Ardını oxu...
Goranboy rayonu, Baxçakürd kənd sakini Məmmədova Təmamət Bəndər qızı tərəfindən Hurriyyet.az satının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi 1994-cü il şəhid olmuş Məmmədov Səhət Sədrəddin oğluna verilməli olan evin ailə üzvlərinə verilməsini tələb edir:

“Mən, Məmmədova Təmamət Bəndər qız, yazaraq sizə bildirirəm ki, şəhid ailəsi kimi 11 ildir ev növbəsində gözləyirik. Saxtakar, oyunbaz məmurların əlində qalmışıq.

Ailə üzvlərim 7 nəfərdən ibarətdir. Dəfələrlə Goranboy İcra Hakimiyyətinə və lazımi orqanlara müraciət etsəm də, bizə böş, yalan ümidlər verirlər.

İmkanım zəifdir, rüşvət verməyə gücüm yoxdur. Bir şəhid ailəsinin yaşadığı evə baxsanız, görərsiniz ki, burada yaşamaq olmaz. Biz çarəsizlikdən yaşayırıq.

İcra başçısının özü məni qəbul etmir, mavini çıxır, bizi başından edir. “Gedin hara şikayət edirsiniz edin, evi biz yox, Prezident verir”, - deyir.

11 ildir səbr edib gözləyirəm, artıq dözümüm yoxdur. Səsimi eşidən rəsmi şəxslərdən xahiş edirəm ki, mənə kömək etsinlər”.

Şikayətçinin bizə göndərdiyi video-müraciəti oxuculara təqdim edirik:

videoya baxmaq üçün bura tıklayın...
 

Ardını oxu...
DİA.AZ: - "Məlum olduğu kimi, Türkiyənin Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili-tibbi yardım kafedrasının dosenti Mücahit Avcil, xeyli müddətdir ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub. Türkiyəli “mütəxəssis” ötən ilin oktyabr ayının 11-də kollektivə təqdim olunub, amma bu təyinat sosial şəbəkələrdə heç də birmənalı qarşılanmadı". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Qeyd edək ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Mücahit Avcilın adının Türkiyə mediasında neqativ işlərdə hallanması, eyni zamanda bu şəxsin qardaş ölkədə daşıdığı vəzifəsindən qalmaqallı şəkildə istefa verməsi, məhz geniş ictimai müzakirələrə səbəb olmuşdur. Ötən il mətbuatda daha çox müzakirə olunan məsələlərdən biri də, Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunan Mücahit Avcilın, keçirilən təqdimat tədbiri zamanı stol üstündən su butulkasını götürərək başına çəkməsi və kollektiv qarşısında gülməli vəziyyətə düşməsi olur. Qeyd edək ki, bu şəxsin kadr siyasəti də birmənalı qarşılanmır və Mücahit Avcil Türkiyədən olan yaxın dostu İlhan bəyi, bir müddət bundan əvvəl heç bir əmr-filan olmadan Tədris Cərrahiyyə Klinikasına qeyri-rəsmi nəzarətçi təyin edir. Gülməli olsa da qeyd edək ki, heç bir vəzifə daşımayan İlhan bəy Tibb Universitetinin professoruna “əmr” verir. Bu da universitetdə normal qarşılanmır və hansı ki, həmin professor Tədris Cərrahiyyə Klinikasının ilk yaradıcılarından olan Sədrəddin müəllimdir. Bu şəxsin Sədrəddin müəllimə “əmr” verməsinə səbəb, Tədris Cərrahiyyə Klinikasının dəhlizlərində gəzən pişiyi, professorun protokollaşdıraraq bayıra çıxartdırması olur. Bu səbəbdən də, İlhan bəy Sədrəddin müəllimə “əmr” verir. Qeyd edək ki, bu Klinikada baş verən qeyri-adi hadisələr heç də bütün bunlarla yekunlaşmır. Məsələn, Mücahit Avcil laboratoriya müdirini işdən çıxarır və həmin şəxsin yerinə iş bacarığı olmayan Elxan adlı birisini təyin edir. Daha utandırıcı hal ondan ibarətdir ki, bu gün Tədris Cərrahiyyə Klinikasında idarəçilik elə bərbad formada həyata keçirilir ki, burada çalışan professorlar, dosentlər və həkimlər özəl klinikalara üz tuturlar və onlar cərrahiyə əməliyyatlarını həmin səhiyyə müəssisələrində həyata keçirirlər. Yalnız iki şöbənin müdiri, yəni trovmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli və oftamotologiya şöbəsinin müdiri Qurban İsmayılov, həm xəstələrin müayinə və müalicə işlərini, həm də cərrahiyə əməliyyatlarını Tədris Cərrahiyyə Klinikasında həyata keçirirlər. Bu da onu söyləməyə əsas verir ki, Mücahit Avcilın “nataraz idarəçiliyi” bu Klinikanın “bel sütunu”nu məhv edir. Bundan əlavə, Tədris Cərrahiyyə Klinikasında təcrübəsizlik halları o qədər baş alıb gedir ki, hətta laboratoriya müayinələrinin nəticələrindən həkimlər də narazılıq edirlər. Bu Klinikanın təsərüfat işləri üzrə müavini də başını götürüb qaçıb və Razik adlı maliyyə şöbəsinin müdiri isə, daşıdığı vəzifəsindən istefa verib. Az sonra bu şəxs çalışdığı müəssisədən baş götürüb gedib. Düşündürücü hal odur ki, İlhan bəy Klinikada rəsmi vəzifə sahibi olmasa da, bu şəxs birinci mərtəbədəki kassada və qeydiyyat şöbəsində çalışan gənc xanımlarla gün ərzində “laqqırtı vurur” və günlərini belə bir formada keçirir".

Mövzunu diqqətdə saxlayacağıq.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 
Ardını oxu...
 
 

 İnşaat materiallarının satışı ilə məşğul olan “NUR inşaat” MMC-nin fəaliyyəti ilə bağlı media üzərindən apardığımız xırda bir araşdırma zamanı nələrə rast gəlmədik.

 
Bu MMC-nin tikinti-inşaat materiallarının satışı ilə məşğul olan obyektləri demək olar ki, Binəqədi rayonu ərazisindəki torpaqları zəbt edib. Binəqədinin torpaqları bir yana, hətta səkiləri, yolları da zəbt edərək milyonluq obyektlər tikib satır.
Əsas peşəsi idmançı olan İş adamlarından biri yazır ki, NUR inşaat MMC-dən 1000 kvadrat metrlik obyekti icarəyə götürdüm, müqavilə bağladım və həyat yoldaşımın, qaynatamın adına kredit götürdük, özüm avtomobilimi satdım. Sonda obyektin təmirinə 1 milyon 200 min manat pul xərclədim: “Və həmin obtektdə Fitnes klub açdıq, reklam elədik, xeyli müştəri toplaya bildik. Bütün bunları görən, NUR inşaatın sahibi mənə maneə yaratmağa başladı və dedi ki, mənimlə şərik ol, ya da obyektimdən çıx. Mən ona başa salmağa çalışdım ki, əlimdə uzun müddətli icarə müqaviləsi var”.
Şikayətçinin yazdığına görə, işıq və su xətti eyni olduğu üçün NUR inşaatın sahibi tez-tez suyu kəsir, elektrik xəttini qapadırdı ki, müştərilərim uzaqlaşsın.
Təsəvvür edirsiniz bütün bu problemlərdən sonra iş adamı NUR inşaatı məhkəməyə verir. Və məhkəmə icarə müqaviləsinə davam etmək üçün NUR inşaata qarşı qərar çıxarır. Ancaq NUR inşaatın sahibi məhkəmənin dövlətin adından çıxardığı qərarı da saymır.
Şikayətçi icarədar axırda bezib “Azərsu” və “Azərişıq”a müraciət edir ki, özünə ayrıca xətt çəksin. Ancaq NUR inşaat MMC icazə vermir ki, həmin obyek onların balansındadır, yəni icarəyə verilib.
Media üzərindən apardığımız araşdırma zamanı NUR inşaat MMC-nin radikal dini sektalarla əlaqələri və daha nələr ortaya çıxdı. Hətta NUR inşaat MMC-nin dini sektaları maliyyələşdirməsi barədə də məlumatlara rast gəldik.
Bu barədə uzun-uzadı bəhs etmək istəmirik.
Sonda onu qeyd edək ki, NUR inşaat MMC-nin əslən Kəlbəcərdən olan İlham adlı sahibi Binəqədini zəbt edə-edə gedir, müxtəlif obyektlər tikib satır. Amma nə rayon, nə də şəhər rəhbərliyi İlhama dur, qanunsuz əməllərindən əl çək demir. Niyə..? Niyəsi bizim üçün də maraqlıdır.
Araşdırmamız davam edir. Bizi izləyin. //gundelik-baku.com//

 

XalqXeber.Az
Ardını oxu...
1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə tərkibinə etirazı sədrə verilmir

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ll, İnzibati Prosessual Məcəlləsinin lll fəsli hakimlərə, məhkəmə tərkibinə etirazların verilməsi qaydasını tənzimləyir. Hər iki Məcəllənin 19-cu maddəsinə uyğun olaraq, hakimin şəxsən, birbaşa və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, onun işə baxılmasında iştirakına yol verilmir.

Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun açıq şəkildə cavabdehlərin vəkili rolunda çıxış etməsindən, 1-ci dərəcəli Qarabağ əlilinə isə vəkil ayırmaqdan imtinasından hakimə etiraz edilsə də, qanunvericiliyin tələblərinə uyğun olaraq etiraz baxılması üçün sədrə verilməyib. Etirazın əsası kimi işə birtərəfli baxılması, qərəz, tərəflərin hüquq bərabərliyi prinsipinin pozulması və s. hallar göstərilib. Təsəvvür edin, cavabdeh dövlət orqanının -DİN-in nümayəndəsi kimi 3 ilin vəkili Orxan Qılman oğlu Babayev etibarnaməsi olmadan çıxış edib, 1-ci dərəcəli Qarabağ əlilinin isə dövlət hesabına vəkillə təmin olunmaq barədə ərizəsi təmin olunmayıb. Hakim 20.06.2022-ci ildə mümkünlük iclası keçirib, iddianı mümkün sayaraq, cavabdehlər üzrə icraatı ayırıb, amma 6 aydan sonra hazırlıq iclasında cavabdehləri “birləşdirib” , iddianın mümkün sayılmaması haqqında qərardad çıxarıb ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında 15.02.2019 tarixli qərardadı hələ də qüvvədədir. Halbuki Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli, 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndinə görə, iddianın mümkün sayılmaması haqqında qərardad, yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Hakim Orxan Həsənovun açıq-aşkar qıraqdan sifarişlə qərəzli, ədalətsiz, birtərəfli mövqe sərgiləməsi ona qarşı haqlı etiraza səbəb olsa da, etiraza baxılmayıb

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Şərafət Məmmədova , Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət heyəti hər iki cavabdehə qarşı işə ayrı -ayrılıqda məhkəmə kollegiyası kimi təyin edilib. Bu heyətin tərəf tutması, ədalətsizliyi, qeyri -obyektivliyi şikayətin məhkəməyə daxil olması ilə bir vaxtda üzə çıxıb. Təsəvvür edin, eyni məktubla göndərilən 2 apellyasiya şikayətinin eyni məhkəmə heyətinə çatması guya eyni vaxtda baş verməyib. DİN -ə qarşı şikayətin “gecikdiyini” , DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı şikayətin vaxtında “çatdığını” bildirən yuxarı instansiya bilmir ki, prosessual müddətlər şikayətin məhkəməyə daxil olduğu vaxtdan yox, rabitə orqanına təqdim edildiyi vaxtdan hesablanır ? Bilmirlərsə , necə yuxarı instansiyada hakimlik edirlər ? Bilirlərsə, niyə tərəf tuturlar, şikayətin mümkünlüyünü şübhə altına alırlar? Bu azmış kimi, Bakı Apellyasiya Məhkəməsinin sözügedən heyəti DİN-ə qarşı iş üzrə etibarnaməsi olmayan vəkil Orxan Babayevin DİN-in nümayəndəsi kimi iştirakını təmin edib. Məhkəmə heyəti bilmir ki, vəkil dövlət orqanının, özəlliklə istintaq, ittiham orqanı olan DİN-in nümayəndəsi ola bilməz?

DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasından imtina edən heyət 10 günlük şikayətvermə müddətini gözləmədən işi apellyasiya baxışından çıxarıb və məhkəmə tərkibinə etirazı da sədrə verməyib.

DİN -ə qarşı işə baxılması 17 may 2023-cü ilə təyin edilib. İddiaçı 1-ci dərəcəli Qarabağ əlilinin məhkəmə tərkibinə etirazı yenə də sədrə verilmir. Qanunvericiliyin tələblərinə görə, məhkəmə tərkibinə etiraza sədr baxmalıdır. Məhkəmə heyəti etirazı sədrə vermədiyindən media araçılığı ilə Bakı Apellyasiya Məhkəməsinin sədrini bilgiləndirmək zorundayıq.

Məğrur BƏDƏLSOY
 
Ardını oxu...

DogruXeber.az: - “Gəncə şəhərinin bir çox küçələrində piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir”.
Bu haqda Dünyanınsəsi.Az saytına çoxsaylı şəhər sakinləri tərəfindən göndərilən video-şikayətlərdə qeyd edilir.

Belə ki, son illər piyada səkilərinin zəbt edilməsi adi hala çevirilib. İnsanların gediş-gəlişi çətinləşib. Söhbər Gəncə şəhəri ərazisində olan Nizami küçəsindən gedir.Bəs qanunvericiliyə görə, şəhər daxili küçələrdə səkilərin eni nə qdər olmalıdır? Ümumiyyətlə belə yerlərdə tikilən iaşə, xidmət, ticarət obyektləri və evlər evlər yoldan hansı məsafədə uzaq olmalıdır?

Gəncədə apardığımız qısa araşdırmaya əsaslanıb deyə bilərik ki, əldə etdiyimiz nəticələr vəziyyətin kifayət qədər ürəkaçan olmadığını deməyə əsas verir. Deyə bilərik ki, bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ki. müvafiq qurumların maddi maraları naminə satılıb? Demək olar ki, bu gün ki, piyada səkiləri ümumiyyətlə standartlara cavab vermir. Bu da piyadaların təhlükəsizliyinin təmin edilməsində bir sıra çətinliklər ortaya çıxarır. Belə ki, bu cür hallarda piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur olduğundan yol nəqliyyat hadisələrinin baş vermə riskini artır.
Belə acınacaqlı durumda hər gün həm sürücülərə həm də öz həyatlarını təhlükəyə atan piyadaların təhlükəsziliyinə hansı dövlət qurumları cavabdehlik daşımalıdr?
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda səkinin piyada hissəsinin eni 1,5 metrdən az olmamalıdır.

Belə olan təqdirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun quru sərəncamı ilə körpünün üzərində inşa edilən ticarət obyektləri niyə piyada səkilərinin üzərində tikintisinə icazə verilib?
Məhz buna görədə piyadalar ya məcbur olub nəqliyyat vasitələrinin hərəkət zolağına çıxır ya da ki, səki üzərində tikilmiş dönərxananın içərisindən keçməli olur.

Redaksiya olaraq inanırıq ki, tez bir zamanda aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq dövlət qurumları konkret addımlar atmaqla, şəhərdə qanunsuz olaraq müxtəlif obyektlər tərəfindən zəbt edilən səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə işlərə başlayacaqdır.
Bununla yanaşı, hə də ümid edirik ki, Gəncə şəhər Baş polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəhbərliyi şəhərdə qeyd etdiyimiz ünvanda səkilərin piyadaların hərəkəti üçün uyğun vəziyyətə gətirilməsində müvafiq tədbirlər həyata keçirməklə piyadların təhlükəsizliyini təmin edəcəkdir.
Piyada səkisini zəbt edilməsini özündə əks etdirən video-materialı təqdim edirik: //Dünyanınsəsi.Az//

 

Ardını oxu...
 
Ardını oxu...
 
Ardını oxu...
 
 

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edir.

 
Müraciət AzTV vasitəsilə yayımlanır.

Dövlət başçısı müraciəti Şuşanın azad edilməsi ilə bağlı xəbərin ona məruzə edildiyi inzibati binanın qarşısında edir.
Ardını oxu...
 
14
Bu gün, 10:40

Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda daha bir neçə nəfərin işdən azad edildiyi məlum olub.

 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu barədə İnstitutdan bildiriblər.

Qeyd olunub ki, institutun işçiləri Dina Zotova, Elnarə Həmidova və himayəsində əlil-iflic övladı olan Mina Cavadova heç bir xəbərdarlıq və ciddi səbəb olmadan işdən çıxarılıblar.

Bundan başqa, bir müddət əvvəl Şuşaya ezam edilən 2 tibb bacısına ezamiyyətdə olduqları günlərin maaşından imtina etmələri barədə sənəd imzaladılıb.

Qeyd edək ki, son vaxtlar Kardiologiya İnstitutunda baş verən neqativ hallarla bağlı mətbuatda gedən yazılar, həmçinin burada çalışan müxtəlif alimlərin müsahibələri direktorun keçirdiyi son iclaslarda ciddi müzakirə edilib.

İddialara görə, direktora qarşı çıxan həkimlər, eləcə də mətbuata açıqlama verən professorlara hüquq-mühafizə orqanları ilə hədə-qorxu gəlinib:

“Mayın 2-də səhər saatlarında keçirilən iclasa direktor Gülnaz Dadaşova yarım saat gecikdi. Bu azmış kimi direktor onu akt zalında gözləyən elmi işçi heyətinə özünə yaxın şöbə müdirləri vasitəsilə ultimatum göndərmişdi. Bildirmişdi ki, hüquq-mühafizə orqanlarına müraciət edib, institutda baş verənlər barədə danışan şəxsləri cəzalandıracaq”.

O da qeyd olunub ki, şəhərdə əsas kardioloji mərkəz sayılan institutun qapısında hər səhər tragikomediya yaşanır:

“Qapıya nəzakət nədir bilməyən, kobud, mədəniyyətdən uzaq işçilər qoyulur. Orada dayanan bu işçilərdən biri olan qadın səhər işə 3-5 dəqiqə gecikən həkimlərə qarşı qeyri-etik davranır, hədyanlar deyir, qəsdən onları mübahisəyə cəlb edərək qalmaqal yaradır və sonra bunu direktora məruzə edir. Həmin xanım institutun həyətində sevgilisi tərəfindən döyüldükdən sonra işdən uzaqlaşdırıldı. Amma inzibati şöbə vasitəsilə işçilərin daim təzyiq altında, gərginlikdə saxlanılması davam etdirilir.

Əgər həkimlərə hansısa arayış, direktorun təsdiq edəcəyi sənəd lazımdırsa, bu məsələ də günlərlə uzadılır. Sənədə yalnız iş gününün son saatlarında imza qoyulur, bu da insanlarda əlavə psixoloji gərginlik yaradır və narazılığa səbəb olur”.

İnstitutda müalicə alan xəstələr isə direktorun icbari tibbi sığorta ilə və ya sığortasız bütün angioqrafiya olunacaq xəstələri “Kəpəz” klinikasına, “Ege” hospitalına və Mərkəzi Klinikaya “otkat” sistemi ilə yönəltdiyini bildiriblər:

“Həmin xəstələrin 90 faizi elə bu klinikalarda anju, stentləmə, şuntlama əməliyyatlarına salınır. Onlara mütləq və təcili əməliyyat lazım olduğu deyilir. Beləliklə, həm tibbi sığorta fondundan külli miqdarda vəsait cəlb olunur, həm də bu xidmətlərinə görə Kardiologiya İnstitutuna “xüsusi hörmət” və təşəkkür edilir”.

Qeyd edək ki, elmi kollektiv rəhbərliyin fəaliyyətindən narazı olduğu üçün bu yaxınlarda Səhiyyə Nazirliyindən göndərilən komissiya institutda bir həftədən artıq müddətdə yoxlamalar aparıb.

Yoxlamalar zamanı komissiyanın direktorun lüks palataları imkanlı xəstələrə pulla verdiyinə dair mətbuatda yer alan iddiaları araşdırdığı da qeyd olunur.

Səhiyyə Nazirliyindən C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalar aparıldığını təsdiqləsələr də, nəticələr barədə məlumat verməkdən imtina ediblər. Nazirlikdən sorğuya göndərilən cavab məktubunda yalnız bunlar qeyd olunub:

“Nazirliyin tabeliyində olan müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış daxili monitorinqlər keçirilir. Adıçəkilən müəssisədə aparılan monitorinqlər bu tədbirlər çərçivəsində həyata keçirilib”. (Bakupost.az) 

"Azərbaycan Reallığı"

 

XalqXeber.Az

Ardını oxu...
“Bir əlimlə gözümün yaşını sildim, bir əlimlə evə yük daşıdım ki, qoy, bu camaat birtəhər yerləşib otura bilsin”.

Bu evdə 4 ay əvvəl Türkiyədəki zəlzələdə həlak olan azərbaycanlı tələbə Şahin Vəliyevin "qara bayram"ı keçirilir. Şahinin ailəsi onu yad etməyə gələn qonaqları oturtmağa yer tapa bilmir.

Ardını oxu...

Bu, o evdir ki, 2020-ci il oktyabrın 17-də İkinci Qarabağ Müharibəsi zamanı Gəncəyə atılan raketin yaxınlığa düşməsindən yerləyeksan olmuşdu. Ailə o vaxtdan bölünərək hərəsi bir evdə kirayədə qalmalı olub.

Zəlzələyə Türkiyədə qaldığı yataqxanada yaxalanan Şahin Vəliyev Azərbaycana da qalmağa evləri olmadığı üçün qayıtmamışdı.
 //abzas.org//

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
“2010-cu ildə “Şərur” MTK-dan ev almışıq. Bütün sənədləşmədə, məlumatlarda mənzil 146 kvadratmetr göstərilir. Lakin aldığımız mənzilin həqiqi sahəsi 126 kvadratmetrdir. Həmin binada bir çox sakin bu üsulla aldadılıb və şikayətçidir”.

Teref.Az xəbər verir ki, bu barədə bina sakini Kənan Musayev müraciət edib. O qeyd edib ki, Bakının Nəsimi rayonu, Mir Cəlal küçəsi, 127E ünvanında yerləşən “Şərur” MTK-ya məxsus binanın sakinləri bu binada mənzil alarkən kütləvi sürətdə aldadılıblar. Belə ki, “Şərur” MTK ilə maliyyə müqavilələrində bir mənzil sahəsi qeyd edilir, vətəndaş o müqaviləyə uyğun pul ödəyir və hətta sonradan kommunal ödəmələr adı ilə keçən xidmət ödənişləri də bu maliyyə müqaviləsində qeyd edilən sahə üzrə alınır. Lakin mənzillərə çıxarış alınarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDRX) adlı qurum ölçmə aparıb və mənzil sahələrinin qat-qat az olduğu üzə çıxıb və son olaraq çıxarış (kupça) bu göstəricilərə uyğun verilib. Sakinlərə külli miqdarda ziyan vurulub. “Şərur” MTK isə dövlətin səhv hesablama apardığını iddia edir və kompensasiya verməkdən boyun qaçırır”.

Kənan Musayev onu da bildirib ki, “Şərur” MTK rəhbərliyi 12 il ərzində üzərində heç bir vergi-fiskal nişanları olmayan qəbzlər ilə sakinlərdən xidmət haqqı adı ilə pul toplayır:

"Yalnız çoxsaylı şikayətdən sonra bu aydan etibarən qəbz forması dəyişdirilib.

Bundan əlavə, 2019-cu ildə binada konstruktiv dəyişikliklər edilərək, aparıcı sütunlar yonulub və bəziləri tamamən ləğv edilib. Çünki MTK rəhbərliyi əvvəl binanın birinci mərtəbəsini obyekt kimi icarəyə verməyi düşünüb. Tələbat olmadığına görə, sonradan həmin hissəsi mənzillərə çevirərək, satmağa qərar veriblər. Nəticədə, birinci mərtəbədəki, binanın əsas sütunlarını yonublar. Bu da öz növbəsində binanın seysmik davamiyyətinə çox zərərlidir.

“Şərur” MTK-nın qanunsuzluqları bununla da bitmir. Binanın ən üst hissəsini, liftin texniki otağı adlanan yeri mənzilə çevirərək, MTK rəhbərliyinin qohumlarını ora yerləşdiriblər.

Bütün aidiyyəti qurumlar, o cümlədən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları binadakı qanunsuzluqları, təhlükələri təsdiqləyirlər. Amma qurumlar heç bir addım ata bilməyəcəklərini bildirirlər”.

Xatırladaq ki, "Şərur" MTK firmasının rəhbəri "Şərurulu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovdur.

Problemlə bağlı “Şərur” MTK ilə əlaqə saxlamaq mümkün olmayıb (oxu.az).

Müvafiq qurumların sakinlərin müraciətlərinə cavabı aşağıdakı sənədlərdə göstərilir:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Redaktor.az
 

Dünyapress TV

Xəbər lenti