Ardını oxu...
Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması ilə bağlı tenderə yekun vurub.

TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi "Ərdagı” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 823 771,29 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Ərdagı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri "Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.

Açıq mənbələrdə "Ərdagı” MMC və onun qanuni təmsilçisi Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur. Mediada "Ərdagı” MMC tender kralı kimi təqdim edilir.

Araşdırmalar zamanı məlum olur ki, barəsində heç bir məlumat olmayan şirkət dövlət qurumlarının, xüsusilə, yerli icra hakimiyyəti orqanlarının tenderlərinin qalibi olur.
"Ərdagı” MMC-yə sifarişlər əsasən Gəncəbasar zonasında yerləşən rayon və şəhər icra hakimiyyətlərindən gəlir.

Bu arada qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyəti 2022-ci ildə "Ərdagı” MMC ilə maliyyə dəyəri 817 830,27 AZN olan satınalma müqaviləsi imzalayıb. Müqavilədə Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması nəzərdə tutulub.

2021-ci ildə isə Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması ilə bağlı "Ərdagı” MMC ilə 804 995,21 AZN dəyərində müqavilə imzalanıb.

Beləliklə, aydın olur ki, Gədəbəy şəhərində hər il küçələr, dalanlar və medyanların asfalt örtüyü yenilənir və hər il Gədəbəy Rayon İcra Hakimiyyətinin bununla bağlı elan etdiyi tenderin qalibi "Ərdagı” MMC olur.

Gədəbəy İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ildən bu vəzifədədir. Orxan Mürsəlov "Söyüdlü hadisələri”ndə media nümayəndələrinə "Məni yaxından çəkməyin, eybəcər düşürəm” fikirləri ilə sosial şəbəkələrin ulduzuna çevrilmişdi.

İddiaçı Əliyev Canpolad Yunis oğlu müqavilə öhdəlikləri ilə bağlı Nərimanov rayon Məhkəməsində iddia qaldırıb. “Azərbaycan Reallığı” xəbər verir ki, işə iyulun 25-də hakim Mehriban Əfəndizadə sədrlik edib. İddiaçı “Evrostroy – S.S” tikinti firması ilə bağlı iddia qaldırıb. Bu şirkət isə “Sipark” tikinti firması olaraq daha çox tanınır.

Sahibi Seymur İsayevdir. Dəfələrlə şirkətin və rəhbərinin barəsində şikayətlər olub. Təbriz küçəsində inşa edilən binanı illərdir ki, təhvil vermirlər. Vətəndaşlar məhkəmələrə üz tutur, aksiya keçirir, ittihamlar səsləndirir. Şirkət rəhbərinin adı MTN generalı olmuş Akif Çovdarovla yaxınlıqda hallanıb.

Hətta onun əli ilə şəriki Famil müğənni Şəbnəm Tovuzlunu MTN-ə apardıb, təzyiqlərə məruz qoyub. Şirkətin haqqında bir sıra ittihamlar var ki, media resurslarında rast gəlmək olar. İndi də bəlli olur ki, ayrı-ayrı şəxlər “Sipark”ı məhkəməyə verirlər. (Tribunainfo.az) 

Ardını oxu...
DİA.AZ: - "Şikayətim "Kapital bank"la bağlıdır. "Cashback" debet kartına 130 manat ödəniş olunub, 196 - dan bildirildi ki, 3gün sonra ödənişi çəkə bilərsiniz". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Daha sonra narazı vətəndaş yazır: "Soruşuram, səbəb olaraq deyirlər ki, təhlükəsizliklə bağlıdır. Başa düşmürəm, bunu edən mənəm... təsdiq edirəm ki, bu mənəm... burda daha nə təhlükəsizlik? Böyük məbləğ də deyil və 1 ay ərzində o karta heç 300 manatdan çox pul da daxil olmayıb. Boş-boş səbəblərə görə niyə incidirlər? 130 manatda belə edirlərsə, daha böyük məbləği karta yükləməyi heç kim sizə etibar etməz. Bankla bağlı müqavilədə belə hal yoxdur. Özlərinə bildirdim, qeydə aldılar... yenə müraciətə 3 günə baxılacaq. "Kapital Bank", gəlib zəhmət olmasa, açıqlama verin..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Naxçıvanda fermerlər əkib-becərdikləri buğdanıın bir tonunu dövlətin təyin etdiyi qiymətdən 100 manat ucuz satmalı olurlar. Buna səbəb buğdanı onlardan satın alan dəyirman-tədarük məntəqlərinin bir əldə cəmlənməsdir. Buğdanı satmaq üçün alternativ variantları olmadığında, fermerlər yüksək vəzifəli məmurların nəzarətində olan bu məntəqələrin təyin etdiyi ucuz qiymətlə razılaşmalı olurlar. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a bir qrup fermer məlumat verib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il qəraı ilə ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti bu il üçün 450 manat müəyyən edilib. Lakin, Naxçıvanda dəyirman- tədarük məntəqəsi fermerlərdən buğdanın tonunu ən yaxşı halda 350 manatdan qəbul edir.

Fermerlərdən Firudin Qədimov deyir ki, tədarük məntəqələri onlardan ucuz aldığı buğdanın bir tonunu sonradan 250 manat bahasına satır:

“Bu il 20 ton buğda tədarük etmişdim. Tədarük məntəqəsində 35 qəpikdən götürdülər. Halbuki, nazirlər kabinetinin qərarına görə, qiymət 45 qəpikdir. Dəyirman- tədarük məntəqəsində mübahisə etdim, dedilər ki, “istəmirsən qaytar apar. Kimə də istəyirsən şikayət elə. Burada qayda budur”. Məcbur qalıb tonunu 350 manata razılaşdım. Çünki, həm saxlamaq imkanı yoxdur, həm də əkin-biçin işlərinə görə traktorçuya, kombaynçıya borcum var idi. Monopoliyadır deyə, başqa yerə satmaq da mümkün deyil. Ötən il də bizi ucuz satmağa məcbur etdilər. Bir müddət sonra hər tonun üstünə 250 manat qoyub, öz müştərilərinə satdılar”.

Digər fermer Səlim Qurbanov da taxıl monopoliyasından şikayətçidir:

“ Tədarük məntəqəsində 15 ton buğda, 5 ton arpa verdim. Buğdanın kilosunu məndən 35 qəpiyə, arpanı isə 25 qəpiyə götürdülər. Nazirlər Kabinetinin qərarına görə, buğdanın qiyməti 45 qəpikdir. Əziyyətini biz çəkirik, onlar daha çox pul qazanırlar. Tədarük məntəqələri bir əldədir. O da vəzifəli şəxslərə məxsusdur. Bundan istifadə edərək nə ölkə başçısının sərəncamına, nə də Nazirlər Kabinetinin qoyduğu qiymətə məhəl qoymurlar. Bilirlər ki, fermerlərin istehsal etdikləri buğdanı satmaq üçün alternativ variantları yoxdur. Bu səbəbdən fürsətcillik edirlər. Yüksək vəzifəlilərin nəzarət etdiyi taxıl monopoliyası bizim belimizi qırıb”.

Ardını oxu...
     

Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 14 B ünvanında yaşayan Qarayev Müsadif Mürvət oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, Yssamal rayon məhkəməsinin hakimi Vahid Hacıyev Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarını qəbul etmir:

"Mən, Qarayev Müsadif Mürvət oğlu, bildirirəm ki, biz, bir neçə köçkün ailəsi, 2005-ci ildə Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid, 9A ünvanında olan zibilliyi təmizləyib, icra başçısının sərəncamı ilə öz vasaitimiz hesabına, 3-cü mərtəbəsi mansar olmaqla, ümumi sahasi 553.7 kv.metr, yaşayış sahasi 320.0 kv.metr olan, 15 otaqdan ibarət 3 mərtəbəli ev tikdik. Bakı qeydiyyatımız olmadığı üçün, həmin tikilini sənədləşdirmək məqsədilə Əliyev Natiq Telman oğlu ilə müqavilə bağlayıb(onun qeydiyyatı olduğuna görə), məhkəmə yolu ilə bütün sənədləri onun adına keçirdik ki, sonradan onunla alqı-satqı yolu ilə öz mənzillərimizə sahib olaq.

Lakin sənədləşmə onun adına olandan sonra Əliyev Natiq Telman oğlu evləri verməkdən imtina etdi. Mən və Məmmədov Vidadi güclə evləri geri qaytara bildik. Bizimlə şərik olan Arif, Firqat, Xaliq və Abbasın evlərini isə vermədi. Onlar da Yasamal Rayon Polisinə, daha sonra məhkəməyə müraciət etdilər. Lakin Natiq Əliyev arvadı Əliyeva Rübaba ilə məqsədli şəkildə boşanaraq, evləri onun adına keçirdi və sonradan Yasamal Rayon Məhkəməsindəki havadarları ilə sövdələşərək, gülməli qərarlar asasında həmin evləri mənimsəyib satdılar. Beləliklə, Azərbaycan tarixində analoqu olmayan qarar verildi…

2017-ci ildə bütün bu mənimsəmələrdən sonra həvəslənən Natiq arvadı Rübabənin adından mənə qarşı iddialar qaldırmağa və məndən 40 kv.metr sahəsi olan otaq tələb etməyə başladı. Onun Yasamal Rayon Məhkəməsində olan havadarları çox çalışsalar da, öz məqsədlərinə nail ola bilmədilər. Çünki Apellyasiya Məhkəməsində Azərbaycan qanunlarını və Allahını başının üstündə görən hakimlər var ki, onlar buna imkan vermədilər.

Yasamal Rayon Məhkəməsində sədr əvəzi işləyən İslam Əliyev isə 18.01.2017-ci ildən bu işlərin başında duran, absurd iddiaları rədd etmək əvəzinə, başqa hakimlərin əli ilə işi İnzibatı Məhkəməyə göndərən Elşad Şamayevlə birləşərək, 3 ildən sonra köhnə iddianın əvvəlinə "evə köçürmə və boşaldılması” sözləri əlavə etdilər. Belə ki, təkrarən məhkəməyə müraciət edərək eyni predmet və eyni əsaslarla Azərbaycan Respublikası MPM-nin 82.3-cü və MPM-nin 233.3cü maddələrinə zidd olaraq iddia qaldırıblar ki, 2017-ci ildə olan köhnə işlərinə haqq qazandırsınlar. Hal-hazırda bu proses davam edir. Mən bu işə Yasamal Rayon Məhkəməsi hakimlərinin baxmasına (rayon məhkəməsində) etiraz etsəm də, İslam Əliyev yalnız hakimi dəyişməklə özünü sığortaladı.

Mən hər dəfə prosesin dayandırılmasını, işə xitam verilməsini tələb etsəm də, hakim mənim dediklərimə əhəmiyyət vermədi. O, qarşı tərəflə anlaşaraq əvvəldən danışılmış ekspert rəyi almaqla qərar çıxardı ki, bu da yolverilməzdir. Baxmayaraq ki, 18.01.2017-ci ildə Yasamal Rayon Məhkəməsinin hakimi E.Şamayev tikinti-texniki ekspertiza rəyi təyin edib, özü yerində baxış keçirib.

Bakı Şəhər Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (23.10.2020-ci il) hakimləri Camilova Xəyalə, Xəlilov İsmayıl və Kərimli İlhamdan ibarət tərkib mənzilə yerində baxış keçirmişlər və iddiaçının qərəzli mövqeyinin şahidi olandan sonra, Qarayev Müseyibin Apellyasiyaya şikayətini təmin etmişlər. Yenidən məhkəmənin texniki-tikinti ekspertizasına nə ehtiyac var? Hakimin burada marağı nədir ki, yenidən ekspert rəyi almağa çalışır?

Mən hüquqşünas deyiləm, ola bilər maddələri bilməyim, amma bu qədər açıq qərəzliliyi görməmək mümkün deyil. Ona görə də mən Yasamal Rayon Məhkəməsi tərəfindən verilən texniki-tikinti ekspertiza qərarına öz etirazımı bildirirəm. Nəinki ekspert rəyinə, ümumiyyətlə Yasamal Rayon Məhkəməsində bu işin baxılmasına etiraz edirəm.

İslam Əliyevin mənə qarşı qərəzli münasibəti, iddiaçı tərəflə olan yaxın əlaqələri və münasibətləri, hətta iddia ərizəsini proses zamanı və sonra bir yerdə hazırlamaları bu işin necə qurulacağını göstərirdi. Yəni qanunsuzluq o dərəcəyə çatıb ki, Yasamal Rayon Məhkəməsində yuxarı instansiyaların verdiyi qətnamə və qərardadlar şübhə altına alınır. Kimin gücü ilə? Hansı maraq əsasında? Odur ki, bu prosesin nəcə bitəcəyi aydındır və mən bu işə etiraz etməyə bilmərəm.

Qeyd edim ki, Əliyev Natiq Telman oğlu 15.03.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə tikilinin ümumi sahəsi 152 kv.metr olan üçüncü mərtəbəsini - Qarayev Müseyib Mürvət oğlunun mənzilini alqı-satqı yolu ilə özünə qaytarmışdır.

Qarayev Müseyib Mürvət oğlu 16.08.2005-ci il tarixdə özünün mülkiyyətinə keçən 152 kv.metr sahəsindən 40 kv.metrlik, ayrı girişi olan otağı Xaliq Abbasa satmışdır. Bir şərtlə ki, öz otağının sənədini Natiqdan alandan sonra həmin sahəni geri qaytarsın. Demək, 16.08.2005-ci ildə Abbas 40 kv.metr sahəni aldıqdan sonra məndə 112 kv.metr sahə qalır. Əliyev Natiq isə 2017-ci ildə Bakı şəhəri, 19 saylı dövlət notarial kontorunun dövlət notariusu H.S.Hüseynov ilə cinayət əlaqəsinə girərək, onunla Qarayev Müseyib arasında olan 15.03.2005-ci il tarixli müqavilədəki çapla yazılan “152 kv.metr” sözlərini pozaraq, diyircəkli qələmlə 59.0 və 71.0 kimi göstərməklə, mübahisəli predmet yaratmışlar. Çünki Əliyev Natiq Qarayev Müseyibin Xaliq Abbasa verdiyi 40 kv.metr sahəsi olan otağı onunla dəyişmək adı ilə ələ keçirərək, sökmüşdür.

Qarayev Müseyibin hər bir vatandaş kimi ayrı ünvan almaq hüququ var. O, Azərbaycan Respublikası MDK-sı yanında DODRX-nin Bakı şəhər ərazisi idarəsinə ərizə ilə müraciət edib və həmin idarə tərəfindən ona ünvan reyestrindən arayış və bununa əsasında 07.01.2010-cu il tarixdə çıxarış verilmişdir. Hansı ki, 07.10.2010-cu ildə həmin sahə yerində Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan verilmək üçün ölçülüb və ümumi sahəsinnin 112 kv.metr olması təsdiq edilib.

Əgər Yasamal Rayon Məhkəməsi hansısa maraq xatirinə yox, qanuni araşdırma aparmaq istəsəydi, bu işə çoxdan xitam verilməli idi. Belə də, araşdırmaq istəyirsə, birinci Əliyev Natiqlə notariusun birlikdə etdikləri düzəlişi araşdırmalıdır. Onda hakimə hər şey aydın görünəcək. Onsuz da, belə də aydındır, hakim sadəcə bunları görmək istəmir.

Yasamal Rayon Məhkəməsinin tikinti-texniki ekspertizası 8-ci keçid küçəsi, 9A ünvanında dəfələrlə keçirildiyinə görə (Yasamal Rayon Məhkəməsi ekspertiza, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası), yenidən keçirilə bilməz və buna öz etirazımı bildirirəm. Yuxarıda göstərilən dəlillərə əsasən, bu işə Yasamal Rayon Məhkəməsində baxılması qanuna uyğun deyildir və nəticəsi əvvəldən məlumdur. Ona görə bu iş dəyandırılmalıdır”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Ardını oxu...
DİA.AZ: - Bakıda Xəzər raayonu, Qala qəsəbəsində aşkar şəkildə özbaşınalıq hökm sürür. DİA.AZ bildirir ki, bu barədə tanınmış videobloger Elçin İsmayıllı paylaşım edib.

İddia qeyd olunur ki, əslən Tərtər rayonundan olan bir vətəndaş Qala qəsəbəsində əkin yeri kimi nəzərdə tutulmuş əraziləri evlərin inşası məqsədilə satmaqdadır. E.İsmayıllı iddia edir ki, bu işdən yerli rəsmilərin də məlumatı var, amma tədbir görən yoxdur.

Daha ətraflı aşağıdakı videoda:

Videoya baxmaq üçün BURA TIKLAYIN...
 
Ardını oxu...
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi məsələni nəzarətə götürməlidir.
İNFİNİTİ, ELİPİS, EKSTRA gecə klublarında nələr baş verir..?
Redaksiyamıza təşrif buyuran Darviq Elnarə Parış qızı başına gələn müsibətlər barədə danışdı. Onun danışdıqlarını olduğu kimi dərc edirik: “Mən Elnarə Parış qızı 1977-ci ildə İmişlinin Gövhərli kəndində anadan olmuşam. Birinci evlilikdən 2 övladım var. Başqa yolum olmadğı üçün onları 2 saylı UŞAQ evinə verərək ( direktor çox hörmətli Sevda xanım ) işləməyə, çalışmağa, ayaqda durmağa başladım. Özüm həm də Bakıda Xutorda bacım gildə qalırdım. Bir gün 2004-cü ildə “Dialoq” firmasl mənə Antalyada iş təklif elədi. Mən Antalyada ailədə işə düzəldim. Orada ilyarım işləyərək, hər ay 1200 dollar əmək haqqı alırdım. Hər ay Bakıya gələrək vizamı yeniləyirdim, həm də uşaqlarımı görürdüm. Və aldığım pulları Dəmirbankdakı kartıma qoyurdum. Və öz zəhmətimlə qazandığım pulla Binəqədidə qanuni, sənədli torpaq sahəsi aldım. Antalyada ilyarım çalışandan sonra mənə Birləşmiş Ərəb Əmirliyinə viza açdılar və iş üçün getdim Əbu Dəbiyə. 10 gün olardı getmişdim və ərəb, ingilis dillərini bilmədiyim üçün müəyyən əngəl yaranmışdı. Və orada ərəb olan Bəsimlə tanış oldum. Onun 29, mənim isə 27 yaşım var idi. Bəsim də mənim kimi evli olmuşdu və boşanmışdı. Bizim aramızda sevgi münasibətləri yarandı. O, mənə Elnarə deyə bilmirdi, Məryəm deyirdi. Mən Bakıya qayıtmaq istəyəndə, Bəsim mənə dedi ki, getsən, məni tək qoysan özümü öldürəcəm. Beləliklə biz birlikdə Bakıya gəlmək qərarına gəldik. Mən Azərbaycan Respublikasının BƏƏ-dəki səfirliyinə getdim, orada səfirin müavini hörmətli Pərviz müəllimlə rastlaşdım. Çox dəyərli insan olan Pərviz müəllim Bəsimə dedi ki, bizim qızımızı incitmə haa...
Sözün qısası, mən Bəsimlə rəsmi nikaha daxil oldum. Və səfirin müavini Pərviz müəllim Bəsimə dedi ki, Elnarəyə görə, sənə Azərbaycana getmək üçün viza veririk. Yeri gəlmişkən, BƏƏ-də Bəsimlə mənim Ruqayyə adında qızımız dünyaya gəldi. Və Pərviz müəllimin köməyi ilə qızım Ruqayyəyə doğum haqqında şəhadətnamə aldıq. Və Bəsimlə gəldik Azərbaycana. İlk olaraq 2 saylı uşaq evindəki uşaqlarımı gətirdim yanıma. Və öz adıma torpağımı satdım, bankdakı pullarımı götürüb Gürcüstana maşın gətirmək üçün getdim. Və beləcə biznes fəaliyyətinə başladım, pullar qazandım. Qardaşlarım da kömək elədi, gətirdiyim maşını OLİMP ( AAF) şirkətinə verdik və əvəzinə özümə mənzil götürdüm. Həmin vaxtlar Bəsim "BEYRUT" və "Tongal" restoranlarında ofisiant kimi işləməyə başladı. Bir gün Bəsim dedi ki, "AZMEKO" şirkətində işə düzəlirəm və mənə deyiblər ki, ailənlə tanış olmaq istəyirik. Mən başıbağlı formada şirkətin nümayəndələri Nəsib və Kənan müəllimlə tanış oldum. Onlarla çay içərək söhbət elədik. Onlar Bəsimə dedilər ki, bu xanıma görə səni işə götürürük, özü də ayda 700 manat maaşla. Yəni Bəsim müxtəlif şirkətləri yeməklə təchiz edən "KATRİNQ" şirkətində işə düzəldi. Bir müddət sonra Bəsim gəldi ki, məni həbs etmək istəyirlər, qorxuram, şirkətə 25 min manat ziyan dəyib və s. Mən o zaman Ukraynada olan Kənan müəllimlə danışdım. O mənə dedi ki, sənə xatir Bəsimi həbs etdirmirik. Ondan sonra Bəsim bir müddət bacım uşaqları ilə tikintidə usta işlədi. Sonra Bəsim BP-nin Yevlaxdakı Katrinqində işə düzəldi və biz ailəlikcə Yevlaxa köçməli olduq.
Onu da qeyd edim k, Bəsim uşaqlarımı tərbiyə etmək adı altında onları vəhşi kimi döyürdü. Nə isə, 1 il sonra Yevlaxdan qayıtdıq. Və mən Bakıdakı mənzilimi sataraq həyət evi aldım. Onu da qeyd edim ki, biz Yevlaxda olanda Bəsim Tərtərin icra başçısı Müstəqim Məmmədovla tanış olmuşdu. Və Müstəqim Bəsimə demişdi ki, sən mənə işlə... Əslində Bəsimi Yevlaxa Katrinqin rəhbəri, hindistanlı Amil göndərmişdi. Beləcə, Müstəqim Məmmədov Bəsimi öz toruna sala bilib. Və nəticədə Bəsim Yevlaxda BP-nin iclasına girib gizli çəkiliş apararkən MTN tərəfindən tutularaq Bakıya gətirilib və MTN-nin təcridxanasında saxlanılıb. 3 gün sonra Bəsim buraxıldı və evə gələrək dedi ki, MTN əməkdaşları mənə dedi ki, həyat yoldaşın səni çox istəyir... Sonra Bəsim işsiz qaldı, evdə oturdu və... Mən məcbur olub təndir sexi açdım, işlədim, həyət evimizi banka qoyub maşın aldıq... Mən 100 dərəcədə təndirdə çalışırdım ki, Zaminbanka krediti vaxtında ödəyək evimizi əlimizdən almasınlar.. Bu zaman Bəsim 2 ay İNFİNİTİ adlı gecə klubunda Dilsuzla işlədi. Sonradan bildim ki, narkotik satışına görə, Dilsuz onu işdən qovub. Dilsuz dedi ki, Bəsim gəldi yalvardı ki, düz yola qayıdıram, icazə ver işləyim... Mən bu arada, yəni 2016-cı ildə oğluma hamilə olduğum üçün artıq 100 dərəcə təndirdə işləyə bilmirdim. Ona görə də yenidən market açdıq və işləməyə başladım. Bu zamanlar Bəsim İNFİNİTİ-də çalışdığı klub dostlarını evə gətirir, evdə narkotik çəkirdilər və mən buna etiraz edirdim... 2017-ci ildə oğlum Raul dünyaya gəldi. Və bu arada Dilsuz Nərimanov rayonu, Ə.Rəcəbli ünvanında yerləşən ELİPİS, EKSTRA gecə klublarını açdı və Bəsim orada işləməyə başladı. Mən bu arada qardaşlarımla birgə Xırdalanda ev tikib satırdım. Bir də bəlli oldu ki, İNFİNİTİ Gecə klubunu işlədən iranlını Dilsuz oğurladıb zirzəmiyə salıb. Məqsəd o idi ki, İranlı işlədən İNFİNİTİ klubu Dilsuzun işlətdiyi gecə klublarına rəqib idi. Sonra iranlının övladları hay-küy salaraq Hüquq Mühafizə Orqanlarına xəbər verdilər. Nəticədə Dilsuz həbs olundu”.
Onu da bildirək ki, öz halal zəhməti ilə özünə yuva qurmuş AZƏRBAYCANLI Elnarə xanımı hamılıqla müdafiə etməliyik. Elnarə xanım isə öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova müraciət edərək bildirdi ki, mənim və övladlarımın həyatı təhlükədədir. Bəsimin hal-hazırda məşğul olduğu iş bizim üçün həyati təhlükə yaradır. Xahiş edirəm ki, Bəsimə cinayət işi qaldırasınız, onun mənə qarşı etdiyi zorakılıqlara Azərbaycan qanunlarının sərt üzü ilə cavab verəsiniz.
Sonda şikayətçi xanım Bəsimin öz qızını 100 min dollara ərəb şeyxinə satmasından və daha nələrdən danışdı. Bu barədə növbəti yazıda bəhs edəcəyik. Amma istər-istəməz ortaya suallar çıxır ki, görəsən biz Azərbaycanlı olaraq, öz qanımızdan olan Elnarə xanımı müdafiə edə biləcəyikmi? Əlbəttə edəcəyik. Mövzunu davam edəcəyik. Bizi izləyin.
P.S. Elnarə xanım ürəyini buz kimi saxlasın. Biz milyonlarla Bəsimləri ölkəmizdə turist kimi görə bilərik, amma Elnarə xanımlar bilməlidilər ki, onlar bu məmləkətin övladlarıdır.
Sabahnews.az
 
Ardını oxu...
Astara Rayon İcra Hakimiyyəti Astara rayonunda yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 527.723,35 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

Açıq mənbələrdə “Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur.

Zaur Abıyevin adı isə “MTN işi”ndə keçir. İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib. O, ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb.

Astara Rayon İcra Hakimiyyəti ötən il yolların təmirinə 1 072 944, 79 AZN xərcləyib. Satınalma müqavilələri “Elnur-2” şirkəti və “Birlik-3A” MMC ilə bağlanıb.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. O, 2012-ci ildən bu vəzifədədir. Qəzənfər Ağayev 2006-cı ildə Yardımlı, 2006-2012-ci illərdə isə Masalının icra başçısı vəzifəsində çalışıb.
 
Ardını oxu...
FHN -nin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq şöbə rəisi Kamil Allahverdiyevin oğluna məxsus motorlu qayığın limana çırpılması faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğununda araşdıma başlayıb.
Dünyanınsəsi.Az-ın əldə etdiyi məlumata görə, “biznesmen məmur”un Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində İcarə haqlarından və vergidən yayındırılan çoxlu sayda matorlu katerləri fəaliyyət göstərir.Bu azmış kimi FHN -nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mingəçevirdəki keçmiş şöbə rəisi Kamil Allahverdiyevin kiçikgəcimli gəmiləri aprelin 1-dən sənaye balıq ovuna moratorium qüvvəyə minməsinə baxmayaraq bioloji resursları məhv etməklə məşğuldur.
Mingəçevirdəki mənbəmizin məlumata görə FHN -nin Xüsusi Riskli Xilasetmə Xidmətinin şöbə rəisi Kamil Allahverdiyevə məxsus olduğu iddia edilən bir neçə yaxta var ki,onlarda Kür çayında sərnişin daşıma ilə məşğuldur.
Buna sübut olaraq iyulun 24-ü saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbaszadə, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Sözügedən matorlu kater isə FHN -nin Xüsusi Riskli Xilasetmə Xidmətinin şöbə rəisinin oğlu Samir Allahverdiyevə məxsus olduğu öz təsdiqini tapıb.Hadisənin iştirakçıları bildirilər ki.,limana çırpılmış olan matorlu kateri həmin gün xəsarət alan xanım özü idarə edirmiş.
Hazırda faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Redaksiya olaraq inanırıq ki, FHN-nin rəhbərliyi sözügedən məsələ ilə bağlı Xüsusi Riskli Xilasetmə Xidmətinin Mingəçevirdəki şöbə rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini eləcə də qanunsuz “balıq ovlama” fəaliyyətinin araşdırılmasına müvafiq göstərişlər verəcəkdir.
Bu sahəyə cavabdeh və nəzarət etməli olan müvafiq qurumlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətidir.
Səsləndirilən iddialarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Ardını oxu...
Kür çayında limana çırpılmış matorlu katerlə bağlı prokurorluqdan Açıqlama
Daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 24-ü saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbaszadə, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.
 
Ardını oxu...
DogruXeber.az: - Azərbaycanda pulun və nüfuzun qanunlara qalib gəlməsinin daha bir faktı bəlli olub. İki il öncə 14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində sərxoş halda özünə məxsus “Land Rover” markalı avtomobillə 90 km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillə toqquşaraq “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölümünə səbəb olan Elşad Kəlbəliyev azadlığa çıxıb. Bu ilin fevral ayında Ali Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilmişdi. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib. Amma, iş bununla da yekunlaşmayıb. Bu günlərdə Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin cəzası azaldılıb. Məhkəmə hökmü ilə 8 il azadlıqdan məhrum edilmiş MTK şefinin kürəkəni barəsində apelyasiya şikayəti əsasında 3 il həbsindən azaldılıb. Tribunainfo.az bildirir ki, Kəlbəliyevin cəzası 5 ilə endirilib. Məhkəmə belə qərara gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıbmış. Cumhuriyyet.az-a daxil olan məlumata görə, bunun ardınca isə islah əmək düşərgəsində təcili məhkəmə keçirilib və E.Kəlbəliyev “həbs müddətində nümunəvi davranışına görə” cəzasının qalan hissəsindən azad edilib. Bir sözlə, SƏRXOŞ VƏZİYYƏTDƏ 4 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLAN ŞƏXS AZADLIQDADIR!!! Qanuna və insanlığa açıqdan açığa bu şəkildə meydan oxunmasının isə tək səbəbi var: E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir!

Ardını oxu...

Qeyd edək ki, Məhərrəm Novruzovun adı zamanla mediada qalmaqallarda hallanan şəxsdir. Onun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” kompleksi də Hacı Məhərrəm Novruzova məxsusdur. Xatıradaq ki, yerli KİV-lərdə ara-sıra Novxanıda yerləşən “My Beach” adlı çimərlikdə yaşanan soyğunçuluq haqda reportajlar dərc edilib. Dərc edilən xəbərlər arasında Məhərrəm Novruzovun pandemiya və karantin dövründə, hətta novruz bayramı dönəmində bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.//siam.az

Dünyapress TV

Xəbər lenti