Ardını oxu...
Nəsimi rayonu, İmran Qasımov küçəsində piyadalar üçün nəzərdə tutulmuş səki zəbt olunub. Belə ki, səkidə maşınların park edə bilməsi üçün xətlər çəkilib.

Piyadalar yaranan vəziyyətdən narazıdırlar. Onlar özlərini təhlükəyə ataraq maşın yolu ilə getməli olduqlarını bildiriblər.

Qarşısında xətlər çəkilən obyekt sahibi isə kim tərəfindən və nə vaxt bu işin edildiyindən xəbəri olmadığını deyib.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, mövzu nəzarətə götürülüb və araşdırılacaq.

Ətraflı ATV-nin süjetində:

 
Ardını oxu...
400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi "Lokal Group" MMC satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, şirkət Agentliyin təsərrüfat mallarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 399 999,51 manatdır.

"Lokal Group" MMC dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdən biridir. 10 manatlıq nizamnamə kapitalı ilə yaradılan şirkətin qanuni təmsilçisi Səlimov Rövşən Səlim oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

"Lokal Group"un saytında şirkət belə təqdim edilir:

"Lokal Group" infrastruktur, sənaye və kommersiya tipli layihələr üzrə ixtisaslaşmış peşəkar bir şirkətdir və təməlini memarlıq dizayn və inşaat xidmətlərindən quran və İnşaatın əsas biznes elementlərini özündə təşkil edən Məhdud Məsuliyyətli Cəmiyyətdir. "Lokal Group" idarəetmə strukturu, kommersiya, podrat və tikinti prosedurlarına tam nəzarət nəzarət etməklə idarəetmə sistemini bir çətir altında birləşdirir".

Göründüyü kimi "Lokal Group" inşaat və dizayn şirkətidir. Şirkətin icra etdiyi layihələr də əsasən bu sahə ilə bağlıdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin keçirdiyi tenderdən isə məlum olur ki, qurum şirkətdən aftafa-duş, çəkic, dırmıq, bel, slikon çubuq, baxıl, bağ qayçısı, karton stəkan, camaşır asmaq üçün sancaq və s. bu kimi təsərrüfat malları alacaq.

"Lokal Group" MMC ilə bağlı maraqlı faktlardan biri də şirkətin adına Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında rast gəlinməməsidir. Vergi ödəyiciləri üzrə axtarış sisteminə şirkətin adını, yaxud da VÖEN-ni daxil etdikdə belə kommersiya qurumunun mövcud olmadığı barədə qeyd çıxır.
 
Ardını oxu...
Pambıqçılar arasında kütləvi narazılıq -"Pambıqcı fermerlər hələdə ümidlirlər ki, yanacağın qiymətinin qalxmasına görə bəlkədə pambığın qiymətinidə 5 və ya 10 qəpik artıralar. Bu arada "Aqrotest" MMC adlı bir şirkət ortaya cıxıb və fermerlərə müraciət edir ki, torpaqlarınızı analiz etdirin. 50 hektar müqavilən varsa, hər 5 hektara bir analiz və biri 25 manat pulu edir. Buda fermer ücün yeni bəla".
Pambıqçılar arasında kütləvi narazılıq -
Gundeminfo.az xəbər verir ki, bu sözləri sosial şəbəkələrdə Sabiirabad rayonundan olan tanınmış pambıqçı-fermer Əfras Əsgərov yazıb.
Ardını oxu...
Ə.Əsgərov daha sonra qeyd edib ki, test etdirməyənlər məhsula görə subsidiya ala bilməyəcək.
Pambıqçılar arasında kütləvi narazılıq -
Daha sonra fermer Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək baş verənlərə münasibət edərək baş verənlərə rəsmi münasibəət bildirmələrini xahiş edib.

Daha sonra Əfras Əsgərov Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının (APİA) İdarə Heyyətinin sədri Fərid Firudinova müraciət edərək yaranmış vəziyyətlə bağlı yardımçı olmasınnı da istəyib.
Ardını oxu...
Fotoda ağ pencəkdə Fərid Firudinov

Gundeminfo.az olaraq apardığımız araşdırmalar zamanı məlum oldu ki, həqiqətən də Aqrotest MMC öz rəsmi veb saytında torpaqların analizi ilə bağlı icbari qayda müəyyən edib. Hər 5 hektar üçün 27 manat məcburi torpaq analizlərii ilə bağl xüsusi bölmə də yaradılıb.

Maraqlıdır ki, subsidiyaların ayrılması üçün torpaq analizlərinin verilməsini məcburi olmasına dair hər hansı bir rəsmi məlumata rast gəlmək mümkün deyil. Subsidiylarn verilməsi qaydaları müvafiq olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara və normativlərə əsasən həyata keçirilir.

Aqrotest MMC kimindir? Kənd Təsərrüfatı Nazirliyi subsidiyaların təyinatı ilə bağlı yeni qaydalar, yəni topaqların analizinin aparılması tələbi irəli sürübmü?
Ardını oxu...
Bu suallara cavab tapmağa çalışacağıq.

Mövzu ilə bağlı qarşıı tərəfiin də mövqeyini dinləməyə hazırıq.
 
Ardını oxu...
Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi deratizasiya və dezinseksiya işlərinin satınalınması üzrə 17.05.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “UNİDEZ CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 69.384 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 02.08.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Bundan başqa satınalmaların vahid internet portalına 06.10.2023-cü ildə yerləşdirilmiş məlumatlarda Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi ilə “UNİDEZ CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında deratizasiya və dezinseksiya işlərinin satınalınması üzrə daha bir satınalma müqaviləsi bağlanıldığı göstərilir. Bu müqavilənin qiyməti 34.623,64 manat təşkil edib.

Qey edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin vahid reyestri məlumatlarında MMC-nin müvafiq sahə üzrə tələb olunan lisenziya və icazələri haqqında heç bir məlumat yoxdu.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “UNİDEZ CENTER” MMC (VÖEN 1002159401) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.06.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, SEYMUR ORUCOV , ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sucayev Zaur Alif oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədova Samirə Əjdər qızı olub. Onu 2022-ci ilin mart ayından sonra Sucayev Zaur Alif oğlu əvəzləyib.

“UNİDEZ CENTER” MMC-nin rəsmi veb səhifəsində bildirilir ki, MMC sanitar-epidemioloji sahəyə aid dezinfeksiya, dezinseksiya, və deratizasiya xidmətləri göstərir. Dezinfeksiya şirkətimiz böyük potensiala və təcrübəyə malik, peşəkar mütəxəssislər ilə fəaliyyət göstərir. Dezinfeksiya şirkətimiz Unidez Center MMC olaraq 2011-ci ildən rəsmi qeydiyyata alınmışdır. Səhiyyə Nazirliyi tərəfindən müvafiq lisenziya ilə təmin olunmuşdur.

Amma daha ətraflı araşdırdıqda şirkətin potensialının qeyd etdikləri kimi heç də böyük olmadığı üzə çıxdı. Belə ki, “UNİDEZ CENTER” MMC -nin uyğunluq göstəricilərinə tam cavab vermədiyi də tərəfimizdən aşkar edilmişdir ki, bu da Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin satınalma proseduru zamanı qanunsuzluqlara yol verdiyini təsdiq edir. Bu elə Bakı Dövlət Universiteti kimi başqa bir ciddi dövlət qurumun keçirdiyi satınalma prosedurunda öz əksini tapıb.

Araşdırdıqda məlum oldu ki, Bakı Dövlət Universiteti tərəfindən 27.06.2024-cü il tarixində “sanitariya-epidemioloji xidmətlərin satın alınması” məqsədilə dövlət satınalmalarının vahid internet portalında elan edilmiş 87811 nömrəli satınalma prosedurunun nəticələrinə əsasən təchizatçılardan “UNİDEZ CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti “satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması” meyarı ilə bağlı şərtlər toplusunda tələb olunan sənədlər təqdim edilmədiyi və “satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması”, “işçi qüvvəsi” meyarları ilə bağlı şərtlər toplusunda göstərilən tələblərə uyğun olmadığı üçün tender müsabiqəsindən kənarlaşdırıb.

Məlumat Bakı Dövlət Universiteti tərəfindən dövlət satınalmalarının vahid internet portalına 11.09.2024-cü il tarixdə yerləşdirilib. Bu məlumat isə “UNİDEZ CENTER” MMC-nin maliyyə imkanlarının və ödəmə qabiliyyətinin, müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, işçi qüvvəsinin olmamasını bir daha təsdiq edir.

Belə olan halda suallar yaranar. Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin Satınalma Komissiyası satınalma müqaviləsi bağlayarkən “UNİDEZ CENTER” Məhdud Məsuliyyətli Cəmiyyətininn uyğunluq göstəricilərinə cavab vermədiyinə niyə göz yumub? “UNİDEZ CENTER” MMC-nin maliyyə imkanları və ödəmə qabiliyyəti, müvafiq sahədə peşəkarlığı və təcrübəsi, işçi qüvvəsi halda MMC necə qalib seçib? Bütün bunlar MMC-nin təqdim etdiyi bir sıra sənədlərin saxtalaşdırıldığını deməyə ciddi əsaslar verirmirmi?

Bütün bu kimi suallara aydınlıq gətirilməsi məqsədi ilə Qaradağ Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin Satınalma Komissiyasına ünvanladığımız sorğu məktubuna verilən cavabda bildirilir ki, “bildiririk ki, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi deratizasiya və dezinseksiya işlərinin satınalınması məqsədilə katirovka sorğusu metodu ilə tender keçirmiş və bu baradə yekun protokola baxılaraq təsdiq edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 17.07.2024-cü il tarixdə müraciət etmişdir. Satınalma prosesi Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası qanununun tələblərinə riayət etməklə həyata keçirilmiş, iddiaşı təşkilatlardan tələb olunan bütün zəruri sənədlər yalnız portal vasitəsilə təqdim edilmişdir. Tələblər içərisində maliyyə imkanlarının, müvafiq sahədə peşəkarlıq və iş təcrübələrinin, işçi qüvvəsinin olması, son illər yerinə yetirdikləri iş və xidmətlər haqqında məlumatlar və digər zəruri sənədlər tələb olunmuşdur ki, bunlar da tələblərə uyğun portalda yerləşdirilmişdir. Tam elektron qaydada keçirilən satınalma prosesinin yekun protokolu nəzarət orqanı tərəfindən yoxlanaraq 31 iyul 2024-cü il tarixli, AİBNDXİSQ-5944/2024 nömrəli qərar ilə təsdiq edilməsi barədə rəy verilmiş və dövlət satınalmaları vahid internet portalında yerləşdirilmişdir. Məhz bundan sonra müvafiq xidmət üzrə tərəfimizdən “Unidez Center” MMC ilə müqavilə bağlanmış və təsdiq edilmiş qrafik üzrə xidmətləri həyata keçirilir.”

Qeyd edək ki, MKTİB-in bu cavabı ortaya daha bir neçə sual çıxarır. Cavab məktubunda qeyd edildiyi kimi tam elektron qaydada keçirilən satınalma prosesində necə olur ki, Bakı Dövlət Universitetinin Satınalma Komissiyası MMC-nin müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması”, “işçi qüvvəsi” meyarları ilə bağlı şərtlər toplusunda göstərilən tələblərə uyğun olmadığını görür, amma Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həmin MMC-nin uyğunluq göstəricilərini nəzərə almadan qalib seçilməsinə rəy verir.

İndi burada kimə inanasan? Sanitariya-epidemioloji xidmətlərin, yəni deratizasiya və dezinseksiya işlərinin satın alınması məqsədilə satınalma keçirən iki dövlət qurumundan hansına? MMC-ni müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması”, “işçi qüvvəsi” meyarları ilə bağlı şərtlər toplusunda göstərilən tələblərə uyğun olmadığı üçün tender müsabiqəsindən kənarlaşdıran dövlət qurumuna, yoxsa bu çatışmazlıqlara baxmayaraq MMC-ni nəzarət orqanının rəyi ilə qalib seçən digər dövlət qurumuna.

Göründüyü kimi Qaradağ Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi tərəfindən keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr çoxdu. Bəs bu şübhələr haradan qaynaqlanır?

Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir. İcra başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin rəisi isə Namizəd İsmayılovdor. Ötən vəzifəsindən kənarlaşdırılsa da, bir neçə ay əvvəl yenidən həmin vəzifəyə təyin olunub. “Unidez Center” MMC-nin də Qaradağ rayonunda yerləşdiyini nəzərə alsaq şübhələrin haradan qaynaqlandığını görmüş olarıq.
 

Ardını oxu...
"Sabunçuda Azərbaycan tarixində misli bərabəri olmayan biabırçılıq yaşanmaqdadır". Bu barədə Dia-as.İnfo-ya göndərilən məqalədə deyilir. Məqalə müəllifi daha sonra yazır: "Belə ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bir neçə aydır ki, yeni “yığım kampaniyası”na başlayıb. Rayon ərazisindəki bütün torpaqları son qarışına kimi sataraq 100 milyonlarla vəsait əldə edən Adil Vəliyev, bugünlərdə vətəndaşların əmlakına kütləvi şəkildə əl qoymağa başlayıb. Belə ki, həyət evlərində məskunlaşan, habelə torpaq üzərində yardımçı təəsrrüfatı, obyekti, qarajı olan şəxslərdən bu torpaq və obyektlərin sənədini tələb edən icra hakimiyyəti, sovet dönəmindən qalan sənədləri tanımadığını bildirib. Ələkbər adlı məmur-qoçunu yeni yığım kampaniyasına rəhbər təyin edən Adil Vəliyev, bəyan edib ki, artıq SSRİ mövcud olmadığı üçün sovet dövründə verilən bütün mülkiyyət şəhadətnamələri öz hüquqi əhəmiyyətini itirib. Buna görə də icra hakimiyyətinin həmin obyektləri qanunsuz tikili kimi sökmək, torpaq sahələrini isə müsadirə etmək hüququ mövcuddur.
İcra hakimiyyəti tərəfindən irəli sürülən bu absurd iddia vətəndaşların ciddi etirazına səbəb olub. Xüsusilə də, obyekti sökülən vətəndaşlar bunu xüsusi mülkiyyətə, eləcə də mülkiyyət azadlığına qarşı qəsd kimi dəyərləndirib. Vətəndaşlar qeyd edir, icra hakimiyyəti əlində sovet dönəminə məxsus mülkiyyət sənədi olan şəxslərə bildirir ki, söküntü və müsadirə prosesinin qarşısını almağın yalnız bir yolu var. Bu yol da vətəndaşın həmin ərazi və ya obyekt üçün icra hakimiyyətinə pul ödəməsindən keçir. Başqa sözlə desək, Sabunçu Rayon İcra Hakimiyyəti vətəndaşı sahibi olduğu torpaq və obyekti yenidən almağa məcbur edir ki, bu da vətəndaşın mülkiyyət hüququna təcavüzdən başqa bir şey deyil. Vətəndaşlar bütün əlaqədar qurum və yetkililəri Adil Vəliyevin qanunsuz əməllərinin qarşısını almağa çağırır və ümid edirlər ki, gec də olsa Sabunçu Rayon İcra Hakimiyyətinin biabırçılığının qarşısını almaq üçün əməli addımlar atılacaq".
Ardını oxu...
“Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi “çirkab suların və tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi” üzrə 25.07.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurduğunu 16.09.2024-cü ildə elan edib və “PEARL SERVIS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 70.292,6 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Şərtlər toplusuna görə qalib şirkət çirkab suların və tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi – 7 №li BŞX-da Maştağa qəsəbəsində 100 tonluq şambonun çirkab suyunun mütəmadi təmizlənməsi, nasos vasitəsilə çirkab suyun iri su çənlərinə və çirkab qalıqlarının kürüməklə yük maşınına yığılması yolu ilə ən azı 40 km məsafəyə daşınaraq məhv edilməsi üçün Ən azı 10 tonluq su çəni olan 2 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsilə gün ərzində ən azı ortalama 2-3 dəfə olmaqla, mövsümlə və yağıntının çox olması ilə əlaqədar olaraq, xüsusən də yaz, payız və qış mövsümlərində (ilin 8 ayında – ortalama 242 gün) gün ərzində ən azı 3 dəfə, yay mövsümündə (ilin 4 ayı – may, iyun, iyul, avqust – ortalama 123 gün) isə ən azı 2 dəfə olmaqla daşınmalar həyata keçirilməlidir.

Amma gəlin görək 70 min manat dəyərində dövlət sifarişi almış bu şirkət hansı sahə üzrə ixtisaslaşıb, daha əvvəllər nə kimi işlər görüb, “Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sifarişini yerinə yetirmək iqtidarındadırmı?

MMC 22.05.2023-cü ildə Penitensiar Xidmətn 15 saylı cəzaçəkmə müəssisəsi ilə yumşaq inventarların satınalınması üzrə 29.980 manat, Lerik rayon Yaşillaşdirma İdarəsi ilə güllərin və ağac kollarınin alınması üzrə 30.879,12 manat, Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə İnzibati binasının həyətyanı sahəsinin abadlaşdırılması və su xəttinin çəkilməsi xidmətləri”nin satın alınması üzrə 8.995 manat, “Sabunçu Tibb Mərkəzi” ilə digər kommunal xidmətlər üzrə 57.876 manat, Azərbaycan Respublikasının Milli Məclisi ilə yolluq xalçaların satın alınmasını üzrə ümumi olaraq 6 satınalma müqavilələri bağlayıb.

Göründüyü kimi MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə tender və kotirovka sorğularının qalibi olub. Bəs MMC nə vaxt və harada yaradılıb?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PEARL SERVIS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.04.2023-cü il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının QƏBƏLƏ RAYONU, KİÇİK PİRƏLİ, qanuni təmsilçisi kimi isə Yusibova Lütviyyə Şöyüb qızı qeyd olunub.

Mərkəzi Seçki komissiyasının seçicilərin siyahısına daxil edilmiş məlumatlarında Yusibova Lütviyyə Şöyüb qızının 1962-ci il tarixdə anadan olduğu, Qəbələ rayonu Kiçik Pirəli kəndində daimi pasport qeydiyyatında olduğu göstərilir.

Göründüyü kimi Qəbələ rayonunun ucqar bir kəndində bir xanımın qanuni təmsilçisi olduğu bir MMC dövlət müəssisələrinə ayrı ayrı lotlar üzrə xidmətləri göstərir. Açıq mənbələr üzərindən apardığımız araşdırmada MMC -nin qanunun tələb etdiyi kimi müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə heç bir məlumat tapa bilmədik.

Amma burada Aktualinfo.org-un ötən həftə yaydığı məqaləni bir daha yada salmaq istərdik. Xatırladaq ki, ötən həftə Qəbələ rayonunun Kiçik Pirəli kəndində dövlət qeydiyyatına alınmış “NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin son aylarda qazandığı satınalmalara toxunmuşduq. Sözügedən MMC-nin qanuni təmsilçisinin, Yusibova Rəhimə Rəhman qızı evdar bir qadın olduğunu yazmışdıq. Çox güman ki, “PEARL SERVIS” MMC-nin qanuni təmsilçisi Yusibova Lütviyyə Şöyüb qızının Yusibova Rəhimə ilə qohumluqları var və o da evdar qadındı. Çox güman ki, bu iki evdar qadının “biznesini” Bakıda idarə edən bir nəfər də məmur var.

Aktualinfo.org
 
Ardını oxu...
Azərbaycanda əksər dövlət layihələrindən narazılıq var. Bunun bir səbəbi odur ki, heç bir layihə ictimai müzakirədən keçmir, insanların fikri öyrənilmir. İşğaldan azad olunan ərazilərdə evlər tikilir, amma rayon ziyalılarından, ağsaqqallarından, elə gənclərin özündən soruşan yoxdur ki, yeni rayonunuzu, kəndinizi, evinizi, necə görürsünüz?
Bu gün Yeni Qarabağın layihəsini bir gün Qarabağda olmayanadamlar, avrotəhsillilər cızır. Onlar da selin hardan gəldiyini, küləyin hayandan əsdiyini, əkini harda əkərlər, qoyun quzunu harada otararlar bilmədən “çertyoj” çəkirlər. Ona görə də nəticədə kəllə-mayallaq vəziyyət yaranıb. Qubadlıda, Cəbrayılda və digər rayonlarda kənd evlərinin əksəri ikimərtəbəli olub. Birinci mərtəbədən əsasən “əl damı” kimi istifadə olunub. Kəndçi əkdiyi, biçdiyi məhsulu, qış azuqəsini birinci mərtəbəyə yığardı, yuxarıda da özü qalardı. Amma indi Qubadlının Mahruzlu kəndində ev tikiblər, evlər yerlə birdir. Kənd evini də elə tikərlərmi? Özü də yalın ətəyində, dərənin dibində, selənlikdə o cür evmi olar? Bu adamlar bir iki cərgə kubikə qənaət ediblər, yoxsa avropa təhsilli, Qarabağdan xəbərsiz memarların çəkdiyi layihə elə budur? Hər nədirsə, ortada olan, tikilən evlər göz qabağındadır…
İndi sorğu sual etsən deyəcəklər ki, bəs ağsaqqallar şurasının rəyini də öyrənmişik. Hansı ki, o ağsaqqallar şurasının üzvləri icra başçısının, yaxud o biri məmurların tapşırığı ilə “dejurnı ziyalı” obrazında çıxış etməkdən başqa iş görmürlər. Heç kim inciməsin, olanı yazıram. Ola bilsin ki, məsələ bir az böyüsə, o ağsaqqalları yenə üstümüzə qaldırıb “sən hələ uşaqsan, belə şeyləri bilməzsən” kimi bəyanat da verdirsinlər. Amma kimsə üstümüzə kəmçirəcək deyə doğrunu yazmaqdan geri durası deyilik.
Bir müddət əvvəl Cəbrayılda aparılan tikinti ilə bağlı da fikrimi yazmışdım. Narazılığım o idi ki, yer qıtlığı olmaya-olmaya niyə binalar yaxın tikilib. Köhnə Cəbrayıl şəhərinin kiçik də olsa, modelini yaratmaq olmazdımı?
Amma Cəbrayılda tikilən binaların bir-birinin qarnına girdiyini yazanda da üstümə yüngül səlib yürüşü oldu.
Guya mən o boyda qələbəni görmürəm. Vallah, yazdıqlarıma ağız büzənlərin əksəriyyətinin vətənpərvərliyi, milli heysiyyatı mənim qarşımda diz çöküb tövbə edər, yəni, o qədər cılızdırlar.
Mən minlərlə qəhrəmanımızın, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, ordumuzun şücaəti hesabına işğaldan azad olunan Qarabağımızda hər şeyin ən gözəlini arzulayıram, istəyirəm, belə haqqım da çatır ki, tələb edəm.
Bu tələbi Ali Baş Komandan, Dövlət başçısı da edir. Min bir dəngə quraraq, iqtisadi siyasət apararaq, milyonlar nədi, milyardlar ayıraraq azad olunan torpaqlarımızda cənnətməkan qurmağı əsas hədəf qoyub. Amma… İş icraçıları nə qələbəyə, nə də qələbədən sonrakı siyasətə uyğun davrana bilmirlər.
Nə etməli? Etməli çox iş var. Ən azı, kadr siyasətinə, kadr seçiminə, iş prinsiplərinə yenidən baxmaq olar. Mənim belə səlahiyyətim yoxdur. Gücüm gördüyümü, doğru bildiyimi yazmağa çatır, onu da edirəm.
Bir onu təvəqqe edirəm, ya da bir başa tələb edirəm: Şəhid qanıyla müqəddəsləşən Qarabağ torpaqlarında haram iş görməyin, vicdanla çalışın. Ordan haram yolla qazanılan, oğurlanan, mənimsənilən hər manatda minlərlə şəhidin qanı, yüz minlərin ahı, milyonların haqqı var…
Zaur Əhməd
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Yeni tədris ilinin başlaması ilə ölkənin təhsil ocaqlarında yaradılan problemlərlə bağlı çoxsaylı şikayətlər gəlməkdədir.

AzFakt.com xəbər verir ki, problemi olan tədris ocaqlarından biri də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Tərəqqi" texniki-humanitar liseyidir.

Əldə etdiyimiz məlumata görə, "Tərəqqi" texniki-humanitar liseyində sinif otaqları pulla satılır. Belə ki, tədris ili başlayan kimi liseydə fəaliyyət göstərən 2c sinifi istifadə etdiyi sinif otağından çıxarılaraq, heç bir təmiri olmayan, qapısı qırıq olan, paltar şkafı olmayan otağa yerləşdirilib.

Bəzi valideynlər iddia edirlər ki, 2c sinifinin otağı rus dili bir sinifinə satılıb. "Tərəqqi" texniki-humanitar liseyində sinif otaqlarının satışı direktorun tədris işləri üzrə müavini Mətanət Zeynalovaya həvalə edildiyi bildirilir. Liseydə bütün pul məsələlərinə Mətanət xanım nəzarət etdiyini bilməyən yoxdur.

2a sinifinin və 6-cı sinifin rəhbəri, ibtidai siniflərin "zavuçu" işləyən Mətanət Zeynalova direktor Nasim Abışovun ən yaxın adamı kimi tanınır. Valideynlərin digər narazılığı isə ibtiadi sinif şagirdlərinə məcburi qaydada test satılmasıdır. Bildirilir ki, Mətanət Zeynalovanın göstərişi ilə satış məntəqlərində qiyməti 7 manat olan testlər şagirdlərə 30 manata satdırılır.

Valideyinlər qeyd edirlər ki, şikayətləri ilə bağlı "Tərəqqi" texniki-humanitar liseyinin direktorunun qəbuluna getdikləri zaman Nasim Abışov onlara müxtəlif aşağılayıcı sözlər deyir. Direktor açıq şəkildə bildirir ki, çox şikayətçi olsalar sinifi ləvğ edib bağlayacaq. Liseydə baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyinə şikayət edəcəklərini deyən valideynlərə diektorun cavabı isə "əliniz hara çatırsa, kimə istəyirsinizsə, gedib şikayət edin...".

Görünür Nasim Abışov himayədarlarına o qədər arxayındır ki, "Tərəqqi" texniki-humanitar liseyində baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyinə ediləcək şikayətləri belə ciddiyə almır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Ardını oxu...
Qazax rayon Dövlət Sosial-İqtisadi Kollecin Direktoru Elşad Quliyev Direktoru olduğu Kolleci sanki ata-babasından qalmış əmlak kimi istifadə edir.

Qalmaqallardan başı açılmayan Elşad Quliyev növbəti dəfə qanunları çeynəməklə məşğuldur.

Dia-az.İnfo bildirir ki, Yerli.media-ya daxil olan məlumatda iddia edilir ki Kollecdə fəhlə və xadimə ştatında olan bir çox işçilər özlərinə aid olan vəzifəni yerinə yetirmək əvəzinə bütün günü kabinetdə əyləşirlər. Dövlətdən hər ay maaş alan bu şəxslər vəzifələrini icra etmək əvəzinə niyə kabinetdə əyləşirlər? Görəsən maraq nədir?

"Yəqin ki, Elşad Quliyev işçilərə qıymayıb onları yormaq və yaxud "əziyyət" vermək istəmir?"

Saytımıza verilən digər məlumatda iddia edilir ki, Kollecinin qanuni sürücü ştatı olsa da Elşad Quliyev avtomobili qohumlarının birinin adına yazdırıb və əməkhaqqı kartını mənimsəmək yolu ilə avtomobili özü idarə edir.

Maraqlıdır ki, Dövlətəin qanunlarına əməl etməyən və qanunları heçə sayan Elşad Quliyev günü bu gündə vəzifə başındadır.

Bu qədər özbaşınalığa və qanunsuzluğa yol verən Elşad Quliyev görəsən kimə güvənir və yaxud arxasını kimə, hansı güvəndiyinə "krişasına" söykəyib?

Sosial şəbəkədə eləcə də rayona məxsus qrup və səhifələrdə araşdırma apardığımız zaman qarşımıza qəribə iddia çıxıb. Belə ki, Kollec direktoru Elşad Quliyevin Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya arxalandığı yazılıb. İddiaya görə direktorun kollecdə "at oynamasına" səbəb də odur...

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi keçirilən monitorinqlər çərçivəsində Agentliyin nümayəndələri 28-29 mart tarixlərində Qazax və Tovuz Dövlət Sosial-İqtisadi Kolleclərində olublar.

Monitorinq zamanı gözdən pərdə asmaq üçün aylığa buraxılmış tələbələr hamsı dərsə gətizdirilib amma monitorinq bitdikdən sonra yenidən köhnə vəziyyət yaranıb.

İddia edilir ki, 100 nəfərə yaxın tələbə aylığa buraxılıb. İddaya görə, Hər aylığa buraxılan tələbə bir smestr üçün direktor Quluyevə 1000 azn pul verir.

İstər sosial şəbəkədə, istərsə də bəzi media orqanlarında gedən məlumatlara görə, tələbələrin təhsil haqqı hesabına formalaşan kollecin xüsusi hesabına yığılan 100 minlərlə vəsait direktorun müxtəlif yollarla etdiyi maxinasyalarla kotirovka edilib mənimsənilir. Halbuki həmin xüsusi hesabdan kollecin müəllimlərinə ildə bir neçə dəfə premya verilməlidir (məsələn 5 okyabr müəllim günü,8 mart beynəlxalq qadınlar günü və.s). Lakin demək olar ki buna əməl edilmədiyi qeyd edilib.

Elşad Quliyevin "şahmatvari oyunlarının" bununla bitmədiyi iddialar arasındadır.

Belə ki, iddialara gorə kollec direktoru özünü biznes sahəsində də sınayıb və çox da uğurlu, davamlı gəlirlər əldə edib.

Qazaxda Qeydiyyat şöbəsi, Hüseynbəyli kəndinə gedən yolun kənarında, altı mağaza, üstü kafe kimi fəaliyyət göstərir. Digəri isə yeni tikiməkdədir. Bundan əlavə, Qazax rayonu Cannallı kəndində (Azpetrolun yanı) yeni məhlədə dəbdəbəli villa, bakı şəhərində iki ədəd ev və iki ədəd "Mercedes" markalı minik avtomobili. Maraqlısı bundadır ki, obyektlərin hər biri onun ailə üzvlərinin adına sənədləşdirildiyi bildirilir.

İddiaya görə, Elşad Quliyevin həyat yoldaşı məktəblərin birində təlim-tərbiyə müəllimi vəzifəsində çalışsa da, bir neçə ay bundan əvvəl məktəbdən kənərlaşdırılmış və hal-hazırda isə işə qayıtdığı bildirilir. Bu barədə daha ətraflı növbəti araşdırmalarımızdan sonra...

Məsələ ilə bağlı istər Elşad Quliyevin özünə, istərsə də kollecin rəsmi email-nə suallar ünvanlasaq da suallarımız cavabsız qaldı.
Ardını oxu...
Azərbaycan təhsili "Ac hərflər" teletamaşasına oxşayır. Bu sistemdə acgözlük, tamahkarlıq iyrəndirir. Çünki müəllim adından bəhs olunur. Müəllim ziyadır, işıqdır, dəyərdir deməklə olmur, indi məktəb direktorları, sinif rəhbərləri lombard biznesinə girişib, sələmə pul verir, valideyn komitələrinin əli ilə 5 oktyabr və 8 mart pulları yığdırır, sinif otaqlarını təmir etdirir, təbaşirdən tutmuş silgiyə qədər, jalüzdən lampaya xərcini valideynlərdən çıxarır. Belə iyrənc, üfunət qoxulu təhsil sistemi olarmı? O direktora, o müəllimə kim hörmət qoyar? Hələ onların seçki saxtakarlıqlarında iştirakı da bir ayrı ikrah hissi doğurur. Və kimsə sual verəndə ki, Misir Mərdanovdan bura nə dəyişib, birmənalı şəkildə demək olar - HEÇ NƏ!
Hətta Misir Mərdanov fizik, elm adamı olduğu üçün ən azından təhsilin keyfiyyətinin nə olduğunu yaxşı bilirdi. Ondan sonra Mikayıl Cabbarov, Ceyhun Bayramov, indi də Emin Əmrullayev təhsilə bər-bəzək, kosmetika belə gətirə bilmədilər. Sonuncu nazir isə təhsildə olan biabırçılıqlara hər dəfə bir don geyindirir. Cənab Emin Əmrullayev, eybəcərliklərə don biçmək lazım deyil, təhsilin donunu dəyişmək lazımdır...
Baxın: İmişlidə müəllimə ilk tədris günü küçədə şagirdlər üçün yerə palaz sərib dərs keçir, başqa bir yerə İradə müəllimə söhbəti çıxır, bütün sosial media məsxərəyə qoyur, ardınca bəlli olur ki, məktəbin birində dərs başlamamış jalüz pulu istənilir; hələ bizim öz çevrəmizdə, tanış-tunuş, qohum-əqraba içərisində nə qədər şikayətlər, narazılıqlar var - kimisi deyir ki, indidən mayda keçiriləcək ibtidai siniflə vida tədbiri üçün pul yığılır, kimisi danışır ki, sinifdə hər şagirddən 10 manat təmir pulu yığılır, kimisi dövlətin təmin etdiyi dərs vəsaitlərindən əlavə müəllimlərin valideynləri xərcə salıb yenilərini aldırmasından giley-güzar edir, kimisi də 5 oktyabr Müəllim Günü üçün neçə manatdan pul toplanmasını müzakirə edir. Nazirlik deyə bilməz ki, konkret hansı təhsil ocağından söhbət gedir, total şəkildə bu hallar mövcuddur. Valideynlərin üzərinə də məsuliyyət qoyula bilməz, çünki valideyn komitəsinin rəhbəri sinif rəhbərinə "işləyir", o da direktora. Bir piramida var və hansı sinif zəif hədiyyə verəndə sir-sifət sallayırlar, mıs-mırıq edirlər. Bu qədər sadə, bu qədər açıq, bu qədər rüsvayçılıqlarla dolu təhsil sistemimiz var. Amma Qərb sisteminə əla bələd olan nazir Emin Əmrullayev bu illər ərzində heç bir genişmiqyaslı islahat həyata keçirməyib. Misir Mərdanov dövründə hansı biabırçı ənənələr var idisə, indi də yaşadılır. Hərçənd dünya dəyişir, 2024 başa çatır, müasir trendlər meydana çıxır, texnoloji inkişaf təhsil sisteminə fərqli töhfələr verir, Çin, Vyetnam, Sinqapur, Norveç, Finlandiya, Kanada və bu kimi ölkələr təhsildə xariqələr yaradır, ən yeni nəsil yüksək səviyyədə yetişdirilir, amma biz qalmışıq sanki at-araba dönəmində, Sabir demiş, "özgələr göydə balonlarda gəzir", Azərbaycan məktəbləri isə Əmirullayevin rəhbərliyi altında pul, pul, pul haqda düşünür. Yəni bir addım da irəliləyiş yoxdur. Bu il ali məktəblərə qəbul sayında yüksək nəticəyə də aldanmayın. Əvvəla, repetitor hesabınadır, ikincisi, ballar elə aşağıdır ki, oxumayıb 250 bal yığan da hansısa universitetə qəbul olunur. Ona görə də geridəqalmış təhsil sistemində köklü islahatlar olmasa, sələmçi direktorlar və qızıl alverçisi müəllimlərlə bu siyasət davam edəcəksə, bizim şikəst təhsilimiz qanqrena verməyə başlayacaq. Hörmətlər, cənab nazir!

Azər Talıbov
Anaxeber.info
 

Dünyapress TV

Xəbər lenti