Ardını oxu...
Dünən məlum olub ki, düz iki il əvvəl rüşvət almaqda təqsirli bilinərək həbs edilmiş Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Elgün Abdullayevin cəzası ağırlaşdırılıb.
"DİA-AZ" xəbər verir ki, ona Cinayət Məcəlləsinin 314-2.1-ci maddəsi ilə yeni iş açılıb. Həbsdə olan vəzifəli şəxsin Lənkəranda qanunsuz torpaq sahəsi ayırması, tikintiyə icazə verməsi və bu vasitə ilə şəhərdə 7 mərtəbəli bina tikilməsi üzə çıxıb.
Lənkəran Rayon Məhkəməsi yeni cinayət işi üzrə Elgün Abdullayevə hökm oxuyub. Hökmə əsasən, onun mövcud olan 8 illik həbs cəzası ağırlaşdırılaraq 8 il 6 ay edilib.
Bununla bağlı ilginc məlumat əldə etmişik. Mötəbər mənbə iddia edir ki, Elgün Abdullayevin cəzası təsadüf olaraq ağırlaşdırılmayıb:

"Bəllidir ki, heç bir baş memar tək yemir. Bu işdə Abdullayev də hazırda Lənkərana başçılıq edən Taleh Qaraşovsuz əlini ağdan-qaraya da vurmayıb. Əgər indi bu məsələyə qayıdılırsa, deməli, Qaraşovun durumu yaxşı olmayacaq".

Xatırladaq ki, elə iki gün əvvəl bir neçə rayonun icra başçısının dəyişdirilməsi planı ilə bağlı xəbər vermişdik. Onların içində Qaraşovun da adı var idi.
Ardını oxu...
Xəzər rayonunun Mərdəkan və Şağan qəsəbələrində kanalizasiya sisteminin olmaması ərazidə yaşayan sakinlərin rahatlığını pozub. Sərnişin avtobuslarının da keçdiyi qəsəbə yolları kanalizasiya sularının yığıldığı çirkab gölməçəsinə çevrilib. Hər yağış yağanda isə sözügedən ərazilərdə daha acınacaqlı mənzərə yaranır.

Bununla bağlı Bizim.Media-ya Mərdəkan qəsəbə sakinləri adından Rübabə Ağayeva şikayətlənib.

10 ildən çoxdur eyni problemdən əziyyət çəkdiklərini deyən şikayətçi yağıntılardan sonra Heybətqulu Məmmədbəyli küçəsinin yaxınlığındakı yolların bərbad vəziyyətə düşdüyünü, nəinki piyadalar, hətta avtomobillər üçün hərəkətin çətinləşdiyini deyib.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara rəsmi müraciət edilsə də, problem həllini tapmır. Daha doğrusu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözügedən ünvanda kanalizasiya sisteminin qurulmasına razılıq versə də, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yerin altından elektrik xətləri keçdiyini əsas gətirərək, qazıntı işlərinə icazə vermir.

Daha ətraflı videosujetdə:

 
Ardını oxu...
Əczaçılıq məhsullarının, dərman preparatlarının istehsalçısı “Fito Lab” ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Fito Lab” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Fito Lab”şirkəti ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 24 dekabr tarixində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Fito Lab” MMC-nin direktoru Qasım Həsənovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən İbrahim
 
Ardını oxu...
Xaçmaz rayon sakini Nəcəfov İbrahim Zahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, İcra hakimiyyətindən tikinti üçün icazə alsada sonradan ona problem yaradıblar.

“Mən, Nəcəfov İbrahim Zahir oğlu, yazaraq bildirirəm ki, 2024-cü ilin əvvəlində Xaçmaz rayon İcra Hakimiyyətinin Tikinti nəzarət şöbəsinin müdiri Kamil Gəncəliyev tikintiyə icazə sənədi verməsi üçün məndən 15 000 manat məbləğində (rüşvət) tələb etdi. Bu barədə lazımi qurumlara məlumat vermişəm. 1 dəfə Nazirlər kabinetində, 2 dəfə də Prezident Administrasiyasında olmuşam. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Nazim Rəcəbovun qəbuluna yazıldım, amma qəbul etmədi. Yəni bütün qurumlara yazmağıma baxmayaraq, məsələ ilə maraqlanan olmayıb.

Bir müddət keçdikdən sonra məni Xaçmaz rayon İcra Hakimiyyətinə dəvət etdilər. Orada icra başçısı Elnur Rzayevlə görüşdüm. Elnur Rzayev pul məsələsindən xəbərsiz olduğunu bildirdi. Bu işdə mənə kömək etməsi üçün 1-ci müavini Anar müəllimə göstəriş verdi. Anar müəllim isə şikayətimi geri götürməyimi təklif etdi. “Şikayətini geri götür, daha sonra köməklik göstəriləcək”, - dedi.

Mən də Xaçmaz rayon Polis şöbəsinə gedərək, İcra Hakimiyyətinin başçısı ilə razılaşdığımız, aramızda artıq problem olmadığı barədə izahat verdim. İşin gedişatı ilə əlaqəli daimi olaraq 1-ci müavin və şöbə müdiri Fuad müəllimə məlumat vermişəm.

Beləliklə, tikinti işləri yekunlaşmaq üzrə olanda, beton kəmərin töküldüyü gün Xaçmaz rayon Polis şöbəsinin PPX əməkdaşları gələrək bizi Xaçmaz rayon polis şöbəsinə apardılar. Şöbədə məndən tikintiyə icazə sənədini təqdim etməyimi isdədilər. Mən də tikintiyə qanuni icazəmin olmadığını, müavin Anar müəllimin icazə verdiyini bildirdim. Onlar mənə “ tikintiyə icazən olmadığı üçün səni 800 manat məbləğində cərimə edəcəyik”, - dedilər.

Mənə heç bir rəsmi xəbərdarlıq olunmadan, tikinti işlərinin dayandırılması ilə əlaqədər rəsmi məktub göndərilmədən barəmdə protokol tərtib etdilər və 395-ci maddəni yazdılar.

Hazırda tikinti işləri dayandırılıb, heç bir iş görülmür.

Ən maraqlısı odur ki, tikintiyə icazə veriləndən sonra niyə məhz sonda məni cərimə edirlər və tikintini dayandırmağımı tapşırırlar?! Bu tikinti aylardır gedir, lazımi qurumların hər birinin də xəbəri var idi.

Mən, sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, məsələ ilə bağlı mənə köməklik göstərsinlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə “GENERAL TƏCHİZAT VƏ SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti 10.12.2024-cü ildən etibarsız təchizatçıların siyahısına daxil edilib.

MMC-nin hansı səbəbdən bu siyahıya salınmasının səbəbi açıqlanmasa da təxmin etmək olar. Bunun üçün şirkətin fəaliyyətinə gözücü nəzər salmaq kifayət edər.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GENERAL TƏCHİZAT VƏ SERVİS” (VÖEN: 2008007161) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.05.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, NAXİMOV DÖNGƏSİ, ev 94, m. 2, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub.

Qeyd edək ki, MMC 2024-cü ilin iyun -dekabr aylarında ayrı ayrı dövlət qurumlarının keçirdiyi 11 satınalmanın qalibi olub.

MMC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi A.N.Heydərov Adına Sıravi vı Kiçik Rəis Heyyəti Hazırlayan Məktəbə 41.670 manat dəyərində avadanlıqlarının təmir xidməti göstəribsə, Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinə həm 4.938,5 manat dəyərində dəftərxana və təsərrüfat malları satıb, həm də 2.920 manat dəyərində maşın ehtiyat hissələri.

Bunlardan əlavə Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinə 5.549 manat dəyərində dəftərxana və təsərrüfat malları satan MMC Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə 5.310 manat dəyərində kondisionerlərin təmiri xidməti göstərib.

Daha sonra Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 11.546,3 manat dəyərində yaşıllaşdırma üçün tinglər satan MMC bu dəfə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 3.383 manat dəyərində azanxana avadanlıqlarının cari təmiri xidməti göstərib.

Sonra da MMC Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə 4.718,82 manat dəyərində müxtəlif xidmətlər, Dövlət Xəzinədarlıq Agentliyinin 17 saylı Regional Xəzinədarlıq İdarəsinə isə 1.150,5 manat dəyərində katriclərin doldurulması, ehtiyat hissələrinin dəyişdirilməsi xidməti göstərib.

Göründüyü kimi MMC 6 ayda ayrı ayrı sahələr üzrə keçirilmiş bir çox kotirovkaların sahibi olub. Bəs bu univarsal MMC bunları necə əldə edə bilib?

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Yusibova Rəhimə Rəhman qızı barədə artıq bir dəfə yazmışdıq. O, 1961-ci ildə anadan olub, Qəbələ rayonunun Kiçik Pirəli kəndində pasport qeydiyyatındadır. Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə Rəhimə Yusibova evdar qadındı. Amma bu evdar qadın həm də Qəbələ rayonunun Kiçik Pirəli kəndində dövlət qeydiyyatına alınmış “NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

Bu MMC isə 07.02.2023-cü il tarixdə dövlət qeydiyyatına alındıqdan cəmi dörd ay sonradan başlayaraq 2024-cü ilin iyun ayına qədər 27 satınalmanın qalibi olub. Buraya yaşıllıq sahələrinin saxlanılması üçün alət və avadanlıqların satın alınmasından tutmuş, dəftərxana və təsərrüfat mallarının, kütləvi bayram tədbirlərinin, təsərrüfat, tikinti və təmir mallarının, yumşaq inventarların, istehlakyönlü müxtəlif xidmətlərin, işçilər üçün geyim və alətlərin, şüşələrin yuyulması, mal-materialların satın alınmasına qədər bütün növ xidmətlər daxildir.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Yusibova Rəhimə Rəhman qızının qanuni təmsilçisi olduğu “GENERAL TƏCHİZAT VƏ SERVİS” və “NUR SUPPLIER” MMC-lərin qalib çıxdığı satınalmaların içində demək olar bütün xidmət növləri var. Düzdür, qanunla bir sıra malların alımasına lizenziya tələb edilmir, amma bir sıra xidmətlərin göstərilməsi üçün şirkətin qanunun tələb etdiyi qaydada müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması gərəkir. Amma Yusibova Rəhimə Rəhman qızının qanuni təmsilçisi olduğu MMC-lərdə bu barədə heç bir məlumat yoxdu.

Göründüyü kimi apardığımız kiçik bir araşdırmada bir nəfər məxsus MMC-lərin müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə onlarla satınalmanın qalibi olduğu üzə çıxdı. Təbii ki, bunu aidiyyatı qurumlar da görür. Odur ki, zamanı gələndə lazımi tədbirlər görürlər. Amma bu azdı. Burada MMC-ni idarə edən gözəgörünməzlər ortaya çıxarılmalıdır. Bu Qəbələnin Kiçik Pirlər kəndində yaşayan 63 yaşlı Rəhimə Yusibovanın işi deyil. Onun Bakıda oturub işlərini kim görür, o maraqlıdır. Bəlkə də Qəbələnin Kiçik Pirlər kəndində yaşayan bu qadının böyük biznesindən heç xəbəri yoxdu.

Aktualinfo.org
Ardını oxu...
Paşinyanın partiyasından deputat olan Ovik Ağazaryan mandatdan imtina edib. Buna səbəb Korrupsiyaya Qarşı Mübarizə Komitəsində onun kiçik mal-qara biznesinə sponsorluq etməsinin üzə çıxması olub. Davranış və hərəkətləriylə komandasının reputasiyasına ciddi xələl gətirdiyini etiraf edib və partiya yoldaşlarından üzr istəyib. Düşmən də olsa siyasi əxlaq baxımdan təqdirəlayiq addımdır. Kiçik mal-qara biznesinə görə mandatından imtina edən erməni deputatdan ibrət götürəcək Azərbaycanlı deputatlar da var. Azərbaycan qanunvericiliyi də deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Lakin buna baxmayaraq, bəzi deputatlar bunu görməzdən gəlir. Belə deputatlardan biri də Cavanşir Feyziyevdir.

Londonadək tüstüsü çıxan korrupsiya tonqalı

Məlum olduğu kimi Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və həyat yoldaşına məxsus $50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı var. Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (OCCRP) məlumat verib. Müvafiq mülkiyyət sənədləri ilə tanış olan OCCRP Feyziyev ailəsinə məxsus mülklərə 2023-cü ilin iyun ayında Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency – NCA) müraciəti əsasında həbs qoyulduğunu aşkarlayıb. NCA Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.

Dərman sabotajı, “Avromed” monopoliyası və Quska…

Ölkədə dərman bazarında hökmranlıq edən “Avromed”in bazarı inhisara alması səbəbindən bu gün Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə xeyli bahadır. “Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır. Məlumat üçün cumhuriyyet.az olaraq bildirək ki, b həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi. 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb. Cavanşir Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.

Tək konstitusiyaya yox Prezidentə də arxa çevirir

Bu gün Prezidentin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri apardığı bir zamanda ona dəstək olmaqdansa xaricdə belə çox milyonluq tikinti işləri aparmaq nəyin göztəricisidir? Müstəqil media araşdırmaçı ilə ortaya çıxan faktları cumhuriyyet.az olaraq təqdim edirik:
Deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalar
1. Tiflis, Niko Keçoveli küçəsi 16 “Horizon Gldani” yaşayış kompleksi (2020-ci ildə tamamlanıb);
2. Tiflis, Abai küçəsi 5 “Horizon Temka” yaşayış kompleksi, (2021-ci ildə tamamlanıb);
3. Tiflis, Graf Şulenberq küçəsi “Horizon Gldani-2” yaşayış kompleksi (2019-cu ildə tamamlanıb).
Binaların tikintisi Feyziyevlər ailəsinə məxsus NEW HORIZON LTD şirkəti tərəfindən aparılıb. Şirkət 2015-ci ildə Tiflisdə qeydiyyatdan keçib. Təsisçiləri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir və yaxın qohumu Rüstəm Cavanşirdir.
Gürcüstanda Feyziyevlər ailəsinə məxsus digər şirkət RIMO GROUP LTD 2018-ci ildə Elman Cavanşirin təsisçiliyi ilə qeydiyyata alınıb. Bu ilin fevralında əmlak şirkətinin səhmlərinin 50 faizi Feyziyevin qohumu Rüstəm Cavanşirin və Şahnazar Hacıyevin adına rəsmiləşdirilib. Şirkətin direktorluğu da Şahnazar Hacıyevə tapşırılıb.

Tütün işində də onun adı var

Cavanşir Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz ”Şəki Saray Hotel”in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb. Əlavə olaraq cumhuriyyet.az bildirir ki, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan “Tabaterra” şirkəti¬nin siqaret zavodunun direktorudur. Sumqayıt Kimya Sə¬naye Parkının rezid¬enti olaraq fəaliyyətə başlayan müəssisədə 8 ədəd istehsal xətti fəaliyyət gös¬tərir ki, bunların illik istehsal həcmi 14 milyard ədəd siqa¬ret təşkil edir. Ha¬zırda müəssisədə həm “Tabaterra” şirkətinə məxsus brendlər, həm də dünyanın ən böyük istehsalçıları olan “British Am¬erican Tobacco”, “Ja¬pan Tobacco İnternat¬ional” və “İmperial Tobacco” kimi şirkə¬tlərə məxsus beynəlx¬alq brendlər istehsal olunur. Elman Cavanşir 2021-ci ildə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti təsis edir. Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb. Xatırladaq ki, Elman Cavanşir in də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallandırılmışdı. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi.

***

Cavanşir Feyziyev bugünədək verdiyi açıqlamalarda hər hansı çirkli pulların yuyulması və ya başqa qanunsuz əməllərlə əlaqəsi olduğunu qəti şəkildə inkar edib. Amma deputat indiyədək biznesi ilə bağlı iddiaları təkzib etməyib.

cumhuriyyet.az
Ardını oxu...
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat müdiri Şamil Şahbazov həmin müsəssisənin direktoru Rüstəm Talışınskini məhkəməyə verib, onun həbsini tələb edir.
Bakupost.az xəbər verir ki, məhkəməyə müraciət edən şəxs işdən qanunsuz çıxarıldığını, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirib. Ş.Şahbazov məhkəməyə direktorla bağlı faktlar təqdim edib və bu faktları nəzərə alaraq ona cinayət işinin qaldırılmasını xahiş edib.
İşə bu gün Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılacaq. Hakim Əfsanə Heydərovadır.
İddia ərizəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun keçmiş direktoru, hazırda Səhiyyə nazirinin müavini olan İlqar Qasımovun da adı çəkilir. İddia olunur ki, həmin müəssisə hələ də onun nəzarətindədir və prosesleri əvvəllər köməkçisi olmuş, hazırda baş həkim işləyən Nizami Məmmədov və yaxın qohumu, satınalınma şöbəsinin 22 yaşlı şöbə müdiri Yusif adlı şəxsin vastəsi ilə idarə edir.
Ardını oxu...
Qeyd edək ki, İlqar Qasımov 2018-2020-ci illərdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.
Ondan sonra təyin olunan direktorların işləmə müddəti çox az olub. Belə ki, 2020-2024-cü illər ərzindı 4 direktor dəyişib. Ondan sonra direktor təyin olunan Elviz Qasımov (Respublika Klinik Xəstəxanasının hazırki direktoru) cəmi 9 ay, Şahin Əkbərov təxmini 1 il, Kamil Eyvazov 5-6 ay çalışıb. Bu ilin may ayında isə Direktor vəzifəsində haqqında məhkəməyə şikayət edilən Rüstəm Talışinski təyin edilib.
Məhkəmə prosesini işıqlandıracağıq.
 
Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı tender qalmaqalları tükənmir.

Dəfələrlə AMEA ilə bağlı bu mövzular gündəmə gəlsə də, şəffaflıqla bağlı suallar açıq qalır.

Bu problemlər cari ildə də davam edib.

"Arqument.az"a verilən məlumata görə, AMEA-nın Əlyazmalar İnstitutu 2024-cü ilin avqust ayının 7-də "Maşın və avadanlıqlar" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Bu satınalmanın məbləği 89.054 manat, qalibi isə "FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti olub (VÖEN: 1300234641).

İnstitutun şirkətlə əməkdaşlığı bundan sonra da davam edib.

Sentyabr ayının 18-də "Tikili və avadanlıqaların carı təmiri" lotu üzrə sifarişçi olduğu tenderdə də (28.212 manat) İnstitut sözügedən təşkilatı qalib elan edib.

Əlyazmalar İnstitutunun ümumilikdə 120.000 manata yaxın smetası olan satınalmada qalib elan etdiyi "FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY" MMC-nin maddi-texniki bazası, müvafiq lisenziyaları, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

"FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY" MMC əvvəllər Şəhərgan MMC kimi fəaliyyət göstərib.

Şirkət Şəhərgah MMC kimi fəaliyyət göstərərkən adı dəfələrlə dövlət satınalmalarında "otkad" əməliyyatlarında hallanıb.

Ehtimal edilir ki, şirkətin adını dəyişməsinə səbəb də bu məsələdir.

Əlyazmalar İnstitutunun şübhəli satınalmaları bununla yekunlaşmır. İnstitutun cari ilin sentyabr ayının 4-də "Yumuşaq inventar, yataq ləvazimatlarının alınması" lotu üzrə daha bir satınalmaya yekun vurub.

Bu satınalmada "Samares LM" Məhdud Məsluliyyətli Cəmiyyəti qalib edilib.

Bu təşkilatın da adl "otkad" əməliyyatlarında çəkilir.

"Samares LM" MMC 2024-cü ilin mart ayının 11-də dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, İlqar Həbibov küç. ev 10, mən 149 ünvanı, şirkətin qanuni təmsilçisi isə Çarçarov Elnur Rafiq oğludur.

Bu ünvanda çoxsaylı şirkətlər təsis edilib. Həmçinin Çarçarov Elnur Rafiq oğlunun da adına xeyli sayda MMC-lər təsis edilib:

"Asrol LL 2024” MMC (VÖEN: 1806650761) – Çarçarov Elnur Rafiq oğlu;
"Yulas SM” MMC (VÖEN: 1506753531) – Çarçarov Elnur Rafiq oğlu;
"Safmeren LN 2024” MMC (VÖEN: 1506750211) – Çarçarov Elnur Rafiq oğlu;
"Zanbar RR” MMC (VÖEN: 1605439601) – Çarçarov Elnur Rafiq oğlu;
"Samares LM” MMC (VÖEN: 1506721271) – Çarçarov Elnur Rafiq oğlu.

Fəaliyyət profilləri, faktiki ünvanları, lizenziyaları, maddi-texniki bazası olmayan bu təşkilatların satınalamalarda neqativ proseslərdə iştirak etdiyi bildirilir.

AMEA və Əlyazmalar İnstitutundan satınalma ilə bağlı suallara cavab almaq mümkün olmayıb.
 
 

 


Ardını oxu...
Buna səbəb iş adamlarının sakinlərə yuxarıdan aşağı baxmasıdır. Şəhərin ən bahalı sahələrindən birində göydələn tikib satırlar. 3-4 mənzilin yerində böyük bir yaşayış evi inşa olunur.
Bütün xərcləri çıxsaq, xalis külli miqdarda qazanc götürürlər. Ancaq göz doymur ki doymur.
İnsanların illərlə yaşadıqları dədə-baba yurdlarının yerindı iş görürlər, onu da insafla etmək istəmirlər.
Camaat narahatdır ki bu soyuqda küçələrə düşüb dərdlərinə çarə axtarırlar. Düz- əməlli kömək edən də yoxdur. Bizə də Kubinkadan şiikayət daxil oldu.
Çəkiliş qrupumuzla ora baş çəkdim. Ünvan: Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, dalan 1. Kubinkanın bu hissəsi də eyni problemlərlə üzləşib.
Deyirlər bu ərazini İmişlidən deputat olmuş Əsabil Qasımov ələ keçirib. Ona məxsus " Vialon" MMC heç kimə məhəl qoymadan sözün əsl mənasında adamların evlərini başlarına uçurdurlar.
Tikinti firması sənəddə Əsabil müəllimin qardaşı Vüqar Qasımovun adındadır. Vüqar Qasımov arxalı qardaşına arxalanaraq başının dəstəsi ilə camaatın haqqına girir, sakinlərlə pis rəftar edir.
Azərbaycan Respublikasının qanunlarını bir kənara atıb Əsabil qardaşının qanunları ilə iş görür. İnsanların evi sökülür. Adama qalmağa müvəqqəti yer, yaxud evinin dəyəri və ya gələcəkdə mənzillə təminatı barədə dəqiq bir söz deyilmir.
Əvvəl bu məsələləri həll edib sonra söküntü etmək lazımdı. Yoxsa sosial məsələləri yoluna qoymamış evlərin qazını, işığını, suyunu kəsirlər.
İcra orqanları, kommunal xidmət nəzarətçilərinin də səsi çıxmır. Ayrı vaxtı dilləri boğazlarına sığmır. Mən belə mübahisələrdə tamamilə sakinlərin haqlı olduqlarını demirəm.
Nahaqq danışıb yaşadığı evi dəyərindən çox qiymətləndirilməyini istəyənlər, kvadraturanı çox göstərənlər də olur.
Belə istisna hallar da olur. Amma bu əsas vermir ki Əsabil Qasımov kasıb insanlara yuxarıdan aşağı baxsın... Bir neçə ay əvvəl Kislovodska müalicəyə getmişdim. Orada bir azərbaycanlı iş adamının istirahət mərkəzinin açıldığını dedilər. Açılışda hətta erməni iş adamlarının da iştirak etdiyini bildirdilər.
Həmin azərbaycanlı iş adamı Əsabil Qasımov idi. Onun telefon nömrəsini tapıb zəng vurdum, danışdıq. Dedi ki, mən tədbirlərə jurnalistləri dəvət etmirəm.
Kubinkada binalar tikən "Vialon" MMC-nin əməllərindən də sual verdim. Təbii ki özünə haqq qazandırmağa çalışdı. Sakinlərə "siçovullu evlərdə siçovul kimi yaşayan adamlar" deyəndən sonra isə bu harın məxluqla söhbəti uzatmağın mənasız olduğunu anladım.
Sima Babayeva
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakının Suraxanı rayonunda “Məkan MTK” Vətən müharibəsi iştirakçısı Sərxan Bünyadovun qarajını buldozerlə dağıdıb, içindəki avadanlıqları yararsız hala salıb.

Pravda.az xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkədə aidiyyəti qurumlara müraciət edib.

O bildirib ki, avtomobil elektriki kimi fəaliyyət göstərən S.Bünyadov müharibədən əvvəl qarajı kirayə götürüb:

“Müharibədən qayıtdı, Suraxanı rayonunun keçmiş icra başçısı qaraj tikmək üçün Sərxana yer verdi, Sərxan sənədlərini düzəltdi, tikinti üçün lisenziyasını aldı və həmin yerdə özünə qaraj tikdi. Dövlət Məşğulluq Agentliyinə müraciət etdi, sağ olsunlar elektrik avadanlıqları ilə təchiz etdilər, bir qismini də özü kreditlə aldı və yenidən öz işinə başladı. Bir gün qarajın yanında “Məkan MTK” adlı bir şirkət bina tikməyə başladı. Sərxan daxil olmaqla, heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyiblər ki, çıxın, buranı almışıq. Halbuki bu insanların əllərində sənədlər var, haqlı olaraq etiraz ediblər. Növbəti gün Sərxan gəlib görüb ki, gecə ilə qarajını buldozerlə söküblər, bütün avadanlıqları, bütün əşyaları hamısı qırıq-qırıq olub, dağıntıların altında qalıb. Dərhal "102 xidməti"nə zəng edib, Daxili İşlər Nazirliyinə məlumat verib. Deyiblər ki, araşdıracağıq, hələ də xəbər yoxdur. Suraxanı Rayon İcra Hakimiyyətinə bildirib, onlar da bələdiyəyə yönəldiblər. Bələdiyə o boyda bina tikənləri guya tapa bilmir. Bir çox televiziya kanalları gəlib çəkib, amma bina tikənlər televiziya çəkilişinin gəldiyini görəndə qaçırlar. Bu adam dələduz deyil, kimdənsə havayı pul istəyən qazi deyil, sadəcə, öz əməyi ilə öz işini quran, gecə-gündüz çalışan bir adamdır. Belə bir adama qarşı bu münasibət adamı təəssüfləndirir. "Məkan MTK” adını dəyişib “Fin MTK” qoyub”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti