Ardını oxu...
Azərbaycan Beynəlxalq Bankı açıq aşkar oğurluğa keçib. Müştərilərin hesabından vəsait çıxır.

Tribunainfo.az xəbər verir ki, problemlə üzləşən ABB müştərisi Əşrəf Elatlı bu haqda sosial şəbəkədə yazıb:

Ardını oxu...

“Azərbaycan Beynəlxalq Bankında (ABB) sahibkart hesabım var. Müqavilədə daxil olan pulun 3 faizi komissiya haqqıdır. Açıq aşkar oğurluğa keçiblər. Əvvəllər az oğurlayırdılar, indi tamahları çox artıb. 30.54 manat balansımda pul var idi. Yoxlamaq üçün 15 manat çıxardım. 13.90 manat qaldı. 11% çıxdılar. Bu qədər özbaşınalıq artıq biabrçılıqdır. Azərcardın daxil etdiyi pulları karta tam oturtmadıqlarından da şübhələnirdim, artıq əmin oldum, sübutlarım da var. Bir az məsuliyyətsizlikdən baş qoşmaq istəmirdim. Amma iştahlarının bu qədər artmasından dəhşətə gəldim. Üstəlik mobil tətbiqlərində də artıq çıxılan pulları göstərmirlər. Bu dəfə ətraflı viderolik şəklində sübutlarla qarşılarına çıxacam, həm hüquqi müstəvidə, həm də geniş kütləyə yaymaqla!! Bu qədər özbaşnalıq olmaz artıq”.

Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
DİA.AZ: - "Bələdiyyə sənədi olan Bakı və Abşeron ərazisində olan 2007-ci ilə qədər olan sənədlərdə təzəlikcə Daşınmaz əmlakın dövlət reyestri xidməti imtina verir". DİA.AZ bildirir ki, bu gileylə Humrus Ağakişiyev adlı vətəndaş çıxış edib.

Narazı vətəndaş daha sonra yazır:

"Səbəb kimi isə Abşeron və Bakıda Bələdiyyə torpaqlarının xəritəsinin olmaması, buna görədə Bələdiyyənin torpaq ayırma hüququnun yaranmaması göstərilir yəni bir sözlə Bələdiyyələr deyə bilməz bu ərazi mənə məxsusdur deyə.

Sual yaranır Bələdiyyənin onda nə kimi funksiyası qaldı?.."

Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Həsənov Asif Aydın oğlu tərəfindən DİA.AZ-a müraciət ünvanlanıb. Müraciətdə deyilir:

"Mən Həsənov Asif Aydın oğlu Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayıram. 3 ildir ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Filialı Göyçay Məşğulluq Mərkəzinə xırda buynuzlu mal-qara üçün müraciət etmişəm. Lakin, şikayətimə baxan yoxdur. Çünki Göyçay Məşğulluq Mərkəzində kasıbları saymırlar. Məndən sonra özünəməşğulluğda qeydiyyatdan keçən vətəndaşların əksəriyyəti müəmmalı yollarla istədiklərini əldə ediblər. Məni isə get-gələ salırlar. Bəhanə gətirlər ki, hələki balın yetmir. Halbuki, hazırki yaşayış vəziyyətimə əsasən, növbəm çoxdan çatmalı idi. Sağlamlığım işləməyimə imkan vermir. Həyat yoldaşım da neçə illərdir ağır xəstədir. Qızım kollecdə oxuyur. Bir ata kimi onun maddi təlabatlarını qarşılaya bilmirəm. Özümüz də atamdan miras qalan köhnə evdə yaşayırıq.
Mən mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan çox xahiş edirəm, Göyçay rayon Məşğulluq Mərkəzi tərəfindən qısa vaxt ərzində xırda buynuzlu mal-qara (qoyun) ilə təmin olunmağım üçün köməklik göstərəsiniz. Həqiqətən də çox acınacaqlı durumdayıq. Ümid edirik ki, şikayətimə baxılacaqdır."



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
"3 gün bundan qabaq "Bravo Maştağa"dan uşaqlar üçün 2 dənə səhər yeməyi almışam, bu gün açıb birindən yeyib uşaq, indi baxıram ki, vaxtı keçmiş məhsuldur..." DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Səbinə Həsənova adlı istifadəçi giley edir...

Ardını oxu...
Daha sonra narazı vətəndaş yazır: "Bundan əlavə də magazada olarkən yoldaşım özünə "Bakılı qız" dondurması götürdü, açdı ki, yesin, dondurmanın yarısı yox idi. Kassirə dedik, dedi başqasını götürün, ikinci də həmin gündə, onu da qaytardıq, tamam başqa dondurma götürdük.

Mən özümə "Limo" dondurması götürmüşdüm, bilsəydim, yerində açıb baxardım, maşında açdım ki, bu da əriyib bir damcı olub, dadı da xarab olmuş yağ dadı verir, həm dondurması, həm vaflisi...

Daha qayıtmadıq, tulladım pişiklərə yolda. Niyə nəzarət yoxdu rəflərə, məhsullara??? Milləti zəhərləmək fikrindəsiz?"

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq....
 
Ardını oxu...
Vasif Talıbov vurulan ərəfədə onun barəsində kim ağlına və ağzına nə gəldi danışırdı. Təbii ki, haqlı tənqidləri bura aid etmirəm. Məhz həmin ərəfədə məni də populyar internet televiziyalarından birinin efirinə dəvət edib, bu barədə fikir mübadiləsi apardılar. Aparıcı belə bir sual verdi: “Deyillər, Vasif Talıbov İrana işləyir, siz bu barədə nə deyə bilərsiniz?”
Cavabım belə oldu:
- Mən Vasif Talıbovun korrupsioner olduğunu, vəzifə səlahiyyətlərini aşdığını inkar etmirəm, amma onun İrana işləməsi ilə bağlı deyilənləri cəfəngiyat sayıram!
Aparıcı bu iddianı səsləndirən bir neçə publik adamın adını çəkdi. Dedim ki, belədirsə, onda Vasif Talıbova vətənə xəyanət maddəsilə cinayət işi açılmalıdır, bu sübut edilməsə, həmin iddianı səsləndirənlər böhtan atma ilə bağlı məsuliyyətə cəlb olunmalıdırlar. Nə Vasif Talıbov , nə də həmin cəfəng iddianı səsləndirənlər məsuliyyətə cəlb edilmədi. Buna təəssüf edirəm. Çünki belə hallar pis presidentlər yaratmış olur. Artıq biri ilə üz-üzəyik.
Bu hadisəni bir paralel aparmaq üçün xatırlatdım. Bir neçə gündür ki, İSBAM sədri Samir Adıgözəlli gündə bir villanın qabağından reportaj edir və dəyərli milyonlarla ölçülən həmin əmlakların QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədri Azay Quliyev və həmin qurumun icraçı direktoru Aygün Əliyeva tərəfindən korrupsiya pulları ilə alındığını iddia edir. Qeyd edim ki, QHT sədri qurum tərəfindən maliyyələşdirilən layihələrdə də korrupsiya amilin olduğuna dair paylaşımlar edir.
Bunlar kifayət qədər ciddi ittihamlardı. Maraqlıdır ki, nə Azay Quliyev, nə də Aygün Əliyeva bu barədə heç bir açıqlama vermir. Qanunvericiliyin tələblərinə görə, KİV-də belə məlumatların işıqlandırılması cinayət təqibinin başlanması üçün ilkin əsas ola bilər. Nədənsə, əlaqədar hüquq-mühafizə orqanları bu istiqamətdə də hərəkətə keçmirlər. Qısası, bu vəziyyətdə ya Azay Quliyev və Aygün Əliyeva ilə bağlı cinayət işi açılmalıdır, ya da Samir Adıgözəlli barəsində böhtan atmaqla bağlı məsuliyyət müəyyənləşməlidir. Bunlardan birini edin ki, bizim də canımız qurtarsın!
Məhəmmədəli Qəribli
Teref.az
Ardını oxu...
Teref.az yazır ki, Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı ritorik sayıla bilən bir sualla çıxış edib.
Mirvari xanımın suallarını təqdim edirik:
O hansı idarənin rəhbəridir ki,
-bəzi pensiyaçılardan 180 manat alıb onların Əmək müqaviləsinin vaxtını 3 aylıq uzadır?
-Ustalara 11 saat yazıb və onlardan 100 manat alır .Bir ara tərgitmişdi axı? Ustalara da tapşırmışdı ki,heç kimə demə ha. Amma elə evdə deməkləri bəs edir)))
Rəis! Bu iki əmələ görə əslində işdən çıxarılmalısan
1.Əvvəl işçinin Əmək müqaviləsinə "təqaüd yaşına çatmaqla əlaqədar işdən azad olunma" öhdəliyi əlavə edib ona məcburi qol çəkdirirsən
2.Həmin müqaviləyə əlavə etdiyn bəndi əsas gətirib ,işçidən rüşvət alaraq ,onu işdə saxlama müddətini uzadırsan.
3. Rüşvət yolu ilə işçiyə əlavə iş saatı yazırsan.
Mirvari Gahramanli
Teref.az
Ardını oxu...
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Ofis mebellərinin satınalınması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az-ın məlumatına görə, tenderin qalibi "QAFQAZ VVOOD" MMC olub. Tərəflər arasında 57.725,6 AZN-lik müqaviləyə imza atılacaq.

Müqaviləyə əsasən Səhiyyə nazirliyi "Kreslo rəhbər üçün, Ofis kreslosu, Rəhbər dəsti masasıtumba, jurnal masası və.s" ilə təmin olunmalıdır.

Bildirək ki, nizamanmı kapitalı 100 AZN olan "QAFQAZ VVOOD" MMC-nin qanuni təmsilçisi ƏLİ NADİRXANOV RÜFƏT OĞLUdur. Şirkət 18.04.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevdir.
 
Ardını oxu...
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli əski nazirin oğlu ilə bağlı daha bir status paylaşıb. Statusu oxuculara təqdim edirik:
"Cavanşir Həsənli
45 мин. ·
Bura keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlunun Bakının mərkəzindəki ("Fəvvarələr meydanı" yaxınlığındakı) binasıdır. Anar Məmmədov iki brendi bir araya gətirib. Deyilənə görə "Pizza Hut"un pizzaları asfalt dadı verir. Amma ingilislər üçün nə fərqi, onlara görə pulun heç iyi də olmur."

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Ramil Qasımzadənin “Unprice” MMC, “Korall Consulting” MMC, “Azprice” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC adlı şirkətlər təsis edərək saxta sənədlər hazırlaması və təqdim etməsi, dövlət satınalmaları zamanı süni rəqabət təşkil etməsi və saxta yollarla dövlət tenderlərində qalib olmasına əsaslı şübhələr yaranması səbəbindən aidiyyatı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib.

GUNDEMİNFO.AZ fed.az-a istinadla xəbər verir ki, dövlət satınalmasına saxta sənədlər təqdim etməsi faktı öz təsdiqini tapdığından və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr yarandığından Ramil Qasımzadəyə məxsus şirkətlər – “Uniprice” MMC və “Korall Consulting” MMC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarından xaric edilib və ona aid 7 şirkətin hamısı cəmiyyətin “qara siyahısı”na salıb. Eyni zamanda Ramil Qasımzadəyə məxsus bütün sertifikatlar ləğv edilib.

Lakin buna baxmayaraq, R.Qasımzadəyə məxsus şirkətlər bəzi dövlət qurumları tərəfindən elan olunan növbəti tenderlərin qalibi olub. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən elan olunan “Ekspert (mütəxəssis) xidmətlərinin satınalınması -2” üzrə açıq tender müsabiqəsinin qalibi Ramil Qasımzadəyə məxsus “Uniprice” MMC olub. Hansı ki, bundan əvvəl Ramil Qasımzadənin qanunsuz fəaliyyəti ilə əlaqədar Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları məlumatlandırılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən elan olunan “Ekspert xidmətlərini satınalınması” müsabiqəsinin də qalibi Ramil Qasımzadəyə məxsus “Azvalue” MMC olub. Hər iki müsabiqə 30.08.2023-cü il tarixdə keçirilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qeyd olunan dövlət satınalmalarının ləğv edilməsi və Ramil Qasımzadənin əməlinə hüquqi qiymət verilməsi üçün yenidən aiddiyatı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.


Ardını oxu...
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti