Ardını oxu...
Keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov Lənkəranda olub və bu şəhər haqqında təəsüratını paylaşıb....
"Cənuba getdim....Gözəl təbiəti var... amma niyə küçələri belə p...ludur... Hətta mərkəz belə təmizlənmir...Dramteatrın yanında zibil yanır, şəhər prof-dilənçilərlə doludur və görünür..... Sərhədyanı rayondur və belə bardak..."
Ardını oxu...
 
 
 
Ardını oxu...
DİA.AZ: - "Bu gün "KFC"də aldığımız toyuq budlarında belə bir mənzərə ilə rastlaşdıq". DİA.AZ bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Afa Orucova adlı istifadəçi bildirir. Narazı vətəndaş iddia edir ki, aldığı mhsulun üzərində tük topası aşkarlayıb. Yəni yediyi məhsul elə tüklü-tüklü bişirilərək ona verilib.

Ardını oxu...
Ardını oxu...

A.Orucova etirazına belə davam edir: "Yaxınlaşdim iradımı bildirdim, üzrxahlıq edib yenisi ilə əvəzləyə biləcəklərini söylədilər... yenisini istəmədik.

Bu gözlə görünən idi... Gözlə görünməyənləri fikirləşdikcə dəhşətə gəlirəm... Bununla da bizim üçün "KFC" mövzusu bağıandı..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
DİA.AZ: - Lənkəranın icra başçısı Taleh Qaraşov cənabları deyəsən, özü üçün PAYIZ MUŞQULATI ilə məşğuldur. Bu barədə verilən məlumatlardan belə aydın olur ki, Lənkəran RİH tərəfindən növbəti kosmetik təmir işlərinə başlanlıb. DİA.AZ bildirir ki, əslində, bu kimi TƏMİRLƏR yerli padşahların il sonu büdcədən oğurladıqlarının "AFORMİTİ" üçün bir vasitədir.

Və bu gün "Lənkəran Xanı" Qaraşov həzrətləri də ənənəmizi pozmayaraq eyni qaydada pulsilməyə girişib ki, sən demə, bunu "gözü götürməyənlər" var imiş.

DİA.AZ bildirir ki, bu barədə paylaşım edən əslən Lənkərandan olan ictimai fəal Yadigar Sadıqlı yazır:

Ardını oxu...

"Lənkəranda Qala xiyabanindakı üzlüklər dəyişdirilir.

Soruşan lazım niyə? Şəhərin min bir problemi olduğu halda vəsaiti yetərincə salamat üzlüklərə xərcləmək nəyə lazımdır?"

Qeyd edək ki, onun bu paylaşımına yetərincə adekvat reaksiya verənlər var və onlar da məsələnin nə yerdə olduğuna eyham vuran ifadələrlə reaksiyalarını bildiriblər. Məsələn, həmin şərhlərdən bəzilərini əqdim edirik:

Elnur Mahmudzade:
Bundan pisin vuracaglar...

Ramiz Mirzəoglu:
İl sonu , büdcədəkini silməsən günaha batarsan. Təmir büdcənin ,,cənnətidir"...

Anar Melikov:
PA-dan ayrılan vəsaitə necə əritsinlər bəs?..

Reyhan Rəsul:
Uzsüz adamlardilar da...yeri göyü üzləsələr de xeyri yoxdu...

Rafael Abdullayev:
Havalar isti oldu usta işlətmək ancaq bizə...

Nazim Hasanov:
Limanda da adam ayağına həsrət səkilərə metlağ düzürlər.Bu il Liman şəhər büdcəsinə dövlət 50 min manat ayrıb.Onu necə əritsinlər bilmirlər...

Mustacab Mammadov:
Korrupsiya maşını işləyir...

***

Qeyd edək ki, amma bu şərhlərlə yanaşı problemi iişıqlandıranın ünvanına ağır ifadələrlə hücum edənlər də yeərincədir ki, onların da əksəriyyəinin "Lənkəran Xan"ının trolları olduğu şəkksizdir...

