Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu 2024-cü il satınalma planlarına daxil etdiyi satın alınacaq mallar və xidmətlər üzrə keçirdiyi kotirovkaların nəticələrini açıqlayıb. İnstitut əvvəlki illərdə olduğu kimi, bu dəfə də keçirdiyi satınalmalarda şübhələnməyə xeyli yer qoyub. Mətləbə keçməzdən öncə satınalmalara diqqət yetirək.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu “Bir sıra işlərin görülməsi”nin satın alınması üzrə 01.11.2024-cü ildə başladığı kotirovka sorğusuna 17.12.2024-cü ildə yekun vurub və “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 79.694,63 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. MMC İnstitutda qeyri-yaşayış binalarının əsaslı təmiri, tikili və avadanlıqların cari təmir xərcləri və abadlaşdırma xidmətləri haqqının ödənilməsi işlərini həyata keçirəcək.

Sözügedən Elmi-Tədqiqat İnstitutu bir sıra xidmətlərin satınalınması üzrə 31.10.2024-cü ildə başladığı kotirovka sorğusuna 06.12.2024-cü ildə yekun vurub və “GENERAL TƏCHİZAT VƏ SERVİS” MMC ilə 14.726,4 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. Bu MMC isə İnstitutda istehlakyönlü müxtəlif xidmətlər və sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri işlərini həyata keçirəcək. MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə 10.12.2024-cü ildən etibarsız təchizatçıların siyahısına daxil edilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu bir sıra malların satınalınması üzrə 30.10.2024 cü ildə başladığı kotirovka sorğusuna 04.12.2024-cü ildə yekun vurub və “SİVVOR PP” MMC ilə 84.031 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. Bu MMC isə İnstitutu bir sıra mallarla, amma bilinmir hansı mallarla təchiz edəcək.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bu MMC-lərlə daha əvvəllər də işbirliyində olduğu üzə çıxdı. Belə ki, Elmi Tədqiqat İnstitutu üçün “Elmi-tədqiqat işləri üçün mal və xidmətlər”in satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 38.704 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.

“Dəftərxana, təsərrüfat, kartriclər və s. əlaqədar mallar”ın satın alınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 14.971,84 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.

İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması üzrə “SİVVOR PP” MMC ilə 14.000 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.

Maşın və avadanlıq mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 29.977,9 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün mənzil, məişət, kommunal, təmir işləri üçün mallar və əsaslı təmir işləri”nin satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 46.197 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün “Kimyəvi və aktiv maddələr”in satın alınması üzrə”NUR GENERAL SUPPLIER” MMC ilə 29.978,49 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün “Elmi-tədqiqat işləri üçün mal və xidmətlər”in satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 29.944,86 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün “Avadanlıqlar”ın satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 9.968,64 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun satınalma müqaviləsi bağladığı MMC-lərin fəaliyyət sferasına diqqət yetirdikdə nələri görmüş oluruq.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ATLANTİS CONSTRUCTİON GROUP” (VÖEN: 1506100031) Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.09.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, MUĞAN, ev 7, m. 4, qanuni təmsilçisi kimi isə Yusifli Fərid Cavanşir oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİVVOR PP” (VÖEN: 2008451201) Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.02.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL ŞIXLİNSKİ, ev 92,94,96, m. 28, qanuni təmsilçisi kimi isə Xəlilsoy Vüsal Tehran oğlu qeyd olunub.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, MMC bir dövlət qurumunun yanacaq və sürtkü materialları, nəqliyyat vasitələrinin cari təmiri xərcləri üzrə, başqa bir qurumun dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə, digər bir qumun “Müxtəlif mallar”ın satınalınması üzrə keçirdiyi kotirovka sorğularının qalibi olub ki, bu da sözügedən şirkətin ixtisas göstəricilərinə olan şübhələri artırır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GENERAL TƏCHİZAT VƏ SERVİS” (VÖEN: 2008007161) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.05.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, NAXİMOV DÖNGƏSİ, ev 94, m. 2, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub.

Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bu MMC-lərlə işbirliyi ötən ilə təsadüf edir. Belə ki, Elmi-Tədqiqat İnstitutu ötən il “NUR SUPPLIER” MMC ilə dəftərxana mallarının satınalınması üzrə 14.992 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.02.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının QƏBƏLƏ RAYONU, KİÇİK PİRƏLİ, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub.

MMC-lərlə bağlı daha əvvəllər apardığımız araşdırmada məlum olmuşdu ki, “NUR SUPPLIER” və “GENERAL TƏCHİZAT VƏ SERVİS” MMC-lər Qəbələnin Kiçik Pirlər kəndində yaşayan 63 yaşlı evdar qadın Rəhimə Yusibovanın adına yaradılıb. “NUR GENERAL SUPPLIER” Yusifzadə Nərmin Tahir qızının, “ATLANTİS CONSTRUCTİON GROUP” MMC isə Yusifli Fərid Cavanşir oğlunun adına yaradılıb. Bu MMC-ləri isə Bakıdan bir nəfər edir. Həmçinin “SİVVOR PP” MMC-ni də.

Göründüyü kimi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Satınalma Komissiyası kotirovka sorğularının keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, Bir nəfər tərəfindən idarə olunan 5 MMC-nin nə müvafiq sahədə peşəkarlığına, nə təcrübəsinə, nə də digər uyğunluq göstəricilərini nəzərə almamışdır. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovdu. O, 25 iyul 2013-cü ildən 6 sentyabr 2022-ci ilə qədər Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışıb. Rektorluqdan azad edildikdən cəmi bir ay sonra, 6 oktyabr 2022-ci ildə keçmiş kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə gətirilib. elektron mediada İbrahim Cəfərovun fəaliyyəti ilə bağlı hələ Dövlət Aqrar Universitetinin rektoru olduğu zamanlar da çox yazılıb. Onun rəhbəri olduğu yerlərdə qohumlarına, yaxınlarına şərait yaratması barədə yayılan məlumatlar çoxdu. Məlumatlara görə elə kürəkəni Samir də aylarla işə gəlmədiyi halda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan əmək haqqı alır. Görsənən odur ki, İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən başqa dəyərlər də var.

Aktualinfo.org
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman Hüseynovun kurasiya etdiyi tikinti biznesində problemlər yaranıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Asiman Hüseynovun qardaşı Ramal Hüseynovun inşa etdirdiyi yaşayış binalarını təftiş edir.

Bu barədə AzFakt.com-un mötəbər mənbədən əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman Hüseynov qurumun "qara kassası" olmaqla yanaşı, eyni zamanda yaxın ətrafına tikinti sektorunda "yaşıl işıq" yandırıb.

Asiman Hüseynovun səlahiyyətlərindən yararlanaraq dəstək verdiyi, tikinti biznesinə cəlb etdiyi şəxslərdən biri də qardaşı Ramal Hüseynov olub.

Ramal Hüseynovun əsasən Bakının Nizami rayonunda bina tikintisi ilə məşğul olduğu bildirilir.

Belə ki, şəhərin ən prestijli yerlərindən olan Qara Qarayev metrosu ətrafında Hüseynovlar qardaşlarına məxsus çoxsaylı yaşayış binalarının olduğu, lakin bu binaların bəzilərinin tikinti zamanı sahəni artırmaq məqsədi ilə normativ qaydalardan kənara çıxdığı vurğulanır.

Ramal hüseynovun inşa etdirdiyi yaşayış binalarında faktiki sahənin sənədlərdə əksini tapmadığı, əldə edilən gəlirlərin vergisinin dövlətdən gizlədildiyi iddia edilir.

Ramal Hüseynovun bu illər ərzində Nizami rayonunda tikib satdığı binalardan on milyonlarla manat qazandığı vurğulanır.

Bakı şəhərinin Baş Planının təsdiq edilməsindən sonra paytaxtda aparılan yeni yaşayış binalarının yoxlanışı zamanı Ramal Hüseynovun tikdirdiyi binalarda qanun pozuntusunun aşkarlanıb.

Qeyd edək ki, Asiman Hüseynov Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "qara kassası" hesab edilir. Onun adı bir neçə il öncə Bakıda fəaliyyət göstərən çörək zavodunun sahibindən 100 min manat rüşvət tələb etməkdə hallanmışdı.

Məlumatda qeyd edilir ki, Asiman və Ramal Hüseynov qardaşları tikinti bizneslərində aparılan yoxlamalara görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinə müxtəlif kanallar vasitəsilə çıxmağa çalışsalar da, hələ ki, buna nail ola bilməyiblər.

Onu da qeyd edək ki, Hüseynovlar qardaşlarının İsmayıllı, Xaçmaz və Quba rayonlarında xeyli sayda mülklərinin olduğu da məlumatlar sırasında yer alır.

Məsələ ilə bağlı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən mövqe öyrənə bilmədik.
Ardını oxu...
Xırdalanın əsas avtomobil yolları illərdir ki, müharibə meydanını xatırladır. Çala-çuxurdan ibarət olan yolların problemi həll edilmir.

Tribunainfo.az xəbər verir ki, Xırdalanın mərkəzinə gedən yolun vəziyyəti illərdir bərbad haldadır. Baxımsızlıqdan və təmirsizlikdən onsuz da bərbad halda olan yollarda hərəkət son günlər daha da müşgülə çevrilib. Dərin çuxurlar avtomobillər, avtobuslar üçün böyük problem və təhlükə yaradır. Çuxurlar kanalizasiya suyu ilə dolduğundan ətrafı da üfunət iyi bürüyür.
Sakinlər bildirib ki, sözügedən yolda avtomobillərin hərəkəti artıq o qədər çətinləşib ki, bəzən uzun tıxac yaranır. Çünki avtomobillər, avtobuslar hərəkət edə bilmir. Sözügedən yol Xırdalanın ən işlək yollarındandır. “AAAF Park” yaşayış kompleksi və digər yaşayış binalarına gedən yol sözügedən hissədən keçir.
Xırdalan sakinləri bildirib ki, hər gün bu yolla gedib gəlmək məcburiyyətində qalırlar. Problemin həlli üçün sakinlərin Abşeron rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, heç bir tədbir görülməyib.
Sakinlər tezliklə yolda yaranmış təhlükəli vəziyyətin aradan qaldırılmasını tələb edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
 
Ardını oxu...

 

7news.az Aran Media-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu  Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuş Səfərov Gökan İlqar oğlunun ailəsi Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin sərt sözləri ilə sarsılıblar. Ailə  onlara edilən bu hörmətsizliyi  qəbul edə bilmir. Problemləri ilə icra başçısına müraciət edən şəhid anası  Nəsibə xanım deyir ki, 31 ildi məskunlaşdıqları Yevlax rayon Aran qəsəbəsinin yarımçıq tam şəraitsiz bir  tikilisində güclü küləklər nəticəsində evin damın yarasız vəziyyətdə düşüb.Nəticədə yağan yağış onların başına yağır. Ailə FHN müraciət edib. Müraciətə əsasən tikiliyə baxış keçirilib yarasız vəziyyətdə olması bildirilib. Yəni beş-üç dam örtüyündən ötrü şəhid ailəsinin xətrinə dəymək düzgündürmü? Həmin ünvanda olduq. Ailənin problemləri ilə yaxından maraqlandıq. Həqiqətən də yarımçıq bir şəraitsiz tiklidə yaşamaq heç cürə mümkün olmadığının şahidi olduq. Şəraitsizlikdən Nəsibə xanım səhhətində müxtəlif xəstəliklər tapıb. Şəhid anası 3 oğul övladını həmin bu şəraitsiz bir ünvanda boya-başa çatdırıb. Ailənin heç bir yerdən gəliri yoxdur. Xanım iş üçün müraciət etsədə işlə də təmin olunmayıb.
31 il əvvəl yaşadıqları Ağdam  torpaqlarından məcburi köçkün düşən ailə bu günə kimi çətin, dözülməz bir şəraitdə yaşayır. Ailənin bu vəziyyətini biz şəkib göstərdik, ümid qalır aidiyyəti orqanlara.
 
Qeyd edək ki,Səfərov Gökhan İlqar oğlu 2005-ci il mart ayının 20-də Mingəçevir şəhərində anadan olmuşdur. Yaşadıqları ünvanda şəraitsiz vəziyyət olduğuna görə uşaqlar və  Gökhan Səfərov orta təhsillərini bibilərinin yanında qalaraq  Mingəçevir şəhər Nəriman Nərimanov adına 1 saylı tam orta məktəbə gediblər.
 
 
 
 

Ardını oxu...
Nərimanov rayonu, Faiq Yusifov küçəsi, bina 43-də yaşayan sakinlər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakiblər “Gold Məkan” tikinti şirkətinin rəhbər şəxslərindən şikayət edirlər. Onlar iddia edirlər ki, Nərimanovda bir neçə binanı qanunsuz olaraq sökərək, yerində çoxmənzilli bina inşa etmək istəyən “Gold Məkan” MMC-nin rəhbərliyi sakinlərin narazılığını diqqətə almır:

“Vəziyyət o həddə çatıb ki, mənzilimizə daxil ola bilmirik. Dəfələrlə Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi şəxslərinin qəbulunda olmuşuq. Lakin icra başçısı qanunsuz aparılan tikinti işini dayandırmır.

Bütün əşyalarımız mənzildədir. “112“ qaynar xəttinə dəfələrlə zəng edirik. Lakin heç bir dövlət qurumu bizim şikayətimizə baxmır. Hətta binada yaşan 1-ci qrup əlil qadını da nəzərə almırlar. Binaya daxil olub əşyalarımızı yığmaq istəyirik, lakin binanı başımıza uçururlar.

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16(005)- 84/2024 saylı, 12.03.2024-cü il tarixli qərardadına əsasən, məhkəmənin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun qərar qəbul edilənədək binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi “Gold Məkan” MMC-yə və digər şəxslərə qadağan edilib. Məhkəmə qərarına baxmayaraq, “Gold Məkan” MMC binanı başımıza uçurur. Qeyri-qanuni olaraq, Nərimanov İcra Hakimiyyətinin başçısı bütün bunlara göz yumur. Halbuki, dəfələrlə xahiş etmişik ki, tikinti müvəqqəti olaraq dayandırılsın.

Onu da vurğulayaq ki, bütün bu qanunsuzluqlarla bağlı cənab Prezidentə şikayət olunub. Lakin məmurlar öz işlərini icra etmirlər”.


Ardını oxu...
Qarşıdan bələdiyyə seçkiləri gəlir. Seçkilərin yanvarın 29-da olacağını hamı bilsə də, bəzi yaşayış məntəqələrində və rayonlarda artıq bələdiyyə sədrlərinin “seçildiyi” barədə camaat arasında xəbərlər dolaşır.

Məlumatlı mənbə tərəfindən araz.az-a daxil olan belə məlumatlardan biri də, Şirvan şəhəri ilə bağlıdır. Həmin məlumatda bildirilir ki, Şirvanda seçkilərə hazırlıq səviyyəsi sıfıra bərabərdir. Artıq hər kəsin bələdiyyə sədrinin kim olacağını bilməsinə görədir ki, şəhər sakinlərinin bu seçkiyə inamı qalmayıb.

İddialara görə, seçkinin keçirilməsinin mənası yoxdur, çünki artıq Şirvan şəhərinin icra başçısı İlqar Abbasov həm yeni bələdiyyə sədrini, həm də onun müavinlərini ozü təyin edib. Onlarla tutacaqları postlara görə “haqq-hesab” da aparıb. Ortada üç nəfərin adının hallanmasına baxmayaraq, onların arasında bələdiyyə sədrliyinə ən iddialı şəxs kimi, “Azərenerji”-də mühafizə rəisi vəzifəsini tutan Teymur Məmmədovun adı öndə çəkilir.

“Xatırlatmaq istərdim ki, Teymur Məmmədovun həyat yoldaşı Gülmirə Məmmədova 10 saylı tam orta məktəbin direktoru idi. O, işində verdiyi ciddi nöqsanlara və ortadakı korrupsiya qalmaqalına görə, bu işindən qovulub. Bu ailə üzvü kimi, digər yaxınlarının da adları korrupsiya qalmaqalında keçən bir adamın bələdiyyə sədri postuna seçkisiz öncədən təyinat alması ağır cinayət deməkdir. Buna baxmayaraq, “bu uğurlu seçim” üçün, İlqar Abbasov öz istədiyini ala bilib”, — mənbəmizin məlumatında xüsusi olaraq bu vurğulanır.

Göründüyü kimi, yuxarıda qeyd etdiklərimiz bizim yox, məlumatlı və etibarlı mənbənin iddiasıdır. Onun iddiasına görə, Teymur Məmmədov təkcə çayxanalarda deyil, hətta kafe və restoranlarda təşkil olunan kef məclislərində də, heç nəyi vecinə almadan, bəh-bəhlə deyir ki, başçı ilə haqq-hesabını edib və bu dəfə sədr postunda özü əyləşəcək.

“Müavin postlarına gəldikdə isə, icradakı şöbələrin birində çalışan Ceyhun adlı şəxs bu vəzifəni tutacaq.

“Kor kor, gör gördür”, sanki Şəhər İcra Hakimiyyətinin rəhbəri İlqar Abbasov sağlam adamlar əvəzinə, harada qalmaqallı şəxs varsa, onları ətrafına yığmaqdan “ləzzət alır”, — deyə, etibarlı mənbə iddialarını davam etdirir.

Məlumatın sonunda o da qeyd edilir ki, İlqar Abbasova bu seçki ilə bağlı, hər bir vəzifəyə uyğun olaraq, ayrı-ayrılıqda 50, 30 və 20 min, ümumilikdə götürdükdə, 100 min manat pul çatıb:

“Görəsən, Prezident Administrasiyasındakı Bələdiyyələrlə İş üzrə Şöbənin rəhbər şəxslərinin Şirvanda baş verən bu biabırçılıqdan xəbərləri yoxdur?! Axı, onlar yaxşı bilməlidirlər ki, Teymur Məmmədov adlı şəxsi Şirvan sakinlərinin əksəriyyəti tanımır. Yazıda adları keçən digər iki nəfər şəxsin də, Şirvanın taleyüklü məsələlərində, sosial həyatında nə kimi effektiv rolları olduğu heç kimə məlum deyil.

İlqar Abbasovun bəd əməlləri barədə burada yüksək vəzifə postu tutan məmurlardan biri ölkənin rəhbər şəxslərinə, hətta Prezident Administrasiyasının aidiyyatı şöbəsinin müdirinə, eləcə də, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə detallı faktlarla dolu şikayət xarakterli Müraciət göndərib. Məhz buna görə, öncədən anlaşılan odur ki, bu seçki həm də İlqar Abbasovun sonunu gətirə bilər. Bunu təkcə mən yox, mənim kimi həmin Müraciətin müəllifi olan vəzifəli şexs, eləcə də, əksər şirvanlılar deyirlər. Bir sözlə, onun qalan ömrünü “dəmir barmaqlıqlar” arxasında keçirmək ehtimalı böyükdür.

Maraqlıdır, görəsən, Teymur, Ceyhun və Bərxudar üçlüyünü İlqar Abbasovla bağlayan səbəb yalnız maddiyyatla bağlıdır, yoxsa, ortada bizim də bilmədiyimiz digər başqa gizlin səbəblər var? Çox istərdik ki, aidiyyatı dövlət qurumları bu ciddi məsələyə təcili reaksiya göstərsinlər: Yoxsa, hər şey gec olar!”.
 
Ardını oxu...
Bir neçə müddət əvvəl Azərbaycanın diplomatik korpusunda aparılan təmizləmə işləri diplomat Ramiz Vəliyevin və başqalarının həbsi ilə yenidən aktuallaşdı.

Artıq XİN strukturlarında başlayan həbs dalğasının hazırki əməkdaşlarla yanaşı nazirlikdə yüksək post tutmuş bir sıra adamları da vuracağı bəlli olub.

Gununsesi.info-nun xəbərinə görə, həbsi gözlənilən şəxslərdən biri də xarici işlər nazirinin sabiq müavini Nadir Hüseynovdur.

Belə ki, aparılan araşdırmalar zamanı Nadir Hüseynovun nazir müavini işlədiyi dövrlərdə ağlasığmaz əmlak əldə etdiyi üzə çıxıb.

Gununsesi.info onun Bakı şəhərində olan biznes obyektlərinin bir neçəsinin yerini müəyyən edib.

XİN-nin sabiq müavini də həbsin bir addımlığında
Ardını oxu...
Buraya Nərimanov rayonunda yerləşən məşhur “Cənnət Gəncə” restoranı, Nəsimi Rayonundakı “Nəsimi bazarı”, Səbail Rayonunda dənizkənarında böyük sahəyə malik restoran, Badamdarda yanacaqdoldurma məntəqəsi, paytaxtın müxtəlif ünvanlarında çoxsaylı mağazalar, habelə onlarla mənzil daxildir.

XİN-nin sabiq müavini də həbsin bir addımlığında
Ardını oxu...
Məlumatda o da deyilir ki, Nadir Hüseynov Səbail rayonunda yeni inşa etdiyi restoranı deputat Cavanşir Paşazadəyə icarəyə verib.

Mənbəmiz Cavanşir Paşazadənin elə həmin obyektin qarşısından olan fotosunu da təqdim edir:

XİN-nin sabiq müavini də həbsin bir addımlığında
Ardını oxu...
Araşdırmamız zamanı Nadir Hüseynovun Türkiyədə də böyük biznes imperiyası qurduğu bəlli olub.

Bu işin başına isə o, AZAL-ın Türkiyədəki təmsilçiliyində işə götüzdürüyü oğlu Məhəmməd Hüseynovu qoyub.

XİN-nin sabiq müavini də həbsin bir addımlığında
Ardını oxu...
Onun digər oğlu Hüseyn Hüseynov Azərbaycanın xaricdəki səfirliklərinin birində çalışsa da bizneslə məşğuldur.

Onu da qeyd edək ki, bir sıra media orqanlarında da Nadir Hüseynovun fəaliyyəti haqqında sensasion iddialar irəli sürülüb.

Bildirilir ki, Nəsimi bazarının yerində inşa edilən “Olympus Nəsimi Kompleksi” Nadir Hüseynova məxsusdur.

Məlumatlarda onun Türkiyədən başqa ərəb ölkələrində, xüsusilə Birləşmiş Ərəb Əmirliklərində böyük biznesinin olduğu deyilir.

Göründüyü kimi nazir müavini olduğu müddətdə qanunsuz yollarla varlanan Hüseynov bir müddət təhlükəsizlik mühitində yaşayıb.

Ancaq son proseslər və yayılan bilgilər onun üçün qarşıda həbs yolunu göstərir.

Bəzi məlumatlara görə, o, ölkəni tərk etmək istəsə də buna risk etməyib.
 
Ardını oxu...
Cəbrayıl rayon sakini Həşimov Habil Fehruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehralıyev ona məxsus olan obyekti ələ keçirib:

“Bildirim ki, 2014-cü ildə Cəbrayıl rayonunda olan məcburi köçkünlər üçün Biləsuvar rayon ərazisində salınmış Cəbrayıl qəsəbəsində xırda ticarətlə məşğul oluram. 2014-cü ildə Cavanşir adlı şəxsə aid olan 13 otaqlı ticarət obyektini 20 min manata satın almışam. Bununla bağlı Cəbrayıl rayon İcra Hakimiyyətindən ilkin rəsmi sənədləri də almışam. Həmin vaxtdan otağın birini 80 manat müqabilində Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin hazırkı direktoru Sənan Mehralıyevə icarəyə vermişəm. Bunu Sənan Mehrəliyevin özü də prokurorluğa verdiyi ərizədə təsdiq edib.

Sənan Mehrəliyevin bir müddət sonra Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru təyin edildi. Cəbrayıl rayon İcra Hakimiyyətinin 1-ci müavini Tapdıq Nəsirovla yaxın dost münasibəti olduğundan, bundan sui-istifadə edərək 2023-cü ildə saxta sənəd alıb, obyektimi qardaşı Mehralıyev Elxan Alış oğlunun adına rəsmiləşdirmişdir. İndi nə obyektin pulunu, nə də aylıq hər otağa düşən 80 manat icarə pulunu vermir.

Qeyd edim ki, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehralıyev barəsində 2021-ci ildə Cəbrayıl Rayon Prokurorluğunda CM-nin 311.2 maddəsi ilə (rüşvət alma) cinayət işi açılıb. Hazırda iş Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin icratındadır. Belə bir məmur indi də mənə məxsus obyekti mənimsəməklə məşğuldur”.

Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Xırdalan şəhər 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva məktəbin direktoru Gülnaz Kərimovanı və tədris hissə müdirini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Bakupost.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsinə müraciət edən müəllim direktorun və tədris hissə müdirinin Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.
V.Həziyeva direktorun onu şagirdlərin və məktəb işçilərinin yanında təhqir etdiyini, ləyaqətini alçaltdığını deyib.
Həmçinin məlum olub ki, müəllimlə direktor arasında bir müddətdir narazılıq var və V.Həziyeva məktəb rəhbəri barəsində mətbuatda da tənqidi fikirlər səsləndirib.
Abşeron Rayon Məhkəməsi V.Həziyevanın müraciətində Cinayət Prosessual Məcəlləsinin bəzi tələblərinin pozulması, təqdim edilmiş sənəd və sübutların tam olmaması qənaətinə gəlib. Bu səbəbdən ərizə icraata qəbul edilməyib.
 
 
 
Ardını oxu...
Azərbaycanda plastik cərrahiyyənin qurbanlarının sayı günbəgün artır. Pasiyentlər özünü plastik cərrah kimi təqdim edən həkimlərin və qanunsuz əməliyyatların açıq bazarı olan bir sıra özəl klinikaların daha çox qazanmaq hərisliyinin qurbanı olur.
Bakupost.az xəbər verir ki, özü ixtisasca həkim olan, müəyyən səbəblərə görə adının açıqlanmasını istəməyən pasiyent "MedAura" klinikasına üz tutduğu gündən həyatı cəhənnəmə dönüb.
Ardını oxu...
Belə ki, klinikanın baş həkimi, özünü peşəkar “plastik cərrah” kimi təqdim edən Nigar Məhəmmədova xəstəni əməliyyata alıb.
Pasiyent deyir ki, o, sadəcə burnunun ucundakı ətliliyin incəldilməsini istəyib:
"Dedilər, burda çətin bir iş yoxdur. Qiymət də münasib idi. Amma nəticədə burnumu elə kəsdilər ki, uc hissə demək olar qalmadı. Burnum atrofiya oldu, əyildi, toxumada nekrotik hal yarandı. Sağaldıqca daha da atrofiyalaşdı. Bir müddət mübahisədən, mübarizədən sonra ikinci əməliyyatı etdilər. Guya düzəldəcəkdilər. Amma bu dəfə də uğursuz oldu və həmin klinikada mənim ikinci əməliyyatımı edən iranlı həkimin də sonradan Lor həkim olduğunu öyrəndim”.
Bu əməliyyatlardan sonra 1 il həyatı kabusa dönən, maska ilə gəzməyə məcbur olan pasiyentin klinika rəhbəri ilə mübarizəsi hüç bir nəticə verməyib. Onlar səhvlərini boyunlarına almayıblar. Deyirlər ki, "burnundan narazısansa, biz yenidən əməliyyat edək, başqa həkimə getmə”...
Ardını oxu...
Şikayətçinin sözlərinə görə, sonradan Baş həkim Nigar Məhəmmədova rəsmi məktub imzalayaraq, kompensasiya məqsədilə əməliyyata verdiyi pulu qaytaracağını bildirib. Lakin zərərçəkmiş təkrar rekonstruktiv əməliyyat üçün hansı cərraha üz tutursa, ya imtina edirlər, ya da 7-8 min manat tələb olunur. Baş həkim isə bu xərci ödəməyəcəyini bildirib. Üçüncü rekonstruktiv əməliyyat xəstəyə 7500 manata başa gəlib:
“Hələ də reabilitasiya keçirəm, burnumda ciddi çapıqlar var. Burnum daha heç vaxt sağlam olmayacaq”.
Beləliklə, sadə bir əməliyyatın yanlış aparılması nəticəsində pasiyent daha 2 dəfə əməliyyat keçirməli olub, ağır psixoloji və mənəvi sress keçirib, görünüşünə, eləcə də sağlamlığına ciddi xələl gəlib. Hazıra onun üzü və burnunda kobud çapıqlar qalıb. "MedAura" klinikası isə sadəcə, əməliyyat üçün aldığı 3000 manatı qaytarmaqla işi bitmiş hesab edib.
Ardını oxu...
Plastik cərrah kimi fəaliyyət göstərmək icazəsi olmayan həkimlər çoxdur. Nigar Məhəmmədovanın sertifikat və diplomunda nə yazıldığı isə məlum deyil. Səslənən ittihamlara gəlincə, o, baş verən hadisənin faciə olmadığını bildirib:
"Belə hadisələr olur. Biz ona dedik ki, başına belə hadisə gələn pasiyentlərimizi yarı yolda qoymuruq. Təklif etdik ki, üçüncü əməliyyat üçün həkimlər çağıraq. O isə razı olmadı, gedib başqa həkim tapdı. Həmin həkimin pulunu ödəmək kimi bir öhdəliyimiz yoxdur. Biz yalnız aldığımız pulu qaytara bilərik".
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti