Ardını oxu...
DİA.AZ: - "İçərişəhərdə "Kasamasa" adlı bir restoran var. Adı xoşuma gəldi və qardaşım qızlarını ora apardım". DİA.AZ bildirir ki, bunu öz gileyində tanınmış gənc yazar İradə Aytel qeyd edib.

Narazı yazarımız başına gələnləri daha sonra belə nəql edir: "Menyu çərçivəsində sifarişlər etdik. Freş meyvə şirələri (qiymətlər çekdə var) hər birimizə 40 dəqiqə aralıq olmaqla gəldi. Və hər şirə ayrı-ayrı ucuz piyalədə, bakalda, stəkanda və s. gəlirdi. Soruşdum ki, niyə belə gəlir, birimiz içirik, o birimiz baxır, hamısı bir olmazmı? dedi, meyvə almağa gedirik. O biri yeməklərdən sonra plov sifariş etdik, qaşıq gəlmədi (qab-qacaq yenə də ayrı-ayrı idi. dəst heç nə yox idi o bahalı yerdə). ofisiantları da elə qıtlıqla götürüblər ki, biz ofisiant tapana, qaşıq gələnə qədər aş buza dönəcəkdi, çəngəllə yedik. Tualet lazım gəldi, dedilər bizdə tualet yoxdiu. necə yoxdur, iki saatdır buradayıq, deyəndə dedilər elə sıxışmısınızsa üzbəüzdəki otelə gedin. 146 manatı ödəyəndən sonra adminstratora şikayətimi etdim. İçərişəhər xaricilərin ən çox axın etdiyi yerdir. Ölkəni belə təmsil edirlər? Başqa ölkələrdə müştərinin başına dolanırlar. Axı, biz ora pul odəyirik. Həm də maya dəyərindən qat-qat artıq ödəniş edirik. Niyə beləyik??? Bir söz də deyim, o restoranda hər şey sıfırdır, bircə yeməkləri dadlıdır. İmkanım olsaydı, oranın aşbazını başqa yerə transfer edərdim".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
Lənkəran Şəhər İcra hakimiyyəti “Lənkəran şəhər ərazisi üzrə yaşayış sahələrinin fasad və giriş hissələrində aparılacaq bir sıra işlərin satın alınması” ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Topxana Layihə İnşaat” MMC qalib seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 228.861,77 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Topxana Layihə İnşaat” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.

“Topxana Layihə İnşaat” MMC 2021-ci ilədək RRT LTD Firması adı altında fəaliyyət göstərib. Maraqlıdır ki, bu şirkətin qeydiyyata alınma tarixi ilə “Topxana Layihə İnşaat” MMC-nin qeydiyyata alınma tarixi arasında ziddiyyət var. Reyestr məlumatlarında görünür ki, RRT LTD Firması 2007-ci ildə qeydiyyata alınıb. 2021-ci ildə isə adı dəyişdirilərək “Topxana Layihə İnşaat” MMC qoyulub. Əgər “Topxana Layihə İnşaat” MMC RRT LTD Firmasının varisidirsə və sözügedən firma 2007-ci ildə qeydiyyata alınıbsa, o zaman necə olur ki, “Topxana Layihə İnşaat” MMC-nin 1996-cı ildə qeydiyyata alınır? Bu sualın cavabı açıq qalır.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlara nəzər saldıqda “Topxana Layihə İnşaat” MMC-nin tenderlərdə fəal iştirak etdiyi aydın olur. Maraqlıdır ki, şirkət əsasən iri məbləğli tenderlərin qalibi olur.

“Topxana Layihə İnşaat” MMC Naxçıvan nümayəndəliyi də var. Amma nədənsə uzun illərdir fəaliyyə göstərən, iri məbləğli tenderlərin qalibi seçilən, hətta Naxçıvan nümayəndəliyi olan şirkət barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin əlaqə telefonlarına və internet səhifəsinə də rast gəlinmir.

Şirkətin bu günə qədər Fuad Ələkbərov da daxil dörd nəfər təmsil edib. MMC-nin ilk qanuni təmsilçisi Talıbov Cavanşir Rəşid oğlu, ondan sonra Babayev Asim Kamal oğlu olub. Asim Babayevi Bayramov Əli Kamal oğlu əvəzləyib. Əli Bayramov cari ilin iyun ayında Fuad Ələkbərovla əvəzlənib.

“Topxana Layihə İnşaat” MMC 2023-cü ilin iyun ayına qədər 10 manatlıq nizamnamə kapitalı ilə fəaliyyət göstərib. İyunda nizamnamə kapitalının üzərinə 110 000 AZN əlavə edilib.

Lənkəranda görüləcək işlərə gəlincə, şərtlər toplusunda aydın olur ki, söhbət fasadın rənglənməsi, taxta qapıların sökülməsi, pilləkanların, tavan və meydançaların əhənglə rənglənməsi, dəmir qapılar qoyulması və s. bu kimi xırda təmir işlərindən gedir.

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifədədir. Ümumiyyətlə isə Taleh Qaraşov ən uzun ömürlü icra başçılarından hesab edilir. O. 27 ildir ki, icra başçıcı vəzifəsi daşıyır. Taleh Qaraşov 1996-2002-ci illərdə Kürdəmirin, 2002-2006-cı illərdə Cəlilabadın, 2006-2011-ci illərdə Neftçalanın, 2011-2012-ci illərdə isə Astaranın icra başçısı olub.
 
Ardını oxu...
"Dünən Lökbatanda yerləşən "Aqrovest-BazarStore" marketdən aldığım "Babaevskiy" şokoladının vəziyyəti.... DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Lalə İsmayılova adlı istifadəçi qeyd edib.

Narazı vətəndaş daha sonra yazır: "İçində qurdlar və hörümçək toru var idi. Başqa ölkədə olsaydı, bu hala görə təzminat davası açmaq olardı. Ehtiyatlı olun!

P.S. Son istifadə tarixi 2024-cü il göstərilib..."
Ardını oxu...
 
Ardını oxu...
Bu gün narkobiznesdən gələn pullar sabah ölkədə bir çox arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər...

I YAZI

Azərbaycanda 2 ildən artıqdır ki, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ciddi mübarizə gedir. Demək olar ki, bütün müvafiq qurumlar narkotik ticarətinin qarşısını almaq üçün öz imkanlarını səfərbər ediblər.

Stopnarkotik.az-ın mötəbər qaynaqlardan əldə etdiyi məlumata əsasən, bu məsələdə ən yüksək səviyyədə ortaya iradə qoyulub. Belə ki, Prezident İlham Əliyev ölkədə “narkotik böhranı”nın qarşısını almaq üçün aidiyyəti dövlət strukturlarına ciddi göstərişlər verib. Xüsusilə də, İrandan daxil olan narkotik vasitələrin qarşısını almaq üçün hər bir dövlət qurumuna bütün imkanlarından istifadə etməyi tapşırıb.
Ardını oxu...
Lakin çox təəssüflə qeyd etməliyik ki, ölkə başçısının ciddi tapşırıqlarına və aidiyyəti strukturların ardıcıl tədbirlər həyata keçirməsinə baxmayaraq, Azərbaycanda narkotik ticarətinin və narkomaniyanın kökünü kəsmək mümkün olmur. Hətta əminliklə deyə bilərik ki, bu sahədə vəziyyət günbəgün daha da ağırlaşır. Maraqlıdır, belə olduğu təqdirdə, biz, dövlət olaraq, harada yanlışlığa yol veririk?

Əlbəttə, 44 günlük Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı “narkotik savaşı” apardığı kimsəyə sirr deyil. Yəni demək olar ki, hər gün İrandakı hansısa narkobarona xidmət edən onlarla vətəndaşımızın polis tərəfindən saxlanıldığı, yaxud zaman-zaman ölkəmizə narkotik keçirməyə cəhd edən şəxslərin sərhəddə ələ keçdiyi haqda xəbərlər oxumaqdayıq. Məsələn, Stopnarkotik.az saytının aylıq hesabatına əsasən, təkcə iyun ayında DSX İrandan ölkəmizə 6 fakt üzrə narkotik vasitələrin daxil olmasının qarşısını alıb. May ayında bundan bir qədər də çox olub. Eləcə də Dövlət Gömrük Komitəsi tərəfindən də ay ərzində 1-2 fakt aşkarlandığı bəllidir. Belə olduğu halda, biz molla rejiminin Azərbaycana elan etdiyi “narkotik savaşı”na qarşı mübarizədə harada boşluqlara yol veririk ki, iranlı narkobaronlar və onların ələ aldığı vətəndaşlarımız hələ də ölkədə “ağ ölüm” saçırlar”?!

