Son vaxtlar Bakı şəhərində qanunsuz tikililərin, tikililərə artırmaların sayı güni-gündən artmaqdadır. Buna xüsusən də paytaxtın mərkəzi hissələrində, əhalinin daha çox istifadə etdiyi metrostansiyaların yaxınlığında, səkilərdə belə daha çox rast gəlinir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur. Görsənən odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi belə qanunsuz tikililərin aparılmasının qarşısını ya ala bilmir, ya da almaqda maraqlı deyil. Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün vacib qurumdan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Əlbəttə ki, belə olan halda müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikintilərlə bağlı tədbirlər görülür. Ya söküntüsü, ya da tikintinin dayandırılması həyata keçirilir. Bundan əlavə, inzibati tədbirlər görülür. Aktualinfo.org-a verilən məlumatlara görə belə qanunsuz tikintilərdən biri də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 5 ünvanında “Günəşli İnşaat”MTK tərəfindən aparılır. Verilən məlumata görə sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, yaxın yerlərdə yaşayan sakinlərin yolunun qanunsuz zəbt olunması səbəbindən öz evlərinə çətinliklə getdiklərini bildirirlər. Ətrafda yaşayan sakinlər görülən işlərin tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirildiyini, Ə.Mehralıyev keçəsindəki avtomobil yolunun “Günəşli İnşaat”MTK tərəfindən hasarlandığını vurgulayırlar.Bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etdik. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirdilər ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mebralıyev keçəsi,5 ünvanında “Günəşli İnşaat”MTK tərəfindən aparılan tikinti qanunsuzdur, icazəverici sənədləri qaydasında deyil. Eyni zamanda onu da bildirdilər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Suraxanı rayon icra hakimiyyətinə tikintinin dayandırılması üçün məktubla müraciət etmişik.Amma çox təəsüflər olsun ki heç bir dövlət qurumu bu tikintini saxlatdıra bilmir, yada ki qanunsuz tikintini saxlamaqda maraqlı deyildirlər.Görəsən bu tikintinin arxasında hansı oliqarx dayanıb? Suraxanının icra başçısı Adil Əliyev avtomobil yolunun qanunsuz zəbt olunmasına,qanunsuz tikintiyə niyə biganə yanaşır? Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər. Eyni zamanda avtomobil yollarının qanunsuz zəbt olunması cinayət məsuliyyəti yaradır.
Amma bunlara baxmayaraq iyun ayında Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edilmiş Adil Əliyev olunan bütün şikayətləri görməzdən gəlir. Şikayət ətrafında apardığımız araşdırma zamanı məlum oldu ki, Adil Əliyev yeni icra başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Onlar hazırda Suraxanı rayonunun ən ucqar nöqtələrinə belə nəzarət edirlər. Amma Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 5 ünvanında aparılan qanunsuz tikilini görmürlər. Amma görsənən odur ki, Adil Əliyev Prezident İlham Əliyevin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməni də görməzdən gəlir.
Qeyd edək ki, “Günəşli İnşaat”MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov, ev 68, mənzil 17 -də yerləşir. MTK 8 iyun 2021-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır. MTK Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28, mənzil 23-də qeydiyyata alınıb, təsisçisi Alışov Vahid Əli oğludur. Sonra qanuni təmsilçisi Laçın Mustafayev İsmayıl oğlu olub. Hazırda isə Əliyev Rəsul Vüqar oğludur.
Xırdalan şəhər 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva məktəbin direktoru Gülnaz Kərimovadan şikayətçidir.
GundemXeber.az-ın redaksiyasına ünvanlanan həmin şikayətlə bağlı sözügedən məktəbə yollanıb direktorun mövqeyini öyrənmək istədik. Məsələdən xəbər tutan G.Kərimova gözətçiyə göstəriş verib məktəbin giriş qapısını bağlatdırdı. Nəticədə nəinki biz jurnalistlər, eləcə də şagirdlər məktəbə daxil ola bilmədilər.
İşdən haqsız yerə azad olunduğunu bildirən V.Həziyevanın iddiası üzrə iş hazırda məhkəmədədir. Prosesdə şahid qismində iştirak edən şagirdlər direktorun qəzəbinə tuş gəlib. Vəfa müəllimə deyir ki, G.Kərimova şagirdlərə hədə-qorxu gəlib: “Direktor şagirdə deyib, sən bilirsənmi ki, sənin qiymətlərin mənim əlimdədi?” V.Həziyevanın sözlərinə görə, ondan başqa haqqı tapdalanan, amma sözünü deməyə cəsarət etməyən xeyli müəllimlər vardır: “Mənim üç şagirdim beynəlxalq olimpiadada ən yüksək nəticəyə imza atıblar. Şagirdlərimdən Ləman Orucova “Sabahın alimləri” müsabiqəsində bürünc medal qazanıb. Nailiyyət qazananda yaxşı müəllim oluram, haqqımı tələb edəndə pis oluram?”
Onu da qeyd edək ki, internet resurslarında, sosial media platformalarında G.Kərimova haqqında çoxsaylı şikayətlər yer alıb. Ancaq ciddi media olaraq, gundemxeber.az xəbər portalı həmin informasiyaları öz oxucuları ilə bölüşməyə lüzum görmür. Beləliklə, əldə etdiyimiz video çəkilişlərdən məsələnin mahiyyəti tam aydın olacaq.
Şəhid ailələrinin qanunlarla, normativ sənədlərlə təsbit olunmuş imtiyazları, güzəştləri var. Onlara dövlət qayğı, cəmiyyət hörmət göstərir. Lakin Şəhid ailələrinin qanun qarşısında “toxunulmazlıq statusları” yoxdur. Bütün vətəndaşlar, cəmiyyətin bütün üzvləri qanun qarşısında bərabərdirlər. Çox təəssüflər olsun ki, bəzən qanunu pozan, cinayət törədən, yaxud, törətməyə hazırlaşan şəxslər Şəhid ailələrindən, Şəhid adından qalxan kimi istifadə etməyə çalışır, bu yolla öz bəd əməllərini ört-basdır eləmək istəyirlər. Sumqayıt şəhəri Səməd Vurğun küçəsi - 125 A ünvanda yerləşən binanın birinci mərtəbəsində daşıyıcı sütunları, “ana” divarları sökərək qeyri-yaşayış sahəsinə uyğunlaşdırırlar. Sakinlər binanın çökəcəyindən narahatdırlar. Onların dəvəti ilə inşaat işlərinin aparıldığı ünvana gedib baş verənləri video-qeydə aldıq. İşləyənlərdən biri hələ bizə irad tutdu: “Gedib şəhərdə başqa yerləri niyə çəkmirsiz?” Biz də öz növbəmizdə sakinlərin gundemxeber.az-ın redaksiyasına müraciəti əsasında gəldiyimizi dedik. Şahidi olduq ki, daşıyıcı konstruksiyasında qanunsuz dəyişiklik edilən altımərtəbəli binanın birinci mərtəbəsinin dörd tərəfinin ikisini əhatələyərək tam yarısına bir şəxs yiyələnib. Həmin nahiyənin önündəki sahədən 2 metrlik zolaq hasarlanıb, üstü də örtülüb, demək olar ki, əlavə dəhliz yaradılıb. Hətta binanın ünvanını göstərən trafaret lövhə də hasardan içəridə qalıb. Bildirilir ki, burada əvvəl aptek fəaliyyət göstərib.
Redaksiyamıza verilən məlumatda qeyd olunur ki, həmin tikintini "Sum Modern Dental Clinic”in direktoru və baş həkimi Şahin Baxşalıyev inşa etdirir. Bununla bağlı qarşı tərəfin mövqeyini öyrənmək istədikdə o, bildirdi ki, "həmin inşa edilən obyekt klinika deyil və orada binanın dayaq sütunu sökülməyib". Biz isə Şahin müəllimi video-çəkliş apardığımız yerə dəvət edib öz gözləri ilə reallığın şahidi olmasını təklif etsək də, baş həkim “mən obyekti şəhid ailəsinə vermişəm” deyərək sözünü bitirdi. İnanılası deyil ki, Sumqayıt şəhər rəhbərliyi, əlaqədar təşkilatlar sözügedən məsələdən xəbərsiz olsunlar. Doktor Baxşaliyevin onlardan “beli bağlı” olmasaydı, bunca böyük qələtə qol qoymazdı. Xatırladaq ki, “Sum Modern Dental” stomatoloji klinikası 1 nömrəli stomotoloji poliklinikanın bazasında yaradılıb. Ölkə Prezidentinin 19 iyul 2016-cı il tarixli Fərmanı və Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq şəhər 1 nömrəli stomatoloji poliklinika Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməyə çıxarılıb və 2017-ci il 4 aprel tarixində hərrac yolu ilə özəlləşdirilib. Qeyd edək ki, 1969-cu ildə fəaliyyətə başlayan poliklinika Cənubi Qafqazın ən böyük stomatoloji poliklinikası olub. 2019-cu ilin avqust ayında Sumqayıt şəhərində "Sum Modern Dental Clinic"in həkimlərdən biri - Pərviz İbrahimov aralarında şəxsi münasibətlərə görə yaranmış mübahisə zəminində klinikanın baş həkimi Şahin Baxşaliyevi 7 zərbə ilə bıçaqlamışdı. Ağır yaralanan Baxşaliyevin bir böyrəyinin çıxarıldığı barədə məlumat yayılmışdı. Sonradan Pərviz İbrahimovun üstünə daha hansı ittihamlar yağdırılmadı? – Gah dedilər ki, klinikada işləyən xanımlara sataşırmış, gah dedilər bıçaq çəkəndə nəşəli olub. Nə isə! Ölümdən qayıdan doktor Baxşəliyevin haqqı yoxdur ki, binanı sakinlərin başına yıxa. Onların onun kimi 7 canı olmaya bilər. Mövzu diqqətimizdədir.
Quba rayonun Ağbil kəndində səlahiyyət sahibləri deyəsən köhnə qaydalarla yeni sərvətlər toplayıb, səltənət qurmağa çalışırlar.
"DogruXeber.az" xəbər verir ki, bu barədə Ağbil kənd sakini Müzəffərov Ümid Cavanşir oğlu agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında məlumat verib.
Onun sözlərinə görə, "kənd bələdiyyəsinin sədri Şahin Tağıyev sədr olduğu bu 15 il ərzində yalnız özünə və yaxınlarına xidmət edir. Bələdiyyə torpaqlarını qanunsuz zəbt edərək, özünün və yaxınlarının istifadəsinə verən bələdiyyə sədri bələdiyyə balansında olan torpaq sahələrinin bir qismini də 99 illik icarə müqaviləsi ilə sahibkarlara satıb. Özünün və qardaşlarının zəbt etdiyi ərazilərdə isə ferma tikib, böyük bir süni göl yaradıb, heyvandarlıq və balıqçılıq təsərrüfatı ilə məşğul olur".
Bundan əlavə, Ümid Müzəffərov qeyd edir ki, "kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, həmçinin yol üçün nəzərdə tutulmuş əraziləri həyətyanı torpaq kimi sakinlərə satıb, camaatı bir-birinə qırdırır. Kənd icra nümayəndəsi ilə əlbir olub, həmin satdıqları ərazilərdə qanunsuz olaraq yaşayış evlərinin tikilməsinə şərait yaradırlar. Kənddə özbaşınalıqdır. İcra nümayəndəsi ilə bələdiyyə sədri nə istəyirlər, onu da edirlər. Mən dəfələrlə icra hakimiyyəti başçısının qəbulunda olub, bu barədə barədə məlumat vermək istəsəm də onun qəbuluna düşə bilmədim.
Ümumiyyətlə İlqar Mahmudov bizim rayona icra başçısı gəldiyindən bəri mən onun üzünü də görməmişəm.".
Qeyd edək ki, Ümüd Müzəffərovun müraciətilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Aidiyyatı qurumlara göndərilməsi üçünsə tərəfimizdən artıq rəsmi sorğular hazırlanıb.
Odur ki, bütün bunlar barəsində qarşıdakı günlərdə daha geniş araşdırmalarımızı təqdim edəcəyik.
Son vaxtlarda paytaxt Bakının bir çox restoranlarında yaranmış problem insanları narahat edir. Özlərinə "SAHİBKAR" adı qoyan işbazlar vətəndaşların hüquqlarını pozurlar. Bu Onların demək olar ki, işlətdikləri məkanlar soyğunçuluqla məşğuldur.
Bu restoranlardan biri də paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli ünvanda yerləşən, "Oliqarx Baku" adlı restorandır.
Redaksiyamıza gələn çoxsaylı şikayətlər əsasında araşdırma apardıq.
Apardığmız araşdırmalara görə, bu məkanda bir sıra qayda pozuntuları olur ki, o da insan sağlamlığı üçün nəyinki fəsadı var, həmçinin olduğca təhlükəlidir.
Məkanın icarədarı Vüsal adlı şəxsdir. Həmin şəxsin media üzərindən araşdırma aparsanız onun adının kifayət qədər qalmaqallarda hallandığını görmüş olacaqsız. Hətta bir neçə ay bundan öncə qeyri-etik hərəkətlərinə görə, elə öz məkanında Həsən adlı şəxs tərəfindən döyülüb.
Vüsala yaxınlığı ilə seçilən "Oliqarx Baku"nun administratoru Yetər adlı xanım da "Burda mənəm Bağdadda kor xəlifə" qanunları ilə bu məkan idarə edir. Müştərilərə təqdim olunan şişirdilirmiş hesaba etiraz edəndə Yetər və Vüsal adlı şəxs restoran mühafizəçilərinə döymə əmri verirlər. Hətta ən özbaşına formada "döyün, arxanızda biz dayanmışıq" kimi çirkin ifadələr işlədirlər.
Qapalı məkanda qəlyan tüstüsündən göz açmaq olmur. Havalandırıcılar sıfır dərəcəsindədir, musiqili məkan kimi fəaliyyət göstərən bu restoranda ağız deyəni qulaq eşitmir. Məkana azyaşlı uşaqlar buraxılır, bundan əlavə, yüngül həyat tərzi keçirən xanımlara da rast gəlmək olar.
Bu da azyaşlı uşaqların psixologiyasına travma yaşada bilər. Onların gələcəyi sual altında qalır. Restoranın qarşısında ictimai asayış hər gün olmasa da demək olar günaşırı pozulur. Spirtli içki qəbul edən müştərilər bir-birlərinə qarşı üfünət iyi verən söyüşləri, mübahisələri danışıb mübahisə ediləsi deyil.
Müştərilərə təqdim olunan qidalar nəyinki keyfiyyətsiz, demək olar vaxtı keçmiş və pis qoxu verir. Təbii ki, bu nöqsanlara bu məkanda nə qədər ki zəhərlənmədən ölən müştəri olmayıb Qida Təhlükəsizlik Agentiliyi araşdırma aparıb tədbirin görəcəyinə ümüd edirik.
Məkanda bununla da nöqsanlar bitmir, sonda ödəniş zamanı ödənişi post-terminalla etmək istədikdə xidmətçi terminalın işləmədiyini, ödənişi kartdan-katda etməyi təkli edir.
Bu da qanun pozuntusudur, vergidən yayınmaqdır - bununla bağlı son vaxtlar aidiyyəti qurumların ciddi şəkildə cəza tədbirlərinin şahidi oluruq. Məkanda fəaliyyət göstərən onlarla işçinin əmək müqaviləsi də yoxdur.
Daxil olan məlumata görə, barəsində bəhs etdiyimiz Vüsal-Yetər cütlüyü adlı şəxslər özlərini hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışan birinin yaxın adamı kimi təqdim edir. Hansısa problemi öz üzərindən ataraq həmin şəxsin üzərinə asanlıqla yükləyə bilirlər. Qeyd edirlər ki, "bizim arxamızda bu adam dayanıb bizə kimsə nəysə edə bilməz, kim istəsək onuda vurub xəsarət yetirə bilərik" kimi yersiz ifadələr səsləndirirlər.
Sadaladıqmız bir neçə ciddi nöqsanlarla bağlı ümidvarıq aidiyyəti qurumlar araşdırmalar aparıb öz tədbirlərini görəcəklər. Bizim işimiz isə gördüyümüz problemi yazıb ictimailəşdirməkdir.
Araşdırıb qərar vermək isə adiyyəti qurumların üzərinə düşür.
Yazıda adı çəkilən tərəflərin mövqeyi olarsa, onların da mövqeyini dərc etməyə hazırıq. Ardı olacaq bizi izləyin...
Məlum olduğu kimi, artıq iki həftəyə yaxındır Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov vəzifəsindən uzaqlaşdırılıb. Burada maraqlı olanı isə odur ki, bu qərar nədənsə nə Elm və Təhsil Nazirliyi tərəfindən və nə də ki Bakı Şəhəri üzrə Təhsil İdarəsinin özü tərəfindən hansısa şəkildə rəsmi olaraq elan olunmur. Sadəcə olaraq idşənqovulmanı xəbərə çevirənlər və rəsmilərin bu barədə susqunluğu var ki, bu da kifayət qədər ciddi şübhələrə yol açmaqdadır.
"DİA-AZ" xəbər verir ki, Anar Məmmədov əslində ötən həftə işdən çıxarılıb. Rəsmi olaraq belə adlandırırlar ki, Anar Məmmədovla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verilib. Yəni KİV-ə qeyri-rəsmi olaraq rəsmi mövqe kimi bu izahat ötürülüb. Amma reallıq isə tamam fərqlidir ki, məhz bu da ETN-nin gözləmə mövqeyində durmasına rəvac verməkdədir.
"DİA-AZ" bildirir ki, qeyri-rəsmi, amma gerçəkdən oolan məlumatlara görə isə, Anar Məmmədov bağçalara, məktəblərə direktor, direktor müavini təyin edilməsinin müsahibə mərhələsində yol verdiyi nöqsanlara görə işdən azad olunub.
Qeyd edək ki, Anar Məmmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə 2022-ci ildə təyin olunub.
"DİA-AZ" olaraq əldə etdiyimiz son informasiyada isə deyilir ki, məsələ təxmin olunandan da ciddidir və iş o həddədir ki, hətta Anar Məmmədova qarşı sübutların toplanması məqsədilə onun dövründə təyin olunmuş bütün kadrların izahatı alınır.
Bu isə kifayət qədər ciddi mətləblərdən xəbər verir. Hər halda, hələ də həbs ehtimalı qalır, anlamındadır və toplanan sübutların nəhayətdə hüquqi addımların atılması üçün səbəb rolunu oynayacağı heç şübhəsizdir.
Məsələ diqqətimizdədir. Və bu barədə hələlik susqunluq nümayiş etdirən həm Anar Məmmədovun və həm də ETN və BŞTİ-nin də hansısa rəsmi izahatını diqqətinizə təqdim etməyə çalışacağıq. Bizi izləməyə davam edin...
Salyan rayon sakini Gülşən Adışirinova göz həkimi Azər Kərimovun həyata keçirdiyi əməliyyatdan sonra görmə qabiliyyətini itirdiyini iddia edir. Şikayətçi bildirir ki, əməliyyatdan öncə həkimin onun problemini həll edəcəyinə dair təminat verdiyini desə də, əməliyyat nəticəsində onun vəziyyəti daha da pisləşib.
Məsələ ilə bağlı "Ajans.az"a müraciət edən zərərçəkmişin oğlu İsmayıl Adışirinov hadisənin detalları haqqında geniş açıqlama verib. O, bildirib ki, anasının bir gözü 7 il əvvəl görmə qabiliyyətini itirmişdi:
"ARB kanalında Azər Kərimovu izlədikdən sonra ona müraciət etdik. Həkim anamın sol gözündə katarakta olduğunu və əməliyyatın uğurlu keçəcəyini təmin etdi. Analizlərdən sonra əməliyyata qərar verildi. İlk əməliyyatdan sonra anamın gözündə güclü ağrılar başladı. Həkim bu ağrıları müvəqqəti hesab edərək analgin və dimedrol kimi dərmanlarla müalicəni tövsiyə etdi. Lakin vəziyyət daha da pisləşdi, göz təzyiqinin oynadığı bildirildi və anam ikinci dəfə əməliyyat olundu".
İsmayıl Adışirinovun sözlərinə görə, həkim anasını onların xəbəri olmadan ona narkoz verilərək yenidən əməliyyata salıb və gözünə linza yerləşdirib: " Halbuki, xəstənin narkoz alması onun sağlamlığı üçün ciddi risk təşkil edirdi. Sonradan başqa həkimlər tərəfindən aparılan müayinələr zamanı məlum olub ki, əməliyyat zamanı Gülşən Adışirinovanın gözünün buynuz qişası zədələnib və onun görmə qabiliyyətini bərpa etmək üçün donor göz qişasına ehtiyac var".
Adışirinov ailəsi iddia edir ki, Azər Kərimov əvvəlcə "Məlhəm" və "Kəpəz" hospitalında çalışıb. Onların sözlərinə görə, ana Gülşən Adışirinovanın gözü sonuncu olaraq "Kəpəz" hospitalında keçirilən əməliyyat nəticəsində görmə qabiliyyətini tam itirib. Həkim hazırda "Universal" hospitalında işləyir. "Universal" hospitalın baş həkimi isə Aytən Sultanovadır.
İsmayıl Adışirinov anasının gözünün zədələnməsinə görə məsuliyyəti Azər Kərimovun daşıdığını hesab edir. Onlar, həmçinin, digər pasiyentləri bu cür hadisələrin təkrarlanmaması üçün diqqətli olmağa çağırır.
Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənmək üçün Azər Kərimovla əlaqə saxlamağa çalışdıq. Onun meneceri bizə bildirdi ki, bütün məsələlər Azər Kərimovun xeyrinə həll olub.
Xırdalan şəhərindəki 2 saylı məktəbin şagirdləri təhsil aldıqları məktəbdə şərait olmamasından narazıdırlar.
Bakupost.Az xəbər verir ki, bu barədə onlar sosial şəbəkədə video paylaşıblar.
Şagirdlər bildiriblər ki, siniflərdə partalar yoxdur, bir partada 3-4 şagird oturur:
"Biz 26 nəfərik, amma bir partada 3-3, bəzən isə 4-4 otururuq. İşıqlar yanmır, kitablar hamısı cırıqdır, hər şey pis vəziyyətdədir. Belə məktəb olmaz olsun".
Məktəbin digər problemi isə sanitar qovşağın vəziyyəti ilə bağlıdır. Şagirdlərdən birinin sanitar qovşaqda yıxıldığı və başının zədələndiyini qeyd edilib:
"Keçən il bir uşaq ordan yıxıldı, başı partladı. Bəzən sanitar qovşaqlar ümumiyyətlə, bağlanır".
Valideynlər də məktəbdəki vəziyyətdən şikayətçidirlər. Onların dediyinə görə, qızların tualetinə oğlanlar, oğlanların tualetinə isə qızlar daxil olur.
Onların iddiasına görə, məktəbdə Leyla adlı müəllim sanitar qovşağın olmamasına etiraz etdiyi üçün işdən azad edilib:
"Məktəbdə keyfiyyətli dərs deyən müəllim yoxdur. Onlar dərslərə kifayət qədər diqqət ayırmır. Buna baxmayaraq, məktəbdə fond pulu yığılır, lakin mövcud problemlər həll edilmir".
Səslənən iddialarla bağlı Xırdalan şəhər 2 nömrəli məktəblə əlaqə saxladıq. Qəbul şöbəsinin adını açıqlamayan əməkdaşı yayılan videolarla bağlı şərh verə bilməyəcəklərini dedi və Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etməyi tövsiyə etdi.
Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı sosial şəbəkələrdə iddia səsləndirilib.
AzFakt.com xəbər verir ki, səs yazısında valideynlərdən biri sözügedən məktəbdə rüşvətin pik həddə çatdığını bildirib.
"İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbi rüşvətlə idarəolunan təhsil sisteminə çeviriblər. Fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığılır. Təhsil idarəsinin adından övladımın çantasına məcburi şəkildə yeddi manatlıq sınaq bileti qoyublar.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun vətəndaş qəbulunda oldum. Baş verən bütün nöqsanları özünə çatdırdım. Elçin Kərimova bildirdim ki, bizi məcbur edirlər ki, bu sınaq biletlərini alın, guya yarımillik qiymətləndirmə bunun əsasında yazılacaq. O isə cavabına qeyd etdi ki, bu biletlərdən xəbəri yoxdur.
Həmin məktəbdə təhsil yox, rüşvət təbliğ olunur. Mənim övladım bu yaşında niyə rüşvətin nə olduğunu bilməlidir?" - deyə beşinci sinif şagirdinin valideyni şikayət edib. Xəbər verdiyimiz kimi, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi, müxtəlif bəhanələrlə şagirdlərdən pul yığılması ilə bağlı iddialar yayılıb. Yayılan iddialarla bağlı aparılan araşdırmalar zamanı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisəsində bir sıra nöqsanlar aşkar edilib və Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Modern.az araşdırıb ki, sözügedən məktəbin direktoru Gülbəniz Bayramovadır.
O, bu ilin mart ayında sözügedən məktəbə direktor təyin edilib. Gülbəniz Bayramova Gəncə Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını bitirib, 2004-cü ildən Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseydə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edib.
Qeyd edək ki, sözügedən məktəb Gəncənin ən qalmaqallı təhsil müəssisələrindən biridir. Məktəbin əvvəlki direktoru Mətanət Qarayeva 2022-ci ildə yaşanan qalmaqalla gündəmə gəlmişdi. Mətbuatda yayılan məlumatlara görə, o, 14 ədəd dərman həbi içərək özünü öldürmək istəyib. Ancaq rəsmi qurumlar bu iddianın doğru olmadığını bildirib. Daha sonra direktor vəzifəsindən azad edilib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov həbsin bir addımlığındadır. Bu barədə redaksiyamızı etibarlı mənbə məlumatlandırıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, buna səbəb Xəzər rayonunun ən böyük qəsəbəsi sayılan Binədə son 4-5 ildə həyata keçirilən çoxsaylı qanunsuz tikililərdir. Hamısı müxtəlif məmurlara, iş adamlarına məxsus olan qanunsuz villalar o qədər genişlənib ki, artıq strateji obyekt olan hava limanı ərazisinə qədər “gəlib çıxıb”. İcra başçısının öz tamahı ucbatından dövlətin strateji obyekti üçün təhlükə yaratması, ali hakimiyyətin qəzəbinə səbəb olub. Məhz bundan sonra Xəzər rayonunda təftiş kompaniyasına start verilib. Aparılan ilkin araşdırmalar nəticəsində hava limanına yaxın ərazilərdə 60-a yaxın qanunsuz villa aşkar eidlib. Məlum olub ki, bu villaların heç birinin tikintisi üçn rəsmi icazəsi olmayıb və bunların hamısı Elşən Salahovun “xeyir-duası” ilə inşa edilib.
Bununla yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun yaxın qohumları ciddi narazılıqlara səbəb olan addımlar atır. Bu barədə cumhuriyyet.az-a daxil olan məlumatda iddia olunur ki, Elşən Salahovun Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu rayon ərazisindəki inşaat işlərinə bu və ya digər formada müdaxilə edir. Xəzər Rayon İcra Hakimiyyətində heç bir vəzifə tutmayan adıçəkilən şəxslər onların razılığı olmadan inşaat işlərinin aparılmasını qadağan edib. Rayondan daxil olan məlumatda bildirilir ki, Arif və Yaşar adlı şəxslər onlarla razılaşmayan vətəndaşlara tikinti aparmağa imkan vermir. Bundan başqa, onlar qeyri-qanuni tikintilərə də rəvac verir. Bildirilir ki, onların qanunsuz hərəkətləri barədə yerli icra hakimiyyətinə müraciətlər edilsə də, heç bir nəticəsi olmayıb.
Məlumatda həmçinin qeyd edilir ki, Elşən Salahov Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçmiş rəisi Mehman Hüseynovun Natiq adlı qardaşı oğlunu da tikinti işləri ilə bağlı “əməliyyatlara” cəlb edib. Bir neçə il əvvəl Elşən Salahov Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla gündəmə gəlmişdi. Həmin vaxt əməliyyat zamanı qurumun təsərrüfat şöbəsinin müdiri Tural Zeynalov saxlanıılmışdı. Onun cinayət başında yaxalandığı barədə məlumatlar yayılsa da, sonradan 200 manat cərimə müqabilində azadlığa buraxılmışdı. Mediada gedən məlumatlarda iddia edilirdi ki, Tural Zeynalovun azadlığa çıxmasında Elşən Salahovun böyük rolu olub. Bu, Tural Zeynalovun qanunsuz əməllərində Elşən Salahovun da məsulyyət payının olması ilə əsaslandırılırdı
Hazırda Xəzər rayonu və Binə qəsəbəsində qanunsuz tikililərl bağlı yoxlama prosesinin ikinci dalğasına start verilib. Aparılan yoxlama proses nəticəsində daha yüzlərlə qanunsuz tyikilinin üzə çıxacağı şübhəsizdir. Mənbənin məlumatına görə, Elşən Salahov baş verənlərədn sonra hakimiyyətin yuxarı eşalonunda yer tutan bəzi məmurlardan kömək istəsə də, hələ ki, heç kim ona açıq dəstək verməyə cəsarət etmir. Mənbə: cumhuriyyet.az