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...
 
Ardını oxu...
"Mənim Azərlotoreyada işləyən işçilərlə xoş münasibətim var. 2 dəfə də tədbirlərinə dəvət alıb getmişəm. İş gəldi-gedərdi, münasibət qalıcı. Ağıllı adamlar işə görə münasibəti korlamır. Nöqsan, şikayət varsa, onu işıqlandırmaq mənim peşə borcumdu.
Problemi yazmışam, vətəndaşın udduğu 865 manatı bəhanə gətirib vermirlər. Bir iki qurum və ekspertlərin sorğuya cavabını gözləyirəm geniş yazım."
Teref.az yazır ki, bunu xanım jurnalistimiz Elnurə Abuşova yazıb. Daha sonra xanım jurnalistimiz davam edərək yazır:
"İşçilər qalıb bir kənarda, onlardan aylıq alan media nümayəndələri düşüb ortaya. Papadan artıq katolik olublar. Siz pulu reklam və press reliz yayımı üçün alırsız. Daha əlinizə qalxan götürüb trolluq etməyə yox..."
Teref.az olaraq qarşı tərəfin mövqeyini ndərc etməyə hazırıq!
Teref.az
 

Ardını oxu...
DİA.AZ: - "Allah nəhlət eləsin belə mall satanlara..." DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Ayan Əliyeva adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır:

" "Al" marketdən alınıb. Oğlum da yeyib. Mən indi o biri "Roshen" şikolatını açıram və görürəm içi dolu qurddu. Özü də xarab... amma üzərində 2024-cü il tarixinə kimi müddət yazılıb.

Ay "Al market", "Oba market" işlədənlər... dininiz, imanınız, Allahınız olsun...

4 yaşlı oğlum indi zəhərlənərsə, kim cavab verəcək?"

DİA.AZ bildirir ki, narazı vətəndaş bu videonu da dəlil kimi təqdim edib:

Videoya baxmaq üçün bura tıklayın

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ - Qazi Mirzəyev Röyal Müşviq oğlu İsmayıllı rayon icra struktur rəhbərlərinin özbaşınalığına etiraz olaraq bu gün (dünən -red.) icra hakimiyyətinin qarşısında özünü yandırıb. DİA.AZ bildirir ki, bunu öz paylaşımında jurnalist Arifə Əliyeva qeyd edib.

Ardını oxu...

"Bildiyim qədər qazimiz xəstədir, müalicəsi üçün kömək istəyib,onlar da etməyib" deyə intihar səbəbi barədə də məlumat verən jurnalist hazırda Qazimizin durumunun ağır olduğunu da söyləyib:

"Əldə etdiyim məlumata görə, axşam saatlarında Bakıya gətirilib".

Ardını oxu...

Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Zavodda gedən proseslər "optimallaşdırmadı" yoxsa ölkədə işsizliyin sayının artırılması üçün gedən prosesdi (siyasət) ?
Son dövrlərdə Bakı Gəmiqayırma Zavodunda ixtisarların aparılması barədə təşkilata müraciətlərin sayı artıb. 3 ay əvvəl isə şirkətin mühafizə xidmətindən 52 nəfər işçi ixtisar olunmuşdu. Bu zavodda işləyən, son 1 il istisna olmaqla: bayram pulu, axşam və gecə pulu, normadan artıq işə görə əmək haqqı almayan, 500 manat civarında cüzi əmək haqqı alan mühafizəçilər belə ixtisara düşdü. Çox təəsüf ki, Əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən həmkarlar ittifaqı təşkilatı və dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidməti bu qanunsuzluğa heç bir reaksiya vermədi.
Mirvari Gahramanli
Teref.az
Ardını oxu...
“Süleyman Rüstəm küçəsində yerləşən Molokan İbadət Evinin sökülməsi hekayəsinə ölkənin Birinci vitse-vrezidentinin müdaxiləsindən başlayaraq bir neçə ildir ki, Bakıda tarixi binalar sökülmür. Biz artıq cəmiyyətdə tarixi irsimizə diqqətli münasibətə alışmağa başlamışıq. Ancaq acgöz müvəqqəti məmurlar şəhərin mərkəzindəki ləzzətli əraziləri təqib edir, ölkə rəhbərliyinin əhalinin gözündə müsbət imicinə əhəmiyyət vermirlər. Onlar üçün əsas odur ki, vəzifədə olarkən bu gün nəyin bahasına olursa olsun pul qazanasan”.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bunu tanınmış memar Elçin Əliyev bildirib.
O qeyd edib ki, bir necə gün əvvəl Bayılda, Qurban Abbasov küçəsində yerləşən tarixi kitabxana binası (Xalq evi) sökülüb:
“Amma bu gün (22 oktyabr 2023 – red.) daha bir görkəmli memarlıq abidəsinin – Doğum Evinin, elə həmin küçədə yerləşən keçmiş 60 minlik 4 saylı Nümunəvi Mətbəx Fabrikinin sökülməsinə başlayıblar.
Dünya şöhrətli üçmərtəbəli bina 1931-1933-cü illərdə görkəmli Azərbaycan memarları Sadıx Ələkbər oğlu Dadaşov (15.04.1905 – 24.12.1946) və Mikayıl Ələsgər oğlu Useynovun (19.04.1905 – 07.10.1992) layihəsi əsasında tikilmişdir. Dənizə geniş mənzərəsi olan düz dam terrası yayda açıq yemək sahəsi kimi istifadə olunurdu.
Sonralar II Dünya Müharibəsindən sonra binadan doğum evi kimi istifadə olunmağa başlandı. 1920-1930-cu illərin “konstruktivizm” dövrünə aid bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur (yazı № 3311, səh. 136). Onu necə sökmək olar?!
Zəhmət olmasa cavablandırın, mədəniyyət naziri Adil Kərimli və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, dövlət tərəfindən qorunan binanı necə sökmək olar?! İndiki qanunsuzluğa dərhal son qoyulmalıdır!”

İddialarla bağlı Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
“Səbail rayonunun Qurban Abbasov küçəsi 93 ünvanında yerləşən 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan “Doğum evinin binası”nın söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir.
Tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.
Tarixi tiklinin damında və yararsız hala düşmüş hissələrində təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür.
Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaq.
Xatırladaq ki, bina 1930-cu ildə inşa edilmişdir. II Dünya Müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilmiş və Nadejda Krupskaya adına 5 nömrəli Doğum Evi kimi fəaliyyət göstərib”, - məlumatda qeyd edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Paytaxtdakı bəzi marketlər alıcılara ƏDV-nin bir hissəsinin qaytarılması üçün tələb olunan kassa qəbzini təqdim etmirlər. Əvəzində alınan məhsulların adı və qiymətləri yazılan sadə qəbz verirlər. Söhbət məhəllələrarası kiçik marketlərdən gedir.

TEREF.AZ xəbər verir ki, bununla bağlı Bizim.Media-ya müraciət edən bir neçə vətəndaş marketlərin yeni nəsil kassa aparat qəbzlərini müştərinin istəyi, tələbindən sonra verdiyini deyiblər.

Onların sözlərinə görə, bəzən kassirlər alıcıdan ƏDV-nin bir hissəsinin qaytarılması üçün lazım olan qəbzi istəyib istəmədiklərini soruşurlar. Əgər müştəri istəyərsə, qəbz ona verilir. Bunun nəylə bağlı olduğu sualına isə satıcılar müəyyən bəhanələr gətirirlər. Gah kassada problem yarandığını, bəzən də ƏDV qəbzlərinin onların zərərinə işlədiyini bildirirlər.

Qanuna görə, müştərinin aldığı məhsulun adı, qiyməti, ümumi məbləği, eləcə də ƏDV-nin miqdarını göstərən qəbz müştərinin istəyindən asılı olmayaraq ona verilməlidir.

Bəs marketlərin belə ikili kassa sistemi ilə işləməsinə səbəb nədir?

Vergi məsələləri üzrə ekspert Anar Bayramov Bizim.Media-ya açıqlamasında bunun qanunazidd olduğunu bildirib:

“Bəzən təcrübədə marketlərdə vətəndaşlara qəbzlər təqdim olunanda qanunvericiliyin tələblərinə riayət olunmadığı halları ilə rastlaşırıq. Belə ki, əvvəlcə marketin özünün daxili proqramı ilə bağlı olan qəbz vətəndaşa aldığı malın adının, qiymətinin doğruluğunu bilsin deyə təqdim olunur. Amma həmin qəbzlər vergi ödəyicisinin, marketin dövriyyəsini göstərmir. Yəni o qəbzi təqdim etməklə dövriyyədən yayınırlar.

Vergi ödəyicisinin borcudur ki, istehlakçıların etdiyi ödənişlərin müqabilində onlara qanunvericilikdə nəzərdə tutulmuş formada qəbz versin. O qəbzi vermək üçün hər bir vergi ödəyicisi öz mağazasında yeni nəsil kassa aparatı quraşdırmalıdır. Həmin qəbzin verilməsi məcburidir. Amma marketin daxili proqram təminatına bağlı olan qəbzlərin verilməsi məcburi deyil.

Bir çox hallarda olur ki, vətəndaşların tələbindən sonra qəbz verilir. Yaxud da satıcı özü müştəridən “ƏDV qəbzi” istəyib-istəmədiyini soruşur. Bu, qanunsuzdur. Alıcı həmin o qəbzi istəsə də, istəməsə də kassir qəbzi mütləq müştəriyə təqdim etməlidir.

Ekspertin fikrincə, bu, mağazaların öz dövriyyəsini gizlətməyə xidmət edir:

“Öz daxili proqramlarına bağlı qəbzi alıcılara təqdim etsələr belə, sonra həmin proqram təminatı öz əllərində olduğu üçün istədikləri rəqəmləri dəyişib, dövriyyələrini gizlədə bilirlər. Yeni nəsil, real vaxt reimində çalışan kassa aparatının qəbzini təqdim edirlərsə, vergi ödəyicisinin dövriyyəsi onlayn rejim qaydasında verginin sistemində görsənir. Orada hər hansı manipulyasiyanın edilməsi imkanları çox məhduddur. Yəni 1-2 dəfə, bəlkə bunu etmək olar. Amma daima bunu etmək mümkün deyil. Çünki vergi orqanı həmin vergi ödəyicisi barədə tədbir görə bilər”.

Ekspert, bundan yayınan mağazaların yüksək məbləğdə cərimə oluna bildiklərini də qeyd edib:

“Ödəniş qəbul edərkən həmin vətəndaşlara mütləq qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbz, kassa qəbzi, mədaxil orderi təqdim edilməlidir. Əgər marketlər bunu etməzlərsə, vergi orqanlarının həyata keçirdiyi vergi nəzarət tədbirləri zamanı həmin marketləri yüksək cərimələr gözləyir.

Hətta olur ki, vergi ödəyicisi nəzarət-kassa aparatının qəbzini vətəndaşa təqdim edir. Amma həmin qəbzdə ancaq bir məhsulun, yəni 20 adda məhsul almısınız, kassa qəbzinin dəyər ifadəsində həmin məbləğ qeyd olunsa da bir məhsulun adı yazılır. Marketdirsə, ərzaq, tikinti malları mağazasıdırsa, tikinti malları yazılır.

Vergi Məcəllləsinin 50.8-ci maddəsində qeyd olunduğu kimi kassa qəbzində mütləq bütün məlumatlar qeyd olunmalıdır. Əgər bütün məlumatlar təfsilatı ilə kassa qəbzində öz əksini tapmazsa, qəbz təqdim olunsa belə həmin vergi ödəyicisini maliyyə sanksiyası gözləyir”
Ardını oxu...
Ardını oxu...
 
 


 

Dünyapress TV

Xəbər lenti