef eləyin..." DİA.AZ bildirir ki, bu açıqlama ilə ekspert Elçin Bayramlı çıxış edib.
E.Bayramlı daha sonra deyib: "Burada ortaya 5 sual çıxır
1. Yerli kartof hanı?
2. Heyvan kartofu niyə insanlara satılır?
3. Xaricdən 10-15 qəpiyə alınan bu məhsul niyə 1 manata satılır.
4. GMO məhsul idxalı qağadan olan ölkəyə bunu neçə keçirirlər?
5. AQTA nə işlə məşğuldur?"

Ardını oxu...
7NEWS.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat verib. Video paylaşan müştəri "Bazarstore"nin dəhşətli fırıldağının üstünü faktlarla açıb. Videodan aydın görünür ki, vaxtı keçmiş məhsulun üzərinə yeni istifadə müddəti vurulur və satışda saxlanılır. Şikayətçi müştəriləri diqqətlə olmağa çağırır. Vaxtı keçmiş qida məhsullarının insan həyatı üçün təhlükəli oıduğunu nəzərə alsaq aidiyyatı qurumların müdaxiləsini vacib hesab edirik.

DİA.AZ 7NEWS.az-a istinadla sözügedən videonu təqdim edir:



Ardını oxu...
2015-ci ildən etibarən "Bakı Metropoliteni"ndə və Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi "BakıKart" vasitəsilə həyata keçirilir.

“BakıKart” beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən ictimai nəqliyyatda gediş haqqının nağdsız elektron ödəniş alətidir.

“BakıKart”ın missiyası isə nəqliyyat vasitələrində ödənişlər üzrə vahid ödəniş aləti olmaqla, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ödənişlərin şəffaflığını təmin etməkdir.

Həmin dövrdən "Bakı Metropoliteni"ndə və "BakıKart" avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi plastik kartı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, bir vaxtlar kartın balansını artırmaq yalnız “BakıKart” ödəmə terminalları və POS-terminalları ilə mümkün idisə, sonralar “MilliÖN” terminalları, “BakıKart” mobil tətbiqi və veb portal vasitəsilə də bunu həyata keçirmək mümkün oldu.

Bildirək ki, “BakıKart” terminallarında 10, 20, 50 qəpik dəyərində sikkələrdən və əskinaslardan istifadə edilir.

Xatırladaq ki, “BakıKart”ın nağdsız ödəniş sisteminin tətbiqi sərnişinlər tərəfindən razılıqla qarşılansa da, sonralar bu istiqamətdə həyata keçirilən “yeni ödəniş ideyası” bir sıra problemlərə yol açıb.

Bu sahədə əsas problemlərdən biri və ən başlıcası dayanacaqlarda fəaliyyət göstərən “BakıKart” ödəmə terminalların yığışdırılmasıdır. Bu gün paytaxtda əksər dayanacaqlarda adıçəkilən terminallar yığışdırılıb və vətəndaşlar demək olar ki, əsasən marketlərdə fəaliyyət göstərən “MilliÖN” terminallarının ümidinə qalıb.

Qeyd edək ki, marketlərin heç də hamısında “MilliÖN” terminalı yoxdur. Digər bir fakt isə odur ki, əgər vətəndaş dayanacaqlardakı “BakıKart” ödəmə terminalında 10, 20, 50 qəpik dəyərində sikkələrdən, həm də əskinaslardan istifadə edirdisə, “MilliÖN” terminalında isə yalnız əskinaslardan istifadə mümkündür.

Yəni cibində əskinası olmayan vətəndaş yolda qalmalıdır. Məsələn, bir vətəndaşın pul kisəsində cəmi 1, yaxud da 5 manat varsa, o bütün pulunu terminala ödəməli olur. Yaxud vətəndaşın pul kisəsində anca sikkə varsa, dayanacaqda “BakıKart” ödəmə terminalı yoxdursa, demək o sərnişin də heç bir avtobudan istifadə edə bilmir və dayanacaqda qalmalıdır.

Hazırda bəzi “MilliÖN” terminalının heç də hamısında “BakıKart”la bağlı ödəniş sistemi aktiv deyil.

Bəs dayanacaqda “BakıKart” ödəmə terminalının olmadığı, “MilliÖN” terminalının işləmədiyi təqdirdə vətəndaş necə çıxış yolu tapmalıdır?

Əgər bununla bağlı “BakıKart” mobil tətbiqi və veb portal vasitəsini isə çıxış yolu kimi göstərirsə, qeyd edək ki, bu tətbiq hələ geniş yayılmayıb və ölkə əhalisinin çox az hissəsi bundan faydalana bilir.

Fakt odur ki, “BakıKart”ın missiyası nəqliyyat vasitələrində ödənişlər üzrə vahid ödəniş aləti olmaqla, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ödənişlərin şəffaflığını təmin etməkdirsə, hazırda terminalların yığışdırılması ilə vətəndaş nəinki rahatlıq əldə edib, əksinədaha çox əziyyətlərə qatlaşmalı olurlar.

Nəticədə vətəndaşlar ödəmə terminalı tapmaq üçün uzaq məsafələr qət etməli olurlar. Şəffaflığa gəldikdə, dayanacaqlara yerləşdirilən həmin “BakıKart” ödəmə terminalına xeyli vəsait ayrılmışdı və hazırda həmin terminallar da yığışdırıldığına görə bu vəsait “itirilmiş” hesab edilir.

Xatırladaq ki, bir neçə il öncə dayanacaqlarda quraşdırılan monitorlar da eyni aqibətlə üzləşdi. Xeyli vəsait sərf edilərək ölkəyə gətirilərək quraşdırlan həmin monitorlar bu gün dayanacaqlarda lazımsız əşyaya çevrilib. “BakıKart”la bağlı digər maraqlı məqam isə bu gün vətəndaşların bəzi dayanacaqlarda “canlı ödəniş terminalı” ilə qarşılaşmalarıdır.

Bu gün paytaxtın bir sıra dayanacaqlarında, məsələn, 62 saylı avtobusun dayanacağında əlində ödəniş aparat olan şəxs məhz bu funksiyanı yerinə yetirir.

Maraqlıdır, “BakıKart”ın beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən ictimai nəqliyyatda gediş haqqının nağdsız elektron ödəniş aləti dedikdə bunumu nəzərdə tuturlar? Yoxsa “BakıKart”ın dayanacaqlarda peyda olan bu “canlı ödəniş terminalı”ndan xəbəri yoxdur.

Nəticə odur ki, bu gün bir sıra dayanacaqlarda nə ödəniş terminalları, nə də yaxınlıqda ticarət obyektləri olmadığından vətəndaşlar əllərində 10, 20, 50 qəpik dəyərində sikkələrlə digər sərnişindən onun da əvəzinə ödəniş etməsi üçün xahiş etməli olurlar. Bu isə heç də beynəlxalq standartlara uyğun fəaliyyət göstəricisi deyil.
Ardını oxu...
Ötən ilin sonu Prezident İKT sektorunda inkişafa ciddi təkan verəcək bir sıra yeni sənədlər imzalayıb.
Onlardan biri və ən əhəmiyyətlisi də texnoparka rezidentlik statusu alan hüquqi və fiziki şəxslərlə bağlıdır.
Belə ki, bu statusu alanlar 10 il müddətinə vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar, sosial sığorta haqqları ilə bağlı ciddi güzəştlər verilir. Texnoparkdan kənar fəaliyyət göstərən əcnəbi mütəxəssislərə iş icazəsinin alınması da tələb olunmur.
Düşünürəm ki, güzəştlərin şamil olunduğu İT şirkətlərin fəaliyyət istiqaməti xeyli məhdud (sistem inteqrasiyası və proqram təminatı istehsalı) olsa da qəbul olunan sənədlər sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, uzun müddətdən bəri gözlənilən bu güzəştlərin qəbulu istiqamətində RİNN-in apardığı sistemli işlər də diqqət çəkən olub.
Görəsən Prezidentin bu fərmanı necə icra olunur, indiyədək bu güzəştlər kimlərə şamil olub, proses necə baş verir ?
Qısa bir araşdırma ilə müəyyən etmək olar ki, bu sahədə səlahiyyətli qurum olan RİNN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi cəmi bir dəfə bir neçə şirkətə texnopark rezidentliyi statusu Şəhadətnaməsinin verilməsi haqqında qısa bir məlumat paylaşıb.
Status alan şirkətlərin adları açıqlanmayıb.
Vəssalam. Hələlik bununla bağlı başqa məlumat tapmaq mümkün deyil.
Ümumiyyətlə, düşünürəm ki, bu güşətlərin tətbiqi ilə bağlı İRİA tərəfindən apsrılan işləri heç bir halda yetərli hesab etmək olmaz.
Onsuz da biz bu sahədə bir xeyli ləngimişik. Gəgəkdir ki, İRİA güzəştlərdən bəhrələnlərin sayının artması üçün ciddi işlər aparsın.
Təəssüf ki, bu sahədə hələlik şəffaflıq da yetərli deyil.
Maraqlandığım iddiaçıların heç bilri bilmir ki, proses necə təşkil olunur, meyarlar nədir, kimlərə şamil olunur, qərarlar necə qəbul edilir, kimlər iştirak edir ?
Düşünürəm ki, İRİA -nın bu prosesin təşkilinə maraqlı tərəfləri cəlb etməsi, prosesi şəffaf qurması, qəbul edilən müraciətlər, güzəştlərdən bəhrələnlər və imtinalarla bağlı ətraflı məlumatlar verməsi çox vacibdir .
Ümid edirəm RİNN və İRİA qərarların qəbulu prosesinin şəffaf və maraqlı tərəflərin iştirakı ilə qurulmasına, hesabatlılığın təmin edilməsinə diqqəti artıracaq.
Osman Gunduz
Teref.az
Ardını oxu...
Təsəvvür edin ki, siz xaricdən təyyarə ilə vətənə dönürsüz. Üzərinizdə də 800$-dan aşağı məbləğdə mal var.
Təbii ki, siz təyyarədən enəndən sonra Yaşıl dəhlizdən istifadə edərək, heç bir bəyannamə təqdim etmədən hava limanını tərk edirsiniz. Heç kim də sizə heç nə demir.
TEREF.AZ yazır ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Əgər gətirdiyiniz malın dəyəri 800$- dan çox olarsa, onda Qırmızı dəhlizdən keçməli, bəyannamə təqdim etməli və rüsumlar ödəməlisiniz.
Maraqlıdır ki, bu malları elektron ticarət vasitəsilə, xarici ölkələrin elektron platformalarından sifariş etməklə gətirənlərə qarşı hökumət tərəfindən tamam başqa münasibət sərgilənir .
Hansı ki, bəlkə də tərsinə olmalı, daha münbit şərait yaradılmalıydı.
Problemin mahiyyəti nədir?
Məlumdur ki, elektron ticarət yoluyla vətəndaşın ala biləcəyi mala 300 $ limit müəyyən edilib.
Maraqlıdır ki , vətəndaş bu malı gətirəndə , hətta limiti keçməsə belə malı Smart Customs vasitəsilə bəyan etmək tələb olunur.
Görəsən nə üçün 800$-dan az mal gətirəndən bəyannamə tələb olunmur, amma başqa bir formada , e-ticarət üsulu ilə 300 $-dan az gətirəndə mütləq bəyannamə tələb olunur.
Yəni anlaşıqlı desək, e-ticarət üçün DGK nədənsə Yaşıl və Qırmızı dəhliz yaratmağı məqsədəuyğun hesab etməyib.
Daha doğru olmazdımı ki, DGK yuxarıda olduğu kimi, məhz e-ticarət formasında 300$-dan artıq mal gətirəndən məcburi bəyanetmə tələb edəydi.
Burada kimsə deyə bilər ki, DGK bununla da məhsul və onun dəyəri haqqında məlumat əldə etmək istəyir.
Amma maraqlıdır ki, DGK bu qeyd olunan məlumatları daşıyıcı şirkətlərdən, karqolardan əldə edir.
Elə bir neçə gün öncə də DGK , hətta əlavə olaraq da (hansı ki , onsuzda bu məlumatlar verilirdi) e-invoys xidməti yaradıb və karqolardan bu məlumatlar əlavə olaraq da tələb olunur.
Beləliklə, DGK -da eyni mahiyyətli prosesə uzun illərdi ki, ikili yanaşma sərgilənir.
Ümid edirəm DGK-nın yeni rəhbərliyi bu məsələni diqqətə alacaq , ikili yanaşma aradan qaldırılacaq və vətəndaşlar üçün gömrük prosesləri sadələşdiriləcək.
Ardını oxu...
Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) İran əsilli iş adamı Cavad Marandinin çirkli pulların yuyulmasında iştirakına dair araşdırma aparır.

Teref.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın aparıcı mətbuat orqanlarından olan BBC və "The Evening Standart” yayıb.

Qeyd edək ki, 2 il əvvəl Milli Məclisinin üzvü Cavanşir Feyziyevin də adı ofşor şirkətlərə qanunsuz pul köçürmələrdə hallanıb.

O dövrdə Böyük Britaniya məhkəməsi araşdırmalarda Cavanşir Feyziyevlə birgə başqa bir iş adamının da adının keçdiyini bildirib. Lakin həmin şəxsin kim olduğu açıqlanmayıb.

BBC və "The Evening Standart” məhkəmənin bu qərarına etiraz edərək apelyasiya məhkəməsinə şikayət ediblər. Bir ildən çox davam edən məhkəmə prosesindən sonra araşdırmalarda Cavanşir Feyziyevlə birgə adı keçən şəxsin Cavad Marandi olduğu açıqlanıb.

Bildirilir ki, Cavad Marandiyə məxsus hesablara ofşor şirkətlərdən milyonlarla şübhəli vəsait daxil olub.

Cavad Marandinin vəkilləri yayılan iddiaları təkzib ediblər. Vəkillər bildirib ki, məhkəmənin Cavad Marandinin adını açıqlaması onun reputasiyasına ciddi ziyan vuracaq. Onlar bildirib ki, Marandiyə cinayət işi açılmayıb və rəsmilər tərəfindən ifadə verməyə çağırılmayıb. Eyni zamanda dünyanın heç bir yerində onun hər hansı biznesi ilə bağlı məhkəmə iddiası qaldırılmayıb.

Marandinin vəkilləri bildirib ki, pul köçürmələri tamamilə qanuni olub.

Məlumat üçün bildirək ki, 1968-ci ildə İranın paytaxtı Tehranda anadan olan Cavad Marandi Böyük Britaniya vətəndaşıdır.

Bildirilir ki, Marandinin biznes şəbəkəsinə "Emilia Wickstead”, "Anya Hindmarch” və "Conran Shop” kimi məşhur moda və dizayn brendləri daxildir. Bundan başqa Marandi bir sıra otellərə də sahibdir.

Cavad Marandinin həyat yoldaşı Azərbaycanın tanınmış onkoloq Əli Əlizadənin qızı Nərminə Marandidir (Əlizadə).

Nərminə Marandi də Böyük Britaniya vətəndaşıdır. O hazırda "Wickstead Gargiulo Limited” və "A.S.H.S. Limited” şirkətlərinin direktorudur.

Cavad Marandinin Azərbaycandakı biznesinə "Mc Donalds” restoranlar şəbəkəsi və siqaret biznesi daxildir.

Azərbaycanın ən böyük siqaret istehsalçılarından biri olan "Tabaterra Leaf” QSC-nin rəhbəri millət vəkili Cavanşir Feyziyevin qardaşı oğlu Elman Bəşir oğlu Cavanşirdir. "Tabaterra Leaf” QSC-nin təsisçisinin kim olduğu açıqlanmır.

Onu da bildirək ki, Elman Cavanşirin də adı çirkli pulların yuyulmasında hallanıb.

Qeyd edək ki, Britaniya məhkəməsi Azərbaycanda qeydiyyatdan keçən "Baktelekom” adlı bir şirkətdən Cavad Marandinin ofşor zonada (Seyşel) qeydiyyatdan keçən "Avromed” adlı şirkətinin hesabına milyonlarla vəsaitin köçürüldüyünü bildirib.

Xatırladaq ki, Azərbaycanda da əczaçılıq məhsullarının idxalı ilə məşğul olan "Avromed Company” QSC adlı şirkət var. Bu şirkət hər il dövlət qurumlarına on milyonlarla dəyərində dərman satır. QSC 20.12.2001-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 57 min manat olan QSC-nin hüquqi ünvanı əvvəllər Nizami rayonu, Nizami Abdullayev, ev 47-də yerləşib. Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan "Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsgəndərov Kamran İnqilab oğludur. Kamran İsgəndərov ötən ilin fevral ayında şirkətə baş direktor təyin olunub.

Mətbuatda "Avromed Company” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilir. Cavanşir Feyziyevin rəsmi tərcümeyi-halında 2002-2010-cu illərdə "Avromed Company” QSC-nin baş direktoru olduğu göstərilir. 2020-ci ilin dekabr ayında "Avromed Company” QSC-dən verilən açıqlamada qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək "Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb.

Bunlardan başqa Cavad Marandi 2014-cü ildə "KSJ Theatre Investments Limited” adlı şirkətdə əmlak meneceri olub. Bu şirkətin direktoru Svend Kristofer adlı şəxsdir. Svend Kristofer eyni zamanda 1984-cü il təvəllüdlü Leyla Əliyevanın əvvəllər rəhbərlik etdiyi "Between Asia And Europe Limited” və "Ali And Nino Productions Limited” (ləğv olunublar) şirkətlərinin də direktoru olub.

Cavad Marandinin adı həm də Böyük Britaniyada Mühafizəkarlar Partiyasına 750 min funt sterlinq dəyərində ianə edilməsində hallanır. Cavad Marandi eyni zamanda 2020-ci ilin martında Azərbaycanın Koronavirusla Mübarizə Fonduna 1 milyon 100 min manat ianə edib.
 

Dünyapress TV

Xəbər lenti