Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun məhkəmə prosesi davam etdirilib.
Bu işdə zərərçəkənlərdən birinin vəkili olan Aslan İsmayılov Qaynarinfo-ya bildirib ki, prosesdə prokuror ittiham aktını elan edib. Həmçinin bir neçə vəsatətə qaldırılıb.
Aslan İsmayılovun sözlərinə görə, həm müttəhimlər, həm də zərərçəkənlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin məhkəməyə çağırılmasını istəyiblər.
“İş üzrə iki təqsirləndirilən şəxs, beş zərərçəkən var. Onların hamısı Səttar Möhbalıyevin məhkəməyə çağırılmasını tələb edilər”, deyə Aslan İsmayılov bildirib.
Vəkil deyib ki, hakim təqsirləndirilən şəxslər və zərərçəkənlər ifadə verdikdən sonra Səttar Möhbalıyevin məhkəməyə çağırılması məsələsinə yenidən qayıdacaq.
Proses iyunun 21-nə təxirə salınıb.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Qeyd edilən hallarla bağlı toplanan ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.
 
Ardını oxu...
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilir.

Gununsesi.info xəbər verir ki, tədbir konsert proqramı ilə davam edir.
 
Ardını oxu...
Yəqin ki, hər kəsin yadındadır, 04 iyun 2023-cü il tarixdə xəbər portalımızda “Ağsuda icra nümayəndəsi və bələdiyyə sədri kənd sakinini “ölüm həddi”nə çatdırıblar- RƏZALƏT” başlıqlı məqalə yayımlamışdıq. Yayımladığımız məqalədə Ağsu rayonunun Kalva kənd icra nümayəndəsi Cavid Qədirovun və bu kəndin bələdiyyə sədrinin əlbir olaraq, Kalva kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Hacıyev Alov Ağasan oğlunu “gözümçıxdıya salmaları” ilə bağlı hər kəsi məlumatlandırmışdıq. Belə bir başlıq altında məqalə yayımlandıqdan sonra, sanki öz-özlüyümüzdə düşünürdük ki, hər iki vəzifə sahibi çox yaxın günlərdə Alov Hacıyevə qarşı bəslədikləri aqressiyaya son qoyacaqlar. Səndemə zənnimiz bizi əməlli-başlıca yanıldır. Çünki, atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” deyimi çox keçmədi ki, özünü doğrultmağa başladı. Yəni, hər iki şəxs daşıdıqları vəzifənin imkanlarından sui-istifadə edərək, nəinki Alov Hacıyevə qarşı, hətta bizə qarşı da aqressiyanı artırdılar. Məsələn, iki-üç gün bundan öncə bir nəfər şəxs redaksiyanın rəhbərliyi ilə əlaqə saxlayır və həmin şəxs özünü Kalva kənd bələdiyyəsinin sədrinin əmisi deyə təqdim edir. Hətta, həmin şəxs özünü bu yöndə təqdim etdikdən az sonra redaksiyanın rəhbərliyinə hədə-qorxu gəlir və o, “mən sizi məhkəməyə verəcəyəm” deməyi də unutmur. Bəli, yayımlanan məqalədə qeyd olunan faktlarla bağlı qarşı tərəfin hər hansı narazılığı, qəbul etmədiyi hallar varsa, deməli o halda həmin şəxs(lər)in məhkəməyə müraciət etmək hüququnu heç kim qadağan edə bilməz.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, bu gün də Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri, nə yolla olursa-olsun Alov Hacıyevə məxsus təsərrüfatı ləğv etməyə çalışırlar, amma onlar bu yöndə istəklərinə nail ola bilmirlər. Maraqlı hal odur ki, tərəflər bu kimi məsələlərlə bağlı indiyə kimi məhkəmələrdə çəkişsələr də, hər dəfə keçirilən məhkəmə proseslərində haqqı-ədalət müdafiə olunur və Alov Hacıyevin xeyrinə qərarlar çıxarılır. Hətta, Ağsu RİH başçısı cənab Rövşən Bağırov, Alov Hacıyevin təqdim etdiyi sənədlərə baxdıqdan sonra “Burada qeyri-adi nəsə yoxdur. Ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin sahədən təyinatı üzrə də istifadə olunur” deyir. Bütün bunların qarşılığında Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri yenə də iddia edirlər ki, guya qarşı tərəf Ağsu çayının yaxınlığında, hansı ki, hər kəsin “Köç” adı ilə tanıdığı ərazidəki tövləni qanunsuz tikdirib. Onların belə bir iddiaları dəfələrlə məhkəmələrdə “faş olunsa da” bu gün də hər iki vəzifə sahibi və onlara bu və digər formada havadaqlıq edənlər iyrənc əməllərindən əl çəkmirlər. Məsələn, təqribən iki-üç gün bundan öncə Kalva kənd icra nümayəndəsi Cavid Qədirov da redaksiya rəhbərliyinə zəng edir və o, “Alov Hacıyevin dedikləri ağ-yalandır və bizdə lazımi sənədlər var” deyir. Elə ki, tərəfimizdən ona “Siz lazımi sənədlərin surətlərini çəkin bizə göndərin” desək də, bir neçə dəqiqədən sonra icra nümayəndəsinə zəng çatmır. Deməli, bu şəxs də “qabaqdangəlmişlik” etməyə çalışır və onun bu yöndə düzüb-qoşmaq istədiyi oyunu baş tutmur.

Bu yöndə baş verənləri təhlil etdikdə onu da görmək mümkün olur ki, Birinci Qarabağ müharibəsi veteranı, 20 il ölkəmizin daxili işlər orqanlarında çalışan, hal-hazırda təqaüddə olan və bugünkü gündə şəxsi istəyi ilə təsərrüfat işləri ilə məşğul olan Alov Hacıyevə qarşı, Kalva kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin davam etdirdikləri aqressiya heç zaman uğur qazanmayacaq. Çünki, haqq-ədalət, mövcud qanunvericiliyin tələbləri və s. Alov Hacıyevin tərəfindədir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
 //azerinfo.media//



Ardını oxu...
Bakının mərkəzi küçələrindən biri olan Nərimanov rayon Ağa Neymətulla küçəsi 23 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış ərazisində yerləşən "Haçapuru Home" Restoranı sakinlərin istifadə edəcəyi yol qırağı səkini demək olar ki bir çox ərazisini zəbt edib.

"Azərbaycan Reallığı"na video şikayət göndərən sözü gedən ərazidə yaşayan sakin iddia edir ki, Restoran sakinlər üçün istifadə də olan yolun 2 metr enin təxminən 15 metrdən artıq ərazisini zəbt edərək videodan da göründüyü kimi xüsusi şuşə proyekti ilə hasarlanmış yerə restoranın öz gəlir məqsədi ilə həmin əraziyə biznes məqsədi ilə əlavə stollar düzüb.

Adının çəkilməsini istəməyən sakin bildirir ki dəfələrlə restoran rəhbərliyinə sakinlər narazlığın bildirsə də onların narazlığına məhəl qoyan olmayıb. Həmçini qeyd olunur ki, restoran yaşayış yeri ərazisi olduğu üçün sözügedən məkan və ərazidə sakinlər restoran rəhbərliyi arasında dəfələrlə narazlıq yaranıb.

Sözü gedən video görüntünü təqdim edirik:

Teref.az qarşı tərəfində mövqeyini tanıyır
 
 
 
Ardını oxu...
“Hakim oğluma əsassız olaraq 8 sutka həbs cəzası verdi, Apellyasiya Məhkəməsi ləğv etdi, amma…” – GƏNCƏ ŞƏHƏR POLİSİNDƏN ŞİKAYƏT

“Oğlum Tural Bayramov anası xəstə olduğu üçün 14.01.2023-cü il tarixdə Gəncə şəhərinə gedib və qayıdanda Gəncə şəhər YPX əməkdaşları Abdıyev Mürşüd və Rzayev Yunis tərəfindən təhlükəsizlik kəməri taxmadığı üçün saxlanılıb. Bu vaxt məlum olub ki, maşının əlavə cəriməsi var. Maşını təzə aldığımız üçün bundan xəbərimiz olmayıb. Həmin vaxt oğlum mənə xəbər verdi və cərimə tərəfimdən dərhal ödənildi. Buna baxmayaraq, polislər guya oğlumun onlara müqavimət göstərdiyini iddia edərək, onu Gəncə şəhər 1 saylı bölməyə aparıblar”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Tural Bayramovun atası tərəfindən redaksiyaya daxil olan məktubda bildirilir. Onun sözlərinə görə, bölmədə polis təhqiqatçısı Murad Xurşudov tələsik protokol tərtib edərək, işi məhkəməyə göndərir: “Məhkəmədə Cavid Tağıyev oğluma 8 sutka həbs cəzası verir. 17.01.2023-cü ildə Apellyasiya Məhkəməsi dəlil-sübut olmadığı ücün gərarı ləğv etdi və təkrar baxılmaq ücün məhkəməyə yolladı. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə oğlumun tam günahsız olduğu sübuta yetirildi.

Bir gün nəzarətsiz qaldığından, maşına ziyan dəymişdi. Hara şikayət edirəm, baxmırlar, özlərinə xeyir edən məhkəmənin birinci qərarını əsas gətirirlər, sonrakı qərarlar heç kimi maraqlanmır. Maraqlıdır ki, hər iki məhkəmənin hakimi Cavid Tağıyev olub.

Xahiş edirəm, mənə kömək edəsiniz”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Buzovna qəsəbəsində vətəndaş cəmiyyəti fəalları Buzovnada bağ evləri olan məmurların qanuna məhəl qoymaması və prezidentin sahildəki qayalıqlardakı qanunsuz tikililərin sökülməsinin vacibliyi haqqında bəyanatına dair çəkdikləri videosüjeti şəbəkədə yayıblar.

İ.Əliyev çıxışında Buzovnada sahilyanı qayalıqların tarixi əhəmiyyətini vurğulayıb, məmurları bu cinayətlərin təqsirkarı adlandırıb. “Bizdə bu məmurların siyahısı var”, deyə prezident bildirib.

“İllik hesabat” adlı videosüjetdə yerdən və havadan çəkilmiş foto və videogörüntülər nümayiş olunur. 2022-ci ildə bilavasitə dənizə çıxan qanunsuz tikililər söküldüyü zaman iki villaya toxunulmadığı və dörd tikilinin qismən söküldüyü göstərilir.

Bağ evi sahibləri sahili ələ keçiriblər, buzovnalıların dənizə çıxışını bağlayıblar. Bir yerdə qayalar tamamilə və bərpaolunmaz şəkildə məhv edilib. Bəzi ev sahibləri bu il 2022-ci ildə yerli hakimiyyətin sökdüyü qanunsuz tikililəri bərpa etməyə başlayıblar. Onlardan biri əlində sökülməyə dair sənədlər olduğunu bildirir. Digər işğalçı qayaların üstünə tökdüyü qalın beton təbəqəsini sökməkdən imtina edir. Yaxınlıqda prezidentin ciddi göstərişinə baxmayaraq, qanunvericiliyə qətiyyən məhəl qoymayan bir ev sahibi yerini möhkəmləndirib.
Ardını oxu...
“Zaqulba” çimərliyi insanlardan hasarlanıb

“İllik hesabat” sakinlərin artıq Buzovna qəsəbəsində Zaqulba çimərliyi də daxil olmaqla, sahilin ələ keçirilməsinə dözmək istəmədikləri haqqında bəyanatı və dövlət başçısına “sahil qayalıqlarının işğalı” problemini birdəfəlik həll etmək, əhaliyə dənizdən sərbəst şəkildə istifadə etmək imkanı yaratmaq tələbi ilə başa çatır.
Ardını oxu...
Sosial şəbəkədə həmçinin Bilgəh qəsəbəsinin dənizə piyada çıxışları biznesmen və müğənni Emin Ağalarova məxsus Sea Breeze Resort istirahət kompleksi tərəfindən bağlanan sakinlərinin şikayətləri yerləşdirilib. Kompleks administrasiyası Bilgəhdə bilavasitə istirahət kompleksinin arxasında yerləşən bəzi məhəllələrin sakinlərinə biləyə taxılan, kompleks ərazisindən dənizə keçməyə imkan verən rəngli zolaqlar verib. Amma qonşu məhəllələrin sakinləri də piyada yolları bağlandığı üçün dənizə çıxışdan məhrum olublar. Onlar Sea Breeze-dən onlara da dənizdən pulsuz istifadə üçün icazə zolaqları verilməsini tələb edirlər.
Azərbaycan qanunvericiliyi vətəndaşların dənizə çıxışının məhdudlaşdırılmasını birmənalı olaraq qadağan edir. Bununla bağlı AR Torpaq Məcəlləsinin 46-cı maddəsində deyilir:

Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları;

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; [33]

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. [35]

Maddə 110. Bu Məcəllənin pozulmasına görə məsuliyyət

Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Maddə 112. Torpaq qanunvericiliyini pozmaqla vurulan zərərin ödənilməsi

Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

***

18 dekabr 2015-ci il tarixində Milli Məclis AR İnzibati Xətalar Məcəlləsinə icra hakimiyyəti orqanının icazəsi olmadan sahilyanı zonada hasarlar tikməklə dəniz sahilinə çıxışın məhdudlaşdırılmasına görə cərimə sanksiyalarının sərtləşdirilməsini nəzərdə tutan düzəlişlər qəbul edilib.

Bu düzəlişlər İnzibati Xətalar Məcəlləsinin yeni redaksiyasının layihəsinə daxil edilmiş bu düzəlişlər parlamentə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 248-ci “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulması” maddəsinə düzəlişlərə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.

Bu xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Düzəlişlər qəbul edilənə qədər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan maksimum cərimə ölçüsü 250 manat idi.(Turan)
Ardını oxu...
Mənzil-Tikinti Kooperativləri (MTK) yeni binalarda mənzillərə qoyulacaq qaz, su və elektrik sayğacları üçün abonentlərdən pul tələb edirlər. Hansı ki bu xidmət köhnə tikililərdə vətəndaşlara pulsuz həyata keçirilir. Eyni zamanda qanunvericilik də bu halda vətəndaşdan pul tələb edilməsini düzgün saymır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativlərinə (MTK) xəbərdarlıq edib.
Məlumata görə, qurumda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb edilməsi barədə vətəndaş müraciətlərinə baxılıb. Araşdırmalar zamanı MTK-larla alıcılar arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu aşkarlanıb. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərdə quraşdırılacaq su, elektrik və qaz sayğaclarına görə MTK-lar tərəfindən mülkiyyətçilərdən əlavə ödənişlərin tələb edilməsi halları müəyyən edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı nəzərdə tutulmayıb.
Təbii inhisar subyektlərinə çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə sayğacların təbii inhisar subyektlərinin vəsaiti hesabına quraşdırılması barədə 2021-2022-ci illərdə Dövlət Xidməti müvafiq göstərişlər verib.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun tələblərinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Həmçinin İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı inzibati xətaya görə hüquqi şəxslərin dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.
Qeyd olunanları nəzərə alaraq, Dövlət Xidməti MTK-lara mənzillərin alqı-satqısı zamanı müqaviləyə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməməsi və qanunvericiliyin tələblərinə riayət edilməsi barədə bildirişlər göndərib.

Tikinti şirkətlərinin fırıldağı:

TEREF.AZ bildirir ki, daşınmaz əmlak eksperti Elnur Fərzəliyev də “Sherg.az”a açıqlamasında vətəndaşların məlumatsızlığından istifadə edən MTK-ların yeni binalarda mənzillərə qoyulacaq qaz, su və elektrik sayğacları üçün abonentlərdən qeyri-qanuni şəkildə pul tələb etdiyini deyib.
Onun sözlərinə görə, çıxarış olmayan yeni binalarda tikinti şirkətləri sakinləri asanlıqla aldada bilir: “Çünki vətəndaşlar mənzil alarkən MTK-larla bağlanan müqavilədə sayğacların pulunun vətəndaş tərəfindən ödəniləcəyi göstərilmir. Şərtlərdə bildirilir ki, mənzil işıq, su və qazla təmin olunacaq. Buna baxmayaraq, MTK-lar hüquqi şəxs olmalarından istifadə edərək, sayğacları müvafiq qurumlardan alır və vətəndaşa daha baha qiymətə satır. Hətta 3 sayğaca 800-1000 manat verən insanlar var”.
Vətəndaşların bu sahədə ciddi maarifləndirilməsinə ehtiyac olduğunu vurğulayan ekspert deyib ki, hər kəs ev almadan öncə müqaviləni diqqətlə oxumalı, başa düşmədiyi maddə varsa, bunu aydınlaşdırmalıdır. Bu kimi problemlər yaşanmasın deyə, ev-alqı satqısında vəkil də iştirak etməlidir.

Bu il Azərbaycanda səs-küy doğuracaq kadr islahatlarının aparılacağı gözlənilir. Məlumata görə, 2023-cü ildə hazırda yüksək vəzifə tutan bəzi məmurların işdən azad olunması planlaşdırılır. Siyasi kluarlarda dolaşan müzakirələrdə deyilir ki, etimadı doğrultmayan və fəaliyyətində ciddi nöqsanlara yol verən məmurlar vəzifələri ilə vidalaşmalı olacaqlar. Onların arasında baronlaşmış icra başçılarının da yer alacağı bildirilir. Bununla bağlı daxil olan məlumata görə, vətəndaşların narazı qaldığı məmurlardan biri Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Sumqayıt Gəncədən sonra Azərbaycanın üçüncü böyük şəhəridir. Ancaq Sumqayıt kimi şəhərdə hələ də iş yerləri problemi mövcuddur. Bundan qabaq Naxçıvan üçün də deyilirdi ki, 400 min əhalidən cəmi 100 mini ərazidə qalıb, 300 min insan isə iş dalınca dünyanın digər ölkələrinə yönəlib. Bu baxımdan Sumqayıt sakinlərinin narazılıq etdiyi icra başçısı Zakir Fərəcovun Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla əlaqəsi üzə çıxsa, bu heç kəsdə təəccüb yaratmaz. Ölkə də Naxçıvanda və Sumqayıtda uzun müddət “Bravo” mağazalar şəbəkəsinin qurulmaması da müəyyən ehtimallar yaradır. Sumqatıtda böyük cinayətkar şəbəkə formalaşdıran, icra hakimiyyətini korrupsiya mənbəyinə çevirən, qanunsuz yollarla dövlətin milyonlarını mənimsəyən, özünü Ramiz Mehdiyevin dostu, Bəylər Əyyubovun qohumu kimi təqdim edən icra başçısına siyasi münasibətin daha bir göstəricisi Birinci Vitse Prezidentin bu şəhərdə hər hansı bir açılışda iştirak etməməsidir. Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq şəxslərin siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Yeri gəlmişkən bildirək ki, bu günlərdə Sumqayıt şəhər İcra Hakimiyyətində yeni təyinat olub. Fərid Ələkbərov müvafiq sərəncamla Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini təyin edilib. 44 yaşlı F.Ələkbərovun bu təyinatadək digər dövlət qurumunda çalışdığı bildirilir. Məlumatlı mənbənin sözlərinə görə müavinlərin yenilənməsi əslində Z.Fərəcovun vəzifədən alınması prosesinin başlanğıcıdır. Bu prosesdən Fərəcov özü də xəbərdardır. Qocaman icra başçısı vəzifədən getdikdən sonra digərlər həmkarları kimi cinayət məsuliyyətinə cəlb olunmamağın yolların axtarır.

Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında məlumatlar yayılıb. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun son üç illik fəaliyyət dövrünün maliyyə nazirliyinin 8 nəfərlik qrupu tərəfindən araşdırıldığı qeyd olunub. Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək. Mənbənin bildirdiyinə görə Z.Fərəcovun ən ciddi maliyyə pozuntularından biri şəhər stadionu ilə bağlıdır. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatsa da, hələ də istifadəyə verilməyib. Yoxlamalar zamanı məlum olub ki, stadionda kifayət qədər ciddi problemlər var. Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib ki, bu da maxinasiyaların olması anlamına gəlir. Bu səbəbdən Sumqayıt kimi şəhərin stadionu azarkeşlərin və eyniadlı klubun istifadəsinə verilmir. Bu barədə yeni məlumatda bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işdən azad ediləcək. Stadionun açılışı da yeni başçının təyinatından sonra reallaşacaq.

Qeyd edək ki, Sumqayıt şəhər stadionu Prezident İlham Əliyevin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə yenidən qurulub. Arenanın tikintisinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Zakir Fərəcovun fəaliyyətindən məlumatı olan yaxın mənbə bildirib ki, Sumqayıtda çox böyük problemlər var və bu problemlərin hamısı icra başçısının yol verdiyi ciddi nöqsanlarlarla bağlıdır.

Yayılan son məlumatlara görə, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb və həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb. Fərəcovun mülklərini satmasının səbəbləri dəqiqliklə məlum deyil. Hərçənd icra başçısı öz yaxın adamlarına bunu başqa bir şəkildə izah etməyə çalışır. Məsələn, o, yaxın adamlarına deyib ki, guya, “yuxarılara pul lazımdır”. Hərçənd bu inandırıcı görünmür. Gələn xəbərlərdən aydın olan isə odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditləri götürməsinin səbəbi tamam başqadır. İcra başçısı vəzifəsindən gedəcəyini bildiyindən mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən ilin ikinci yarsında xaricə çıxarılan pulun məbləği qüz milyon manata yaxın olub. Həmin pullar isə xaricdə ya banklara yerləşdirilib, ya da mülklər alınıb. Bu mülklərin əsasən Çexiya , Serbiya və Bosniya-Hersoqovinada alındığına dair məlumatlar da mövcuddur. Xəbərlərdən belə başa düşülür ki, Fərəcov işdən çıxarıldıqdan sonra sərvətini təminat altına almaq üçün bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur.

Hazırda Z.Fərəcov üçün ən ciddi problem məşhur Saray bələdiyyəsinin qətli və Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarlara olan borcdur. Bu səbəbdən Z.Fərəcov vəzifədən alınanadək hər iki problemin həllinə çalışır. Bütün hallarda Zakir Fərəcov və onun “maliyyə işlərini” aparan isə keçmiş “kamaz şoferi” şəhərin memarı Adil Xudadatovun məsuliyyətdən yaxa qurtaracağı real görünmür…(cumhuriyyet.az)

Ardını oxu...
Konstitusiyanın 57-ci maddəsi ilə təminat verilən müraciət etmək hüququndan yararlanmağın necə
təhlükə olduğunu Sizə media araçılığı ilə üz tutan , torpağımıza düşmən saldırısı başlanan ilk gündən
Elmlər Akademiyasının aspiranturasında təhsilini , elmi işini atıb, iki körpə uşaqlı ailəsini Allahın
ümidinə qoyub , Qarabağ uğrunda savaşa qatılan , bu yolda şərəfli Qarabağ qazisi adını qazanan bu
sətirlərin yazarı öz üzərində çox sınayıb . Amma Sizə müraciətdən çəkinmirəm, hər ayın ikinci
həftəsinin birinci bazar ertəsi günündə gerçəkləşən qəbulunuza (bu ay 12.06.2023-cü ilə düşür) da
yazılmışam . Heç Prezidentdən, baş nazirdən, baş prokurordan, daxili işlər , ədliyyə... nazirlərindən də
qorxmuram. Qorxum bu şəxslərin yan-yörəsindəki legitim yaraqlı-yasaqlı qoçu- quldur
dəstəsindəndir. Təsəvvür edin , son xidmət yerim olan DİN Daxili Qoşunları hərbi qanunvericiliyin
tələbinə qarşı çıxaraq, mənə nə işdənçıxarma pulu, nə geyim-əşya kompensasiyası, nə məzuniyyət,
ezamiyyət pulu, nə sığorta ödənişi, nə sanatoriya yollayışı və əvəzində kompensasiya verib, nə
xidmət ilim düz hesablanıb, nə 1986-dan daşıdığım baş leytenant rütbəm artıb , əksinə, 1978-dən
leytenant hərbi rütbəsi daşıyan 45 ilin zabitinin 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit
rütbəsində xidmətdə olmadığı bildirilir, döyüş komandirinə olmayan mülki kimya müdafiəçisi
görəvi yazılaraq pensiyam tabeliyimdə olanlarınkından üç dəfə az hesablanır, nə mənzil təminatı və
digər güzəştlər tətbiq edilir, nə sosial, (keçən ildən) tibbi təminat hüququm tanınır ; dövlət
başçısına , məhkəməyə müraciət edəndə isə 1-ci dərəcəli Qarabağ əlilindən məhkəmə yolu ilə 30
milyon manat (???) “Daxili Qoşunlar Baş İdarəsinin “şərəf və ləyaqət ləkəsini yumaq “ əvəzinə tələb
edilir. Fikir verin , mən təminat xərcliyimin, pensiyamın düzgün hesablanmamasından icra, parlament,
məhkəmə hakimiyyətinə müraciət edirəm, düz yolu tutmaq yerinə , əyri yolla 30 milyon manatla
hədələnirəm !(?) Bəri başdan deyim ki, 2007-ci ildən pensiyamı ödəyən DSMF-in Xüsusi Şərtlərlə
Təyinat üzrə Mərkəzi Filialı da pensiyamın düzgün hesablanmamasından şikayətimə cavab olaraq
məhkəməyə müraciət etməyimi bir neçə məktubla bildirib, Bakı İnzibati Məhkəməsi martda iddiamı
icraata götürəndə isə apreldən pensiyam , 6 il qabaq məhkəmə qərarı ilə pensiyaya əlavə olunan
110 manatı kəsməklə, yenidən 138.79 manat azaldılıb. Bəyəm pensiya ödəyən orqanın 6 il qabaq
05.07.2017 tarixli 2-1(81)-1889/17 saylı dövlətin adından çıxarılan məhkəmə qərarını özbaşına ləğv
etmək hüququ var? Prezidentin , Milli Məclisin, məhkəmənin belə ləğv edə bilmədiyi dövlətin
adından çıxarılan məhkəmə qərarını sıradan bir “sosialyönlü” məmur özbaşına ləğv edəcəksə, hansı
hüquqi, demokratik dövlətdən danışmaq olar? Özünüz qiymət verin, hərbi əlil vətəndaş pensiyasının
düzgün hesablanması ilə bağlı məhkəməyə müraciət edir, anında son xidmət yerinin komandanlığı 30
milyon tələb edir , pensiyasını ödəyən qurum məhkəmə qərarı ilə ayrılan 110 manatı kəsib,
pensiyasını daha da azaldır. Belə məhkəmə təminatı hüququ ilə yaşamaq olar ?
Son 6 ildə Vəkillər Kollegiyasının intizam komissiyasının (!?) üzvü, fərdi vəkil Əlirza Həbilovun
etibarnaməsi olmadan DİN-in vəkili və səlahiyyətli nümayəndəsi kimi məhkəmə işlərinə çıxıb,
məhkəmələrlə qeyri – prosessual münasibətə girərək məhkəmə təminatı hüququma qadağa
qoymasına , işə mahiyyəti üzrə baxılmasına imkan verməməsinə nə məhkəmənin və VK-nın özü, nə
Ədliyyə Nazirliyi, nə baş prokururluq ... hüquq qiyməti verib. Təsəvvür edin, indiyədək 20 -dən çox
hakimin biri də daxili işlər nazirinin adından məhkəməyə qeyri-prosessual basqı yapan vəkilin
etibarnaməsinin olmamasına nəinki qiymət verib, heç hlh yoxlamağı yada salmayıb!(?)
Sonuncu icraatdan başlayaq. Bir il iki ay qabaq Bakı İnzibati Məhkəməsində DİN və ƏƏSMN
tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə təminatı
hüququna qoyulan qadağanın aradan qaldırılması , pensiyanın qanunvericiliyin tələbinə uyğun
düzgün hesablanması və digər tələblərlə qaldırdığım iddianı hakim Orxan Həsənov 20.06.2022-ci
ildə mümkün sayıb və cavabdehlər üzrə icraatı ayırıb. 6 ay sonra 12.12.2022-ci ildə isə 3 dəqiqəlik
“topdan” iclasla iddianı mümkün saymayıb ki, Şəki İnzibati – İqtisadi Məhkəməsinin 15.02.2019
tarixli saxta iddianın mümkün sayılmaması haqqında qərardadı hələ də qüvvədədir. (?) Bunu necə
anlayaq , mümkünlük iclası keçirilib və iddia mümkün sayılıb, 6 aydan sonra isə mümkün sayılmayıb?
Elə Şəki İnzibati- İqtisadi Məhkəməsində (hakim İlqar Cabbarov) də elə olmuşdu, sadəcə orada
mümkün sayılma iclasından bir il, bir ay, bir həftə sonra vəkil Əlirza Həbilovun sifarişi ilə 15.02.2019-
cu ildə qərar qəbul edilmədiyini, iclasın növbəti tarixə təyin edildiyini e-məhkəmə sistemi sübut
etdyi halda , həmin tarixə iddianın mümkün sayılmaması haqqında qərardad tərtib olunub. Bu
qərardadı apellyasiya instansiyası qüvvədə saxlayıb, amma Ali Məhkəmə 12.02.2020 tarixli
qərardadla şikayətin qəbulundan vəkilin gec yazması bəhanəsilə imtina edib. Fikir verin, iddiaçı
Qarabağ qazisi vəkil dələduzluğu ilə məhkəmə müdafiəsi hüququndan məhrum edilib. Bakı İnzibati
Məhkəməsinin 12.12.2022 tarixli iclasında DİN-in vəkili kimi Əlirza Həbilovun nümayəndəsi Orxan
Qılman oğlu Babayev etibarnaməsi olmadan iştirak edib. Bu 3 ilin vəkili Bakı Apellyasiya
Məhkəməsində (sədrlik edən Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifov) də DİN-in
nümayəndəsi kimi çıxış edib. Tərəflərin hüquq bərabər(siz)liyinə baxın , müdafiəyə ehtiyacı olan 1-ci
dərəcəli (DİN-in) Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasından imtina edilir, amma Vəkillər
Kollegiyasının intizam komissiyasının üzvü Əlirza Həbilov , 3 ilin inzibati sahədə ixtisaslaşmayan
vəkili Orxan Babayev DÖVLƏT HESABINA DÖVLƏT ORQANINA- DİN-ə vəkillik edir!(?) Belədə hansı
hüquq bərabərliyindən, hansı çəkişmə prinsipindən, hansı ədalətdən, hansı qərəzsizlikdən , hansı
məhkəmə müstəqilliyindən danışmaq olar?
Bakı Apellyasiya Məhkəməsinin Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifovdan
ibarət heyəti hər iki işə necə təyin olunub? Təsəvvür edin, e-məhkəmə sistemi vasitəsilə və şəxsi
kabinetdən 1790 saylı DİN-ə qarşı iş üzrə sədrə 17.05.2023-cü ildə məhkəmə tərkibinə etiraz
təqdim etmişəm, 15 gün qabaq 02.05.2023 -cü ildə apellyasiya baxışından çıxarılan DSMF -ə qarşı
1779 saylı işə yönləndirilib.(?) Hələ də 17.05.2023-cü il tarixli qərardad verilməyib. Mənə vəkil də
ayrılmır ki, işə çıxıb, ən azı, qərardadı götürsün və kassasiya şikayəti verməyə vəkillə təminatımla
bağlı ərizə verim.
Sizdən Bakı Apellyasiya Məhkəməsinin Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir
Yusifovdan ibarət heyətinin 17.05.2023-cü il tarixli qərardadını , gec də olsa, verməsini ( birinci
instansiya (Orxan Həsənov) 5 günə verməli olduğu qərardadını “tanışlıqla” 3 aydan sonra verib)
təmin etməyinizi, dövlət hesabına “paykovoy” yox, peşəkar vəkillə təminatımı iddianın mümkün
sayılmaması haqqında qərardadın, yenidən mümkünlük şərtlərinə əməl etməklə, eyni predmet
üzrə iddia qaldırmaq imkanını istisna etmədiyi haqqında Ali Məhkəmə Plenumunun 10.04.2015
tarixli 5 saylı “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndini
rüşvətdən savadsız hakimlərin diqqətinə çatdırmağınızı diləyirəm.
Elə hüquqsuz , Konstitusiyanın qorumadığı, Ombudsmanın, Vəkillər Kollegiyasının dövlət orqanlarının
özbaşınalığına vəkillik etdiyi durumdayam ki, Şəki İnzibati – İqtisadi Məhkəsinin 15.02.2019 tarixli
saxta qərardadını iş üzrə tərəf olmayan DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da
Konstitusiya aktı kimi Bakı İnzibati Məhkəməsinə təqdim edib. Qalır məhkəmənin “Şəki döbləti”nin
aktını” növbəti yol tətbiq etməsi..
Məğrur Bədəlsoy
Teref.az
Ardını oxu...
"AZAL haqqında çox danışmışıq, çox müzakirə aparmışıq, hətta Prezident də AZAL-dan publik şikayət edib, amma heç nə dəyişmir, büdcədən dotasiya da alır, təyyarəni də dövlət alır, qiymətləri də kəllə-çarxa qaldırsa da, rəsmən mənfəətlə işləmir".
Teref.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında iqtisadçı-ekspert Natiq Cəfərli yazıb.
"Mən hər şeyi anlaya bilərəm, amma bəzi məsələlər var ki, insanı axmaq yerinə qoyanda daxili əsəb keçirir. Hər bir mal və xidmət kimi təyyarə biletlərinin qiymət formalaşması üçün öz hesablama qaydası və məntiqi var: Uçuş məsafəsi, sərf edilən avia-kerasin, qəbul edən hava limanının tarifləri, uçuş zamanı göstərilən xidmətlər, təlabat və s. – bütün bunlar qiyməti formalaşdıran amillərdir. Amma ən əsası uçuş məsafəsi və yanacaq sərfidir – çünki, təyyarə ekipajı eyni, maaşlar eyni, çəkilən xərc eyni olur.
Eyni günlərdə, məsələn, 23 iyun - 29 iyun tarixlərində Tbilisiyə bilet axtarırsan, normal uçuş qrafikində və cəmi 10 kq baqajla 617 manata (gediş-dönüş) bilet var, eyni tarixdə eyni 10 kq baqajla Bakı-Aktau biletinin qiyməti isə 234 manatdır (gediş-dönüş). Bakıdan Aktauya hava yolu məsafəsi 380 km, Bakıdan Tbilisiyə hava yolu məsafəsi isə 448 km-dir – hava yolu məsafələri arasında cəmi 68 km məsafə var, yəni, bu da fərq yoxdur anlamına gəlir", - Cəfərli bildirib.
Ardını oxu...
Ardını oxu...
Ekspert qeyd edib ki, cəmi 68 km məsafəyə görə bilet qiymətində fərq 2,5 dəfəyə yaxındır:
"Qiymətlər arasında fərq 383 manatdır! Yəni, Tbilisiyə 1 nəfərlik bilet qiymətinə Aktauya 2 bilet almaq olar, hələ bir 150 manat da cibində pul qalar ki, bu vəsaitlə də 2-3 gün Aktauda yemək-içməyinin dəyərini də ödəyə bilərsən.
Xub, indi kimsə AZAL-dan deyə bilər ki, Tbilisiyə təlabat çoxdur deyə qiyməti də yüksəkdir, bu o zaman keçərli arqument olardı ki, həmin istiqamətə AZAL-BUTA-dan başqa 2-3 ayrı şirkət də uçardı, tələb qarşılanar, qiymətlər də düşərdi. Sərhədləri bağlı saxla, bazara başqa oyunçu buraxma, qiymətləri özün yüksək təyin elə, sonra hələ bir ziyanla da işlə - olmur belə, vallah olmur, insan özünü təhqir olunmuş sayır...
 

Dünyapress TV

Xəbər lenti