Ardını oxu...
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində bazar və iaşə kompleksinin tikintisi üçün dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham olunan vəzifəli şəxsə hökm oxunub.

TEREF.AZ-ın qaynarinfo-ya istinadən məlumatına görə, cinayət işi 27 avqust 1956-cı ildə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri Lokomotiv deposunda mühəndis vəzifəsində işləmiş Ağabalaya və 2020-ci ilin 2 dekabrında koronavirusdan vəfat Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilova açılıb. Sabiq bələdiyyə sədri vəfat etdiyi üçün təqsirləndirilən şəxs qismində onun yaxın dostu Ağabala cəlb edilib.

Aparılan araşdırma zamanı bəlli olub ki, Ağabala müəhiddis vəzifəsində işləyə-işləyə bizneslə məşğul olmağa da imkan tapıb. Belə ki, o, arvadının, oğlunun və yaxın qohumlarının adına açdığı 9 şirkət - "Korpus” MMC, "Kontora-60” MMC, "Soltan 96” MMC, "Kontora-60” MMC, "Nur-FD” MMC və digər MMC-lər vasitəsi ilə dövlət büdcəsindən Biləcəri bələdiyyəsinə ayrılan 171.649,89 manat vəsaiti mənimsəməkdə ittiham edilərək saxlanılıb və cinayət işi açılıb.

Cinayət işi Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sifarişi əsasında bələdiyyə bazarı və iaşə kompleksinin tikintisi məqsədi ilə 2020-ci ildə dövlət büdcəsindən ayrılmış 250 min manat məbləğində subvensiyanın xərclənməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə əsasən açılıb.

Belə ki, Ağabala İlham Xəlilovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi rəsmi sənədlərin məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək, vəzifə saxtakarlığı törədiblər.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Ağabala ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, bir neçə şirkət təsis edib və əsas fəaliyyəti mal-materialların alqı-satqısı ilə məşğul olmaq olub: "Biləcəri bələdiyyəsinin keçmiş sədri İlhamla 40 il müddətində tanışlıq münasibətlərimiz olub. 2020-ci ildə İlham mənə müraciət edərək, bələdiyyəyə məxsus bazarın tikintisinə başlanılması ilə əlaqədar ucuz qiymətə tikinti materiallarının lazım olduğunu bildirdi. Bu məqsədlə müqavilə bağladıq və həmin müqavilə ilə tikinti üçün lazım olan materialların onlara satış qiymətini müəyyənləşdirdik. Müqaviləyə uyğun olaraq onları tikinti materialları ilə təmin etməli idik".

Aparılan araşdırma zamanı o da məlum olub ki, dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait hesabına Biləcəri bazarının yalnız divarı tikilib.

Məhkəmənin qərarı ilə Ağabala Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməyib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Ağabalaya təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsinə, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmasına qərar verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Onun yaxın qohumlarının adına açdığı 9 ayrı-ayrı MMC isə ləğv edilib.

Xatırladaq ki, "Əlincə A" MMC-yə məxsus köhnə Biləcəri bazarı dəmir yol stansiyasının ərazisində yerləşdiyindən fəaliyyəti hələ də sual altındadır. Biləcərindəki keçmiş bazarın sahibinin "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədov olduğu deyilir. Sözügedən bazara onun qardaşı rəhbərlik edib.
 

 

Ardını oxu... Hallanır
Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) İran əsilli iş adamı Cavad Marandinin çirkli pulların yuyulmasında iştirakına dair araşdırma aparır.

TEREF.AZ xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın aparıcı mətbuat orqanlarından olan BBC və “The Evening Standart” yayıb.

Bildirilir ki, Cavad Marandiyə məxsus hesablara ofşor şirkətlərdən milyonlarla şübhəli vəsait daxil olub.

Cavad Marandinin vəkilləri yayılan iddiaları təkzib ediblər. Vəkillər bildirib ki, məhkəmənin Cavad Marandinin adını açıqlaması onun reputasiyasına ciddi ziyan vuracaq. Onlar bildirib ki, Marandiyə cinayət işi açılmayıb və rəsmilər tərəfindən ifadə verməyə çağırılmayıb. Eyni zamanda dünyanın heç bir yerində onun hər hansı biznesi ilə bağlı məhkəmə iddiası qaldırılmayıb.

Marandinin vəkilləri bildirib ki, pul köçürmələri tamamilə qanuni olub.

Məlumat üçün bildirək ki, 1968-ci ildə İranın paytaxtı Tehranda anadan olan Cavad Marandi Böyük Britaniya vətəndaşıdır.

Bildirilir ki, Marandinin biznes şəbəkəsinə “Emilia Wickstead”, “Anya Hindmarch” və “Conran Shop” kimi məşhur moda və dizayn brendləri daxildir.

Bundan başqa Marandi bir sıra otellərə də sahibdir.

Cavad Marandinin həyat yoldaşı Azərbaycanın tanınmış onkoloq Əli Əlizadənin qızı Nərminə Marandidir (Əlizadə).

Nərminə Marandi də Böyük Britaniya vətəndaşıdır. O hazırda “Wickstead Gargiulo Limited” və “A.S.H.S. Limited” şirkətlərinin direktorudur.

Cavad Marandinin Azərbaycandakı biznesinə “Mc Donalds” restoranlar şəbəkəsi və siqaret biznesi daxildir.

Qeyd edək ki, Britaniya məhkəməsi Azərbaycanda qeydiyyatdan keçən “Baktelekom” adlı bir şirkətdən Cavad Marandinin ofşor zonada (Seyşel) qeydiyyatdan keçən “Avromed” adlı şirkətinin hesabına milyonlarla vəsaitin köçürüldüyünü bildirib.

Bunlardan başqa Cavad Marandi 2014-cü ildə “KSJ Theatre Investments Limited” adlı şirkətdə əmlak meneceri olub. Bu şirkətin direktoru Svend Kristofer adlı şəxsdir. Svend Kristofer eyni zamanda 1984-cü il təvəllüdlü Leyla Əliyevanın əvvəllər rəhbərlik etdiyi “Between Asia And Europe Limited” və “Ali And Nino Productions Limited” (ləğv olunublar) şirkətlərinin də direktoru olub.

Cavad Marandinin adı həm də Böyük Britaniyada Mühafizəkarlar Partiyasına 750 min funt sterlinq dəyərində ianə edilməsində hallanır. Cavad Marandi eyni zamanda 2020-ci ilin martında Azərbaycanın Koronavirusla Mübarizə Fonduna 1 milyon 100 min manat ianə edib.//Yeniavaz.com//
 
 
 
Ardını oxu...
Qurban bayramı günlərində Bakının Yasamal rayonu, Yeni Yasamal adlanan ərazisində, Əsəd Əhmədov küçəsində yol kənarları tam zəbt edilib.

Qaynarinfo-nun məlumatına görə, ötən gecə saat 00:20 radələrində sözügedən küçənin mərkəzi hissəsində yol bağlanaraq, iri dəmir köşk qoyulub.

VİDEO-1 BURADA: https://player.qaynarinfo.az?v=19240&share_user_id=

Əməkdaşımız sözügedən köşkün kimə məxsus olmasını özünü təqdim etməyən şəxsdən soruşduqda onun cavabı belə olub: "Bu köşk mənim yaxınımındır. Daha doğrusu, qazilərindir. Çörək qazanmaları üçün qoyulur. Onlar da pul qazanmalıdırlar və gəlin çörəklərinə bais olmayaq”.

"Bəs bu köşkdən Yasamal Rayon İcra Hakimiyyətinin xəbəri varmı" sualına isə belə cavab verilib: "İcra Hakimiyyətinin icazəsi olmasa, bunu edə bilərik? Bilirsiz nə qədər xərcimiz çıxıb bu işi görməyə?"

VİDEO-2 BURADA: https://player.qaynarinfo.az?v=19241&share_user_id=

Ərazidə yaşayan sakinlər isə piyada səkilərinin zəbti olunması ilə nəticələnən sözügedən eybəcər köşklərin, marketlərin salınmasından narazıdırlar. Onsuz da həmin küçədə piyadaların hərəkəti üçün demək olar ki, yol saxlanılmayıb. Bu azmış kimi, piyada zolaqlarında, yol kənarında insanların avtomobillərin hərəkətindən yayınmaq üçün dura biləcəyi yerlər zəbt edilərək, ticarət köşkləri qurulub. Köşklərin qarşında, yəni piyada keçidlərinin üzərində meyvə-tərəvəz satılır. Sakinlər isə məcbur olub avtomobil yolu ilə hərəkət etməli olur.

Onu da qeyd edək ki, son iki ayda sözügedən ərazidə 10-a yaxın kiçik və iri həcimli eybəcər köşklər qoyulub. Birvaxtlar Bakı şəhəri İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun əmri ilə paytaxtda müasir standartlara cavab verən, şəhərin tarixi-memarlıq üslubuna uyğun qoyulan köşklər Yeni Yasamalda yenidən köhnələri ilə əvəzlənib.

VİDEO-3 BURADA: https://player.qaynarinfo.az?v=19242&share_user_id=

Sözügedən ərazidə "Ləziz Hause” restoranlar şəbəkəsi yerləşir. Bir neçə ay əvvəl restoranın qarşısı sökülərək, piyada keçidinə daxil omaqla dönərxana açılıb.

Bütün bu özbaşınalıqların Yasamal Rayon İcra Hakimiyyətinin xəbəri olmadan həyata keçirilməsi mümkün görünmür. Məlumdur ki, bu cür köşklərin qurulması icazəsiz və pulsuz quraşdırılması da mümkün deyil.

Ümid edirik ki, Yasamal İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu özbaşınalıqdan xəbər tutaraq, problemi ən qısa zamanda həll edəcək.

Qeyd edək ki, eyni proseslər "İnşaatçılar” metrostansiyasının yaxınlığında da baş verir. Bu isə nöbvəti yazımızda...Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Naxçıvanda antibiotiklərin reseptsiz satışına qadağa qoyulub. Bu, yerli sakinlər arasında ciddi narazılıq yaradıb. Çünki, onlar lazım olan resepti almaq üçün xəstəxanalara əlavə pul verib, həkim qəbuluna düşməli olurlar. Retsepsiz antibiotik satan aptekçilərin isə, yüksək məbləğdə cərimələndiyi bildirilir. TEREF.AZ yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər və bir qrup aptekçi məlumat verib.
Naxçıvan şəhər sakini Şakir Abbasov deyir ki, yeni qadağanı tətbiq etməkdə məqsəd, xəstəxana və həkimlərin „cibini doldurmaq“dı:
“Bir neçə gün əvvəl xroniki xəstəlik əleyhin tez-tez istifadə etdiyimiz “Amoxicillin” və ağrıkəsici lazım oldu. Getdim növbətçi aptek antibiotiki satmadı, dedilər ki, qorxuruq. Gedib birtəhər həkim tapdım, cibinə 20 manat pul qoyub, resept yazdırım. Yəni, 10 manatlıq dərman mənə 30 manata başa gəldi. Həkim də aldığı pulun yarısı yuxarılara ötürülür. Yuxarı qadağanı buna görə qoyub, kasıb camaatı soymaq üçün. Dünyanın heç bir yerində belə bir qadağa yoxdur. Gecə yarısı sənə təcıli antibiotik lazım olarsa, sən həkimi haradan tapacaqsan ki, resept yazdırasan? Təcili tibbi yardım da çağırdıqdan gəlməsi saatlar çəkir. ”.
Şərur rayonundakı apteklərdən birinin adının çəkilməsini istəməyən sahibi deyir ki, bir müddətdir onlara antibiotik satmaq qadağan olunub:
“Hətta, ailə üzvlərimizə antibiotik aparmağa qorxuruq. Çünki, həkim retsepi olmadığına görə, yüksək məbləğdə cərimələnə bilərik. Artıq, xeyli aptek cətimələnib buna görə. Hansı məqsədlə edirlər, özləri bilsin. Ancaq, Naxçıvan Azərbaycan ərazisidir və buranın qanunları ilə idarə olunmalıdır. Necə olur ki, Bakıda və digər bölgəlkərdə rahat satmaq olur, Naxçıvanda yox. Burada bir oyun var təbii ki”.
Naxçıvan MR Səhyyə Nazrliyindən antibiotiklərin retsepsiz satışının qadağan olunduğunu təsdiqləsələr də, bunun səbəbi haqda açıqlama vermək istəmədilər.
Teref.az
 

        
Ardını oxu...
Bakı və ətraf qəsəbələrdə tullantı qabları çatışmazlığı var.

Sakinlərin sözlərinə görə, məişət tullantıları vaxtında daşınmadığı üçün, onları yandırmaq məcburiyyətində qalırlar.

Qeyd edək ki, zibil qutularının azlığı ətrafda antisanitar vəziyyət yaradıb.

Daha ətraflı “ATV Xəbər”in süjetdə:

 
Ardını oxu...
Hörmətli oxucular, deməli sizə yeni bir soyğunçuluq faktından danışım. Sığorta şirkətlərinə əlavə qazanc lazımdır, neyləyək, nağayraq, vətəndaşların son qəpiklərini də ciblərindən çıxarmaq üçün dünya tarixində görünməmiş təzə üsul tapıblar.

Məlum olduğu kimi, bizdə avtomobil sahiblərinin 90 faizdən çoxu avtomobili əvvəl baş etibarnamə ilə alır, çünki əksər hallarda pulunu əvvəldən tam ödəyə bilmir, hissə-hissə verir. Pulu tam ödədikdən sonra dünyada analoqu olmayan əcaib bir qanun ona icazə vermir ki, maşını öz adına qeydiyyat etdirsin. Gərəkdir ki, bu vətəndaş başqa bir adam tapa maşını ona sata, sonra ondan təzədən alqı-satqı edib öz adına qeydiyyat edə. Yəni, vətəndaş, necə deyərlər, 2 dəfə keflənməlidir qeydiyyat rüsumlarına görə.

Beləliklə, əksəriyyət maşını baş etibarnamə ilə aldıqdan sonra, məcbur olub öz həyat yoldaşının adına qeydiyyat edir və istifadə edir. Qanuna görə, həyat yoldaşının maşınını hətta etibarnaməsiz da idarə edə bilərsən. Ən uzağı nigah şəhadətnaməsini göstərmək kifayətdir. Çoxu belə də edir. Hər il də icbari sığorta haqqını da özü ödəyir.

Sığortada da məlum olduğu kimi bonus-malus sistemi var. Misal üçün, nümunəvi bir sürücü 10 il qəzasız sürdüyünə və sığortaya heç bir zərər vurmadığına, əksinə xeyir verdiyinə görə 100 manat əvəzinə 60-70 manat ödəyir. İndi bu soyğunçu sığorta şəbəkəsi təzə bir üsul icad edibdir ki, bəs daha sığortanı o özü edə bilməz, mütləq onun həyat yoldaşının adına edilməlidir. Bu halda nə olur?

Bəli, o xanımın sürücü təcrübəsi olmadığından və bonus-malus sistemi ona aid edilmədiyindən, o artıq 60-70 manat yox, 100 manat ödəməli olacaq. Yəni, avtomobili istifadə edən şəxsin 10 illik bonus-malus sistemi batacaq və sığorta təzədən sıfırdan başlayacaq. Demək, ölkədəki 1,5 milyon maşından az qala 1 milyonu orta hesabla 50 manat artıq ödəməli olacaq. Beləliklə, “Şaka”nın (bu halda sığorta şirkətlərinin rəhbərlərinin) cibinə havadan 50 milyon manat daxil olacaqdır. Bax, sığortada beləcə bir soyğunçu sistem qurulub.

Deməli, vətəndaş mühərrik həcmi 2,3 litr olan avtomobilini 10 il qabaq alıb. Həmin vaxtdan 100 manatdan başlayaraq sığorta haqqı ödəyib. Nümunəvi və qəzasız sürüşüsünə görə bonus-malus sistemi üzrə hər il bu məbləğdə azalma olub və son illərdə 70 manat ödəyib. İndi 60 manata salınma vaxtıdır, amma Azərsığiorta şirkəti deyir ki, yox bu il 90 manat ödəyəcəksən. Çünki maşının nömrəsi 90-la başlayır (?), maşını kiməsə etibarnamə ilə verməmisən, daha təhlükəsiz ərazidə istifadə edirsən, üstəlik nümunəvi sürmüsən, qəza etmirsən, sığortaya zərər vurmursan deyə artıq pul ödəməlisən. Yəni, Prius şoferlərinin tez-tez qəza edərək sığorta şirkətinə vurduğu zərəri heç bir zərər vurmayan nümunəvi sürücülər ödəməlidir. Hətta 300-500-700 manat icbari sığorta haqqı yazılan maşınlar var!

Məsələ ilə bağlı müraciət edən vətəndaşa cavab olaraq şirkət məsuliyyəti İcbari Sığorta Bürosunun üzərinə atır. Dediklərinə görə, bu qanunsuz və məntiqsiz qərarı İSB vermişdir. Və İSB bir sistem qurmuşdur ki, şirkətlər onu dəyişə bilmir. İSB-nin bu sistemi nəyin əsasında hansı məntiqlə hansı ədalətlə, hansı qanuna əsasən qurduğunu isə özlərindən başqa heç kim bilmir- bu məxfi sirdir.

Ona görə də, İSB-dən bu suala əsaslandırılmış rəsmi yazılı cavab gözləyirik- vətəndaş bu 10 ildə heç bir qəza etməyərək bonus-malus sistemi üzrə güzəşt qazandığı halda, hansı səbəbdən ondan indiyədək ödədəyi 70 manat əvəzinə bu il 90 manat tələb edilir? Hansı səbəbdən, vətəndaşın 10 illik bonus-malus sistemi batırılır və o yenidən sıfırdan başlamalıdır və 20 manat artıq vəsait ödəməlidir? Bu qərar hansı hansı qanuna əsasən verilib və hüquqi əsası nədir?

Bu məsələni araşdırmağa davam edəcəyik və bu qanunsuz qərarın kim tərəfindən nə məqsədlə verildiyini, vətəndaşların hüquqlarının nə üçün pozulduğunu ortaya qoyacağıq.
Elçin Bayramlı
Ardını oxu...
Azərbaycanda üzümçülük və şərabçılıq

“Bu gün Şamaxıda kiçik və mikro sahibkarların 99 faizi üzüm bağını satışa qoyub, alan da yoxdur. Niyə almırlar? Çünki alanın biri mən, baxıram ki, burada mənfəət yoxdursa, nəyimə lazımdır o bağ?”

Şamaxı rayon Məlcək kənd sakini Qurbanəli Babaşov deyir. O, 25 ildir ki, üzümçülük üzrə ailə fermasının başçısıdır. Bu müddət ərzində 1.5 hektarlıq üzüm bağını genişləndirərək 12 hektara çatdırıb. Hər hektarın məhsuldarlığını 10 ton üzümdən 25-30 tona yüksəldib. Bu fəaliyyətinə görə hətta ölkə başçısı tərəfindən İkinci dərəcəli Əmək Ordeni ilə təltif edilib.

Amma fermerin fikrincə, hazırda dövlət səviyyəsində üzümçülüyə yanaşma doğru olmadığı üçün son illərdə Azərbaycanda yenidən inkişaf etməyə başlayan üzümçülük və şərabçılıq yaxın illərdə yenidən tənəzzülə uğraya bilər.

Samirə Əhmədbəyli
jam-news.net/
Ardını oxu...

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

"DogruXeber.az" xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Allah bütün qurbanları qəbul etsin!".

 

 

Dünyapress TV

Xəbər lenti