Ardını oxu...
Bir atalar sözündə deyilir ki, müftə pendir tələdə olur. Bu müdrik kəlam Qərbin qrant və yardım siyasətini tam mənası ilə ifadə edir. ABŞ və Avropa İttifaqının ölkələri özündən asılı vəziyyətə salmaq və onlara təzyiq mexanizmləri formalaşdırmaq üçün bu məsələni daim işlək vəziyyətdə saxlayır.

Müxtəlif fondlar vasitəsi ilə həyata keçirilən bu siyasət Azərbaycanda da özünün "bəhrəsini” verib. Qrant dəllalları illərdir xaricdən gələn milyonlarla dollar (avro) vəsaiti mənimsəməklə məşğuldurlar. Azərbaycanda bunun qarşısının alınması, qanunsuz pul axınının neytrallaşdırılması üçün ciddi işlər görülür. Qanunlar sərtləşdirilir, qadağalar qüvvəyə minir və s.

Təkcə vətəndaş cəmiyyəti institutları deyil, həm də dövlət orqanlarının xarici ölkələr və təşkilatlardan qrantlar alması heç kimə sirr deyil. Bu qrantlar hara xərclənir, necə istifadə olunur?

Qrantverənlərlə qrantalanlar arasında sövdələşmə olması və qrantın bölünərək mənimsənilməsi zamanı ciddi maxinasiyalara yol verilir.

Azərbaycanda xaricdən ən böyük qrant və yardım alan strukturlardan biri Qaçqın və Məcburi Koçkünlərlə iş üzrə Dövlət Komitəsidir. Bu qurumun yardım ənənəsinin olması 1990-cı illərə gedib çıxır. Həmin illərdə erməni ekstremistlərinin əli ilə dədə-baba torpaqlarından zorla çıxarılan milyondan artıq qaçqın və məcburi köçkünün problemlərini həll etmək üçün yardıma ehtiyac yaranmışdı. Bu cür humanitar böhranlar zamanı xarici xüsusi xidmət orqanları fəaliyyətə keçir. Belə dəhşətli böhran onlara münbit şərait yaradır. Müxtəlif adlarla missiyalarına başlayırlar. Eləcə də xarici ölkələrin müxtəlif strukturları da bu şəraitdən məharətlə istifadə edir. Nəticədə həm sadə vətəndaşların hissləri istismar edilir, onları ələbaxımlı edirlər, həm də yardım, qrant verdikləri təşkilatların üzərində təsir imkanları artır. Bu isə dövlətin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Amma indi qaçqın faktiki yoxdur, öz torpaqlarından didərgin düşmüş insanlar doğma yurdlarına dönürlər. Digər tərəfdən dövlət də bu təbəqədən olan insanların ehtiyaclarını qarşılayır. Odur ki indi "Qaçqınkom”un qranta, yardıma daha ehtiyacı yoxdur.

Buna baxmayaraq, bu qurum hələ də xarici təşkilatlarla, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə çoxsaylı yardım, qrant proqramları reallaşdırmağa davam edir.

Aydındır ki, BMT nin özünün vəsaiti yoxdur və yardımlar müxtəlif donorların hesabına alınır və yönəldilir. Hazırda da dünyada iki böyük belə struktur var: ABŞ ın USAİD təşkilatı və Avropa İttifaqı. Bu strukturların ayırdığı vəsaitlərin də son məqsədinin nə olduğunu izah etməyə ehtiyac yoxdur.

"Qaçqınkom”da ya bunu başa düşmürlər, ya da bu qurumun rəhbərliyində təmsil olunmuş şəxslərin burada xüsusi marağı var. Məsələn, "Qaçqınkom”un şöbə müdiri Sənan Hüseynovun və yaxınlarının bir neçə QHT-si var və bu qurumlar müntəzəm qaydada xaricdən böyük məbləğdə qrantlar alırlar. Vəsaitlər hara gedir, nəyə xərclənir, yəqin S.Hüseynovun özü yaxşı bilər.

Bu strukturda çalışan digər İlham adlı şəxsin və onun həyat yoldaşının da müntəzəm qaydada qrant, yardım aldığı iddia olunur.

Bu vəsaitlər hara gedir, hansı məqsədlərə xərclənir? Əvvəlki dövrdə olduğu kimi kəskin qaçqın problemi olmadığı halda "Qaçqınkom”un qrant və yardım əməkdaşlığı niyə günü-gündən şişir? Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və digər vəzifəli şəxslərinin bunda nə marağı var?

Bu məsələlər xüsusi araşdırma predmetidir və aidiyyəti orqanların fəaliyyət sferasıdır.

P.S. Eşitdiyimizə görə, dövlətin müvafiq orqanları artıq bu məsələ ilə maraqlanmağa başlayıblar./globalinfo
 
Ardını oxu...
"Əvvəlki yazılarımda 2024-cü ilin 10 oktyabrında Kamal Abdullayev və onun bacısı oğlu Azad Məmmədovun biznes obyekti olan Azərbaycan Dillər Universitetinin İxtisaslaşdırılmış Müdafiə şurasında Azərbaycan elmində unikal hadisə baş verdiyi – 2024-cü ildə mifik zaman müddətində, daha dəqiq desək, 6 aya dissertasiya yaz(dır)mış və 4 aya 7 məqalə cap etdirmiş Coşqun Dadaşovun “Maykl Murkok yaradıcılığında mifoloji zaman və gerçək dünya” mövzusunda mifik dissertasiyasını müdafiə etdiyi barədə yazmışdım". "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir.
O daha sonra bunları əlavə edib: "Noyabrın 20-də müdafiənin qırxı münasibətilə və M.Murkokun doğum günü ərəfəsində (18 dekabr) Kamal Abdullayev və Coşqun Dadaşovun bu münasibətlə Londonun Vestminister hissəsində – Trafalqar meydanındakı Milli qalereyanın (The National Gallery) arxasında yerləşən, fentezi üslubunda dizayn edilmiş feşenebelli “Çolaqdana” restoranına (“The Lame Calf” Restaurant) dəvət edildiyi barədə də məlumat vermişdim. Lakin həmin ərəfədə Kamal Abdullayev bərk azarladığı üçün səfər baş tutmamışdı. Yaxşı ki, baş tutmamışdı, çünki az sonra Coşqun Dadaşovun ona həsr edilmiş dissertasiyasını “Qoogle translation” programı ilə oxuduqdan sonra M. Murkok çox qəzəblənibmiş. M. Murkoka məlum olub ki, mətni 116 səhifə olan bu dissertasiyanın 16 səhifəsində (s.98-113) Coşqun Dadaşov onun “Melnibonedən olan Elrik”ini (“Elric of Melnibone”, 1972-1994) və K.Abdullanın ideyasını oğurladığı “Sehrbazlar dərəsi” ilə müqayisə edib. Başqa sözlə, bu hissəni özünəvurğunluq azarına düçar olmuş Kamal Abdullayev özünə həsr etdirib. Sən demə, dissertasiyanın elmi yeniliyi də Kamal Abdullayev ilə bağlı imiş: “Azərbaycan ədəbiyyatşünaslıqda (müəllif belə yazır – H.Z) ilk dəfə olaraq, M.Murkok və K.Abdulla yaradıcılığının müqayisəli-tipoloji aspektdə araşdırılması da öz növbəsində dissertasiyanın elmi yeniliyini təşkil edir” (s.9). Dissertasiyada, necə deyərlər, M.Murkok yalan olub, Kamal Abdullayev – gerçək.
M.Murkoka o da məlum olub ki, Coşqun Dadaşovun dissertasiyası Universitetin dissertasiya sexində yazdırılıb. O bildirib ki, bununla bağlı olaraq öz fikirləri və narazılıqlarını Azərbaycanın müvafiq orqanlarına çatdıracaqdır.
“Qulaq” informasiya agentliyinin verdiyi məlumata görə, Kamal Abdullayev bunun eşidəndə çox narahat olub. İndi o, AAK-nin Ekspert şurasının ADU-dan olan və Şuradakı bütün məlumatları ona operativ şəkildə çatdıran xanım üzvü vasitəsilə bu şuraya təsir göstərərək əzizi Coşqun Dadaşovun dissertasiyasının səs çoxluğu ilə qəbul edilməsi üçün dəridən-qabıqdan çıxır. Kamal Abdullayevin narahatlığının bir səbəbi də odur ki, dissertasiyanı yazdırmağa görə “peşkəş etdiyi” vəzifəni başqa birinə verib ondan 100 min manat ala bilərdi. Başqa narahatlıqlar da vardır. O, Coşqun Dadaşovun minimum imtahanlarını verməsi məsələsini saxta yolla, köhnə tarixlə həll etmiş, AAK-nin əsasnaməsinin ziddinə olaraq dissertasiyanı müdafiə olunana qədər ictimaiyyətdən gizlətmiş, kitabxanaya verilməsini təmin etməmiş, başqa iddiaçılar dissertasiyasını müdafiə etmək üçün illərlə növbə gözlədiyi halda, Coşqun Dadaşovu müdafiəyə ümumi növbədən kənar buraxmışdır. Müdafiə prosesində Müdafiə şurasının üzvlərinin Coşqun Dadşova verdiyi suallar da Kamal Abdullayevin tapşırığı ilə qabaqcadan hazırlanıb ona təqdim edilmiş suallar olmuşdur. Bunu müdafiənin video təsvirində aydın görmək olar.
Onu da qeyd edim ki, Coşqun Dadaşov və Kamal Abdullayev dissertasiyanı nə qədər gizli saxlasalar da, qulağına dəyən sədalardan sonra M.Murkok da, mən də onu əldə etmişik. Hazırda mən dissertasiyanın ciddi ekspertizasını aparıram.
Kamal Abdullayev Coşqun Dadaşov üçün yazdırdığı bu dissertasiyanı belə yekunlaşdır(tdır)ır (həm də sitatla: Quliyev, Q. Ədəbiyyatda xaosmos // Azərbaycan jurnalı, – 2019, № 6, s. 160): “Beləliklə, görmək olur ki, Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Şərq sufizmindən, Maykl Murkokun “Melnibonedən olan Elrik” romanı isə Qərb mistikasından gələn Xeyirlə Şərin biri-birini əvəz etməsini, amma eyni zamanda da gerçək dünyada əbədi olaraq bir yerdə yaşamasını göstərir. Hər iki yazıçı Əbədi Döyüşü bir bütöv – “kosmosda xaosun, xaosda kosmosun əlamətləri” ... kimi göstərir” (s.113). Allah, Allah ..! Bununla kifayətlənməyən Kamal Abdullayev özünü “Nəticə”yə də pərçim etdirir: “M.Murkokun “Melnibonedən olan Elrik” və K.Abdullanın “Sehrbazlar dərəsi” romanlarının müqayisəli-tipoloji aspektdə təhlili onu deməyə əsas verir ki, “Sehrbazlar dərəsi” romanında zaman təkrarlanan, dairəvi və empirik zamanlara bölünür, mifoloji zaman sakral, real zaman isə öləri insanın yaşadığı zamanla şərtlənir. Ağ Dərviş empirik zamanda öləri insan həyatı yaşasa da daima təkrarlanan zamanda yenidən doğulur. M.Murkokun Şahzadə Elriki də ölür, amma yenidən dünyaya gəlir, bu gəlişdə keçmiş həyatını təkrarlayır. Döyüşür və bu döyüş əbədi olaraq davam edir, hərdən Xeyir, hərdən isə Şər qalib gəlir. Hər iki yazıçı Xeyirlə Şərin əbədi döyüşünü varlığın bütövlüyünü göstərən bir hal kimi təqdim edir” (s.116).
Son günlər belə bir xəbər də yayılıb ki, M.Murkok Kamal Abdullayevin Nobel mükafatına namizədliyə namizəd olduğunu və Hirş indeksi üzrə ona 454 dəfə istinad edildiyini, ölkənin siyasi rəhbərliyinin “repressiya”sına məruz qaldığını eşidəndən sonra bir qədər yumşalıb və hətta deyib ki, Coşqun Dadaşovla bağlı hələ qəti qərara gələ bilməsə də, Kamal Abdullayevi “dissident” kimi dünyada tanıdacaq və o, yuxularında gördüyü Nobel mükafatını mütləq alacaq.
Burada bir haşiyəyə çıxmaq istərdim. Bir neçə il əvvəl haradasa belə bir məlumat oxumuşdum: Bethovenin fortepiano üçün yazdığı 25 nömrəli lya minor – “Elizaya” əsərinin adı, əslində, “Klaraya” imiş. Bethovenin xətti şox pis olduğundan onu (E – C və z – r hərflərinin yazılışda oxşarlığına görə) “Elizaya” kimi oxuyublar. Düşünürəm ki, bəlkə, M.Murkok da “Nobel” yox, “Nofəl” mükafatı yazmaq istəyib, amma mexaniki olaraq “Nobel” yazıb.
“Qulaq” informasiya agentliyinin həmin məlumatına görə, M.Murkok Kamal Abdullayevin “Bir yay axşamı” hekayəsini xüsusilə sevdiyini bildirib və deyib ki, onun orada təsvir etdiyi əxlaqsızlıq səhnələri bizim Mançester sitinin bəzi ərazilərindəki mənzərəni xatırladır və Azərbaycanda, onun bu hekayəsində olduğu kimi, əxlaqsızlığa norma tək baxacaq kosmopolit gənclərin yetişməsində böyük rol oynayacaqdır.
Qayıdaq Coşqun Dadaşovun dissertasiyasına. Kamal Abdullayev Coşqun Dadaşova yazdırdığı bu dissertasiyanı zorla təsdiq etdirib onu prorektor vəzifəsinə təyin etməyə çalışır. Ona görə də bütün qüvvələrini səfərbər edib. Lakin Kamal Abdullayevin özü kimi birini yetişdirmək istəyi onun ürək funksiyası yerinə yetirən “cəhrə”sində qalacaq. Mən də bu rəzilliyin qarşısını almaq üçün bütün qüvvəmlə çalışacağam..."
 
Ardını oxu...
Bu günlərdə sosial şəbəkələrdə, əsasəndə Tik-Tok üzərindən Gəncə Tibb Kollecində rüşvət qalmaqalları ilə bağlı müxtəlif səs yazıları, məlumatlar yayımlanmaqdadır. İşin ilginc tərəfi isə odur ki, artıq uzun illərdir ki, tibb kolleci ilə bağlı söz-söhbətlər səngimədiyi halda, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova müvafiq əmri ilə GDU nəzdində Gəncə Regional Kollecin direktoru və müavininin aqibətini bir saat içində həll edib. Səbəb?

Bir neçə saat içində əmri geri oxunan kollec rəhbərliyindən öncə uzun illər, yəni yaxın vaxtlara qədər adı gedən kollecin istilik sisteminin yoxluğundan əziyyət çəkən müəllim, tələbə kontingentinin yenicə canı isinmişdi ki, bu isinişməyə bu dəfə məhz agentliyin gənc direktoru “qələm çaldı”. Hələlik hansı səbəbdən olmasa da, görünən odur ki, işləyənlə işləməyənə agentlik münasibətini obyektib vermək istəmir.

Xatırladaq ki, adı gedən kollec ötən yaxın zamanlarda üç kollecin birləşməsi olaraq GDU-nun nəzdində fəaliyyət göstərir: Gəncə Humanitar Kolleci, Gəncə Musiqi Kolleci və Gəncə Texniki Kolleci. 2024-cü tədris ilinə qədər Gəncə Musiqi Və Texniki Kolleclərindən hazırkı tədris ilində ilk olaraq istilik sistemi quraşdırılmış, əvvəlki illərə nisbətən təlim və tərbiyə işləri yenicə axarına düşürdü ki, bu dəfə də hörmətli Ülkər xanım aman vermədi.

Xeyirlisi, nə deyək. Təhsilini Fransa, Niderland kimi ölkələrlə bağlamış bu direktor Avropa standartlarına uygun təhsil sistemi yaradarsa millitaritetimizi unutmaz, inşallah.

O da maraqlıdır ki, sırf müəllim ailəsindən olan kollecin direktoru İlqar Kubişovun işdən kənarlaşması nazirliklər arası ədavət olmasın?

Xatırladaq ki, adı gedən direktor, yəni dosent İlqar Kubişovdən əvvəl uzun müddət kollecin direktoru MM deputatı Əhliman Əmiraslanovun yaxın qohumu Faxrəddin Zeynalov olmuşdur.

Hurriyyet.az
Ardını oxu...
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) Yaşıllaşdırma İdarəsinin yaşıllıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi bu dəfə "Saffira Plus" şirkəti olub.

TEREF bildirir ki, "Qaynarinfo"nun məlumatına görə, şirkət cari ildə Yaşıllaşdırma İdarəsinin artıq 5-ci tenderinin qalibi seçilir. Bu tenderlərin hamısı yaşıllıqların satın alınması ilə bağlı keçirilib.

İdarənin keçirdiyi tenderlərdən üçü cari ilin avqust ayına, biri noyabr ayına, sonuncu isə dekabr ayına təsadüf edir. Sonuncu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 290 870 manatdır.

"Saffira Plus" müəmmalı şirkət kimi tanınır. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 26 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Elə həmin ildən də dövlət satılnalmalrında iştirak etməyə başlayıb və nə sirdirsə yalnız Sumqayıt Şəhər MKTİB-nin Yaşıllaşdırma İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi seçilib.

10 manatlıq nizamnamə kapitalı ilə yaradılan şirkətin hüquqi ünvanı Saatlı rayonu, Əlisoltanlı kəndi, ev 1, mənzil 23-də yeləşir. "Saffira Plus"un qanuni təmsilçisi isə Zeynalova Nurlanə Şahin qızıdır.

Açıq mənbələrdə onun haqqında heç bir məlumat yoxdur. Heç "Saffira Plus" barəsində də hər hansı məlumata rast gəlinmir.

Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, Qaqçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, baş nazirin sabiq müavini Əli Həsənovun qardaşıdır.
 
Ardını oxu...
Göyçay rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Göyçay Azərbaycanda həmişə səliqə səhmanı gözəlliyi ilə seçilən rayon olub. Ancaq Natiq Ağayev rayona icra başçısı təyin edildikdən az sonra bu gözəllikdən təmizlikdən əsər-əlamət qalmadı.Həmişə Göyçaya gələn qonaqlar gülün- çiçəyin, ağacların ətrindən həzz alırdısa indi rayona daxil olanlar zibil iyindən burunların tuturlar.
Natiq Ağayev elə bil Göyçaya və göyçaylılara qənim kəsilib. Rayonda zibillər vaxtlı-vaxtında götürülmədiyi üçün aşıb- daşıb günlərlə qalıb ətrafa dəhşətli xəstəliklər yayır, bütün rayonu üfunət iyi bürüyüb zibilə qərq olub. Sakinlər məcbur olub zibilləri yandırlar ki, buna görə rayon hər gün tüstüyə bürünür.

Natiq Ağayev icra başçısı təyin edildikdən sonra yaxın qohumu olan Cavanşir Qədirovu Göyçay Yaşıllıq İdarəsinə müdir təyin etdi.İndi nəticədə göz qabağındadır. Yaşıl çinarları ilə dillər dastanı olan Göyçayda son 1 ildə yüzdən çox çinar quruduğu üçün kəsilib. Həttda qurumuş çinar ağaclarını dibindən yox başından kəsiblər ki, buda əcaib bir mənzərə yaradıb.

Bir neçə aydır Göyçay şəhərinin küçələrinə tez-tələsik vurulan asfaltlar indidən xarab olub dalğa şəkilinə düşüb. Çünki ilin sonu olduğu üçün ayrılan pulu silib talan etmək üçün bir küçəyə vurulmalı olan asfaltı bir neçə küçəyə vurublar (daha doğrusu yaxıblar).
Göyçay əhalisi Natiq Ağayevdən nə vaxt canlarını qurtaracağını səbirsizliklə gözləyirlər.


Hümbətov Asif Atəş oğlu
Əliyev Bəkir Tahir oğlu
Kamilova Solmaz Lazım qızı
Feyzullayev Dəyanət Sabir oğlu
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
İşğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyi bu gün hər kəsə məlumdur. Qurum 170 min hektardan çox çirklənmiş ərazini təmizləyərək ekoloji bərpa, biomüxtəlifliyin yenilənməsi və davamlı kənd təsərrüfatı üçün yol açıb. Hazırda Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” icra olunmaqdadır. Böyük Qayıdış planının daha sürətli icra olunması üçün ANAMA-nın fəaliyyəti danılmazdır. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, minalardan təmizlənməsi istiqamətində həyata keçirilən işlərə dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlar, şirkətlər tərəfindən də dəstək göstərilir.

Amma Minatəmizləmə Agentliyində dövlət satınalmalarının təşkili qanunun tələbləri ilə keçirilmir. Biz apardığımız kiçik bir araşdırma zamanı bunun şahidi olduq.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi sürtkü yağlarının satın alınması üzrə 09.07.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “AZ BATTERY” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib. Minatəmizləmə Agentliyi sözügedən MMC ilə 140.111,31 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 07.09.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Qeyd edək ki, Minatəmizləmə Agentliyi tərəfindən nəzərdə tutulmuş sürtkü yağlarının satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 286.079,74 manat müəyyən edilib. Görsəndiyi kimi satınalan təşkilat olaraq Minatəmizləmə Agentliyi müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı olaraq “AZ BATTERY” MMC-nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Minatəmizləmə Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “AZ BATTERY” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulması deməkdir.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “AZ BATTERY” MMC (VÖEN 2906070851) Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 26.11.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, CORAT ŞTQ, MƏH 1, ev 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalov İlkin Əvəz oğludur.

Amma Minatəmizləmə Agentliyindən fərqli olaraq Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən sürtkü materiallarının satınalınması ilə əlaqədar 05.06.2024-cü il tarixində keçirilmiş kotirovka sorğusunda təchizatçı “AZ BATTERY”” MMC “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.5. təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun gəlmədikdə və 35.1.8. təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda maddələrinə əsasən müsabiqədən kənarlaşdırmışdır.

Bundan əlavə Minatəmizləmə Agentliyi tərəfindən 31.07.2024-cü ildə başlanılmış, Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi üçün texniki bazanın tikintisi işlərinin satın alınması üzrə tenderdə də analoji qanun pozuntusuna yol verib. Belə ki, müsabiqədə “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyəti Minatəmizləmə Agentliyinin müəyyən etdiyi ehtimal olunan qiymətdən, 1.697.024,99 manatdan aşağı təklif verərərək qalib olub. Müqavilənin qiyməti 1.147.146,03 olub və məlumat 02.10.2024-cü ildə dərc edilib.

Bunlardandan əlavə Minatəmizləmə Agentliyi analoji qanun pozuntusuna xüsusi təyinatlı texnikaların satın alınması üzrə “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı satınalma müqaviləsində də yol verib. Bu tenderdə Agentlik tərəfindən müəyyən etdiyi ehtimal olunan qiymət 3.156.150,00 manat olub. Amma “RAMMA” QSC tenderi 2.375.000 manat təkliflə udub.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Minatəmizləmə Agentliyi publik hüquqi şəxsin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, ehtimal olunan qiymətlərdən dəfələrlə aşağı təklif verən bəzi şirkətlərlə satınalma müavilələri bağlamışdır ki, bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Bunlardan əlavə alınan malların, görülən işlərin keyfiyyətinin aşağı olması ehtimalını da artırır.

Bütün bu göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Minatəmizləmə Agentliyinin Satınalma Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı.

Qeyd edək ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyyətinin sədri Vüqar Süleymanovdu. O, bu vəzifəyə Prezident İlham Əliyev Sərəncamı ilə 4 fevral 2021-ci ildə təyin edilib. O, 2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis, 2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri, 21.04.2020-ci il tarixdən bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

Aktualinfo.org
 
Ardını oxu...
Məlum olduğu kimi noyabr ayında həm yağan şiddətli yağışdan sonra, həm də COP 29-un açılış məsələləri ilə bağlı Bakı şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirələr keçirilib. Müşavirədə yaranmış problemlərdən əlavə paytaxtın abadlaşdırılması işləri ilə bağlı da müzakirələr aparılıb, təhlil edilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin bəzilərinə iradlarını bildirib, işlərini düzəltməyə vaxt verib. Əldə etdiyimiz məlumata görə həmin təsərrüfat xidməti rəhbərlərindən biri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Röyal Sarıməmmədov olub.

Əldə etdiyimiz məlumatlara görə buna səbəb Röyal Sarıməmmədovun barəsində Bakı şəhər İcra Hakimiyyətinə olunan şikayətlərin çoxluğu olub. Pirallahı sakinlərinin narazılığı ondan ibarət olub ki, Röyal Sarıməmmədovu yerində tapa bilmirlər, problemləri aylarla həll olunmamış qalır. Pirallahıdakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Röyal Sarıməmmədov çox iddialıdır, özünü rayonun sahibi kimi aparır, aidiyyəti oldu, olmadı bütün işlərə qarışır və vaxtının çoxunu da öz biznesinə sərf edir.

Maraqlıdır, Röyal Sarıməmmədov biznes qurmağa pulları hardan əldə edir. Bu apardığımız kiçik bir araşdırdırmada özünü açıq aydın göstərir.

Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi nəqliyyat vasitələrinin cari təmirinin satın alınması üzrə “KARPİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.365 manat məbləğində satınalma müqaviləsini 25.11.2024-cü ildə, nəqliyyat vasitələrinin cari təmiri və sürtgü yağlarının satın alınması üzrə “ALAZAN-A” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 47.515 manat məbləğində satınalma müqaviləsini 20.08.2024-cü ildə bağlayıb.

Otən il isə Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyi sürtkü materiallarının satınalınması üzrə “QİBSON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 18.920 manat, nəqliyyat vasitələrinin cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınması üzrə isə “İNPORT” MMC ilə 33.878,98 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Maraqlıdır, Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında nə qədər nəqliyyat vasitəsi var, və ötən ilin dekabrından bu günə 110 min manata qədər alınan ehtiyyat hissəsləri və sürtgü yağları həqiqətənmi həmin nəqliyyat vasitələrinə xərclənib?

Bundan əlavə Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyi abadlaşdırma xidmətinin satın alınması üzrə “FILTRON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.650 manat məbləğində 23.11.2024-cü ildə, təmir işlərin satınalınması üzrə “KONEKS CONSTRUCTİON” MMC ilə 96.941,91 manat məbləğində 11.10.2024-cü ildə, abadlaşdırma xidmətlərinin satın alınması üzrə “QİBSON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 28.950 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Burada “FILTRON” və “QİBSON” MMC-lərinin Pirallahıda haranı abadlaşdıracağı yerlər bəlli deyil. Çünki bu şirkətlər abadlaşdırma ilə deyil başqa qaranlıq məsəslələr üçün Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyindən kotirovka udublar bu şirkətlər daha əvvəllər də Təsərrüfat Birliyi ilə işbirliyində olubublar. “QİBSON” MMC Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinə həm sürtkü materialları alır, həm də abadlaşdırma xidmətləri göstərir. “FILTRON” MMC isə Təsərrüfat Birliyinə həm mal-materiallar ( 43.718 ) həm inventar və xüsusi geyim ( 70.074 ) həm sanitariya-gigiyena (19.824) həm də abadlaşdırma xidmətləri göstərir. Bundan əlavə avqust ayında Təsərrüfat Birliyinə sürtgü yağları satan “ALAZAN-A” MMC ötən il həm də abadlaşma xidməti göstərib.

Bütün bu məlumatlardan da görsəndiyi kimi Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyində satınalmaların təşkili qanunla müəyyən edilmiş qaydalarda aparılmır. Bütün işlər qanunlara uyğun deyil, Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Röyal Sarıməmmədovun maraqlarına uyğun qurulur.

Qeyd edək ki, Röyal Sarıməmmədov daha əvvvəllər Xəzər, sonra Pirallahı Rayon İcra Hakimiyyətilərində nümayəndə müavini, baş məsləhətçi, sektor müdiri, şöbə müdiri, başçının köməkçisi kimi müxtəlif vəzifələrdə çalışıb. 15.03.2022-ci il tarixindən Pirallahı rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilib.

Onun bizneslə məşğul olduğunu sübut edən məlumatlar isə mətbuatda çoxdan yayılıb. Dövlət Sosial Təminat Xidməti Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili məqsədilə qeyri-yaşayış obyektini fiziki şəxs Sarıməmmədov Röyal Tofiq oğlundan (VÖEN – 8700148382) icarəyə götürəcək. İcarəyə götürüləcək 130 kv metr qeyri-yaşayış obyekti üçün Röyal Sarıməmmədova ildə 24 960 manat (ayda 2080 manat) ödəniləcək. Bu Röyal Sarıməmmədovun biznesinin kiçik bir hissəsidir.

Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin keçirdiyi satınalmalardan da göründüyü kimi hər il abadlaşdırma, təmir, nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin alınmasına vəsaitlər ayrılır. Lakin bu vəsiatlərin demək olar çoxu Röyal Sarıməmmədovun özünə qayıdır. Pirallahı isə nə abadlaşdırılır, nə də təmir edilir. Nəqliyyat vasitələrinə ehtiyyat hissələrini də sürücülər özləri alır.

Görünür Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəzəbinə tuş gələnlər də bu olub. İndi verilən vaxtda Röyal Sarıməmmədov Eldar Əzizovun qəzəbindən qurtula biləcəkmi, yoxsa yaxın gələcəkdə vəzifəsi ilə vidalaşmalı olacaq. Onu da yaxın gələcək göstərəcək.

Aktualinfo.org
 
Ardını oxu...
Nizami rayonuna icra başçısı təyin olunduğu gündən özünü daha çox BAZAR ADAMI kimi tanıdan Coşqun Cəbrayılovun bu xrakterik keyfiyyəti günü bu gün də onun işinə yansımaqdadır ki, bunun da bəlasını bir kimsə yox... məhz sakinlər çəkir. "DİA-AZ" bildirir ki, bunun da nəticəsidir ki, hazırda Nizami rayonunun ərazisi hələ də vətəndaş müharibəsini yaşayan Suriyanın şəhərlərini xatırladır. Təbii ki, bütün bunlar icra başçısı Coşqun Cəbrayılovun xeyir-duası ilə cərəyan etməkdədir...

Şəkillərdə gördüyünüz Nizami rayonunda K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsidir...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
"DİA-AZ" bildirir ki, “Kursus Nizami” MTK tikinti şirkəti hələ də vətəndaşlara məxsus olan binanı xarabalığa çevirməklə məşğuldur ki, bu məsələdə də yeganə istinad nöqtəsi icra başçısı, icra hakimiyyətidir... Onların binaları hansı vəziyyətə qoyduğu günü görürsünüz. Bunu şəhər icra hakimiyyətindən aldıqları qanunsuz sərəncam əsasında edirlər.

Qeyd edək ki, sözügedən ünvanda mənzilini satmaq istəməyən vətəndaşlar məhkəməyə müraciət edib. Məhkəmələrdə işə baxıla-baxıla MTK binanı qanunsuz olaraq sökür və insanların yaşayışını mümkünsüz edir.

"DİA-AZ"a müraciət edən sakinlərin sözlərinə görə, hətta kommunikasiya xətlərini belə qırıblar: "Yaşayış mümkün olmasın deyə hətta blokların qapılarını da sındırılblar... hamısı da özbaşına olaraq. Kiməsə şikayət etmək imkanımız da yoxdur... rəsmən sahibsiz qalmışıq..."
 
Ardını oxu...
Göyçay rayonu Şəhadət kənd sakinləri tərəfindən

MÜRACİƏT

Şəhadət rayon mərkəzinə ən yaxın kənd olsada yolunun əksər hissəsi yararsız olduğu üçün biz sakinlər çox əziyyət çəkirik. Kəndin yolunun bir hissəsinə bir neçə il əvvəl asfalt çəkiləsəd bir neçə küçələri isə təmir edilməyib. Hansı ki, həmin yollların üzərində çoxlu sayda sakinlər yaşayır. Buna görə biz sakinlər çox əziyyət çəkirik. Qışda palçığa, yayda toza görə yolda hərəkət etmək olmur.Uşqlar məktəbə getməkdə çətinli çəkirlər, xəstə olanda təcili yardım maşını gələ bilmir.
Yolumuzun təmir edilməsi üçün dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətində qəbulda olmuşuq ancaq heç bir faydası olmayıb.
Həmçinin seçki öncəsi deputat Məzahir Əfəndiyev bizə söz verdi ki, yolun təmir etdirilməsi üçün müvafiq addımlar atacam. Ancaq heç bir köməklik göstərmədi bizi aldatdı.

Buna baxmayaraq ümidimizi üzmədik ona görə ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi qayğıkeş və mərhəmətli prezidenti var. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar kəndlərinin belə yolları təmir edilib insanların rifahı yaxşılaşıb.
İnanıb ümid edirik ki, Göyçay şəhərinin mərkəzinə yaxın yerləşən Şəhadət kəndinin biz sakinlər yaşadığı küçələrinin yollarına asfalt vurulacaq.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik müraciətimizi nəzərə alıb bizim yaşdğımız kəndin yolunun təmir edilməsinə göstəriş verəsiniz.

Şıxalıyev Qismət Əsgər oğlu telefon; 051 306- 93- 96
Hacıyev Nüsrət Hacıbala oğlu
Soltanov Elburus Rəhman oğlu
Məmmədov Dadaş Vəli oğlu
Məmmədov Pərviz Simon oğlu
Soltanov Azər Rəhman oğlu
Məmmədli Semral Elçin oğlu
Məmmədov Sarvan Sərxan oğlu
Əsədov Vüqar Tahir oğlu
Kazımov Zöhrab Hacıağa oğlu
Soltanov Rasim Nəriman oğlu
Quliyeva Solmaz Məhərrəm qızı
Kazımov Zamiq Hacıağa oğlu
Soltanov Nəriman Rəhman oğlu
Bədəlova Sevda Yusif qızı
 

Ardını oxu...
Aylardır ki, Səhiyyə Nazirliyi həkimlərin və xəstəxanaların qanunsuz əməlləri barəsində qanuni tədbir görmək əvəzinə sadəcə susur...

Görəsən niyə?

Yoxsa Akademik Zərifə xanım kimi bir dahi şəxsiyyətin adına xəyanət edib, rüşvətxorluq yuvasına çevrilən Milli Oftomologiya Mərkəzində həkimlərin pensiya almaq üçün əlillik dərəcəsi olan diaqnozu pulla satmasından, müayinə üçün vətəndaşlardan pul tələb edilməsindən özü də xəbərdardır və durumdan o, da yararlanır deyə susur?

Belə deyilsə, niyə Samux rayon Qarayeri qəsəbə sakini Əjdər Məmmədovun həyat yoldaşı - anadangəlmə görmə qüsurlu Gülxanım Məmmədovadan tələb edilən, alınan 1800 (min səkkiz yüz) manat rüşvətə dair səs yazıları, yazışmalar belə təqdim etdiyimiz halda nazirlik susdu?

Güya araşdırıb, vətəndaşın iddialarının təsdiqini tapmadığını deyərək, iki cümlə ilə vətəndaşı da, medianı da yola verdilər, vəssəlam.

Ardından, Ağcabədi rayon Avşar kənd sakini Alimə xanımın qızının və iki nəvəsinin Tibb Universitetinin tədris-cərrahiyyə klinikasında qanköçürmə yolu QİÇS-ə yoluxduqları barəsindəki iddiaları da Səhiyyə Nazirliyi sözün əsl mənasında "qulaqardına vurdu" və cavabdeh olan heç kimsə cəzalandırılmadı. Halbuki, bütün bunlar ciddi araşdırılmalı və qanun çərçivəsində həll olunmalı məsələlərdir, çünki, söhbət insanların həyatından gedirdi.

Hələ Azərbaycan Tibb Universitetinin Onkologiya klinikasında qeydiyyatdan tutmuş, müayinə - müalicə üçün xəstələrdən alınan pulları, Milli Onkologiya Mərkəzində xəstələr üzərindən bazarlığı və sair demirik.

Təqdim etdiyimiz məlumatların hər birinə dair !DogruXeber.az" olaraq faktlar təqdim etdiyimizə baxmayaraq, hər dəfəsində Səhiyyə Nazirliyi doğru olmadığı cavabını verdi.

Görünür, vətəndaşların sosial şəbəkələrdə yazdıqları, yaxud el arasında dedikləri, - "Nazirliyin hər şeydən xəbəri var, hesablarını alırlar, gözlərini yumurlar" cümləsi heç də boşuna deyilməyib.

Bütün bunlardan əlavə, 3 aydır Sabunçu rayon Sabunçu qəsəbə sakini Əliyeva Vüsalə Şəmsəddin qızının 19 yaşlı qız övladını əməliyyat edən Modern Hospitalının həkimi Elvina Səlimova və yanlış diaqnoz qoyaraq ailəni sarsıdan, eləcə də yeniyetmə qızın yanlış müalicə almasına səbəb olan Memorial hospitalı barəsində verdiyimiz məlumatlara da Səhiyyə Nazirliyi susur.

Bundan əlavə, tərkibi bəlli olmayan preparatlar tətbiq edərək, Vüsalə xanımın səhhətində problemlər yaranmasına səbəbkar olan "kosmetoloq" Günel xanımla bağlı məlumatlara da nazirlik göz yumdu.

Halbuki, nazirliyin məsul əməkdaşları özləri Vüsalə Əliyevanı dəvət edib, dinləyib, adı çəkilən hər iki hospitalın və Elvina Səlimovanın belə bir xəstəni qanunsuz olaraq qəbul etdikləri üçün barələrində mütləq tədbir görüləcəyini, həmçinin özünü kosmetoloq kimi təqdim edən Günel adlı xanımın heç bir tibbi təhsilinin və aidiyyatı qurum tərəfindən icazə sənədinin olmadığını demişdilər.

Lakin, hər iki özəl hospital, ixtiyarı olmadığı halda (nazirlik əməkdaşının sözlərinə görə) yeniyetmə qızı əməliyyat edən Elvina Səlimova və tibbi təhsili olmayan "həkim-kosmetoloq" Günel adlı xanım bu gün də fəaliyyətlərinə maneəsiz şəkildə davam edirlər.

Sual yaranır, Səhiyyə Nazirliyi hansı maraqlar xatirinə onların qanunsuz əməllərini ört-basdır edir?

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

 
 
 

Dünyapress TV

Xəbər lenti