Ardını oxu...
Azərbaycanda smart tipli sayğacların dövriyyədən çıxarılması və mexaniki sayğaclanma əvəzlənməsi prosesi davam edir.

Artıq pilot layihə çərçivəsində 40 min abonentin mənzilinə yeni nəsil sayğac quraşdırılıb. Bu cür sayğacların quraşdırılması prosesinə mənzil-tikinti kooperativlərindən (MTK) başlayıb. Quraşdırılan yeni nəsil sayğaclar “Azəriqaz” İB-nin öz maddi hesabına həyata keçirilir. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, fərdi yaşayış evləri də xüsusi cihazlarla təchiz olunmuş sayğaclara keçəndən sonra mərhələli şəkildə köhnə smart tipli sayğaclar dövriyyədən çıxacaq.

Bu sayğacları hər dəfə dəyişməkdə məqsəd nədir?

DİA.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, smart tipli sayğacların 27 il istifadəsi mümkün olsa da, tez-tez dəyişdirilir:

“2009-cu ildən sonra Bakı şəhərində smart sayğaclar quraşdırıldı. Həmin sayğacların istifadə müddəti öz texniki pasportunda 27 ildir. Yəni hər 9 ildən bir içindəki elementi dəyişməklə, həmçinin 5 illik yoxlamadan keçirməklə, bu sayğacların istifadəsi mümkündür. Avropada quraşdırılan smart tipli sayğaclar 30 ildən çox istifadə edilib. Yəni təcrübə var. Digər tərəfdən, sayğacların uzun müddət istifadəsi dövlət büdcəsinə qənaətdir.

Çox təəssüf ki, “Azəriqaz”, “Azərişıq” bu sayğacların tez-tez dəyişdirilməsində maraqlıdır. Çünki sayğacların yenilənməsi layihələrində bu qurumların “qara qazanc”ı olur. Daha doğrusu, korrupsiyaya uğradılan külli miqdarda məbləğ var. Həmin məbləğin mənimsənilməsi üçün bir neçə ildən bir sayğacların yenisi ilə əvəzlənməsi prosesi gedir. Smart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsinin əleyhinəyəm”.

O bildirib ki, bu yolla xərc həm də əhaliyə yüklənir:

“Bu üsulla mexaniki sayğaca keçid etməklə, həm layihələrdən “qara yolla” pul qazanırlar, həm də mexaniki sayğaclarla əhalini daha çox yükləmək olur. Rayonlarda daha çox mexaniki sayğaclardır. Qaz itkisini həmin mexaniki sağacı olan abonentlərin üstünə yazırlar. Bununla da öz qaz itkilərini aradan qaldırırlar. Halbuki qaz itkisi qurumun öz səhlənkarlığı ucbatından itib. Hesab edirəm ki, bu, yalnız korrupsiya layihələrdir, korrupsiyaya hesablanmış məsələlərdir”.
 
Ardını oxu...
 
 

 
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar mayın 5-də Lənkəran rayonunda silsilə ekoloji aksiyalar keçirilib.

 

İlk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və gənc könüllülərin iştirakı ilə Lənkəran rayonunun meşə fondu ərazisində ağacəkmə tədbiri keçirilib. Meşəbərpa məqsədilə keçirilən tədbirdə adı Azərbaycanın “Qırmızı kitabı”na düşmüş dəmirağac əkilib.
Sonra Hirkan Milli Parkında turistlərin rahat hərəkət etməsi üçün ekoturizm cığırının “çex modeli” üzrə nişanlanması həyata keçirilib. Sözügedən üsulun ölkəmizdə ekoturizmin inkişafına təkan verməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərində geniş tətbiq edilməsi nəzərdə tutulur.

Tədbirin davamı olaraq, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrində balıq populyasiyasının mühafizəsinə və artırılmasına yönəlmiş “Zəngin hövzələr” layihəsi çərçivəsində Xanbulan gölünə balıq körpələrinin buraxılışı həyata keçirilib. Belə ki, sözügedən gölə ümumilikdə 50 000 ədəd çəki körpəsi buraxılıb.

Daha sonra Bakı Zooloji Parkı tərəfindən Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması üzrə IDEA İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində təqdim edilən 7 baş tirəndaz (oxlu kirpi) Hirkan Milli Parkının ərazisinə buraxılıb.

Lənkəranda keçirilən ekoloji aksiyaların təşkilatçıları ölkə ictimaiyyətini Azərbaycanın zəngin və həssas biomüxtəlifliyinin mühafizə edilməsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühit naminə görülən digər səylərdə fəal iştirak etməyə çağırır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

XalqXeber.Az
Ardını oxu...
Metronun “Xətai” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Stalovaya” ( əvvəlki adı “50 qəpik” olub-red) adlı restoranın “Cakı” ləqəbli sahibi qanunlara məhəl qoymayaraq, özünə aid olmayan, yol infrastruktunun ərazisini zəbt edib. Çox maraqlıdır ki, bütün bu özbaşınalıq Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasının cəmi bir neçə addımlığında baş verir. Azinforum.az həmin ərazidən çəkilən videonu təqdim edir və ümidvar olduğunu bildirir ki, əlaqədar dövlət qurumları bu özbaşınalığın qarşısını alacaq. Mövzu diqqətimizdədir.



Azinforum.az
 

Ardını oxu...
DİA.AZ: - "Bakı İnzibati Məhkəməsinin 2-1 (81)-1095/16 saylı, 20.06.2016-cı il tarixli qərarının icrasını təmin etməkdən imtinasından ali dövlət hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarına şikayətlər heç bir sonuc vermir. Məhkəmə nəinki İnzibati Prosessual Məcəllənin (İPM) 116.2 maddəsinə, Ali Məhkəmə Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19.11.2021-ci il tarixli qərarına uyğun olaraq birinci instansiya məhkəməsi kimi çıxardığı qərarın icrasını təmin edir, heç tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin verdiyi ərizələrə belə baxmır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Halbuki məhkəməyə daxil olan istənilən ərizəyə prosessual hüquq normalarına uyğun olaraq (məhkəmə aktı ilə) cavab verilməlidir. Bakı İnzibati Məhkəməsi , yəqin borclu ƏƏSMN Dövlət Sosial Təminat Xidmətinin, hazırda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-prosessual basqısından çəkinir. Yoxsa, məhkəmə qərarının 7 ildə icrasını təmin etmək nə çətin işdir ki?
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov elə “sosial xidmət” göstərir ki, dövlətin adından çıxarılan məhkəmə qərarının icrasına qadağa qoyub , hətta dövlətin 1-ci şəxslərinin tapşırığına belə cavab verməyi müavini Zaur İbrahimova tapşırıb. Bu müavin də 1-ci vitse-prezidentdən daxil olan müraciətlərə altı aydan bir şablon cavab yazır ki, sərəncam belə gəldi, fərman elə getdi, 2009-cu ildə Nərimanov rayonunda on nəfərlik ailəyə 38 kvadratmetrlik ikiotaqlı mənzil elə - belə getdi. Tələbkar 1-ci dərəcəli Qarabağ qazisi qanunla, Konstitusiya ilə doğrulanan hüququnu, dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını tələb edir, borclu nağıl danışır. DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARININ İCRASI MƏCBURİDİR. MƏHKƏMƏ QƏRARLARININ İCRA OLUNMAMASI QANUNLA NƏZƏRDƏ TUTULMUŞ MƏSULİYYƏTƏ SƏBƏB OLUR. Nağıl danışmaqla məsuliyyətdən yayınmaq olar? Prezident dəfələrlə bildirib ki, məmur xalqa xidmət etməlidir və 1 nömrəli xidmətçi də özüdür! Bəs Sosial Xidmətlər Agentliyi niyə Qarabağ qazilərinə xidmətdən, görəv borcuna baxmayaraq imtina edir?
Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyinin yanında “toya getməlidir”. 1-ci vitse-prezidentin, DTX -nın, Konstitusiya Məhkəməsinin, Milli Məclisin sorğularına icra baş idarəsinin məsləhətçiləri (Akif Qurbanov, Mirnağı Seyidov və s.) “topdan “yox” cavabı verir. Ədliyyə Nazirliyinin məsləhətçilərinin nağılı lap uydurma, əfsanə janrına uyğundur. Təsəvvür edin, borclu məhkəmə qərarını icra etmədiyini nağıllarla izah edir, Ədliyyə Nazirliyinin məsləhətçiləri isə Bakı İnzibati Məhkəməsinin “məsləhətçi (Tural Kərimov) uydurması” ilə icranın məlumat əsasında təmin edildiyini, icra sənədi üzrə icraata Yasamal icra şöbəsində 26.12. 2017-ci ildə xitam verildiyini bildirir. (?) Belə nağıla, uydurmaya kim inansa da, 10 ildir mənzil növbəsində olan , qanunla 1-ci dərəcəli Qarabağ əlili kimi növbədənkənar mənzil təminatı hüququnu 7 ildir məhkəmə qərarı ilə doğruldan , amma mənzilsiz qalan 10 nəfərlik tələbkar ailəsi necə inana bilər? Bəyəm mənzil təminatı nağılla gerçəkləşir?
Ali Məhkəmə sədrinə Bakı İnzibati Məhkəməsinin 7 ildir qərarının icrasını təmin etməkdən imtinasından şikayət edən tələbkara sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavini Vəsilə Əsədova cavab verib ki, İPM-in 116.2 maddəsinə görə, məhkəmə qərarlarının icrasını birinci instansiya məhkəməsi təmin etməlidir. Ona görə də Bakı İnzibati Məhkəməsinə müraciət etməyi məsləhət görən Ali Məhkəmə məmuru, deyəsən, şikayəti yaxşı oxumayıb. Nədən vətəndaş tələbkar elə birinci instansiya məhkəməsinin 7 ildir dövlətin adından çıxardığı qərarını icra etməkdən imtinasından şikayət edir. ..
Məsləhətlə “don genəlməsi” gerçəkləşə bilər , məhkəmə qərarının icrası yox..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
Neftçalalı fermerlər su qıtlığından əziyyət çəkirlər. Belə ki, yerli təsərrüfat sahibləri əkinlərini suvara bilmədiklərini deyirlər. Problemin əsas səbəblərindən biri isə su kanallarının baxımsız vəziyyətdə olmasıdır.

Təsərrüfat sahibləri deyirlər ki, su kanallarını qurunt suları basdığı üçün əkinləri su altında qalıb məhv olur.

Yerli fermer Sərxan Fərəcov bildirir ki, neçə illərdir əkin sahələrinə çəkilmiş su kanalları alaqdan və kol-koslardan təmizlənmir.

“Ona görə də su bol olanda sürətli axa bilmədiyindən sahələrə dolur. Nəticədə isə əkinimiz məhv olur. Dəfələrlə Bulat müəllimə ərizə yollamışam. Yazmışam ki, sizin kanalların lili mənim sahəmə vurur. Keçən il pambıq zavodu ilə müqavilə bağlamışdım. 3 hektar sahəyə iki min manatlıq çiyit səpmişdim. Su basması nəticəsində həmin çiyitlər də məhv oldu”.

Fermerin bildirdiyinə görə, artıq illərdir ki, oxşar problemi yaşayırlar.

Sərxan Fərəcov əkin üçün 10 min manata yaxın borc pul aldığını, lakin məhsul əldə edə bilmədiyi üçün həmin pulu qaytara bilmədiyini də qeyd edib.

Digər müsahibimiz, Sərxan Fərəcovun həmkəndlisi Telman Orucovun da sahəsi onun əkin sahəsi ilə yanaşıdır. Telman Orucov 4 hektar taxıl sahəsinin yarısının suyun altında qaldığını bildirib.

Onun sözlərinə görə, su kanalının ətrafında əraziləri olan 100-ə yaxın fermer oxşar problemdən əziyyət çəkir.

Təsərrüfat sahibləri dəfələrlə müvafiq qurumlara, kənd bələdiyyəsinə, icra nümayəndəliyinə müraciət etsələr də tədbir görən olmayıb.

Adıçəkilən Bulat müəllimin Salyan Suvarma Sistemləri İdarəsinin rəisi olduğunu öyrəndik. Araşdırmalardan məlum oldu ki, əkin sahələri Neftçala rayonunun inzibati ərazisinə aid olsa da əkin sahəsinin yanından keçən su kanalları Salyan Suvarma Sistemləri İdarəsinin balansındadır. Yəni, su kanallarını sözügedən idarə təmizləməlidir ki, suvarma suyu vaxtında itkisiz təyin olunmuş məntəqələrə çatsın.

Məsələ ilə bağlı Salyan Suvarma Sistemləri İdarəsinə müraciət edib əkinçilərin haqlı sualı ilə quruma müraciət etdik. Qurumdan bildirdilər ki, fermerlərin müraciətləri nəzərə alınacaq və su kanalları alaqdan və lildən təmizlənəcək.
 //bizim.media//

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Teref az yazır ki, deyəsən Azərbaytcanın siyasi sferasında daha bir ulduz parılamaq həvəsindədir.
Müğənni, aparıcı, biznes-ledi Ruhinin (Ruhiyyə Əliyeva) həyatında yeni bir səhifə açılmaq ərəfəsindədir.
Bir çox insanın müğənni, aparıcı kimi tanıdığı Ruhi....
Bəs bu Ruhi kimdir ki, onun belə PR kompaniyasına start verilib. Sosial şəbəkələrdən və mediada əldə etdiyimiz məlumata görə:
Ruhi Əliyeva 1977-ci il martın 8-də Tovuzda dünyaya gəlib. Ali təhsili barədə heç bir məlumat yoxdur. Peşəkar səhnəyə 2007-ci ildə gəlib. :

– ilk klipi çıxıb;

– 2009-da yeni albomu təqdim olunub;

– teleaparıcılıq edib.
Amma bu xanımın bu gün tələbləri daha böyük,daha iddialıdır.. Şou biznesdə RF-nin prezidenti Putininn dostu, milyardlara sahib olan professor İlham Rəhimovla evlilik müqaviləsi bağlayandan sonra Ruhi Əliyevanın ulduzu daha güclü parladı.
Bəli səhnədə həyat yoldaşını bu xanımın yanında görməsəkdə, pərdəarxasında güclü bir əlin bu xanımın irəliləməsində dəstək olduğunu görmək olurdu. Təbii bütün bu manipulyasiyalar qeyd etdiyimiz kimi, RF-nin prezidenti Putininn dostu, milyardlara sahib olan və Ruhu xanımın həyat yoldaşı professor İlham Rəhimova məxsusdur. Ruhinin həyatı çox təlatümlər görüb. Həyatının ən parlaq dövrünü həmyerlisi, milyarder, dövrümüzün ən güclü siyasi fiqurlarından olan RF prezidenti Putinin dostu İ.Rəhimovla evlənəndən sonra başlayıb. O professorla uzun müddət vətəndaş nikahında yaşayıb. Böyük sərvət, bahalı həyat, dünyanın ən füsünkar guşələrinə səyahət... və s.

Ancaq bütün bu dəbdəbəli, lüks həyat tərzi müğənni ilə milyarderi heç cür tam şəkildə xoşbəxt edə bilmir. Səbəb cütlüklərin övladlarının olmamasıdır.
Cütlük övlad sahibi olmaq üçün dünyanın hər yerində şəfa axtarır. Hər dəfə də ümidsiz, üzücü xəbərlər alırlar.

İllər sonra gözlənilmədən Ruhi hamilə qalır. Bu xəbər onları şoka salmaya bilməzdi.

Amma elə gözlənilmədən də Ruhi bu şad xəbərin mükafatını ala bilmir. Cəmi iki ay sonra müğənni ilə milyarderin yolları ayrılır.

Qeyri-müəyyən səbəbdən İ.Rəhimov Ruhinin hamiləliyinə inanmır.
Ardını oxu...
Hətta onlar ayrılandan sonra professora yaxın çevrədən mətbuata ötürülməsi şübhə doğurmayan məlumatlarda Ruhinin uşağa qalmasının mümkün olmadığı bildirilirdi. Amma bu informasiyalar özünü doğrultmur və Ruhi əkiz oğlan dünyaya gətirir.

Həmin ərəfədə İ.Rəhimovun onu tək qoyması, Ruhiyə qarşı hətta düşmən mövqeyində dayanması, bu azmış kimi, o dövrün ciddi siyasi fiqurlarından olan deputat Rəbiyyət Aslanova ilə rəsmən evlənməsi müğənnini çox ciddi çətinliklərlə üzləşdirir.

Mətbuatda gedən yazılar, ətrafın münasibətindən o, həyatının və doğulacaq körpələrinin təhlükədə olduğu qənaətinə gəlir. Buna görə də Türkiyəyə gedərək, heç kimin bilmədiyi bir ünvanda yaşayır və uşaqlarını orada dünyaya gətirir.
Ən maraqlısı isə belə bir məqamda müğənninin uşaqlarına ata babalarının adını qoymasıdır.
Ardını oxu...
Belə ki, İ.Rəhimovun atasının adı Məhəmmədhəsən olub və hazırda əkizlərdən biri Məhəmməd, digəri Həsən adını daşıyır.
Mətbuatda qeyd edilən məlumatlara görə İ.Rəhimovla R. Aslanovanın evliliyi siyasi gediş idi.
Ancaq bu işdə ən müəmmalı və sirr pərdəsi hələ də açılmayan məqam İ.Rəhimovun R.Aslanova ilə niyə evlənib, niyə tez bir zamanda boşanmasıdır.
Yəni, Putinin dostu oğlu Prezident Administrasiyasında şöbə müdiri olan R.Aslanova ilə siyasi məqsədlərə çatmaq üçün evlənir.

Amma çox keçmədi ki, Nurçu qalmaqalı işində "vurulan" Elnur Aslanov vəzifədən getdi və ümumilikdə Aslanovlar çökdü və... həm də İ.Rəhimov Aslanovlarla vidalaşdı.
Ardını oxu...
Amma hələ də mübhəm olaraq qalır ki, İ.Rəhimov R.Aslanova ilə evlilikdə hansı siyasi amallarına çatmaq istəyirmiş.
Və Ruhunin ulduzu yenə tam gücü ilə parlamağa başladı. Artıq biz müğənni, aparıcı Ruhini yox yuxarıda qeyd etdiyimiz kimi, biznes ledi Ruhini görürük. Əsas məsələ isə bundadır ki, bu gün bütün aparıcı və aparıcı olamyan KİV-lərdə Ruhunin PR kompaniyası gedir.
Xeyriyyəçi biznes ledi Ruhi. Bir çox beynəlxalq təşkilatlar tərəfindən mükafatlandırılan, orden-medallar alan biznes ledi Ruhunin əcaba belə PR kompaniyaya nə ehtiyacı var? Amma onuda qeyd etmək istəyirik ki, bu mükafatları təqdim edən təşkilkatların özləri belə adlarına uyğun olmadıqları mediada vurğulanır. Bu mükafatlar hansılardır?
Bəzi media resurslarında qeyd edilən kimi: BMT ilə əlaqəsi olmayan agentliklər tərəfindən verilən mükafat. Avropada tanınmayan Avropanın “Şərəf” ordeni. “Liatris Holding”in rəhbəri “Gold faces of Azerbaijan – 2022” mükafatı. Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası ona “Türk dünyasında ilin iş adamları” fəxri adı ilə “Altın Yıldız” medalı və sairə.
Bütün bunlar bəs deyilmiş kimi, deyəsən indidə Müdafiə Nazirliyidə Ruhinin qəhrəman obrazını yaradmaqla məşğuldur.
Deyilənlərə görə Ruhi Əliyevaya “Topçu Ruhi” də deyirlər. Müdafiə Nazirliyinin icazəsi ilə 1 dəfə Tərtərdə top atıb və buda bəıs edib ki, onun qəhrəman obrazına və PR kompanoiyasına yeni ştrixlər əlavə edilsin.
Bütün bunlar isə sadəcə Ruhi Əliyevanın deputatlıq yolunda aparılan PR kompaniyadan başqa bir şey deyil.
Bu da Putinin dostu, Rusiyada milyardlarını qazanan professorun ekiz uşaqlarının atası İ.Əliyevin deputatlıq yolunda fiaskosundan sonra siyasi arenaya qayıdış cəhdidir. Bəli 5-ci kalon, Moskvanın "təsir adamları" yenədə siyasi arenada öz sözlərini demək istəyirlər.
Lakin bəzi mənbələrin verdiyi məlumata görə Ruhi Əliyeva nazir postunada gəlməyi hədəfləyə bilər. Bu gün dövlətimizin aprıcı postlarda qadınlara daha çox yer verdiyi göz qabağındadır. Nə qədər qanunlarımzda biznes əhlinin dövlət postu tutması qadağan olsada belə halların heç də olmadığını demək olmaz.
Və Ruhu sabah deputat "seçilsə" və yaz hansısa nazir postunu tutsa bu 5-ci kalonun iş başında olduğuna işarə olacaq!!
Moskva siyasi arenanıheç də boş qoymaq fikrində olmadığı hamımıza məlumdur.
İlham Rəhimovun seçki fiaskosundan sonra, deyəsən meydana Ruhi çıxıb və uğurla xalqın qarşısında təbliğ edilir!
Teref.az

 
 
 

Ardını oxu...
Yevlaxın Havarlı kənd sakini Əfqan İzzət oğlu Mustafayev rayonun və Mingəçevirin icra başçılarından şikayətçidir.

Vətəndaş Meydan TV-yə deyir ki, İkinci Qarabağ müharibəsindəki döyüşlərdə bədən üzvünü itirən oğlu Cavid Mustafayev üçün torpaq almaq istəyib.

Bunun üçün Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət edib, ona torpaq verilib: "Oğlum Cavid Mustafayev İkinci Qarabağ müharibəsində bir ayağını dizdən yuxarı itirib. 2021-ci ilin martında Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etdik ki, oğluma, Xaldan-Mingəçevir yolunun sol tərəfindən, yaşadığımız kəndin ərazisindən üç sot torpaq sahəsi versinlər. Oğlum müharibədən əvvəl avto-elektrik işləyirdi. Fikirləşdim ki, həmin ərazidə maşın sexi tikib işlədər”.

Əfqan Mustafayevin sözlərinə görə, Yevlax Şəhər İcra Hakimiyyəti istədiyi yerdən ona üç sot torpaq ayırıb: "Onlar da həmin dəqiqə bizim bələdiyyəyə göstəriş verdilər ki, həmin yeri qaziyə verin. Həmin yer çökəklik idi. Hardasa üç metrdən yuxarı dərinliyi var idi. Ətrafdakı mağazalar, obyektlər zibillərini həmin əraziyə tökürdülər. Baxımsız bir yer idi. Bizə dedilər ki, çökəkliyi torpaqla doldurun, abadlaşdırın. Rayonun elektron xəritəsi iki-üç aya gələn kimi sizə çıxarış verəcəyik”.

Şikayətçi deyir ki, doqquz ay ərzində bir neçə dəfə çıxarış almaq üçün icra hakimiyyətinə gedib.

Hər dəfəsində də ona torpağın artıq ona aid olduğunu deyiblər: "2021-ci ilin sonuna kimi üç-dörd dəfə maraqlandım, soruşdum, dedilər ki, xəritə gəlməyib. Sən get, işində ol, ora sənindir. Mən də beş min manatdan çox xərc çəkib, həmin çökəkliyi torpaqla doldurdum, düzləşdirdim. Mən oranı düzəldəndən sonra kənardan yaxşı göründü. Bundan sonra Mingəçevirin icra başçısı, bələdiyyə sədri və memarı gəldilər ki, bu ərazi Mingəçevirə aiddir. Mingəçevirin icra başçısı, bələdiyyəsi və memarı mənə dedilər ki, sənin oğlun Yevlax qazisidir. Yevlaxda qeydiyyatdadırsa, get torpağı oradan da götür”.

Əfqan Mustafayev baş verənlərdən sonra Yevlaxın icra başçısı Anar Tağıyevin qəbuluna gedib.

Vətəndaş deyir ki, eyni sözləri – torpağı Mingəçevir ərazisində olmasını Yevlaxın icra başçısı da ona etiraf edib: "Başçı mənə dedi ki, qanuna əsasən, ərazilərin dövlət reyesterinə daxil edilməsi və onlara şəhadətnamənin verilməsi Milli Məclis tərəfindən həyata keçirilir. Həmin ərazi də 2018-ci ildə Milli Məclisin sədrinin imzası ilə Mingəçevirə verilib. Başçıdan soruşdum ki, əgər ərazi 2018-ci ildə Mingəçevirə verilmişdisə, 2021-ci ildə niyə məni bu qədər ziyana, əziyyətə salırdınız? Mən həmin ərazidə dörd-beş ay iş görmüşəm. Xeyli pul xərcləmişəm. Başçı dedi ki, ərazinin Mingəçevirə aid olduğunu bilməmişik. Dedim ki, necə yəni bilməmisiniz. Siz rayon təhvil götürmüsünüz, rayonun icra başçısısınız. Siz bilmirsiniz ki, rayon hardan başlayır, harada qurtarır? Cavabında dedi ki, biz sənin oğluna yaxşılıq etmək istəyirdik, alınmadı".

Əfqan Mustafayev qeyd edib ki, həmin hadisədən sonra Yevlax Şəhər İcra Hakimiyyəti ona rəsmi məktub ünvanlayıb: "Məktubda qeyd olunub ki, həmin ərazi 2018-ci il Milli Məclisin sədrinin imzası ilə Mingəçevirə verilib. Əlavə olunurdu ki, həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün Mingəçevir şəhər bələdiyyəsinə müraciət etməliyəm. Məktubdakı reyester nömrəsinə əsasən Mən Milli Məclisə sorğu göndərdim. Sorğuya cavab gəldi ki, 1979-cu ildə tərtib edilmiş Azərbaycan SSRİ-nin inzibati bölgüsünə əsasən, Havarlı kənd sovetinin tərkibindəki Havarlı kəndi Yevlax rayonunun inzibati ərazi bölgüsünə daxil edilib”.

"2018-ci ildə Havarlı kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilib. Məktubda daha sonra bildirilir ki, Havarlı kəndinin iki hissəyə bölünərək, Mingəçevir şəhərinin ərazisinə verilməsi barədə Milli Məclisinin qanunvericilik bazasında heç bir məlumat yoxdur”, - deyə o əlavə edib.

Vətəndaş bildirir ki, Milli Məclisdən aldığı məktubu Yevlax Şəhər İcra Hakimiyyətinə təqdim edib: "İcra hakimiyyətində mənə dedilər ki, ərazinin Mingəçevirə aid edilməsi ilə əlaqədar sənəd ola bilsin, Milli Məclisdə yoxdur. Dedim ki, siz nə danışırsınız? Milli Məclisin imzası ilə olan sənəd qanunvericilik bazasında necə olmaya bilər. Milli Məclisin məktubunu Yevlax Şəhər İcra Hakimiyyətinə təqdim edəndən sonra onlardan mənə cavab gəldi ki, 17 saylı Yevlax Ərazi İdarəsinin elektron məlumat bazasında torpağın Mingəçevirə aid kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olmasına dair məlumat var. Ərazi də Yevlax bələdiyyəsinin sərhədlərindən də kənarda yerləşir”.

Şikayətçi Yevlax Rayon Prokurorluğuna da müraciət etdiyini bildirib.

Ona məhkəməyə müraciət etməyi tövsiyə ediblər: "Deyirlər ki, məhkəməyə müraciət et, niyə sənədsiz torpaq götürmüsən, çiy iş görmüsən? Dedim ki, hər yoldan ötənə inanmamışam. Mən Prezident İlham Əliyevin etimad göstərib, rayona başçı təyin etdiyi adamın sözünə inanmışam. Bu, yalançıdırsa, məni də aldadırsa, deməli, prezidenti də aldadır”.

"Mənə başqa bir yerdən torpaq təklif edirlər. Müqayisə edim, elə bil, mənə deyir ki, "İçərişəhər”də ikiotaqlı təmirli evini Lökbatandakı ikiotaqlı təmirsiz evə dəyiş. Mənə neçə kilometr kənarda yenə çökəklikdə olan bir sahəni verir. Mən elə Mingəçevir-Xaldan yolunun qırağındakı çökəklikləri doldura-doldura getməliyəm? Elə bura xərc çəkmişəm də. İstədiyim ərazidə neft, qızıl yataqları, hərbi obyekt yoxdur. Kommunikasiya xətti keçmir. Torpağı bizə vermirlər, başımıza oyun açırlar”, - deyə o söyləyib.

Yevlax Şəhər İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev Meydan TV-yə bildirib ki, Ceyhun Mustafayev həmin ərazidə icazəsiz abadlıq işləri aparıb: "Qazimizə Havarlı bələdiyyəsindən torpaq təklif olunub. Lakin həmin torpaqdan imtina edib. Özü gedib, hazırda söhbət gedən yerdə abadlıq işləri aparıb. Sonradan da sənədləşmə məsələsi ortaya çıxandan sonra inzibati ərazinin Mingəçevir şəhərinə aid olması məlum olub. Mingəçevir Şəhər İcra Hakimiyyəti onlara dəfələrlə rəsmi və şifahi şəkildə bildirib ki, Mingəçevirin giriş qapısının ərazisinə yaxın olduğuna görə – orada park yaradacaqlar- həmin torpağın onlara verilməsi mümkün deyil”.

Şöbə müdiri həmçinin əlavə edib ki, Havarlı bələdiyyəsi Cavid Mustafayevə sahibkarlıqla məşğul olmaq üçün kənd ərazisindən alternativ yer təklif edib. Lakin vətəndaş bundan imtina edib: "Qazimiz razılaşmır. Deyir ki, sırf iddia etdiyim yeri istəyirəm”.

Mingəçevir Şəhər İcra Hakimiyyəti və 17 saylı Yevlax Ərazi İdarəsi məsələyə münasibət bildirməyib.

Ardını oxu...
 
Ardını oxu...
Bu gün Gəncə şəhərinin Sevinc qəsəbəsi adlanan ərazisində (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən çoxlu torpaq sahələri mövcuddur.Amma son illər bu sahəyə məsul olan olan vəzifəli şəxslər özbaşına tutulmuş torpaq sahələrinə nədənsə göz yumurlar.
Sevinc qəsəbəsi ərazisində torpaq sahəsinin zəbt edilməsi ilə bağlı Dünyanınsəsi.Az saytına ərazidə yaşayan sakinlər tərəfindən şikayət daxil olub.
Qəsəbə sakinləri göndərmiş olduqları şikayətlərində qeyd edirlər ki, bir neçə aydır ki, bir nəfər işbaz yarım hektardan (0.50 ha) çox ərazini öz dədə malısı kimi zəbt edib.

Bu haqda sakinlər aidiyyatı orqanlara məlumat versələr də heç bir rəsmi tədbir görülmədiyini qeyd edirlər.
Torpaq zəbti hallarının qarşısının alınması üçün bələdiyyələr qanunsuz istifadə edilən torpaq sahələrinin geri qaytarılması üçün zəruri tədbirlər görməyə borcludurlar. Qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahələrinin aidiyyəti üzrə geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına, o cümlədən məhkəməyə müraciət edilə bilər.Amma bu gün özbaşına tutulmuş torpaq sahəsi ilə bağlı ərazinin Bələdiyyə sədri ağzına su alaraq susur.
Məhz buna görədə qəsəbə sakinləri mətbuat vasitəsi ilə hüquq- mühavizə orqanlarının rəhbər şəxslərindən tələb edirlər ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsi Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmasına köməkdarlıq etsinlər.
Bələdiyyə torpaqlarının özbaşına tutularaq istifadə olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.
Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni, torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud, həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla mane olma min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır.
Redaksiya olaraq inanırıq ki,Torpaq zəbti hallarının qarşısının alınması üçün Gəncənin hüquq mühavizə orqanlarının bu sahəyə məsul şəxləri zəruri tədbirlər görməklə sözügedən zəbt olunmuş torpaq sahəsini geri qaytaracaqdır.
Dünyanınsəsi.Az

      
Ardını oxu...
Qubanın Digah kəndində yüzlərlə məktəbli hər gün təhlükə ilə üz-üzə qalır. Məktəbin qarşısında piyada nişanı olsa da, yolda zolaq yoxdur.

Redaktor.az xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, həmin yolda dəfələrlə bədbəxt hadisə baş verib:

“Bir həftə qabaq 3-cü sinif şagirdini maşın vurub, ayağı sınıb, xəstəxanadadır. Kənd içində sürətin məhdudlaşdırılmasını xahiş edirik”.

Bəs görəsən, məktəbin qarşısındakı problem nə zaman həll olunacaq?

 
Ardını oxu...
Hər gün Naxçıvandan xeyli şikayət məktubları alıram. Bəzən baş o qədər qarışır ki, onları bir yerə toplayıb oxuya da bilmirəm. Dolayısıyla bir çox məktublar yayımlanmamış qalır. Buna görə dəyərli izləyicilərimdən üzr istəyirəm.
Aprelin 19-da mənə göndərilən bu məktubu isə dərc etməyə bilmədim. Çünki çox gözəl yazılmışdı və üslubunu xeyli bəyəndim. Hiss olunur ki, bunu yazan tələbə gələcəkdə bacarıqlı bir qələm əhli olacaq. Hətta deyərdim ki, onu indidən bu cür adlandırmaq olar.
Əlavə şərhə yol vermədən məktubu olduğu kimi siz dəyərli oxucularla paylaşıram.
"Salam. Hər vaxtınız xeyir olsun, Heydər bəy.
Mən Naxçıvanda yaşayıram və Naxçıvan Müəllimlər İnstitunun tələbəsiyəm. Biraz institumuz haqqında sizə danışmaq istədim.
Digərlərindən fərqli olaraq, institumuzda rektor vəzifəsində duran şəxsi “padşah” adlandırırıq. Bir sıra tələbə və müəllimlər olaraq.
Təəssüf ki şəhərimizdə inkişaf edən sistemə görə insanlar haqlarını bilmir, bilənlər isə tələb etməyə qorxur. Hər kəs başını aşağı salıb, “ əşi, mənim nə işimə, mən kiməm ki? Onlar vəzifə adamlarıdı, mənə söz demək düşməz” deyir.
Bir sıra təhsil müəssisələrində olduğu kimi bizim müəssisədə də rüşvətə açıq bir şəkildə yol verilir. Bununla bərabər ona göz yumanlara böyük haqsızlıqlar edilir.
Bir qrup yoldaşım var, bir semestr, hətta bir il boyu üst - üstə 1 ay dərsə gəlib. İmtahan günü baxırıq ki, əziz yoldaşımız 82 bal toplayıb və bundan narazıdır. Daha çox olmalı imiş. Digər bir tələbəmiz isə atası sayəsində çox yaxşı universitet həyatı sürür.
Padşahımız gördü ki, tələbələr bu haldan narazıdır. Sağ olsun, yoldaşımızı institut tədbirlərinə yönəltdi. Artıq dərsə gəlmədiyi halda yüksək qiymət alanda, “ O tələbə institutun tədbirlərində fəal iştiral etdiyinə görə onu ‘ötüşdürürük’ “ deyirlər.
Fakültəmizə Arif Ağalarovdan sonra yeni dekan gəlib. Yəqin, çox savadlı və bilgili imiş ki, padşahımız onu uyğun görüb. Amma, təəssüf ki, müəllimlər və tələbələrlə danışmaq qaydasını çox bilmir, öyrətmək lazımdır. Bir dəfəsində, mənə qalstukum yerində olmadığı üçün “sən küçə uşağısan, bunu hansı küçədən tutub gətirmisiniz?!” dediyi də olmuşdu. Allah ömrünü artıq etsin, padşahımız hələ də onun dekan qalmasını dəstəkləyir.
Başım çıxmır, biz instituta niyə arxa qapıdan girməliyik? Elədisə, “Padşahımız” təvazökarlıq edib xalqın qapısından girmək yerinə niyə sadəcə ön qapıdan girir? Və qapı sadəcə onun girib çıxdığı zamanlarda açıq, qalan vaxtlarda kilidli olur.
Mövzudan mövzuya çox tez keçdiyimin fərqindəyəm, buna görə üzrlü sayın, ürəyim biraz doludur.
Şikayət qutusu yaradıblar, tələbələr şikayətlərini anonim şəkildə yazıb qutuya atır. “Sandıq padşahımızın birbaşa qarşısına göndərilir. “Əleyhlərinə olan bir mövzu olanda, kollokvium dəftərlərindən yazıları uyğunlaşdırırlar ki, görəsən bunu yazan kimdir? Qınamıram, yəqin, anonim sözünün anlamını bilmir. Yox, bir çox şeyi bilmir, əfvinizə sığınaraq bildirirəm, müəllimlərin iclasında, o qədər topluma, müəllimlərə, pedaqoqlara deyir ki, “ siz eşşəksıvız”..
Daha çox danışmaq istəyərəm, inşallah, bir gün sizinlə görüşüb bundan belə ətraflı məlumatlar verərəm. Gecəniz xeyrə qalsın".
Heydər Oğuz
Teref.az

Dünyapress TV

Xəbər lenti