Ardını oxu...
Azərbaycan neftinin Avropada satışı ilə məşğul olan Adnan Əhmədzadə hər kəsi təəccübləndirən addım atıb.

Gununsesi.info-nun xəbərinə görə, iş adamı özünün instagram hesabında yeni həyat yoldaşı ilə foto və video paylaşıb.

Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Adnan Əhmədzadə birinci ailəsindən 4 il əvvəl ayrılıb. Bu ayrılığa görə keçmiş xanımına bir neçə milyon dollar pul və əmlaklar verməli olub.

Qeyd edək ki, onun paylaşımlarının bəziləri Kann festifalında bəziləri isə Fransanın müxtəlif istirahət mərkəzlərində çəkilib.
Ardını oxu...
Zaqatala rayon ərazisindən bir neçə iri dağ çayı axır. Onlardan da ən uzun və təhlükəlisinin tarixi adı Muxax, yeni adı Böyük çaydır. Tarixən bu çayın adı Zaqatalanın ən iri kəndlərindən olan Muxax yaşayış məntəqəsinin adı ilə bağlıdır. Təəssüflər ki, yol tikintisi zamanı çayın adı dəyişdirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax-Zaqatala yolundan keçən bu çayın üzərində inşa edilən körpü yeddi aşırımlıdır.

Sel-sular həmin aşırımlardan ikisinin beton özülünü yuyub aparıb. Sakinlər hər an körpüdə qəza baş verə biləcəyini bildirir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq hələlik onları eşidən, dinləyən yoxdur.

Muxax kənd sakini İslam Şabanovun sözlərinə görə, bu körpü 15-17 il qabaq istifadəyə verilib:

“Yevlax-Zaqatala Gürgüstan magistralı qəzalı olduğundan hazırda bütün yük “TIR”-ları bu yoldan istifadə edir. Bu səbəbdən körpünün yükü artıb”.

Kənd sakini deyir ki, körpünün dayaqlarında betonlaşma zəif olduğundan müəyyən hissələri üzə çıxıb, qəzalı vəziyyətə düşüb. Mənbəyini 2800 metr yüksəklikdən götürən, sululuğuna və təhlükəliliyinə görə ən qorxulu çaylardan olan Muxax çayda hər zaman daşqınlar əmələ gəlir.

Sakin İkram Ramazanov bu körpünün altından böyük bir çayın keçdiyini bildirir:

“Əslində körpünün dayaqları ən azından 3-4 metr dərində olmalıdır. Altında dayananda təhlükə daha geniş şəkildə hiss olunur. Fikir verdinizsə bunun özülündə çay daşları qoyublar, bu elə olmalı deyildi. Seçilmiş inşaat materialı, şebel, çınqıl və yüksək keyfiyyətli sement olmalıdır. Biz bu barədə aidiyyatı qurumlara xəbər vermişik, lakin hələlik bir nəticə yoxdur”.

Muxaxçay niyə Böyükçay oldu?

Əslində bu ad, yəni çayın indiki adının hardan və necə qaynaqlanması sakinlərin marağına səbəb olub. Və bu adı kim, hardan, hansı mənbəyə istinadən yazıb bax bu sakinləri düşündürən əsas məsələdir. Sakinlərin ciddi narazılığına səbəb olan məsələlərdən biri də Muxax çayın adının Böyük çay kimi yazılmasıdır.

Kənd sakini Məmmədemin Əliyev Azərbaycan sovet ensklopediyasında və Azərbaycan toponimləri kitablarında çayın adının Muxax kimi göstərildiyini deyir:

“Bu çayın adını dəyişdirib Böyük çay qoyublar. Dəfələrlə biz Azərbaycan Avtomobil Yollarına müraciət etsək də müraciətimizə baxmırlar. Çayın köhnə adını bərpa etmirlər. Amma mübarizəni sona kimi davam etdirəcəyik”.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, qeyd olunan körpüdə hər hansı təhlükə yoxdur, vətəndaşlar rahatlıqla istifadə edə bilər.

Həmin körpünün dayaqları 18 metr dərinliyə malik, dəmir-beton suvaylar üzərində inşa olunub. Dayaqlar tam sağlamdır.

Çayın adının dəyişdiriliməsinə gəldikdə isə Dövlət Agentliyinin nümayəndəsi qeyd edib ki, ərazi üzrə icra sturukturları tərəfindən əsaslandırılan müraciət rəsmi olaraq onlara ünvanlasın. Belə olan halda adların yenilənməsinə baxıla bilər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ: - ""Kapital bank" USD hesabı debet kartımdan pul nağdlaşdırmaq istədim. 196-ya zəng etdim, xanım bildirdi ki, istənilən ATM-dən çıxarmaq olar..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elvin Məmmədli adlı istifadəçi giley edir.

Ardını oxu...

Narazı vətəndaş daha sonra yazır: "1-2 ATM-ə baxdım, ancaq AZN təklif edirdi. 196-ya bir də zəng etdim, bu dəfə bir bəy bildirdi ki, dollar, istənilən ATM-də yox, konkret müəyyən ATM-lərdə olur və bir neçəsinin yerini bildirdi. (Call center əməkdaşlarına təlimat verilmir ya nədirsə, hərəsi bir cür məlumat təqdim edir)
Gənclik Mall-dakı ATM-ə yaxınlaşdım, orda da yalnız AZN təklif edirdi. Elə oradakı filiala daxil oldum və kassadan nağdlaşdırmaq istədim, bu dəfə də bildirdilər ki, 2000 usd-dən aşağı məbləğləri kassa vermir. Kassir yoldaşlardan biri daha maraqlı təklif verdi, dedi ki, saytda bütün ATM-lərin siyahısı var. Belə başa düşdüm ki, siyahını əlimə alıb düşməliyəm şəhərin canına, o dollarları saxlayan lənət ATM-i tapana qədər axtarmalıyam) qısası, 6-cı və bazar günləri - 2 gün ərzində mən halal pulumu debet kartımdan çıxara bilmədim) İndi məzuniyyət götürmək istəyirəm 1 həftə ki, Bakıdakı bütün Kapital ATM-lərini hər gün bir az-bir az axtarım, görünür başqa çıxış yolu yoxdur".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Bura Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış binalarıdır. Bina sakinlərindən Bəxtiyar Bayramov və Ağalar Cavadov binanı tikən “ESKA” MTK-dan şikayətçidirlər. Onların sözlərinə görə tikinti şirkətə onlara aldıqları mənzillərin çıxarışını vermir.

Bəxtiyar Bayramov əlavə edir ki, onlar evləri notarial qaydada almasalar da, onlardan notarial qayda da təsdiq edilmiş sənədlər istəyirlər.
Ağalar Cavadov da evi başqasının adına aldığını deyir.

Şikayətçinin sözlərinə görə, tikinti şirkəti onlardan əlavə pul almaq üçün çıxarışı vermir.

“ESKA” MTN-nın rəhbər şəxslərindən Roza Səfərova barəsində səsləndirilən iddiaların doğru olmadığını deyib. O, tələb etdiyi sənədlərin şikayətçilər tərəfindən ona təqdim ediləcəyi halda mənzil çıxarışlarını verəcəyini bildirib. Şikayətçilər deyir ki, Roza Səfərova söz versə də, onların mənzil çıarışını özlərinə təhvil vermir.

Toplum TV

 
Ardını oxu...
Metronun “Xalqlar Dostluğu” stansiyasının çıxışı yönündəki “Bazarstore” marketinin istehlakçı hüquqlarını pozmasının yeni metodu üzə çıxıb. Marketin giriş – çıxış qapısının üstündə saat 8-dən 23-ədək işləməsi yazılsa da, gecə saat 11 olmamış qapılar bağlanır. Elə olur ki, iş vaxtının bitməsinə hətta yarım saat qalmış marketə girişə “stop” qoyulur.
19 may 2023-cü ildə saat 22-40 radələrində sözügedən marketə girmək hüququmuza qapıdan içəridə olan texniki personal qadağa qoydu ki, bəs girmək olmaz, yalnız çıxışa icazə verilir. Gəl bir verilməsin! “Axı hələ marketin bağlanmasına 15 dəqiqədən də çox var” etirazına gənc “qapıçı” “bəs biz adam deyilik?” cavabını verib, nisbətən yaşlı administratoru çağırdı. Gözləmək olardı ki, administrator müştərinin hüquqlarına hörmətlə yanaşar, di gəl, o da gənc həmkarını müdafiə etdi.
Maraqlıdır, iş vaxtının göstərilən müddətdən 15-20 dəqiqə tez qurtarmasını , marketin tez bağlanmasını işçi heyəti “adam olmaq” istəmələri ilə izah edirlər. Bəyəm “adam olmağa” 15-20 dəqiqə gərəkir? İstehlakçı hüquqlarını pozmaqla “adam olmaq” hüququnu təmin etmək isə yolverilməzdir. Xidmət sektorunda ADAM kimi xidmət göstərilməsi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbidir.
Marketi 15-20 dəqiqə tez bağlamaqla, işdən 15-20 dəqiqə tez çıxmaqla “adam olmaq” mümkün olsaydı , ölkədə qaça-qaç düşərdi ..
Məğrur Bədəlsoy
Teref.az
Ardını oxu...
Hamı təhsilə görə Elm və Təhsil naziri Emin Əmrullayevi qınayır, amma heç kəs dönüb özünə baxmır.

Nə desin nazir? Desin ki, uzun illər rüşvətə dadanmış nataraz direktorlar, rüşvət verib cəmiyyəti pozan valideynlər və s. həbs olunsunlar? Problemin nüvəsini dilə gətirmək imkan xaricindədirsə, bir nazir nə etməlidir? Əlbəttə, şaftalı sözünü düz yaza bilməyən müəllimi qınamalı, ya dərslərin filan vaxt başlanmasını gündəm etməli və ya bu kimi 4-cü, 5-ci məsələlərdən danışıb yola verməlidir də. Başqa nə edə bilər bizimlə?! Rüşvətin istila etdiyi xəstə mühitdə xəstə başlarla nəsə etmək olarmı?! Bir deyil, iki deyil, 10 deyil, 100 deyil….

Eyyuhənnas (ey camaat)! Bilin və agah olun: Təhsildəki problemin əlifbası rüşvətdir! Bu üzüqara əlifbanı dəyişməyincə biz dəyişməyəcəyik, vəssalam. Qalanları palavra! Özümüzü, düşüncəmizi bədnam əlifbanı dəyişmək istiqamətində səfərbər etməsək, yüz nazir dəyişsək də, təhsilimizin marşrutu dəyişməyəcək!

Şəxsən tanımasam da, camaatın münasibətindən belə başa düşürəm ki, E.Əmrullayev “səriştəsiz” nazirdir, deyilmi? Məsələn, bəzi “çoxbilmiş” sələfləri, nazirlər, rektorlar, direktorlar, akademik-alimlər kimi rüşvət, sövdələşmə, “yaxşılıq etmə”, altdan-altdan iş görmə vərdişləri ilə xalqı eyforiyaya, yaxud sakit ölümə qapdıra bilmir. Görünür, bu işdə son dərəcə təcrübəli sələflərinin üsul və üslubunu mənimsəməyib. Bu 3-4 ildə təhsil cəbhəsindən xalqın anasını ağlatmağın incə metodologiyasına yiyələnə bilməyibsə, deməli, zəif nazirdir, deyilmi?!

“Adam o boyda elm və təhsilin başçısıdır, di gəl ki, villaları, biznes şəbəkələri, pulla, peşkəşlə saxladığı jurnalist ordusu, qoruyucu trolları və s. yoxdur. Belə şeymi olar, ay qardaş?!”

Təhsili təkcə cibgir, büdcəgir nazirlər, nazirliyin milyonçu aparat işçiləri, oğru-rüşvətxor şöbə müdirləri və bu qəbildən olanlar deyil, həmçinin əyriliyə səcdə edən bizlər bu günə qoymuşuq: məktəb partalarından tutmuş universitet auditoriyalarına qədər. Təhsildəki bərbad vəziyyət xalq olaraq bizim sifarişimizin məhsuludur.
Deməli, təhsili düzəltmək istəyiriksə, ilk növbədə özümüzü düzəltməliyik.

İdris Abbasov, professor
 
Ardını oxu...
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin həmyerlisi Masazır bələdiyyəsinin yeni sədri seçilibmiş.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Masazır bələdiyyəsinin üzvlərinin keçirdiyi yığıncaqda sədr Fətullayev Rüfət Səyavuş oğlu vəzifəsindən kənarlaşdırılıb.

Masazır bələdiyyəsinin yeni sədri isə 1991-ci il təvəllüdlü, əslən Naxçıvan Muxtar Respublikasından olan Quliyev Azər İlham oğlu seçilib.

Azər Quliyev həmçinin 45 saylı Abşeron Dairə Seçki Komissiyasının sədri Abbasova Dilşad Salman qızının yaxın qohumudur.

Qeyd edək ki, bir müddət əvvəl Masazır bələdiyyəsinin sədri dəyişsə də, bu barədə ictimaiətə məlumat verilməyib. Qəsəbə sakinlərinin əksəriyyəti hələ də bələdiyyə sədrinin Rüfət Fətullayev olduğunu düşünürlər.
 
Ardını oxu...
Son illər ölkədə su ehtiyatlarının azalması, quraqlığın ildən-ilə artması ərzaq və digər təhlükəsizlik məsələlərini ön sıraya çıxarır. Bu baxımda işğaldan azad olunan ərazilərin zəngin su ehtiyatı problemin həlli üçün yeni imkanlar açıb. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ("Azmelsutəsərrüfat" ASC) bu yöndə Qarabağ və Şərqi Zəngəzur ərazilərində layihələr həyata keçirir.

Bəs, ölkənin taleyüklü məsələsində hökumət nə dərəcədə şəffaf davranır?

2022-ci ilin 16 noyabrında prezidentin təsdiq etdiyi "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda meliorasiya və su təsərrüfatı ilə bağlı ilkin investisiya layihələrinin siyahısı açıqlanıb.

Layihələr

İcra müddəti

Suqovuşan su anbarının 5,2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası

2022‒2023

Tərtərçay Sol Sahil kanalının yenidən qurulması

2022‒2023

Xaçınçay su anbarının 7 km uzunluğunda kanalla birlikdə təmiri və bərpası

2022‒2023

Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay- 2 su anbarlarının təmiri və bərpası

2022‒2023

Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi

2022‒2026

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Cəbrayıl rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Bərgüşadçay su anbarının tikintisi

2022‒2026

Həkəriçay su anbarının tikintisi

2022‒2026

Zabuxçay su anbarının tikintisi

2022‒2026

Zəngilan rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Qubadlı rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Laçın və Kəlbəcər rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Lakin çəkilən xərclərlə bağlı heç bir məlumat verilmir.

Bununla bağlı Prezident Administrasiyasına ünvalandığımız sorğu da cavabsız qalıb.

Dövlət satınalmaları portalında meliorasiya və su təsərrüfatı sisteminin qurulması ilə bağlı 2021-ci ildə 178 min manatlıq, 2022-ci ildə isə 380 milyon manatlıq tender məlumatlarına rast gəlirik.

Sifarişçi

Podratçılar

İcra olunacaq iş

Məbləğ

2022-ci ildə

"Azmelsutəsərrüfat" ASC

Hydrotrans Energineering Mühəndislik Mərkəzi MMC

Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

1 milyon 320 min AZN

"Azmelsutəsərrüfat" ASC

"SUPEK" Proje Müşavirlik A.Ş.

Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

3 milyon 505 min AZN

"Azmelsutəsərrüfat" ASC

"Proyapı Mühəndislik və Müşavirlik Anonim Şirkəti" Azərbaycan Respublikasındakı filialı və Sepa Mühəndislik A.Ş. birgə müəssisəsi

Bərgüşadçay su anbarının texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

4 milyon 258 min 384 AZN

"Azmelsutəsərrüfat" ASC

"Nort Vest Konstrakşn" MMC

"Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi" (Magistral boru xətti) üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri

188 milyon 751 min 249 AZN

"Azmelsutəsərrüfat" ASC

"CENGİZ" İNŞAAT SƏNAYE VƏ TİCARƏT A.Ş

Həkəriçay üzərində Zabuxçay su anbarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri

128 milyon 210 min AZN

"Azmelsutəsərrüfat" ASC

"Muğansutikinti" MMC

"Tərtərçay sol sahil kanalının yenidən qurulması"

13 milyon 583 min 640 AZN

"Azmelsutəsərrüfat" ASC

"RAMCO" QSC

Aşağı Köndələnçay, Köndələnçay 1 və Köndələnçay 2 su anbarlarının təmiri, bərpası

11 milyon 484 min 445 AZN

"Azmelsutəsərrüfat" ASC

"Körpü - Bina - Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti

Suqovuşan su anbarının 5.2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası

12 milyon 261 min 038 AZN

"Azmelsutəsərrüfat" ASC

Körpü-Bina-Tikinti MMC

Xaçınçay su anbarının 7 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası

9 milyon 903 min 422

“Azmelsutəsərrüfat” ASC

Türkiyə Respublikasının “Akar-Su Mühəndislik Müşavirlik Ltd. Şti.” və “Suiş Proje Mühəndislik Müşavirlik Ltd. Şti.” birgə müəsisəsi

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

6 milyon 849 min 015 AZN

“Azmelsutəsərrüfat” ASC

HYDRO-GEO ENVİRONNEMENT GROUP” MMC VƏ “HİNAL PROJE” MMC birgə müəssisəsi

Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə-smeta sənədlərinin hazırlanması

1 milyon 700 min AZN


2021-ci ildə

“Azmelsutəsərrüfat” ASC

Ağdam Meliorasiya İdarəsi

Ağdam rayon ərazisində və işğaldan azad olunmuş ərazilərdə idarənin balansında olan suvarma kanalların və arxların lildən və bitgi örtüyündən təmizlənməsi işlərinin satın alınması

160 min 185 AZN

“Azmelsutəsərrüfat” ASC

Hydrotrans Engineering Mühəndislik Mərkəzi MMC

İşğaldan azad olunmuş ərazidə xaçınçay magistral kanalın əsaslı təmiri üçün layihə smeta sənədlərinin və ekspertiza sənədlərinin hazırlanması üçün

17 min 700 AZN

Qubadlı

Həkəriçayın üzərində qurulacaq meliorasiya layihələri üçün 2022-ci ildə 317 milyon manatlıq tender keçirilib. Burada aparılan tikinti işlərinə yerli şirkətlərlə yanaşı, türk şirkətləri də cəlb olunub.

Yerli şirkətlərdən olan "Nort Vest Konstrakşn" MMC 2022-ci ildə "Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi" üzrə layihə-smeta sənədlərinin hazırlanması, eləcə də tikinti-quraşdırma işlərinə görə 188 milyon 751 min manat alıb. Şirkət bu layihələri tender yolu ilə əldə edəndə vergi orqanlarına 11,1 milyon manat borcu var idi. Qanunvericiliklə isə tenderdə iştirak edən şirkətin vergi borcu olmamalıdır.

Şirkətin Latviyadakı törəməsi - "North West Baltic" şirkətinin təsisçiləri sırasında İqtisadiyyat Nazirliyinin Latviyadakı "Azərbaycan Ticarət Evi"nin həmtəsisçisi və direktoru olan Rüfət Quliyevin adına rast gəlirik.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinə yaxın olan "CENGİZ" İnşaat Sənaye və Ticarət şirkəti də Həkəriçay ilə Zabuxçayın birləşdiyi yerdə tikilən su anbarının layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin icrası üçün 128 milyon 210 min manat alıb.

Maraqlıdır ki, prezident İlham Əliyevin Qubadlı rayonuna səfəri zamanı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov ona məruzəsində bildirmişdi ki, Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən su anbarının və ondan ayrılacaq magistral kanalların yaradılması ilə bağlı təklifləri Türkiyənin "Suyapı" məsləhətçi şirkəti verib. Lakin bu şirkətlə bağlı dövlət satınalmaları portalında heç bir məlumat yoxdur.

Zaur Mikayılovun sözlərindən məlum olur ki, dövlət büdcəsindən yüz milyonlarla manata başa gələcək suvarma sistemi "Dost Aqropark" şirkətinin 1900 hektar, "Dost Ziraat Heyvandarlıq" şirkətinin 1700 hektar və digər şirkətlərin min hektarlarla əkin sahələrini su ilə təmin edəcək. "Dost Aqropark" və "Dost Ziraat Heyvandarlıq" Türkiyə prezidenti Ərdoğanın qardaşının kürəkəni Abdulkadir Karagözə aid şirkətlərdir. "Dost Aqropark" MMC-nin qanuni təmsilçisi Mehmet Zeki Tuğrula AK Partiyanın gənclik qolunda (Genclik Kolu) təmsil olunur.

Ağdam

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üçün 2022-ci ildə 17 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Ağdamda yerləşən "Xaçınçay" su anbarının təmiri və bərpası isə "Körpü - Bina - Tikinti" MMC -yə həvalə edilib və bununla bağlı 2022-ci il üçün 10 milyon manata yaxın vəsait ayrılıb. Suqovuşan su anbarının təmiri, bərpası da bu şirkətə tapşırılıb və buna görə, 12,2 milyon manatlıq tender qazanıb.

2001-ci ildə yaradılan "Körpü-Bina-Tikinti" ən böyük dövlət sifarişlərini alan şirkətlərdən biridir.

Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşovun adı “MTN işi” kimi tanınan qalmaqallı cinayət işində Eldar Mahmudovun yaxın adamı olaraq keçirdi.

"Xaçınçay" magistral kanalının, Cəbrayıl rayonunda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması işləri "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" MMC-yə həvalə edilib. Layihələrin hazırlanması üçün şirkət 1,3 milyon manatlıq tender qazanıb.

Şirkət Köndələnçay, Suqovuşan su anbarlarının bəndlərində təmir-bərpa işlərinin layihələndirilməsi üçün də ümumilikdə 73 min manatlıq tender qazanıb.

"Hydrotrans Engineering Mühəndislik Mərkəzi"-nin hüquqi ünvanı ilə Baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olan AVRO-ASİYA İnşaat Korporasiyası "EVRASCON" ASC-nin qeydiyyat yeri eynidir. Bu şirkət ölkənin ən nəhəng dövlət sifarişlərinin icrası ilə tanınır.

Füzuli

"Köndələnçay" su anbarlarının bəndlərində təmir-bərpa işlərini "RAMCO" şirkəti həyata keçirir. Bu işlərin icrası üçün şirkətə 11,5 milyon manata yaxın vəsait ayrılıb.

"Ramco" QSC 2010-cu ildə yaradılıb və qanuni təmsilçisi Rövşən Abdullayevdir.

Vergi reyestrində Rövşən Abdullayevin və onun ailə üzvlərinin adına xeyli şirkətə rast gəlmək olur. Bu şirkətlərin bir qismi Vergilər Nazirliyində 2020-ci ilə qədər şöbə müdiri işləmiş Azər Əsədova bağlıdır. Azər Əsədov eyni zamanda vergilər nazirinin keçmiş müşaviri, İqtisad Universitetinin Biznes Mərkəzinin direktoru Asəf Əsədovun oğludur.

Rövşən Abdullayev və ailə üzvlərinin qeydiyyatda olduğu ünvan (Əsəd Əhmədov küçəsi, ev 203, mənzil 26) Azər Əsədovun təsisçisi olduğu audit şirkəti "HS Consulting" MMC-nin yerləşmə ünvanı olaraq göstərilir.

Abdullayev-Əsədovların Qarabağdakı fəaliyyətləri tək bununla yekunlaşmır. Ailə Füzuli rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırma, layihə sənədlərinin hazırlanması üçün 3,5 milyon manatlıq tender qazanan "SUPEK" Proje Müşavirlik türk şirkətinə də yaxındır.

Belə ki, türk şirkətinin Azərbaycandakı filialının qeydiyyatdan keçdiyi ünvanla (Binəqədi rayonu F.Məlikov 7-ci mikrarayon, ev 4, Məhəllə 3123, mənzil 62) Rövşən Abdullayevə bağlı olan "CASPİAN EQUİPMENT COMPANY" ASC-nin hüquqi ünvanı eynidir. Şirkətin qanuni təmsilçisi Kamal Bağırov daha öncə Rövşən Abdullayeva məxsus "GMC GROUP" MMC-də (keçmiş adı "Grand Motors" MMC) rəhbər vəzifələrdə çalışıb.

Cəbrayıl

Cəbrayılın İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddində, Araz çayı üzərində tikilən "Qız Qalası" su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üçün 1,7 milyon manata yaxın vəsait ayrılıb. Tenderi qazanan "Hydro-Geo Environnement Group" MMC və "Hinal Proje" MMC birgə müəssisəsidir. "Azərsu" Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun baş mühəndisi olmuş Saleh Seyfullayev şirkətin qanuni təmsilçisidir. MMC "Azərsu" ASC-nin iri həcmli tenderinin qalibi olub.

S.Seyfullayev deyir ki, hazırda "Azərsu" ASC ilə heç bir əlaqsi yoxdur. O, "Hydro-Geo Environnement Group" MMC-nin qanuni təmsilçisi olduğunu desə də, konkret nə zamandan fəaliyyət göstərməsi ilə bağlı suala cavab verməkdə tərəddüd edib: "Şirkət əslində, uzun müddətdir ki, fəaliyyət göstərir. Ayrı-ayrı işlər görüb, ondan sonra şirkət kimi formalaşıb".

İqtisadçı Elçin Rəşidov deyir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC həyata keçirdiyi layihələrin dəyərinin şişirdilməsində maraqlıdır: "Mən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin layihələri ilə bağlı təlimlər keçmişəm, həm də işlərində iştirak etmişəm. Görmüşəm ki, onlar layihələri çox bahalı keçirməkdə maraqlıdırlar və ucuz alternativlərə meyl göstərmirlər".

İqtisadçının fikrincə, meliorasiya və su təsərrüfatı sahəsinə qoyulan investisiyaların səmərəliliyinin qiymətləndirilməsi metodologiyası hazırlanmalıdır: "Ölkədə investisiyaların səmərəliliyin qiymətləndirilməsi və texniki- iqtisadi əsaslandırma qaydaları qəbul edilməlidir ki, texniki-iqtisadi əsaslandırma düzgün hazırlansın, həqiqi optimal və fermerlərin maraqlarına, ölkənin iqtisadi maraqlarına uyğun, o cümlədən istehlakçının maraqlarına uyğun layihələr ən səmərəli şəkildə seçilə bilsin. Hazırda bu qaydalar olmadığına görə, onlar daha çox həmin sahədə qərar verənlərin maraqlarına uyğunlaşdırılır. Onlara belə kanalların tikintisi verildikdə onlar daha bahalı, heç də səmərəli olmayan şəkildə tikməkdə maraqlıdırlar".

"Meliorasiya və Su Təsərrüfatı" ASC isə qeyd olunanlarla bağlı yaranan suallara cavab verməyib.

Qarabağda su təsərrüfatı ilə bağlı şirkətlərin işləri su kimi rəvan getsə də, onların necə seçilməsi və xərcləri ilə bağlı məsələlər heç də su kimi şəffaf deyil.

Araşdırma və vizualizasiya: AbzasMedia

Ardını oxu...
"Azərpoçt"da yoxa çıxan 1000 manatdan baha dəyərdə yeni Apple Watch 7...

DİA.AZ: - "2022 Noyabr tarixində 1 saylı Azərpoçtda, Apple Watch 7 saatını US-ə (ABŞ) göndərmək üçün poçtun əməkdaşı İlhamə xanıma təhvil verdim və qiymətli olduğunu bildirdim". DİA.AZ bildirir ki, bunları "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında narazı vətəndaş ifadə edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır (mətn olduğu kimi verilir -dia.az): "Hər hansı qiymət siyahisi olmadığı üçün şifahi məlumat verdi və sadəcə çatdırılma tarixinə və izlənməsinə görə qiymət dəyişirmiş. Yani kargomu izləyəbilmək üçün də əlavə ödəniş etdim.
Ama nə izləyə bildim nə məhsuldan xəbər aldım, zəng etdiyimdə də 1 ay gözləyin sonra əlaqə saxlayın dedilər.

Ardını oxu...

Qısacası nə məhsuldan xəbər oldu, nə düzgün məlumat verən oldu. Ən son idarə heyyətinin rəhbərilə əlaqə saxladım, bir neçə ay sonra məhsulun itdiyini dedilər.
Məhsulun itməsi ya mənimsənilməsi də ayrı bir sualdır təbiki, özlərinə də dedim. Mənə isə siz sığortasız göndərmisiz günah özünüzdədir dedilər halbuki sığorta haqqında məlumat belə verməmişdilər bir neçə dəfə soruşmağıma rəğmən.
Uzun müddət zənglərdən sonra (6-7 ay sonra) cəmi 128Azn kompensasiya ödəndi ödədiyim məbləğlə birlikdə. Məhsul ilə bağlı isə biri başqa gömrükdə, başqası isə tam ayrı gömrükdə itdiyini deyir, qısacası yoxa çıxmasına belə inanmıram".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Guya “Herbalife” Nutrition şirkəti balanslaşdırılmış qidalanma sahəsində liderlik edən, bütün dünyada milyonlarla insana fəal və sağlam həyat tərzi sürməkdə kömək edən beynəlxalq şirkətlərdən biridir.Tərkibində efedrin olan “Herbalife” son günlər arıqlatma adı ilə ölkə vətəndaşlarına sırınmaqda davam edir.Məhz bu məhsulun istifadəsindən sonra ölüm ayağına düşmüş vətəndaşlarımız sosial şəbəkələrdə fəryad qoparsada hüquq mühafizə orqanları tərəfindən lazımı tədbir görülmür.Nəticədə vətəndaşlarımız sağlamlığını itirmək təhlüksəsi ilə üzləşirlər.
Bu haqda Stilist- Vizajist Vüsalə xanım tərəfindən Dünyanınsəsi.Az saytına video-şikayət göndərilib.
Şikayətçi qeyd edir ki,hazırda bu sözügedən “Herbalayev”məhsulundan istifadə etdiyinə görə bütün daxili orqanları sırdan çıxıb.Xanım hansı tibb ocağına müayinəyə gedirsə deyirlər ki, sizn daxili orqanlarınız tam sıradan çıxıb.Məcburiyyət qarşısında qalan ana övladı ilə vidalaşmaq üçün yadigar qalsın deyə son vidvideo-görüntülərini də çəkib.
Herbalife məhsullarının arıqlama və incəlmə məqsədiylə istifadə edilməsinin ardından Herbalife məhsulları ilə ABŞ- də ortaya çıxmış bir sıra şikayətlər nəticəsində bu yazını qələmə alaraq İstehlakçını şüurlandırmaq qərarına gəldim.
Apardığımız araşdırmaya görə “Herbalife” həblərinin tərkibi efedrin maddesine aiddir. Bu maddənin bir sıra asılılıq quruluşçu təsirləri var və bəzi ölümlərə səbəb olduğu bilinməkdədir. 2000-ci ildə Herbalife zəifləmə həbi istifadə edən bir adamın ABŞ də ölüm hadisəsi ABŞ -i sarsıtmışdı. Efedrin maddəsi, ölkəmizdə qadağan edilən bir sıra Çin qaynaqlı Lida bənzəri həblərdən da tapılmışdı. Ürək döyüntüsü edən və qan təzyiqini yüksəldən təsirlərə malikdir. O səbəblə Herbalife zəifləmə həblərinin yeganə yan təsirinin ürək xəstələrində görülə biləcəyini söyləyə bilərik. Ayrıca Herbalife məhsullarının qiyməti ilə müqayisədə mənə qalsa eyni bəsləyici maddələri daha ucuza yemək və içkilərdən tərəvəzlərdən meyvələrdən əldə etmək mümkündür.
Redaksiya olaraq iümid edirik ki, sözügedən hadisə ilə bağlı hüquq mühavizə orqanları “Herbalayev” şirkətində satılan saxta məhsullarla bağlı araşdırma aparıb qanunamüvafiq ölçü götürəcəkdir.
Şirkətlə nə qədər əlaqə saxlamaq istəsəkdə bu arzumuz baş tutmadı.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
Vətəndaşın video-şikayətini təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti