Komiks müəllifi Cozef Şusterin varisləri "Warner Bros" və "DC Comics" kinostudiyalarını məhkəməyə veriblər.
"Deadline" xəbər verir ki, supermenin yaradıcısının ailəsi kino şirkətlərindən narazıdır. Onlar bildirirlər ki, kinoşirkətlər Ceyms Qannın yeni filmini bir neçə ölkədə nümayiş etdirmək hüququna malik deyil.
Şikayət Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsinə verilib. İddiaçılar dəymiş ziyanın ödənilməsini və filmin Kanada, Böyük Britaniya, İrlandiya və Avstraliyada nümayişinin, eləcə də razılıq olmadan digər əsərlərin bu ölkələrdə yayılmasının qarşısını almağı tələb edirlər.