Ardını oxu...
Bir neçə həftə bundan qabaq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bəzi deputatların əhaliyə xəstə heyvanlar verilməsi ilə bağlı iddialarına etiraz etdi. O, konkret olaraq bildirdi ki, deputat Siyavuş Novruzun xəstə heyvanlarla bağlı çıxışı əsassızdır. Nazirin sözlərinə görə, təqdim olunan hər bir aktiv, hər bir heyvan haqqında video-çəkiliş aparılır, təqdim olunma günündə onlar sayta yerləşdirilir.

Üstəlik, S.Bababyev əlavə etdi ki, bu zaman Qida Təhlükəsizliyi Agentliyinin idxal sənədləri, xəstəlik, sağlamlıq, baytarlığa dair bütün sertifikatları da olur. “İstənilən fərd bizə demədən özləri daxil olub, ad-soyadını daxil edib saytda baxa, orada yerləşdirilən video-çəkilişləri görə bilərlər”, - deyə nazir vurğuladı. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi istər xaricdən, istər də daxili bazardan alınan heyvanları yoxlayıb, onlara sağlamlıq arayışı verir. Daha sonra həmin heyvanlar 15 gün karantinə alınırlar. Məhz bundan sonra vətəndaşlara paylanılır.

Sahil Babayev Milli Məclisdəki çıxışı belə deməyə əsas verir ki, vətəndaşlara verilən heyvanların xəstə olmamasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məsuliyyət daşımır, bütün məsuliyyət Qida Təhlükəsizliy Agentliyinin üzərinə düşür. O, dolayısı ilə bildirdi ki, əgər vətəndaşlara verilən heyvanlar xəstədirsə, yaxud yeni sahibinin evinə çatandan az sonra ölürsə, buna Qida Təhlükəsizliyi Agentliyi cavab verməlidir.
Maraqlıdır, qarşı tərəf - Qida Təhlükəsizlik Agentliyi nazirin bu ittihamlarını nə qədər əsaslı hesab edir? Bu və digər suallara cavab tapmaq üçün Qida Təhlükəsizlik Agentliyinə göndərdik. Agentliyin “Hürriyyət”in sorğusuna verdiyi cavabı oxucularımıza təqdim edirik:

“Müraciətinizə cavab olaraq bildiririk ki, xaricdən keçə bilən xəstəliklərdən qorunmaq üçün nəzarət tədbirləri görülür. Heyvanlar idxaldan sonra baytarlıq müayinəsindən keçir. Sağlam olduğu təsdiqləndikdən sonra təyinatı üzrə daşınır. Daşınma zamanı müvafiq sertifikatla təmin edilir.

Yemləmə, saxlama və zoogigiyenik şəraitlə bağlı təmin edilməsi heyvan sahibindən aslıdır ki, tələfatda bu amillər rol oynayır.

Qeyd edək ki, bu heyvanlarda xüsusi təhlükəli xəstəliklər aşkarlanmamışdır”.

Qida Təhlükəsizlik Agentliyinin bu cavabından başa düşülür ki, burada bütün məsuliyyəti AQTA-nın üzərinə atmaq olmaz. Görünür, Sahil Babayev öz məsuliyyətini kimlərləsə bölüşmək istəyir. Necə deyərlər, “cəhənnəmə gedən özünə yoldaş axtarar”. Amma Qida Təhlükəsizlik Agentliyinin cavabından da aydın olur ki, bu qurum ancaq xaricdən gətirilən heyvanlara sağlamlıq arayışı verir. Yerli bazardan alınan heyvanlar isə AQTA-nın iştirakı olmadan, məhz nazirlik əməkdaşlarının nəzarəti altında əhaliyə paylanılır.

Jalə FAMİLQIZI

Hurriyyet.az
 
 


 
Ardını oxu...
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

XALQ.AZ Palataya istinadla xəbər verir ki, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi həyata keçirilib.

Bildirilib ki, audit çərçivəsində Kür-Araz ovalığında torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sisteminin fəaliyyətinin təşkilinin, torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sistemi vasitəsilə həyata keçirilən tədbirlərin səmərəliliyi və nəticəliliyinin, kollektor-drenaj sistemində yığılan suların idarə edilməsi fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib:

“Qiymətləndirmələrlə audit obyekti tərəfindən Kür-Araz ovalığında kollektor-drenaj şəbəkəsinin fəaliyyəti ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyi müəyyən edilsə də, aşağıdakı nəticələr də əldə olunmuşdur.

Son illərdə qlobal səviyyədə problemlərin yaranmasına səbəb olan iqlim dəyişikliklərinin təsirini azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş mühüm strateji sənədlərdə su ehtiyatlarının formalaşması ilə bağlı mövcud vəziyyət, torpaqların deqradasiyasına qarşı mübarizə, eləcə də su resurslarının idarə edilməsi tədbirləri, kollektor-drenaj sisteminin fəaliyyəti ilə bağlı məsələlər öz əksini tapmış və su qıtlığı şəraitində su ehtiyatlarının düzgün idarə edilməsi ilə həmin ehtiyatlardan səmərəli istifadə olunması, torpaqların şorlaşması səbəbindən deqradasiyaya uğraması kimi məsələlər və həyata keçirilməli olan müvafiq tədbirlər nəzərdə tutulsa da və suvarılan torpaqlarda şorlaşma səviyyəsi azalsa da, həmin tədbirlərin qismən icra edilməsinin də təsiri ilə Kür-Araz ovalığında ümumilikdə zəif, orta və güclü dərəcədə şorlaşmış torpaq sahələrinin xüsusi çəkisi respublika üzrə 2019-cu ildəki, müvafiq olaraq, 29,2%, 24,2% və 24,1% göstəricilərindən, 2024-cü ildəki, müvafiq olaraq, 34,1%, 29,1% və 24,4% göstəricilərinədək artmışdır. Belə vəziyyət qeyd edilən istiqamətlərdə mövcud problemlərin hələ də aktual olduğunu göstərmişdir.

Sovet dönəmində mövcud olmuş dren-kollektor şəbəkəsinin sonrakı dövrlərdə balansa qəbul edilməsi zamanı həmin sistem elementlərinin balans mənsubiyyətinin dəqiqləşdirilməməsi ölkə üzrə kollektor-drenaj şəbəkəsinin 92-93%-nin yerləşdiyi Kür-Araz ovalığında sahibsiz dren-kollektorların mövcudluğuna şərait yaratmış, bu hal isə həmin dren-kollektorların baxımsız qalmasına, istismar zamanı müxtəlif çətinliklərin və problemlərin həllində mübahisələrin yaranmasına səbəb olmuşdur.

Audit olunan dövrdə kənar dövlət maliyyə nəzarətinin obyekti və tabeli qurumlar tərəfindən uzunmüddətli fəaliyyət hədəflərinin müəyyən edildiyi Strateji Planları olmamış, fəaliyyət illik istismar tədbirləri planı əsasında həyata keçirilmişdir. İstismar tədbirləri planı tabeli qurumların təqdim etdikləri tələbat göstəriciləri azaldılmaqla təsdiq olunmuş, sonradan həmin plan göstəriciləri faktiki icra göstəricilərinə uyğunlaşdırılmaqla azaldılaraq dürüstləşdirilmişdir. Nəticədə illik plan göstəricilərinin yüksək səviyyədə icra olunduğu görünsə də, tabeli qurumların tələbat göstəricilərinin aşağı səviyyəli icrası istismar tədbirlərinin lazım olan vaxtda icra edilməməsinə və dren-kollektor şəbəkəsinin istismarı üzrə həyata keçirilən tədbirlərin dar çərçivədə həyata keçirilməsinə səbəb olmuşdur.

Qrunt sularının sahələrdən kənarlaşdırılmasında əsas rol oynayan və sovet dönəmində tikilmiş ilkin qapalı drenlərin əhəmiyyətli hissəsinin dağılması və son dövrlərdə qapalı ilkin dren şəbəkəsinin əsaslı təmiri və bərpası istiqamətində maliyyə vəsaitlərinin ayrılmaması şəraitində həmin şəbəkənin, eləcə də nasos stansiyalarının bir hissəsinin nasaz vəziyyətdə olması müvafiq ərazilərdə qrunt sularının səviyyəsinin artımı və ətraf ərazilərdə torpaq sahələrinin təkrar şorlaşması ilə nəticələnmişdir.

“Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi (Sabirabad rayonu üzrə II mərhələ)” layihəsi çərçivəsində 15950 ha sahədə suvarma və dren-kollektor şəbəkələri qurulsa da, həmin ərazinin böyük massivlərində heç bir əkin aparılmamış, həyata keçirilmiş əkinlər isə, torpaq yuma işlərinin həyata keçirilməməsinin də təsiri ilə, seyrək olmuş, qeyd edilənlər görülmüş işlərin və sərf olunmuş vəsaitlərin qənaətbəxş nəticələr vermədiyini göstərmişdir.

Layihə çərçivəsində suvarma suyunun Kür çayından kanala vurulmasına xidmət edən nasos stansiyasının su qəbuledicisinin Kür çayının kritik səviyyəsinə adekvat olmayaraq nisbətən yuxarı hissədə yerləşməsi çayın səviyyəsinin düşdüyü hallarda nasos stansiyasının davamlı fəaliyyət göstərə bilməməsi risklərini və əlavə xərc potensialını yaratmış, ərazidəki drenaj nasos stansiyasının işlək vəziyyətdə olmaması yığıcı kalektorlarda toplanan dren sularının səviyyəsinin qalxmasına və şor suların təkrar əkin sahələrinə sızmasına səbəb olmuşdur.

Torpaqlara meliorativ nəzarətin həyata keçirilməsi məqsədini daşıyan rejim müşahidə quyularının əsaslı təmirinə vəsait ayrılmaması dağılmış və ya dolmuş quyuların istismara qaytarılmasını mümkünsüz etmiş, 2023-cü ilin sonuna 8692 rejim müşahidə quyusundan 5756 quyu və ya bütün quyuların 66,2%-i rejimdə olmuş, 2936 quyu və ya quyuların üçdə biri dağılma və ya dolma səbəbindən rejimdən çıxmışdır. İşlək quyuların say göstəricisinin tədricən azalması işləməyən quyuların xidmət etdiyi əkin sahələrinin meliorativ nəzarətdən kənarda qalması ilə nəticələnmişdir.

Bir sıra rayonlarda, məsələn, İmişli, Saatlı və Bərdə rayonlarının bəzi hissələrində kollektor sularından duzsuzlaşdırılma aparılmadan suvarma məqsədləri üçün istifadə edilməsi ərazilərin müxtəlif səviyyəli təkrar şorlaşmasına səbəb olmuşdur. Bununla belə, kollektor sularının minerallıq səviyyəsinin aşağı olması duzsuzlaşdırıldıqdan sonra, eləcə də duzsuzlaşdırılma aparılmadan Xəzər dənizinə axıdılan kollektor sularının minerallıq səviyyəsinin suvarma suyuna yaxın və ya ona uyğun olması həmin sulardan təkrar istifadə, həmçinin gəlir potensialının olmasını deməyə əsas vermişdir. Yetərli sayda və yerlərdə hidropostların olmaması isə ötürülən suyun dəqiq miqdarının müəyyən edilməsinə mane olmuşdur.

Toplayıcı kollektorlardan təmizlənməmiş çirkab sularının axıdılması məqsədilə istifadə olunması (məsələn, Yevlax, Kürdəmir və Sabirabad rayonlarında), sonradan isə həmin kollektorların kənd təsərrüfatı və məişətdə istifadə edilən su hövzələrinə axıdılması hallarına rast gəlinmişdir. Belə hallar kollektorların vahid sistem kimi fəaliyyət göstərməməsi və su hövzələrinin çirkləndirilməsi ilə yanaşı, kollektorların istismarı zamanı zəruri ölçmələrin nəticələrinin etibarlılığını sual altında qoymuş, çirkab sularının dren-kollektor şəbəkəsinə, oradan isə şirin su hövzələrinə axıdılması həmin hövzələrin suyundan sonrakı istifadə zamanı əhalinin sağlamlığı üçün təhdidlər yaratmışdır. Bundan başqa, çirkab sularının kollektorlar vasitəsilə kənarlaşdırılması Kİİ-lərin və SSİ-lərin fəaliyyət dairələrinə aid olmayan istiqamətlərdə məsrəflərinə səbəb olmuşdur.

01.01.2024-cü il tarixə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə 11724,9 ha sahədə fəaliyyət göstərən 604 balıq istehsalçısından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə yalnız 1569,6 ha sahədə (13,4%) fəaliyyət göstərən 76-sı (12,6%) ETSN tərəfindən uçota alınaraq sertifikatlaşdırılmış, balıqçılıq təsərrüfatlarının fəaliyyətinə lazımı nəzarət təmin edilməmişdir. Qeydiyyatsız fəaliyyət göstərən balıq gölləri üzrə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq ətraf mühitə təsir qiymətləndirilməmiş, bu isə göllərin ətraf mühitə təsiri ilə bağlı faktiki risklərin də dəyərləndirilməməsi və potensial təhdidlərlə nəticələnmişdir.

KTN-nin məlumatına əsasən respublika üzrə fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının say baxımından 62,6%-i, sahə baxımından 85,4%-i Kür-Araz ovalığında, həm say, həm sahə, həm də qeydiyyatsız fəaliyyət baxımından əksər hissəsi isə coğrafi cəhətdən daha çökək ərazidə yerləşən və buna görə də ərazisi şorlaşmaya daha çox məruz qalan Neftçala və Salyan rayonlarında yerləşir ki, bu da qrunt sularının yatma dərinliyinin az, şorlaşma riski yaradan duzların miqdarının çox olduğu və qrunt suların torpaq səthinə yaxın yerləşdiyi həmin ərazilərdə balıqçılıq təsərrüfatlarının da fəaliyyətinin təsiri ilə torpaqların şorlaşma səviyyəsinin artımına səbəb olur.

Bundan başqa, araşdırmalar balıq göllərinə verilən suların uçotunun düzgün aparılmadığını göstərmiş, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən təqdim edilmiş məlumata əsasən 2023-cü ildə balıq göllərinin 1 hektarına Beyləqan rayonunda 1,1 min m3, Biləsuvar rayonunda 1,7 min m3 su verilmişdir. Bu isə balıq göllərinin hər hektarında suyun dərinliyinin həmin rayonlarda, orta hesabla müvafiq olaraq, 11 sm və 17 sm olması anlamına gəlir ki, bu da balıq yetişdirilməsi üçün kifayət etməsi baxımından real deyildir.
 
 
 
Ardını oxu...
“Vicdanlı qurumlara müraciət edirəm, səsimizi Prezidentə çatdırın”

Kəlbəcər rayonu, Oruclu kənd sakini, hal-hazırda Yevlax şəhərində yaşayan Alxanov Mərifət Əyib oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:

“Mən, Alxanov Mərifət Əyib oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, hərbçi olmuşam. Veteranlığım üçün müraciət etdim, onu da ala bilmədim.

Ailəliyəm, sağ qolum işləmir. Müharibədən sonra adımı Dövlət Məşğulluq Agentliyinə yazdırdım. 2 illik müraciətimdən sonra, nəhayət, bu ay 20 baş qoyun, 1 baş da qoç verdilər. Həmin vaxt bildirdim ki, bu xəstə heyvanları niyə verirsiz, bunlar bunlar ölmək üzərədirlər?! Mənə dediklər ki, götürürsən götür, götürmürsənsə, özün bilərsən, imtina verə bilərsən. Məcbur qalıb həmin heyvanları götürdüm. Gətirdiyim gündən həmin heyvanları müalicə etdirdim.

Heyvanların vəziyyəti o qədər pis idi ki, yaxınlıqda heyvanı olanlar yaxın buraxmırdı. Hər kəs qorxu içindədir ki, sənin heyvanlarının xəstəliyi bizim heyvanlar da keçər. Mənə haqlı olaraq təzyiqlər olunurdu.

Onu da bildirim ki, ölən heyvanları baytar həkimlər gəlib yarırlar. Heyvanın birini yarmağa 10 manat alırlar. Mən bu heyvanları götürdüm ki, yaşayışımı biraz düzəldim, ailəmə baxa bilim. Bunları almadım ki, daha da borca-xərcə düşüm.

Belə başa düşürəm ki, Məşğulluq İdarəsi ilə baytarlar əl-bir işləyirlər.

Hörmətli redaksiya!

Özümün başıma gəlməyincə heç vaxt inanmazdım ki, bu qurum insanlara xəstə heyvanlar verir. O qədər baxımsız vəziyyətdə saxlanılır ki, heyvanlar ayaq üstə dura bilmirlər.

Heç bir yerdə işləmirəm, vəziyyətimiz çətindir. Bu qurumun əlindən belə zərər çəkən tək mən deyiləm.

Baytar həkimləri deyir ki, ölən heyvanları dərin basdır, xəstəliyi yayılmasın. 5 manat 50 qəpiyə yonca presi almışam. Məşğulluqdan verilən heyvanların hamısı ölür. Bu qədər haqsızlıq olar?

Sahil Babayev çıxışı zamanı əsəbləşərək deyir ki, elə bir şey ola bilməz, bİlmədiyinizi danışmayın, həmin heyvanlara sağlamlıq kağızı verilir.

Sahil Babayev, gəl öz görməyən gözlərinlə gör ki, heyvanlar necə qırılır. Allah səni bizim kimi ehtiyac sahibi etsin, özün kimi də məmur sənə belə xəstə, yararsız heyvan versin.

Hörmətli redaksiya!

Mən sizin sayt vasitəsilə səlahiyyətli, vicdanlı qurumlara müraciət edirəm. Prezidentə səsimizi çatdırın. Sahil Babayev və dəstəsi biz vətəndaşları dövlətdən narazı salır, bizə zülm verir. Prezident Aparatının nümayəndələri, xahiş edirəm, səsimizi prezidentə çatdırın”.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətinə məlumat verilib.

Jalə FAMİLQIZI
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Tikinti sektorunda illərdir fəaliyyət göstərən “UPSİLON” MMC şirkəti məktəblər, parklar, ofislər və bir sıra dövlət əhəmiyyətli tikinti layihələrinin tikintisini həyata keçirən şirkət kimi tanınır. Lakin son zamanlar bu şirkətin adı maliyyə fırıldağlarında, vergidən yayınmada, işçilərə qarşı dələduzluqda və s.-də hallanır.

“Upsilon” şirkətinin həqiqi və iç üzü tədricən üzə çıxmağa başlayıb.

“Upsilon” MMC-nin təsisçisi İlkin Məmmədovdur. Onun İmişlidən olduğu bildirilir.

Ardını oxu...
İlkin Məmmədov

Şirkət rabitə işlərinin görülməsi üçün “Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans pul alıb. Lakin bu dövlət vəsaitinin hara xərclənməsi məlum deyil.

Belə ki, “Upsilon” MMC bölgələrdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi üçün dövlət ayrılan vəsait hesabına işçilər cəlb edib və onlara normal məbləğdə əməkhaqqı vəd edib.

Söhbət rayonlarda və kəndlərdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini yerinə yetirən 60-a yaxın işçidən gedir. Onlar aylardır ki, rayon-rayon, qapı-qapı gəzib gördükləri işin əməkhaqqısını ala bilmirlər.

İşçilərin bəziləri 3 ay, bəziləri 4, bəziləri isə 6 aydır ki, maaş üzü görmür. Şirkət 60-a yaxın işçinin əməkhaqlarını vermir və onları yalan vədlərlə gözlədir.
İşçilər onlara həvalə olunan işi vaxtında təhvil verdiklərini bildirirlər.

“Upsilon” MMC-nin direktoru İlkin məmmədovun yaxın qohumu Fikrət Qafarovdur.
Ardını oxu...
Fikrət Qafarov

Fikrət Qafarov həmçinin şirkətin maliyyə işlərinə nəzarət edir, bundan əlavə bu işə Qasım adlı bir şəxs də cəlb olunub.

“Upsilon” MMC isə ilin sonunadək təhvil-təslim prosesini yekunlaşdıracağı və işçilərin maaşlarını tam ödəyəcəyini söz versə də, bu günə kimi sözünə əməl etməyib.
Hətta haqqında dəfələrlə ərizə və şikayətlər yazılsa da, müxtəlif televiziya kanallarında yayımlanıb, media mənsublarında dərc olunsa da, bu vecsiz şirkət yenə heç nəyi vecinə almayıb.

“UPSİLON” şirkətilə 15 mart 2024-cü ildən əmək müqaviləsi bağlayaraq işə başlayan Bakı sakini İlham Məmmədov dəfələrlə ərizə və şikayət dolu məktublarla müxtəlif yerlərə müraciət edib, lakin yenə də ona vəd edilən 1800 manat əmək haqqı, 250 manat öz maşınına görə xərc, yanacaqla təminat və ezamiyyət xərcini ala bilməyib.

Daha bir şikayətçi Məmmədov Pərviz Qarabağda, işğaldan azad olmuş Ağdamın Uzundərə ərazisində işləyib. Pərviz Ağdamda işləyib pulunu ala bilməyən işçilərin adından günlərlə şirkətin qapısına gəlib getsə də, qapını açmırlar, telefonları söndürüb, heç bir cavab vermirlər.

Şirkət işçilərin əmək haqqında etdiyi saxtakarlıqlardan əlavə, saysız-hesabsız yeyintilərə və vergidən yayınma hallarına yol verib.

Hətta əməkhaqqı verilmir deyə işdən çıxan işçilərin əmək kitabçalarını özlərinə qaytarmırlar. Məsələ ilə bağlı Əmək Müfəttişliyi şirkəti cərimə etsə də, bu, dələduz rəhbərliyə təsir etməyib və əmək kitabçalarını özlərində saxlayırlar.

Şirkət rəhbərlərinə “dələduz” kəlməsi yad deyil, araşdırmalara görə şirkət rəhbəri də, ətrafına topladığı şəxslər də dələduzluqla məşğul olublar və göründüyü kimi, hələ də “peşə”lərinə davam edirlər.Onları barələrində yazılan yazılar, şikayətlər, ərizələr, çıxışlar qorxutmur, onlar bu məsuliyyətdən çox uzaqdırlar, bir sözlə, dövlətin qanunları, haqq-hesab bunlarlıq deyil.

Bu dələduz yığıncağının kimə və nəyə arxalandığı məlum olmasa da, milyonlarla pulun mənimsənildiyi bəllidir. Onlar təkcə rabitə işçilərinin deyil, yüzlərlə adamın haqqını vermir. Əlimizdə olan məlumata görə, şirkət hətta öz ofis işçilərinə külli miqdarda pul borcludur və verməməkdə israrlıdır.

Görüləcək işlərlə bağlı müqavilə əsasında mal-material aldıqları şəxslərə, yaxud şirkətlərə yüz minlərlə – 150 min, 50 min, 60 min, 30 min manat borcları var. Məlumata görə, dələduz şirkət bazara 3 milyon yarım borcludur.

Ayrılan pulların hamısını həzm-rabedən keçirən İlkin Məmmədov və yaxın ətrafı hesaba gələn pulları (hesablarında sərəncam var) nağdlaşdırmaq üçün özlərinə əlaltılar da tapıblar. Pulları Aygün adlı mühasibin və İnsan Resursları üzrə mütəxəssis Aytacın hesabına 5-6 min manat köçürərək mənimsəyirlər.
Daha bir məlumata görə, pullar şirkət rəhbərliyində olan çoxlu sayda şəxsiyyəti məlum olmayan “işçilər”in adlarına kartlara vurularaq çıxarılıb.

Bu maxinasiyalara, maliyyə fırıldaqlarına getməyən işçilər, mühasiblər “maddə ilə işdən qovulmaq”la şantaj olunurlar. Onlardan biri də Fuad adlı mühasibdir ki, hal-hazırda şirkət rəhbərliyi tərəfindən şantaj olunur.

Bir sözlə, “UPSİLON” şirkətində özbaşınalıq baş alıb gedir, dövlətin qanunları sayılmır, işçilərin hüquqları tam şəkildə pozulur.
Şirkətin boclu qalmadığı şirkətləri isə barmaqla saymaq olar. “Mətanət A”, “Kontakt Home” və bu kimi böyük şirkətlər “Upsilon” MMC-dən narazıdır, hətta məhkəməyə müraciət ediblər.

Etibarlı mənbədən aldığımız məlumata görə, şirkət rəhbərliyi “uzaqgörənlik edərək” bütün əmlaklarını öz adlarından çıxarıb qohumlarının adlarına yazdırıb ki, həbs olunsalar, heç nə əllərindən alınmasın, müsadirə olunmasın.

Şirkət rəhbərliyi artıq arendaya götürdüyü ofisdən qovulub, özləri isə qaçıb gizləniblər, telefonlara da cavab vermirlər.

Məsələni diqqətdə saxlayacağıq.

İnterpress.az
 
Ardını oxu...
Bir qrup Quba rayon sakini Şahin İsrafilov barədə Elchi.az-a şikayət məktubu ünvanlayıblar.

Məktubda qeyd olunur ki, Şahin İsrafilov əvvəllər Xaçmaz Gənclər İdarəsində, Xaçmazda Əhalinin Sosial Müdafiə İdarəsində və 2 saylı Maliyyə Hesablaşma Mərkəzi, Quba-Xaçmaz Təhsilin regional Maliyyə İdarəsində rəis işləyib. Sonuncu işi Quba-Xaçmaz regional Mədəniyyət İdarəsi rəisinin müavini olub.
Sakinlər bildirir ki, Şahin İsrafilov Xaçmazda Əhalinin Sosial Müdafiə İdarəsinin rəisi vəzifəsində işləyərkən sosial yardımlarla bağlı dəfələrlə şikayət olub və bu yardımların ünvanına çatmadığı üçün bu şəxsin “xüsusi əməyi” olub. Vətəndaş qəbulları zamanı bu şəxsin problemləri həll etmədiyi də qeyd olunur:

“O, 2 saylı Maliyyə Hesablaşma Mərkəzinin rəisi işlədiyi dövrdə regionun bütün təhsil müəssisələrində yüksək məbləğdə pul toplama marafonları ilə bağlı kifayət qədər şikayətlər olub. Hesablama palatasının audit yoxlamasından sonra Xaçmaz məktəblərini kütləvi halda əhatə edən pul toplama marafonları uğurla davam etdirilib. Yoxlama zamanı ciddi maliyyə nöqsanları aşkar edildikdən sonra məktəblər dövlət büdcəsindən ayrılan vəsaitlərin aidyyatı üzrə sərf edilməməsinə görə “cəzalandırılır”.

Heç bir halda təhsil müəssisəsinin dövlət büdcəsi qarşısında borcu yarana bilməsə də, Şahin İsrafilovun birbaşa rəhbərliyi və iştirakı ilə məktəblərdən “istehsal müəssisəsi” kimi istifadə olunub, tamamilə əsassız və qanunsuz olaraq məktəblərdən pul yığılıb”-,deyə şikayət məktubunda bildirilir.

Sakinlər iddia edirlər ki, hətta Xaçmaz müəllimlərindən “şəhid ailələrinə yardım” adıyla pul yığılması ilə bağlı şikayətlər də olub. Şahin İsrafilovun təlimatı əsasında ərizə formaları hazırlanıb və müəllimlərə paylanıb. 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi Şahin İsrafilova ünvanlanan həmin ərizələrdə hər müəllim guya “xahiş” edib ki, müəllim və digər işçilərin maaşlarından bir faiz tutulsun:

“Bu məbləğin şəhid ailələrinə, əlil və kimsəsizlərə çatacağı ərizələrdə qeyd olunurdu. Müəllimlərin ərizələrində xahiş edilməliydi ki, maaşlardan hər ay tutulan məbləğ Xaçmaz rayon İcra Hakimiyyətinin Büdcədənkənar Fonduna köçürülməsi üçün Şahin İsrafilov göstəriş versin. Müəllimlər məcburi qaydada bu ərizələri yazmağa məcbur olunurdu.
Şahin İsrafilova işində yol verdiyi ciddi nönsanlara və qanunsuz hərəkətlərinə görə sabiq nazir Ceyhun Bayramov zamanında dəfələrlə xəbərdarlıq və töhmət verilib. Bu barədə sosial şəbəkələrdə məlumatlar da var.”

Məlumatda bildirilir ki, Şahin İsrafilov 2024-cü ilin aprel ayından etibarən Quba rayon İcra Hakimiyyətinin müavini vəzifəsinə gətirilmişdir:

“Bu təyinatın baş tutmasında səbəb Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri, Şahin İsrafilovun isə 2 saylı Maliyyə Hesablaşma Mərkəzi, – Quba-Xaçmaz Təhsilin regional Maliyyə İdarəsinin rəisi vəzifələrində işlədikləri dövrlərdəki əlaqələri və bəlli işbirlikləri olub.
Şahin İsrafilovun Quba rayon İcra Hakimiyyətinin müavini vəzifəsinə təyin olunan gündən etibarən rayon ərazisindəki bir sıra tikintilərin sökülməsi prosesinə başlanılmışdır.”

Sakinlər iddia edirlər ki, bu tikintilərin arasında əlil və qazilərə aid yaşayış evləri, digər bina və tikintilər də mövcuddur:

“Bu məsələ hazırda qubalılar arasında çox ciddi narazılıqların yaranmasına gətirib çıxarmışdır. Qubalıları narazı salan digər məsələ isə qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədardır.
Hazırda RİH-nin müavini Şahin İsrafilovun birbaşa himayədarlığı ilə Allahverdi Xudaverdiyevin Quba bələdiyyəsinə sədr gətirilməsi prosesi geniş vüsət almışdır.

Qubada 2012-ci ildə baş verən Quba hadisələrinin iştirakçılarının bir arada olduğunu iddia edən məktub müəllifləri yazır:

“2012-ci il martın 1-də Qubada baş verən hadisələr hər kəsin xatirindədir. Mitinq polis əməkdaşlarının və xüsusi xidmət orqanlarının köməyi ilə yatırılsa da “Quba hadisələri” adı ilə tarixə düşən həmin günün mənəvi-psixoloji fəsadları hələ də özünü büruzə verməkdədir. O hadisələrdə Quba kimi şərəfli və qədim tarixə malik olan bir diyarın nüfuzuna, şöhrətinə və hörmətinə xələl gətirmiş bəzi şəxslər bu hadisələrdən yararlanaraq şəxsi maraq və ambisiyalarını, daha doğrusu mənfur niyyətlərini həyata keçirməyi planlaşdırırdılar. Həmin o “bəzi” şəxslər Quba Rayon İcra Hakimiyyəti başçının istefasına nail olduqları halda öz aralarında RİH-nin başçısı və komandasını da müəyyənləşdirmişdilər. Belə ki, icra başçısı vəzifəsinə o dövrdə Quba bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri, qubalılar arasında “bazarkom Elxan” kimi tanınan Elxan Əliyev gətirilməli, ətrafına isə Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdüri işləyən və aqrar islahatlar zamanı torpaq sahələrini dədəsinin malı kimi satıb sovuran Allahverdi Xudaverdiyev, 2005-2010-cu illərdə Quba bələdiyyəsinin sədri işləmiş, o qədər də nüfuz sahibi olmayan İlqar Xəlilov, RİH-nin hüquq şöbəsinin müdiri, bir sıra xoşagəlməz məsələlərdə adı hallanan Hikmət Yasinov və bu tipli adamlar təyin olunmalıydı.

Bəli, martın 1-də Qubada baş verən hadisələr respublikanın xüsusi xidmət orqanlarının rəhbərliyi ilə yatırıldı və həmin o “bəzi” şəxslərin planı baş tutmadı. Belə ki, Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə gətirilməli olan Elxan Əliyev ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə, vəzifə səlahiyyətlərini aşma və bu cür hərəkətlərdə fəal iştirak etmə maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.”

Bəs bu gün Qubada nə baş verir?

“Bu gün yuxarıda adı çəkilən həmin şəxslər qrup halında birləşərək Allahverdi Xudaverdiyevi Quba bələdiyyəsinin sədri vəzifəsinə gətirməyə çalışırlar. Hazirda bu istiqamətdə aşağı-yuxarı təşkilatlanma işləri gedir ki, bu da qubalılar arasında ciddi narazılıqla qarşılanır.

Allahverdi Xudaverdiyev kimdir?

A.Xudaverdiyev Qubada uzun müddət Rayon torpaq şöbəsinin müdiri vəzifəsində işləmiş, fəaliyyət göstərdiyi müddət ərzində rayonda aparılan torpaq islahatlarına bilavasitə rəhbərlik edərək torpaq sənədlərinin hazırlanmasında birbaşa iştirak etmiş, öz imzası və möhürü ilə təsdiqlədiyi Torpaq mülkiyyət hüququna dair Dövlət Aktları, Torpaq-alqı satqısına dair Aktlar, Dövlət Aktı Kadastr planları və bu qəbildən olan şəhadətnamələr və digər hüquqi sənədlərin əksər hissəsi onun bəzi əməllərinin nəticəsi olaraq elektron baza xəritəsində yerləşdirilməmişdir. Hazırda yüzlərlə vətəndaş A.Xudaverdiyev tərəfindən saxta yollarla verilmiş Dövlət Aktlarını qanuniləşdirə bilmir. Belə ki, vətəndaşlar Dövlət Aktları kadastrı planlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsində qeydiyyata daxil etmək istədikdə, onlara verilən həmin sənədlərin əslinin olmadığı bildirilir ki, bu da rayon sakinlərinin bir qisminin hələ də çıxarış ala bilməməsinə və haqlı narazılıqlara gətirib çıxarir. Maraqlıdır ki, akt verilibsə torpaq hanı, yox torpaq yoxdursa dövlət adına aktlar hansı əsasla verilib?”-deyə bildirilir.

Məktubda o da qeyd olunur ki, yerlərdən verilən məlumatlara görə bəzi hallarda həmin aktlar əsasında və müəyyən məbləğ qarşılığında “köhnə möhürlü yeni sənəd” alan şəxslər də vardır.
Rayonda müəyyən torpaq sahələrini satmaq da, icarəyə vermək də, əkib becərməyə görə verilən subsidiyaları necə gəldi bölüşdürmək də A.Xudaverdiyev tərəfindən həyata keçirilib və bu proses hələ də bu və ya digər qaydada onun iştirakı ilə həll olunur:

“Bu gün rayonda 20 ildən çoxdur ki, əllərində dövlət aktı olmasına baxmayaraq, haqları olan pay torpaqlarına sahib ola bilməyən xeyli sayda insan var və bu insanlar bu məsələdə birbaşa olaraq rayonda aparılan aqrar islahatlar zamanı Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdüri işləmiş Allahverdi Xudaverdiyevi günahlandırır, hər bir ailəyə onun imzası və möhürü ilə təsdiq edimiş torpaq aktı adında quru kağız parçası təqdim olunsa da faktiki olaraq torpaq sahəsi verilmədiyinə görə ali dövlət qurumlarından yardım istəyirlər.

Rayonda yol verdiyi saxtakarlıqların nə zamansa üzə çıxacağından ehtiyat edən A. Xudaverdiyev haqqında müxtəlif fərziyyələr dolaşır.

Yeri gəlmişkən, hətta çox insanlara hələ də sirr olaraq qalır ki, Quba rayon Notariat Arxivinin yandırılması kimi planı olub, təsadüf, yoxsa düşünülmüş yanğın?

A.Xudaverdiyevin törətdiyi əməllərə görə barəsində müvafiq orqanlara yüzlərlə ərizə və müraciət daxil olsa da, onun vəzifə saxtakarlığı və işində yol verdiyi ciddi nöqsanlara görə vətəndaş ərizələri əsasında cinayət işləri açılsa da, bu işlər yarımçıq dondurulub.

A.Xudaverdiyev bir müddət sonra Quba rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə irəli çəkilsə də az müddət ərzində vəzifə səlahiyyətlərini aşaraq ciddi nöqsanlara yol verdiyi üçün tutduğu vəzifədən kənarlaşdırılmışdır.

A.Xudaverdiyev 08 Avqust 2024-cü il tarixdən etibarən “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsinə gətirilib. İşlədiyi bütün sahələrdə ciddi nöqsanlara yol verən bu adamın yeni vəzifəyə gətirilməsində onun xaçmazlı dostu, rayonunda müxtəlif vəzifələrdə işləmiş və müəmmalı şəkildə vəzifədən azad olunmuş, bir neçə ay öncə isə Quba RİH başçısının müavini təyin olunmuş Şahin İsrafilovun birbaşa rolu olmuşdur. Şahin İsrafilovla A.Xudaverdiyevi birləşdirən başlıca amillər təbii ki, başqa amillərdir.”

“O, “sudan quru” çıxmaq üçün Xaçmazda ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işə düzəlməyə müvəffəq olub.
Sual yaranır ki,Qubada kifayət qədər saf,vətənprvər, dövlətə və dövlətçiliyə sadiq insanlar olduğu halda Xaçmaz ictimaiyyəti arasında heç bir nüfuzu olmayan Şahin İsrafilovun Quba RİH-nin müavini vəzifəsinə gətirilməsinə nə ehtiyac vardı ki?

Torpaq islahatları zamanı kütləvi səhlənkarlığa yol verən A.Xudaverdiyev RİH-də birinci müavin işlədiyi dövrlərdə də öz səhlənkar və saxtakar əməllərindən geniş şəkildə istifadə etmişdir. Quba RİH-nin başçısı Ziyəddin Əliyev məzuniyyətdə olduğu dövrdə birinci müavin işləyən A.Xudaverdiyev RİH-nin hüquq şöbəsinin müdiri Hikmət Yasinovla birlikdə köhnə tarixlərlə saxta sərəncamlar hazırlayıb külli miqdarda pul əldə etmişlər.Z.Əliyev məzuniyyətdən qayıtdıqdan sonra A.Xudaverdiyevlə Hikmət Yasinovun hər ikisini ifşa edərək tutduqları vəzifədən xaric etmişdir. Hikmət Yasinov rayonda nüfuz sahibi deyil, adı yaxşı işlərdə hallanmır. Atası Qüdrət Yasinov rayon mədəniyyət idarəsinin müdiri işləyərkən külli miqdarda dövlət vəsaitini mənimsədiyi üçün 3 il müddətinə həbs olunub.”-deyə redaksiyamıza ünvanlanan məktubda qeyd olunub.

“A.Xudaverdiyevin yaxın dostu, 2005-2010-cu illərdə Quba bələdiyyəsinin sədri işləmiş İlqar Xəlilovun da adı bəzi pis işlərdə adı hallandırılır. Təkcə Quba rayonunda deyil, ətraf rayonlarda da bu iki “dostu” tam başqa həyat yaşayan şəxslər kimi tanıyırlar. Bir neçə il əvvəl A. Xudaverdiyevlə İ. Xəlilov ciddi qəza törətmiş, hadisə zamanı İ.Xəlilovun ayağı qırılmışdır. Sükan arxasında birinci müavin A. Xudaverdiyev olduğu halda vəzifəsindən azad ediləcəyidən qorxaraq sükan arxasında İ.Xəlilovun olduğunu bildirmiş, cinayətinin özü tərəfindən törədildiyini gizlətmişdir.”

Məktubda bildirilir ki, İ.Xəlilov bələdiyyə sədri işlədiyi dövrdə bələdiyyə torpaqlarını satıb talamış, yaşadığı binanın arxitekturasını dəyişərək yanında əlavə bina, ətrafında ticarət obyekti, şəhərin Maksim Qorki küçəsində isə təmtəraqlı ev tikmişdir:

“Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsinə gətirilən A.Xudaverdiyev də öz növbəsində o qədər də nüfuz sahibi olmayan, cəmiyyətdə adları başqa işlərdə hallanan İlqar Xəlilovu və Hikmət Yasinov kimi köhnə döstlarını başına topladı. Hazırda ictimaiyyət tərəfindən qəbul olunmayan bu qrupa RİH-nin müavini Şahin İsrafilov birbaşa himayədarlıq edir.
Bu günlərdə A.Xudaverdiyevin RİH-nin müavini Şahin İsrafilovun birbaşa himayədarlığı və E.Əliyevin bazardan və restoranlarından əldə etdiyi və vergidən gizlədilən pullarıyla Quba bələdiyyəsinin sədri vəzifəsinə gətirilməsi üzərində işlər gedir.

E.Əliyev həbsdən çıxandan sonra Quba bazarına rəhbərlik etməsi ilə yanaşı, yolunda yerləşən “Aynur” adlı restoranlar şəbəkəsini dövlət meşə fondunun on hektarlarla ərazisini zəbt edərək genişləndirmiş, yeni obyektlər kompleksi yaratmış, meşənin ucqar yerlərini də zəbt etmişdir.

E.Əliyevin A.Xudaverdiyevin Quba bələdiyyəsinin sədri vəzifəsinə gətirilməsində marağı odur ki, dövlət meşə fondundan zəbt etdiyi əraziləri “sənəd”ləşdirə bilsin.
Bu məsələdə RİH-nin müavini Şahin İsrafilov xüsusi canfəşanlıq göstərir.

Qubalılar arasında gəzən söz-söhbətə görə Allahverdi Xudaverdiyevin Quba Bələdiyyəsinə sədr seçiləcəyi təqdirdə bu ev hədiyyə kimi söz verilib. Maraqlıdır, görəsən, Qubanın İcra Başcısı bu sövdələşmədən xəbərdardımı?

P.S Yazıda adları çəkilən şəxslərin cavab haqları var. Redaksiya olaraq qarşı tərəfin də rəyini dinləməyə hazırıq.

Elchi.az
 
Ardını oxu...
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmovun ABŞ-dan Azərbaycana 1 ədəd BMW i7 və 1 ədəd isə “Ford Bronco” model avtomobillər gətizdirdiyi iddia olunur.
Sözügedən avtomobillər kargo təyyarəsi ilə Azərbaycana 3 gün ərzində çatdırılıb.
Məlumatı dəqiqləşdirmək üçün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.
Qurumdan informasiya sorğumuza cavab olaraq, sözügedən məlumat təkzib olunub:
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti olaraq belə bir iddianı təkzib edirik. Bu iddianın heç bir əsası yoxdur, qeyd edilənlər heç bir həqiqətə söykənmir”. \\Demokrat.az
 
Ardını oxu...
6 aydan çoxdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) şikayətimi obyektiv araşdırmaq bir kənara, qanunsuzluq edərək şikayətimi hər cür ört-basdır etməyə çalışır. Belə ki, xidmətin Binəqədi şöbəsinin əməkdaşlarının mənə qarşı harınlıq, kobudluq əməlləriylə bağlı SHXÇDX-in rəisi Mürsəl İbrahimova iki dəfə rəsmi şikayət bildirməyimə və xidmətin mənə qarşı qanuna zidd hərəkətləri haqqında xəbər portallarında ictimailəşdirməyimə baxmayaraq adı çəkilən dövlət qurumu laqeydliyini davam etdirməkdədir. Daha doğrusu xidmətin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi Əziz Hidayev qanunları, xidmətin rəhbəri Mürsəl İbrahimovun göstərişlərini, peşə etikasını tapdalamaq ampluasındadır. Sanki, SHXÇDX-i Azərbaycan Respublikasının orqanı yox, adı çəkilən vəzifə sahibinin dədə-baba malıdır. Əziz Hidayev şikayətimdən əl çəkmək və Binəqədidəki əməkdaşlarının özbaşınalıqlarını ört-basdır etmək üçün var-gücüylə çalışır. İstər bu ilin avqustunda, istərsə də oktyabrda xidmətin rəisi Mürsəl İbrahimova ünvanladığım şikayətlərimdə dönə-dönə vurğulamışam ki, mənə qarşı harınlıq, kobudluq edən əməkdaşlarınızla bağlı ölçü götürülməyəcəyi təqdirdə nə şikayətlərimdən əl çəkəcəm, nə də xidmətinizə ayaq basacam. Əziz Hidayev isə bu dediklərimə məhəl qoymayaraq, əvvəlcə şəxsi işimi qeydiyatda olduğum Binəqədi şöbəsindən Baş İdarəyə gətizdirir, ardınca məni kapitan Sahib Ağa vasitəsiylə dilə tutaraq idarəyə dəvət edir, həmçinin də qeyd edir ki, əməkdaşlarımızın qanunsuz əməlləriylə bağlı qeyd etdiyiniz xüsuslar aşkar olunmamışdır. SHXÇDX-in Binəqədi Rayon üzrə Şöbənin rəisi Mahir Əliyev isə qış yuxusundadır. Belə ki, onun rəhbərlik etdiyi şöbənin əməkdaşları iyul ayında mənə qarşı laqeydlik, kobudluq, harınlıq etmələrindən 5 ay keçəndən sonra mənə zəng edib maraqlanır ki, “bizim əməkdaşlarımız sizə nə edib ki, durub bizdən Baş İdarəyə şikayət etmisiz? Eləcə də sizin şəxsi işinizi Baş İdarəyə göndərmişik niyə gedib maraqlanmırsız? Çiyinlərində dövlətin atributlarını daşıyan, amma tutduğu vəzifənin, rütbənin haqqını verməyən bu qafilə başa sala bilmədim ki, durduq yerə sizin əməkdaşlardan şikayət etməmişəm və əməkdaşlarınızla bağlı ölçü götürülənə qədər şikayətlərimi davam etdirəcək və bu qanunsuz əməli ictimailəşdirəcəyəm. Təbii ki, Mahir Əliyevin rəhbərlik etdiyi şöbədə özbaşınalığın əsas səbəbkarı Təşkilati Nəzarət Baş İdarəsinin rəisi Əziz Hidayevdir. Çünki o, hər vasitəylə Binəqədidəki özbaşınalıqla məşğul olan əməkdaşların əməllərini ört-basdır etməklə məşğuldur. Silahlı Qüvvələrin ehtiyatda olan leytenantı və jurnalist olaraq Əziz Hidayevə bəzi suallar verirəm

-Ehtiyatda olan bir zabit şəxsi işiylə qanunla qadağan olmadığı təqdirdə şəxsi işiylə tanış olmaq istəyirsə, ona niyə məhdudiyyətlər qoyulur və SHXÇDX-in əməkdaşları kobudluq, hörmətsizlik edir?
-Vətəndaş əməkdaşlarınızın qanunsuz əməlləriylə bağlı şikayət edirsə, nə üçün onun şikayəti qulaq ardına vurulur və yola verilir?
-Vətəndaş sizə təkrar israrla şikayət edir və xidmətinizdəki özbaşınalıqları ictimailəşdirirsə, niyə vətəndaşa gəlin şəxsi işinizlə tanış olun, amma əməkdaşlarımız qanunsuz əməllərə yol verməyib deyirsiz?
-Vətəndaşın israrlı şikayətindən sonra şəxsi işini qeydiyatda olduğu Binəqədidən Baş idarəyə gətizdirilir və deyirsiniz ki, “əziyyət çəkib birdə uzaq məsafə qət etməyin, gəlin burda tanış olun”. Bu “jest”inizlə eləcə də israrla məni Baş İdarəyə dəvət eməklə şikayətimdən imtina etməyə və ya məsələni “qapatmaqla” niyə əməkdaşlarınızın özbaşınalığını görməzlikdən gəlir və ya məni şikayətçi olmaqldan imtinaya cəhd edirsiz?
23 noyabr 2024-cü ildə Əziz Hidayevin faktiki yaşadığım ünvana sonuncu cavab məktubunu 12.12.2024-cü il tarixdə almışam. Həmin məktubda Əziz Hidayev israrla qeyd edir ki, “şəxsi işinizlə tanış olmağınız üçün dəfələrlə SHXÇDX-in Mərkəzi Aparatına dəvət olunsanız da, gəlməkdən yayınmısız”. Halbuki, mən bu şəxsə istər yazılı, istərsə də telefon danışıqları zamanı dəfələrlə vurğulamışam ki, əməkdaşlarınızla bağlı ölçü götürülməyəcəyi təqdirdə mənim idarənizə yaxınlaşmağımın heç bir əhəmiyyəti yoxdur. Çünki mən şikayətimdə aydınca qeyd etmişəm ki, mənə hörmətsizlik, qanunsuzluq, kobudluq edən əməkdaşlarınızla bağlı ölçü götürülməli və şəxsi işimlə bütünlüklə tanış olmağımla bağlı göstəriş verəsiniz. Dediklərimin və tələblərimin əksinə olaraq durub mənə bu cür cavab məktubu göndərmək yüngülcə ifadə edilsə riyakarlıqdır. 6 aydan çoxdur ki, şikayətimi qulaq ardına vuran, Binəqədidəki harınlamış əməkdaşların əməlləri hər vasitəylə ört-basdır edilirsə və yersiz hərəkətlərlə, jestlərlə vətəndaşın şikayətindən imtina etməsi üçün fəaliyyətlər aparılırsa, deməli SHXÇDX-in rəisi Mürsəl İbrahimov və onun 4 müavini (Şahverdiyev Mayıl, Mirzəyev Yusif, Nağıyev Habil, Məmmədov Azər) qalıb bir kənarda Təşkilati Nəzarət Baş İdarəsinin rəisi Əziz Hidayev özünü ağa, xozeyin, fedal zümrə nə bilim daha nə hesab edir. Yəni, o, nə qanunları, nə də xidmət rəislərini sayır.

Təbii ki, mənə qarşı qanunsuz əməllərlə bağlı mübarizəmi davam etdirəcəm. Qarşıdakı ildə SHXÇDX ilə məhkəmə səviyyəsində haqlarımı tələb edəcəm. Onsuz da, bu dövlət xidmətində özbaşınalıq, harınlıq pik həddədir. Hansı ki, bunu özlərinin rəsmi saytlarında (https://www.seferberlik.gov.az/az/news/detail/864) qeyd edirlər ki, 2023-24-cü illərdə 218 əməkdaşımız qanunsuz əməllərə və korrupsiya hallarında görə müxtəlif cəzalar alıb. Görünən odur ki, adı çəkilən dövlət qurumun Baş İdarəsində və ya Mərkəzi Aparatında ciddi inspeksiyalar aparılmağa ciddi ehtiyac var. Əminəm ki, bu yoxlamalar nəticəsində bir çox idarə rəislərinin naqis, qanunsuz və alçaq əməlləri üzə çıxacaq. Gec-tez hər bir kəs, o cümlədən Əziz Hidayev kimi vəzifə daşıyıcıları da cəzalarını alacağına inanıran. Amma hələlik bir məsələ dəqiqdir ki, Eldar Mahmudov, Nəcməddin Sadıqov, Ramiz Mehdiyev kimi yüksək vəzifə sahiblərinin kreslolarını itirmələri, harınlamış generallardan Əhməd Əhmədov, Nizami Şirinov, Elçin Quliyev (MTN-in Antiterror Mərkəzinin rəisi), Oruc Bəkirov, Nizami Məmmədov və digərlərinin həbsindən dərs çıxarmayanlar, o cümlədən də SHXÇDX-in əməkdaşları da çoxdur.

Gundemxeber.az
 
Ardını oxu...
Dadaş Şükürovun dövlət büdcəsinə 1 450 000 manat borclu şəxs kimi tanınmasına baxmayaraq, bu istiqamətdə hüquqi araşdırma aparılmaması narahatlıq doğurur.

Azərbaycanda “dana monopoliyası”nın "kralı" “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovun adının müxtəlif cinayətlərdə hallandığı və hüquq-mühafizə orqanlarının bu məsələlərə laqeyd yanaşması cəmiyyətdə müzakirələrə səbəb olub.

Əldə edilən məlumata görə, “dana monopoliyası”nın "kralı" bir neçə dəfə vergi yayınmalarına görə cinayət məsuliyyətinə cəlb edilib. Lakin onun adının dövlət büdcəsinə 1 450 000 manat borclu şəxs kimi hallanmasına baxmayaraq, bu istiqamətdə hüquqi araşdırma aparılmaması narahatlıq doğurur.

İddialar və Faktlar

Azərbaycanda “dana monopoliyası”nın "kralı" “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovdur. Dadaş Şükürov Laçın rayonunun Cicimli kəndindəndir. Dadaş Şükürovun dövlət büdcəsinə 1 450 000 manat borcu var.

Bir sözlə, bir-neçə il əvvəl ictimiləşdirdiyimiz “dana monopoliyası” ilə bağlı məsələyə yenidən qayıtmalı olduq. Çünki problem, yəni iribuynuzlu heyvanların ölkəmizə idxalı monopoliyası hələ də davam edir. Şərti olaraq “dana monopoliyası” adlandırdığımız bu şəbəkənin BAŞI Rusiyada, o biri QOLU isə Azərbaycana uzanır.

Bundan əlavə, o, 2003-cü ildə həbs edilib. İş adamı 308.2 və 177.3.2 maddələri ilə ittiham olunub. Bu maddələr üzrə məhkəmə onu 7 il azadlıqdan məhrum edib. Eyni zamanda, o da deyilir ki, Dadaş Şükürov 2017-ci ildə yenidən həbs edilib. Bu dəfə Pirallahı rayonundakı neft kəmərlərini satmaq ittihamı ilə saxlanıb. İndisə biznes fəaliyyəti ilə məşğul olan Dadaş Şükürov Rusiyadan mal-heyvan idxalına görə inhisarçılıq yaratmaqda ittiham edilir. Lakin onun təkbaşına bu işlərin öhdəsindən gəlmədiyi vurğulanır. İddialara görə, Dadaş Şükürova himayədarlıq edən böyük güc var. Bir sözlə, "Full - D" yüksək səviyyədə aldığı dəstək hesabına iribuynuzlu heyvanların idxalında monopoliya "kralı"na çevrilib.

Göründüyü kimi, həm gömrük, həm qida sektorundan mühüm himayəsi var. Amma idxal edilən heyvanların virus, xəstəlik daşıyıcısı olub-olmadığını müəyyən etmək çətindir. Ona görə də gömrük orqanlarında və AQTA-da ciddi dəstəyə malikdir.

Fırıldaqçılıqla qaziləri gözdən salan "qəhrəman"

Dadaş Şükürov özünü “qazi” kimi təqdim edib qazanc üçün iyrənc yollara belə baş vurur.30 illik işğala son qoyan, qanını, canını Vətən uğrunda fəda edən qəhrəman Vətən övladları hazırda bütövlükdə cəmiyyətin ən böyük diqqətini görürlər və bu, belə də olmalıdır. Əminliklə vurğulamaq mümkündür ki, qaziyə, şəhidə qarşı dövlət başda olmaqla, bütün cəmiyyətin ən yüksək səviyyədə münasibəti formalaşıb.

Fəqət, təəssüflər olsun ki, cəmiyyətdə bu münasibətdən yararlanmaq istəyən şəxslərə də rast gəlinir. İş o həddə çatıb ki, kimlərsə özünü “qazi” kimi təqdim edib qazanc üçün iyrənc yollara belə baş vurur və bu müqəddəs ad altında nələrsə əldə etməyə çalışır.

Son günlər yenə özünü yalandan “qazi” kimi təqdim edən Dadaş Şükürov haqda yayılan məlumatlar bunun əyani sübutudur. Baxın, nə tələblər var: əlavə imtiyazlar istənilir, torpaqlar zəbt edilir, dövlət orqanlarına, az qala, hücum çəkilir. Araşdıranda isə həmin şəxsin saxta qazi olması üzə çıxır. Hətta bu günlərdə “qazi” adı altında gizlənib, dilənçilik edən şəxsə belə rast gəlindi.

Azərbaycanda son illər iribuynuzlu heyvanların idxalı ilə bağlı ciddi bir inhisarçılığın hökm sürdüyü haqda həyəcan təbili çalınır. İş adamları, fermerlər, bu sahə üzrə fəaliyyət göstərənlər iddia edirlər ki, yaranmış vəziyyət dana ətinin qıtlığına səbəb olmaqdadır. Çünki inhisarçılıq, monopoliya halları həm də defisitə gətirib çıxarır. Xüsusən də Rusiyadan iribuynuzlu heyvanların idxal edilməsi ilə bağlı problemlər səslənməkdədir.

Dadaş Şükürov Rusiyadan mal-heyvan idxalına görə inhisarçılıq yaratmaqda ittiham edilir. Lakin onun təkbaşına bu işlərin öhdəsindən gəlmədiyi vurğulanır. İddialara görə, Dadaş Şükürova himayədarlıq edən böyük güc var. Bir sözlə, "Full - D" yüksək səviyyədə aldığı dəstək hesabına iribuynuzlu heyvanların idxalında monopoliya "kralı"na çevrilib.

Göründüyü kimi, həm gömrük, həm qida sektorundan mühüm himayəsi var. Amma idxal edilən heyvanların virus, xəstəlik daşıyıcısı olub-olmadığını müəyyən etmək çətindir. Ona görə də gömrük orqanlarında və AQTA-da ciddi dəstəyə malikdir.

İNHISARÇILIĞIN İQTİSADİ MAHİYYƏTİ VƏ ONUN FORMALAŞMASI

İnhisar anlayışı alınan-satılan bir mal və ya xidmətin tək bir firma tərəfindən çıxarılması və ya satılması mənasını bildirir. Başqa sözlə, bir bazarda çoxlu sayda alıcı qarşısında tək satıcının olması inhisar adlandırılır. Bir mal və ya xidmətin yalnız bir firma tərəfindən bazara təqdim edilməsi ideal iqtisadi prosesin aradan qalxaraq bir sıra problemlərin ortaya çıxmasına, yəni bazarın axsamasına səbəb olur. İstehsalatın və ya satışın tək bir əldə toplanması, bazarda istənməyən bir vəziyyətin yaranmasına səbəb olmaqla yanaşı, bunun davamlılıq kəsb etməsi də problemin dərinləşməsinə gətirib çıxarır .

İnhisarçılıq fəaliyyətinin tənzimlənməsinin təzahür formaları və ona qarşı mübarizənin zəruriliyi

Elmi texniki tərəqqiyə öz mənfi təsir göstərən və eləcə da ümumilikdə iqtisadiyyatın mənafeyinə zərər vuran hadisə kimi xarakterizə olunan inhisarçılıq sadaladığımız elementlər ilə yanaşı, ümumilikdə, əmək məhsuldarlığına da mənfi təsir göstərir.İinhisarçılıq anlayışına ümumilikdə qiymətlərin süni formada artırılmasına səbəb olan, eləcə də məhsulların keyfiyyəti ilə əlaqəsi olmayan və istehsalın həcminin azalmasına gətirib çıxaran elementi kimi yanaşırlar. Belə olduqda isə istehlakçılar bazarda öz arzu və istəklərinə uyğun məhsul seçə bilmirlər.

Bu zaman 4 əsas xüsusiyyət daha çox diqqəti cəlb edir ki, bunlar aşağıdakılardan ibarətdir

1. gəlirlərin bölgüsü - Gəlirlərin bölgüsü mərhələsində sahibkar daha çox bu proses zamanı qeyri-bərabərliyi şərtləndirir.

2. bazara daha yaxın olmağı mürəkkəbləşdirən bu səbəblərə görə də stabil olaraq yüksək inhisar mənfəəti əldə etmiş olur.

3. resursların qiymətləri və istehsalın düzgün şəkildə bölüşdürülməsi

4. bazarda rəqabət aparan firmaları arasında xərclərlə bağlı yaranan çətinliklər Hər şeydən əvvəl qeyd etməliyik ki, dövlət azad rəqabət şərait yaradılmasında çox mühüm əhəmiyyət kəsb edir.

Bu şəraitin formalaşdırılması üçün isə bazarlara ardıcıl olaraq liberallaşdırılmalıdır. Bununla yanaşı, dövlət bazarda və inhisarlaşmaya səbəb ola biləcək məhsul istehsalının qarşısına almaq məqsədi ilə və eləcədə iri firmalar tərəfindən inhisarlaşmaya imkan verməmək üçün. onların istehsal etdiyi məhsulları əvəz edə biləcək məhsul istehsalına daha çox üstünlük verməlidir. Bu isə dövlətin bu prosesin nəzarət etmək məqsədilə həyata keçirdiyi iqtisadi tədbir hesab edilir. Dövlət özünün antiinhisar siyasətini yerinə yetirməklə inhisara səbəb ola biləcək istehsal prosesinə, eləcə də az qiymətlərə nəzarət etməlidir. Haqqında danışdığımız bu məsələlərə nəzarət məqsədilə isə dövlət ümumilikdə özünün qəbul etdiyi qanunvericilik aktları vasitəsilə və bu istiqamətdə fəaliyyət zamanı mövcud boşluqları aradan qaldıraraq daha da möhkəmləndirir.

Növbəti yazımızda daha geniş məlumat dərc edəcəyik.

P.S. Mediaxeberleri.Az olaraq, yazıda adıçəkilən şəxsin mövqeyini dinləməyə hazırıq.

 
Ardını oxu...
Tanınmış idmançı, dünya çempionu və sahibkar Ələkbər Həbibov icarəyə götürdüyü obyektdən qanunsuz çıxarılmalarından şikayətlənib.
O, bu barədə haqqın.az-a şikayətində bildirib.

Uzun illərdir bizneslə məşğul olduğunu deyən sahibkar iddia edir ki, sahəsi 1000 kvadratmetrdən çox olan və uzun müddət istifadəsiz qalan obyektin təmiri, bərpası və möhkəmləndirilməsinə 2,5 milyon manata yaxın sərmayə qoyub. İndi mülk sahibi heç bir səbəb göstərmədən ondan dərhal binanı tərk etməyi tələb edir.

Külli miqdarda maddi itki ilə üzləşdiyini bildirən Həbibov qeyd edib ki, “Haven” restoranının yerləşdiyi mülkü 2017-ci ildən icarəyə götürüb:

“Obyektin faktiki sahibi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin sabiq rəisi İlqar Məmmədovdur, lakin obyekt rəsmi olaraq əmisi Mahmud Kərimovun adına rəsmiləşdirilib. Aylıq ödəniş 11 min manat olmaqla oranı icarəyə götürməyim barədə razılaşdıq. Bundan sonra binanın əsaslı təmirinə başladım”.
Ardını oxu...
Restoranın yerləşdiyi bina 1896-cı ildə tikilib. Uzun müddətdir təmir olunmadığından yararsız vəziyyətə düşüb. Şikayətçinin sözlərinə görə, hətta bir dəfə binada yanğın da olub. Təmir-bərpa işləri 1 il 2 ay çəkib. Sahəsi 1000 kvadratmetrdən çox olan obyektin hazırkı vəziyyətə gətirilməsi üçün 2,5 milyon manata yaxın vəsait xərclənib.

Sahibkarın sözlərinə görə, tərəflər arasında icarə müqaviləsi 2018-ci ildə bağlanıb.

“İlkin olaraq müqavilə hər il yenilənmək şərti ilə bir il müddətinə imzalanıb. 2021-ci ildə icarə haqqı 15 min manata, 2024-cü ildə isə 18 min manata qaldırılıb. Eyni zamanda sərmayədən hələ ki, heç bir gəlir əldə etməməyimə baxmayaraq, sahibinə bir milyon manatdan artıq kirayə haqqı ödəmişəm”, - deyə Həbibov bildirib.

Sahibkar qeyd edib ki, icarə haqqının ödənilməsində gecikmə olmamasına baxmayaraq, əmlak sahibi gözlənilmədən binanın boşaldılmasını tələb edib.

“İlqar dedi: “Mənzilləri boşalt, nə varsa götür, get. Bu yer üçün başqa planlarımız var”. Digər işimi satdım, kredit götürdüm və bütün səyimi bu restoranı inkişaf etdirməyə sərf etdim. Restoran yaratmaq üçün çəkdiyim xərclərin heç olmasa, bir hissəsini kompensasiya etməyi xahiş etdim, lakin bu da rədd edildi. Restoranda ailələrini dolandıran 40-dan çox işçi çalışır. Restoranın bağlanması təkcə mənim üçün deyil, onlar üçün də zərbə olacaq”, - deyə Qabibov bildirib.
Ardını oxu...
Sahibkarın sözlərinə görə, ev sahibinin tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra ona təzyiq göstərməyə başlayıblar. O, icarə müqaviləsinin müddətinin uzadılması vəsatəti ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

“İcarə müqaviləsində göstərilir ki, ona yalnız tərəflərin qarşılıqlı razılığı ilə xitam verilə bilər. Lakin mənim razılığım olmadan müqaviləni birtərəfli qaydada pozmaq istəyirlər ki, bu da tamamilə qanunsuzdur. Ona görə də məhkəməyə getdim. Müvəqqəti tədbirlərin görülməsi üçün ərizə verdim və xahişim təmin olundu”, - deyə sahibkar bildirib.

O əlavə edib ki, məhkəmənin qərarına əsasən, işin mahiyyəti üzrə yekun hökm çıxarılana qədər mülk sahibinin onu obyektdən çıxarmaq hüququ yoxdur. Lakin qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və yuxarı instansiya məhkəməsi Bakı Kommersiya Məhkəməsinin qərarını ləğv edib. Bundan başqa, qarşı tərəfin "Haven" restoranının fəaliyyətinin qadağan edilməsi ilə bağlı müraciəti təmin edilib.
Ardını oxu...
“Bakı Apellyasiya Məhkəməsi faktiki olaraq mənim qanuni fəaliyyətlə məşğul olmağıma qadağa qoyub. Bu, mahiyyətcə, işin nəticəsini həll edir. Hazırda birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxıldığı üçün bu qərar tamamilə qanunsuzdur. Apellyasiya məhkəməsinin belə qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu, prosessual qanunvericiliyə və məhkəmə praktikasına ziddir. Üstəlik, bu, digər analoji işlərdə də qanunsuz və ədalətsiz qərarların verilməsi üçün presedent yaradır”, - deyə sahibkar bildirib.

O, cavabdeh şəxsin məhkəmə prosesinə qanunsuz müdaxilə etdiyini iddia edir: “İlqar Məmmədovun işin gedişinə qanunsuz təsir göstərmək üçün kifayət qədər geniş əlaqələri var. Məndə olan məlumata görə, işə baxan məhkəmədə iştirak edən hakim Elnur Həsənov İlqar Məmmədovla yaxın münasibətdədir. İşə rəsmi olaraq hakim Təranə Məmmədovanın sədrliyi ilə baxılsa da, hadisələrin gedişi göstərir ki, əslində prosesə Elnur Həsənov rəhbərlik edib”.

Həbibov hakim Həsənovun barəsində tədbir görülməsini tələb edir: “Mən prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova işə obyektiv və ədalətli baxılmasının təmin edilməsi xahişi ilə müraciət etmişəm. Hakim Elnur Həsənovun intizam məsuliyyətinə cəlb olunmasını xahiş edirəm. Onun qərarının qanuniliyini və əsaslılığını yoxlamaq lazımdır, çünki hesab edirəm ki, iş üzrə tamamilə qanunsuz və ədalətsiz qərar qəbul edilib. Mən bir sahibkar kimi hüquqlarımın bərpa olunmasını və bu özbaşınalığa son qoyulmasını istəyirəm”.
Ardını oxu...
Qeyd edək ki, Həbibov 2009-cu ildə pankration üzrə (aqon növü) qızıl medal qazanmış dünya çempionudur. Hazırda peşəkar boksla məşğuldur. \\Bakupost.az
 
 
 

Dünyapress TV

Xəbər lenti