Sözsüz, indi Azərbaycanda narkotik probleminin səbəbləri ilə bağlı küçə və meydanlarda sorğu aparsaq, respondentlərin böyük əksəriyyəti bu işin arxasında məmurların dayandığını deyəcək. Təsadüfi deyil ki, tez-tez sosial şəbəkələrdə də bu cür fikirlər səsləndirilir və ayrı-ayrı məmurlar ittiham hədəfinə çevrilir. Fərqi yoxdur ki, həmin məmurlar hazırda vəzifə başındadır, yoxsa adları “sabiqlər” siyahısında çəkilir. Əsas odur ki, onlar hələ də ölkədəki proseslərə təsir etmək gücündədirlər.

Bəllidir ki, narkotik böyük pul mənbəyidir. Görünür, narkotik şəbəkəsinə rəhbərlik edən məmurlar da öz bizneslərini məhz pulun gücünə idarə edirlər. Şübhə yoxdur ki, onlar yüksək vəzifələrdə çalışan hansısa şəxsləri də böyük vəsaitlərin qarşılığında özlərinə ortaq edib, yaxud da bu və ya digər şəkildə onlarla “anlaşa” biliblər.

Nəyə görə burada “böyük vəsaitlər”dən söhbət getdiyini iddia edirik? Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda narkotik ticarətinə qarşı mübarizənin başında Prezident dayanır və məhz onun tapşırığı əsasında cəmiyyətimizi bu böhrandan çıxarmaq istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir. Lakin, görünür, narkotik ticarəti hansısa məmurlara külli miqdarda vəsait qazandırdığından, onlar öz nəfslərini saxlaya bilmir, hətta ölkə başçısının tapşırığına qarşı getməyə belə, özlərində cəsarət tapırlar. Bu zaman isə bir şeyi unudurlar ki, gec-tez onlar da öz qanunsuz əməllərinə görə qanun qarşısında cavab verəcəklər...

Burada diqqətçəkən daha bir məqam da var. Qeyd etdiyimiz kimi, narkotik ticarəti onun başında duranlara böyük vəsaitlər qazandırır. Deməli, bu gün həmin ticarətlə məşğul olan istər hazırda vəzifədə olan, istər də keçmiş məmurların əlində külli miqdarda pullar cəmləşib. Bir halda ki, bu gün həmin şəxslər Prezidentə qarşı çıxırlar, deməli, sabah həmin pullar ölkədə bir çox arzuolunmaz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Hər halda, müvafiq qurumlar bu barədə ciddi düşünməlidirlər. Bu gün narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə prioritet olan məsələlərdən biri də o olmalıdır ki, ölkədəki narkotik dövriyyəsinin arxasında hansı məmurlar var?! Bir halda ki, Prezident ortaya iradə qoyub, gənclərimizi bu bəladan xilas etmək üçün göstəriş verib, bəs kimlər onun iradəsinə qarşı çıxır?!
 Stopnarkotik.az
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində "Yeni Həyat Şirkətlər” Qrupunun inşaa etdiyi "Park Azure” Yaşayış Kompleksində komunal xərcləri ödəməyən sakinlərin liftdən sitifadəsinə məhdudiyyət qoyulub. Sözügedən binada mənzilinə çıxışı üçün liftə məhdudiyyəti tətbiq edilən şəxslərdən biri də Arzu Əliyevadır.

TEREF.AZ bildirir ki, Arzu Əliyeva Qaynarinfo-ya açıqlamasında "Park Azure” yaşayış kompleksində başına gətirilən oyunlardan və sahibkarın qanunsuz əməllərinə göz yuman dövlət qurumlarından danışıb:

"Mən iki otaqlı mənzilimi satıb, sözügedən binada ilkin ödəniş etməklə ipoteka ilə mənzil sahibi olmuşam. "Park Azure” yaşayış kompleksində əvvəl hər şey normal idi və sonradan burada çox ciddi problemlər başladı. Binada avtomobil qarajları üçün nəzərdə tutulan yerlər sökülərək, ofislərlə əvəzləndi. Tikinti və yanğın təhlükəsizliyi normalarına riayət edilmədən qanunsuz addımlar atılmaqda davam etdi. Səsini çıxaran, haqqını, hüququnu tələb edən vətəndaşları müxtəlif yollarla, hədə-qorxu gələrək susdurmağa çalışırlar. Halbuki, biz ora köçürüləndə binada sakinlər üçün yüksək şərait nəzərdə tutulmuşdu. Sənədləri də buna görə imzaladıq. Adı "Park Azure”dır. Amma uşaqların və böyüklərin həyətə dincəlmələri üçün nə park var, nə həyət var. Həyətin ortasında da tikinti aparılıb. Əslində buranın adı "Park Azure”a yox "Babək Azure” olmalıdır. Avtomobil dayanacağı üçün nəzərdə tutulan yerlər ofis olub və həmin yerlər yüksək məbləğdə icrayə verilir. Problemlər də elə burdan başlayır".

Arzu Əliyeva iddia edib ki, hazırda mənzillərə giriş-çıxış üçün istifadəyə verilən liftlərdən sözügedən qanunsuz tikilən ofislərin işçiləri də istifadə edir:

"Nəticədə mənzillərimizə qalxıb-düşmək üçün liftdən istifadə çətinləşib. Çünki, bir liftə minmək üçün ən azı 15 dəqiqə vaxt lazımdır. Yəni gözləməlisən ki, ofis işçiləri nə vaxt lifti boşaladacaq. Bu bina sakinləri ilə "Park Azure” Yaşayış Kompleksini idarə edənlər arasında ciddi narazılığa səbəb olu"r.

Digər bir tərəfdən Arzu Əliyeva əlavə edib ki, "Park Azure” Yaşayış Kompleksində liftdən istifadə və təmizlik üçün aylıq 104 manat tələb edilir:
"Mən bu kommunal ödənişi etməyə hazıram. Bilirəm ki, binanın ümumi əmlakının saxlanması üçün aylıq xərc lazımdır və bu da qanunvericilik çərçivəsində tənzimlənməlidir. Amma mənə bildirilsin ki, sözügedən vəsait necə hesablanıb, necə formalaşır və "Park Azure” Yaşayış Kompleksinin rəhbərliyi yığılan pulu nəyə xərcləyir? Bunun hesabatını bizə verən yoxdur. Əksinə, liftlərə qanunsuz quraşdırılan kartı pulla satıblar. İstədikləri vaxt lifti dayandırır, açırlar. Nəyə görə bu qanunsuzluğa dövlət qurumları göz yumur? Vətəndaşa göstərilən qərəzli mövqedən belə başa düşülür ki, ölkəmizdə sahibkar nəyi necə istəyir, elə də edə bilər. Mənzilin sahibi mənəm, onlar deyil. Əgər onlardırsa, gətirib verdiyim pulları qaytarsınlar. Mən gedib başqa yerdə yaşayım. Kirayədə qalmıram, evimdə qalıram. Liftdən bütün günü müxtəlif işlər üçün istifadə edilir. Yuxarıda sadaladığım kimi, bizim nə parkımız var, nə həyətimiz. Üstəlik binada anisanitariya höküm sürür. Binanı siçovullar basıb. Burda uşaqlar kiçik bir həyətdə ölən siçovullara əl vururlar. Bu ki infeksiyadır. Binanın padvalı belə icarəyə verilib. Orada çörək sexi açılıb”.

Şikayətçi həmçinin deyib ki, lift borcu olan şəxslərin adı "Park Azure” yaşayış kompleksinin idarəçiləri tərəfindən liftdə kağız üzərində vurulur:
"Mənim adımı, soyadımı başqaları nəyə görə bilməlidir? Övladlarım nəyə görə analarının adını liftdə vurulmasını görməlidir? Bu "qayda” heç bir yerdə yoxdur. Bunu edən "Park Azure” yaşayış kompleksini idarə edən Babək adlı şəxsdir. O, özünü binanın sahibi kimi aparır. Nəyə görə? Axı binada mənzilin sahibi bizik!”.

O, bildirib ki, ad-soyadı liftdə vurulduğu üçün "Park Azure” yaşayış kompleksinin komendatına xəbərdarlıq etsə də, heç bir nəticə olmayıb:
"Əsəbləşib, kağızları cırdım. Sonradan mənimlə bağlı polisə şikayət verildi. İş məhkəməyə gedib çıxdı. Məhkəmədə qarşı tərəf məni həbs etdirmək istəyirdi. Bu məsələ düzgün araşdırlsa, haqqımda verilən qəraralar və inzibati tənbehin qərzəli olduğu açıq-aydın görünər. "Yeni Həyat Şirkətlər Qrupu”nun sədri vəzifəsini müvəqqəti icra edən Babək Babayevin nümayəndəsi Vidadi məhkəmədə iddia etdi ki, guya mən 24 iyun 2023-cü il tarixdə liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atıb, monitoru sındırmışam. Həmçinin "reception” bölməsində işləyən Nuranə adlı işçi ilə mübahisə edib, nalayiq ifadələr işlədib, bukletləri götürərək nümaişkarə şəkildə yerə atmışam. Amma bu belə deyil. Mən yalnız liftdə adımın yazılığı kağızları cırıb atmışam. Niyə mənim adım liftdə vurulmalıdır? Liftdə lazımsız reklamları niyə görməliyəm? Məhkəmə məni İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəmdə 50 manat məbləğində cərimə tətbiq etdi. Apellyasiya şikayəti vermişəm. 23 avqust tarixində məsələyə baxılacaq”.

Arzu Əliyeva deyib ki, "Park Azure” rəhbərliyinin liftə məhdudiyyət qoyması tam olaraq qanunsuzdur:

"3 övladım var. Bir övladım Vətən müharibəsi iştirakçısıdır və "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Oğlum deyir ki, ana mən Vətənə xidmət etmişəm. Vətənə xidmət etdiyimə, torpaqlarımızın azad olunmasında iştirak etdiyim üçün yəqin mənim anama belə davranırlar. Mənim adım liftə vuruldu, uşaqlarıma pilləkənla çıxıb-düşməyi məsləhət bildilər".

Şikayətçi xanım hazırda "Park Azure”a rəhbərlik edən şəxslərin digər qanunsuz əməllərlə də məşğul olduğunu iddia edib:

"Artıq sakinlər onları burada görmək istəmir. Biz komendatımızı özümüz seçməliyik, onları istəmirik. Babək Babayev deyir ki, bina sakinlərinin 99 faizi onlardan razıdır. Gətirib, onların rəhbərliyinə razılıq verən sakinlərin imzalarını göstərsinlər. Əksinə, 88 faiz bina sakinləri onlardan narazıdır. Sadəcə başları öz işlərinə qarışdığından məsələyə müdaxilə etməyə vaxtları yoxdur. Nəticədə də belə özbaşınalıqlar baş veririr. Yeni tikili çoxmənzilli binaların idarə olunması Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin bizim binada bu sahibkarın xüsus qanunları və məcəlləsi ilə həyata keçirilir. Hərkəs də buna göz yumur".

Arzu Əliyeva "Park Azure”da baş verən hadisələrlə bağlı müvafiq qurumlara müraciət edəcəyini də deyib:

"Mən bunu edəcəm. Çünki onlar dözülməz hərəkətlərə yol verirlər. Böyük kommunal ödənişlər tələb edilir, xidmətlər isə demək olar ki, yox səviyəsindədir. Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadiyyat Nazirliyinə və digər aidiyyatı qurumlara müraciət edəcəm. Məni Vətənimdən, ölkəmdən küsdürmək istəyirlər. Niyə görə? Buna onlar cavab verməlidirlər”.
Ardını oxu...
 
 
 

Ardını oxu...
QHT cameəsində onu rəhbərlik etdiyi cəmiyyətin möhürünü cibində gəzdirib bir-birinin ardınca saxta medallar təsis edərək daim satmağa adam, idarə, müəssisə, təşkilat sorağında olduğu üçün “Medal Müşfiq” ləqəbi ilə tanıyırlar.

Son vaxtlar bu saxta medalların sırasına “Qayğıkeş” medalı da əlavə olunub. Bu medalın əvvəlkilərdən “prestij fərqi” odur ki, vəd edilir ki, onu yaxasında gəzdirənlərə gələcəkdə hər ay maaş da veriləcək, ona görə bu medalı əldə etməyə tələsmək lazımdır, sonra tapılmaya bilər.

Redaksiyamıza daxil olan məlumatlar bizi də Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev barədə internetdə bir qədər axtarış aparmağa vadar etdi.

Qarşımıza çıxan ilk xəbər Müşfiq Əliyevin jurnalistləri hədələyən açıqlamaları oldu: ““Qayğı” sədri: “Həmin şəxsi tapıb, sürüyəcəyəm”” (https://yenisabah.az/hemin-sexsi-tapib-suruyeceyem-qaygi-sedri).

Heç demə, Müşfiq Əliyevi özündən çıxaran o olub ki, payladığı vizit kartların sosial mediada gülüş obyektinə çevrilməsi barədə müxbirlərdən biri ona sual ünvanlayıb. Vizit kartlarının üstündə Müşfiq Əliyev həm öz e-mailini, həm də e-mailinin parolunu yazıbmış.

Ardını oxu...

“Mən bütün Azərbaycan QHT-lərinin ilk qartalıyam” – bu da Müşfiq Əliyevin özü barəsində qənaətidir.

Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin youtube kanalına daxil oluruq. Burada gördüklərimizi isə görməyə göz lazım idi.

Minlərlə şəhid ailəsini özündə birləşdirdiyini elan edən 30 illik QHT-nin youtube kanalında ötən onilliklər ərzində cəmi 10 video yerləşdirilib, onların da az qala hamısı Müşfiq Əliyevi tərifi üzərində qurulub, videolardan biri belə də adlanır: “Müşfiq Əliyevə həsr olunan şeir”. Şeirdə ona dayanmadan təriflər yağdırılır.

Bütün şəkillərdə də “Medal Müşfiq” elə dayanır ki, medalları yaxşı görünsün. Bu da Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin facebook səhifəsi. Əlavə şərhə ehtiyac yoxdur:

“Qayğı” cəmiyyətinin facebook səhifəsi də Müşfiq Əliyevin şərəfinə hazırlanmış musiqi klipləri ilə doludur.

Daha bu mövzuda əlavə vaxt itirmək istəmədik. Hər şey aydın oldu. Görünən dağa, nə bələdçi?!

Həqiqətənmi bu cür şəxslərin baş tacımız olan şəhidlərimizin adlarını dillərinə gətirməyə, şəhid ailələrinin yanında dayanmağa mənəvi haqqı var?

“Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti” adlanan təşkilatın sədri bu QHT-ni şəxsi biznes, şəxsi PR obyektinə çevirməyə heçmi utanmadı? Heçmi özündən minlərlə şəhid balalarımızın ruhu qarşısında xəcalət çəkmədi?
 //pravda.az//
Ardını oxu...
DogruXeber.az: - Xalq artisti Pərvanə Qurbanovanın "40 ildir həmkarlara pul ödəyirəm, amma bir dəfə putyovka almamışam" məzmunlu açıqlaması bu sektor üçün xarakterik olan problemləri yenidən aktuallaşdırıb.

Yay aylarında həmkarlar təşkilatlarının hesabına istirahət etmək istəyənlərin sayının artması müzakirələri bir qədər də intensivləşdirib.

Hər ay yerli həmkarlar təşkilatının hesabına ödəniş edən vətəndaşlar niyə bu quruma xas olan güzəştlərdən istifadə edə bilmirlər?
Yenisabah.az mövzunun aktuallığını nəzərə alaraq, problemin mahiyyətini araşdırıb.

Məlumatlı şəxs saytımıza bildirib ki, həmkarlar təşkilatlarına ödənişlər könüllüdür. Amma işəgötürənlər bunu heç vaxt işçiyə bildirmirlər: "İşçi birinci ayın maaşını alanda onun məvacibinin 2 faizi tutularaq həmkarların hesabına ödənilir. İşçi elə bilir ki, bu, qanunun tələbidir. Qanunda isə belə bir tələb yoxdur. Vətəndaşı çaş-baş salan qanundakı boşluqdur. Belə ki, vətəndaş işə başlayan kimi onun rəyi nəzərə alınmadan maaşından həmkarlar təşkilatı üçün pul tutulur. İşçi ərizə yazıb bu ödənişdən imtina edə bilər. Amma belə bir hüququnun olduğunu heç kim işçiyə izah etmir. Nəticədə hər ay həmkarlar təşkilatının hesabına milyonlarla manat vəsait toplanılır".

Müsahibimiz deyib ki, həmkarlar təşkilatının hesabına yığılan vəsaitlə alınan putyovkaların sayı bütün işçilərin normal istirahətini təmin etməyə kifayət edir. Amma qanundakı boşluqların sayəsində həmin putyovkalar ikiqat qiymətinə başqa adamlara satılır:
“Məsələn, siz işçisiniz və putyovka almaq hüququnuz var. Amma yerli həmkarlar təşkilatının sədri həmin putyovkanı iki-üç qat baha qiymətə başqa adama satır. Prosedur belədir: Putyovkanı öz işçisinin adına yazır. Amma başqasına satır. Həmin adam putyovka ilə yanaşı işçinin şəxsiyyət vəsiqəsinin sürətini təqdim edəndə onu getdiyi istirahət müəssisəsində qəbul edirlər. Bütün idarə və müəssisələrdə işçilərin şəxsiyyət vəsiqəsinin sürəti olduğu üçün heç kim bundan xəbər tutmur. Əmin olun ki, narazılıq edən xalq artistinin şəxsiyyət vəsiqəsinin sürəti ilə hər il ən müxtəlif peşə sahibləri istirahətini təmin edə bilir".

Mənbə bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının onlarla iri istirahət mərkəzi ilə müqaviləsi var. Burda hər iki tərəfin maraqları təmin olunduğu üçün putyovka ilə gələn adamlara hər hansı texniki problem yaradılmır.

Məlumatlı şəxs iddia edib ki, Etibar Pirverdiyev, Hadı Rəcəbli, Hüseynbala Mirələmov kimi sabiq məmur-deputatlar hər il putyovka bi

Ardını oxu...
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayevin Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin "Göygöl şəhərində (86 ədəd küçə) işıqlandırma sistemlərinin təmiri və yenilərinin quraşdırılması" ilə bağlı tender başa çatıb.

DİA.AZ 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi "LORD333" MMC seçilib. Tərəflər arasında 79.084,6 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamanamə kapitalı 10 aZn olan şirkətin qanuni təmsilçisi Məhəmməd Əli oğlu İbrahimovdur. Şirkət 01.02.2023 dövlət qeydiyyatına alınıb.

Ardını oxu...
DİA.AZ: - Bir neçə gün əvvəl “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlandığı haqda informasiya yayıldı. DİA.AZ bildirir ki, rəsmi məlumatlarda ilginc faktlar açıqlandı. Aydın oldu ki, istintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. DİA.AZ olaraq qeyd edək ki, eyni zamanda rəsmi açıqlanan məlumatlarda net şəkildə bu ifadə də yer almışdı: hüquqazidd əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir...

Elə buna söykənən yerli KİV ekstrasesnsayağı proqnozlar verərək yeni həbslərin olacağını, hətta bu prosesin BNA şefi Vüsal Kərimlini də saracağını xəbərləməyə başladı. Doğrudur, hazıra hansısa bu qəbildən materiala rast gəlinmir. Amma aydın olanı odur ki, proses hələ bitməyib və həqiqətən də hüquqi araşdırma gedir.

Bu prosesin Vüsal Kərimliyə hansısa formada toxunacağı isə gözlənilən deyil. Çünki elə həbslərin ilk günüdə mətbuata arın-arxayın açıqlama verən BNA şefi nə dərəcədə güvənilir mövqedə olduğunu afişə etmişdi.

DİA.AZ-ın bu yöndən aldığı informasiyalardan da aydın olur ki, Vüsal Kərimli cənabları posiziyalarını qoruyub, amma yaxın günlərdə vəziyyət dəyişə də bilər: "Hələlik, yekun nəsə demək olmaz... hər şey Kərimlinin himayədarlarının mövqeyindən asılıdır".

Nə baş verir? Bu barədə daha detallı növbəti yazımızda...

Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
“Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır.

Fərmana əsasən Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini “Azərlotereya” ASC həyata keçirir. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.

Dünya ölkələrinin tarixində lotereya oyunları zamanı fantastik uduşlar qeydə alınıb. Bizdə isə yüksək məbləğlərə tez-tez rast gəlməsək də, oyun həvəskarları azalmır. Ölkəmizdə müxtəlif adlarda lotereya oyunları keçirilir. “Oturduğu yerdə” pul qazanmaq arzusunda olanlar həftənin müəyyən günləri biletini alıb televizorun qarşısına keçir. Azərbaycanda lotereya oyunları bir sıra özəl şirkətlərin təşkilatçılığı ilə 90-cı illərdən start götürüb. Lakin şəffaflığı təmin etmək üçün 2001-ci ildən dövlət bu sahəni nəzarətə götürüb. “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və bu cəmiyyət ölkədə keçirilən bütün növ lotereya oyunlarına cavabdehdir. Xatırladaq ki, ölkəmizdə şans oyunları zamanı yüksək uduşlar da qeydə alınıb. Müxtəlif illərdə 161 490 manat, 409 min manat, 439 135 manat dəyərində uduşların olduğu barədə mətbuatda məlumatlar yer alıb. Lakin bəzi ekspertlər qurumun fəaliyyətində şəffaflığın olmadığını bildirir.

“Azərlotereya” ASC və “Misli” layihəsinin fırıldaq və “küçə qumarı” olduğunu bilməyən yoxdur, hətta, bunu dilə gətirənlərin də sayı az deyil.

Bu şirkəti idarə edənlər və mərc yarışının təşkilinin başında dayananlar az qala böyük bir fırıldaq şəbəkəsini xatırladırlar. Çünki cəmiyyət fəaliyyəti kifayət qədər şübhələr doğuran, maliyyə hesabatları bəlli olmayan, kuponların hazırlanması zamanı hansı saxtakarlıqlara yol verildiyi hələ də suallar doğuran bir şirkətlə üz-üzə qalıb.

Cəmiyyət isə getdikcə ona inamı itirməyə başlasa da, hələ də tora düşənlər var. Amma görünən budur ki, “Misli” artıq çökmüş olan “Topaz” bukmeykerinin aqibətini yaşamağa doğru gedir. Amma, sadəcə, hələ özünü piar (saxta uduşlar təşkil) edərək etimad qazanmağa cəhdlər edir.

Azərbaycanda kazino və qumar hələ mərhum Prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla öz qumar məntəqələrini qurub. Beləcə, Azərlotereya kasıb əhalini qumara təşviq edərək evini yıxmaqla məşğuldur. Əksər metrostansiyaların çıxışlarında, bazarlarda, müxtəlif ünvanlarda insanlar sonuncu qəpiyini də verib “Poz-qazan” alırlar.

Əlbəttə, deyilə bilər ki, bu bir şans oyunudur, amma kuponların 80-90 faizində uduş yoxdursa, deməli, “Azərlotereya” insanları aldadır, soyur, məqsədli şəkildə cibinə girir və sadəcə bəzi adamlar təsadüfən udurlar və ya saxta uduşlar təşkil edilir. Onlar da uduşa qədər dəfələrlə uduzan adamlar olur ki, itirilmiş pulun bir qismini çıxarmağa sevinirlər. Hər gün 10 insandan azı 5 nəfəri ayaq saxlayıb maraqlanır. Amma əksəriyyəti də bu tələyə düşür, nəticədə milyonlar dövr edir və qazanan məhz “Poz-qazan” təşkil edənlər olur. Görəsən, küçələrdə kasıb təbəqəni bu işə təşviq və cəlb etməyin adı nədir? Ümumiyyətlə, lotereya Amerikadan tumuş Almaniyaya qədər dünyanın hər yerində var. Amma bizdəki kimi deyil. Sivil dünyada şans oyunları doğrudan da şansa buraxılır və müəyyən riyazi alqoritmlər qurulur. Bizdə isə bu çətir altında kasıb əhali küçədə soyulur.
lim10.az
https://lim10.az/az/article/2188?fbclid=IwAR3ZS7gs7-j3JEhzR-w1aHkluPXiSgbG-apNGfByE-HEVBxcvrMeXCax6t8

Dünyapress TV

Xəbər lenti