Ardını oxu...
"Azəriqaz” İstehsalat Birliyi Bakının Yasamal rayonunda yerləşən Qurban Xəlilov küçəsi, 5 ünvanında yaşayan çoxmərtəbəli yaşayış binasınn sakinlərindən "işlətmədikləri qazın müqabilində nə az, nə çox 1500 manat pul ödəməyi tələb edir. Bunun binanın sakinləri anews.az-a ünvanladıqları şikayətdə bildiriblər.

Sakinlər bildirir ki, "Yasamal-15” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan binanın öz qazanxanası var və qazanxanın qaz sərfiyyatını "Azəriqaz” İB-nin binada quraşdırdığı sayğac hesablayır. Amma bu sayğac 2020-ci ilin may-iyununda sakinlərin işlətdiyindən daha çox qaz sərfiyyatı qeydə alıb. Nəticədə "Azəriqaz” sakinlərdən əlavə pul ödəməyi tələb edib.

Belə ki, göstəriciləri müqayisə etməklə bunu aydın görmək olar:

05.2018 - 3231 m3;
06.2018 - 2545 m3;
iki ay ərzində cəmi: 5776 m3;

05.2019 - 3764 m3;
06.2019 - 2793 m3;
iki ay ərzində cəmi: 6557 m3;

05.2020 - 4323 m3;
06.2020 - 9992 m3;
iki ay ərzində cəmi: 14315 m3;

05.2021 - 2998 m3;
06.2021 - 1658 m3;
iki ay ərzində cəmi: 4656 m3;

05.2022 - 4418 m3;
06.2022 - 2152 m3;
iki ay ərzində cəmi: 6569 m3;

Amma bu rəqəmlər "Azəriqaz”İB üçün yetərli olmayıb. Sakinlərin dəfərlərlə etdikləri müraciətdən sonra "Azəriqaz" İB-nin Yasamal rayon idarəsinin əməkdaşları sayğacı labaratoriya yoxlamasına göndərib və onun yerinə yeni sayğac quraşdırıblar.

"Azəriqaz"ın Metrologiya Laboratoriyasında sayğacın yoxlanılması nəticəsində onun nasaz olması və istifadə olunmuş qaz göstəricilərinin real sərfiyyatdan iki dəfədən çox artıq olması bəlli olub. Amma, bunun sübut edilməsinə baxmayaraq, "Azəriqaz” sakinlərə təqdim etdiyi 1500 manatlıq borcu silməyib və sakinlərə real faktura kəsməyiblər.

Sakinlər dəfələrlə "Azəriqaz" sədri Ruslan Əliyevə şəxsən müraciət etdiklərini də bildirir. Amma müəssisə rəhbəri də onlara yardımçı olmayıb.

Son 2022-ci ilin noyabrında Müştərək Cəmiyyət "Azəriqaz"ın baş ofisinin yerləşdiyi ərazi üzrə Bakının Xətai Rayon Məhkəməsinə iddiaərizəsi ilə müraciər edib.

Lakin bir ay sonra Kommersiya Məhkəməsinə müraciət etmək təklifi ilə iddianın qəbulundan imtina cavabı gəlib. Sentyabrda Kommersiya Məhkəməsinə müraciət olunub, noyabrın sonlarında bu məhkəmədən Xətai Rayon Məhkəməsinə müraciət edilməli olduğu haqqında cavab gəlib.

Düz 3 ay davam edən get-gəldən sonra 2022-ci ilin dekabrında Müştərək Cəmiyyətin Xətai Rayon Məhkəməsinə təkrar müraciəti nəhayət ki, qəbul olunub və ilk iclas 2023-cü il yanvarın 13-də ilk iclas təyin edilib.

Hakim Pərviz Zamanlı üç nəticəsiz məhkəmə iclası keçirib, hər iclasda sakinlərin nümayəndəsindən sakinlərin adından danışmaq hüququnu təsdiq edən arayış tələb edib.

Sakinlərin sözlərinə görə, martın 9-da keçirilən sonuncu iclasda iddia ərizəsini qarşısına qoyan hakim sakinlərin nümayəndəsinə "Siz nə tələb edirsiz?" sualını verəndə isə sakinlərin tamam matı quruyub.

Komendantın iddiada "Azəriqaz"ın qaz sərfiyyatını yenidən hesablamağa və real fakturanı təqdim etməyə çağırılması xahişinin yer aldığı barədə cavabı hakimi qane etməyib. "Başa düşmürəm, nə istəyirsiniz, qoy vəkiliniz və ya "Yasamal-15” Müştərək Cəmiyyətinin sədri gəlsin" deyən hakim iclası daha bir ay da təxirə salıb.

Sakinlər deyir ki "Azəriqaz"ın nümayəndəsi sonuncu iclasdan başqa heç bir iclasa gəlməyib və yay aylarında qazanxana işləmədiyi halda qaz sərfiyyatının necə isitmə mövsümündəki ilə eyni ola biləcəyi haqqında suala cavab verə bilməyib.

Məsələ ilə bağlı "Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyevə müraciət etdik. Məsələni araşdıran qurum sözçüsü bildirdi ki, hazırda iş məhkəmədədir. Məhkəmə nə qərar versə İB onu "can balka yerinə yetirəcək”.

Bir tərəfdən "Azəriqaz" əməkdaşları tərəfindən qanunsuzluq, digər tərəfdən məhkəmə orqanlarının bu qanunsuzluğu açıq şəkildə dəstəkləməsi ilə üzləşdiklərini deyən sakinlər bildiri ki, "Azəriqaz” rəhbərliyində kadr dəyişikliyi olsa da bu idarənin iş üsulunda heç nə dəyişməyib.

İndi onların ümidi Ali Məhkəmə sədri İnam Kərimovadır. Çünki məhkəmə sakinlərin son ümid yeridir.
 
Ardını oxu...
“Azərsu” 35 ilin evinə texniki şərt tələb edir, “Azərişıq” 7 ildir şərti icra etmir, “Azəriqaz” şərtsiz
xidmətə söz verir. ..
Kommunal xidmət qurumlarının təbii inhisarçı mövqeyindən yararlanaraq istehlakçı hüquqlarını
poemasından , xidmətdən imtinasından şikayətlərə nə insan hüquqları üzrə müvəkkil, nə hüquq
mühafizə orqanları, nə də istehlakçı hüquqlarının qorunmasına cavabdeh olan dövlət qurumu hüquqi
qiymət verir. Elə bil, xidmət qurumlarının toxunulmazlıq, özbaşınalıq hüququ vardır və bu hüquq
qanunla, məhkəmə (müdafiəsi) ilə qorunur. Bəli, bəli, məhkəmə hakimiyyəti açıq şəkildə istehlakçı
hüquqlarının müdafiəsi ilə bağlı iddialara nəinki baxır, əksinə, ərizələri it-bata salır, gizlədirlər. Hətta
elektron məhkəmə yolu ilə verilən iddia ərizələri də məhkəmələrin dəftərxanasından “yoxa çıxır”.
Sabunçu məhkəməsində “Azərişıq” ASC -nin 7-ci ildir verdiyi 03.04.2017 tarixli texniki şərti icra
etməkdən imtinasından, 1-ci dərəcəli Qarabağ əlili -istehlakçının hüquqlarını pozmasından qaldırılan
iddianı bir ildir nə Məhkəmə Hüquq Şurası “tapa bilir”, nə Ombudsman, nə prokurorluq. Eldə deyildiyi
kimi, “yağlı əppək olub , göyə çıxıb”. Əllə yazılmış iddianın yoxa çıxması əlil-istehlakçını “e-məhkəmə”
portalından məhkəməyə müraciət etməyə məcbur edib, lakin artıq altı gündür, ərizənin
“göndərilmiş” statusu “qəbul edilmiş” statusu ilə əvəzlənmir. “Azərişıq” ASC -yə ərizəni gizlətməklə
vəkillik edən dəftərxana işçisinin kimliyini müəyyən etmək Məhkəmə Hüquq Şurasına çətin olmaz,
fikrimizcə.
“Azərsu” ASC -nin 35 ilin Ləişdəki bağ evinə texniki şərt adına xidmətdən imtinası onlarla illərdir
sürür. Halbuki NK-nın qərarı ilə təsdiq edilmiş qaydalara görə, texniki şərtin alınması tələbi yalnız yeni
tikililərə şamil edilir. Bir ara öncə NK-dan “Azərsu”ya verilən göstərişə əsasən evə su çəkiləcəyi
bildirilsə də, su xidmətçiləri yenidən fikirlərini dəyişib, texniki şərt tələb edir. Deyəsən, “dedığım
dedikdir” deyimi hələ çox “su aparacaq”. “Su aparmanın” qarşısını məhkəmə kəsə bilər, o da ki,
yoxdur.
Bircə “Azəriqz” heç bir şərt irəli sürmədən qazla təminata söz verir ki, Qarabağ qazilərinə pulsuz
xidmət etmək qanunun tələbidir. Di gəl, bu söz də elə sözdən işə keçmir. . “Halva -halva” deməklə
ağız şirin olmadığı kimi, “qaz-qaz” deməklə də qazla olmayan suyu qızdırmaq olmur.
Məğrur Bədəlsoy
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Teref.az yazır ki, DİA.az saytının baş redaktoru Məhəmməd Ərsoy "Azlotoreya" -nın küçələrdə keçirdiyi və insanların böyük əksəriyyətinin aludə olaraq uduş həvəsi ilə axırıncı pullarını xərclədiyi oyunları tənqid edərək yazır:
"Mən başa düşmürəm... bu eyni mərc oyunlarını xaricilər keçirəndə... QUMAR sayılır... cəzası var... amma AZƏRLOTOREYA keçirəndə HALAL mal sayılır?
BU NƏDİ BELƏ?
Deyin bilək də... Yox, dövlətimiz qumarı inhisara alıbsa, aydın olsun... Belə deyil axı... Hansısa dələduzlar dövlətin adından QUMARI inhisarda saxlayırsa, bunun cəzasını dövlət verməlidir ki, biz də DÖVLƏTİN BU İŞDƏ ƏLİNİN OLMADIĞINA ƏMİN OLAQ...
Məsələ bu qədər aydındır...
Şərt o deyil eee mətbuatımızdakı dostlarımızı Londondan fırladıb gətirəsən və elə zənn edəsən ki, mətbuatımız Londonu gördüyündən İLAN ULDUZ GÖRMÜŞ kimi ləğv olunacaq... ELƏ DEYİL...
Lütfən yetim millətin cibindən çıxın... Zatən o cibdən neçə-neçə tamahkar məmurun dolanışığı, eyş-işrəti təmin olunur...
SİZİ DƏ ƏLAVƏ PAZ OLARAQMI DÜŞÜNÜBLƏR?
Məhəmməd Ərsoy"

Teref.az olaraq yazıda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Ardını oxu...
 

Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, məktəbdə aşkar edilmiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

 
 
 

Ardını oxu...
Xalqı düşdüyü ağır vəziyyətdən çıxarmaq üzərində düşünüb baş sındırmasan, cibini güdsən, lap akademik də olsan, mənası yoxdur.

Müsahibim tələbə, doktorant və dissertantları əsir-yesir edən, dissertasiya şəbəkəçiliyindən, onların müzakirələrindən, rəylərdən, xüsusən, “redaktələr”dən, bir sözlə, alıb-aldatmalardan qaz vurub qazan dolduran, insanların həyasını istismar edib nüfuz sahibinə çevrilən, milli heysiyyətdən məhrum qəbih bir professordur. Ömür boyu elmi həqiqətləri gənclərdən gizlədib, onların irəliləməsinin qarşısını alıb, bu yolla millətin gələcəyini məhv edib.
Bu qəbildən olan alçaqlar elə ediblər ki, xalqın balaları diplom, dərəcə alsınlar, ancaq kəmsavad olsunılar və onların fonunda bu yırtıcılar özlərini elm korifeyi kimi göstərsinlər. Savadsız mühit bu idbar şəbəkənin maddi-mənəvi qida mənbəyidir. İndi bu kəmtər gəda guya mənə ağıl verir:
“Sağlamlığına fikir ver, ömür bir də ələ düşməz. Bir dəfə bil ki, bu millət düzələn deyil; illərdir, özün deyib özün eşidirsən. Balam, 8 ildir, “yağlı” bir şöbənin müdirisən. Neçə müzakirələr olur o şöbədə?! Bax, hər müzakirədən başqaları kimi 1000 demirəm, 500-600 alsaydın, üstəlik, o nalanı müqəddəs “redaktə”yə göndərsəydin, indi Almaniyanın ən yaxşı hospitalında müalicə olunardın! Odur, e, professor Səyka Qapgötürlü “redaktə” nin birini 2000 mindən aşağı etmir. And olsun, keçən dəfə həmin bu Səyka alış-veriş ortağı prof. Bozdar Leşyeyənliyə düz 2200 sayıb verdi! Halbuki dissertasiyanı 20 gün özündə saxlayıb sonra sahibinə qaytaran Bozdar işdə cəmi 3-4 vergülün və iki dənə də “belə ki” sözünün yerini dəyişmişdir. Vallahi, biz gördüyümüz kefin birini deputat görsə, ürəyimiz partlayar, dilə-dişə düşmədən kefimizdəyik!”
Deputat demişkən, yadıma deputat Vahid Əhmədov düşdü. Deputatın müsahibəsinin hər cümləsinin elə deputat həmkarları tərəfindəncə az qala Quranın mütəşabih ayələri kimi təfsir edilib mənalandırılması, adamın linç edilməsi, doğrudan da, ağlasığmazlıqdır. Mənim müşahidəmə görə, Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyəti xalqa tam adekvatdır. Bir çoxu öz savadına, təhsilinə, dünyagörüşünə görə əsl seçilmişlərdir. Kimin seçməsinin fərqi yoxdur. Ona görə də mandat rahatsızlığı keçirməyə heç bir əsas yoxdur. Xalqın demokratik seçki şüurunun formalaşmasına gəlincə, buna xeyli vaxt və ciddi maarifləndirmə lazımdır. Keyfiyyətli təhsil isə bunun başında gəlir... Qaldı da ki, bir dəliliyə məclisi alt-üst edəcək "Dəli Həsən"i seçmək şüurundayıqsa, ağılı, praqmatik bir şəxsin seçilib təyin olunması daha yaxşıdır. Hələ ki, acı da olsa, reallığımız budur... 70 il sovet sistemində yaşayıb formalaşmış xalqın hazır olmadığı demokratiyaya məcbur edilməsi – ənənəvi demokratik sistemə alışmış Qərbin zorla "sovet" olmasını tələb etmək kimi bir şeydir. Bunun bir adı var, o da işgəncədir. Bəli, bu 30 ildə keçmiş sovet respublikalarına olmazın işgəncələri verilir, vaxtı çatmadan çoxpartiyalılıq imitasiyalarına, demokratik seçki təqlidlərinə məcbur edilirlər. İstəsək də, istəməsək də, dünyaya inteqrasiya edəcəyik, bu zamanın tələbidir, amma zorla deyil, təbii inkişaf yolu ilə. Uzun müddət bir ideologiya üzərində formalaşmış şüurun, mentalitetin dəyişməsi 20-30 ildə mümkün olan şey deyil.
Guya sovet dövründə müasir anlamı ilə demokratiya yox idi deyə qanun, ədalət yox idi, yaxud bir-birimizi qırırdıq, söküb-talayırdıq, ya mənəviyyatsızlıq, əxlaqsızlıq baş alıb gedirdi və ya insanlıq, qarşılıqlı hörmət və ehtiram yox idi?!
PS.Platon deyirdi ki, demokratiya “kütlənin hakimiyyəti” (the rule of the mob) – dövlətin ikinci ən pis formasıdır. Oksford Universitetinin professoru, filosof-ilahiyyatçı Keys Vard xatırladırdı ki, Adolf Hitler demokratik yolla hakimiyyətə gəlmişdir... Tutaq ki, Afrikada rasizmin tüğyan etdiyi bir cəmiyyətdə yaşayırsan və orada böyük əksəriyyət ağdərili insanların məhvini istəyir. Belə olan halda nə etmək lazımdır? Əlbəttə, belə situasiyada hər kəsə öz fikrini ifadə etmək haqqını tanımalısan. Əks təqdirdə, ümumi səsvermə yolu ilə ağdərili azlıq dərhal məhv edilərdi.

İdris Abbasov - professor
DİA.AZ
Ardını oxu...
Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin 2022-ci ildə əldə etdiyi gəlirlər açıqlanıb.
TEREF.AZ qeyd edir ki, Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” ötən il 13 milyon 924 min rubl (291 min manat) gəlir əldə edib.
Qeyd edək ki, əvvəlki – 2021-ci illə müqayisdə “Arizarum Qrup”un gəliri 1% və ya 121 min rubl azalıb. Ümumiyyətlə son 6 ildir “Arizarum Qrup”un gəlirlərində ciddi dəyişiklik olmur:
2017-ci ildə 14 568 000 rubl,
2018-ci ildə 13 984 000 rubl,
2019-cu ildə 13 919 000 rubl,
2020-ci ildə 13 815 000 rubl,
2021-ci ildə 14 045 000 rubl,
2022-ci ildə 13 924 000 rubl.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır. Nizamnamə kapitalı 10 min rubl (209 manat) olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiridir.
Ardını oxu...
Hesablama Palatası Azərbaycanda bir çox dövlət qurumları tərəfindən satınalmaların təşkili zamanı yol verilən qanun pozuntuları, nöqsanlar barədə vaxtaşırı məlumatlar yayır. Palatanın hesabatlarında bildirilir ki, keçirilən satınalma prosedurunun nəticəsi olaraq bağlanılan müqavilənin icrası prosesində müqavilə predmetinin və qiymətlərin artırılması, satınalmalarda iddiaçı kimi çıxış edən malgöndərənlərin (podratçıların) maliyyə vəziyyətləri ilə bağlı zəruri sənədlərin alınmaması, şübhəli və etibar doğurmayan reputasiyaya malik malgöndərən təşkilatlara dəvətlərin göndərilməsi, satınalmalarda bu tip təşkilatların iştrak etməsi və onlarla müqavilələrinin bağlanılması. ümumiyyətlə, satınalma prosedurları keçirilmədən birbaşa müqavilələr əsasında büdcə vəsaitinin xərclənilməsi bəzi hallarda korrupsiya hüquqpozmalarına şərait yaradan amillərdən birinə çevrilir.

Aktualinfo.org-un apardığı araşdırmada bu kimi halların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin keçirdiyi satınalmalarda da baş verdiyi məlum oldu.

Belə ki, Dövlət Miqrasiya Xidməti tələbata uyğun digər maşın və avadanlıqların satınalınması üzrə 09.02.2023-cü ildə müsabiqə yolu ilə başladığı açıq tenderə yekun vurub və 18.04.2023-cü il tarixdə “DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 249.975,92 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

İlk baxışdan adi bir dövlət satınalması proseduru olduğu görsənir. Amma araşdırdıqda məlum olur Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyası bu satınalma prosedurunda çox ciddi qanun pozuntularına yol verib. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən açıq tender müsabiqəsinin başlanma tarixi 09.02.2023-cü ilə, zərflərin açılış tarixi isə 14.03.2022-cü il tarixə müəyyən edilib. “DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 24.01.2023-cü il tarixində, yəni müsabiqənin başlanılmasından 17 gün əvvəl dövlət qeydiyyatına alınib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında”DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.01.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, BƏHRUZ NURİYEV, ev 52, m. 40, qanuni təmsilçisi kimi isə Cəfərov Yaşar Əliş oğlu qeyd olunub.

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da görsəndiyi kimi, Dövlət Miqrasiya Xidməti tender müsabiqəsinə dəvətdən 17 gün əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, son dövrlər dövlət satınalmalarının keçirilməsi zamanı bu tip qanun pozuntularının yol verilməsinə tez-tez rast gəlinir. Adətən malgötürənlər, yəni sifarçilər bu qanunun kotirovka sorğusu prosedurlarında keçərli olmadığını iddia edirlər. Amma göründüyü kimi Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyası kotirovka sorğusunda deyil, birbaşa açıq tenderdə müsabiqəyə başlamazdan 17 gün əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə nə az, nə də çox, 250 min manat civarında satınalma müqaviləsi bağlamağa üstünlük verib.

İndi gəlin görək mövcud qanunlar Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyasından tələbata uyğun digər maşın və avadanlıqların satınalınması üzrə başladığı müsabiqədə iddiaçılardan nə kimi kimi sənədlər tələb edir:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri

2. Iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə arayış. (???)

Bəs iddiaçı açıq tender müsabiqəsinin başlanılmasından 17 gün əvvəl yaradılıbsa?

3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı

İddiaçı açıq tender müsabiqəsində sənədlərin qəbuluna 17 gün qalmış yaradılıbsa vergi orqanı nə kimi maliyyə hesabatı verə bilər?

4. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması.

Açıq tender müsabiqəsinin bağlanılmasına 17 gün qalmış yaradılmış bir MMC-yə müvafiq sahədə peşəkarlığının olması, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasına zəmanəti kim verib?

Burada xüsusilə vurğulamaq istərdik ki, Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyası açıq tenderin şərtlər toplusunda tələbata uyğun nə kimi digər maşın və avadanlıqların satın alınmasını açıqlamayıb. Bundan əlavə satınalma şərtləri ilə heç bir uyğunluğu olmayan MMC-yə 249.975,92 manat dövlət vəsaiti həvale edib.

Qeyd edək ki, açıq mənbələrdə “DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət sferası və onun qanuni təmsilçisi olan Cəfərov Yaşar Əliş oğlunun barəsində heç bir məlumat yoxdur. Çox güman ki, MMC Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlilərindən birinə məxsusdur. Yoxsa 17 gün əvvəl yaradılmış bir MMC-yə 250 min manatı heç kim etibar etməzdi. Adı haldı. Məmurların yaxın adamlarının, qeyri-müəyyən şəxslərin adına yaradılmış MMC-lər vasitəsi ilə tender prosedurlarının saxtalaşdırılması halları barədə sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, kifayət qədər geniş məlumatlar var. Həbs olunmuş sabiq nazirlərin, icra başçılarının məhkəmələrində saxta MMC-lərə ayrılan dövlət vəsaitləri barədə məlumatlar da həmçinin. Bu da olsun onlardan biri.

Aktualinfo.org
Ardını oxu...
Gəncə şəhəri Vəli Xuluflu küçəsində yerləşən 24 saylı məktəb bərbad vəziyyətdədir. DİA.AZ bildirir ki, uzun illərdir təmirsiz vəziyyətdə qalan məktəbin ətraf küçələri də təmirsizdir.

Qeyd edək ki, məktəb Sovetlər Birliyi zamanında tikilib.

DİA.AZ-ın məlumatına görə, həm məktəblə bağlı və həm də məktəbin ətrafı ilə əlaqədar sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, faydası olmayıb.

Hər halda, Azərbaycanın ikinci ən böyük şəhərinin başında oturanlar Gəncəmizin hazırki bərbad halından utanmalı, məsuliyyət hiss keçirməlidirlər...

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat olub.

Demokrat.az xəbər verir ki, Tehran Babatov Dövlət Xidmətində rəisin baş köməkçisi vəzifəsinə gətirilib. Bu təyinatı Dövlət Xidmətində kadr islahatı hesab etmək olardı, lakin Tehran Babatovun kimliyi diqqəti fərqli istiqamətə də çəkir.

Tehran Babatov ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) keçmiş rəhbəri Eldar Mahmudovun “kassiri” olub. Eldar Mahmudovun təhlükəsizlik xidmətini hansı vəziyyətə saldığı, vəzifəsindən isstifadə edərək, quldur sistemi formalaşdırdığı, sahibkarlara qarşı zülmlər etdiyi hər kəsə bəllidir.

Keçmiş MTN-də Kadrlar Baş İdarəsinin rəis müavini olan, polkovnik Tehran Babatov da bu prosesdə birbaşa iştirakçı, E.Mahmudovun “kassiri” olub.

Onun fəaliyyəti haqda yayılan məlumatlarda bildirilir ki, T.Babatov MTN-ə işəgötürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı rüşvət toplayıb. Hətta rüşvətin məbləği ilə bağlı da konkret rəqəmlər yayılırdı. Misal üçün, MTN-ə işə qəbul üçün 70 min dollar, paytaxtdan kənardakı şöbələrə qəbul üçün 50 min dollar, Akademiyaya qəbul üçün 150 min dollar rüşvət alınıb.

Əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləyən T.Babatov nöqsanlarına görə vəzifəsindən azad edilib. 2004-cü ildə isə Eldar Mahmudov tərəfindən MTN-nə gətirilərək, Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilib.

T.Babatovun keçmişi və əməlləri haqda yayılan bu məlumatlar onun dövlət strukturları üçün yararsız biri olduğunu göstərir. Keçmiş MTN işi əslində bunu demək üçün tutarlı faktdır və bəllidir ki, E.Mahmudovun “kassiri” olmuş şəxsdən nə dövlətə, nə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xeyir gəlməz.

Dünyapress TV

Xəbər lenti