Ardını oxu...
Xətai rayonunda yerləşən 7 saylı Şəhər Poliklinikasının həkim-terapevti Rəna Bayramova adıçəkilən tibb müəssisəsinin baş həkimi Şəlalə Səfərovanı onun hüquqlarını pozmaqda, qanunsuz olaraq məhkəmənin qərarını yerinə yetirməməkdə ittiham edir.

“AzPolitika”-ya müraciət edən həkim bildirir ki, baş həkim onu işdən çıxarmağa çalışır.

Bildirir ki, məhz bu məqəsdlə də 10.10.2023-cü il tarixdə Əmək Məcəlləsini pozaraq, onun xəbəri və razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edib: “Belə ki, məni 2212000300 təsnifat kodlu terapevt/həkim terapevt vəzifəsindən 2211000500 təsnifat kodlu həkim ümumi/ həkim terapevt vəzifəsinə kecirib”.

R.Bayramova baş həkimin əməlindən məhkəməyə şikayət edib. Xətai Rayon Məhkəməsində işə baxıldıqdan sonra 31.05.2024-cü il tarixdə onun xeyrinə qərar cıxarılıb və əvvəlki vəzifəsinə bərpa edilib: “Qərarda əmək funksiyamın həkim terapevtin nümunəvi vəzifə təlimatına əsasən müəyyən edilməsi göstərilib. Lakin Şəlalə Səfərova yenidən Əmək Məcəlləsini pozaraq 17.08.2024 tarixdə mənim xəbərim və razılığım olmadan, elektron olmayan bu müqavilədə dəyişiklik edib və sistemə saxta müqavilə vurub. Bu müqavilədə yalniz rəqəm olaraq 2212000300 kodu bərpa olunub. Əmək funksiyası, iş saatları, əmək haqqı isə həkim ümumi/həkim terapevtə uyğun saxlanılıb”.

Rəna Bayramova media vasitəsi ilə ölkə Prezidenti İlham Əliyevə, eləcə də tibb qurumlarının rəhbərlərinə müraciət edərək sözügedən məhkəmə qərarının tam icra olunması və hüquqlarının bərpa edilməsi üçün yardım göstərilməsini xahiş edir.

“Saxta icranın ləğv edilməsi, məhkəmə qərarının ədalətli şəkildə icra olunması üçün cənab Prezidentimiz İlham Əliyevdən kömək istəyirəm” – deyə, müraciətdə bildirilir.

Şikayətdə qeyd olunalarla bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərə yuksək həssaslıqla yanaşıb. Azərbaycanın hər köşəsində tikilən Avropa standartlarına uyğun müvəqqəti məskunlaşma binaları və evləri dediklərimizə misaldır. 44 günlük müharibədən əvvəl bu qayğını hiss etməyən köçkün qalmamışdı. Amma çox şükür ki, artıq ölkəmizdə məcburi köçkün termini tarixə qovuşub . Azərbaycan ordususu rəşadəti və canı bahasına Qarabağı düşməndən azad etdikdən sonra köçkünlər doğma yurd yuvalarına dönəcəyi günü iplə çəkməyə başladı və nəhayət ilk köçlər başladı.

Amma Prezidentin bu həssas və qayğıkeş əməlindən istifadə edib yurduna geri dönən keçmiş köçkünlərin bir çoxu yurdunda başqa mənzərə görəndə ümidləri cilikləndi.

Bir necə gün əvvəl əslən Cəbrayıl rayonundan olan, şəhid oğlu, həmkarım Zaur Əhmədin bir paylaşımı diqqətimi cəlb etdi.

Həmkarım yazır:”Şəhid qanıyla müqəddəsləşən Qarabağda harama bulaşanlar…
Ardını oxu...
Azərbaycanda əksər dövlət layihələrindən narazılıq var. Bunun bir səbəbi odur ki, heç bir layihə ictimai müzakirədən keçmir, insanların fikri öyrənilmir. İşğaldan azad olunan ərazilərdə evlər tikilir, amma rayon ziyalılarından, ağsaqqallarından, elə gənclərin özündən soruşan yoxdur ki, yeni rayonunuzu, kəndinizi, evinizi, necə görürsünüz?
Bu gün Yeni Qarabağın layihəsini bir gün Qarabağda olmayan adamlar, avrotəhsillilər cızır. Onlar da selin hardan gəldiyini, küləyin hayandan əsdiyini, əkini harda əkərlər, qoyun quzunu harada otararlar bilmədən “çertyoj” çəkirlər. Ona görə də nəticədə kəllə-mayallaq vəziyyət yaranıb.

Qubadlıda, Cəbrayılda və digər rayonlarda kənd evlərinin əksəri ikimərtəbəli olub. Birinci mərtəbədən əsasən “əl damı” kimi istifadə olunub. Kəndçi əkdiyi, biçdiyi məhsulu, qış azuqəsini birinci mərtəbəyə yığardı, yuxarıda da özü qalardı. Amma indi Qubadlının Mahruzlu kəndində ev tikiblər, evlər yerlə birdir. Kənd evini də elə tikərlərmi? Özü də yalın ətəyində, dərənin dibində, selənlikdə o cür evmi olar? Bu adamlar bir iki cərgə kubikə qənaət ediblər, yoxsa avropa təhsilli, Qarabağdan xəbərsiz memarların çəkdiyi layihə elə budur? Hər nədirsə, ortada olan, tikilən evlər göz qabağındadır…
Ardını oxu...
İndi sorğu sual etsən deyəcəklər ki, bəs ağsaqqallar şurasının rəyini də öyrənmişik. Hansı ki, o ağsaqqallar şurasının üzvləri icra başçısının, yaxud o biri məmurların tapşırığı ilə “dejurnı ziyalı” obrazında çıxış etməkdən başqa iş görmürlər. Heç kim inciməsin, olanı yazıram. Ola bilsin ki, məsələ bir az böyüsə, o ağsaqqalları yenə üstümüzə qaldırıb “sən hələ uşaqsan, belə şeyləri bilməzsən” kimi bəyanat da verdirsinlər.

Amma kimsə üstümüzə kəmçirəcək deyə doğrunu yazmaqdan geri durası deyilik.
Bir müddət əvvəl Cəbrayılda aparılan tikinti ilə bağlı da fikrimi yazmışdım. Narazılığım o idi ki, yer qıtlığı olmaya-olmaya niyə binalar yaxın tikilib. Köhnə Cəbrayıl şəhərinin kiçik də olsa, modelini yaratmaq olmazdımı?
Amma Cəbrayılda tikilən binaların bir-birinin qarnına girdiyini yazanda da üstümə yüngül səlib yürüşü oldu.
Guya mən o boyda qələbəni görmürəm. Vallah, yazdıqlarıma ağız büzənlərin əksəriyyətinin vətənpərvərliyi, milli heysiyyatı mənim qarşımda diz çöküb tövbə edər, yəni, o qədər cılızdırlar.
Ardını oxu...
Mən minlərlə qəhrəmanımızın, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, ordumuzun şücaəti hesabına işğaldan azad olunan Qarabağımızda hər şeyin ən gözəlini arzulayıram, istəyirəm, belə haqqım da çatır ki, tələb edəm.
Bu tələbi Ali Baş Komandan, Dövlət başçısı da edir. Min bir dəngə quraraq, iqtisadi siyasət apararaq, milyonlar nədi, milyardlar ayıraraq azad olunan torpaqlarımızda cənnətməkan qurmağı əsas hədəf qoyub. Amma… İş icraçıları nə qələbəyə, nə də qələbədən sonrakı siyasətə uyğun davrana bilmirlər.

Nə etməli? Etməli çox iş var. Ən azı, kadr siyasətinə, kadr seçiminə, iş prinsiplərinə yenidən baxmaq olar. Mənim belə səlahiyyətim yoxdur. Gücüm gördüyümü, doğru bildiyimi yazmağa çatır, onu da edirəm.
Bir onu təvəqqe edirəm, ya da bir başa tələb edirəm: Şəhid qanıyla müqəddəsləşən Qarabağ torpaqlarında haram iş görməyin, vicdanla çalışın. Ordan haram yolla qazanılan, oğurlanan, mənimsənilən hər manatda minlərlə şəhidin qanı, yüz minlərin ahı, milyonların haqqı var…”
Zaur müəllimin bu statusundan sonra Mahruzlu kəndindəki evlərin inşasını həyata keçirən "Amal Group"dan Axar.az-a verdiyi açıqlamada tikintinin qanunvericiliyin tələbinə uyğun aparıldığı deyib: “Tikinti-quraşdırma işləri qanunvericiliyin tələblərinə uyğun, təsdiq edilmiş layihə sənədləri əsasında, ciddi dövlət nəzarəti tədbirlərinin müşayiəti ilə həyata keçirilir”
Hələlik indiyə qədər “Amal” Groupa “sel gələndə bu evlərin və burada yaşayacaq vətəndaşın halı necə olacaq deyə soruşan olmayıb. Məndən olsa həmin Amal Groupun başbilənlərini və bu layihəni onlara təsdiq edib verənləri ailəsi ilə birgə həmin evdə məcburi yaşamasını təmin etmək lazımdır. Mahruzlu evlərinin yerdən hündürlüyü ilə bizim pəyənin hündürlüyü eyni idi. Milyardlarla pul köçürülən Qarabağın BUM-unu bu günə qoymaqdansa o pulu ev sahiblərinə verəydiniz xalq öz bildiyi evini tikəydi. Bilirəm, oradan sizin qazancınız olmayacaqdı və sizə sərf etməz!
Medianews.az saytının bu ilin iyun ayındakı sayında “Laçında talanan DÖVLƏT BÜDCƏSİ: Keyfiyyətsiz təmir olunan evlər sakinlərin BAŞLARINA UÇUR” məqaləsində oxuyuruq:”Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 24 may 2023-cü il tarixdə keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da qeyd olunub ki, Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisi və bu kimi digər zəruri xərclərin tənzimlənməsi üçün 347,6 milyon manat və ya faktiki icra olunmuş dövlət büdcəsi xərclərinin 1,1 faizi məbləğində maliyyə təminatı yaradılmaqla istifadə olunub.
Ardını oxu...
Lakin Laçına köçün birinci mərhələsindən sonra evlərin bəzisində problemlər ortaya çıxıb. Bu barədə sakinlər özləri videolar çəkərək sosial media vasitəsilə ictimailəşdiriblər. Düzgün planlamanın, layihələndirmənin olmaması, qapı və pəncərələrin tez bir vaxtda sıradan çıxması, yağan yağışın mənzilin içərisinə dolması, həmçinin digər çatışmazlıqlar işlərin heç də Prezidentə məruzə edildiyi kimi yüksək keyfiyyətdə görülmədiyini üzə çıxarıb. Gəlin bir anlıq təsəvvür edək ki, bütün bu çatışmazlıqlara görə birbaşa məsuliyyət “Laçın Abadlıq Xidməti” ASC-nindir. Elədirsə, bəs keyfiyyətsiz görülən işi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi nə üçün təhvil-təslim alıb? Hansı maraq müqabilində onlar bu çatışmazlıqlara, faktiki olaraq dövlət büdcəsindən ayrılan pulların talanmasına göz yumub, Azərbaycan Prezidentinə yalan məlumat verib, nəticə etibarilə Böyük Qayıdış Proqramına xələl gətiriblər?”

Əslində köçkünlərə münasibət indi belə deyil. Hələ 2016-cı ildə Füzuli rayonunda məcburi köçkünlər üçün tikilən evlərlə bağlı narazılıq vardı. Təəssüf ki, layihədə məcburi köçkün ailələri üçün nəzərdə tutulan hamamlar tikilməmişdi. Ən pisi də o idi ki, hamam tikmək istəyənlərə layihədənkənar tikintini də aparmağa icazə vermirdilər .

Əntiqə Rəşid
 

Ardını oxu...
Neftçala Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əbülfəz Ağayev rayonun Bankə qəsəbəsində Kür ağzı deyilən ərazini zəbt edib.

Bu barədə Qaynarinfo-ya rayon sakini, Qartabağ veteranı İslam Bayramov bildirib.

Onun sözlərinə görə, həmin ərazi dövlət ehtiyat fondu torpağıdır: "Əlimdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Bürcəli Ağayevin imzaladığı rəsmi sənəd var. Həmin sənəddə Əbülfəz Ağayevin zəbt etdiyi torpağın dövlət ehtiyat fondu torpağı olduğu qeyd edilir və bildirilir ki, o yerdə heç kimə torpaq verilə bilməz. Amma fakt ondan ibarətdir ki, bu gün Əbülfəz Ağayev həmin ərazidə təsərrüfat qurub".

Qarabağ veteranının sözlərinə görə, bir neçə il əvvəl onun da həmin ərazidə torpağı olub: "2021-ci ildə bizi ərazini zəbt etməkdə ittiham etdilər. Bu işə görə həbslər də həyata keçirilib. Amma Əbülfəz Ağayev işin içindən çıxa bildi. İndi məlum olur ki, o torpağı da əldən verməyib".

Şikayətçi onu da qeyd edib ki, Əbülfəz Ağayev Daş ülgədi adlanan ərazidə Kür çayının qollarını qurudaraq oranı otlaq sahəsinə çevirib. Bu işdə ona rayonun keçmiş icra başçısı, hazırda həbsəd olan İsmayıl Vəliyev yardım edib.

Əbülfəz Ağayev 2000-2002-ci illərdə Neftçalanın, 2002-2004-cü illərdə Sabirabadın, 2004-2012-ci ilərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Hazırda sahibkarlılqla məşğuldur. Onun Neftçalada iri təsərrüfat sahələri və fermalarının olduğu bildirilir. İslam Bayramov iddia edir ki, bu sahələrin çoxu qanunsuz yollarla əldə edilib.

Bu iddialarla bağlı Neftçala Rayon İcra Hakimiyyəti və Əbülfəz Ağayevin mövqeyini öyrənmək mümkün olmayıb.
Ardını oxu...
Azərbaybaycanda dövlət qurumlarında işləyən şəxslərin gizli və yaxud açıq formada biznes fəaliyyəti məşğul olmaları artıq adi hala çevrilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, belə şəxslərdən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçisi kimi tanınan Bəhruz Lalayevdir.

Aldığımız məlumata görə Bəhruz Lalayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçisi olmasına baxmayaraq, o həmdə bəzi dairələrdə özünü iş adamı tanıtdırır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tikinti işləri ilə məşğul olan Bəhruz Lalayevin çox ciddi imkanlara sahib olduğu bildirilir. Məlumata görə Bəhruz Lalayev var-dövlətini məhz Avtomobil Yolları Dövlət Agentliyinin hesabına qazanıb.

Onun AYDA sədri Saleh Məmmədovun komandasında olduğu və buna görə bir çox pullu işlərin Lalayevə həvalə edildiyi deyilir. Dövlət qurumu Avtomobil Yolları Dövlət Agentliyinin hesabına milyonçuya çevrilən Bəhruz Lalayevin bahalı avtomobilləri, paytaxtda bir neçə dəbdəbəli mənzili, obyektləri və Goranbay rayonunda asvalt zavodu olduğu bildirilir. (Fim.az)
Ardını oxu...
Tenderləri ilə “göz oxşayan”lardan biri də İsmayılov İlkin Yusub oğlunun direktor olduğu Gəncə Şəhər Birləşmiş Xəstəxanasıdır.

Hesablama Palatası Gəncə Şəhər Birləşmiş Xəstəxanasının 2023 cü il də 3 milyon manatından artıq sosial mediada yazdığımız və sorğu göndərdiyimiz ayrılan maliyyəninin nəticəsində investisiyalarının istifadəsində nöqsanlar aşkarlayıb Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə göndərmişdir.

Hətta Gəncə Şəhər Birləşmiş Xəstəxanasında “ölü” canlar aşkarlanaraq iki şəxsin həbs olunması, bir xanım əməkdaşının (Kadrların rəisinin) ev tutaqlığına buraxılması ilə nəticələndi.

Hesablama Palatasının yoxlaması nəticəsində nəzərdə tutulmayan və dövlət ekspertizasından keçməyən daxil edilmiş işləri bazis qiymətləri ilə dəyəri çıxarılmış işlərin dəyərindən az olduğu halda bərabər görülməsi hesabına işlərin ümumi dəyəri aşağı olduğu halda yuxarı artırılmaqla hesablanmışdır.

Bu halların yenidən müvcud olduğundan Hesablama Palatasından, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının maliyyə şöbəsinin yoxlanılmasına zərurət yaranır.

Gəncə Şəhər Birləşmiş Xəstəxanın rəhbərliyi ümumilikdə 1 il ərzində 2 milyonda çox “alış-veriş”ə imza atıb.

Göz qamaşdıran həmin siyahını təqdim edirik:

Hələ ötən ilin avqust – setyabr aylarında xəstəxana 1 milyondan çox tenderlərə pul ayırıb.

Ardını oxu...
“TAKT-1” MMC – Yeməkxana və mətbəx ləvazimatları(221900) – 21.225 AZN

Bildirək ki, “TAKT-1” MMC-nin qanuni təmsilçi EŞQİN İSMAYILOV QABİL OĞLU, nizamnamə kapitalı 10 AZN-dir.

Ardını oxu...
“NOKA” MMC – Layinə və smeta sənədlərin hazırlanması – 165.082 AZN

Məlumat verək ki, “NOKA” MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə GÜNEL TAHİROVA YAŞAR Qızıdır.

“ACENS GROUP” MMC – Abadlaşdırma işlərinin satınalınması – 47.240 AZN

Sözügedən bu şirkəti nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi isə CAVANŞİR NƏSİBOV ŞƏMƏDDİN oğludur.
Ardını oxu...
“TAKT-1” Məhdud Məsuliyyətli Cəmiyyəti – Yumşa invntar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması – 144.815 AZN
Ardını oxu...
“TAKT-1” MMC – MAŞIN, AVADANLIQ VƏ AKSESUARLARIN SATIN ALINMASI – 488.305,5 AZN
Ardını oxu...

“UNITED PARTNER GROUP” MMC – Katriclərin dolumu, bərpası və barabanların təmiri -40.953 AZN

Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə kapitalı 500 AZN, ELNURƏ MİRZƏYEVA ELDƏNİZ QIZI isə Qanuni təmsilçidir.

2023-cü ili noyabrı və sonrakı aylarda da xəstəxana rəhbərliyi tendersiz qalmayıb.

Ardını oxu...
Rayonlararası İstehsalat Kombinat – “Gəncə şəhər Birləşmiş Xəstəxanası Z.Məmmədov adına xəstəxanada əsaslı təmir işlərinin satın alınması – 75.521,91 AZN
Ardını oxu...
Kombinatın Nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi SOLTAN BAXIŞOV DURSUN Oğludur.

“Qafqaz VVOOD” MMC- Bərk İnventarın satınalınması – 109.030,82 AZN

“Qafqaz VVOOD” MMC 18 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Nadirxanov Əli Rüfət oğludur.

2024-cü ildə isə İsmayılov İlkin Yusub oğlunun direktoru olduğu Gəncə Şəhər Birləşmiş Xəstəxanası ümumi məbləği 350 min manatdan çox olan 5 tender müqaviləsi imzalayıb.
Ardını oxu...
“SİNAM” Məhdud Məhsuliyyətli Cəmiyyəti -Maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə proqram təminatının (SERP) modullarına texniki dəstək xidmətləri – 10.620 AZN

Nizamnamə kapitalı 44487.92 AZN, Qanuni təmsilçi ƏBÜLFƏT RƏHMANOV SALMAN Oğludur.
Ardını oxu...
“KARE PROJE CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyəti – Perinatal Mərkəzdə təmir üzrə layihə və smeta sənədlərinin hazırlanması – 35.097 AZN
Ardını oxu...
“KARE PROJE CONSULTING” MMC 1 12.01.2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi YUSİF YUSİFLİ ELDAR oğludur.

“A4 OFİS” MMC- Dəftərxana və Təsərrüfat malları – 249.119,95 AZN

Bildirək ki, “A4 OFİS” MMC-nin qanuni təmsilçisi ELŞƏN MƏMMƏDOV ABBASƏLİ OĞLU, nizamanamə kapitalı 10 AZN-dir.

“KARE PROJE CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyəti – Uşaq xəstəxanasında təmir üzrə layihə və smeta sənədlərinin hazırlanması – 94.983 AZN

Qeyd edək ki, təqdim etdiyimiz yazıda “alış-veriş” siyahısının tamamilə hamısı göstərilməyib.

Hesablama Palatasının Audit yoxlaması göndərilsin, Dövlət büdcəsindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasına ayrılan maliyyə vəsaiti yoxlanılsın.

Ardı var…

Müxbir Azər
 
 
 

Ardını oxu...
"21.08.2024 -cü il tarixində qəfil halım pisləşdi Bərdə Rayon Mərkəzi Xəstəxanasına yaxınlaşıb qeydiyyatdan keçib növbə aldım. Birinci növbə mənim idi 40 dəqiqə cərrah Elnurə Əliyevanı gözlədim TƏBİB-in qaynar xəttinə zəng edib şikayəti bildirdikdən sonra Elnurə Əliyeva gəlib məni yoxladı və dedi ki, Otorinolarinqoloqa müraciət edin. Otorinolarinqoloqın isə limiti bitmişdi mənim ağrılarım isə çox idi..." Dia-az.İnfo xəbər verir ki, bunu öz gileyində Vüsal Hümbətzadə ifadə edib.
Narazı vətəndaş daha sonra yazır: "Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət etdim. Amma təcili təxirəsalınmaz tibbi yardım stansiyasından mənə lazımı xidmət göstərilmədi. TƏBİB-in qaynar xəttinə zəng edib bu barədə şikayətimi bildirəndə həmin xəstəxananın mühafizəçisi məni qulaq asırmış və yaxınlaşıb mənə dedi ki, direktor indi gəldi maşında düşəcək istəyirsinizsə şikayətinizi direktora bildirin. Mən də yaxınlaşıb direktor Vüsal müəllimə dedim ki, boğulma, boğazda və başda ciddi ağrılarım var mənə cavab olaraq dedi ki, beyninizə qan sızma olsa acildən həkimlər müdaxilə edəcək. Mən də qayıdıb dedi ki, gərək beynimə qan sızsın... sonra müdaxilə edəsiniz. Qayıdıb mənə deyir ki, biz ancaq təcili təxirəsalınmaz tibbi yardım stansiyasında növbəsiz qazilərə xidmət edirik. Siz başqa şeyə görə bura gəlmisiniz, müxalifətsiniz. Mənim ağrılarım çox idi, mən əsəbi ola bilərdim amma bir Azərbaycan Respublikasının vətəndaşına hər hansısa xəstəxananın direktorunun "siz başqa şeyə görə bura gəlmisiniz, müxalifətsiniz" deməsi düzgün deyil. Mən Yeni Azərbaycan partiyasının üzvüyəm. Cənab prezidentin son zamanlar bir-birinin ardınca etdiyi müxtəlif çıxışlarda əsas diqqəti əhalinin incidilməməsinin üzərinə çəkib. Amma görünən odur ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasınım direktoru Vüsal Məmmədov bir Azərbaycan Respublikasının vətəndaşının incidilməsinə səbəb oldu.

Ardını oxu...

Təbib isə məsələni ot basdır edib başqa cavab mənə göndərdi. Vüsal Məmmədov kimin adamıdır ki İlham Hüseynov onu müdafiə edir. Vüsal Məmmədovda Bərdə Rayon Mərkəzi Xəstəxanasını özəlləşdirib özünüdə elan edib oranın xanı. Vüsal Məmmədovun arxasında neçə xan dayanır onu bilmirəm, yəqin onlara güvənərək belə qoçuluq edir.

Ardını oxu...
Tenderləri ilə “göz oxşayan”lardan biri də İsmayılov İlkin Yusub oğlunun direktor olduğu Gəncə Şəhər Birləşmiş Xəstəxanasıdır.

Hesablama Palatası Gəncə Şəhər Birləşmiş Xəstəxanasının 2023 cü il də 3 milyon manatından artıq sosial mediada yazdığımız və sorğu göndərdiyimiz ayrılan maliyyəninin nəticəsində investisiyalarının istifadəsində nöqsanlar aşkarlayıb Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə göndərmişdir.

Hətta Gəncə Şəhər Birləşmiş Xəstəxanasında “ölü” canlar aşkarlanaraq iki şəxsin həbs olunması, bir xanım əməkdaşının (Kadrların rəisinin) ev tutaqlığına buraxılması ilə nəticələndi.

Hesablama Palatasının yoxlaması nəticəsində nəzərdə tutulmayan və dövlət ekspertizasından keçməyən daxil edilmiş işləri bazis qiymətləri ilə dəyəri çıxarılmış işlərin dəyərindən az olduğu halda bərabər görülməsi hesabına işlərin ümumi dəyəri aşağı olduğu halda yuxarı artırılmaqla hesablanmışdır.

Ardını oxu...

Bu halların yenidən müvcud olduğundan Hesablama Palatasından, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının maliyyə şöbəsinin yoxlanılmasına zərurət yaranır.

Gəncə Şəhər Birləşmiş Xəstəxanın rəhbərliyi ümumilikdə 1 il ərzində 2 milyonda çox “alış-veriş”ə imza atıb.

Göz qamaşdıran həmin siyahını təqdim edirik:

Hələ ötən ilin avqust – setyabr aylarında xəstəxana 1 milyondan çox tenderlərə pul ayırıb.

“TAKT-1” MMC – Yeməkxana və mətbəx ləvazimatları(221900) – 21.225 AZN

Bildirək ki, “TAKT-1” MMC-nin qanuni təmsilçi EŞQİN İSMAYILOV QABİL OĞLU, nizamnamə kapitalı 10 AZN-dir.

“NOKA” MMC – Layinə və smeta sənədlərin hazırlanması – 165.082 AZN

Məlumat verək ki, “NOKA” MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə GÜNEL TAHİROVA YAŞAR Qızıdır.

“ACENS GROUP” MMC – Abadlaşdırma işlərinin satınalınması – 47.240 AZN

Sözügedən bu şirkəti nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi isə CAVANŞİR NƏSİBOV ŞƏMƏDDİN oğludur.

“TAKT-1” Məhdud Məsuliyyətli Cəmiyyəti – Yumşa invntar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması – 144.815 AZN

“TAKT-1” MMC – MAŞIN, AVADANLIQ VƏ AKSESUARLARIN SATIN ALINMASI – 488.305,5 AZN

“UNITED PARTNER GROUP” MMC – Katriclərin dolumu, bərpası və barabanların təmiri -40.953 AZN

Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə kapitalı 500 AZN, ELNURƏ MİRZƏYEVA ELDƏNİZ QIZI isə Qanuni təmsilçidir.

2023-cü ili noyabrı və sonrakı aylarda da xəstəxana rəhbərliyi tendersiz qalmayıb.

Rayonlararası İstehsalat Kombinat – “Gəncə şəhər Birləşmiş Xəstəxanası Z.Məmmədov adına xəstəxanada əsaslı təmir işlərinin satın alınması – 75.521,91 AZN

Kombinatın Nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi SOLTAN BAXIŞOV DURSUN Oğludur.

“Qafqaz VVOOD” MMC- Bərk İnventarın satınalınması – 109.030,82 AZN

“Qafqaz VVOOD” MMC 18 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Nadirxanov Əli Rüfət oğludur.

2024-cü ildə isə İsmayılov İlkin Yusub oğlunun direktoru olduğu Gəncə Şəhər Birləşmiş Xəstəxanası ümumi məbləği 350 min manatdan çox olan 5 tender müqaviləsi imzalayıb.

“SİNAM” Məhdud Məhsuliyyətli Cəmiyyəti -Maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə proqram təminatının (SERP) modullarına texniki dəstək xidmətləri – 10.620 AZN

Nizamnamə kapitalı 44487.92 AZN, Qanuni təmsilçi ƏBÜLFƏT RƏHMANOV SALMAN Oğludur.

“KARE PROJE CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyəti – Perinatal Mərkəzdə təmir üzrə layihə və smeta sənədlərinin hazırlanması – 35.097 AZN

“KARE PROJE CONSULTING” MMC 1 12.01.2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi YUSİF YUSİFLİ ELDAR oğludur.

“A4 OFİS” MMC- Dəftərxana və Təsərrüfat malları – 249.119,95 AZN

Bildirək ki, “A4 OFİS” MMC-nin qanuni təmsilçisi ELŞƏN MƏMMƏDOV ABBASƏLİ OĞLU, nizamanamə kapitalı 10 AZN-dir.

“KARE PROJE CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyəti – Uşaq xəstəxanasında təmir üzrə layihə və smeta sənədlərinin hazırlanması – 94.983 AZN

Qeyd edək ki, təqdim etdiyimiz yazıda “alış-veriş” siyahısının tamamilə hamısı göstərilməyib.

Hesablama Palatasının Audit yoxlaması göndərilsin, Dövlət büdcəsindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasına ayrılan maliyyə vəsaiti yoxlanılsın.

Ardı var…

Hurriyyet.Az

Ardını oxu...
Azərbaycanda məmurların vəzifə səlahiyyətlərindən istifadə edərək ciddi var-dövlət əldə etmələri artıq adi hala çevrilib. Belə məmurlardan biri də hazırda Maliyyə Nazirliyi Dövlət aparatının maliyyə şöbəsinin müdiri Xaqani Rzayevdir.

Uzun müddət Maliyyə Nazirliyi Aparatının Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri, 2019-cu ildən 2022-ci ilə qədər isə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyən Xaqani Rzayevin həm ölkə daxilində, həmdə xaricdə biznesinin olması barədə ölkə mətbuatında təkzibedilməyən məlumatlar yayılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, Maliyyə Nazirliyində "oliqarx məmur" kimi tanınan Xaqani Rzayevin 66 yaşı olmasına baxmayaraq, hələ də ciddi vəzifə sahibidir. Maliyyə Nazirliyi Dövlət aparatının maliyyə şöbəsinin müdiri ilə bağlı mətbuatda yayılan məlumatlarda bildirilir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı keçirilən tenderlərdə məhz Xəqani Rzayevin yaxın adamları olan bir neçə daimi qaliblər var.

Ardını oxu...

Hansı ki, həmin şəxslər müxtəlif adlarla çoxlu sayda şirkətlər yaradaraq bir çox qurumların tenderlərində iştirak edib "qalib” olurlar. Xaqani Rzayevin himayədarlığı nəticəsində daimi tenderleri udan şirkət rəhbərləri sözün həqiqi mənasında dövlət vəsaitlərinin hesabına oliqarxlara çevriliblər.

Bu şirkətlərin əldə etdikləri qazancın bir hissəsini Xaqani Rzayevə şapka kimi verdiklərini isə bilməyən yoxdur. Bildirilir ki, Xaqani Rzayev Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsində işlədiyi dövrdə tender şirkətləri ilə yaratdığı gizli anlaşma hələ davam edir.

Dövlətin pulları hesabına milyonçu "oliqarx" məmura çevrilən şöbə müdiri yüksək vəzifəli himayədarlarının sayəsində uzun müddətdir ki, toxunulmaz şəxsə çevrilib.

Milyonçu məmur Xaqani Rzayevin böyük oğlu İslam Rzayev tez-tez Londona səfər edir. Onun 2012-ci ildə Londonda təsis etdiyi IC UNİSTON LTD adlı şirkəti var. Şirkətin hüquqi ünvanı London G-05 Davenport House, 16 Paperstr qeyd edilib. 2023-cü ilin göstəricilərinə görə IC UNİSTON LTD şirkətin 317000 funt strelinq aktivləri var.

İslam Rzyevin bundan başqa Bakı şəhərində bir neçə şirkətə və obyektlərə sahib olduğu deyilir. Digər oğlu Cəbrayıl Rzayev Xarici işlər nazirliyində, qızı Elina Rzayeva isə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində işləyir.

Məlumata görə Xaqani Rzayevin övladlarının hər birinin adına çoxlu sayda mülklər mövcuddur. P.S. Xüsusilə qeyd edək ki, Xəqani Rzayevin oğlanları ən son model Maserati və BMW, qızı isə Lexus markalı avtomobillərə sahibdir həmçinin hal-hazırda idarə edirlər.
 
Ardını oxu...
Haqqında bəhs edəcəyimiz Ağasən Babacan oğlu Hüseynov barəsində qısa məlumat verək.

Ağasən Hüseynov Ağsu rayonunun Çaparlı kəndində tanınmış el ağsaqqalı Babacan kişinin evində doğularaq boya-başa çatıb.

Özünün dediyinə görə, 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə ali təhsilini Saratov Politexnik İnstitutunda alaraq mühəndis-mexanik ixtisasına yiyələnib və sənaye şəhəri adlanan Barakova şəhərində müxtəlif məsul vəzifələrdə çalışıb.

Özünün dediyi kimi 1990-cı ildə 20 Yanvar günü Moskva şəhərində ezamiyyətdə idim. Orada təsadüfən böyük rəhbərimiz Heydər Əliyevlə görüşdüm. O, mənimlə maraqlandı. Ona bildirdim ki, Ağsu rayonundan “Lenin ordenli“ Babacan kişinin oğluyam. Balakova şəhərində işləyirəm və sizin göstərişinizlə Saratov Politexnik İnstitutunda ali təhsil almışam. Ulu öndər əlimi sıxıb dedi ki, sən cəsarətli oğlansan. Dahi rəhbərlə görüşdüyümü bilən Qorbaçov hakimiyyəti mənim işimi ixtisara saldı. Bir sözlə, mən Əliyevçi olmuşam. Onun ideyalarını dəstəkləmişəm. Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələrək Azərbaycanın müstəqilliyini qoruyub-saxladı, ölkəmizi parçalanmağa qoymadı, xalqımızı qardaş qırğınından xilas etdi. Azərbaycan iqtisadiyyatını gücləndirərək onu güclü dövlətlər sırasına gətirib-çıxardı. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları Ulu öndərin siyasi kursunu layiqincə davam etdirir. Mən bir azərbaycanlı kimi ölkə başçısının daxili və xarici siyasi kursunu dəstəkləyirəm. Çalışıram ki, bunu əməllərimlə sübut edim.

Son vaxtlar Ağasən Hüseynovun sosial şəbəkədə video-müraciətləri yayılıb. Onun əsas tənqid hədəfi SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovdur.

Ağasən Hüseynov cənab Prezident İlham Əliyevə müraciət edərək Mikayıl İsmayılovun cinayət əməllərinin araşdırılmasını xahiş edir:

“ Mikayıl İsmayılov Ağsuda, Kürdəmirdə, Gədəbəydə 1000 hektarla torpağı ələ keçirib. Hara baxırsan Mikayılın torpaqlarıdır. Bu məsələ dövlət qurumları tərəfindən araşdırılsın. Bəlkə mən yalan deyirəm, şər atıram. Qoy yoxlasınlar. Dediklərim təsdiqini taparsa, Mikayıl İsmayılov barəsində cinayət işi açılsın.

Cənab Prezident, dərdimizi kimə deyək ?

Mikayıl İsmayılovun dövlətdən oğurladığı 100 milyonlar bu gün Qarabğda quruculuq işlərinə xərclənməlidir.Mən ona görə şikayətçiyəm ki, bu pullar dövlətə qaytarılsın.

Cənab Prezident, mən bu çıxışımla istəyirəm ki, siz Mikayıl İsmayılovun əməllərindən xəbərdar olasınız.

Möhtərəm Prezidentimiz !

Siz 200 il düşmənin zəbt elədiyi torpaqlarımızı azad etmisiniz, xalqa qaytarmısınız. Sizin xalqımız üçün nələr etdiyinizi mən yaxşı bilirəm. Mikayıl İsmayılov kimilər isə xalqın halal pay torpaqlarını əlindən alıb. Mikayıl İsmayılovun 30-dan artıq şirkəti var.

Cənab Prezident ! Mən 90-cı illərdə Ulu Öndərin yanında olan adamam.

Məndən soruşa bilərlər ki, niyə Mikayıl İsmayılovdan şikayətçisən?

Mənim tələbim odur ki, onun xalqdan və dövlətdən oğurladığı 100 milyonlar dövlətə qaytarılsın. Bu adam cinayətkardır, oğrudur…

NUH.az
 
Ardını oxu...
Gəncə şəhər sakini, II Qarabağ müharibəsi iştirakçısı, qazi İsmayılov Elşən Arzuman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona sərancamla verilən torpaq sahəsini keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev ələ keçirib. Qazi problemin həll olunması üçün saytımız vasitəsilə Azərbaycan Respublikası Baş prokurorunun müavini Xanlar Vəliyevə müraciət edir:

“Qeyd edim ki, sərəncamla əlimdə 116.0 kv metr torpaq sahəmiz var. Qanuni sənədim olsa da, keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev həmin torpaq sahəsini əlimdən almaq istəyir.

Dəfələrlə müraciət etmişəm, bildirmişəm ki, bu yer mənimdir, imkan verin mən də bu yerdən faydalanım. Yarımcan adamam, ən azından sən evində rahat yatanda mən canımı qoymuşam, bir gözümdən olmuşam. Mən heç kəsin yerini, məkanını zəbt etmirəm. Mənim olana sənəd çıxarmaq istəyirəm, əlimdə sərəncamım var.

“Grand bazar”ın rəhbəri Mahmud bəy məni təhdid edir, görüşünə qəbul etmir. Mənə deyirlər ki, “Elmir Vəliyev sifarişlə adam öldürəndir, ondan uzaq dur”. Belə çıxır ki, mən haqqımı hanısa məmur balasına verməliyəm. Oddan, topdan, tüfəngdən qorxmayan oğlan heç harınlamış məmur balasının qarşısında acız qalarmı?!

Onu da deyim ki, Daşınmaz Əmlak Komitəsinin keçmiş müdiri Kərəm Həsənovla Elmar Vəliyev qudadır. Özləri verdiyi sərancamı bu gün “düzgün sənəd saymırlar”. Biz oranı pulsuz almamışıq, pulumuzu verib almışıq.

Hörmətli Xanlar Vəliyev!

Əminəm ki, sizin bu məsələdən heç xəbəriniz də yoxdur. Onu da bilirəm ki, Azərbaycanın bütövlüyü uğrunda canından, qanından keçmiş qazilərə və şəhidlərə necə hörmət edirsiniz. Mən müharibə iştirakşısı, 1 qrup əlil kimi, sizdən xahiş edirəm, sizin adınızla məni təhdid edənlərə qarşı bir tədbir görün.

Torpağa sənədi Elmar Vəliyevin müavini Məharət bəy verib. İndi Zaur adlı şəxs bizim qarşımızı kəsirərək, öz qanuni ərazimizə buraxılmırıq. Bizim çörək pulu qazanmağımıza mane olurlar.

Səlahiyyətli qurumlara müraciət edirik: biz sizin başınızı düşmən qarşısında uca etdik, siz də bizim haqqımızı tapdalamaq istəyənlərə mane olun”.

Yazıda adı keçən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti