Ardını oxu...
Bu gün işdən çıxarıldığı barədə məlumat yayılan Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov barəsində maraqlı məlumatlar əldə etmişik.

TEREF.AZ-ın məlumatına görə, Qaynarinfo xatırladır ki, Hikmət Kərimovun işdən çıxarılması barədə məlumat səhər saatlarında yayılıb. Məlumat Muxtar Respublikanın rəsmi media orqanı kimi tanınan "Nuhçıxan” saytında dərc edilib. Xəbərdə bildirilir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Hikmət Kərimovun işdən çıxarılması barədə sərəncam imzalayıb.

Hikmət Kərimov 2014-cü ildə general-mayor rütbəsi alıb. Həmin ilə qədər nazir müavini olsa da, polkovnik rütbəsi daşıyıb.

İddialara görə, o, daha çox narazılığa səbəb olan məmurlar kateqoriyasına aiddir. Bəzi məlumatlarda isə Hikmət Kərimovun Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxın şəxs olduğu iddia edilir.

Ötən il generalın adı mənzil qalmaqalında hallanıb. Naxçıvan sakini olan Məmmədov Vüqar Məmmədhüseyn oğlu Hikmət Kərimovu onu yaşadığı evdən çıxarmaqda ittiham edir.

Onun müraciətində deyilir: "1994-cü ildə daxili işlər orqanlarında işə qəbul olmuşam. İşlədiyim dövrdə yəni, 1996-cı ildə Daxili İşlər Nazirliyinin nəzdində olan yataqxana binasında mənə ailəmlə yaşamaq üçün mənzil verilib. Buna baxmayaraq, xidmətimlə bağlı müəyyən rayonlarda işləyirdim. 2015-ci ildə təqaüdə çıxdım. Təqaüdə çıxmaqda məqsədim övladım olmadığından müəyyən müalicələr almaq üçün Bakı şəhərinə köçdük və Bakı şəhərində kirayə ev tutub qaldıq. Müalicəni davam etdirdik və bir övladımız dünyaya gəldi. Uşaq xəstə olduğu üçün, məcburən Bakı şəhərində qaldıq. Hərdən Naxçıvana gedərkən həmən yataqxanada qalırdıq və uşağın müalicəsi üçün Bakı şəhərinə gəlib gedirdik.

1996-cı ildən 2022 -ci ilin aprel ayınadək həmin mənzildə qeydiyyatdaydıq (yəni 28 ildir). 23.04.2022-ci il tarixdə DIN-nin müavini Zahid Gözəlov əl telefonuma zəng edərək bildirdi: "Fövqaladə Hallar Nazirliyindən bizə məktub gəlib”. Soruşdum "nə məktubdur?”, dedi ki "göstəriş verilib evdən çıxasınız”. Soruşdum, bu nə məsələdir. Bildirdi ki, FHN-nin müavini general-mayor Kərimov Hikmət Kərim oğlunun göndərdiyi məktub əsasında evdən çıxmağınız tələb olunur. Mən də 3 gün ondan sonra getdim FHN -nin müavini general-mayor Hikmət Kərimovla görüşdüm. O təkidlə bildirdi ki, evi boşalt. Mən dedim ki, mənim evim yoxdur, məni evlə təmin edin çıxım. Həmin mənzildə 28 ildir qeydiyyatdayam və yaşayıram. O isə mənə bildirdi ki, 3 günə vaxt verirəm, çıxmasan göstəriş verəcəyəm, əşyalarını töksünlər çölə. Özün də şikayət üçün hara gedirsən get. Başladı vəzifəsindən sui-istifadə edib məni hədələməyə. Yenə təkrarən bildirdi ki,özünə məxsus olan əşyaları götürməsən göstəriş verəcəm qapını qırıb çölə töksünlər. Mən də məcbur olub evdən çıxdım. Evimdəki əşyalarımı hara aparacağımı bilmədiyim üçün dəyər-dəyməzinə satdım. Sonra Bakıda kiraya yaşadığım evə qayıtdım. Başıma gələnləri həyat yoldaşıma bildirdim. Yoldaşım çox həyacan keçirtdi, dedi: "Mən 22 il o evdə övladsız yaşamışam, indi 5 yaşında övladımız var, biz harda qalacayıq? Yoldaşım bu həyacandan xərçəng xəstəliyinə düçar oldu. Hazırda vəziyyəti orta kafidir. Bakı şəhəri Milli Onkologiya Xəstəxanasında qeydiyyatdadır və müalicə olunur. Ayda bir dəfə kimya-terapiya qəbul edir”.
 
Ardını oxu...
“Lerik Broyler” MMC-yə məxsus Lebro Quşçuluq Kompleksi Lənkəranın Təngivan kəndi başda olmaqla ətraf yaşayış məntəqələrində vəziyyəti dözülməz hala gətirib.

Teref.az AzToday.az-a istinadla xəbər verir ki, bu barədə Təngivan kənd sakinləri şikayət edirlər.

Onların sözlərinə görə, deputat İqbal Məmmədova məxsus müəssisə illərdir tullantı mallarını sanitar normalara zidd qaydada yandıraraq üfünət iyinin yayılmasına səbəb olur:

“10 ildir “Broyler”in buraxdığı üfunətdə zəhərlənir, xəstəlik tapır, boğuluruq. Kimyəvi zəhərli maddələri isə çaya buraxır, çay isə dənizə tökülür, torpaq sahələri sulanır, heyvanlar içir və s.

Mediada yayılan məlumatlara görə, şirkətin qanuni təmsilçisi İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlıdır.

 
Ardını oxu...
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) tərəfindən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC (Cəmiyyətlər) barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə iş qaldırılıb.

TEREF.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, adıçəkilən qurumlar cərimələnib. Ancaq “Aztelekom” qəbul edilən bu qərarın əsassız olduğunu bəyan edib:

“Qərarın bu hissəsinin və göstərişin mövcud qanunvericiliklə təzad təşkil etdiyi və əsassız olduğu qənaətindəyik. Belə ki, AİBNDX-nın mövqeyinə əsasən, Cəmiyyətlərin Tarif (qiymət) Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdiyinin iddia edilməsinə baxmayaraq, Cəmiyyətlər tərəfindən qiymətləri tənzimlənmiş xidmətlər Tarif Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərə heç bir halda aid deyil. Belə ki, Cəmiyyətlər tərəfindən qeyd edilmiş xidmətlərin təqdim edilməsində kanalyaradıcı avadanlıqlardan istifadə edilməyib. Qeyd olunan məlumatlar və müvafiq sübutların işin araşdırılması zamanı da təqdim edilməsinə baxmayaraq, AİBNDX tərəfindən yuxarıda qeyd edilmiş qərar qəbul edilib”.

Açıqlamada daha sonra qeyd olunur ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən təqdim edilən xidmətlərə aid qiymətlər mövcud bazar konyukturasına və bazarda eyni xidmətləri təqdim edən digər sabit şəbəkə operatorlarının tətbiq etməkdə olduğu qiymətlərə uyğunlaşdırılaraq təyin edilib. “Qeyd olunanlar nəzərə alınmaqla, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş qərarın “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən mübahisələndirilməsi nəzərdə tutulub və bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəməyə müraciət olunacaq”, – açıqlamada qeyd olunur.

Bəzi ekspertlər AİBNDX və sözgedən qurumlar arasında məhkəmə həddinə çıxan gərginliyi İqtisadiyyat naziri Mikayıl Cabbarovla Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında ciddi konfiliktin təzahürü olduğunu qeyd edirlər. Müşahidəçilərin qənaətinə görə, Rəşad Nəbiyevin nüfuz savaşından qalib çıxması mümkün görünmür. Çünki ortada Gömrük Komitəsi və digər nazirliklərdə Mikayıl Cabbarovun təşəbbüsü ilə baş vermiş genişmiqyaslı dəyişikliklər nümunəsi var.

Qarşıdakı dövrdə “super nazir”in təklifi ilə “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) ciddi islahatların aparılacağı gözlənilir. Ekspertlər bu halda M.Cabbarovun Rəşad Nəbiyev üzərində qəti qələbə çalacağını düşünürlər.

Qeyd edək ki, AZAL-ın hava nəqliyyatında yaratdığı bahalıq, monopoliya ölkədə ciddi narazılıq doğurur. Cəmiyyətin ən müxtəlif təbəqələri Dövlət Konsernin soyğunçuluğuna son qoymağı tələb edirlər. Bu sahədə ciddi dəyişikliklərin aparılması heç şübhəszi geniş ictimai dəstək və təqdir qazanacaq.
 
Ardını oxu...
Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsinin bir neçə küçəsində, əsasən də Şahin Səmədov küçəsində kanalizasiya sistemləri bərbad vəziyyətə düşüb. Düz 4 yerdə xəttin üstü açılıb və evlərdən axan çirkab suları özünü açıq şəkildə göstərir ki, bu da iyrənc mənzərə yaradır.

Hazırda yay fəsli olduğu üçün həmin sulardan qalxan üfunət iyindən həm nəfəs almaq, həm də həmin küçələrdən keçmək mümkünsüzə çevrilib. Payız və qış aylarında isə vəziyyət daha acınacaqlı olur.

Belə ki, yağan yağış və qardan əmələ gələn sular həmin xətlərə dolur ki, bu da çirkab sularının daşaraq ətraf küçələrə axmasına və daha bərbad vəziyyətin yaranmasına səbəb olur.

Qəsəbə bələdiyyəsinin, icra nümayəndəliyinin və məscidin yerləşdiyi 3-cü Qəsəbə küçəsində vəziyyət daha acınacaqlıdır. Belə ki, məscidin düz yanında, qəsəbə icra nümayəndəliyinin və bələdiyyəsinin düz qarşısındakı xəttin üstü iki yerdən açılıb, evlərdən axan kanalizasiya suları açıq şəkildə görünür. Qəsəbə sakinləri dəfələrlə hər iki quruma müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Sakinlər bir neçə dəfə də Xətai rayon icra hakimiyyətinə, Xətai rayon bələdiyyəsinə, hətta “Azərsu” ASC-nin Xətai Rayon Su-kanal İdarəsinə müraciət ediblər. Onlara bu problemin aradan qaldırılması ilə bağlı vədlər verilsə də, hələ də yerinə yetirilməyib.

İş orasındadır ki, müraciətlərinin nəticəsiz qaldığını görən sakinlər artıq bu vəziyyətə alışıblar. Problem isə yerində qalmaqdadır.

TEREF.AZ bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Bakı şəhəri, Xətai RİH-nin şöbə müdiri Pənah İmanov, problemdən xəbərdar olduqlarını diqqətə çatdırıb:

“Problemdən yeni xəbərimiz olub. Əvvəla, bu, bizim deyil, Xətai rayon Su-Kanal İdarəsinin problemidir”.

Kənd Əhmədlinin kanalizasiya xətlərinin çoxunun çürük olduğunu təsdiq edən şöbə müdiri qeyd edib ki, onların dəyişdirilməsinə ciddi ehtiyac var:

“Amma buna baxmayaraq, hazırda Xətai RİH-də həmin xətlərin dəyişdirilməsi üçün layihə və smeta hazırlanır. Sakinlər tərəfindən də bizə müraciətlər olunub. Həm sakinlərin istəyini, həm də problemin ciddiliyini nəzərə alaraq, yəqin ki, yaxın vaxtlarda işə başlayacağıq.

Ancaq onu da deyim ki, problemin bir və bir neçə ay ərzində həll olunması mümkün deyil və bunun üçün müəyyən vaxt tələb olunur. Bununla belə, xətlərin təmirini havalar soyuyana və yağış mövsümü başlayana qədər tamamlamağa çalışacağıq”.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Xətai Rayon Su-kanal İdarəsi ilə əlaqə saxladıq. Telefona cavab verən idarənin operatoru Vahid Məmmədovun danışığından belə aydın oldu ki, problemdən xəbərləri yoxdur və biz məlumat verəndən sonra xəbərdar oldu.

Buna görə də, qurumun nümayəndəsi bizdən kanalizasiya xəttinin hansı küçələrdə xarab olduğunu soruşub və problemi qeydiyyata aldığını bildirib.

Vahid Məhərrəmov onu da əlavə edib ki, bir neçə saat ərzində İdarənin qəza xidməti əraziyə gedəcək və problemin həlli üçün araşdırma aparacaq.

Məsələ ilə bağlı bir neçə dəfə “Azərsu” ASC-nin ictimaiyyətlə əlqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlamaq istəsək də, bütün cəhdlərimiz nəticəsiz qalıb.

Mövzunu diqqətə saxlayacağıq.
 

Ardını oxu...
Ötən il avqustun 14-də Gəncə şəhərində intihar edən 1963-cü il təvəllüdlü Dilqəm Abdullayevin ailəsi təhdid edildiklərini bildirir.

DİA.AZ bildirir ki, “Qafqazinfo”ya müraciət edən D.Abdullayevin oğlu Şücaət Abdullayev atasının intiharının səbəbi ilə barışmaq istəməyən bəzi qohumlarının (atasının bacıları, qardaşları, əmisi oğlanları və sair) onlara hədə-qorxu gəldiklərini, yaşadıqları Gülüstan qəsəbəsindəki evə basqın etdiklərini deyib. Şikayətçi əsasən mərhum atası D.Abdullayevin əmisi oğlu olan Knyaz Abdullayevin hadisənin səbəbi ilə razılaşmaması səbəbindən onlarla münaqişə yaratdığını, ailə üzvləri ilə birgə dəfələrlə yaşadığı evə basqın edərək onları söydüyünü və hədələdiyini bildirib:

“Atam başqa bir qohumumuzun yetkinlik yaşına çatmayan qızına qarşı səhv hərəkət etmişdi. Bu hadisə üzə çıxandan az sonra özünü asaraq intihar etdi. Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparıldı və araşdırma zamanı hadisənin səbəbi kimi atamın etdiyi seksual xarakterli hərəkətlərin məlum olmasından sonra onun özünə qəsd etməsi müəyyən edildi. Prokurorluq cinayət işinin açılmasını rədd etdi”.

Ş.Abdullayev əlavə edib ki, bir sıra qohumları, xüsusilə Kəlbəcər rayon 115 saylı orta məktəbin direktoru vəzifəsində işləyən atasının əmisi oğlu Knyaz Abdullayev və digər şəxslər prokurorluğun qərarı ilə razılaşmayıb: “Onlar mənim, anamın, yoldaşımın fərqli ifadə verməyimi tələb edirlər. Guya atam mənim yoldaşımı, yəni öz gəlinini başqa şəxslə birgə olarkən görüb və bundan sonra təzyiqlərə tab gətirməyərək intihar edib. Əslində isə elə bir hal olmayıb, onlar mənim ailəmi dağıtmaq, yoldaşımı biabır etmək istəyirlər. Əmim Elxan Abdullayev telekanallara çıxaraq mənim və ailəm haqqında şər-böhtan, bizi nüfuzdan salan fikirlər səsləndirib”.

Şikayətçi qohumlarının onlarla apardığı düşmənçilikdən sonra yaşadığı evin qarşısına kamera quraşdırdığını bildirib. O, həmçinin atasının intiharının araşdırıldığı dövrdə övladının Knyaz Abdullayev tərəfindən oğurlandığını və yalan ifadə verməyə məcbur edilərək videoya çəkildiyini deyib: “Artıq neçənci dəfədir evimə hücum edirlər. Hər dəfə polisə, 102 xidmətinə zəng edirik. Bu adamların əməllərindən, bizimlə düşmənçilik etməsindən bezmişik. Hər dəfə Knyaz Abdulayev oğlu, arvadı ilə evimə hücum edərək qapını təpikləyir, bizi ağır söyüşlərlə təhqir edir, qonşular onların qarşısını alır. Hazırda bununla bağlı Kəpəz Rayon Polis Şöbəsində araşdırma aparılır. Evə hücum etdiklərinə görə, anam və övladım sarsıntı keçirib, təcili yardım çağırmışıq. Xahiş edirik bizə kömək edin”.

Şücaət Abdullayev yaşadığı evə edilmiş hücumun görüntülərini, eləcə də prokurorluğun atasının intiharına görə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarı təqdim edib.
Şikayətdə adı çəkilən Knyaz Abdullayev "Qafqazinfo"ya açıqlamasında Şücaət Abdullayevin dediklərini şər-böhtan adlandırıb. O, əmisi oğlu Dilqəmin oğlu Şücaət və onun arvadının qohumları tərəfindən öldürüldüyünü iddia edib: "Şücaətgil atasını öldürüb işi bağlayıblar. İndi bizdən nə istəyirlər? Mən müəlliməm deyə bu işləri mənmi təşkil etmişəm?"

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Ş.Abdullayevin müraciəti ilə bağlı araşdırma aparılır:

“Müraciətlə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılır. İddialar araşdırma predmetidir və nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Ardını oxu...
Bir müddət əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə keçmiş kürəkəni Sadiq Poluzadə arasında məhkəmə çəkişməsi barədə məlumat vermişdik. Həmin vaxt S.Poluzadə saytımıza müraciət edərək Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin işə qərəzli baxdığını, M.Mikayılovun təzyiqi ilə onun əleyhinə qərar çıxardığını iddia etmişdi.

Hurriyyet.Az xəbər verir ki, şikayət ictimailəşdikdən sonra məsələ araşdırılıb, hakim Şəhriyar Əliyevin çıxardığı qərarda pozuntular aşkar edilib. S.Poluzadənin anası Hicran Poluzadə saytımıza bildirib ki, oğlunun müraciəti ictimailəşdirildikdən sonra hakimin davranışları ilə bağlı rəsmi şəkildə Ədliyyə Nazirliyinə də müraciət ediblər:

“Ədliyyə Nazirliyindən cavab olaraq bildirildi ki, hakim Şəhriyar Əliyevin fəaliyyəti ilə bağlı araşdırma aparılıb. Göstərilən mülki iş üzrə sədrlik edən hakim tərəfindən bir sıra prosessual pozuntulara yol verildiyi aşkarlanıb. Nazirlik rəsmi məktub göndərərək qeyd etdi ki, həmin hakim barəsində zəruri tədbirlər görülür”.
Ardını oxu...
Hicran Poluzadə hakim Şəhriyar Əliyevin çıxardığı qərardan apellyasiya şikayəti verdiklərini, işə Bakı Apellyasiya Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə baxıldığını da bildirib.

Qeyd edək ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə onun keçmiş kürəkəni Sadiq Poluzadə boşansa da, aralarında mülkiyyətə görə məhkəmə çəkişməsi gedir. M.Məmmədovun qızı ona 64 min manat dəyərində qızıl-zinət əşyalarının çatmalı olduğunu iddia edir.\\Konkret.az
 
 
 
Ardını oxu...
Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan, “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin həmtəsisçisi Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Maliyyə nazirİ Samir Şərifova ünvanladığı məktubu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası özünün Nizamnaməsi əsasında və Konstitusiyanın tələblərinə uyğun olaraq insanların hüquqlarını cinayət və mülki müstəvidə müdafiə edən, insan resuslarına xidmət göstərən kollegial hüquqi şəxsdir.

Azərbaycan Respublikasının Auditorlar Palatası da öz Nizamnaməsi əsasında, Konstitusiyanın tələblərinə uyğun olaraq iqtisadi sahədə, insan resurslarına xidmət göstərən hüquqi şəxsdir.

Sizin fərmanınızla təsdiq edilimiş, “Azərbaycan Respublikasının 2023-cü ilin dövlət büdcəsindən” (Təsnifata uyğun 1.3.5.1) Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına 5 000 000 (5 milyon) manat vəsait ayrılmışdır.

Çox-çox təəssüflər olsun ki, ancaq Azərbaycan Respublikasının Auditorlar Palatasına dövlət büdcəsindən bircə manat olsun belə, vəsait ayrılmamışdır. Baxmayaraq ki, hər iki qurum xidmət göstərməklə məşğuldur.

Onda, nəyə görə Vəkillər Kollegiyasına 5 milyon manat ayrıldığı halda, Auditorlar Palatasına bir manat belə ayrılmamışdır?! Bu xidmət qurumlarını 5 milyon manat dəyərində bir-birindən fərqləndirən üstün cəhətləri hansılardır?

Vəkillər Kollegiyasının rəhbərliyi ilə Auditorlar Palatasının rəhbərliyi arasındakı nüfuz – stimul fərqini götürsək, Auditorlar Palatasının sədri Vəkillər Kollegiyasının sədrindən əlçatmaz dərəcədə yüksəkliklərdə dayanmışdır.

Belə ki, Auditorlar Palatasının sədri Vəkillər Kolleğiyasının sədrindən fərqli olaraq, bütün ömrü boyu dövlət strukturlarında işləmişdir, özü də professordur...

Cənab Prezident!

Məqsədim nə Vəkillər Kollegiyası və onun sədrini, nə də Auditorlar Palatasını və onun sədrini gündəmə gətirmək deyil! Məqsədimiz dövlət büdcəsinin kimlər tərəfindən və necə dağıdıldığına və büdcədən Vəkillər Kollegiyasına ayrılmış 5 milyon manat vəsaitin TALEYİNƏ aydınlıq gətirməkdir...

Belə çıxır ki, bu kimi müəmmalı ayırmalarla cavabdeh şəxslər - Baş nazir, Maliyyə naziri və Milli Məclisin sədri başda olmaqla 125 deputat dövlət düdcəsindən ayrılan 5 milyona göz yummaqla, büdcənin dağıdılmasına - talan edilməsinə şərait yaratmışlar!

Belə çıxır ki, bu kimi müəmmalı ayırmalarla cavabdeh şəxslər Sizi də aldadıblar! Çünki dövlət büdcəsinin layihəsi Sizə Baş nazir və Maliyyə naziri tərəfindən hesabat verildikdən və Milli Məclisdə müzakirə edilib, səsə qoyulduqdan və qərar qəbul edildikdən sonra təqdim edilmişdir. Və Sizin tərəfinizdən fərmanla təsdiq edilmişdir.

Hörmətli Prezident!

Bildirirlər ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ədliyyə naziri Fikrət Məmmədova yaxınlığı ilə tanınır. Görünür, Anar Bağırovun Vəkillər Kolleğiyasının sədri olmasında Ədliyyə nazirinin boyük əməyi olmuşdur. Bir sözlə, Anar Bağırov Ədliyyə nazirinin adamıdır.

Bax, elə bu səbəbə görə də, dövlət büdcəsindən Vəkillər Kollegiyasına 5 milyon manat vəsait ayrılmışdır. “Göstərdiyi xidmət müqabilində damcı-damcı göydən başına pul yağan və pul damcıları hesabına dəryaya çevrilmiş” Vəkillər Kollegiyası 2023-cü ildə dövlət büdcəsindən ayrılan 5 milyon manatı hara xərcləmişdir?

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, dövlət büdcəsindən ayrılmış 5 milyon manat vəsaitin taleyi və büdcənin kimlərin və necə dağıtmaları barədə araşdırma aparılmasına və Sizə doğru-dürüst məlumat verilməsi üçün aidiyyəti qurumlara göstəriş verəsiniz.

Aydınlıq gətirilənə kimi, bu məsələni şəxsən nəzarətinizdə saxlamağınızı da Sizdən ayrıca xahiş edirəm. Qabaqcadan öz minnətdarlığımı bildirirəm”.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
İllərdir Nərimanov Tibb Mərkəzində (keçmiş 5 saylı Xəstəxana) çalışan vətəndaşlar rəhbərlikdən şikayətçidir.
TEREF.AZ bildirir ki, bu barədə xəstəxana çalışan işçilərdən biri Bakupost.az -a müraricət edib.
Adının açıqlanmasını istəməyən şikayətçi bildirib ki, ötən il rəhbərlik xəstaxananın 2 illik təmirə bağlandığını açıqlayıb:
"Rəhbərlik dedi ki, avqustun 1-dən burada çalışan həkim və tibb bacıları 6 saylı Uşaq Kliniki Xəstəxanasına köçürüləcək".
Şikayətçinin sözlərinə görə, 6 saylı Uşaq Kliniki Xəstəxanası sovet dövründən bu yana bir dəfə də olsun, təmir olunmayıb:
"Həmin xəstəxananın otaqları, dəhlizi, bütün binası Nərimanov Tibb Mərkəzindən daha pis vəziyyətdədir. Həm də Nərimanov Tibb Mərkəzində çalışan həkim və tibb bacıları 6 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşməyəcək".
Şikayətçi bu məsələdən dolayı Nərimanov Tibb Mərkəzinin personalının TƏBİB-dən narazı olduğunu da qeyd edib:
"Sizin vasitənizlə biz tibbi personal olaraq TƏBİB rəhbərinə sual ünvanlamaq istərdik: Niyə Nərimanov Tibb Mərkəzinin heyəti müvəqqəti olaraq müasir üslubda təmir olunmuş, hər cür tibbi avadanlıqlarla təmin edilmiş, lakin otaqlarının 80% boş olan "Yeni Klinika"ya deyil, şəraitsiz, təmirsiz, kiçik binası olan 6 Saylı Uşaq Kliniki Xəstəxanasına köçürülür?”

Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova ilə əlaqə saxladıq.
O, şikayət üzrə araşdırma apardıqdan sonra məlumat verəcəklərini bildirsə də, sonradan zənglərimizə cavab vermədi.
 

Ardını oxu...
“Toylarda çəkiliş aparırdı, Vasif Talıbov dedi ki, sabahdan kostyumunu geyin, gəl Ali Məclisə…”
Naxçıvan Muxtar Respublikasının (MR) bir qrup sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyən şikayətçilərin göndərdiyi məktubu olduğu kimi təqdim edirik:

“Toylarda çəkiliş aparırdı, Vasif Talıbov dedi ki, sabahdan kostyumunu geyin, gəl Ali Məclisə…”

“Hörmətli redaksiya!

Sizdən xahiş edirik ki, göndərdiyimiz şikayət məktubunu dərc edin.

Deməli, şəkildə gördüyünüz Nicat Fəxrəddin oğlu Babayevi 15.02.2019-cu ildə Vasif Talıbov Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin etdi. 4 il vəzifədə olduğu müddətdə bu adam əlillərə ayrılan pulun böyük bir hissəsini “yeyib”, banklardan qeyri-qanuni düzəldilən sosial müavinatları mənimsəyib.

Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri hər ay Baş nazir Səbuhi Məmmədovun qəbuluna gedəndə 1 çanta pulla gedirdi. İmkansızın, yetimin pullarını aparıb ona verirdi.

Nazir işlədiyi vaxt MR-də qanunsuzluq baş alıb gedirdi. Kimlər sosial müavinat alırdı, heç bilinmirdi?

Fuad Nəcəfli yenidən Nicat Babayevi nazir təyin etdi. Bu qədər pulları mənimsəyən şəxs yenidən necə vəzifəyə təyin edilə bilər?! Naxçıvanda bu şəxsə inanan yoxdur. Əgər dediklərimiz səhvdirsə və yaxud şərdirsə o zaman, nazir keçmişdə verdiyi sosial müavinətləri qəzetdə versin, biz də görək.

Keçmiş və indiki nazir Nicat Babayevin atası Nurəddin kişi Vasif Talıbovun qardaşının sürücüsü olub. 1998-ci ildə avtoqəzaya düşürlər və Nurəddin kişi vəfat edir. Talıbovun qardaşı isə 20 il yataq xəstəsi olur. Bu hadisədən sonra dəfn mərasimində Vasif Talıbov Nurəddin kişinin ailəsinə söz verir ki, oğlunuzu vəzifəyə təyin edəcəm. Nazir isə adi operator olub, toylarda çəkiliş aparıb. Bir gün toyda Vasif Talıbov Nicatı görür və deyir ki, sabahdan kostyumunu geyin və Ali Məclisə gəl.

Beləliklə, Ali Məclisdə müxtəlif vəzifələrdə işləyən Nicat Babayev axır ki, nazir olur. Yəni sözün qısası, yenilik, dəyişiklik adına Naxçıvanda heç nə yoxdur. Necə deyərlər, hər yerdə “köhnə hamam köhnə tas”dır.

Redaksiyadan: Yazıda adları gedən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
 
 ,
Ardını oxu...
“Orbita” Mənzil-Tikinti Kooperativi (qısaca – MTK) 0 xoşbəxt sakinlərə sahib olan binalarında mənzillərin satışını davam etdirir.

Kommersant.az xəbər verir ki, bu barədə şirkətin rəsmi internet saytında bildirilir. Belə ki, sözügedən MTK inşa etdiyi binaların 0 bal zəlzələyə davamlı olduğu barədə öz internet saytında müştərilərini məlumatlandırır. Bundan başqa “Orbita” MTK-dan verilən məlumata görə şirkət tərəfindən tikilən binalara 0% zəmanət də verilir.

Qeyd edək ki, əldə olunan məlumatlar şirkətin rəsmi internet saytında dərc edilib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti