Ardını oxu...
“Qobu Park” yaşayış kompleksinin sakinləri 1 ilə yaxındır ki, binaların qəzalı vəziyyətdə olduğunu, sakinlərin həyatı üçün təhlükə daşıdığını deyirlər.

“5 ildir tikilib, bu 5 ildə binanın biri əyilib sağa, biri sola. Biz burda qorxa-qorxa necə yaşayaq? Camaat təlaş içindədir. Bir belə təhlükədən qoruna-qoruna gəlib bura çıxmışıq, burada da belə…”

Bunları “Qobu Park” yaşayış kompleksinin sakini, Ağdamdan məcburi köçkün Nizami Namazov deyir. Onun sözlərinə görə, şəhərcikdə bir neçə bina əyilib, kanalizasiya, su boruları sıradan çıxıb, elektrik kabelləri qırılıb, sakinlər təlaş içindədirlər.

Ardını oxu...

Bakının Qaradağ rayonu ərazisində yerşələn “Qobu Park” yaşayış kompleksi birinci Qarabağ müharibəsi zamanı evlərini itirmiş məcburi köçkünlər üçün inşa edilib. Şəhərcik üç hissədən ibarətdir – “Qobu Park”, “Qobu Park-1”, “Qobu Park-2”. Müvafiq olaraq 2018, 2019 və 2020-ci illərdə istifadəyə verilib. Hazırda yaşayış kompleksində əsasən Laçın, Ağdam və Cəbrayıl rayonlarından köçkün düşmüş ümumilikdə 3600-dən çox ailə məskunlaşıb.

Ardını oxu...
Yaşayış kompleksi istismara təhvil veriləndən az sonra sakinlər yaranan ciddi problemlərdən şikayətlənməyə başlayıblar. Əvvəlcə kanalizasiya sistemi və su xətləri sıradan çıxıb. Sakinlərin sözlərinə görə, su və kanalizasiya borularından axan su və çirkab həyətləri basmaqla yanaşı, həm də binaların zirzəmilərinə dolub. Daha sonra kanalizasiya və su xətləri təmir edildiyi zaman yanlışlıqla elektrik xətləri kəsilib. Şəhərcikdə hələ də su və elektrik verilişində fasilələr yaranır. Kanalizasiyanın çirkab suları küçələrə axır.

“Köhnə boruları gətirib salıblar binaların altına, indi də dəyişmək istəyirlər, əksinə, daha da ziyan vurublar, işıqların kabellərini qırıq-qırıq ediblər. Camaatın çoxu qalıb liftdə. Biri düşə bilmir, biri qalxa bilmir. İşıq sönəndən sonra həyat olmur burda. Su da gəlmir, qalırsan belə, di gəl yaşa”, – Nizami Namazov şikayətlənir.

Ardını oxu...
Laçın köçkünü Rəşid Dünyamalıyev deyir ki, bitməyən təmir-tikinri işləri üzündən şəhərcikdə toz-torpaq da bitmir:

“Hər səhəri texnikaların səsi ilə açırıq. Heç bir ekoloji prosedurlara da əməl edilmir. Aparılan qazıntılar havanın çirklənməsinə səbəb olur, tozla nəfəs alırıq, mənzillərin içinə qədər toz dolur. İçdiyimiz su da çirklidir. Təmir işlərinə görə suyu tez-tez kəsirlər. Yenidən buraxanda kranı açıb yarım saat gözləməliyik ki, çirkab axıb getsin, su durulsun”.


“Möhkəmləndirilməsi üçün binaların altı betonla doldurulur”
Mart ayında sakinlər ilk olaraq “Qobu Park-2”də yerləşən 17 saylı binanın əyilib qəzalı vəziyyətə düşməsi ilə bağlı həyəcan təbili çalıblar. Həmin vaxt ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Rüfət Quliyev “Baku TV”yə müsahibəsində bildirib ki, binanın zirzəmisinə dolan su onun əyilməsinə səbəb olub.

“Binanın arxasında kanalizasiya borusunun deşilməsi nəticəsində binanın zirzəmisinə bir ildən çox su gedib və binanın altını boşaldıb. İndi dəliklər açılır, həmin su çıxarılır və binanın altı saf sementlə doldurulur”, – o deyib.

Mart ayında “Qobu Park” layihəsini həyata keçirən “Kristal Abşeron” MTK-nın iş icraçısı Eldar Məmmədov “Baku TV”yə bildirmişdi ki, əyilən binada həyat əhəmiyyətli heç bir təhlükə yoxdur.

“Sakinlər evlərində rahat yaşaya bilərlər. Binanın təməlinin yüngül oturması, uzun müddət altına su işləməsi ilə bağlıdır əyilmə. Həmin su xətləri binadan kənarlaşdırılıb. İndi də binanın möhkəmləndirilməsi, gələcək fəsadların qarşısının alınması üçün binanın ətrafına və altına beton inyeksiya olunur”, – deyə o bildirmişdi.

Ardını oxu...
“Əyilən binaların sayı artıb”
Amma üzərindən üç ay keçsə də, şəhərcikdə təmir-bərpa işləri hələ bitməyib, kanalizasiya, su və elektrik xətləri hələ də düzəlməyib, binalarda əyilmə davam edir. Üstəlik yalnız “Qobu Park-2”dəki 17 saylı binada yox. Sakinlərin bildirdiyinə görə, “Qobu Park-1”də 4 və 8 saylı, “Qobu Park-2”də 16 saylı binalarda da əyilmə müşahidə olunur.

Adlarının çəkilməsini istəməyən müəllimlər şəhərcikdə yerləşən Ağdam şəhər 32 saylı məktəb binasının damının çökmə təhlükəsinin olduğunu da deyirlər.

Şəhərcikdə olduğumuz zaman texnikanın işlədiyinə, küçələrdən çirkab sularının axdığına, sözügedən binaların əyildiyinə, 32 saylı məktəb binasının damında zədələrin əmələ gəldiyinə bilavasitə şahid olduq.


“Qobu Park-1”də yerləşən 8 saylı binanın təməlinin möhkəmləndirilməsi üçün zirzəmisinə yeridilən beton isə yaxınlıqda yerləşən sözügedən məktəbin binasının ərazisindən çıxmağa başlayıb.

“Burada binalar tikilməmişdən əvvəl yeraltı kanallar vardı, onları doldurmuşdular. Görünür ki, yaxşı doldurmayıblar, binaların altına su dolduğu zaman da bu kanalları yuyub yenidən boşaldıb. Binanın altına beton doldurulduğu zaman çox güman ki, həmin kanallar vasitəsilə gedib məktəbdən çıxıb”, – sakinlərdən biri izah edir.

“Kristal Abşeron” MTK-dan isə bir daha bildirdilər ki, “Qobu Park” yaşayış kompleksində heç bir binada həyati təhlükə kəsb edən vəziyyət yoxdur. Konkret binalarla bağlı suallara gəlincə, şirkətin özünü təqdim etməyən xanım əməkdaşı artıq zəruri məlumatı mediaya verdiklərini dedi:

“Yaşayış kompleksində baş verənlərlə bağlı əməkdaşlarımız dəfələrlə münasibət bildiriblər”.

“Əyilmiş bina qəzalı sayılır”

Ağalar Vəliyevin nəyinə lazımdır ki, bu insanlar öldümü... qaldımı...

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, problemlərin yaranması binaların çox qısa müddətdə tələsik inşa edilib, istismara verilməsi ilə bağlı ola bilər:

“Çoxmənzilli binaların tikintisi təxminən iki il davam edir, tikildiyi müddətdə mümkün qədər oturur. Eyni zamanda binanın oturması yerin səthindən asılıdır. Əgər bina əyilirsə, deməli, konstruksiyası düzgün qurulmayıb. Əyilmiş bina, əlbəttə ki, təhlükə mənbəyidir. Bina qəzalı sayılır”.

İnşaat işləri üzrə ekspert Nüsrət İbrahimov da bildirib ki, binanın əyilməsinin bir neçə səbəbi ola bilər:

“Binalar tikilməzdən əvvəl torpağın tərkibinin öyrənilməsində səhvlər buraxılmış ola bilər. Nəticədə, buradan keçən qrunt suları binaların təməlini yuyub. Bundan başqa, yer səthində baş verən dalğalanmalar nəticəsində süxurun strukturunun dəyişməsi mümkündür. Bu, insan amili ilə də bağlı ola bilər. Araşdırma aparılmalıdır. Rəy verilməlidir ki, bu binalar istifadəyə yararlıdır, ya yox”.

Tikinti üzrə digər ekspert Cavid İsayev isə hesab edir ki, hazırda görülən betonlama işləri problemi həll edə bilməz.

“Binanın alt hissəsində betonlama işlərinin aparılması binanın yararlı olacağı demək deyil. Bu cür işlərin aparılması tam mənasızdır”, – deyə o bildirib.

“Gəldilər, sementlədilər, dedilər daha möhkəm dayanıb. İndi isə haradasa son on gündə yenə bir neçə santimetr əyilmə var. Orada ölçü qoyublar, əyilmənin davam edib-etmədiyini izləmək üçün. Ümumilikdə, 20-25 sm əyilmə var binaların yuxarısında. Qorxu içində yaşayırıq, bilmirik gələcəyimiz necə olacaq. Uçsa, camaat tələf olsa, kim cavab verəcək? Bundansa bizi köçürsünlər başqa yerə, sonra düzəltsinlər binanı. Tam düzəldiyinə əmin olanda yenidən qaytararlar camaatı”, – 17 saylı binada yaşayan Arif Hacıyev deyir.

İnterPosta.info
Ardını oxu...
Bu gün ölkə ərazisində ən qalmaqallı icra başçısı Zakir Fərəcovdur. Bunu demək üçün onun mətbuatda hər gün müzakirə olunan yüzlərlə qanunsuz əməllərini, şərlətdirib həbs etdirdiyi insanları, hörmətsizlik etdiyi şəhid analarını, qapısından qovduğu kimsəsiz qocanı, işlədib pulunu vermədiyi iş damlarını və ən nəhayət, dövlət başçısının şəxsən imzaladığı qanunları heçə saydığı əməllərini misal çəkmək olar.

Özünü Sumqayıt şəhərinin allahı hesab edən Zakir Fərəcovdan daha ilginc məlumatlar kütləvi informasiya vasitlərində və sosial şəbəkələrdə yayılıb, hər kəsi təəccübləndirdi. Belə ki, bu yaxında iş adamları yığışıb hörmətli prezidentimizə özündə faktları əks etdirən sənədlərlə bərabər məktub yazıblar, bildiriblər ki, Zakir Fərəcov Sumqayıt şəhərinin abadlıq işlərini bizə gördürüb amma pulumuzu vermir.

Ümumilikdə, 60 milyon manatdan çox pulumuzu mənimsəyib. Hər gün 20-30 manata fəhləlik edən, ailəsinə, uşağına bir tikə çörək aparan usta və fəhlələr çarəsiz vəziyyətdə qalıblar. Sonra Prezident Aparatından iş adamlarının şikayətinə cavab gəlib, cavab məktubunda bildirilir ki, şikayətçilərin müraciəti araşdırılsın və bütün iş adamlarının haqqı ödənilsin.

Zakir Fərəcov isə bu hadisəni eşidib və gülüb, deyib ki, mən aparatdan gələn o məktubları aparıb tualetdə istifadə edirəm. Daha sonra ciddi sifət alaraq iş adamlarına bildirib ki, bu dəqiqə 50 min manat verib sizin hamınızı tutduraram.

İndi çarəsiz iş adamları çıxış yolunu yığışıb cənab prezidentin qəbuluna getməkdə görürlər. İnanırıq ki, bu məsələ araşdırılacaq və hər kəs öz haqqını alacaq.

"Azərbaycan Reallığı" yazıda adı çəkilən hər kəsin mövqeyini tanıyır.
 
Ardını oxu...
Müğənninin dörtqat təhlükəsizlik sistemi: daldan, qabaqdan, sağdan, soldan... Özünü Azərbaycan müğənnisi kimi təqdim edən Vəfa Şərifova ilə bağlı indicə baxdığımız bir video bu yazının yazılmasına səbəb oldu. Bu barədə bir azdan...
Deməli, Vəfa Şərifova Wikipedia-da özü barəsində yazır: Vəfa Şərifova — Azərbaycan müğənnisi. Vəfa Şərifova 4 yanvar 1990-ci ildə Ağsu rayonunda anadan olub. 11-ci sinifi bitirdikdən sonra Bakıya köçüb. Müəllimi və sənətdə dəstəyi Tacir Şahmalıoğlu olub. Bu məqamda bir az yaxın tariximizə ekskurs edək.
Deməli, 30-40 il əvvəl gənc müğənnilərdən biri öz müəlliminə deyib ki, “Sizə USTA, yoxsa USTAD deyə müraciət edim? “. Müəllimi cavab verib ki, ay bala, indi pomidor yeşiyi düzəldənə, dəlləkxanada buğ-saqqal qırxana da USTA deyirlər, USTAD desən daha məsləhətli olar.
Yeri gəlmişkən, bığ-saqqal dedik, yadımıza Vəfa Şərifovanın sevdiyi bir zümzümə düşdü. Tanıyanlar deyir ki, Vəfa Şərifova kefinin ən yaxşı vaxtlarında “Qara bığlar, qara buğlar, Qapqaradır qara buğlar… kimi sözləri zümzümə etməyi yaman sevir. Amma hansı buğlardan, kimin buğlarından söhbət getdiyini açıqlamırıq… Nə isə qayıdaq əsas mövzumuza.
Deməli, Vəfa Şərifova yazır ki, sənədə ustam ( ustadım yox haa ) Tacir Şahmalıoğlu olub… Ayy gidi dünya… 30-40 il öncə USTAD KİŞİ sənətkarlarımız var idi. Dərs keçdikləri XANIM-XATUN müğənnilərimiz var idi, dəyərli, mənalı sözlərə bəstələnmiş mahnılar oxuyub millətimizi feyziyab edirdilər. İndikilər isə ancaq bədən əzalarını, bədən üzvlərini, arxadan, qabaqdan televizorda nümayiş etdirməyi, özünə yağlı müştəri axtarmağı özlərinə peşə ediblər. Bir soruşan yoxdur, aazz, sən mahnı oxumağa çıxmısan, yoxsa hərraca… Nə isə yenə əsas mövzudan yayınmayaq… Hələ bunlar harasıdır… Bir qadın müğənni oxuyur ki, tikanların maa ( yəni mənə ) batsın…o biri oxuyur ki, maa qıyarsanmı…o birisi oxuyur ki, o yana döndər məni… Bir soruşan yoxdur ki, ay sənətkar, bu nə sözlərdir, bunun müəllifi kimdir, kim bəstələyib.. Vallahi, bilən yoxdur…Kimsə patıdan-zaddan çəkib ağzına gələni yazır, sonra da özü bəstələyib, guya Allah qoymasa mahnı satır… Özü kimi iş adamları, həcilər, məmurlar isə həmin mahnıları böyük məbləğdə pulla alıb, qeyri-rəsmi yaşadıqları xanım müğənnilərə hədiyyə edirlər.
Yeri gəlmişkən, son 20-30 ildə Azərbaycan cəmiyyətində bir rüsvayçılıq, rəzalət baş alıb gedir. Tez-tez oxuyuruq ki, filan müğənni filan nazirin, yaxud icra başçısının, biznesmenin, həcinin qeyri-rəsmi arvadıdır. Ay adamlar, qeyri-rəsmi, “levi” arvad-zad nədir..? Hələ bu “levi” arvadlardan uşaqlar da olur. Bu uşaqlara müsəlman dünyasında bicbala, vələdi-zina deyərdilər. Vallah belə davam eləsə, birazdan vələdi-zinalar…nə bilim harada oturacaqlar… Ən dəhşətlisi bilirsiniz nədir..? Bu əxlaqsız söz-söhbətlər televizorlara, saytlara, qəzetlərə çıxır. Və məktəb yaşlı uşaqlar bu əxlaqsızlıqlara baxmağa, qulaq asmağa məcbur olurlar. Və təsəvvür edin ki, hansı nəsil yetişir… Vəfa Şərifova haqqında mediada yazılanlara baxanda adam dəhşətə gəlir. Filan iş adamını öz aralarında bölə bilmirlər…Lüt şəkilləri yayıldı…Vəfa Şərifova filan nazirə…”Sənə sildirdim…” mahnısı qoşub. Nəyi sildirib, necə sildirib…?
Vallah, gülməyin, biz cəmiyyətimizin halına ağlamalıyıq… Həə, indi isə keçək, yazının girişində qeyd etdiyimiz və bu yazının səbəbkarı olan VİDEO məsələsinə. Yəqin oxucular özləri də həmin videoya baxb nəticə çıxaracaqlar.
Deməli, videodan görünür ki, Vəfa Şərifovanın TƏHLÜKƏSİZLİK SİSTEMİ VAR, CANGÜDƏNLƏR-in bir sağdan, biri soldan, o biri daldan, bir başqası qabaqdan Vəfa Şərifovanı qoruyur. Vallahi, heç kraliçaları belə qorumurlar.
Yeri gəlmişkən, dünyanın bütün sivil ölkələrində dövlətin birinci, ikinci, üçüncü şəxsi dövlətin hesabına qorunur, təhlükəsizliyi təmin olunur. İndi Azərbaycanda nəinki 4-cü, 5-ci şəxslər, hətta icra başçıları da, nə bilim, məktəb direktorları da, müğənnilər də cangüdənlə gəzirlər. Bunlar öz ciblərinin halal pulları ilə bunu etsələr, yenə cəhənnəmə… Yox e, dövlət pulları bu yolda səpələnir…
Bəli, videodan göründüyü kimi, Vəfa Şərifova çox bahalı avtomobildən düşəndə…qapını açmaq üçün növbədə dayananlar var, sonra sağdan, soldan qoruyanlar onu harasa kiminsə yanına aparır. Yəqin ki, orada şam-zad söhbəti də olacaq. Və orada Vəfa Şərifova “Qara buğlar..” mahnısını çalıb-oxuyacaq… Nə isə videoya özünüz baxsanız daha maraqlı olar…
P.S. Hələ siz qara buğlunun videosunu görəcəksiniz...

gundelik baki
 

Ardını oxu...
Bakı məktəblərində bir-birinin ardınca baş verən komik, bəzənsə tragikomik hadisələr bütövlükdə Azərbaycanın təhsil sistemində olan problemləri çılpaqlığı ilə üzə çıxarıb. Direktorun müəllimlərdən, müəllimlərinsə şagirdlərdən pul yığdığına dair yayılan audioyazılar, vaxtaşırı ölkə mətbuatının gündəmini zəbt edən videogörüntülər bu sahədə köklü islahatların aparılmasını qaçılmaz edib. Xırdalan şəhərindəki bir nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlər tərəfindən qulağına sırğa taxıldığını əks etdirən görüntülər isə bardağı daşıran sonuncu damla oldu.

DİA.AZ yenisabah.az-a istinadla xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində idarəolunmaz vəziyyətin yaranması Elm və Təhsil naziri Emin Əmrullayevin kariyerası üçün ciddi problem yaradıb. Həm ali, həm də ümumtəhsil orta məktəblərində mütəmadi olaraq qanunsuzluqların qeydə alınması gənc nazir üçün "əcəl zəngi" sayıla bilər. Təsadüfi deyil ki, yerli KİV hakimiyyətdaxili dəyişikliklərin anonsunu verəndə ön sırada Elm və Təhsil naziri Emin Əmrullayevin adını hallandırır.

"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, nazir özü də kariyerasını gözləyən təhlükədən xəbərdardır. Amma o, postunu itirmək istəmədiyi üçün ən müxtəlif vasitələrə əl atmaqdan çəkinmir.

Elm və Təhsil Nazirliyindəki mənbə saytımıza bildirib ki, Emin Əmrullayev artıq "günah keçisi" tapıb. Mənbənin dediyinə görə, nazir bütün məsuliyyəti Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın üzərinə atmağa hazırlaşır. Elm və Təhsil naziri Emin Əmrullayev düşünür ki, son vaxtlar bir-birinin ardınca Bakı məktəblərində baş verən biabırçı hadisələrin M.Vəliyevanın ayağına yazmaqla özünü xilas edə bilər.

Mənbə deyib ki, E.Əmrullayev vəziyyətdən çıxış yolunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirini işdən çıxarmaqda görür. O, yaxın günlərdə Mehriban Vəliyevanı tutduğu vəzifədən azad etməklə nazir kürsüsündəki ömrünü bir qədər uzatmağa çalışacaq.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri M.Vəliyevanın Emin Əmrullayevin bu planından xəbərdar olduğu bildirilir. Xanım Vəliyevanın vəzifəsini qorumaq üçün hakimiyyətin yuxarı eşelonunda təmsil olunan hamilərindən dəstək alaraq nazirin planını pozmağa çalışdığı da gələn məlumatlar arasındadır.
Ardını oxu...
İş adamı Azad Əliyev dəymiş ziyanı ödəməkdəm imtina edir

İsmayıılı rayonunda fəaliyyət göstərən “İsmayıllı Tikinti 27” MMC-nin sahibi iş adamı Azad Əliyev Vüsal Həsənova keyfiyyətsiz beton satmaqla onu ziyana salıb. Məsələ ilə bağlı şikayətçi olan Vüsal Həsənov saytımıza bildirdi ki, təsadüfən Bakıda restoranların birində Azad Əliyevin dostu Məmməd Əhmədsoyun oğlu Səfər Əhmədsoyla tanış oldum və söhbət əsnasında atasının beton zavodu olduğunu bildirdi. Vüsal Həsənov Qəbələ rayonunda fərdi ev tikidiyini Səfər Əhmədsoya bildirdikdə isə, o atasının beton zavodu olduğunu və dostu Azad Əliyevə məxsus “İsmayıllı Tikinti 27” MMC-dən ona beton alıb verə biləcəyini bildirib.
Şikayətçi qeyd edir ki, razılaşmaya görə aldığım betonun pulunun bir hissəsi töküldüyü vaxt, bir hissəsi isə avqust ayında verilməli idi. Müqavilədə isə “İsmayıllı Tikinti 27” MMC-nin 400 marka beton verəcəyi qeyd edilib.
Vüsal Həsənov bildirir ki, evin dam hissəsinə istifadə olunan beton quruduqdan sonra ovulub tökülməyə başlayıb. Məsələni araşdırdıqda isə məlum olub ki, hətta “İsmayıllı Tikinti 27” MMC tərəfindən daha önvə satılan betonlar belə müqavilə şərtlərində yazıldığı kimi 400 marka deyil, 350 markadır və sonuncu verilən beton isə istifadəyə tam yararsızdır. Həmçinin satılan betonun ucuz başa gəlməsi üçün gilli çay daşından istifadə olunub və ölçü çox gəlməsi üçün suyunu normal qaydasından dəfələrlə artıq əlavə ediblər.
Şikayətçi beton tökülmə ərəfəsində problemlə bağlı “İsmayıllı Tikinti 27” MMC rəhbərliyi ilə əlaqə yaradıb və Azad Əliyev ona bildirib ki, “narahatçılığa əsas yoxdur,betonu tökün əgər hər hansı bir problem olarsa bütün ziyanı qarşılayacaq”.
Vüsal Həsənov qeyd edir ki, yaranmış problemdən sonra “İsmayıllı Tikinti 27” MMC rəhbərliyi dəymiş ziyanı ödəməkdən boyun qaçırırlar. Keyfiyyətsiz beton satışı ilə məşğul olan Azad Əliyev açıq şəkildə bildirir ki, “mən heç kəsdən qorxmuram, hara şikayət edirsən elə…”.
aktualxeber
 
Ardını oxu...
AZƏRİŞIQ AÇIQ SƏHMDAR CƏMİYYƏTİ-nin Sədri Hörmətli Cənab Vüqar Əhmədova
surəti: Azərbaycan Respublikasının Energetika
naziri cənab Pərviz Şahbazova
Sumqayıt RETSİ-nin istismar üzrə mühəndisi
Quliyev Anar Ələmqulu oğlu
Tərəfindən

M Ü R A C İ Ə T

“Azərişıq” ASC Sədri cənab Vüqar Əhmədovun göstərişlərinə məhəl qoymadan, qanuna zidd hərəkətləri ilə qurumun nüfuzuna xələl gətirən “Azərişıq” ASC məmurları barəsində tədbir görülməsi üçün Sizlərdən kömək istəyirəm.
Sumqayıt şəhər 4-cü mikrorayon ərazisində yerləşən obyektin şəbəkəyə qoşulması üçün ASAN xidmətə ödənilməli olan rüsumun məbləği 27.500 AZN-dir. Obyekt sahibi bu rüsumu ödəməyə hazırdır. Lakin “Azərişıq” ASC-nin Texniki Nəzarət İdarəsinin rəisi Arif Məmmədov “süründürməçilik siyasəti”ni işə salaraq “Azərişıq” ASC-nin xeyrinə olan bu işə qəsdən maneçilik edir. Belə ki, abonent qeyd olunan məbləği ASAN Xidmətə ödəmək üçün Arif Məmmədov rəy verməlidir. A.Məmmədov obyektin transformator məntəqəsinin mühafizə zonasında yerləşdiyini bəhanə edərək “Azərişıq” ASC-nin xeyrinə olan bu məsələyə məqsədli şəkildə maneçilik edir. Şəbəkəyə qoşulmaq istəyən obyektin arxa divarı ilə 59 saylı Transformator Məntəqəsinin arxa divarı arasındakı məsafə 60 sm-dir. Obyektin və Transformator Məntəqəsinin arxa divarlarında nəinki qapı nəfəslik belə yoxdur, təmamilə qapalıdır.
“ASAN” və 13-cü xidmətin fəaliyyətinə Cənab V.Əhmədov tərəfindən xüsusi önəm verilir. Texniki Nəzarət İdarəsinin rəisi A.Məmmədov bütün bunları bilə-bilə həm sahibkarı süründürməçiliyə salmaqla qurumun nüfuzuna zərbə vurur.
Bununla bağlı Arif Məmmədovun mobil nömrəsinə zəng edərək onun bu hərəkətinin “Azərişıq” ASC-nin mənafeyinə həm də qanuna zidd olduğunu bildirmişəm.
Telefon danışığımız zamanı bu məsələni müsbət həll edəcəyinə dair mənə kişi kimi söz verdi, sonra nömrəmi blokladı və “Qurbanəli bəy” kimi “qaçıb gizləndi”
Məlumatlarıma görə A.Məmmədovun rəhbəri olduğu Texniki Nəzarət İdarəsi yüksək gərginlikli hava xətlərinin altında tikilən kommersiya obyektlərindən 5000-7000 AZN rüşvət alıb rəy yazırlar. Sözü gedən obyektdən də 3000 manat “şirinlik” istəyiblər. Belə çıxır ki, bunlar “Azərişıq” ASC-nin mənafeyini pula satırlar.Bu idarə özünə aid işlə məşul deyil. Bunlar üçün öz mənafeləri qurumun mənafeyindən üstündür. Bunların işi yarımstansiyalara, transformator məntəqələrinə nəzarət etməkdir. Öz işlərini yerinə yetirmirlər, yetirməsinlər heç olmasa qeyri-qanuni hərəkətlərilə “Azərişıq” ASC-ni nüfuzdan salmasınlar.
3000 manata görə “Azərişıq ASC-ni 27.500 manat ziyana salan bu idarə kimə gərəkdir ?!
Əminəm ki, cənab Vüqar Əhmədov bunlardan xəbərsizdir.
Xahiş edirəm “Azərişıq” ASC-nin mənafeyini düçünmədən, qurumun nüfuzuna xələl gətirən Texniki Nəzarət İdarəsinin rəisi Arif Məmmədovun “süründürməçilik siyasəti” nə son qoyulmasında yardımçı olasınız.
Öncədən Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə A.Quliyev
 
Ardını oxu...
Azərbaycanın kəndlərində heyvan saxlamaqdan kütləvi şəkildə imtina olunur. Kənd Təsərrüfatı Nazirliyi təsəlliverici məlumatlar vermək əvəzinə, real iş görməlidir.

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvar ayının birinə ölkəmizdə iribuynuzlu heyvanların sayı 2 milyon 628.6 min, xirdabuynuzlu heyvanların sayı isə 7 milyon 772.1 min baş təşkil edib. Bu da əvvəlki illə müqayisədə iribuynuzlu heyvanların sayının 0.8% və ya 20.2 min, xırdabuynuzlu heyvanların sayının isə 1.6% və ya 127.6 min baş azalması deməkdir. Belə ki, 2022-ci ilin yanvar ayının birində iribuynuzlu heyvanların sayı 2 milyon 648.8 min, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 899.7 min baş olub.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) rəsmiləri ölkədə heyvanların sayının azalmasını fermerlərin xaricdən gətirilən yeni sort heyvanlara üstünlük verməsi ilə izah edirlər. Onların sözlərinə görə, fermerlər öz təsərrüfatlarında gündə 2 litr süd verən 3 inək saxlamaq əvəzinə, süni mayalanma yolu ilə alınmış gündə 10 litr süd verən 1 inək saxlamağa üstünlük verirlər. Bu səbəbdən ölkədə heyvanların baş sayı azalsa da, ət və süd istehsalı artıb.

Lakin “Yeni Çağ”ın apardığı araşdırma zamanı KTN rəsmilərinin açıqlmalarının həqiqətlə uyğunlaşmadığı üzə çıxıb. Məlum olub ki, hazırda Azərbaycanın kəndlərində yaşayan ailələr heyvan saxlamaqdan kütləvi şəkildə imtina edirlər. Buna səbəb isə onların heyvan saxlamaq üçün şərait və imkanlarının olmamasıdır. Belə ki, əksər kənd yerlərində, xüsusilə də istirahət zonalarında bələdiyyələrin balansında olan örüş yerləri müxtəlif şəxslərə satılıb. Həmin yerlərdən örüş kimi deyil, digər məqsədlər üçün istifadə olunur. Məsələn, İsmayıllı rayonunun bir sıra kəndlərini buna misal göstərmək olar. Bu hal qoyun sürülərinin bəsləndiyi yerlərə, xüsusilə də Mərkəzi Aran rayonlarında yerləşən qışlaqlara da aiddir. Örüş yeri olmadığı üçün heyvanları daimi tövlə şəraitində saxlamaq isə kəndli üçün sərfəli deyil. Nəzərə alaq ki, hazırda 1 ədəd ot tayının qiyməti 4-6 manat, arpanın 1 kiloqramı 35-45 qəpikdir. Mövsüm bitəndən sonra, yəni payız və qış aylarında isə bu qiymətlər daha da artır. Belə olan halda heyvanların bəslənməsi üçün çəkilən xərclər gəlirlərdən çox olur. Buna görə də, kənd yerlərində yaşayan insanlar üçün heyvan saxlamaq sərfəli görünmür. Bu səbəbdən onlar heyvanlarını satır, pay torpaqlarında isə ya taxıl əkir, ya da həmin əraziləri başqalarına icarəyə verirlər. İcarəyə alınan torpaqlarda da əsasən taxıl becərilir. Beləliklə də, ölkə üzrə heyvanların sayı azalır.

Respublikada yaradılan yeni, müasir standartlara cavab verən təsərrüfatların sayı isə olduqca azdır. Müqayisə üçün bildirək ki, sovetlər dönəmində demək olar ki, Azərbaycanın hər bir kəndində 1 təsərrüfat var idi. Həm də hər bir ailə fərdi şəkildə heyvan bəsləyirdi. İndi isə həmin təsərrüfatlar yoxdur. Fərdi şəkildə heyvan bəsləyənlərin sayı da getdikcə azalır.

Mütəxəssislər hesab edirlər ki, bu məsələyə ciddi yanaşılmalıdır. KTN rəsmiləri təsəlliverici məlumatlar yaymaq əvəzinə, real iş görməlidirlər. Xüsusilə kənd yerlərində yaşayan insanların heyvandarlığa marağı artırılmalı, bunun üçün müvafiq yollar tapılmalıdır. Məsələn, bunun üçün kənd təsərrüfatı kooperasiyalarının yaradılması üzərində dayanmaq olar. Amma burada vacib bir məsələni vurğulamaq lazımdır ki, kooperasiyaların yaradılması üçün lazım olan vəsait və s. fermerlərin hesabına olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, hazırda kənd yerlərində yaşayanların bir çoxu bu resurslara malik deyil. Bir çoxlarının da kooperasiyalar barədə məlumatı yoxdur. Ona görə də, KTN və digər aidiyyəti qurumlar bu məsələnin üzərində ciddi düşünməlidirlər. Hesab olunur ki, kooperasiyaların yaradılması işini pilot layihə olaraq, dövlətin dəstəyi ilə 1 rayon və ya ayrı-ayrı kəndlər üzrə həyata keçirmək mümkündür. Daha sonra isə işi sürətləndirmək olar.

Qeyd edək ki, heyvandarlığın əsaslı inkişafı torpaqların da səmərəli istifadəsinə imkan yarada bilər. Belə ki, hazırda ölkə üzrə əkin sahələrinin əksər hissəsindən ildə 1 dəfə istifadə olunur. Əsasən də həmin torpaqlarda taxıl əkilir. Halbuki sovetlər dönəmində əkin sahələrinin əksər hissəsində ildə azı iki dəfə əkin aparılırdı. İndi də həmin torpaqlarda bu prosesi həyata keçirmək mümkündür.

Beləliklə, ölkədə heyvandarlığın əsaslı inkişafını təmin etməklə, həm bu sahənin yüksəlişinə, həm də torpaqlardan səmərəli istifadəyə nail olmaq mümkündür. Bu isə bir çox sahələrə müsbət təsir göstərə bilər. Həm də kənd yerlərində işsizliyin və kənddən şəhərə axının qarşısının alınmasına kömək edər.

“Yeni Çağ”
 
Ardını oxu...
Burası Qazax gömrüyüdür.
Gürcüstana, Türkiyəyə və Avropanın müxtəlif ölkələrinə gedən yük maşınları bu gömrükdən keçir. Gömrükdə isə işi elə qurublar ki, yük maşını sürücüləri adi bir sənədi imzalatmaq üçün saatlarla gözləyirlər. Onların dediklərinə görə, dünyanın heç bir ölkəsində bu cür süründürməçiliklə üzləşməyiblər.
Teref.az yazır ki, bunu baş redaktor Heydər Oğuz deyir. Baş redaktor dediklərini şərh edərək yazır:
Məhz bu səbəbdən TIR sürücüləri bu gömrük məntəqəsinə dantansı bir ad qoyublar: "Dəli Domrul körpüsü".
Və biz bu cür "Dəli Domrul körpüləri" ilə Orta dəhlizin bir həlqəsi olmağa iddialıyıq.

 
Ardını oxu...
“Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə üç uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə beş uşaq deyirəm. Bunu bacardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı praqdimasını dəyişdirir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya son səfəri zamanı mətbuata açıqlamasında deyib.

Ancaq Azərbaycanda Türkiyə Prezidentindən tam fərqli düşünən yüksək ranqlı məmurlar, məqam sahibləri var. Onları Azərbaycanın gələcəyi, güclü olması, böyüməsi kimi “boş-boş şeylər” yox, pul düşündürür...

Məsələn, fikri-zikri nə yolla olursa olsun, dövlətin əhalinin sosial problemlərinin həllinə, pensiyaçılara, imkansız ailələrə ayırdığı büdcə vəsaitlərinə “qənaət etmək” olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Rəcəb Tayyib Ərdoğan kimi düşünmür.

Təsadüfü deyil ki, sosial şəbəkələrdə Türkiyə Prezidentinin fikirlərini “Ərdoğan Sahil Babayevi “vurdu” kimi təqdim edənlər də oldu...

Məsələ ondadır ki, tutduğu vəzifənin fəlsəfəsini, siyasi yükünü, mahiyyətini anlamaqda çətinlik çəkdiyi aydın görünən, dövlətdən, büdcədən əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün daha çox vəsait almağa nail olmaq, yeri gələndə bunun üçün hökumətlə “kəllə-kəlləyə gəlmək” əvəzinə, kasıb-kusubun aldığı olan-qalan vəsaiti də kəsib büdcəyə qaytarmağa çalışan və bununla fəxr edən nazir Azərbaycanda uşaqpulu verilməməsini əsaslandırmağa çalışarkən deyib:"Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük..."

Yəni, əhalinin artımını stimullaşdırmaq olmaz. Bu, Azərbaycan kimi bir ölkənin milli strateji maraqları, dövlətin və xalqın gələcəyi ilə uzlaşmayan, olduqca ziyanlı yanaşmadır və belə zərərli düşüncə sahibini dünyanın heç bir normal ölkəsində bir gün də nazir postunda saxlamazdılar...

Təsadüfi deyil ki, S.Babayevin bu mövqeyi ilə Ərdoğanın təklifi daban-dabana ziddir.

Yəqin, elə şeylər var ki, Ərdoğan bilmir, Sahil Babayev isə bilir....

Hətta bəlkə, bizim nazir Ərdoğandan daha miqyaslı şəxsiyyətdir, ondan daha üstün strateji düşüncəyə malikdir...

İstisna deyil ki, Azərbaycan xalqını, onun kasıbını, pensiyaçısını, əlilini də S.Babayev qədər sevən yoxdur. İnanmırsınızsa, 3-5 manata görə onun nazirliyin qapılarında, məhkəmələrdə süründürülən pensiyaçılardan, imkansız ailələrdən, əlillərdən, qazilərdən soruşun...
azpolitika.info
 
Ardını oxu...
Prezident İlham Əliyev Z.İ.Əliyevin Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"AzPolitika.info" xəbər verir ki, sərəncama əsasən, Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Qeyd edək ki, icra başçısı Ziyəddin Əliyev böyük biznes şəbəkəsi ilə tanınıb. Onun Ukrayna, Çexiya və Avstriyada çoxşaxəli biznes şəbəkəsinin olduğu artıq heç kimə sirr deyil.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat vermişdi. Həmin araşdırma yazının təqdim edirik:
Ətraflı

"İcra başçısı Ziyəddin Əliyevin "Fayton" restoranından səfərə çıxsaq, Avropanın ən azı üç ölkəsini gəzib dolaşmalıyıq. Əlbəttə ki, yanında xərclik üçün 200 maaş kartını da unutmamalısan. Axı Avropa bahalı coğrafyadır. Onun Ukrayna, Çexiya və Avstriyada çoxşaxəli biznes şəbəkəsinin olduğu artıq heç kimə sirr deyil.

Şirkətlərin elə 7-si Ukraynadadır. Ən məşhuru Ukraynanın Lvov vilayətinin Nikolayevsk şəhərində benefisiarı olduğu və 7 milyon avroya başa gələn "ALOV" asfalt zavodudur. İcra başçısının Ukraynaya "Alov"lu məhəbbəti o qədər yüksəkdir ki, biznesinin ağırlığını bu ölkəyə yönəldib. İcra başçısının indiyədək sahib olduğu şirkətlərdən 10-u bəlli idi, sənədlə-sübutla, təkzibedilməz dəlillərlə hər biri haqqında yazılıb.

Amma indi məlum olur ki, Ziyəddin Əliyevin Avropada restoran biznesi də varmış.

İcra başçısının oğlu Nicat Əlibəyli 2 il öncə Kenan Koç adlı şəxslə Avstriyanın paytaxtı Vyanada KENA GASTRO GmbH-ni təsis edib.

Qastronomiya sahəsində xidmət lisenziyası alan şirkət 2019-cu il fevralın 22-də Vyana, Johannesgasse 14/1 ünvanında hüquqi qeydiyyata alınıb. İcra başçısının oğlu ilə 75/25 nisbətində ortaqlığa başlayan Kenan Koç qısa müddət ərzində Vyanada daha bir necə şirkət təsis edərək restoranlar şəbəkəsi qurur. Kenan Koç qısa müddət ərzində Vyanada 3 fərqli ünvanda brendə çevrilən Kenny's restoranlarının, "Space Burger", "Pandemic Kitchen"in və "Empire" gecə klubunun meneceri kimi məşhurlaşır. Nicat Əlibəyli isə özünü Kenan Koçla ortaqlığın kölgəsində gizlətməyə çalışır.

Xatırlatmaqla fayda var. İcra başçısına və onun soyadına "bəyli" əlavə edib özlərini Avropada "sanballı işadamları" kimi təqdim edən övladlarının sahib olduğu şirkətlər:

1. ALOV ASFALT ZAVODU (Ukrayna)

2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ (Ukrayna)

3. "ALOV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

4. "ALOV TİCARƏT EVİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

5. "ALOV-BUD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Avstriya)

7. SMANBUD TOV (Ukrayna)

8. “Nikolayev-Lvov Tikinti Konstruksiya Kombinatı” Anonim Şirkəti (Ukrayna)

9. AZ SERVIS – NR s.r.o. (Çexiya)

10. "METAS-R" MMC (Azərbaycan)

11. KENA GASTRO GmbH (Avstriya).

Ziyəddin Əliyevin rəhbərlik etdiyi rayonda sahib olduğu obyektlərin və əmlakının bir qismi:

Quba rayonu Vladimrovka kəndində "Fayton" restoranı, istirahət kompleksi 1.5 ha ərazidə;

Quba şəhəri, Qəçyəş yolu yaşayış massivində 2 ədəd villa;

Quba - Qonaqkənd yolu, Təngəaltıda dağ yamacının yarıldığı təhlükəli ərazidə otel və restoran kompleksi;

Quba rayon Nügədi kənd ərazi dairəsində çınqıl karxanası, asfalt zavodu və beton zavodu;

Qubanın İqrıq kəndi ərazisində, Quba - Bakı yolu üzərində yanacaqdoldurma məntəqəsi;

Quba şəhərinin 28 May parkında restoran əyləncə kompleksi, açıq mini futpol meydançası və gözəllik salonu (icarəyə verilib);

Quba şəhərinin girişində Asan Xidmətlə üz-üzə iki çoxmərtəbəli binanın birinci mərtəbəsində obyektlər;

Quba şəhəri, Ə.Nərimanov küçəsində yarımçıq tikili çoxmərtəbəli bina (300000 manata alıb).!
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti