Ardını oxu...
Sədərək gömrük məntəqəsi Türkiyədən Naxçıvana ərazaq gətirilməsinə qadağa qoyub. Lakin, bu qadağa yalnız adi vətəndaşlara aiddir. Yüksək vəzifəli məmurlar isə, istədikləri qədər ərzaq məhsulları gətizdirməkdə sərbəstdirlər. Üstəlik, həmin məhsullar bazarda yerli sakinlərə Türkiyədəkindən 4-5 dəfə bahaya satılır.
Yerli sakinlər bildirirlər ki, qadağanı qoymaqda da məqsəd, insanları bu məhsulları monopolist məmurlardan baha almağa məcbur etməkdir. Yəni, kasıb təqəbənin hesabıbna qaz vurub, qazan doldurmaq.
Sakinlər deyirlər ki, bu azmış kimi, kasıb insanların ailələri üçün gətirdikləri ərazğı da qadağa adı altında müsadirə edib, əlavə qazanc etmək üçün satışa çıxarırlar.
TEREF yazır ki, Şərur rayon sakini Əlixan Babayev “Gündəlik Naxçvan”a deyir ki, bu yaxınlarda borc edib, Türkiyəyə ərzaq almağa gedib. Lakin, onun aldığı 3 kilo kolbasa, 3 kilo donmuş ət və bir qutu zeytun yağı əlindən alınaraq, anbara vurulub:
“İki aydır dilinə ət dəyməyən uşağım gözləyirdi ki, evə kolbasa aparacam, kartofla qızardıb yeyəcək. Müsadirə adı altında əlimdən aldılar. Sonradan xəbər tutdum ki, əlimdən alınanalrı digər müsadirə olunan məhsullar kimi bazarda baha qiymətə satışa çıxarırlar.
Bu pulu necə yemək olar, niyə gözləri doymur məmurların? Mənim kolbasa gözləyən uşağımın ahı onları tutacaq. Türkiyədən 2 manata aldığım kolbasanı özləri 8 manata bazarda satırlar. Məcbur edirlər ki, gedib onlardan alaq. Ala bilmirik axı bu qiymətə, ay insafsızlar”.
Şərur sakini Nizam Vəliyev də Sədərək gömrüyündə vətəndaşların incidilməsindən şikayətlənib:
“ Sədərək Gömrüyü insanlara qan uddurur. Kasıb camaat borc-xərc edib, gedib Türkiyədən 2-3 kilo ət və digər məhsullar gətirirlər ki, uşaqları yesin, onu da əllərindən alırlar. Lakin, məmurlara aid olan şirkətlər tonlara gətirib, baha qiymətə satırlar. Bu işi gömrüklə əlbir edirlər. Məqsəd, qiymətləri qaldırıb, insanların qanını içmək. Məsələn, Türkiyədə 12 manat olan 5 litirlik zeytun yağı Naxçıvanda 40 manata satılır”.
Sədərək Gömrük Məntəqəsindən vətəndaşların şikayətlərinə münasibət bildirmək istəmədilər.
TEREF
 
 
 
Ardını oxu...
Babək rayon Nehrəm qəsəbə sakini Seyran Nağıyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edib.

TNS xəbər verir ki, vətəndaşın müraciəti sosial şəbəkələrdə yayılıb.

Nehrən sakini su problemindən əziyyət çəkdiklərini bildirib, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyindən şikayətlənib.

“Malik müəllim (Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev nəzərdə tutulur – red) bizə deyib ki, sizdən xahiş etməmişəm gedib mal-qara saxlayasınız, biz də sizə su verək. Bizim başımıza oyun açırlar. Gəlin əlmizdə nəyimiz var alın, bizi deport edin çıxaq gedək, burada nazirlər yaşasın”, - vətəndaş bildirib.

Qeyd edək ki, bu il Naxçıvanda su problemi yoxdur. Hazırda 100 milyon kubmetr su tutumu olan Heydər Əliyev Su Anbarında 58 milyon, 150 milyon kubmetr su tutumu olan Arpaçay Su Anbarında isə 108 milyon kubmetr su var. Mütəxəssislər deyir ki, muxtar respublikada su bölgüsü düzgün aparılmır. Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyində ixtisaslı mütəxəssislər olmadığından bu sahədə ciddi problemlər yaranıb. Bunu da əziyyətini Naxçıvan sakinləri çəkir.

Ətraflı videoda.
 
 

Ardını oxu...
Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin müəllimləri tərəfindən döyüldüyü deyilir.

Bu barədə “Qafqazinfo”ya müraciət daxil olub. İddiada qeyd edilib ki, dərs vaxtı Fiziki Tərbiyə müəllimi Azər Bəşirov və Gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Həsənbala Xasməmmədov dərsi buraxaraq şahmat oynayıblar. Nəticədə şagirdlər nəzarətsiz qaldıqları üçün sinif otağında səs-küy salıblar. İddiaya əsasən, həmin müəllimlər sinfə gələrək 11-ci sinif şagirdi B.Ü.-nü ölümcül halda döyüblər.

Məsələ ilə bağlı Xaçmaz şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “26.09.2024-cü il Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin səhər növbəsinin I saatında təqribən 08:30-08:45 radələri arasında məktəbin 11-ci sinif şagirdi B.Ü Gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsindən məktəbin yeməkxanasına gedərkən məktəbin həyətində fiziki tərbiyə dərsində olan 9-cu sinif şagirdi J.A.-ya topu zərblə atıb və top qızın qarın nahiyəsinə möhkəm dəyib. Nəticədə isə fiziki tərbiyə müəllimi Bəşirov Azər Musayib oğlu 11-ci sinif şagirdini tənbeh edib.

Qeyd edirik ki, J.A. 3 ay bundan əvvəl qarın nahiyəsindən əməliyyat olunub və müəllimin digər şagirdə sərt reaksiyası da bu səbəbdən olub. Nəticədə məktəb rəhbərliyi şagirdləri və müəllimi dəvət edərək onların izahatını alıb və barışıq edib”.

Açıqlamada qeyd edilib ki, müəllim polis şöbəsinə də dəvət edilib: “Hadisədən bir saat sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəbin fiziki tərbiyə müəllimi Bəşirov Azər Musayib oğlu polis şöbəsinə çağırılıb və orada ona şagirdi döydüyü üçün dəvət olunduğu qeyd edilib. Lakin Xaçmaz Rayon Polis Şöbəsi döyülmə hadisəsinin olduğunu təsdiq etməyib. Hazırda valideynlərin heç bir şikayəti yoxdur və şikayətçi olmadıqlarını yazılı bildiriblər”.

***

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov sorğumuza cavab olaraq bildirib ki, məktəbdə mübahisə olması ilə bağlı polisə məlumat daxil olub. Hazırda araşdırma aparılır.
Ardını oxu...
Ucar rayonu Bərgüşad kənd sakini Abdullayev Ələddin Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.Media-ya daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab sədr, mən mətbuat vasitəsi ilə Sizə müraciət edərək bildirirəm ki, Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz əməllərlə məşğul olur. Belə ki, üç ilə yaxındır ki, mən Ucar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ucar rayon Bərgüşad kəndində yerləşən və mənə məxsus 1200,05 kvadratmetr həyətyanı və 799 kavadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə hasar çəkilməsinə mane olmasının cavabdehlər Rəsulova Xanım Alı qızına, Rəsulova Şəfəq Faxrəddin qızına, Abdullayeva Nəzakət Yasin qızına və Əhədova (Abdullayeva) Tahirə Yasin qızına qadağan olunması və cavabdehlərin həmin hasarı çəkmək üçün yaratdıqları manelərin aradan qaldırılması barədə qətnamə qəbul etməsini xahiş etmişəm. Üç ilə yaxındır Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov yekun qərar vermir, Müxtəlif bəhanələrlə məni süründürməçiliyə salır.

Hörmətli cənab sədr, məni iyul ayında Sizə mətbuat vasitəsi ilə müraciət etdim. Müraciətimin səhəri günü hakim Hilal Xəlilov bir gün ərzində tələm-tələsik həm məhkəmə ekspertizası təyin etdi, həmdə həmin ekspert tərəfindən sözügedən ərazidə ekspertiza keçirildi. Artıq ekspertizanın keçirilməsindən üç ay keçib. Bu müddət ərzində dəfələrlə Ucar Rayon Məhkəməsinə müraciət etsəm də, məhkəmə iclasının vaxtının təyin olunması uzadılır. Hakimin köməkçisi mənə deyir ki, ekspertin rəyi təsdiq edilməsi üçüm Bakı şəhərinə Ədliyyə Nazirliyinə göndərilmişdir. Onu təsdiq edən şəxs xəstələnib işə çıxmır. Ekspertizanın rəyi nə vaxt təsdiq olunub məhkəməyə qayıtsa o zaman məhkəmə iclasının vaxtı təyin olunacaq.

Hakim Hilal Xəlilov müxtəlif bəhanələrlə bu məhkəmə işini gecikdirir. Fikirləşir ki, mən artıq ahıl yaşdayam. Mən ölənə kimi belə məhkəmənin yekun qərar verməsini uzadacaq. Bu hakim Hilal Xəlilov tərəfindən mənə qarşı edilən hakim saxtakarlığı, özbaşınalığıdır. Hilal Xəlilov kimi hakim dərhal tutduğu vəzifədən azad edilməli və barəsində cinayət işi başlanmalıdır

O mənim iddiamı rədd edə bilmir. Ona görə ki, ki əlimdə kifayət qədər konkret subutlarım var. Belə ki, 2017-ci ildə mən belə iddia tələb ilə Ucar Rayon Məhkəməsinə müraciət etmişəm və Ucar Rayon Məhkəməsinin 2(063) -60/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə mənim iddi tələbim təmin edilmişdir. Hal-hazırda olan məhkəmə mübahisəsində göstərilən predmet eynidir. Yəni eyni torpaqdır. Yalnız cavabdehlər fərqli adamlardır. O zaman cavabdeh başqa adam idi. Yəni hal-hazırda olan cavabdehlərin atası, əri və qardaşı idi. Bu şəxs dünyasını dəyişib. Hal-hazırda hakim Hilal Xəlilov məhkəmə iclası keçirsə məcburdu mənim iddia tələbimi təmin etsin ona görə də məhkəmə iclasını keçirməyi müxtəlif bəhanələrlə yubadır....."
 
Ardını oxu...
Keçən günlərdə Dia-az.Media olaraq 1 sentyabr növbədənkənar parlament seçkilərinin ardından bir neçə rayonda rəhbər dəyişikliyinin baş verəcəyini anons etdik. Məlum olduğu kimi artıq iki rayonda bu proses yaşandı.

Dia-az.Media-nın əldə etdiyi xəbərə görə, bu yeni həftədə daha bir rayonda - sakinlərinin şikayətləri yerli KİV-də dastanlar kimi yayılan Qazaxda icra başçısı postunda dəyişiklik gözlənilir.

Mənbə bildirir ki, Hacıqabul və Salyandan fərqli olaraq hazırda Qazaxa rəhbərlik edən Rəcəb Babaşova nəinki təkrar etimad göstərilməyəcək, əksinə onun həbsi belə gözləniləndir.

Babaşovun yerinə isə, hazırda Qazax RİH-də başçının birinci müavini postunu tutan Məmməd Alıyevin gətiriləcəyi iddia olunur.

Əlavə məlumat veriləcək. Bizi izləyin...
 
Ardını oxu...
VK-nın sədri, MHŞ üzvü Anar Bağırovdur, yoxsa Əlirza Həbilov?
Media ona yaxın vəkilin Vəkillər Kollegiyasının (VK) sıralarından
çıxarılacağını bildirib. Hələlik adlar çəkilmir, görəsən, VK rəhbərliyindəki
görəvlərindən sui-istifadə edənlər barəsində hansısa tədbir görüləcəkmi? 7
ildir intizam komissiyasının üzvü, DİN-in vəkili və nümayəndəsi kimi saxta
statusla hüquqverici sənəd olmadan məhkəmə işlərinə çıxıb, 1-ci dərəcəli
Qarabağ qazisinin hüququna qeyri-prosessual qadağa qoyan, saxta
qərarlar tərtib edən , etdirən Əlirza Həbilovun vəkil adından şəxsi
mənafeyi adına yararlanmasına, DİN-dən “vəkil haqqı” - əməkhaqqı
almasına qiymət verən olacaqmı? Sui-istifadə halları bir daha diqqətə
çatdırılır:
1. 2017-ci ildə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində
( hakim Elçin Məmmədov) DSMF-ə qarşı işdə Əlirza Həbilov DİN-i
3-cü şəxs etdirib və onun vəkili və nümayəndəsi kimi
hüquqverici sənəd təqdim etmədən iddiaçı Qarabağ əlilinin əleyhinə
çıxış edib. Əlilin etirazına cavab olaraq hakimi onun barəsində xüsusi
qərardad çıxarmağa , akt tərtib etməyə səsləyib, amma hakim bu
təxribata getməyib.
2. 2018-ci ildə Şəki İnzibati- İqtisadi Məhkəməsində ( hakim
Kənan Vəliyev) DİN-in adından bəyanatla çıxış edib ki, Ali
Məhkəmədə də olsa 1-ci dərəcəli Qarabağ qazisinin
hüquqlarının təminatına imkan verilməyəcək. DİN-in adından
verilən bu bəyanata hələ də nə DİN, nə VK rəhbərliyi, nə prokurorluq,
nə Ədliyyə Nazirliyi, nə də məhkəmənin özü qiymət verib. Hamısı
qanunsuz vəkilin qanunsuz bəyanatının DİN-i müdafiə (?) məqsədilə
edildiyini vurğulayıb.
3. 2019-cu ildə Şəki İnzibati- İqtisadi Məhkəməsində ( hakim
İlqar Cabbarov) 15 fevralda qərar qəbul edilmədiyi , iclasın
növbəti tarixə təyin edildiyi halda (bunu elektron məhkəmə
sistemi sübut edir) , iddianın mümkün sayılmaması haqqında
15.02.2019 tarixli qərardad tərtib etdirib.
Bu 15.02.2019 tarixli qərardadı 5 ildən çoxdur Azərbaycan
Respublikasının sistemində preyudisial Konstitusiya aktı kimi tətbiq
etdirən Əlirza Həbilov Qarabağ əlilinə ayrılan vəkillərin də şikayətləri
yazmasına vəzifəsindən yararlanaraq qadağa qoyub. Şəki Apellyasiya
Məhkəməsinin saxta qərardadı qüvvədə saxlayan qərardadından kassasiya
şikayəti verməyə İsmayıllı (?- bəyəm Ali Məhkəmə İsmayıllıya köçüb?- M.
B.) hüquq məsləhətxanasından ayrılan Nəvahid adlı vəkilə şikayəti
yazmağı qadağan edən VK-nın vəzifəli şəxsi özü hüquqverici sənəd
olmadan Ali Məhkəmədə (hakim Kəmaləddin Bədəlov) DİN-in vəkili və
nümayəndəsi kimi iştirak edib. Və DİN-in adından verdiyi bəyanatı
qəbul etdirib. Ali Məhkəmə 12.02.2020 tarixli qərardadla kassasiya
şikayətini mümkünsüz saymayıb ki, şikayət gec yazılıb. Əlirza Həbilovun
qabaqlayıcı tədbiri-göstərişi ilə vəkil Nəvahid Abbasov bu iclasda da
iştirak etməyib. Onu da vurğulayaq ki, bu “ali qərardad” iddiaçı Qarabağ
əlilinə 4 il yarımlıq şikayətlərdən sonra verilib və anında Konstitusiya
Məhkəməsinə ( KM) şikayət verilib. Di gəl, icraata qəbul ediləcəyinə ümid
yoxdur. Nədən KM özü də 15.05.2020 -ci il tarixli qərarında Əlirza
Həbilovu DİN-in vəkili statusunda göstərib.
12.12.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin ( hakim Orxan
Həsənov) iclasına isə Əlirza Həbilov 3 ilin vəkili Orxan Babayevi DİN-in
vəkili və nümayəndəsi kimi göndərib. Əlində də 15.02.2019-cu il
tarixli iddianın mümkün sayılmaması haqqında qərardad. Bakı
Apellyasiya Məhkəməsi ( Şərafət Məmmədova, Pərviz Hüseynov,
Cahangir Yusifov) 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmasından
imtina edib ki, tərəflərin hüquq bərabərliyi prinsipini pozacaq ,
amma DİN-in saxta vəkili və nümayəndəsini, DSMF-in 39 saylı vəkil
bürosunu hüquqverici sənəd olmadan qəbul edib.
VK-nın Hüquqi Yardım Mərkəzinə müraciət edən Qarabağ əlilinə 5 saylı
vəkil bürosundan Nurəddin Kantayev pulsuz vəkil ayrılıb, amma vəkil ,
pulsuz olduğundan hüquqi yardımdan imtina edib. Mərkəzin direktor
müavini, xanım Afət Qazıyeva MM-dən, Ali Məhkəmədən, ali dövlət
hakimiyyəti orqanlarından gələn tapşırıqlara baxmayaraq, 1-ci dərəcəli
Qarabağ əlilinə nə cinayət, nə inzibati, nə də mülki işlərdə vəkil ayrılmasını
çözməyib. Özü də vəkillikdən imtina edib. Yəqin pulsuz olduğuna görə. Bəs
nə yaxşı terrorçu Vardanyana pulsuz vəkillik edir? Yoxsa, separatçı VK
rəhbərliyində təmsil olunan vəkilə xidmət haqqı ödəyir, dövlət büdcəmiz
ziyana düşmür? Başqa nəsə fikirləşmək olmur, yoxsa niyə terrorçu
Vardanyana göstərilən yüksək xidmət Qarabağ əlilinə aşağı səviyyədə
də olsa göstərilməsin?
VK-nın sədri, Məhkəmə Hüquq Şurasının üzvü Anar Bağırovun məhkəmədə
müdafiəyə ehtiyacı olan 1-ci dərəcəli Qarabağ əlilinə , dövlət büdcəsi
hesabına gərək deyil, haqqı ödənilməklə vəkillik etməsi niyə mümkün
olmasın? Pulla deyil? Müqavilə bağlanılsın, xidmət göstərilsin. ƏLİRZA
HƏBİLOVUN QARŞISINA ANAR BAĞIROVDAN ÖZGƏ KİM ÇIXA
BİLƏR? Bir bilinsin görək, VK-nın sədri Anar Bağırovdur, yoxsa ?...
Məğrur Bədəlsoy
TEREF
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Neftçalanın keçmiş icra başçısı Əbülfəz Ağayev Kür çayının 8 qolunu qurudaraq özü təsərrüfat sahəsi yaradıb.

Bu barədə Qaynarinfo-ya Qarabağ veteranı, fermer İslam Bayramov bildirib.

Onun sözlərinə görə, Əbülfəz Ağayevin qanunsuz əməlləri bununla bitmir. O, dövlət ehtiyat fond torpaqlarını da zəbt edib. Lakin hansısa səbəbdən rayon rəhbərliyi onun bu əməlləri barədə tədbir görmür.

İslam Bayramovun sözlərinə görə, Əbülfəz Ağayev həm də rayon Ağsaqqallar Şurasının sədridir. "Bu adam guya bir ağsaqqal kimi rayonun inkişafına dəstək verməlidir. Amma faktiki olaraq qanunsuz əməllərlə məşğuldur. İri təsərrüfatlar yaradıb digər fermerlərin fəaliyyətinə maneə törədir. Onun üçün Neftçalada yaşıl işıqdır. Hər cür qanunsuzluq edir. Amma barəsində tədbir görülmür", deyə İslam Bayramov bildirib.

Şikayətçi deyir ki, Əbülfəz Ağayev başqa rayonlarda xüsusi adamlar gətirərək zəbt etdiyi torpaqları onların istifadəsinə verir. Eyni zamanda örüş yerlərini ələ keçirib başqa rayonlardan gətirilən mal-qaraları ora buraxır. "Bizim heyvanlarımız isə acından ölür", deyə İslam Bayramov bildirib.

Qeyd edək ki, Əbülfəz Ağayev 2000-2002-ci illərdə Neftçalanın, 2002-2004-cü illərdə Sabirabadın, 2004-2012-ci ilərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Hazırda sahibkarlılqla məşğuldur. Onun Neftçalada iri təsərrüfat sahələri və fermalarının olduğu bildirilir.
 
 
 
Ardını oxu...
“Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin oğlu, keçmiş həyat yoldaşım olan Orxan Əliyev qanunlar bir yana, bütün mənəvi dəyərləri aşaraq məndən qisas alır. Atasının nüfuzundan, əlaqələrindən istifadə edib Yasamal İcra Şöbəsi vasitəsi ilə məndən aliment tələb edir. Halbuki, uşağın biri onda, digəri məndədir. O da mənə aliment verməyə borcludur. Məhkəmə hər ikimizə eyni qaydada aliment təyin edib, amma Yasamal İcra Şöbəsi məndən yapışır. Səbail İcra Şöbəsi də mənim müraciətlərimi qulaqardına vurur. Mən ötən dəfə sizin media orqanı vasitəsi ilə yeni ədliyyə nazirinə müraciət etdim. Amma Yasamal icra Şöbəsinin saxta, birtərəfli məlumatı əsasında mənim əleyhimə nazirliyin adından açıqlama yayıldı. Biz arxasızıq deyə niyə bunu edirlər? Mən cənab nazir Fərid Əhmədovdan məni qəbul etməsini xahiş edirəm”.

Bunu Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri Aydın Əliyevin keçmiş gəlini Rada Musayeva Gununsesi.info-ya növbəti müraciətində deyib.

Gununsesi.info-nun məsələ ilə bağlı araşdırması zamanı da məlum olub ki, həqiqətən Yasamal İcra Şöbəsi Orxan Əliyevin də Rada Musayevaya aliment verməli olduğunu unudur. Səbail Rayon İcra Şöbəsindən müvafiq sənəd almaq kifayyətdir ki, qarşı tərəfin də eyni məbləğdə Rada Musayevaya verəcəyinin olduğu görünsün.

Qeyd edək ki, iddiaçı Musayeva Rada Çingis qızının cavabdeh Əliyev Orxan Aydın oğluna qarşı aliment tələbi ilə Səbail ayon məhkəməsinə müraciət edərək 17.03.2016-cı il təvəllüdlü Əliyev Ayxan Orxan oğlunun 2022-ci ilin yanvar ayından yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 1000 manat sabit pul məbləğində aliment tutulmasını tələb etmişdir. Alimentin 2022-ci ildən tutulması onunla əsaslandırılmışdır ki, R.Musayeva 2022-ci ilin yanvar ayında ilk dəfə Səbail rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin təkidilə və ona maddi dəstək verəcəyinə dair söz verməsi ilə əlaqədar olaraq həmin iddiaları üzrə tələbini məhkəmə qaydasında davam etdirməmişdir.

Bundan əlavə məhkəmə O.Əliyevin qarşılıqlı iddiasını qanunsuz olaraq təmin etmiş, 3 illik müddət həddində 7200 manat R.Musayevadan aliment tutmuşdur. 3 illik həddi məhkəmə xarici ölkənin qətnaməsi ilə əsaslandırmışdır. Bildirirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 may 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, Litva Respublikasının Vilnüs şəhər Məhkəməsinin 24.11.2014-cü il tarixli qərarının Musayeva Rada Çingis qızından alimentin tutulması hissəsində Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsindən imtina edilmişdir. Səbail rayon məhkəməsi O.Əliyevin qarşılıqlı iddiasını təmin edərkən Litva Respublikasının qətnaməsini əsas götürmüş, lakin eyni tələblə R.Musayeva 2022-ci ildə Səbail rayon məhkəməsinə müraciət etməsinə baxmayaraq tələbi qəbul etməmişdir.

Rada Musayeva saytımıza bildirib ki, həyat yoldaşı olmuş Orxanla ayrıldıqdan sonra ilk övladını onun əlindən alıblar: “Uşağı dünyaya gətirəndən təxminən 1 ay sonra əlimdən aldılar. Şantajlar, hədələr, qorxular məni susmağa vadar etdi. Biz Litvada yaşayırdıq. Sonrakı müddət ərzində barışmışdıq. Birgə olduğumuz dövrdə Orxan mənimlə birgə yaşasa da amma, uşağı dayədə saxladırdı. Biz barışandan sonra ikinci övladımız dünyaya gəldi. Sonradan yenə də Orxanla yollarımız ayrıldı. İndi isə məlum olub ki, Yasamal Rayon Məhkəməsi vasitəsilə məndən aliment tələb edilib və məhkəmə bunu qəbul edib. Atasının nüfuzu, əlaqələri vasitəsi ilə Yasamal Rayon İcra şöbəsi apellyasiya şikayəti verməyimə belə möhlət qoymadı. Halbuki, apellyasiyanın qərarından sonra hökm qanuni qüvvəyə minir. Necə ola bilər ki, Yasamal Məhkəməsi qərar verir, ardınca Rasim adlı icraçı mənə hədə formasında zəng edərək, 7200 manat gətirməyimi tələb edir. Üstəlik, mənə 500 manat da cərimə yazılıb. Mən hara gedirəmsə, Aydın Əliyevin adı çəkilir. Uşağımı əlimdən alıblar, evimə buraxmırlar, üstəlik də aliment tələb edirlər. Mən Ədliyyə Nazirindən xahiş edirəm ki, Yasamal İcra Şöbəsinin bu qanunsuz hərəkətlərini araşdırsın”.
Ardını oxu...
Rada Musayeva hazırda kirayədə qaldığını və yanında olan övladının adına rəsmiləşmiş mənzilə daxil ola bilmədiyini deyir: “Təsəvvür edin ki, evin açarını dəyişib. Bu adam öz övladını düşünmür. Mən evimə getmək istəyirəm. DİN rəhbərliyindən də mümkün təxribatların qarşısını almasını istəyirəm. Evə gedən zaman media nümayəndələrini də dəvət edəcəyəm”.

Məsələ ilə bağlı Orxan əliyevə müraciət etsək də ənənəsinə sadiq qalaraq, telefonun dəstəyini qaldırmadı.
 
Ardını oxu...
LGTB-FETÖ xətti Azərbaycanda yenidən revanş götürüb

ATV-nin rəhbəri Azər Xəlilovun qardaşı "CBC” kanalının baş direktorudur. Vüqar Xəlilov Böyük Britaniya vətəndaşı ola-ola 7 ildir Azərbaycanda telekanala rəhbərlik edir.

V.Xəlilov 12 aprel 2010-cu ildə Qırğızıstanda qanunsuz pul vəsaitlərinin leqallaşdırılması ittihamı ilə həbs edilmişdi. Avropadan yönələn hansısa "güclü əl”in hesabına V.Xəlilov həmin ilin avqust ayının 10-da azadlığa buraxılıb. 2009-cu ilə qədər Londonda yaşayan, "Azadlıq radiosu”nda və "BBC”-də işləyən V.Xəlilovun Qırğızıstana köç edib orada Avropa modelli piar şirkəti açması hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmiş və nəticədə həbs olunmuşdu.

Amma ittiham təkcə qanunsuz pulların leqallaşdırılmasından ibarət deyildi. O, xarici ölkənin kəşfiyyat orqanları ilə əməkdaşlıqda da ittiham olunurdu. Bakiyevlər ailəsinin ən sevimli dostlarından olan V.Xəlilov həm də bu ailənin çirkli pullarının yuyulması ittihamı ilə də üz-üzə qalmışdı.

Qanunsuz pul leqallaşdırılması ilə məşğul olan, uzun illər "Azadlıq radiosu”nda antiAzərbaycan materialların əsas müəlliflərindən olan Vüqar Xəlilov "CBC”yə kim və necə baş direktor təyin edib?

2010-2015-ci illərdə istintaq orqanlarının əlində yumağa çevrilən V.Xəlilov 2015-ci ildə Azərbaycanda peyda olur və cəmi 2 il sonra "CBC”yə baş direktor təyin edilir. Bu həngamənin bir izahı olmamalıdır?!

Azər Xəlilov keçmiş həyat yoldaşı Sevinc Osmanqızı ilə atışmalarında (saytlarda var) Böyük Britaniyada daimi yaşamaq hüququnun olduğunu bildirir.

Bu Xəlilovlar ailəsi kimdir?

2017-ci ildə Vüqar Xəlilovu "CBC”-nin kollektivinə "SOCAR Media” İctimai Birliyinin sədri Xalik Məmmədov təqdim etmişdi. X.Məmmədovun adı isə "Nurçuluq”da hallanırdı. Məncə, əlavə şərhə ehtiyac yoxdur.

Samir Feyruzov
icmal.az
 
Ardını oxu...
LGTB-FETÖ xətti Azərbaycanda yenidən revanş götürüb

ATV-nin rəhbəri Azər Xəlilovun qardaşı "CBC” kanalının baş direktorudur. Vüqar Xəlilov Böyük Britaniya vətəndaşı ola-ola 7 ildir Azərbaycanda telekanala rəhbərlik edir.

V.Xəlilov 12 aprel 2010-cu ildə Qırğızıstanda qanunsuz pul vəsaitlərinin leqallaşdırılması ittihamı ilə həbs edilmişdi. Avropadan yönələn hansısa "güclü əl”in hesabına V.Xəlilov həmin ilin avqust ayının 10-da azadlığa buraxılıb. 2009-cu ilə qədər Londonda yaşayan, "Azadlıq radiosu”nda və "BBC”-də işləyən V.Xəlilovun Qırğızıstana köç edib orada Avropa modelli piar şirkəti açması hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmiş və nəticədə həbs olunmuşdu.

Amma ittiham təkcə qanunsuz pulların leqallaşdırılmasından ibarət deyildi. O, xarici ölkənin kəşfiyyat orqanları ilə əməkdaşlıqda da ittiham olunurdu. Bakiyevlər ailəsinin ən sevimli dostlarından olan V.Xəlilov həm də bu ailənin çirkli pullarının yuyulması ittihamı ilə də üz-üzə qalmışdı.

Qanunsuz pul leqallaşdırılması ilə məşğul olan, uzun illər "Azadlıq radiosu”nda antiAzərbaycan materialların əsas müəlliflərindən olan Vüqar Xəlilov "CBC”yə kim və necə baş direktor təyin edib?

2010-2015-ci illərdə istintaq orqanlarının əlində yumağa çevrilən V.Xəlilov 2015-ci ildə Azərbaycanda peyda olur və cəmi 2 il sonra "CBC”yə baş direktor təyin edilir. Bu həngamənin bir izahı olmamalıdır?!

Azər Xəlilov keçmiş həyat yoldaşı Sevinc Osmanqızı ilə atışmalarında (saytlarda var) Böyük Britaniyada daimi yaşamaq hüququnun olduğunu bildirir.

Bu Xəlilovlar ailəsi kimdir?

2017-ci ildə Vüqar Xəlilovu "CBC”-nin kollektivinə "SOCAR Media” İctimai Birliyinin sədri Xalik Məmmədov təqdim etmişdi. X.Məmmədovun adı isə "Nurçuluq”da hallanırdı. Məncə, əlavə şərhə ehtiyac yoxdur.

Samir Feyruzov
icmal.az
 

Dünyapress TV

Xəbər lenti