Ardını oxu...
Şirvada 13 hektar ərazini zəbt etdirənlərin kimliyi məlum olub. Qalmaqalda aşçının köməkçisi və bacanağı ilə müavinin adı hallanır...

Şirvanın icra başçısı İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimov vəzifə səlahiyyətlərindən dən sui-istifadə edərək “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özəlləşdiriblər.

AzFakt.com-a Şirvandan daxil olan məlumatda bildirilir ki, Şirvan şəhər Gəmi zavodu ətrafında yerləşən 13 hektar strateji torpaq sahəsini başçının köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimovun ələ keçirdiyi iddia edilir. İlk öncə Orxan İbrahimovun ərazini ələ keçirməsi barədə sosial şəbəkədə məlumatlar yayılmasına baxmayaraq, sonradan məlum oldu ki, başçı müavinin bu məəslədə icra başçısının tapşırığı ilə hərəkət edib və bu məsələdə ən aktiv rol alan şəxslərdən biri də başçının köməkçisi və bacanağı Etibar Yolçuyev olub.

Yayılan məlumatlarda zəbt edilən ərazinin Sabirbad rayonundan olan bir qazinin adına sənədləşdirildiyi iddia edilir.

Xatırladaq ki, İlqar Abbasov Suraxanıda icra başçısı olarkən Etibar Yolçuyevi başçının müavini təyin edib. Suraxanıda bütün tikinti və söküntü işləri, o cümlədən bütün gəlirli sahələr başçının bacanağının nəzarətində olub. İlqar Abbasov Şirvana təyinat aldıqdan sonra isə Etibar Yolçuyev müavin vəzifəsindən azad edilib və İlqar Abbasov bu dəfə onu Şirvanda özünə köməkçi təyin edib.
Ardını oxu...
Etibar Yolçuyev

Qeyd edək ki, Şirvanda “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsinin zəbt edilməsinin təfərrüatlarını daha geniş şəkildə oxucularımıza təqdim edəcəyik.
 
 

 


Ardını oxu...
Hələ ötən ilin sentyabrında TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirildi.

Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulması olub.

Amma nə qədər dəyişiklik edilsə də bu qurumda bütün işlər əvvəlki qaydasında gedir. Yeni, bir neçə il olar istismara verilmiş təcili yardım avtomobillərinə hər il yeni ehtiyyat hissələri alınır. Hər il eyni qaydada ehtiyyat hissələrinin alınmasına milyonlarla manat vəsait xərclənir. Səbəbi isə kiçik bir araşdırmada bəlli oldu.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı təcili yardım və “Hyundai Elantra”avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə başlanılan açıq tenderə 28.11.2024-cü ildə yekun vurulub. Müsabiqənin qalibi 105.564,69 manat təklifi ilə “İMPORT SUPPLY COMPANY ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və təchizatıçı ilə satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Sözügedən satınalma üzrə “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 298.716,00 manat müəyyən edilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 06.06.2024 -cü ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi 129.800 manat təklifi ilə “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və 12.11.2024-cü il tarixdə satınalma müqaviləsinin bağlanılması barədə məlumat dərc edilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 297.554 manat müəyyən edilib.

Bundan əlavə “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” ilə “AVTO TEXNİKA DETALİNG” MMC arasında bir satınalma müqaviləsi də 12.11.2024-cü ildə “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə bağlanılıb. Bu tenderdə MMC 168.999,6 manat təklifi ilə qalib seçilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş bu açıq tenderdə isə ehtimal olunan qiyməti 298.792,00 manat müəyyən edilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən yumşaq inventarların, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması üzrə 18.07.2024 -cü ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi 99.957,8 manat təklifi ilə “GİLL MED” Qapalı Cəhmdar Cəmiyyəti seçilib və 12.11.2024-cü il tarixdə satınalma müqaviləsinin bağlanılması barədə məlumat dərc edilib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 194.753,00 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan görsəndiyi kimi satınalan təşkilat olaraq “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin hər dörd tenderdə müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı olaraq MMC-lərin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “AVTO TEXNİKA DETALİNG”, “İMPORT SUPPLY COMPANY ” MMC-ləri ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulması deməkdir.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” burada təkcə qanunları pozmur, həm də dövlətə külli miqdarda ziyan vurur. Belə ki, ehtimal qiymətlərindən aşağı olan malların alınması həmin malların keyfiyyətini şübhə altında qoyur. “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” güya dövlət vəsaitinə qənaət edərək, ucuz ehtiyyat hissələri alır. Əslində isə ucuz alınan ehtiyat hissələri tez sıradan çıxır və yenisinin alınması zərurəti yaranır. Hər il təkrarlanan bu proses isə külli miqdarda dövlət vəsaitinin təyinatından kənarlaşdırılmasına hesablanan bir addımdan başqa bir şey deyil.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalovdur. O, daha əvvəl Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olub. Ötən il Mirələm Cəlalov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən cərimələməsi ilə də gündəmdə olmuşdu.

Aktualinfo.org
 
Ardını oxu...
Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda daha bir qalmaqal baş verib.

Bu barədə "Təzadlar"a AMEA-dan bildirilib. Belə ki, bu günlərdə "Azərbaycan Respublikasının tarixi" şöbəsinin müdiri Əmrahov Mais İsrafil oğlu ilə şöbənin qadın əməkdaşlarından biri (adını hələki açıqlamırıq) arasında mübahisə o həddə çatıb ki, söyüş və təhqirlər səslənib. Əldə etdiyimiz məlumata görə, bu cür hallar institutda artıq adi hala çevrilib və xüsusilə Kərim Şükürovun direktor təyin olunmasından sonra qadın alimlərə qarşı açıq-aşkar təzyiq mühiti yaranıb. Hansı ki, iki həftə əvvəl də oxşar hadisə baş vermişdi. Media olaraq K.Şükürova elektron sorğu göndərsək də, həmin vaxt cavab verilməmişdi. İndi də elə...

***

Qeyd edək ki, sən demə, insidentin əsas səbəbi şöbə müdirinin yenicə elmlər doktorluğunu müdafiə etmiş, lakin təsdiqini hələ almamış qadın əməkdaşı qısqanması və onun gələcəkdə şöbə müdiri vəzifəsinə iddialı olmasından çəkinməsidir. Bu vəziyyətdə Mais Əmrahovun "gözünün odunu almaq" adlandırılan qeyri-rəsmi basqı siyasətinə əl atdığı bildirilir. Tarix İnstitutunda qadın alimlərə qarşı bu cür mənəvi basqı halları artıq sistematik bir problemə çevrilib.

Qeyd etmək istəyirik ki, qadın əməkdaşın yaşadığı ağır stress və mənəvi travmanı nəzərə alaraq onun adını açıqlamırıq. Lakin bu vəziyyət təkcə fərdi məsələ deyil, bu, institut daxilindəki idarəetmə mühitinin və akademik dəyərlərin ciddi şəkildə pozulduğunu göstərir. Biz, akademik ictimaiyyət və mətbuat nümayəndələri olaraq, AMEA-nın və Tarix İnstitutunun rəhbərliyindən xahiş edirik ki, bu cür hallara son qoyulsun və qadın alimlərə qarşı açıq-aşkar diskriminasiya və təzyiq siyasətinə qarşı ciddi tədbirlər görülsün. Elm və təhsil ocaqları belə neqativ hallara səhnə olmamalıdır!

Direktor Kərim Şükürovun və şöbə müdiri Mais Əmrahovun da mövqeyini dinləməyə hazırıq.

"Təzadlar"

Ardını oxu...
“Bəsti Hacıyevanın əməliyyatdan sağ çıxması sevindirici xəbərdir, amma məsələ bununla bitmir. Hazırda Bəsti xanım reanimasiyada olsa da, bu əməliyyatın kölgəsində gizlənən ciddi faktlar var. Azərbaycan mətbuatında bəzi mənbələr Ülviyyə İlyasovanın bu əməliyyatla bağlı rolunu gizlətmək üçün məlumatlar tirajlayır. Lakin məndə bu məsələyə işıq salacaq faktlar mövcuddur”.

"DogruXeber.az" xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova daha bir qalmaqallı paylaşımı ilə səs-küy yaradıb. O, adına cinayət işi açılan və eltisini öldürməkdə ittiham olunan həkim Ülviyyə İlyasova haqqında yeni iddialar səsləndirib:

“Ülviyyə İlyasovanın əməliyyatdan sonra hadisə yerində necə gizləndiyini əks etdirən sübutlarım var. Hətta onun bacısının telefonundan xəstə yaxınlarına zəng edib, “Məni ələ verməyin, tutulsam xəstənizin xərclərini ödəməyəcəm,” deyə insanları qorxutduğuna dair məlumatlar mövcuddur. Bu arada qeyd etmək lazımdır ki, Bəsti xanım varlı deyil, maliyyə baxımından çətinlik çəkir və Ülviyyənin onun üçün ödəyəcəyi yardıma möhtacdır. Amma hüquq-mühafizə orqanları bu məsələni diqqətlə araşdırmalıdır. Ülviyyənin günahını hansısa saxta “həkim” öz boynuna götürübsə, bunun səbəbləri də açıq şəkildə üzə çıxarılmalıdır. Ülviyyə İlyasovanın fəaliyyətini davam etdirdiyini sübut edən daha bir video paylaşımı da təqdim edəcəyəm. Bu dəfə söhbət azərbaycanlı aktrisa Mila Bekovadan gedir. Həmin videoda görəcəksiniz ki, Ülviyyənin əməlləri Mila xanımı hansı psixoloji, fiziki və mənəvi əzablarla üz-üzə qoyub. Öz gözlərinizlə izləyib nəticə çıxarın.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının addım atması və ədalətin təmin olunması hər birimizin gözləntisidir. Bu hadisələr yalnız fərdi insanlara deyil, bütövlükdə cəmiyyətə zərbə vurur. Biz isə susmamalı, həqiqətləri işıqlandırmalıyıq”./Yenisabah.az/
Ardını oxu...
Dünən mediada övladlarının təhsil aldığı orta məktəbdə istiliyin olmadığından şikayətlənən valideynlərin narazılığı ilə bağlı məlumatlar yayılmışdı. “Sumqayıt şəhəri, Bağlar massivi, Aşağı Mollu kənd tam orta məktəbində övladım təhsil alır. Məktəbdə qızdırıcı radiator olsa da, bu sadəcə görüntü üçündür. Çünki həmin məktəbdə istilik yox səviyyəsindədir. Demək olar ki, siniflərin əksəriyyəti soyuqdur. Koridordakı radioatorların əksəriyyəti işləyir. Bir otaqda iki qızdırıcı varsa birini bağlayırlar ki, o birinə istilik getsin. Bu zaman isə sinif soyuyur. Çünki aparat balacadır”

Bunu açıqlamasında adının çəkilməyini istəməyən şikayətçi valideyn bildirib. Daha bir valideyn isə iddia edib ki, özləri məktəbi peçlə təmin edib:“Uşaqlardan pul yığıb otaqlara qızdırıcı alıblar. Bu təşəbbüs də əslində uşaqlardan, valideynlərdən gəlib. Çünki otaqlar soyuq olur. Məktəblilər tez-tez xəstələnirlər. Hətta soyuq olanda uşaqlar isti üst geyimləri ilə dərsdə otururlar. Qış hələ qarşıdadır. Birazdan vəziyyət daha dözülməz olacaq. Çox istərdik ki, məktəbimiz üçün əlavə istixana tiksinlər” deyə şikayətçi bildirib.

Aktualinfo.org validynlərin bəhs etdikləri, Təhsil Nazirliyi Abşeron – Xızı Regional Təhsil İdarəsinin əhatə dairəsində olan məktəblərin isidilməsi ətrafında araşdırma aparıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron – Xızı Regional Təhsil İdarəsi Abşeron r.nu ərazisində yerləşən ümumtəhsil orta məktəbləri,uşaq bağçaları və körpələr evinin və Sumqayıt şəhər ərazisində yerləşən uşaq və körpələr evinin binalarının isidilməsinin təmin edilməsi üzrə 15.11.2024-cü ildə bir mənbədən satınalma metodu tətbiq etməklə “MAHMUD” kəndli fermer təsərrüfatı ilə 1.285.564,8 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Abşeron – Xızı Regional Təhsil İdarəsi “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə, satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Abşeron – Xızı Regional Təhsil İdarəsi xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır. Abşeronda və yaxud Sumqayıtda “MAHMUD KFT”-dən başqa analoji işlərlə məşğul olan şirkət yoxdur? Sözügedən fermer təsərrüfatı ilə birbaşa müqavilənin bağlanılmasında təbii ki, maraqlı olan tərəflər var. Çünki sözügedən şirkət Sumqayıt və Abşeron məktəblərinin “isidilməsi” üzrə çoxdan püxtələşib. Bu barədə bir qədər sonra.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAHMUD” kəndli fermer təsərrüfatı (VÖEN: 3100051111 ) 22.05.2001-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, qanuni təmsilçisi kimi isə İsmayılov Orxan Bilal oğlu qeyd olunub.

Reyestr məlumatlarında şirkət F.H.ABBASOVA VƏ E.M.ABBASOVUN TAM ORTAQLI MAHMUD KƏNDLİ FERMER TƏSƏRRÜFATI kimi dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi Abbasov Elbrus Mahmud oğlu olub. O, həm də Abşeron rayonunda fəaliyyət göstərən “İstilik” MMC-nin drektoru olub, 2019-cu ildə dünyasını dəyişib.

Qeyd edək ki, “MAHMUD” kəndli fermer təsərrüfatı daha əvvəllər də Sumqayıtda məktəblərin isidilməsi üzrə keçirilmiş tenderlərin qalibi olub. Hələ 2021-ci ildə Təhsil Nazirliyinin 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzi təhsil müəsisələrinin isidilməsi üzrə 480 000 manat məbləğində satınalma müqaviləsi 19.04.2021-ci il tarixdə “MAHMUD KFT” ilə bağlanmışdır. Sözügedən Mərkəz 22.10.2021-ci ildə isə “MAHMUD KFT” ilə 750.000 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Apardığımız araşdırmalardan da göründüyü kimi “MAHMUD” Kəndli Fermer Təsərrüfatı Abşeron – Xızı Regional Təhsil İdarəsinin əhatə dairəsində olan məktəblərin isidilməsi üzrə milyonlarla dəyəri olan tenderlərin qalibi olub. Bununla belə övladları Sumqayıt təhsil ocaqlarında oxuyan valideynlər məktəblərin isidilməməsindən şikayətçidirlər. Belə olan halda məktəblərin isidilməsinə ayrılan külli miqdarda dövlət vəsaitləri hara gedir?

Qeyd edək ki, Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadı. O, bu vəzifəyə təhsil nazirinin 29 aprel 2022-ci il tarixli əmri ilə təyin edilib.

Aktualinfo.org
 
Ardını oxu...
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.
Ardını oxu...

Tribunainfo.az-a istinadə xəbər veririk ki, zavodun İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduyğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Gəncə Avtomobil Zavodu” ilə bağlı iş baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilib. 3 dekabr tarixində hakim Asif Əliyevin sədrliyi ilə prosesə baxış iclası keçiriləcək.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, “Gəncə Avtomobil Zavodu”nun direktoru Amin Allahverdi oğlu Əliyevdir.

Məlumat verir ki, “Gəncə Avtomobil Zavodu”nun Muşahidə Şurasının sədri 98 saylı Bərdə – Tərtər seçki dairəsindən Parlamentə deputat seçilən Xanlar Fətiyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.
Anaxeber.info
 
Ardını oxu...
Siyasətdə məşhur söz var - xalqın necə yaşadığını bilmək üçün onun soyuducusuna baxmaq lazımdır. Bu vaxt millətin mədəsini və güzəranını soyuducu güzgü effekti ilə qaytaracaq. Azərbaycan isə neft-qazla zəngin, Şərqlə Qərbin arasında körpü olan tranzit bir ölkədir, logistika cəhətdən gəlir gətirən coğrafiyada yerləşir. Di gəl, çi fayda?! Bu iqtisadi dividendlərin nəticələrini xalqın soyuducusunda görmək olarmı? Əlbəttə, yox! Azərbaycan xalqı yeraltı sərvəti olmayan ölkələrin əhalisi ilə müqayisədə daha varlı yaşamalıydı. Hətta inkişaf etmiş Qərb dövlətləri bir yana, heç olmasa Küveyt, Qətər ola bilərdi. Amma Azərbaycan Nigeriyanın vəziyyətindədir. Bununla belə, parlamentdə gedən büdcə müzakirələri zamanı deyilən deputatların dediyi fikirləri eşidəndə adamın əli lap üzündə qalır. Onların çıxışlarını eşidəndə adam deputatların yerinə qızarır, amma millətin bəzi vəkilləri qətiyyən xəcalət çəkmirlər. Elə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də parlamentin üzvlərindən geri qalmır, elə danışır, elə danışır, sanki xalqın borcu var. Bir minnət qoyurlar, bir borclu çıxarmağa çalışırlar ki, deyərsən, xalq yalandır, məmurlar, deputatlar düz. İntəhası, son müzakirələr zamanı bir sıra diqqət çəkən məqamlar oldu: xüsusən də nazir Sahil Babayevin fəaliyyətinə yönəlik çıxışlar ikiyə haçalandı. Bir tərəf naziri möhkəm tənqid etdi, bir tərəf isə onu yüksək səviyyədə müdafiə etdi, eləcə də spiker Sahibə Qafarova nazirə sahib çıxdı. Anaxeber.info bildirir ki, tənqidlər son dərəcə sərrast idi. Məsələn, deputat Siyavuş Novruzov hamının çoxdan dediyini dilə gətirdi və dedi ki, özünüməşğulluq proqramı çərçivəsində fermerlərə verilən inəklər arasında xəstə heyvanlar olur, onlar da ölürlər. Ardınca həmkarı Səyyad Salahlı vurğuladı ki, Qarabağ veteranına verilən 80 manat müavinət nəinki azdır, hətta ayıbdır. Əlbəttə, bu reallıqlar çoxları tərəfindən dəfələrlə deyilib. Amma bu dəfə danışan iqtidarın deputatları, hakim partiyanın siyahısından parlamentə düşənlər idi. Doğrudur, sonra Səyyad Salahlı anladı, yaxud ona anlatdılar ki, belə danışmaqla barıtı çox edib, ona görə büdcə müzakirələrinin ertəsi günü "səhvi"ni düzəltməyə çalışdı, qeyd elədi ki, əhali yaxşı yaşayır, hətta belə də danışdı - xırda-mırda problemlər var. Spiker Sahibə Qafarova da ona "göz vuraraq" dedi ki, Səyyad müəllim, siz də problemləri qlobal səviyyədə təqdim etməyin, xırda-mırda şəkildə çatdırın. Bütün hallarda, hər iki deputat nazir Babayevin korrupsioner, yarıtmaz fəaliyyətini ifşa etmişdilər, sonradan deyilənlər isə malalamaq məqsədi daşıyır. Amma müşahidələr göstərir ki, Sahil Babayev parlamentdə təklənmədi, onun müdafiəsinə qalxanlar da oldu, xüsusən də parlamentin sədri onu müdafiə etdi. Bəzi təhlilçilərə görə, parlamentdə nazir Babayevi tənqid və tərif edənlərin ikiyə bölünməsi hakimiyyət daxilindəki qrupların toqquşmasından xəbər verir. Hərçənd, bu çıxışlardan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparılmalı, müavinətlərin verilməsi, əlillik dərəcələrinin təyin olunması, verilən heyvanların xəstə olması və ölməsi, qazilərə verilən pulun azlığı barədə hökumətdə bir hərəkətlilik olmalı idi. Amma görünür ki, nazir Sahil Babayevi qoruyan və müdafiə edən qrup daha güclü çıxdı. Yəni yola onunla davam edilməsi mümkündür. Hərçənd, parlament tribunasından Babayev ciddi şəkildə "vuruldu" və ölkənin siyasi rəhbərliyi bu nazirlikdə nələr baş verməsini məhz deputatların dilindən eşitdi. Ümumiyyətlə, ölkədə ən çox narazılıq doğuran, ilk gündən ən çox şikayətlər olan, rüşvət, barəsində ən çox korrupsiya, yeyinti faktları ortaya qoyulan qurum ƏƏSMN-dir. İndiyə qədər qazilərin çoxsaylı şikayətləri, nazirlik önündə etirazları, vətəndaşların ünvanlı sosial yardım və özünüməşğulluq proqramları barədə açıqladığı faktlar sübut edir ki, kütləvi narazılıq mövcuddur. Sosial təminat sahəsində vəziyyətin bərbad olduğu göz qabağındadır. Amma büdcədən ən az xərclər də sosial sahəyə yönəldilir. Halbuki büdcə sosialyönümlü olmalıdır, əhalinin təminatı aşağıdır, gəlirləri az, xərcləri çoxdur, hər şey bahalaşıb və məmurların bərq vuran malikanələri, milyonluq maşınlarının altında inildəyən kasıb təbəqənin narazı olması təbiidir. Ona görə hökumət postmüharibə dövründə sosial təminat sahəsində genişmiqyaslı iş aparmadı. Axı veteranlara verilən 80 manat bir ortabab məmur üçün heç ayaqqabı pulu deyil. Bu da sosial narazılığı artırır. İndisə parlamentdə deputatların bu faktları deməsi göstərir ki, reallıqları təkcə media, siyasətçilər görmürdü, hakimiyyət də bilir, qanunverici orqanın üzvləri də, nazir Babayev də... Amma bu dəfə də onu qorumağa çalışdılar. O zaman varı ölkənin kasıb vətəndaşı kimi yaşamağa davam...


Azər Talıbov

Anaxeber.info
 
 

 


Ardını oxu...
Azərbaycanda həyata keçirilən özünüməşğulluq proqramı ilə bağlı zaman-zaman əhalinin müəyyən narazılığı ortaya çıxır.

Bu proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən vətəndaşlar sonradan onlara verilən heyvanlarla bağlı narazılıq edirlər. Heyvanların xəstə, yararsız olması səsləndirilən iddialar arasındadır.

Bu problem bütün bölgələri əhatə edir. Qeyd edək ki, bir müddət əvvəl TNS-də Naxçıvan Muxtar Respublikasında əhaliyə qeyd olunan proqram çərçivəsində verilən heyvanların xəstə olması ilə bağlı geniş bir material gedib.

Özünüməşğulluq proqramı nədir?

Azərbaycanda aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Bu proqram Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq, kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir. Bu, özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.

Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirlərindən əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır.

Göründüyü kimi, proqramla bağlı yazılanlar kifayət qədər cəlbedicidir.

Bəs proqramın icrası zamanı ortaya çıxan narazılığın səbəbi nədir?

Problem o qədər dərinləşib ki, bu günlərdə Milli Məclisdə də müzakirə olunub. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov özünüməşğulluq proqramı ilə kəndliyə verilən heyvanların üç gün sonra öldüyünü deyib.

O qeyd edib ki, şəhid ailələri və veteranlara güzəştlərlə bağlı çoxlu qanun, Prezidentin fərmanı, icra hakimiyyətlərinin sərəncamları var: "Nazirlik onların hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, şəhid ailələri və müharibə veteranları öz hüquqları barədə məlumatı oradan öyrənə bilərlər. Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə verilən iki inəyə bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, təqdim olunmuş heyvanlarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) xəstəlik-sağlamlıq arayışları olur. Nazir araşdırmamış heç kimi heç nə deməməyə çağırıb.

Onu da qeyd edək ki, özünməşğulluq proqramına cəlb olunan vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir. Fermalarda heyvanlara Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən kliniki baxış keçirilir və daha sonra heyvanlar karantinə alınırlar. Karantin müddəti bitdikdən sonra AQTA tərəfindən akt təqdim edildiyi təqdirdə heyvanların ölkə üzrə paylanışı həyata keçirilir. Paylanış zamanı heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt da tərtib olunur.

Yəni prosedur belədir. Bəs necə olur olur ki, əhali aldığı heyvanın xəstə olduğunu deyir. Belə çıxır ki, vətəndaşlar yalan danışır? Yaxud da yoxlamadan keçən heyvanlar yolda gedərkən xəstələnir...

İqtisadçı Akif Nəsirli məsələ ilə bağlı TNS-ə açıqlamasında bildirib ki, bu sahədə rastlaşdığı faktlarda korrupsiya hallarını müşahidə edib: “Məlumdur ki, hər bir heyvanın müəyyən qiyməti var. Əvvala, özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanlar dəyərindən bir neçə dəfə baha qiymətləndirilir. Deyək ki, 100 manatlıq keçini 300 manata sənədləşdirirlər. Vətəndaşa da bu qiymətə imza atdırırlar. Bunu da “sən onsuz da pul verib almırsan ki, havayı alırsan. İmzanı 300 manata at!” - şəklində əsaslandırırlar. Halbuki həmin keçinin birini bazardan 100-120 manata almaq olar. Mən belə faktlar görmüşəm. İnsanlara xəstə inəklərin verilməsinə şahid olmuşam. Hətta xəstə olmasa belə, baxırsan ki, bazarda inəyin qiyməti ən uzağı 300 manatdır. Bunu 3000 manata qiymətləndirirlər. Beləcə, korrupsiya halları yaşanır. Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar”.

İqtisadçı belə hesab edir ki, problemi aradan qaldırmaq üçün proseduru dəyişmək lazımdır: “Hökumət vətəndaşa vasitə verməsin, əvəzində pul versin. İnsanlar bazardan öz seçdiyi, xoşuna gələn heyvanı alsın. Belə olanda vəziyyət dəyişəcək. Heyvanın bazardan alınmasına məşğulluq mərkəzinin nümayəndəsi şahidlik də edə bilər. Yaxud vətəndaşa götürdüyü pulun dəyərində mal-heyvan alması ilə bağlı öhdəlik qoyula, sonradan vətəndaşın alıb-almadığına nəzarət edilə bilər. Yəni proseduru elə təşkil etmək lazımdır ki, dövlət orqanları, məmurlar vəziyyətdən sui-istifadə etməsin.

Digər tərəfdən məşğulluq mərkəzi öz nümayəndlərini elə seçməlidir ki, həmin adamların kənd təsrrüfatından, heyvanlardan başı çıxsın.

İndiki halda özünüməşğulluq proqramından ancaq Məşğulluq Agentliyinin məmurları xeyir götürür, vətəndaşa heç bir faydası yoxdur”.

Sonda onu da qeyd edək ki, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak həmin şəxsin mülkiyyətinə verilir.

Özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini Dövlət Statistika Komitəsi tərəfindən əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinə qaytarır.

Ən azından bu fakt dəyərindən baha qiymətə təqdim olunan sənədə imza atan vətəndaşı iki dəfə düşünməyə vadar etməlidir.
 
Ardını oxu...
Tovuz rayon sakinləri, Ələkbərova Şahnaz Azər qızı, Vəliyeva Aynurə Mirzəli qızı, İsayeva Aygün Müslüm qızı, Musayeva Şəhla Dilqəm qızı tərəfindən aidiyyatı dövlət qurumlarına mətbuat nümayəndəlirinə müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Biz yuxarıda adımız və soyadımız qeyd olunan şikayətçi müəllimlər bildiririk ki,Tovuz Dövlət Sosial-İqtisadi Kollecində baş verənlər bizim müəllim fəaliyyətinə verilən xitamla yekunlaşmır.Bu barədə əlavə məlumat verəcəyik.Hələlik isə qayıdırıq Elm və Təhsil nazirinin qəbuluna olmağımıza və sonrakı ayda müəllimlik fəaliyyətimizə verilən xitama.

Belə ki, 18 oktyabr 2024-cü il tarixində Elm və Təhsil nazirinin Tovuzda keçirilən vətəndaş qəbulunda olduq. Cənab nazir Emin Əmrullayev Ələkbərova Şahnaz Azər qızını şəxsən qəbul etdi. (əmək fəaliyyətinə xitam verilən müəllim) Qəbul zamanı nazir bildirdi ki, Ələkbərova Şahnaz Azər qızına Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin yeni təyin olunan direktoru Hicran Əyyubova tərəfindən verilmiş xəbərdarlıq məktubu ləğv edilsin.Həmçinin, Şahnaz Ələkbərova 0,5 staf dərs saatından əlavə tiyutor ştatı ilə təmin edilsin.Xəbərdarlıq məktubu ləğv edilsin.

Qeyd etməliyik ki,18 oktyabr 2024-cü il tarixində Elm və Təhsil nazirinin Tovuzda keçirilən vətəndaş qəbulunda müəllim kimi əmək fəaliyyətinə xitam veriləcəyi ilə davamlı olaraq, hədələnmiş Vəliyeva Aynurə Mirzəli qızı və İsayeva Aygün Müslüm qızını isə nazirliyin nümayəndələri qəbul etdilər.Nazirin nümayəndə heyətinin üzvü Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmisi Samir müəllim (soyadını dəqiqləşdirə bilmədik) Aynurə Vəliyevaya 0,5 stafqa dərs saatının və tiyutor ştatının veriləcəyini söz verdi. Buna Aynurə Vəliyevanın inanmasını əminliklə ifadə etdi.(yəni mənim) Digər şikayətçi müəllim İsayeva Aygün Müslüm qızının isə dərs yükünə yenidən baxılması,1 stafqa dərs saatının verilməsi məqsədəuyğun hesab edildi.Bununla da,bizə hüquqlarımızın pozulmayacağı,iş yerini itirməyəcəyimizə dair söz verildi.

Lakin, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin yeni təyin olunmuş direktoru Hicran Əyyubova nazirin tapşırıqlarına məhəl qoymayaraq, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP29-un ölkəmizdə keçirildiyi zaman kəsiyində, kollecin Həmkarlar Təşkilatının iclasını cağıraraq, bizim işdən çıxarılmağımız barədə qərar qəbul etdirdi.

Beləliklə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmiləri – Samir və Siyavuş müəllim qeyri-rəsmi olaraq, 14 noyabr 2024-cü il tarixində kollecə gəldilər,bizi də kollecə çağırtdıraraq,işimizə xitam verildiyini bildirdilər. Növbəti dəfə bizə vəd verərək, 2025-ci ilin yanvar ayında dərs yükünə yenidən baxılacağı,əgər dərs saatı olarsa, tiyutor ştatı gələrsə, işlə təmin ediləcəyimizi bildirdilər.Hətta şəxsimizə xüsusi vurğulandı ki,qəbul olunmuş xitam qərarından məhkəməyə müraciət olunarsa, Azərbaycan Respubilkasının digər hüquq mühafizə orqanlarına şikayət edilərsə, bizə kömək etməyəcəklər.Yəni qəbul olunmuş xitam qərarına susaq,müti şəkildə heç nə olmamış kimi davranaq.

Hətta bizə açıq konteksdə “sizin məhkəmədən qalib qayıtmaq şansınız çox azdır,” fikiri bildirildi. “Bəs nazir dərs saatı ilə təmin edilməyimizi, bizə tiyutor ştatının verilməsini bildirmişdi”, sualına isə kollecin direktoru Hicran Əyyubova gülümsəyərək,”nazir sizə yazılı sənəd verdimi ki, Hicran xanıma çatdırın, siz nazirin sözünə inanırsınız?”, cavabını verməkdən çəkinmədi. Amma bizimlə eyni vaxtda işdən çıxarılacağı barədə xəbərdarlıq məktubu almış şəxslərdən, 1nəfər isə ümumiyyətlə həmkarların iclasında müzakirəyə çıxarılmadı, işində saxlanıldı.Kollecin yeni “mütləqi hakimi” Hicran xanım öz həmyerlisini qoruya bildi.Bunu nəyin müqabilində etməsi isə bizdə təəccüb doğurmadı. Görünür, kollecə yeni işə qəbul olunmuş müəllimlər və işçilər hansı meyara görə özlərinə iş almışdılarsa, işdə saxlanılan həmyerlisinə də münasibət o qəbildən oldu.

Ərz edək ki,15 noyabr 2024- cü il tarixində Hicran xanıma yaxınlaşıb xitam əmrimizi istədik, xitam əmrini bir neçə saatdan sonra verdi. Həmkarların sədri Elmira Bağırovadan protokolun surətini istədikdə isə protokolun yazılmadığını bildirdi. Hələ də,yazılmamış “protokola” rəğmən necə müəllimlik fəaliyyətimizə xitam verilə bilər, sualına isə gözləyin,indi yazarıq dedi.

Beləcə, Samir və Siyavuş müəllimlər,Hicran xanım və onun qanuna zidd hərəkətlər edən “dəstəsi” cənab nazir Emin Əmrullayevin tapşırıq və göstərişlərinə məhəl qoymadan,planlarına və istəklərinə uyğun qərar verdilər.Bu ərəfədə yaxşı olardı ki,nazirlikdən gələn nümayəndələr Hicran xanımın otağında saatlarla oturmaqla yox, kollecin müəllimlərinin problemləri ilə də maraqlana biləydilər,kollektivi maraqlandıran suallara aydınlıq gətiriləydi.Təəssüflər olsun ki, bu baş vermədi.

Hörmətli sayt rəhbərləri, dəyərli jurnalistlər!

Sizlər daha yaxşı bilirsiniz ki, son illər təhsil sahəsində idarəçiliyə kimlər gətirilir.Bu barədə sizlərə izahat verməyi lazımsız bilirik. Eləcə də bizə dərs saatı vermək istəyirdilərsə,nədən kollecə əlavə 3 müəllimin,özü də stajları olmayan,tədris səviyyələri metodiki təcrübəyə əsaslanmayan,saxta imtahan, müsabiqə keçirməklə,işə qəbul edilməsini də anlamamış olmazsınız.Yəni indiyə qədər 1 saat dərs tədris etməyən kənd bələdiyyə sədrinin kollecə müəllim kimi işə götürülməsi ilə,15-20 ilin müəlliminin kollecdən kənarlaşdırılmasından təsirlənə bilməyən şəxslər də deyilsiniz.Onda nə münasibətdi ki,kollecin 5 ay bundan qabaq təyin olunmuş direktoru bilmək istəmir ki,nəzəri bilik təcürbəyə əsaslanır.Bizləri tədris etmədən uzaqlaşdırmaqla əksinə bu millətin gələcəyinə zərbə vurmuş olduğunun fərqinə varmır.Biz təsəvvür etmirik o,bunları bilmir,amma o,da qəbul etməlidir ki,yeni müəllimlərin (eləcə də kollecə ümumilikdə götürülən 20 dən çox işçinin) hansı maraqlardan irəli gələrək,işə qəbul olunmalarını hamı yaxşı bilir.İndi,nəticəni özünüz çıxardın! Amma Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin direktoru Hicran Əyyubovanın facebookda səviyyələrinə enmək istəmədiyimiz “şərh yazan” trolları,adlarının ahəng qanununa uyğun olub-olmadığını vəs. bilməyən “tərəfkeşləri” oradakı şəffaflıqdan danışırlar. Ağzı köpüklənə-köpüklənə “zuy tutanlar” bilsinlər ki, Hicran Əyyubova kollecə direktor təyin olunduqdan sonra ora 20-25 şəxs işə götürülüb.Onların arasında bir şəhid,qazi ailəsinin nümayəndəsi yoxdu. Əksnə Qarabağ müharibəsi şəhidi və veteranının övladlarına baxan,uşaqları himayəsinə götürən,ingilis dili müəllimi,şəhid bacısı Vəliyeva Təranə Abbasəli qızı ilə bağlı yaş senzi əsas götürüldü,onunla 1 illik əlavə müqavilə bağlanılmadı.Bir neçə gün sonra Təranə Vəliyeva Allah rəhmətinə qovuşdu.Budur humanizim,mərhəmət hissi,ali dəyər ki,Hicran Əyyubova Təranə Vəliyeva ilə bağlı qərar qəbul edərkən bu İLAHİ ƏDALƏTİ nəzərə almadı?

Bizdən və həyat yoldaşlarımızdan şikayət edən Kollecin Həmkarlar Təşkilatının sədri və müavininə dair isə bildirməliyik ki,onlar bir ailənin üzvüləri,ər və arvatdırlar. Bu qanun pozutusudur ya,yox?! Bu şəxslər bizə görə qanunları da doğru-dürüst bilmirlər. Məsələn,kollecin Həmkarlar Təşkilatının müavininə bildiririk ki, biz müəllimlər 3 aydır maaş almırıq,onun cavabı isə həqiqətən çox təəssüf doğurdu :“Rəhbərlik həmkarlara təqdimat verməlidir ki, sizə məvacib köçməyib,sonra biz o işlə məşğul olmalıyıq”.

Bu “rəhbərlər” anlamaq istəmirlər ki, həmkarlar təşkilatı direktoru yox, işçinin,müəllimin hüququnu qorumaq, onların tapdalanmış haqqını müdafiə etmək üçün yaradılmış təşkilatdır. Bu şəxs bir yandan bizlərin qərarla işdən çıxarılmasına dair protokol aktına qol çəkir,digər tərəfdən isə bizə bildirir ki,sizlər narahat olmayın məhkəmə yolu ilə işinizə bərpa olacaqsınız. Özü də ixtisasca hüquqşunas olan bu şəxsin fikirindəki təzada baxın.Təbii belə görünür,biz 15-20 ilin müəllimlərinin taleyinə pozulmuş haqq və hüququmuzun müdafiəsi yolunda mübarizə aparmaq da yazılıb. Sizləri əmin edirik ki, bundan zərrə qədər də qorxmur və usanmırıq.Axıra qədər bir neçə istiqamət üzrə şər qüvvələrə qarşı mübarizə aparacağımıza əminik.

Sadəcə düşünürük, görəsən məqsəd nədir ki, Azərbaycan Respublikasının siyasi rəhbərliyinin fikirlərinə, tövsiyələrinə, fərman və sərəncamlarına zidd, absurd qərarlar qəbul edilir, insanlar narazı salınır.

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin maliyyə-təsərrüfat fəaliyyətinə dair isə bildiririk ki,orada Azərbaycan Maliyyə Nazirliyinin yoxlama aparmasına ehtiyac duyulur.Hesab edirik ki, şəffaflıqdan,islahatdan danışılırsa Kollecin icmal büdcəsinə, ştat vahidlərinə diqqət yetirilməli,dövlət vəsaitinin istiqaməti üzrə xərclənib-xərclənməməsinə baxılmalı,alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərin nə yerdə olduğu öyrənilməli, müəllimlərin məvacibinin hesablanması qaydaları yoxlanılmalı və s. istiqamətlər növbədənkənar təftiş edilməlidir. Eləcə də, 1-2 ayın müəllimlərinə əlavə olaraq, mükafat yazılması,həmin mükafatları kimlərin alması, Şuşa şəhərinə direktorun yaxın adamlarının gəzintiyə hansı vəsaitlə getməsi və digər tədbirlərə ayrılan vəsaitlər də yoxlanılmalıdır. Hansı ki, Şuşa şəhərinə gəzinti səfəri zamanı işçilərədən pulda yığılırdı.Kollecdə monitorinq aparılmalı, sesiya imtahanları şəffaf keçirilməlidir.

Aktualinfo.org
 

      
Ardını oxu...
“Özünüməşğulluq proqramında həddən artıq problemlər var. Nazir, bunu malalamaqla deyil”.
Tribunainfo.az-a danışan sosioloq Elçin Bayramlı parlamentdə gedən müzakirələr zamanı səslənən tənqidlərə belə haqq qazandırıb. Onun sözləribə görə, elektron mediada və sosial şəbəkələrdə minlərlə fakt, real videolar var: ” Nazir istəyir lap göyə çıxsın, bu, faktdır. Ölməkdə olan heyvanları qəpik-quruşa alıb vətəndaşa 3000 manata satırlar.

Özünüməşğulluğun başqa problemləri də var: kimlərəsə verilir, kimlərəsə verilmir. Verməmişdən qabaq nəsə tələb olunur, ya pul, ya əmlakın yarısı və s. Müxtəlif üsullarla insanlara zülm edirlər. Bu proqram zəif və kiçikdir. Bunun əhatə dairəsi azı 10 dəfə, 20 dəfə artırılmalıdır. Çünki ölkədə məşğulluq və işsizlik problemini aradan qaldıracaq yeganə üsul budur. İkinci bir yol yoxdur. Əhali iş yerləri ilə təmin olunmur, azad iqtisadiyyat, rəqabət yoxdur deyə sahibkarlar da müflis olur. Yalnız insanlar özlərini işlə təmin edə bilər. Onun üçün də özünüməşğulluq proqramı çərçivəsində müvafiq ləvazimatlar verilməlidir. Bu çox az verilir. On min müraciətdən birinə, ikisinə düşə-düşməyə…”

E.Bayramlıya görə, üstəlik bu heyvanlar müxtəlif bürokratik əngəllər yaradılır: “Bu proqram olmasa ondan yaxşıdır. Dünya bankı 100 milyon dollar ayırır, onlar bunu necə edirsə, ortaya heç nə çıxmır. İnsanlar yağ ala bilmir, ya xarab məhsullar verirlər, ya xarab avadanlıq verirlər, min cür şərt qoyurlar. Belə proqram olmur. Bu ölkədə kütləvi işsizlik var. İnsanları işlə təmin edə bilmirlərsə, heç olmasa özlərini işlə təmin etmələrinə imkan versinlər. Bu proqram onun üçündür ki, dövləti sosial öhdəlikdən azad etsin. Ona görə də şərtləri yüngülləşməlidir. Belə olan halda, insanlar özlərini işlə təmin edəcək, ölkədə istehsal yaradacaq, dövlətdən sosial almayacaq, işsizlik problemi azalacaq. Bizim milyardlarla pulumuz var, niyə bu proqrama pul ayırmırlar? Mən 15 ildir ki, dayanmadan bu proqramı təbliğ edirəm”.
Sosioloq hesab edir ki,
ölkədə kiçik sahibkarlıq inkişaf etdirilməlidir: “Bu ölkə, bu xalq, bu dövlət nazirliklə bacarmır. Nazirlik bütün sosial proqramları məhv edib.
Bu nazirlikdə ciddi şəkildə islahatlar aparılmalıdır, rəhbərlik dəyişməlidir. Yenidən proqramlara şəffaf nəzarət olunmalıdır. İctimai və dövlət nəzarəti olmalıdır. Bu pulları niyə batırırsınız? Məsələ deputatın dediyindən ən azı yüz dəfə ağırdır. Nazirin dediyi isə tamamilə biabırçılıqdır. Bu proqram Azərbaycanın yeganə xilas yoludur”.

Dünyapress TV

Xəbər lenti