İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Tikinti sektorunda illərdir fəaliyyət göstərən “UPSİLON” MMC şirkəti məktəblər, parklar, ofislər və bir sıra dövlət əhəmiyyətli tikinti layihələrinin tikintisini həyata keçirən şirkət kimi tanınır. Lakin son zamanlar bu şirkətin adı maliyyə fırıldağlarında, vergidən yayınmada, işçilərə qarşı dələduzluqda və s.-də hallanır.

“Upsilon” şirkətinin həqiqi və iç üzü tədricən üzə çıxmağa başlayıb.

“Upsilon” MMC-nin təsisçisi İlkin Məmmədovdur. Onun İmişlidən olduğu bildirilir.

1734696415_2.jpg
İlkin Məmmədov

Şirkət rabitə işlərinin görülməsi üçün “Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans pul alıb. Lakin bu dövlət vəsaitinin hara xərclənməsi məlum deyil.

Belə ki, “Upsilon” MMC bölgələrdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi üçün dövlət ayrılan vəsait hesabına işçilər cəlb edib və onlara normal məbləğdə əməkhaqqı vəd edib.

Söhbət rayonlarda və kəndlərdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini yerinə yetirən 60-a yaxın işçidən gedir. Onlar aylardır ki, rayon-rayon, qapı-qapı gəzib gördükləri işin əməkhaqqısını ala bilmirlər.

İşçilərin bəziləri 3 ay, bəziləri 4, bəziləri isə 6 aydır ki, maaş üzü görmür. Şirkət 60-a yaxın işçinin əməkhaqlarını vermir və onları yalan vədlərlə gözlədir.
İşçilər onlara həvalə olunan işi vaxtında təhvil verdiklərini bildirirlər.

“Upsilon” MMC-nin direktoru İlkin məmmədovun yaxın qohumu Fikrət Qafarovdur.
1734696415_3.jpg
Fikrət Qafarov

Fikrət Qafarov həmçinin şirkətin maliyyə işlərinə nəzarət edir, bundan əlavə bu işə Qasım adlı bir şəxs də cəlb olunub.

“Upsilon” MMC isə ilin sonunadək təhvil-təslim prosesini yekunlaşdıracağı və işçilərin maaşlarını tam ödəyəcəyini söz versə də, bu günə kimi sözünə əməl etməyib.
Hətta haqqında dəfələrlə ərizə və şikayətlər yazılsa da, müxtəlif televiziya kanallarında yayımlanıb, media mənsublarında dərc olunsa da, bu vecsiz şirkət yenə heç nəyi vecinə almayıb.

“UPSİLON” şirkətilə 15 mart 2024-cü ildən əmək müqaviləsi bağlayaraq işə başlayan Bakı sakini İlham Məmmədov dəfələrlə ərizə və şikayət dolu məktublarla müxtəlif yerlərə müraciət edib, lakin yenə də ona vəd edilən 1800 manat əmək haqqı, 250 manat öz maşınına görə xərc, yanacaqla təminat və ezamiyyət xərcini ala bilməyib.

Daha bir şikayətçi Məmmədov Pərviz Qarabağda, işğaldan azad olmuş Ağdamın Uzundərə ərazisində işləyib. Pərviz Ağdamda işləyib pulunu ala bilməyən işçilərin adından günlərlə şirkətin qapısına gəlib getsə də, qapını açmırlar, telefonları söndürüb, heç bir cavab vermirlər.

Şirkət işçilərin əmək haqqında etdiyi saxtakarlıqlardan əlavə, saysız-hesabsız yeyintilərə və vergidən yayınma hallarına yol verib.

Hətta əməkhaqqı verilmir deyə işdən çıxan işçilərin əmək kitabçalarını özlərinə qaytarmırlar. Məsələ ilə bağlı Əmək Müfəttişliyi şirkəti cərimə etsə də, bu, dələduz rəhbərliyə təsir etməyib və əmək kitabçalarını özlərində saxlayırlar.

Şirkət rəhbərlərinə “dələduz” kəlməsi yad deyil, araşdırmalara görə şirkət rəhbəri də, ətrafına topladığı şəxslər də dələduzluqla məşğul olublar və göründüyü kimi, hələ də “peşə”lərinə davam edirlər.Onları barələrində yazılan yazılar, şikayətlər, ərizələr, çıxışlar qorxutmur, onlar bu məsuliyyətdən çox uzaqdırlar, bir sözlə, dövlətin qanunları, haqq-hesab bunlarlıq deyil.

Bu dələduz yığıncağının kimə və nəyə arxalandığı məlum olmasa da, milyonlarla pulun mənimsənildiyi bəllidir. Onlar təkcə rabitə işçilərinin deyil, yüzlərlə adamın haqqını vermir. Əlimizdə olan məlumata görə, şirkət hətta öz ofis işçilərinə külli miqdarda pul borcludur və verməməkdə israrlıdır.

Görüləcək işlərlə bağlı müqavilə əsasında mal-material aldıqları şəxslərə, yaxud şirkətlərə yüz minlərlə – 150 min, 50 min, 60 min, 30 min manat borcları var. Məlumata görə, dələduz şirkət bazara 3 milyon yarım borcludur.

Ayrılan pulların hamısını həzm-rabedən keçirən İlkin Məmmədov və yaxın ətrafı hesaba gələn pulları (hesablarında sərəncam var) nağdlaşdırmaq üçün özlərinə əlaltılar da tapıblar. Pulları Aygün adlı mühasibin və İnsan Resursları üzrə mütəxəssis Aytacın hesabına 5-6 min manat köçürərək mənimsəyirlər.
Daha bir məlumata görə, pullar şirkət rəhbərliyində olan çoxlu sayda şəxsiyyəti məlum olmayan “işçilər”in adlarına kartlara vurularaq çıxarılıb.

Bu maxinasiyalara, maliyyə fırıldaqlarına getməyən işçilər, mühasiblər “maddə ilə işdən qovulmaq”la şantaj olunurlar. Onlardan biri də Fuad adlı mühasibdir ki, hal-hazırda şirkət rəhbərliyi tərəfindən şantaj olunur.

Bir sözlə, “UPSİLON” şirkətində özbaşınalıq baş alıb gedir, dövlətin qanunları sayılmır, işçilərin hüquqları tam şəkildə pozulur.
Şirkətin boclu qalmadığı şirkətləri isə barmaqla saymaq olar. “Mətanət A”, “Kontakt Home” və bu kimi böyük şirkətlər “Upsilon” MMC-dən narazıdır, hətta məhkəməyə müraciət ediblər.

Etibarlı mənbədən aldığımız məlumata görə, şirkət rəhbərliyi “uzaqgörənlik edərək” bütün əmlaklarını öz adlarından çıxarıb qohumlarının adlarına yazdırıb ki, həbs olunsalar, heç nə əllərindən alınmasın, müsadirə olunmasın.

Şirkət rəhbərliyi artıq arendaya götürdüyü ofisdən qovulub, özləri isə qaçıb gizləniblər, telefonlara da cavab vermirlər.

Məsələni diqqətdə saxlayacağıq.

İnterpress.az
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025  “Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...

Dünyapress TV

Xəbər lenti