Ardını oxu...
Dərman satışı sahəsində də qara bazar mövcuddur.
Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, burada daha çox qıt olan və qiyməti baha dərmanlar satılır.Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov deyir ki, “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi gözlənilir ki, bu da həmin dərman vasitələrinin daha ucuz və bütün apteklərdə satıla bilməsi üçün maneənin aradan qaldırılmasına səbəb olacaq.

Deputat deyir ki, xüsusən də tapılması çətin olan və buna görə də qara bazarda baha satılan dərmanların rahat və ucuz əldə edilməsi üçün üçün yerli istehsalın təşkil edilməsinə ehtiyac var.
Qeyd edək ki, sabah Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirə olunacaq.

 
 
 
Ardını oxu...
Naxçıvana təyyarə biletinə baxdım. Ən tezi, iyulun 21-nədir. Yəni 18 gün sonraya.
Təsəvvür edirsinizmi, guya hava nəqliyyatı ona görə kəşf olunub ki, insanları daha tez mənzil başına çatdırsın.
Naxçıvanda isə vaxtilə Məhəmmədhəsən kişiyinin eşşəyinə minib Bakıya doğru yola çıxanlar mənzilə AZAL-ın bu gün bizə təklif etdiyi müddətdən 10 gün tez çatardılar.
Belə çıxır ki, Məhəmmədhəsən kişini ulağı Cahangir Əsgərovun uçağından ən azı iki dəfə sürətli imiş.
Heyder Oguz
Teref.az
 
Ardını oxu...
6 saylı cəzaçəkmə müəssisəsindən yenə xəbər var.
Əvvəlcə qısa xatırlatma edək ki, sosial mediada dəfələrlə məhkum və vətəndaş narazılıqları barəsində materiallar yer alıb.

Bundan əlavə, xatırlayırsınızsa, sözügedən cəzaçəkmə müəssisəsində kobud davranışlar, fiziki işgəncə və təhqirlərdən cana doyan məhkumların bir neçəsinin bir müddət əvvəl hətta intihara cəhd etmələri barəsində də mətbuatda məlumatlar yayımlanmışdı.

Burada məhkumlar döyülməkdən, haqları olan hər şeyi müəyyən ödəniş qarşılığında əldə etməkdən əlavə yetkili şəxslər tərəfindən yuxarıda da qeyd etdiyimiz kimi alçaldılmaqdan, təhqir olunmaqdan gileylənirdilər. Üstəlik Allahümidinə buraxılmış xəstə məhkumlar və ikiqat -üçqat məcburi "rüsum"lar, daha nələr... nələr....

Bu dəfəki narazılıq isə tam başqa bir olayla bağlıdır.

Təsəvvür edin, 6 ilin məhkumuna deyilsin ki, əfv olunmuşam, ailəsinə, yaşlı ata-anasına xəbər verilsin, bütün lazımi sənədlər toplansın, ümidlə o xoşbəxt gün gözlənilsin və....
Nəticədə deyilsin ki, "yox əfvə düşməmisən"...

Sizcə belə olan halda o məhkum və onun ailəsi nə hisslər keçirər?!

Bəli, "DogruXeber.az" informasiya agentliyinə bu dəfəki müraciətdə məhz bu məsələdən bəhs edilir.
Zaqatala rayon Çıxantala kənd sakini Durmuşova Hürü Dəmirçi qızı redaksiyamıza müraciətində bildirir ki, "özüm 69 yaşındayam, həyat yoldaşım 75 yaşında. Oğlum Quliyev Rasim Məmməd oğlu bir şəxslə mübahisə edib və onunla əlbəyaxa olduğuna, mübahisə etdiyi şəxsə yüngül xəsarətlər yetirdiyinə görə 9 il 6 ay azadlıqdan məhrum edilib. Cəzasının 6 il 5 ayını çəkdikdən sonra bizə məlumat verildi ki, yaşlı ata-anasına görə oğlunuz əfvə düşəcək.

Qeyd edim ki, həyat yoldaşımla mən hər ikimiz yaşlı olduğumuz, eyni zamanda həyat yoldaşım da xəstə olduğu üçün bizə baxacaq kimsəmiz yoxdur. Məhz bu səbəblə mən dəfələrlə Cənab prezident İlham Əliyevə, birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova oğlumun azadlığa buraxılması üçün məktublarla müraciət etmişəm.

Nəhayət ki, məktublar gəldi ki, Quliyev Rasim əfvə düşüb. Bununla əlaqədar sahə müvəkkili də bizə gəldi və bildirdi ki, "oğlunuz əfvə düşüb. Buna görə də polis idarəsinə yaşayış yerindən arayış, ailə tərkibi haqqında arayış və xasiyyətnamə təqdim olunmalıdır.
Qeyd edim ki, oğlumun bizə bildirdiyinə görə həbsxanada onun özünə də bu barədə məlumat verilib, hətta xasiyyətnamə üçün oğlumdan "şirinlik" belə alınıb, hətta zərərçəkmişin özündən belə izahat alınmışdı bunun üçün.

Odur ki, bütün bu inandırıcı davranışlar bizdə o qədər sevinc dolu ümid yaratdı ki, bizdən tələb olunan sənədlərin, arayışların hamısını hazırlayıb sahə müvəkkilinə təqdim etdik və həyəcanla başladıq günləri saymağa.

Ölkə başçısı sərəncam verdi, əfvə düşənlər hamısı çıxdı, mənim oğlum çıxmadı. Səbəb soruşuruq, bizə bir cavab da verilmir.
 
Ardını oxu...
"Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də
yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində
yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar
rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir".
Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Sual oluna bilər: “Tərtər işi” adı ilə tanınan hadisələrin təhsilimizə nə dəxli var?
4-5 il əvvəl əhali arasında əvvəlcə pıçapıçla şayiələr, sonra isə daha ucadan söhbətlər
yayılmağa başladı ki, ordumuzda əsassız olaraq bir çox əsgərlər və zabit kadrlar düşmənlə əlbir
olmaqda, casusluqda, satqınlıqda, vətənə xəyanətdə günahlandırılaraq, görünməz işgəncələrə məruz
qalmış, ittiham edilərək, həbs edilmiş, müxtəlif müddətdə həbs cəzasına məhkum olunmuşlar. Hətta
işgəncələrə dözməyərək, ölənlər də olublar. Doğrusu adamın bunlara inanmağı gəlmirdi, bu
xəbərlərin düşmən şayiələri və təxribatları olmasını, ordumuzu ləkələmək məqsədi ilə yaydıqlarını
düşünürdük. Amma sonra reallıq bu şayiələrdən daha dəhşətli oldu. Müxtəlif kütləvi informasiya
vasitələrində, internet saytlarında bu hadisələr haqqında adlar göstərilməklə konkret faktlar, ayrı-
ayrı məhkəmələr və araşdırmalar haqqında məlumatlar dərc olunmağa başladı. Məlum oldu ki, heç
bir əsas olmadan öz oğullarımıza qarşı, o cümlədən 2016-cı il aprel döyüşlərinin qəhrəmanlarına
qarşı, günahsız əsgər və zabitlərimizə qarşı reallıqda daha dəhşətli ədalətsizliklər, insan ağlına
sığmayan qəddarlıqlar baş verib, onlardan 15-20 nəfəri isə hətta işgəncələrə dözməyərək, həlak
olublar. Sonra bu cinayətlər araşdırılaraq, ədalət bərpa edilib, günahsız insanlara bəraət verilərək,
həbsdən azad olunublar. Məlumdur ki, bu hadisələr indi kütləvi məlumat vasitələrində “Tərtər işi”
adı ilə adlandırılır. Aydındır ki, bu işlər elə-belə, təsadüfi, kortəbii surətdə baş verməyib, mütəşəkkil
qrup tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilib. Məqsəd isə ordumuzu zəiflətmək, onun
mübarizə əzmini və inamını qırmaq, torpaqlarımızın azad edilməsinin qarşısını almaq olub. İndi
ölkəmizdə heç kim üçün sirr deyil ki, bu mütəşəkkil cinayətkar qrupun başında kim dayanıb. Onun
ordumuzun keçmiş baş qərargah rəisi olduğu, ona göstərişlərin haradan gəldiyi, onun hansı dövlətin
siyasi maraqlarını təmsil etdiyi indi hamıya məlumdur. Onun cinayətkar əmr və göstərişlərini isə
çox yüksək səviyyəli zabitlərin yerinə yetirdiyi və onların da adları məlumdur.
Keçən müddətdə artıq bir çox digər məsələlərə də aydınlıq gəlib. Yəni müzəffər Ali Baş
Komandanın rəhbərliyi altında ordumuz 44 günlük müharibədə torpaqlarımızı azad etdikdən,
Rusiya-Ukrayna müharibəsinin artıq 16 aydır ki, davam etməsindən və demək olar ki, 3-cü Dünya
müharibəsi həddinə çatmaqda olmasından, Rusiyanın keçmiş imperiyasını bərpa etmək planlarının
aydınlaşmasından, xəyanətkar cənub qonşumuzun maskasını ataraq, əsl sifətini üzə çıxarmasından
və Azərbaycana qarşı açıq təxribatlara keçməsindən, Fransanın da ermənipərəst sifətinin aşkara
çıxmasından sonra ölkəmiz ətrafında gedən siyasi proseslərin əsl miqyası üzə çıxmışdır. İndi
aydındır ki, ölkəmizə qarşı həyata keçirilən siyasi təxribatların miqyası bizim əvvəl təsəvvür
etdiyimizdən daha genişdir və daha mütəşəkkildir. Burada əsas faktor Rusiyanın keçmiş imperiyanı
bərpa etmək yolunda sözdən işə, real addımlara – silahlı mübarizəyə keçməsidir və heç kim üçün
sirr deyil ki, ordumuzdakı sözügedən təxribatların da təşkilatçısı məhz Rusiya olmuşdur.
Həm də heç kim üçün sirr deyil ki, ölkəmizə qarşı bu siyasi təxribatlar və gizli mübarizə
yalnız hərbi və siyasi sahədə deyil, digər strateji əhəmiyyətli sahələrdə də aparılır. Həmin sahələrdə
uzun müddət bu təxribatlara və gizli mübarizəyə başçılıq etmiş, Şimal qonşumuzun gizli
maraqlarını təmsil etmiş, ölkəmizdə Rusiyanın 5-ci kolonuna rəhbərlik etmiş insanın da adı indi
hamıya məlumdur – Ramiz Mehdiyev. Ramiz Mehdiyevin uzun müddət hansı vəzifəni tutduğu və
hansı səlahiyyətlər sahibi olduğu haqqında da danışmağa ehtiyac yoxdur. O, həmin vəzifədən
kənarlaşdırılaraq, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini tutsa
da, sonra bu vəzifəni də tərk etsə də, sirr deyil ki, hələ də onun komanda üzvləri və vəzifələrə
gətirdiyi şəxslər müxtəlif strateji əhəmiyyətli strukturlarda səlahiyyət sahibidirlər və Şimal
qonşumuzun maraqlarını təmsil etməkdə davam edirlər".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
"Xəzər rayonu, Buzovna qəsəbəsində qayalıqda qanunsuz tikilən və hələ də sökülməyən evlər, obyektlər var”.

Bunu Oxu.Az-a açıqlamasında ekofəal, qəsəbə sakini Seyfulla Azər bildirib.

Onun sözlərinə görə, son 20 ildə bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanması, sahilə keçidlərin bağlanması, qədim qayalıqların üzərində evlərin tikilməsi və zibillənməsi olub:
Ardını oxu...
"Bu illər ərzində bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər. Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib. Daha sonra biz dinc ekoloji aksiyalara başladıq və qayalıq əraziləri təmizlədik.

Həmin qanunsuzluqların aradan qaldırılması üçün qəsəbə sakinləri olaraq, Prezident İlham Əliyevə müraciət etdik. Ölkə başçısı göstəriş verdi ki, Buzovna qayalıqları qanunsuz tikililərdən azad edilsin.
Ardını oxu...
2022-ci il iyun ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əraziyə baxıb və ərazidəki qanunsuz evlərin sökülməsi barədə qərar verildi. Bu proses bir ay çəkmədi. Həmin qərar tam icra olunmadı.

Biz orada 40 iməclik keçirmişik və tək zibil yox, qurumların qanunsuz tikililəri sökəndə atdıqları ağır tullantıları da təmizləmişik və hələ də prosesi davam etdiririk”.
Ardını oxu...
O qeyd edib ki, ərazidə doqquz qanunsuz zəbt olunan yer vardı:

"Bu səbəbdən həmin ərazidə olan altı yerə isə gediş-gəliş mümkün deyildi. Doqquz qanunsuz tikintidən cəmi üçü tam, ikisini yarımçıq söküldü.

Tikintidən dördü isə hazırda hələ də qayalıqların üstündə qalır. Ləpədöyəndə ev olar? Biz nə qədər çalışsaq da, səsimiz eşidilmir. Tələb edirik ki, qanunvericiliyə uyğun olaraq, Buzovnadakı sahil zolağı qanunsuz tikililərdən azad edilsin”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Ramiz Mehdiyevin qızının əri tərəfindən zor tətbiq etməklə və məhkəmələrə təzyiqlər göstərməklə əlimizdən aldığı, Nizami rayonu ərazisində, "Neolit" restoranının yanında yerləşən torpaq sahəsini 18 milyon manata satışa çıxarıb".

TEREF.AZ Musavat.com-a istinadla xəbər verir ki, bu haqda tanınmış hüquqşünas Əliabbas Yasavullu feysbuk səhifəsində qeyd edib.

Hüquqşünas paylaşımında yazır:

"18 milyon manata...

Ramiz Mehdiyevə olan sonuncu - 29.06.2021-ci il tarixli müraciətimdən...

"...Hörmətli Ramiz müəllim!

Bütün baş verənlərdən sonra belə, 23 iyun 2021-ci il tarixli teleqramla "Bir ağsaqqal kimi Sizə müraciət edərək qızınızın həyat yoldaşı - İlham Əliyevlə aramızda olan torpaq mübahisəsinin sülh yolu ilə həllində köməklik göstərməyinizi və bununla əlaqədar məni şəxsən qəbul etməyinizi xahiş etdim.

Lakin 25.06.2021-ci il tarixdə, saat 12:53-də istifadəsində olan (055) 253-03-xx nömrəli telefon vasitəsi ilə istifadəmdəki (055)-317-50-xx nömrəli telefon nömrəsinə zəng edən şəxs özünü Sizin kürəkəniniz - İlham kimi təqdim etdi. Sizi narahat etdiyimə görə kəskin iradını bildirdi, torpağı "vicdanlı alıcı kimi" qanuni yollarla əldə etdiyini və məhkəmələrin bu barədə müvafiq qərarlarının olduğunu bildirsə də, dediklərinin tam yalan olduğunu ona göstərmək istəyimlə bağlı təklifimə yox cavabını verdi. Mənimlə görüşməmiş və təhdidlə yanaşı, bir daha onu narahat etməməyimi tələb etdi.

Bir daha bildirmək istəyirəm ki, həmin torpaq sahəsi məhkəmələrdə kürəkəniniz tərəfindən məhz Sizin adınızdan istifadə edilməklə qanunsuz yollarla mənimsənilsə də, mübahisə ictimailəşdirildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə Ağayeva Kamilə Şirəli qızının adında saxlanılmış və bundan sonra isə nə baş verdiyindən surəti həm Sizə, həmçinin aidiyyəti orqanlara olmaqla, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlanmış 09.12.2011-ci il tarixli, 01.09/019-Ş.R saylı müraciətimdə dolğun məlumat vermişdim. Həmin müraciətdə göstərmişdim ki:

"...Ramiz Mehdiyevlə bağlı olaraq bildirmək istəyirəm ki, onun bandyuqa kürəkəni "məhkəmələr" vasitəsilə əmlakımızı əlimizdən alaraq 21 aprel 2007-ci il tarixdə anası - Əliyeva Elmira Hacıbala qızının adına sənədləşdirib. Həmin işlə bağlı bandyuqa kürəkən bizim geri çəkilməyəcəyimizdən əmin olduqdan sonra torpaq sahəsi adına olmuş Ağayeva Kamilə Şirəli qızını oğurlatdırıb, onu 3 gün saxlatdırdıqdan sonra notarius vasitəsilə əmlakından imtina barədə ərizə yazdırmağa nail olmaqla yanaşı, tərəfindən hətta zorlanması ilə bağlı şikayət ərizəsi yazdırmağa belə cəhd göstərib...

Onun bu kimi qanunsuz əməllərindən sonra belə, müvafiq məhkəmə qərarı ilə həmin torpaq sahəsinin mənim adıma keçirilməsinə və həmin qərarın da bu günə kimi qanuni qüvvəsində olmasına baxmayaraq, "Gilan" kiçik müəssisəsinin adını "Ruzu-A" MMC-yə dəyşdirməklə və həmin MMC-nin adına reyestrdən çıxarış almaqla yəqin düşünüblər ki, törətdikləri cinayətləri tam şəkildə ört-basdır etməyə nail olublar.

Mən heç kəsin it-pişiyinə daş atmadım, çəpərini yarıb bağından oğurluq etmədim, hinindəki toyuq-cücəsinə kış demədim, mənə qarşı olan pisliklərə cavab olaraq da hər zaman insanlığımı nümayiş etdirdim və nəyinsə əlimdən zorla alınmasını isə mümkünsüz olduğunu bildirdim..."

Hüquqşünas qeyd edib ki, bununla bağlı baş prokurora müvafiq məlumatlar verilib və hesab edir ki, hazırda qanunsuz alqı-satqının aparılmasına qədər onun da düşünməyə zamanı var.
 
Ardını oxu...
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.

1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.

2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.

O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib.

2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.

Artıq 13 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada - Avropadan Amerikayadək - yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.

12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.
O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib.

2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.

Artıq 13 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada - Avropadan Amerikayadək - yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.

12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.

Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.

2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.

Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib.

Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.
 
 
 
Ardını oxu...
Həftənin cümə günündən etibarən sərnişinlər Naxçivan istiqamətində təyyarə bileti tapa bilmədiklərini bildirir.

Bunu Turana Naxçıvanda yaşayan V.M. bildirdi.

Onun sözlərinə görə, iyunun 30-dan Naxçıvana getmək üçün bilet ala bilmir. "Kiminsə tanışı varsa, yalnız onun vasitəsilə bilet tapa bilir. Ya da çox baha qiymət deyirlər. Ona görə də uzun növbələr var".

Milli Məclisin deputatı Fazil Mustafa Turana bildirib ki, bu problem süni bir problemdir. "Naxçıvana həm kiçik təyarələr verirlər bu da az insanların götürülməsinə gətirib çıxarır. Həm də Naxçıvana bilet 60 manatdır və 20-30 manatı qara kassada bunun satışından əldə edə bilirlər. Bu da az bir miqdardır. Ona görə də bu reysə əlavə təyarələri cəlb etmirlər. Həmin təyarələri İstanbul və başqa reyslərə yönəldiblər. Orada 1 biletdən 100-150 manat artıq götürə bilirlər".

Deputatın fikrincə, burada korrupsiya əlamətləri var. "Biletin qıtlığı onu göstərir ki, reysləri az salırlar və biletlərinin onlayn satışını lazımi səviyyədə təşkil edə bilmədilər".

Onun fikrincə, bu məsələ hökümət səviyyəsində ciddi müzakirə olunmalıdır.

"Azərbaycan Hava Yolları" QSC-dən isə Turana bildirilib ki, AZAL sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir və bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb.

Qeyd olunub ki, sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırılıb.
 
Ardını oxu...
Süleyman Nemətovun bir tədbirə general uniformasında qatıldığını bildirilir.
O da ifadə olunur ki, Prezidentin hələ bu barədə sərəncamı yoxdur, amma veriləcək.
Doğrusu, anlamıram, Prezidentin hansı Sərəncamı nə vaxt imzalayacağını əvvəlcədən kimi bilə bilər? Bilsə belə, bunu erkəndən ictimaiyyətə açıqlamaq nə dərəcədə doğrudur?
Ardını oxu...
Ən əsası, Sərəncamdan əvvəl çiyninə paqon taxmaq və bu geyimlə hansısa tədbirə qatılmaq iş ədəbinə uyğundurmu?
Baxıram, Prezidentin rəsmi saytına, həqiqətən də belə bir Sərəncam görmürəm. Naxçıvan MR DİN-nin rəsmi səhifəsində də Süleyman Nemətov polis polkovniki kimi görünür.
Ardını oxu...
Nələr baş verir? Bəlkə Prezidenti fakt qarşısında qoyub generallıq rütbəsi almaq əməliyyatı keçirilir?
Ümid edirəm ki, Süleyman müəllimin hansısa tədbirə general uniformasında qatılması məlumatı səhih deyil və onun şəkili hansısa qüvvələr tərəfindən montaj olunaraq media qurumlarına servis edilib.
DİN-in bu müəmmaya aydınlıq gətirməsi yaxşı olardı.
Heydər Oğuz
Teref.az
 
 
 
Ardını oxu...
"Bu raların gözəlliyinə aldanmayın..." DİA.AZ bildirir ki, bu çağırış və uyarı ilə Nəriman Zeynalov adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında çıxış edib.
Ardını oxu...
Narazı vətəndaş daha sonra bildirir: " "Şəki yaylası"na getdim. Əvvəla yolu çox uzaqdır. O qədər getməyə dəyməz. Digər tərəfdən xidmət səviyyəsi sıfır. Oturmuşuq yaxınlaşan yoxdur. Biraz keçdi gəldilər piti sifariş verdik. Sonra gəldi ki piti qutarıb. Kabab dedik. Kabab gəlib çıxana kimi stola stəkan boşqab çəngəl bıçaq qoyan olmadı. Yemək gələndən sonra məzələri gətirdilər. Hamısını da biz dedikdən sonra yadlarına saldıqca gətirirdilər. Sonda hesab gəldi o da səhv gəldi. Hamısını ikiqat hesablayıb gətirmişdilər. Ya bilərəkdən ya da bilməyərək. O qalıb onların vicdanına. Qiymətlər də çox baha. Servis haqqı 10 faiz də çoxdur. Bir sözlə məsləhət deyil. Heç kimə tövsiyə etmirəm...."
Ardını oxu...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 

Dünyapress TV

Xəbər lenti