Ardını oxu...
Bu gün bütün türk dünyasının iftixarı, dünya şöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Şurasının sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin ozamankı rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabrında imzaladığı sərəncamla Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib.
Ardını oxu...
Uşaq bağçasında nəinki bir ağac, hətta bir kol yoxdur, amma kağız üzərində bağbanlar var…
Nə qədər yazmaq olar ki, Azərbaycan cəmiyyətinin və dövlətinin gələcəyi uşaq bağçalarında, körpələr evində formalaşır.
Bəli, Azərbaycanın gələcək vətəndaşları məhz məktəbəqədər təhsil müəssisələrində yetişir. Amma...
Əmması odur ki, bu gün Elm və Təhsil Nazirliyinin yaydığı rəsmi məlumatı oxuyanda adam dəhşətə gəlir. Nazirliyin yaydığı rəsmi məlumatı olduğu kimi dərc edirik: “Bildiyimiz kimi, ölkə başçısının müvafiq sərəncamına əsasən, dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb. Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 NƏFƏR TƏRBİYƏÇİ -MÜƏLLİMDƏN 51%-nin ( 5800 NƏFƏR ) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ALİ və ya ORTA İXTİSAS TƏHSİLİ YOXDUR.
Qeyd edək ki, "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər”.
Təsəvvür edirsiniz ölkənin gələcəyini yetişdirən TƏRBİYƏÇİLƏRİN yarıdan çoxunun nəinki ali təhsili, heç orta təhsili də yoxdur. Söhbət 5-10 nəfərdən deyil ee, 51 faizdən, 5800 nəfərdən gedir. Belə olan halda bu ölkənin gələcəyini özünüz təsəvvür edin. Nazirliyin yaydığı rəsmi məlumatda qeyd edilir ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.
Deməli, kimlərsə 5800 dəfə Azərbaycan Respublikasının Qanununa …o məsələ… Bu dünyada analoqu olmayan haldır ee…
Deməli, ortada 5800 cinayət əməli….rüşvət…var. Bax, buna görə də uşaq bağçaları barədə hər gün oxuyuruq ki, uşaqlara qarşı zorakılıq var… Çünki tərbiyəçi özü tərbiyəsizdir…adi təhsili yoxdur… Yaxud oxuyuruq ki, uşaqlara ayrılan qida və ərzaq məhsulları haradasa satılır, uşaqlar düzgün qidalanmır. Bəs nə gözləyirdiniz..?
Heç bir təhsili olmayan şəxs uşaq bağçasında işə düzələ bilibsə, deməli rüşvət verib. Yaxud uşaq bağçalarına ayrılan dövlət vəsaitini mənimsəyiblər. Elm və Təhsil Nazirliyi öz rəsmi açıqlamasında bir vacib məqama toxunmur. Söhbət uşaq bağçalarındakı, körpələr evindəki yüzlərlə, bəlkədə minlərlə “ölü canlardan” gedir.
Bəli, uşaq bağçalarında 5 tərbiyəçinin yerinə 2-si işləyir, qalan üçünün pulunu, əmək haqqını isə bağça müdiri alır. Yaxud bağçada 10 nəfər dayə olmalıdır, amma 4-ü işləyir, 6-sı isə “ölü candır”. Bütün bunlar hələ problemlərin cüzi bir hissəsidir.
Bəs görəsən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ( müdir Mehriban Vəliyeva ) hara baxır..? Təhsil İdarəsində o boyda MƏKTƏNƏQƏDƏR TƏHSİLİN TƏŞKİLİ SEKTORU var, müdiri var, əməkdaşları var…bunlar hara baxırlar..? İndi onların hara baxdığın qeyd edək.
Təsəvvür edirsiniz, binanın 1-ci mərtəbəsində məktəbəqədər təhsil müəssisəsi yerləşir. Və onun həyətində nəinki bir ağac, hətta bir kol yoxdur. Amma kağız üzərində bir neçə bağbanı var, bağbanlar hər ay guya maaş alır və. s. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Elgün və Rəşad adlı komissiya üzvləri var, gedib yoxlasınlar.
Bəli, binanın birinci mərtəbəsində yerləşən və 50-60 işçinin kağız üzərində çalışdığı məktəbəqədər tədris müəssisəninin işdən sonra qapısını bağlayıb gedirlər. Amma kağız üzərində 4 mühafizəçi var.
Bütün bunlar reallıqdır, bu dövlətin vəsaitini mənimsəməkdir, bu cinayətdir. Biz bir media olaraq ictimai nəzarətin güclü olmasının tərəfindəyik. Bəs dövlət orqanları, müvafiq dövlət qurumları hara baxır..? Bax, əsas məsələ budur.
gundelik baki.com
 
 
 
Ardını oxu...
 
 

Xətai rayonu ərazisində ətrafa biraz diqqətlə nəzər salanda adama elə gəlir ki, bu rayonda bir idarəedici qurum, yaxud rəhbər yoxdur.

 

Məsələn, 8 noyabr (keçmiş Nobel) prospekti boyunca "boşuna basdırılmış artıq işıq dirəkləri" (bir neçəsinin işığı yanmır), yay-qış prospektdə və Həzi Aslanov qəsəbəsinin küçələrində axan kanalizasiya suları, ot, qamış, tıkan basmış küçələr, ara küçələrdə "ayaq tutub yeriyən" məişət tullantıları, "hörümçək toru" kimi yaşayış evlərinin üstündə mövcud olan yüksək gərginlikli elektrik xətləri və sair azmış kimi, üstəlik də qanunsuz tikintilər maneəsiz şəkildə davam etdirilir.

Əslində, bu ilk deyil, biz dəfələrlə "DogruXeber.az" informasiya portalında bu barədə yazmışıq. Hətta, yazmaqla da qalmayıb, Xətai rayon İcra Hakimiyyətinə, həmçinin Şəhərsalma və Arxitektura Komitəsinə də məlumat vermişik. Amma, davam edən eyni proseslərə nəzər salanda görürük ki, biz özümüzü boş yerə yoruruq. Necə deyərlər, "satan məmnun, alan məmnun".

Biz bir müddət əvvəl Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində gecələr aparılan qanunsuz tikinti ilə bağlı məlumat vermişdik. Hətta, bununla bağlı Şəhərsalma və Arxitektura Komitəsinə, eyni zamanda Xətai rayon İcra Hakimiyyətinə də bildirmişdik. Amma, biz məlumat verdikdən dərhal sonra tələm-tələsik bir gecənin içində həmin tikintinin hətta ikinci mərtəbəsini tamamlayıb, dam örtüyünü vurdular və bununla da işi bitmiş göstərdilər. Ardından bir qədər sonra isə gecələrin birində həmin tikinti ilə üzbəüz daha bir çoxmərtəbəli tikinti obyektinin inşa etdirildiyini gördük. Hansı ki, elə bir neçə gün əvvəl bu barədə "DogruXeber.az" informasiya portalında məlumat dərc etdik və eyni zamanda, həmişə olduğu kimi aidiyyatı üzrə qurumlara da bildirdik.

Şəhərsalma və Arxitektura Komitəsi də redaksiyamıza cavab bildirdi ki, tərəflərindən nümayəndə göndərilib, tikintinin qanunsuz olduğu aşkar edilib və dayandırılıb.

Ardını oxu...
Ardını oxu...

Bu gün isə redaksiyamıza daha bir məlumat və fotoşəkil daxil olub.

Ardını oxu...

Gördüyünüz bu tikinti də Kazımağa Kərimov küçəsində aparılır. Özü də həmin o dayandırıldığı deyilən tikintinin cəmi bir neçə metrliyində.

Yeri gəlmişkən qeyd edək ki, fotoda gördüyünüz həmin bu tikintinin arxasında ikimərtəbəli köhnə yataqxana binası var idi və orada məcburi köçgünlər yaşayırdılar.

Məcburi köçgünlər təqribən iki il əvvəl oradan köçürüldü və köhnə yataqxana söküldü. Sakinlərin redaksiyamıza bildirdiyinə görə yataqxananın yeri həyətyanı kimi satılıb, həyətində isə yolun tam yanında iki mərtəbəli bu tikinti inşa edilib.
Görünür, Xətai rayon icra hakimiyyəti, Xətai rayon bələdiyyəsi, Fövqəladə Hallar Nazirliyi və ARXKOM "gecə-gündüz yorulmadan çalışır".

Biz də onların bu"misilsiz fəaliyyəti"ni ictimailəşdirməyi özümüzə borc bilirik.

Mövzu diqqətimizdədir.

Yeri gəlmişkən, kanalizasiya sularının qurumağa imkan vermədiyi küçələrdən biri də həmin bu küçədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Ardını oxu...

DogruXeber.az

 

XalqXeber.Az
Ardını oxu...
Şamaxı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhər ərazisində Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra polis şöbəsinin inzibati binasında davam edən tədbirdə ilk öncə Ümummilli Liderin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən danışıblar, o cümlədən ölkəmizdə sabitliyin bərqərar olunmasında, xalqımızın təhlükəsiz şəraitdə yaşamasında Ulu Öndərin müstəsna xidmətləri barədə ətraflı məlumat veriblər.
Daha sonra dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Şamaxı şəhəri ərazisində iqlim şəraitinə uyğun 150 şam ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ucar Rayon Polis Şöbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə rayon ərazisində Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Polis şöbəsinin inzibati binasında davam edən tədbirdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən şöbə rəisi, polis polkovniki Valik Vəlimətov Ümumilli Lider H.Əliyevin şərəfli və mənalı ömür yolundan, müstəqil dövlətimizin inkişafı və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, məhz Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində dövlətimiz yüksək templə inkişaf etmiş dövlətlər sırasında öz yerini tutaraq, böyük layihələrin icrasında yaxından iştirak etmiş, dünya miqyaslı tədbirlərin təşkilatçısı olmuşdur.
Daha sonra çıxış edənlər polis əməkdaşları Ulu Öndərin həyatından, Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, böyük xilaskarlıq missiyasından danışıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Diplomların tanınmamasında məsuliyyət birbaşa olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə düşür”.

TEREF.AZ bildirir ki, bu sözləri xaricdə təhsil alıb gələn, lakin diplomları tanınmadığı üçün iş tapmaqda çətinlik çəkən məzunların qarşılaşdıqları problemi şərh edərkən təhsil eksperti Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Problemin kökündə məmur özbaşınalığının dayandığını deyən ekspert sonda bu problemin millətə zərbə vurduğunu bildirib:

“Elə diplomlar var tanınmalı, eləsi də var ki, tanınmamalıdır. Bu məsələdə məsuliyyət birbaşa olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik tələbələrin işinə bir əncam çəkməlidir ki, onlar get-gələ salınmasın, diplomları tanınsın və müvafiq işlə təmin olunsunlar. Ümumiyyətlə, tələbələri düzgün istiqamətləndirmək təhsil sahəsində çalışan mütəxəssislərin işidir. Təəssüflər olsun ki, bəzi məmurların vəzifələrindən sui-istifadə etməsi halları ilə tez-tez rastlaşırıq. Xaricdə təhsil alıb gələn əksər tələbələrin diplomlarının tanınmamasında bu məmurların rolu böyükdür. Hansı ki, onların öz yaxınları bu problemlə üzləşsə, məsələ dərhal həllini tapar. Məmurlar gərək işlərinə vicdanla yanaşsınlar. Çünki sonunda bunun ziyanı millətə dəyir”.
Ardını oxu...
“Azercell”-in növbəti fırıldağı ilə abunəçilərdən pul tutur. İndi də rouminq xidməti adı ilə abunəçilər soyur.

TEREF.AZ Tribunainfo.az-a istinadla xəbər verir ki, bu barədə AYB katibi, yazıçı Elçin Hüseynbəyli məlumat paylaşıb. O bildirib ki, bu hal artıq son iki aydır təkrarlanır:

“Son iki ayda mənə faktura məbləği təxminən 2-2,5 dəfə artıq gəlir. Azərsell-dən soruşuram ki, niyə belədir? Cavab nə olsa yaxşıdır? Müəllim, siz aprel və may ayları sərhədyanı rayonlara səfər etmisiniz və roumunqiniz açıq olduğuna görə avtomatik olaraq, İran mobil operatoruna qoşulmusunuz.

Ona görə də pul artıq yazılıb. Qəribədir. Mən öz ölkəmdə ola-ola mənə xarici tariflə pul hesablanır. Və o da məlum oldu ki, şikayətçi təkcə mən deyiləm. Bu, bir boşluqdur. Ya da İran mobil operatoru ilə əlaqədar olub havayı pul qazanırlar. Hər halda söz verdilər ki, bu boşluğu yrəhbərliyə çatdıracaqlar”.

Qarşı tərəfin də mövqeyini işıqlandıramağa hazırıq.
 
Ardını oxu...
DİA.AZ: - İcbari Tibbi Sığorta Agentliyi ““Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması ilə bağlı tenderinə yekun vurub.

DİA.AZ xəbər verir ki, qalib "Arash Medical Company" MMC (VÖEN: 1402018961) olub.
Qalib şirkətə 704 784 manat ödəniləcək.

"Arash Medical Company" MMC daha öncə də həmin agentliyin 265 289 manat dəyərindəki "Agentliyi “Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatları üçün maye halında helium qazının və dolum xidmətləri”nin satın alınması ilə bağlı tenderinin qalibi seçilib (22.02.2023).

DİA.AZ xatırladır ki, "Arash Medical Company" MMC heç də sıradan bir şirkət deyil və yerli KİV-də bununla bağlı ilginc faktlar açıqlanıb və aydın olur ki, "Arash Medical Company" MMC-yə dövlət qurumlarının ÖZƏL MÜNASİBƏTİ SƏBƏBSİZ DEYİL.

Azərbaycanda hər sahənin öz “tender kralı”nın olduğu heç kimə sirr deyil. Həmin “krallar”ın isə bu və ya digər formada hansısa məmur-oliqarxa bağlı olduğunu da bilməyən yoxdur. Həmçinin, Azərbaycanda büdcə vəsaitlərinin mənimsənilməsinə dair ən böyük şübhələrin məhz dövlət satınalmaları və tenderlərlə bağlı olduğunu da mütəxəssislər dəfələrlə səsləndiriblər. Amma nə faydası, yenə “köhnə hamam, köhnə tas…”

Hər sahənin öz “sahibi” olduğu kimi, son 12 ildən artıq müddətin nəticələri göstərir ki, tibbi ləvazimatların təchizatı, avadanlıqların satınalınması başda olmaqla, səhiyyə sisteminin də favoriti “Arash Medical Company” MMC-dir.

Qeyd edək ki, “Arash Medical Company” ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb.

Ümumilikdə isə “Araş Medikal” MMC və “Arash Medical Company” təkcə həmin yarandığı il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender “udub”. Azərbaycan Tibb Universiteti də 2010-cu ildə “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb.

“Araş Medical Company MMC” son 12 il ərzində əksəriyyəti Səhiyyə Nazirliyindən olmaqla ümumi dəyəri 250 milyon manatdan yuxarı dövlət satınalması əldə edib. Bu, olduqca böyük məbləğdir və ona görə də bu qədər tenderin bir şirkətə verilməsi təsadüfi sayılmır. Belə ki, sözügedən şirkətin sabiq spiker Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədova məxsus olduğu bildirilir və qeyd olunur ki, bu şirkətin səhiyyə sisteminin “favorit”inə çevrilməsində Oqtay Əsədovla keçmiş Səhiyyə naziri Oqtay Şirəliyevin münasibətlərinin xüsusi rolu var. Hələlik mətbuatda bu iddianı təkzib edən məlumat dərc olunmayıb.

Maraqlıdır ki, Oqtay Əsədov artıq xeyli vaxtdır vəzifəsilə vidalaşsa da, hətta Oqtay Şirəliyev də görəvdən alınsa da, sözügedən şirkətin səhiyyə tenderlərilə bağlı işləri yenə öz qaydasında gedir. Bir daha xatırladaq ki, mətbuatda dərc edilən rəsmi statistik göstəricilərə görə, son 12 ildə sözügedən şirkət 300 milyon manatdan artıq dəyərdə tenderin qalibi olub…

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Goranboy rayon sakini, İkinci Qarabağ savaşı qazisi Eminov Aqil bildirir ki, o Goranboy rayon Qizilhacılı bələdiyyəsinə və aidiyyatı qurumlara torpaq almaq üçün müraciət edib və ona bələdiyyə tərəfindən torpaq sahəsi verilib.

Vətəndaşın sözlərinə görə qurumlar tərəfindən ona müvafiq sənədlər verilib və bələdiyyədən ona iqtisadiyyat nazirinin rəyindən sonra əkinə baslaya biləcəyini qeyd ediblər.

Ardını oxu...

Lakin, 1 ildir ki, iqtisadiyyat nazirliyindən rəy ala bilmədiyi üçün tirpaq sahəsindən faydalana bilmir. Şikayətçi kanalımız vasitəsilə aidiyyəti qurumlara müraciət edərək onun işinə baxılaraq köməklik göstərilməsini xahiş edir.
 //kanal13//

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının növbəti hoqqabazlığı
İşgəncəgörən 1-ci dərəcəli Qarabağ qazisi “şübhəli şəxs” kimi “məhkəmə şousu”na çağırılır

1-ci dərəcəli Qarabağ əlilinin evindən 3 maşın polisin zoru ilə Nizami RPİ-nin 24-cü Polis Şöbəsində qollarının arxadan qandallanıb işgəncəyə uğradılmasında , 9 qabırğasının sındırılmasında, tibbi yardıma da qadağa qoyub , iki sutka yaralı durumda istintaq -işgəncə kamerasında həbs edilməsində insan hüquqları üzrə müvəkkil (ombudsman ) cinayət tərkibinin olmadığını prokurorluğa istinadla bildirir. Bəs prokurorluq, bəs məhkəmə? İnandırıcı deyil, amma prokurorluq və məhkəmə cinayəti nəinki ört-basdır edir, həm də cinayəti açıq şəkildə müdafiə edirlər.

Nizami rayon prokuroru Pərviz İbayev insanın qanunsuz olaraq azadlıqdan məhrum edildiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 209.2.7 maddəsinə əsasən anında cinayət işi başlamalı olduğu halda , məhkəmənin qərarı olmadan həbsdə saxlanılan 1-ci dərəcəli Qarabağ əlilinin evində axtarış aparılmasına müstəntiq Qalib Kərimlinin vəsatəti əsasında təqdimat yazıb. (?) İnanmırsınızsa, Nizami məhkəməsinin hakimi Nigar Qədirlinin adından dələduz icra məmurlarının 05.09.2022-ci il tarixinə 14.10.2022-ci ildə tərtib etdiyi 5 (007)-422 /2022 saylı qərara baxa bilərsiniz. Qərarın ikinci abzasında yazılıb : “...03.09.2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 -ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur , HAL -HAZIRDA NİZAMİ RPİ-NİN MSY-DƏ (MÜVƏQQƏTİ SAXLAMA YERİNDƏ) SAXLANILIR”. İstənilən prokuror, istənilən məhkəmə “CM-in 320.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulma” absurdluğunu , özbaşınalığını bir qırağa qoyaq, MƏHKƏMƏ QƏRARI OLMADAN HƏBSDƏ SAXLANILMANI BİLƏN KİMİ CİNAYƏT PROSESSUAL MƏCƏLLƏNİN 209.2.7 MADDƏSİNƏ UYĞUN ANINDA CİNAYƏT İŞİ BAŞLAMALI DEYİLMİ? Yox, bizim məhkəmə hüquq sisteminin yazılmamış qanunları var axı! Hakim Nigar Qədirli Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə istinad edib. Görün, necə: “ CİNAYƏT PROSESSUAL QANUNVERİCİLİYİNDƏ NƏZƏRDƏ TUTULMUŞDUR Kİ, (ŞƏXSİ MƏHKƏMƏ QƏRARI OLMADAN HƏBSDƏ SAXLAYIB) , YAŞADIĞI ÜNVANDA BAXIŞ, AXTARIŞ VƏ GÖTÜRMƏ İSTİNTAQ HƏRƏKƏTİ APARILMASI ZƏRURİDİR.”

05.09.2022-ci il tarixli bu geydirmə qərardan , verildiyi 14.10.2022-ci ildə apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 8 aydır şikayətin məhkəməyə daxil olmadığını bildirib, cinayəti ört-basdır etməklə məşğuldu. Axırı, 05.05.2023-cü ildə hakim İlqar Murquzov 1-ci dərəcəli Qarabağ əlilini “şübhəli şəxs” kimi məhkəmə -məzhəkə şousuna çağırıb. Gerçəkdə bu çağırış eldə deyildiyi kimi, toydan sonra nağara yetkisi bağışlayır . 3 günə baxılmalı olan işə evin quldurluqla yağmalanmasından 8 ay sonra baxılmasından nəsə gözləməyə dəyər? Hələ bir “toydan sonra nağara” şousuna “şübhəli şəxs” qismində çağırılmağa baxın. Bəyəm məhkəmə bilmir ki, 8 ay “şübhəli şəxs” statusuna məhkum edilmək CPM-də nəzərdə tutulmur? Bir də onsuz da qərarın qüvvədə saxlanılacağı CPM -ə uyğun(suz) olacaq.

Azərbaycan reallığı : polis əlili, qocanı, uşağı, qadını, xanımı “şübhəli şəxs” kimi oğurlayıb işgəncə verib qoluqandallı həbs edir , prokuror evində axtarışa təqdimat verir, məhkəmə də təqdimatı təmin edir. “Şübhəli şəxs”in nə müdafiə hüququ var, nə də şikayət hüququ..Yalnız işgəncə görmək, qeyri – prosessual məcburiyyət tədbirinə uğramaq “hüququ” saxlanılır.

Məğrur BƏDƏLSOY

P. S. 8 aydan sonra da olsa, Bakı Apellyasiya Məhkəməsi işi “tapdı”. Nizami prokuroru Pərviz İbayevin 06.10.2022-ci il tarixli cinayət işinin başlanmasından imtina barədə qərarını isə 7 aydır Baş prokuror Kamran Əliyev, Bakı şəhər prokuroru Elşən Abbasov , Ombudsman “tapa bilmir”. Dövlət hesabına vəkil də yoxdur ki, “tapıntı sorğusu” versin.
/hurriyyet.az/
 

Dünyapress TV

Xəbər lenti