Ardını oxu...
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərərçəkənlər üçün mənzillər inşa edəcək. Qeyd edək ki, “Azərbaycan” adlı qəsəbədə 1000 mənzil və sosial binalardan ibarət tikililər olacaq.
Azərbaycan Respublikasının adından inşa olunacaq qəsəbənin salınmasının fəaliyyətində korrupsiya izi olan və bir çox qalmaqallarda adı keçən MİDA-ya həvalə olunması isə təəccübə səbəb olub.
Buna səbəb isə MİDA tərəfindən inşa olunan binaların keyfiyyətsiz olmasıdır.
Elə MİDA -nın Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərlərdə ciddi infrastruktur problemləri çıxıb.
Sakinlərin sözlərinə görə, binadakı əksər mənzillərdə elektrik xətləri sıradan çıxıb. Nəticədə aylıq kredit ödəyən sakinlər əlavə yük altına girərək, mənzillərinin elektrik xətlərini yenikləyib.
Bu isə həmin mənzillərdə əlavə işlərə səbəb olub.
İddialarda o da bildirilir ki, MİDA rəhbəri Sadıq Sadıqovun təkcə yaşayış kompeksində liftlərin alınması üçün külli miqdarda vəsaiti talan etdiyi bildirilir.
Onun şübhəli tender əməliyyatları ilə bağlı iddialar da çoxluq təşkil edir.
MİDA ilə bağlı ən böyük qalmaqal isə sosial mənzillərin satışı zamanı ortaya çıxıb. Belə ki, MİDA-nın mənzil satışı prosesinə müdaxiləsi aşkarlanıb.
Bu işlə bağlı hələ də DTX-da istintaq davam edir.
Sadıq Sadıqovun Azərbaycan adına Türkiyədə həyata keçirəcək layihəni nə dərəcədə uğurlu davam etdirəcəyini isə zaman göstərəcək.
Gununsesi.info
 
Ardını oxu... ·
(ardı)
Əvvəli burda: (https://teref.az/gundem/280306-amea-sefi-ile-aak-sedri-arasindaki-dozum-ferqi-.html)
Dedim, yox, Bədəsil, yanılırsan. İ.Həbibbəyli haqqında illərdir, tənqid yazıram, hətta efirdə çıxış edirəm, amma onun bu qəbil etik kandarı aşan davranışının (söyüş, təhdid mesajları yazdırmasının) şahidi olmamışam, hərçənd ki, bəzi üzdəniraq akademşəbəkə fəalları belə işləri peşəyə çeviriblər. İ.Həbibbəylinin tənqidə tolerant yanaşması da göz qabağındadır. Hətta bu keyfiyyətindən yararlanıb tənqid qələmini onun üzərində sınayanlar da az deyil. Halbuki o müntəqidlərin qulaqlarının dibində, gözlərinin önündə vecsiz, vicdansız, vəzifəsindən sui-istifadə edib varlanan, dövlət malını yeyən, mülklər yığan, elmi, təhsili bərbad günə qoyan neçə-neçə akademik, rektor, prorektor, institut direktoru və s. var. Zərrə qədər dövlətçilik şüurunuz, milli qeyrətiniz varsa, öz işlədiyiniz müəssisədəki o zorbaları tənqid etməkdən başlayın! Haqq söz deyib haqbaz obrazı yaratmaq xatirinə təhlükəsiz hədəf axtarmayın! Niyə çapıb talayan, tələbənin müəllimin haqqını əzən bosunuz haqqında bir kəlmə demirsiniz? Canınızı alar, hə?! Əlbirsiniz, deyilmi?!
Bəli, onu deyə bilərəm ki, İsa Həbibbəyli, özlərinə zərrə qədər arxayın olmayan digər vəzifə və səlahiyyət bosları kimi kampaniyaçılıq etmir, troll dəsətəsi saxlamır. Hətta ona trolluq etmək istəyənlərə də mənfi cavab verdiyindən xəbərdaram.
Mənim İsa Həbibbəyli ilə ilə heç bir şəxsi problemim olmayıb və yoxdur, əksinə, o şəxs həmişə ünvanıma tərifli sözlər deyib, müəyyən proseduralarda lehimə səs verib, öz sözü ilə desək, mənə həmişə "yaxşılıq" edib. Lap tutaq ki, mənə şəxsən yaxşılıq edib. Məgər bu yaxşılıq ona əsas verir ki, mən dövlət və milli maraqların ayaqlar altına salınmasına, gözümün qabağında büdcənin talanmasına, övladlarımızn “elm” adı altında şikəst edilməsinə və s. lal, kar və kor olum?! Mən işlədiyim qurumda qanusuzluqların baş alıb getdiyini görə-görə həmin qurumun rəhbəri və cavabdeh şəxsi, məsələn, akademik İsa Həbibbəylini tənqid etməyim?! Ona görə ki, mənə "yaxşılıq" edib?! Belə primitiv təfəkkür tərzinə sahib olmağı milli dəyərlərə hörmətlə yanaşan, şərəf və ləyaqəti uca tutan vətəndaş özünə sığışdırarmı?!
Bəlkə Azərbaycan reallığında səhv edirəm? Bəlkə mən də “yaxşılığ”a boyun əyib dəstə və qrup maraqlarına, məhz akademik şəbəkəyə xidmət etməməkdə yanlış yapıram? Əsla! Mən Azərbaycanın – qəbilə təfəkkürlü vəzifəli-vəzifəsiz şəxslərdən xali olmasa da - getdikcə möhkəmlənən DÖVLƏT olduğuna bütün varlığımla inanıram və ona da inanıram ki, gözlər və zehinlər açıldıqca, bəsirətlər nurlandıqca, ağıl və məntiq cilalandıqca belə ibtidai düşüncəli, zibillə və qanla qidalanan barbarlar sıradan çıxacaq, xüsusən, elm və təhsil müəssisələrində, dövlət qurumlarında, ümumən bütün ölkədə sivil və demokratik dövlətçilik şüuru zəfər çalacaq!
PS. Dosent Əbdülzadəyə xatırladıram ki, söyüş və təhdid mesajları ilə 2021-ci ilin may ayında və 2023-cü ilin aprel ayında qarşılaşmışam. Hər iki hal Ali Attestasiya Komissiyasının sədri Famil Mustafeyev barəsində tənqidi yazı yazdıqdan dərhal sonraya təsadüf edir. Hətta AAK sədri barəsindəki sonuncu tənqidi yazım sayta getdikdən bir neçə saat sonra dərhal yığışdırtırılıb (18.04.23). Halbuki kontrastiv yanaşma sərgilənən o yazıda həqiqətləri görməyə çağırış var idi...
Idris Abbasov
Teref.az

Ardını oxu...
VİCDANIN ÇAT VERMƏSİ: VECSİZLİK, BİGANƏLİK...

Qonşu institutda çalışan dosent Bədəsil Əbdülzadə bu gün dəhlizdə mənə yanaşıb hal-əhval tutduqdan sonra dedi: "Müəllim, eşitdim, səhifənizə hücum olub, feyk profillərlə söyüş və təhdid mesajları göndərilib".
Sirr söyləyəcək kimi səsini qısıb ağzını sağ qulağıma dayayaraq pıçıltı ilə davam etdi: "Yəqin bu işin təşkilatçısı İsa müəllim olar, axı siz onu çox tənqid edirsiniz".
Deyirəm, ay Bədəsil, mən İsa Həbibbəylini AMEA-da Humanitar Elmlər sahəsi üzrə bir vitse-prezident, indi də AMEA prezidenti kimi, üstəlik, mənəvi borcu olan bir alim-akademik qismində tənqid edirəm. Hesab edirəm ki, o, AMEA-nın vitse-prezidenti, hazırda sözügedən qurumun prezidenti, deputat və s. kimi vəzifə məsuliyyəti, alim-akademik kimi isə, ən azı, mənəvi məsuliyyət daşıyır.
Mən İsa Həbibbəylidən nəinki məlum plagiat kitabda adını Baş redaktor yazanları mükafatlandırmağın, həmçinin ölkə Prezidentinin vaxtilə akademiyaya ayırdığı iki milyonun (hərçənd ki, bu vəsait haqqında Prezident Sərəncamı İ.Həbibbəylinin vitse-prezident olmasından bir neçə ay və ya 1 il əvvəl verilib) taleyini, son 10 ildə dövlətdən iş görmək adı ilə təkcə bir instiut tərəfindən qoparılan yüz minlərlə, milyonlarla qrantların, pul mənimsəmək məqsədilə görülən başdansovdu işlərə külli miqdarda dövlət vəsaitinin xərclənməsinin, namuslu əməyə qiymət verilmədiyi halda, dövlətin pulu ilə nəşr olunan saxta kitabların təqdimatını keçirib dövləti və xalqı aldatmaların, alim adına yaraşmayan fırıldaq və alverin tüğyan etməsinin, dost və qrup maraqlarının təmin edilməsi naminə üzəduran, iftiraçı, riyakar, cibgir, havayı pula dadanmış pensionerlərin elm müəssisəsinə yığılmasının, qeybət və intriqa mühitinin çiçəklənməsinin, dostbazlığın, dəstəbazlığın, elmi mühitdə alim cildinə girmiş işbazların, "dissertant ovu"na çıxıb elmin, mənəviyyatın gözünü kor edən dərəcəli, titullu alim-üləmanın şəbəkələşib milli maraqlar üçün təhlükəyə çevrilməsinin, daha nələr və nələrin hesabını soruşmuşam və soruşmaqdayam. Bütün bu neqativlərin dərdini çəkmək İsa Həbibbəylinin vəzifə borcu və hesab edirəm ki, mənim də bir elm adamı kimi vətndaşlıq borcumdur, hərçənd ki, həqiqətləri söyləməyin müqabilində kasıb və çətin həyat tərzinə qatlaşmalı və Əzraili gözləməkdən məmnunluq duymalı oluram. Axı "həm haqdan deyim, həm də yeyim"in aqibəti heç də yaxşı olmur. Onsuz da ölkə alim riyakarlığından çox əziyyət çəkir...
Danışdıqca dosent B. Əbdülzadə dediklərimi sözbəsöz başı ilə təsdiqləyirdi. Müdaxilə edərək dedi: "İndi yüz faiz əmin oldum ki, sənə söyüş və təhdid mesajları İsa Həbibbəylidən gəlir!"
Dedim, yox, Bədəsil, yanılırsan...
***

Dedim, yox, Bədəsil, yanılırsan. İ.Həbibbəyli haqqında illərdir, tənqid yazıram, hətta efirdə çıxış edirəm, amma onun bu qəbil etik kandarı aşan davranışının (söyüş, təhdid mesajları yazdırmasının) şahidi olmamışam, hərçənd ki, bəzi üzdəniraq akademşəbəkə fəalları belə işləri peşəyə çeviriblər. İ.Həbibbəylinin tənqidə tolerant yanaşması da göz qabağındadır. Hətta bu keyfiyyətindən yararlanıb tənqid qələmini onun üzərində sınayanlar da az deyil. Halbuki o müntəqidlərin qulaqlarının dibində, gözlərinin önündə vecsiz, vicdansız, vəzifəsindən sui-istifadə edib varlanan, dövlət malını yeyən, mülklər yığan, elmi, təhsili bərbad günə qoyan neçə-neçə akademik, rektor, prorektor, institut direktoru və s. var. Zərrə qədər dövlətçilik şüurunuz, milli qeyrətiniz varsa, öz işlədiyiniz müəssisədəki o zorbaları tənqid etməkdən başlayın! Haqq söz deyib haqbaz obrazı yaratmaq xatirinə təhlükəsiz hədəf axtarmayın! Niyə çapıb talayan, tələbənin müəllimin haqqını əzən bosunuz haqqında bir kəlmə demirsiniz? Canınızı alar, hə?! Əlbirsiniz, deyilmi?!
Bəli, onu deyə bilərəm ki, İsa Həbibbəyli, özlərinə zərrə qədər arxayın olmayan digər vəzifə və səlahiyyət bosları kimi kampaniyaçılıq etmir, troll dəsətəsi saxlamır. Hətta ona trolluq etmək istəyənlərə də mənfi cavab verdiyindən xəbərdaram.
Mənim İsa Həbibbəyli ilə ilə heç bir şəxsi problemim olmayıb və yoxdur, əksinə, o şəxs həmişə ünvanıma tərifli sözlər deyib, müəyyən proseduralarda lehimə səs verib, öz sözü ilə desək, mənə həmişə "yaxşılıq" edib. Lap tutaq ki, mənə şəxsən yaxşılıq edib. Məgər bu yaxşılıq ona əsas verir ki, mən dövlət və milli maraqların ayaqlar altına salınmasına, gözümün qabağında büdcənin talanmasına, övladlarımızn “elm” adı altında şikəst edilməsinə və s. lal, kar və kor olum?! Mən işlədiyim qurumda qanusuzluqların baş alıb getdiyini görə-görə həmin qurumun rəhbəri və cavabdeh şəxsi, məsələn, akademik İsa Həbibbəylini tənqid etməyim?! Ona görə ki, mənə "yaxşılıq" edib?! Belə primitiv təfəkkür tərzinə sahib olmağı milli dəyərlərə hörmətlə yanaşan, şərəf və ləyaqəti uca tutan vətəndaş özünə sığışdırarmı?!
Bəlkə Azərbaycan reallığında səhv edirəm? Bəlkə mən də “yaxşılığ”a boyun əyib dəstə və qrup maraqlarına, məhz akademik şəbəkəyə xidmət etməməkdə yanlış yapıram? Əsla! Mən Azərbaycanın – qəbilə təfəkkürlü vəzifəli-vəzifəsiz şəxslərdən xali olmasa da - getdikcə möhkəmlənən DÖVLƏT olduğuna bütün varlığımla inanıram və ona da inanıram ki, gözlər və zehinlər açıldıqca, bəsirətlər nurlandıqca, ağıl və məntiq cilalandıqca belə ibtidai düşüncəli, zibillə və qanla qidalanan barbarlar sıradan çıxacaq, xüsusən, elm və təhsil müəssisələrində, dövlət qurumlarında, ümumən bütün ölkədə sivil və demokratik dövlətçilik şüuru zəfər çalacaq!

P. S. Dosent Əbdülzadəyə xatırladıram ki, söyüş və təhdid mesajları ilə 2021-ci ilin may ayında və 2023-cü ilin aprel ayında qarşılaşmışam. Hər iki hal Ali Attestasiya Komissiyasının sədri Famil Mustafeyev barəsində tənqidi yazı yazdıqdan dərhal sonraya təsadüf edir. Hətta AAK sədri barəsindəki sonuncu tənqidi yazım sayta getdikdən bir neçə saat sonra dərhal yığışdırtırılıb (18.04.23). Halbuki kontrastiv yanaşma sərgilənən o yazıda həqiqətləri görməyə çağırış var idi...

İdris Abbasov - professor
DİA.AZ

Ardını oxu...
DİA.AZ: - Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) Tələbə Həmkralar İttifaqı Komitəsinə kənardan - Gəncə Dövlət Universitetindən kadr gətirilməsi ADAU-da birmənalı qarşılanmayıb. DİA.AZ bildirir ki, hətta etirazlar var və bu seçkilər kifayət qədər şübhəli elan olunmaqla yanaşı, bu işdə korrupsiya izinin olması da iddia olunur.

Bununla bağlı dia.az-a göndərilən məqalədə deyilir: "Aqrar Universitetin müəllim professor tələbələri müstəqilliyimiz dövründən dövlətimizin siyasətini dəstəkləyən, zəhmətkeş, xüsusi istiqamətli bir ziyalı ordusudur. Son illər bu universitetin kadr cəhətdən bəxti dönüb. Son 15 ildə kənardan gələn əndrəbadi üslublu rektorların (arada "sapı özümüzdən olan balta" - İbrahim də oldu) kəsici-çapıcı əməlləri sayəsində universitetin bu zəhmətkeş təvazökar kollektivi acınacaqlı günlərini yaşayır.

Bu təzə gələn rektorda sələflərinin əməllərinə əlavə etməyə bir şey tapmayıb, düşüb tələbə heyətininin - birliklərinin canına.

Soruşan yoxdur ki, ay Səttar Möhbalıyev, bu universitetin divarları arasında yetişən, tələbələrinin dərdi-sərini bilən bir istedadlı gənc tapılmadımı ki, əsgərlikdən yayınmış Bəşir Bağırzadənin tapıntısı olan Gəncə Dövlət Universitetini (pedaqoji) bitirmiş, nədənsə beyninə aqrar mütəxəssis olmaq sevdası düşmüş bir şəxsi gətirib qeyri-qanuni yolla ADAU-nin THİK sədri seçdirirsən?

Sayın Zəfər Qurbanov "qanun" deyəndə yer-göy silkələnir. Budurmu qanun, ay legioner rektor?

İşbaz, hərbi xidmətə getməmək üçün özünü xəstəliyə vuran Bəşir Bağırzadənin diktəsi ilə "canım-ürəyim" dediyin, göz qırpımında hər an vətən yolunda canından keçməyə hazır olan tələbələrimizin haqqına girmək onları aşağılamaq deyilmi?"

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Bakı (Az 1072) Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev7/19,mən.,141- ünvanda yaşayan Məmmədova Gülsüm Əsgər qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bir daha xatırlatmaq istərdim ki, Naxçivan Muxtar Respublikasında Talıbov Vasif və Məhərrəm qardaşlarının törətdiyi cinayətlərin sayı-hesabı yoxdur və olmayacaqdır da. Bu dəstənin əlindən əziyyət çəkən Naxçıvanda yaşayan minlərlə ailələrdən biri də bizim ailəmiz olub. Belə ki, 1957-ci ildə Naxçivan şəhərində anadan olmuş həyat yoldaşım Məmmədov Vahid Rza oğlu 1984-cü ildə Heydər Əliyev prospekti 17-də tikilib istifadəyə verilmiş "Təbriz" hotelinin yanındakı "Təbriz" restoranında 1983-cü ildən 1989-cü ilə kimi əsas işçisi kimi sənədləşdirilərək işləmiş, daha sonra isə1990- 2003-cü ilin dekabrın 26-dək tək sahibi olmuşdur. Vahid "Təbriz" restoranını yenidən qurmuş, bütün lazım olan avadanlıqlarla, mebellərlə, xalçalarla tam təchiz etmişdir. 1993-cü ilədək restoran kimi fəaliyyət göstərsə də, 1994-2004-cü ilədək bu restoran Naxçivan şəhərində ən böyük ( 600 yerlik ) şadlıq evi kimi də fəaliyyətini davam etdirmişdir.

Vahidin restoranı 1990-1993-cü illər ərzində Ulu Öndərin şəxsi tapşırığı əsasında Naxçivana gəlmiş rəsmi qonaqlara da xüsusi xidmətlər göstərmişdir, tədbirlərin keçirilməsinə şərait yaratmışdır. Bunun üçün Vahid müəllim Almaniyadan dəyəri 20000 dollara olan xüsusi çılçıraqlar, İrandan ən böyük ölçülü, bahalı xalılar, Rusiyadan böyük gücə malik generatorlar, avadanlqlar gətirib şadlıq evini təchiz etmiş, zənginləşdirmişdir. Elə həmin şadlıq evində Vasif Talıbovun bacısının, qardaşının da toy məclisləri təşkil edilmişdir. Lakin çox təəsüflər olsun ki, 2003-cü ilin dekabrın 26-da növbəti toy mərasiminin keçirilməsinə hazırlıq görüldüyü zaman Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov bir dəstə qolu zorlu qoçularla şadlıq evinə daxil olaraq işləri dayandırmış və şəxsi heyətin dərhal restoranı tərk etmələri tələb olunmuşdur. Qapılar içəridən bağlanmış və Məhərrəmin 10 nəfərlik quldur dəstəsi soyğunçuluğa başlamışdır. Yəni, seyfdə olan bütün sənədlər, pul, şəxsi əşyalar yağmalanmış və bu günə qədər özündə cəsarət tapıb qaytarmamışdır. Elə həmin günü quldur dəstəsi restoranın bütün qapılarının kilidlərini dəyişmiş, təyin etdikləri özlərinə məxsus mühafizəni gücləndirmişlər. Təlaşa düşən restoran işçilərinə və kimsəyə heç bir açıqlama vermədən zoraçılıqla şadlıq evini ələ keçirmişlər.

Xatırladaq ki, uzun müddət Vahid Məmmədov "Təbriz" restoranını işlətdiyinə görə Naxçıvanda bütün sakinlər tərəfindən o "Təbriz Vahid" ləqəbilə tanınırdı. Belə bir zoraçılıq və əmlakının Talıbovlar tərəfindən ələ keçirilməsindən sonra 2004-cü ilin əvvəlində ona edilən müxtəlif təzyiqlərdən sonra Vahid Məmmədov evini-eşini tərk edərək Naxçivandan Bakıya köçməli olmuşdur. Bu dəhşətli hadisədən sarsılan Vahid ürək əməliyyatı keçirmiş, şəkər xəstəliyinə tutulmuşdur. Vahidə təzyiqlə onun Naxçivanda yerləşən ata yurdu olan evini də məcbur edib dəyər dəyməzinə satdırmışlar ki, bir daha Naxçivana qayıtmaq fikrinə düşməsin. 2016-cı ilin əvvəlində Vahid qəfil olaraq 59 yaşında dünyasını dəyişmişdir.

Çoxhörmətli, cənab Prezident Bir daha nəzərəinizə çatdırmaq istəyirik ki, ailəmizin büdcəsi və uzun müddət sahibkarlıq fəaliyyəti zamanı əldə etdiyi və qurub yaratdığı "Təbriz" restoranının genişləndirlməsi, təchizatı, işçilərin saxlanması, təmiri, və s. işlərin görülməsi üçün qurub yaratdığı bir obyektin Talıbov Vasif və Məhərrəm tərəfindən heç bir səbəb göstərilmədən zoraçılıqla əlindən alınması ailəmizə məxsus şəsxi mülkiyyətə və mənəviyyata qəsb hesab olunur.

Biz Vahidin ailəsi olaraq 25 dekabr və 5 fevral 2023-cü ildə şikayət ərizəsilə respublikanın yuxarı direktiv orqanlarına təkrar müraciətlər edərək tədbir görülməsini xahiş etmişdik. Sağ olsunlar DTX-dan maraqlanıblar. Bir neçə gün əvvəl isə Naxçıvan Məclisindən və Prokurorluğundan zəng edib məsələni müzakirə ediblər. Doğrudur, orqanların bu istiqamətdə işlər gördükləri bildirilmişdir. Və qeyd edilmişdir ki, aparılmış arxiv araşdırmaları zamanı da bir daha sənədlər üzrə təsdiqini tapmışdır ki, sözügedən "Təbriz" rəhmətlik Vahid Məmmədovun balansında olmuş, xidmət göstərmişdir. Yenicə əldə etdiyimiz arxiv arayışında qeyd edilir: “Naxçivan İqtisadiyyat Nazirliyinn auksionunda satılan obyektlər kitabından məlum olmuşdur ki, Naxçıvan şəhəri, Çəbnlibel məhəlləsi, bina 5-də, mənzil 1-də yaşayan Məmmədov Vahid Rza oğlunun adına olan “Təbvriz” restoranı avadanlıqları ilə birlikdə 28 .11.1997-I il tarixli, 37 N-li protokolla adına özəlləşdirilmişdir.”

Bizim ailəyə o da məlum oldu ki, “Təbriz” restoranı, indiki “Zümrüd” restoran kafesi Məhərrəm Talıbovun qaynı olan Nərimanın adına 2007-ci ildə qanunsuz olaraq çıxarış verilmişdir. Yəni, formalism xatirinə heç Vahiddən rzılıq ərziəsi də alınmamışdır. Saxtakar quldur dəstəsi o qədər özünə güvənib ki, ağına bozuna baxmadan bu illər ərzində Naxçıvanda 3600 bizim kimi fiziki və hüquqi şəxslərin obyektlərini zorakılıqla ələ keçirmişlər.

Çox təəssüflənirik ki, V.Talıbov hegemonluğuna Naxçıvanda rəsmən son qoyulsa da, bu dəstənin təyin etdikləri orqanlar talıbovlarla bağlı şikayətləri (bizim şikayət də daxil) araşdırmağa cürət tapa bilmirlər. Digər Talıbov kadrları da şikayətlərimizi sabotaj edirlər. Və canlarını qurtarmaq üçün gedin məhkəməyə verin deyirlər bu “HÜQUQŞUNAS” adlanan orqan rəhbərləri. Yəni bu hüquq-mühafizə orqanı rəhbərlərinə hələ də aydın deyil ki, əmlakla bağlı şikayətlərin konkret iddia müddəti nə qədərdir?. Məslən biz 2003-cü ilin dekabrın 26-da quldurluq və soyğunçuluqla ənmlakımız Talıbov Məhərrəm dəstəsi vasitrəsilə ələ keçirilibsə, yəni biz və digər 3600 nəfər naxçıvanlılara qarşı quldurluq hadisəsi törədilibsə burda 20 ildən sonar hansı mülki məsələdən danışmaq olar ? Doğrudanmı, Vasifdən qalma məhkəmə hakimləri qaıdırdığımız mülki iddiaları “iddia müddətini” əsas gətirərək rədd etməyəcəklər? Bəs 3600 sahibkara qarşı törədilən vəhşilklərə, talançılığa, quldurluğa, özbaşnalığa, oğurluğa nə vaxt hüquqi qiymət veriləcək?

Bu suallara cavab verməzdən əvvəl hesab edirik ki, bizləri dağa daşa salmağın heç bir adı yoxdur. Xatırladım ki, cinayət yolu ilə talıbovlar tərəfində ələ keçirilmiş mülklərin çoxu Məhərrəm Talıbovun qaynı Nərimanın adına sənədləşdirlib. Zəhmət çəkib Nərimandan soruşmaq lazımdır ki, bu qədər, dəyəri milyardlarla ölçülən əmlaklar dədndən sənə necə miras qalıb? O zaman çox məslə aydılaşacaq.

Ona görə də bizim də ailəmiz bir daha Sizlərə müraciət edərək xahiş edirik ki, Vahidə məxsus olan əmlaklar, sənədlər, bina ,son 19 ildə əldən çıxmış fayda hamısı Məhərrəm Talıbovun və ya onun qaynı Nərimanın adından çıxarılaraq bizə təhvil-təslim edilsin. Biz də insan kimi öz əmlaklarımızdan istifadə etmək istəyirik. Talıbov quldurlarının bazarına son qoymaq, obyektin fəaliyyətini təcili dayandırmaq və qapılarını möhürləmək lazımdır ki, istintaq başa çatan kimi əmlaklarımız olduğu kimi bizə qaytarılsın.

Çoxhörmətli cənab Prezident! Sizdən çox xahiş edirik ki, "Təbriz" - indiki "Zümrüd" restoranının Talıbovlardan (simasız quldurlardan) konkret olaraq Məhərrəmin qaynı Nərimandan alınaraq ailəmizə qaytarılması üçün DTX rəisi cənab Əli Nağıyevə, Naxçıvan MR-nda fəaliyyət göstərən Xüsusi Nümayəndəniz olan cənab Fuad Nəcəfliyə və Naxçıvan MR-nın Prokuroruna göstəriş verəsiniz ki, sübuta yetirilən və təsdiq edilən araşdırmanın nəticəsi olaraq bu illər ərzində ailəmizə dəymiş maddi və mənəvi ziyan tam ödənilməklə, obyekt ailəmizin mülkiyyətinə təcili olaraq qaytarılsın. Əvvəlcədən ailəmizin adından bir daha minnətdarlığımızı bildiririk".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 
Ardını oxu...
Araşdırma nəticəsində kuryerlərin əmək hüquqlarının pozulduğu aydın olub

Son illər ölkədə kuryerlər iş saatına, ödənişlərinin azlığına etiraz olaraq aksiyalar keçirirlər. Onlar tələb edirlər ki, ödənişləri artırılsın, əmək hüquqları qorunsun.

Kuryerlərin iş şəraiti, gəlirləri, xərcləri ilə bağlı Bakı Araşdırmalar İnstitutu Bakı və Xırdalanda 118 kuryer arasında sorğu keçirib. Məlum olub ki, Bakıda 6 min nəfərdən çox şəxs kuryer kimi çalışır.

Sorğu iştirakçılarının 47.86 faizi aylıq 301-600 manat, 17.09 faizi 601-900 manat, 12.82 faizi 300 və 901-1200 manat, 9.40 faizi isə 1200 manat qazanc əldə etdiklərini açıqlayıblar.

İnstitut apardığı araşdırma zamanı kuryerlərin qazancı və iş fəaliyyəti ilə bağlı xərcləri hesablamaqla yekunda onlara ortalama 304-493 manat vəsait qaldığı qənaətinə gəlib.

Sorğuda iştirak edənlərin 56 nəfəri və ya 47%-i məhz kirayədə qalır. Onların ortalama kira xərci 250 AZN təşkil edir.

Regiondan gəlib Bakıda kirayə qalan və kuryer işləyən şəxslərin xərcləri çıxılandan sonra onlara daha az vəsait qalır- 54-188 manat arası.

Bu məbləği qazanmaq üçün onların 33 faizi bir ay ərzində hər gün işləməli olub.

Əmək Məcəlləsi gündə 8 saatdan çox işləməyi qadağan edir. Ortalama iş saatı kuryerlərdə gündəlik 9 saatdır. Başqa sözlə, əgər Əmək Məcəlləsi həftəlik iş saatını 40 saat ilə məhdudlaşdırıbsa, kuryerlərdə bu göstərici 54 saatdır.

"Kuryer işinin Əmək Məcəlləsi ilə tənzimlənməməsinin yaratdığı ən böyük problemlərdən biri də kuryerlərin istifadə etdikləri vəsaitlərlə bağlıdır. İşəgötürənin onları işçi kimi yox, məhz xidmət göstərən kimi qəbul etməsi nəticəsində kuryerlər göstərdikləri xidmət ilə bağlı bütün xərcləri faktiki olaraq özləri qarşılamağa məcbur olurlar. Yəni kuryerlərin istifadə etdikləri motosikl və ya mopedin yanacaq, təmir xərcləri və eyni zamanda işçilərin qidalanma xərcləri, digər bütün xərclər onların şəxsi hesabına həyata keçirilməlidir"- araşdırmada bildirilir.

Sorğu nəticəsində aydın olub ki, kuryer kimi çalışanların əsas hissəsi tələbədir və qeydiyyat ünvanları Bakıdan kənardır.

"Kuryer fəaliyyəti faktiki olaraq gənclər arasında işsizlik problemini həll edir. Uğurlumu həll edir? Bunu demək çətindir. Kirayədə qalan şəxslərin gəlirlərinin əhəmiyyətli hissəsi məhz icarə ödənişlərinə gedir. Başqa tərəfdən, əyani oxuyan tələbələrin çox olmasından təxmin edə bilərik ki, onların böyük hissəsi təhsil haqlarının vacib hissəsini məhz kuryer fəaliyyətindən qazanc hesabına qarşılayırlar"- araşdırma müəllifləri bu qənaətə gəliblər.

Sorğu iştirakçılarının 39.8 faizi bu işi sərbəst iş qrafikinə görə seçdiyini, elə o qədəri də maddi məcburiyyətdən işlədiyini bildirib.

Rəyi soruşulanların 86%-i subay, 14%-i isə evli olduğunu bildirib.
/abzas.org/
 
Ardını oxu...
Azərbaycanın insan hüquqları üzrə müvəkkil “Media haqqında” qanunun Azərbaycan Konstitusiyasına uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərməkdən imtina edib.

Bir müddət öncə 24saat.org xəbər saytının rəhbəri Vüqar Ələkbərov ombudsmana müraciət edərək, “Media haqqında” qanunun Konstitusiyaya uyğunluğunun yoxlanması üçün sorğu göndərməsini xahiş etmişdi.

Daha öncə Medianın İnkişafı Agentliyi saytın gündəlik 20 unikal xəbər yaymaması bəhanəsilə “24saat.org” xəbər saytını media reyestrinə daxil etməkdən intina edib.

Bizim ombudsmana müraciətimizə rədd cavabı veriblər. O, xahişimizi qəbul etməyib Konstitusiya Məhkəməsinə sorğu göndərilməyəcək. Bizə tövsiyə ediblər ki, məhkəməyə müraciət edək. Əgər şikayət təmin olunmasa, Konstitusiya Məhkəməinə müraciət edək”,- Ələkbərov deyib.

Sayt 24saat.org artıq Medianın İnkişafı Agentliyinin qərarından məhkəməyə şikayət edib, lakin qərar qəbulu gecikir.

Media Hüququ Qrupunun rəhbəri Xalid Agaliyev qeyd edib ki, “Media haqqında” qanun qeyri-müəyyən atmosfer yaradıb. “Kimin media reyestrinə daxil edildiyi, kimin daxil edilmədiyi bəlli deyil. Reyestr özü qanunvericiliyin tələblərinə zidd olaraq, qapalıdır. Medianın İnkişafı Agentliyi bildirir ki, 40-a yaxın media subyektinə rədd cavabı verilib”, – Agaliyev deyib.

Onun sözlərinə görə, qanun Azərbaycan Konstitusiyasına uyğun deyil.

“Avropa Şurası Venesiya Komissiyası qanuna mənfi rəy verib, onun Avropa Konvensiyasına zidd olduğunu aydın ifadə edib.Azərbaycan Konstitusiyanın 151-ci maddəsində deyilir ki, Azərbaycanın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”, – Agaliyev deyib.

Ombudsmanın bu problemə laqeyd yanaşması doğru deyil. “Qanunvericilik ombudsmana belə durumlara müdaxilə edə bilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərmək hüququ verib. Zərərçəkənlərin ombudsmana müraciət etməsinə ehtiyac yoxdur. Ombudsman “Media haqqında” qanunla bağlı yaranmış durumlarda özü təşəbbüs göstərməli, ziddiyyətlərin aradan qaldırılmasına yardımçı olmalıdır”, – ekspert vurğulayıb.(Turan)
 
Ardını oxu...
"Biz Ağdam rayonunun Əhmədağalı kəndində pambıqçılıq təsərrüfatı ilə məşğul oluruq. Əvvəlcədən "MKT İstehsalat Kommersiya” MMC Ağdam filialı və "Aqrar sığorta” şirkəti ilə müqaviləmiz olub. Bu şirkətlə müqavilə bağlayaraq, pambıq sahələrimizi sığortalamışıq. Ötən il "Aqrar sığorta” şirkəti ilə təminat altına alınan pambıq sahəmizi dolu vurduğu üçün ciddi zərərə məruz qaldıq. Ona görə də müqavilənin şərtlərinə uyğun olaraq, bizə dəyən maddi zərər "Aqrar sığorta” şirkəti tərəfindən ödənilməli idi. Lakin dəymiş ziyanla bağlı düzgün qiymətləndirmə aparmayan "Aqrar sığorta” şirkəti müqavilənin şərtlərinə əməl etmir”.

Bunları Ağdam rayon Əhmədağalı kənd sakinləri Məmmədov Rizvan Əfqan oğlu, Məmmədov Əfqan Mövsüm oğlu, Əliyev Niyazi Çərkəz oğlu və Salahova Zabilə Hidayət qızı "AzPolitika.info”-ya ünvanladıqları şikayətdə bildiriblər.

Fermerlər problemlə bağlı dəfələrlə "MKT İstehsalat Kommersiya” MMC-yə və "Aqrar sığorta” şirkətinə müraciət etsələr də, bütün bunların heç bir nəticəsi olmayıb. Hələ dekabr ayında ödənilməli olan ziyan bu günə qədər ödənməyib. Bu da azmış kimi, ziyanın həcmi dəfələrlə kiçildilib, ziyan dəymiş sahələrə isə guya şirkətin ekspertləri baxış keçiriblər.

Ancaq nə işdirsə, sahibkarların bundan xəbəri olmayıb: "Əvvəlcə haqlarımızın ödəniləcəyi bildirilsə də, bu, baş vermədi. Biz sahələrimizin batmaması üçün əlavə xərc çəkərək, məhsul istehsalını davam etdirmişik. Bundan sonra bizə bildiriblər ki, "zərər ödənişi almaq istəyirdinizsə, məhsul becərməzdiniz”. Maraqlıdır ki, zavoda borcu olanlar və məhsul becərməyənlərə zərər ödənişi olunub, bizə isə yox”.

Burada söhbət ondan gedir ki, məhsulu qəbul edən "MKT İstehsalat Kommersiya” MMC-yə borclu qalan sahibkarlara sığorta haqları asanlıqla və tezliklə hesablanaraq ödənilir ki, həmin vəsaitin hesabına onların zavoda olan borcu bağlansın. Zavoda borcu olmayan və öz işlərini dürüst həyata keçirən, heç kimlə "anlaşmaya” getməyən fermerlər isə göründüyü kimi, kənarda qalır, incidilir, süründürməçiliyə məruz qoyulur və dəymiş ziyanları ödənilmir. Baxmayaraq ki, onlardan pambığın batmaması üçün əlavə xərc çəkmələri xahiş olunub. Fermerlər də bu xərcləri çəkiblər. İndi isə bu adamlara deyilir ki, gərək xərc çəkməyəydiniz, biz həmin məbləğləri ödəməyəcəyik.

Həmçinin, aqrar ekspertlər fermerlər Əfqan Məmmədov və Rizvan Məmmədovdan xəbərsiz onların təsərrüfat sahəsinə guya baxış keçiriblər: "Aqrar ekspertlər sahəyə baxış keçirərək, bizdən xəbərsiz qiymətləndirmə aparıblar. Niyə? Nədən bizim göstəricilərimizə məhəl qoyulmayıb? Belə olan halda hansı düzgünlükdən söhbət gedə bilər? Onların qiymətləndirməsi qətiyyən bizə dəyən real ziyana uyğun deyil”.

Şikayətçilər problemin düzgün araşdırılmasını və onlara dəymiş ziyanın ödənilmisəni tələb edirlər.

Bu problem barədə MKT sədri Amil Rəşidov "AzPolitika.info”-ya bildirib ki, sözügedən ərazi üzrə bütün pambıq təsərrüfatları "Aqrar sığorta” şirkəti tərəfindən sığortalanıb: "Sığorta şirkəti ziyan dəymiş ərazidə monitorinq apararaq, qiymətləndirmə hazırlayır. Həmin qiymətləndirmə məbləği və ekspertlərin monitorinqi "Aqror sığorta” şirkəti tərəfindən müəyyən edilir. Burada bəzi fermerlər müəyyən olunan sığorta məbləği ilə razılaşmırlar. Yəni, problem "Aqrar sığorta” şirkəti ilə fermerlər arasındadır”.

"Aqrar sığorta” şirkətinin hadisələrin tənzimlənməsi şöbəsinin əməkdaşı Samid Ağayev isə bildirdi ki, adıçəkilən şəxslərin sığorta ödənişləri ayrılıb və istədikləri vaxt razılıq ərizəsi təqdim etməklə bu məbləğləri ala bilərlər: "Müstəqil ekspert əraziyə baxış keçirib və fermerə dəymiş ziyanı müəyyən edib. Dəymiş ziyan əsasında da ödənişlər icra olunur. Fermerlər razılıq ərizələrini verdikləri vaxt bu ödənişlər olunacaq”.

"Ekspertlər qiymətləndirmənin düzgün aparılmasıyla bağlı məsuliyyət daşıyırlar. Əgər fermerlərin qiymətləndirmə ilə bağlı narazılıqları varsa, məhkəməyə müraciət edə bilərlər”, - deyə şirkət rəsmisi bidirib.

Yəni, belə çıxır ki, fermer hansısa məmurun, ekspertin öz işini vicdanla yerinə yetirməməsi, hansısa maraqlar xatirinə fermerlər arasında ayrıseçkiliyə yol verməsi ucbatından öz halal haqqını ala bilmədiyi üçün işini-gücünü atıb bir də məhkəmələrdə sürünməli, vaxt itirməlidir.

"Aqrar sığorta”-dan verilən açıqlamadan həm də belə nəticəyə gəlmək olar ki, süründürməçiliyə və bürokratik əngəllərə əsaslanan şirkət, bu cür maneələrlə fermerlərə dəymiş ziyanın məbləğini mümkün qədər kiçiltməyə çalışır. Bu isə qətiyyən ölkədə kənd təsərrüfatının inkişafına və fermerlərin dövlət orqanlarına güvənməsinə, etibarına müsbət təsir göstərmir...
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Türkiyənin aparıcı elektron ticarət platformalarından biri olan "Trendyol” "Paşa Holdinq” ilə müqavilə bağlayıb.

Yeniavaz.com xəbər verir ki, müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.
Məlumat üçün bildirək ki, hazırda Türkiyənin ən böyük elektron ticarət platforması olan "Trendyol” 2010-cu ildə Demet Mutlu tərəfindən 300 min dollar sərmayə ilə qurulub.

"Trendyol”un qurucusu olan Demet Mutlu 22 avqust 1981-ci ildə Nyu Yorkda anadan olub. Demet Mutlu orta təhsilini Fransız liseyində alıb. Daha sonra Nyu York Universitetinin İqtisadiyyat fakültəsindən məzun olub. Bir müddət İsveçrə, Yaponiya, ABŞ və Türkiyədə maliyyə, marketinq və biznesin inkişafı sahələrində çalışan Mutlu daha sonra Harvard Universitetində magistr təhsilinə başlayıb. Türkiyəyə səfəri zamanı e-ticarətdə, xüsusilə də geyim sahəsində boşluq olduğunu görən Demet Mutlu təhsilinin ikinci ilində "Trendyol”u qurmaq üçün Harvard Universitetindən ayrılıb və Türkiyəyə gəlib.

Hazırda Türkiyədə və Avropanın 27 ölkəsində elektron ticarət platformasına sahib olan "Trendyol”un əsas səhmdarı dünyanın ən böyük elektron ticarət platformalarından birinə sahib olan Çinin "Alibaba Qrup” şirkətinə məxsusdur.

Dünya üzrə 260 minə yaxın işçisi olan "Alibaba Qrup”un 2022-ci ildə 7,5 milyard dollara yaxın xalis mənfəət əldə etdiyi bildirilir.
"Alibaba Qrup” şirkəti 2018-ci ildə 728 milyon dollar ödəyərək "Trendyol”un 75%-nə sahib olub. 3 ildən sonra "Alibaba Qrup” daha 350 milyon dollar sərmayə qoyaraq "Trendyol”dakı payını 86,5%-ə çatdırıb.

"Trendyol”un qurucusu olan Demet Mutlunun şirkətdəki payı 6,96%-ə düşüb. Bundan başqa şirkətin 5,55%-i Demet Mutlunun keçmiş həyat yoldaşı Evren Üçoka, 0,78%-i Begüm Tekinə, 0,21%-i isə Zeki Güçlü Kayaya məxsusdur.

Onu da bildirək ki, "Trendyol”un 1%-lik hissəsinə sahib olmaq təxminən 150 milyon dollara sahib olmaq deməkdir.
 

 

Ardını oxu...

DogruXeber.az: - “Məhəbbət Vəliyevanın təhsillə bağlı digər bir təşkilatı da mövcuddur. Həmin təşkilata isə çox böyük vəsaitlər ayrılır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

O, təhsil nazirinin sabiq müavini Məhəbbət Əliyevanın yaratdığı “Savad Mərkəzi MMC” barəsində öz fikirlərini bölüşüb.

E. Əliyevin fikrincə, M. Vəliyeva və komandası yalnız təhsilin inkişafına dəstək vermək missiyasını üzərinə götürməyib:

“Əslində, onlar bunu etmək imkanlarına da malik deyirlər. Lakin Məhəbbət Vəliyevanın təşkilatı orta məktəblərdə böyük narazılıqlar yaratmışdı. Onlar orta məktəb müəllimlərini axşam saat 5-dən sonra məcburi təlimlərə cəlb edirdilər. Bu da müəllimlər arasında narazılığa səbəb olmuşdu. Çünki müəllimlərimizin əksəriyyəti qadınlardır və onlar həm ev işləri, həm də uşaqlarının dərsləri ilə də məşğul olmalıdırlar.

Çox maraqlıdır, bunu kim dəstəkləyir? Mən bilmirəm, amma saat 5-dən sonra həmin təlimləri mütəşəkkil şəkildə keçirirdilər”.

Deputat xatırladıb ki, M. Vəliyeva bundan öncə Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri, o cümlədən təhsil nazirin müavini vəzifəsində çalışıb:

“Onun Azərbaycan təhsilinin geriləməsində rolu çox böyükdür. Açıq-aşkar ona aid olan Bakı şəhərində 30-40 məktəb direktoru var ki, əksəriyyəti də qohumu və rəfiqələrdir. Onların əksəriyyətini özü direktor təyin etmişdi. Həmin adamlar Məhəbbət Vəliyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə edib məktəblərdə istənilən özbaşınalıq və haqsızlıq törədiblər”.

Müsahibimiz düşünür ki, əgər keçmiş nazir müavini “Savad Mərkəzi" MMC adlı bir təşkilatı yaradıbsa, deməli, böyük layihələr nəzərdə tutulur:

“Fikrimcə, Elm və Təhsil Nazirliyi bu təşkilata vəsait ayırmaqdansa, Azərbaycanın bölgələrində durumu pis olan məktəblərin maddi-texniki bazasını yaxşılaşdırmalı, əlavə sinif otaqları tikib istifadəyə verməlidir. Məncə, bu vəsaitləri Məhəbbət Vəliyevanın təşkilatına yönləndirməkdənsə, sadaladığım məsələlərin həlli daha böyük önəm kəsb edir”.

E. Əliyev təklif edib: “Hazırda Məhəbbət Vəliyevanın məktəb direktorları ilə əlaqələri var. Hətta bəzi məlumatlara görə, onun yanında toplaşıblar. Hesab edirəm ki, yaratdığı təşkilat təhsilə heç bir töhfə verə bilməz və nazirlik belə təşkilatlara vəsait ayırmasa, daha yaxşı olar”.

Dünyapress TV

Xəbər lenti