Ardını oxu...
Sosial şəbəkələrədə yayılan görüntülərdə hava limanı əməkdaşları sərnişindən fantastik qiymətlə baqaj ödənişi tələb edirlər.
XALQ.AZ məlumat verir ki, 26.08.2024-cü il tarixində Bakı hava limanında (Bakı- Moskva reysində) sərnişinin 2 çanta 62 kq olan baqajı üçün 986 manat ödəniş tələb ediblər. Həmçinin əl yükü 5 kq artıq olmasını bəhanə edib təkrarən ödəniş tələb ediblər. Heçdə ucuz olmayan aldığımız biletdə əl yükü 10 kq göstərildikdə çıxılmaz vəziyyətə düşdülər. Daha sonra 62 kq əlavə baqaja görə bizdən 586 manat pul aldılar. Bu rəsmən soyğunculuqdur. “AZAL”dan imtina edirəm daha “AZAL” ın biletini almayacağam deyə sərnişin bildirib.
Qeyd edək ki, video çəkilişdən öncə 2 baqaja görə 1000 manat ödəniş tələb olunurdu.
Məlumatı 24saat.az sosial hesabında yayıb

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinidən bildirildi ki, videoda əks olunan sərnişinlər “Utair” aviaşirkəti ilə uçuş həyata keçiriblər. Baqajın daşınması ilə bağlı şərtlər isə tamamilə “Utair” aviaşirkətinin qaydalarına əsaslanır.
 
Ardını oxu...
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə “dəyişməz favoritlər” sırasında olan bəzi stajlı deputatlar da mandat uğrunda mübarizətyə girişiblər.

Altıncı çağırış parlamentin 2020-ci il fevral seçkilərində formalaşan tərkibinin milli və qlobal planda yeni çağırışlara uyğun fəaliyyət göstərəcəyinə dair gözləntilərin doğrulduğunu söyləməyə ciddi əsas yoxdur. Hər halda, o zaman dünyanı təhdid edən COVID-19 pandemiyası fonunda baş tutan seçkilərdə diqqətin daha çox bu bəşəri fəlakətə yönəlməsi Milli Məclisin tərkibinə yönəlik tənqidi yanaşmaları böyük mənada arxa plana keçirdi. Həmin il baş tutan və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra isə bu məsələ xüsusi aktuallıq kəsb etmədi. O baxımdan, Milli Məclisin tərkibi və fəaliyyəti ictimai müzakirələrin gündəmində yer almadı. Onsuz da cəmiyyətə tanış olan deputatların əksəriyyətinin fəaliyyətində müzakirə ediləcək xüsusi bir cəhət yox idi.

Bu səbəbdən, altıncı çağırış Milli Məclisin də öz ömürünü vaxtından əvvəl başa vuracağı haqda proqnozların doğrulması təəccüblü deyildi. Prezident İlham Əliyevin bu ilin iyununda parlamentin buraxılması və sentyabrın 1-nə növbədənkənar seçkilərin təyi edilməsi haqqında imzaladığı Sərəncam qanunauyğunluq kimi qarşılandı.

Gözləmək olardı ki, Milli Məclisə bu dəfəki seçkilərdə tamam fərqli alternativlərin rəqabəti müşahidə ediləcək. Çünki cəmiyyətin müəyyən hissəsinin düşüncəsinə görə, 2020-ci ildə parlamentə düşən deputatların mütləq çoxluğu üçün bu, onların ali qanunvericilik orqanında sonuncu təmsilçiliyi olacaqdı. Lakin 1 sentyabr seçkilərində nazmisədlərin irəli sürülməsi mərhələsinin başlanğıcında belə aydın oldu ki, bu çərçivədə nəzərdə tutulan deputatların böyük kəsimi qətiyyən o düşüncədə deyil. Hətta 6 dönəm – 30 il Milli Məclisdə oturmuş deputatların çoxu belə yeni namizəd statusunda adlarını seçki bülleteninə saldırmağa nail olublar. Belə olduqda, deputatlıq fəaliyyətləri daha az müddətlə ifadə olunan parlamentarilərin yenidən öz iddialarını ortaya qoymaları təəccüb doğurmadı.

Doğrudur, şablon da çıxsa, qanunun məhdudlaşdırdığı hallar istisna olmaqla, istənilən vətəndaşın seçkilərdə namizədliyini irəli sürmək hüququ var. Bu sırada bir neçə çağırış Milli Məclisdə deputat mandatı qazanmış şəxslər də istisna deyil. Ancaq burada nəzərə alınmalı olan çox ciddi məqamlar var. Onlardan biri və başlıcası həmin mandatı haqq etmək, təmsil etdiyi seçicilərə və bütövlükdə dövlətə nə dərəcədə faydalı olmaqdər. Faydalılıq əmsalı sıfır həddində olanların yenidən mandat uğrunda mübarizəyə girişməsi ictimai rəydə də birmənalı reaksiyaya səbəb olur, aqressiya ilə qarşılanır. 1 sentyabr seçkilərinin ümumi namizədlər siyahısında belə şəxslərin sayı kifayət qədər çoxdur.

Onların sırasında xüsusi seçilən deputat-namizədlərdən biri də 2000-ci ildən etibarən, Milli Məclisdə “lövbər” salan, beş dönəm deputat mandatına sahiblənən Eldar Quliyevdir. Artıq ömrününü 74-cü ilinə adlayan Quliyev də bəzi həmyaşıd deputatları kimi, istirahətə çəkilməkdənsə, parlament divarları arasında “xalq üçün külüng vurmaq” yolunu seçib, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb. Onun bu “fədakarlığını” bəlkə də qiymətləndirmək olardı. Lakin çox təəssüf ki, Quliyev 25 illik deputatlıq fəaliyyəti dövründə haqqında müsbət rəy yaradacaq, xoş sözlər dedirdəcək bir işin qulöundan yapışmayıb, ona pozitiv imic çizəcək fəaliyyəti ilə seçilməyib.

Əksinə, deputat və Koooperasiya Universitetinin rektoru olan Eldar Quliyev bu müddət ərzində adını yalnız neqativ planda hallandıracaq fəaliyyətlə məşğul olub. Mediada onun adına verilən axtarışlar zamanı elektron bazanın rektor-deputat barəsində türlü-türlü tənqid və şikayətlərlə dolu olduğu görünür. Onunla əlaqədar şikayətlərin əsas istiqamətlərindən biri Quliyevin rəhbəri olduğu Kooperasiya Universitetini “ailə podratı” əsasında idarə etəmələrinə dair iddialardır. Bildirilir ki, qızını prorektor, qardaşı qızını isə Kooperasiya Kollecinə direktor təyin edən Quliyev digər qohumlarını da müxtəlif vəzifələrə yerləşdirib.

Eldar Quliyevin “xüsusi” özəlliklərindən biri də 25 illik deputatlığı müddətində plenar iclaslarda demək olar, çıxış etməməsidir. Bu səbəbdən, onun adı müntəzəm keçirilən sorğularda “ən susqun deputatlar” sırasında ön yerlərdə yazılır. Seçicilərin də parlamentdə onları təmsil edən deputatla görüşüb dərdlərini söyləmələri mümkünsuz işə çevrilib. Seçildiyi bölgənin əhalisi ilə təmaslardan hər vəchlə yayınan Quliyev onların hansısa dərdinə dərman olmağı ağlının ucundan belə keçirmir.

Lakin onun “fəaliyyətsiz” olduğunu söyləmək də doğru deyil. Çünki iddialara əsasən, Eldar Quliyev təmsil etdiyi rayonda böyük biznes şəbəkəsi qurmağa nail olub. Hətta 1 sentyabr seçkilərində onun rəqibləri olan digər namzədlər Maştağa qəsəbəsindəki çoxsaylı obyektlərin Quliyevə məxsus olmasına dair paylaşımlar edirlər. Göründüyü qədər, deputatlıq sayəsində seçicilırinə olmasa da, özünə yaxşı gün ağlayan Quliyevin bu statusdan könüllü imtina etməsi təsəvvürə gəlmir.

Ancaq onun deputatlığa 5-ci cəhdi uğurlu alınacaqmı? Sentyabrın 1-də görəcəyik.

www.yenicag.az
 
Ardını oxu...
Deputatlığa namizədlər Neftçalanın başçısını ifşa etdiSentyabrın 1-də keçiriləcək parlament seçkiləri təkcə, namizədlərin təbliğat və təşviqat kampaniyalarını deyil, həm də həmin dairələrdəki problemlərin də üzə çıxmasına səbəb oldu. Tribunainfo.az xəbər verir ki, 70 saylı Neftçala seçki dairəsində də analoji vəziyyət yaşanır.

Deputatlığa namizədlər ilə görüşlərdə əhalinin nədən narazılıq etdiyi elə yayılan videolardan da aydın görünür. Sadəcə, məsələ belədir ki, bu qədər problemin içində boğulan rayonunun rəhbərliyi nə işlə məşğuldur?

Neftçala rayonunun icra başçısı Mirhəsən Seyidovdur. Bu posta bir müddətdir ki, təyinat alıb. Dövlət başçısı ona gənc olmasına baxmayaraq, böyük etimad göstərib. Çünki bir rayonu idarə etmək, onun problemlərini həll etmək məsuliyyətdir və kiçik iş deyil.

Lakin görüntülər, gələn xəbərlər, ortaya çıxan faktlar belə deməyə əsas verir ki, ya Mirhəsən Seyidov rayondan xəbəri yoxdur, ya da xəbəri olsa belə problemlərin həllində maraqlı görünmür. Əks təqdirdə, elə də böyük olmayan, lakin geniş potensialı olan bir rayonun rəhbəri adi məişət tullantılar, abadlıq, sosial problemlər və işsizliklə bağlı məsələləri həll edə bilmirsə, deməli, ya yerində deyil, ya da maraqlı hesab etmir.

Qeyd edək ki, Neftçala potensialı olan rayondur. Ölkədə az sayta rayonlardandır ki, quru sahədə neft çıxarılır. Bunun özü elə icra başçısı üçün avataşdır. Çünki öncəki icra başçıları rayonda bir çox işlərin görülməsini məhz neft hasilatında çalışan xarici şirkətlərin imkanlarından istifadə etmişdilər. Məsələn, ANŞAD Petrol şirkəti Salyan-Neftçala avtomobil yolunun çəkilməsini maliyyələşdirmişdi. Bu şirkət eyniylə bir sıra sosial layihələrin həyata keçirilməsinə də dəstək olmuşdu.
Mirhəsən Seyidov gəncdi, perspektivi var, lakin bu imkanlarından qətiyyən yararlanmır. Onun həmyaşıdları istər Azərbaycanda, istərsə də xaricdə özlərini dolğun fəaliyyətləri, bacarıqları, idarəedicilik məziyyətləri ilə göstərərək, özlərini gələcəyin naziri postunda görürlər. Əlbəttə ki, Neftçala kiçik rayon olsa da, buradan başlayıb, daha böyük uğurlar qazanmaq olar. El dilində desək: “Moskva da birdən birə qurulmayıb”.

Amma görünən odur ki, Mirhəsən Seyidov üçün nə perspektiv var, nə də o, həmyaşıdları kimi, gələcəyini parlaq görmür. Tək hədəfi isə elə Neftçalada qalıb, orada başını girələməkdir. Ya da ümid edir ki, bütün bacarıqsızlıq və səriştəsizliyinə rəğmən, nə zamansa ona yeni etimad göstəriləcək və vəzifəsi böyüdüləcək. Əks təqdirdə, ortaya çıxan bunca problem olmazdı. İnsanların bu qədər narazılığı da üzə çıxmazdı.

Bir sözlə, ölkənin ən kiçik rayonunu idarə edə bilməyən bir məmurun perspektivi yoxdur. Təkcə, iki deputatlığa namizədin ortaya çıxardığı problemlər də təsdiq edir ki, Mirhəsən Seyidov yerində deyil, işinin öhdəsindən gələ bilmir və rayonu başlı başına buraxıb. Neftçaladakı durum daha çox rayonun “avtopilota” qoyulmasına bənzəyir. Mirhəsən müəllim sükanı buraxıb, eyni sürətlə hərəkətə davam edir. Amma qarşıda divar və ya maneənin olmasının da fərqində deyil.

Ardını oxu...
Lerik rayon Qılqılov kənd sakini Quliyev Faiq Nəcəf oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, bildirir ki, müraciət etdiyi qurumlar onun şikayətinə baxmır:

“Mən, Quliyev Faiq Nəcəf oğlu, bildirirəm ki, uzun illərdir dövlətin mənə verdiyi pay torpağında taxılçılıqla məşğul olmuşam. Lakin bu il iyun ayının 29-da sel nəticəsində torpaq sahəmə gedən yol bərbad vəziyyətə düşüb. Rayonda aidiyyatı üzrə hansı quruma müraciət etsəm də, şikayətimə baxan yoxdur. Rayon icra başçısına, yol idarəsinə, Kənd Təsərrüfat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə şəxsən müraciət ünvanlamışam. Qurumlardan mənə bildirirlər ki, get, özünə "bel" ilə yol düzəlt. Mən də onlar deyəni etdim, amma videodan da görəcəksiniz ki, bu yolu bel ilə düzəltmək mümkün deyil. Mən bura asfalt salınmasını istəmirəm ki, yolu səliqəyə salsınlar. İlin-günün bu vaxtı - bütün dünya taxıl üçün dava döydüyü bir zamanda, bizim məmurlar taxılın biçilməyi üçün şərait yaratmırlar. Taxıl üçün dövlət-dövlətə ağız açdığı bir vaxtda Lerikin Qılqılov kəndində buğda biçilmir. Səbəb də sel yumuş yoldur.

Yuxarıda adını çəkdiyimiz qurumların heç birinin "günahı yoxdur" . Yağışı və seli "məhkəməyə verib" , yolun düzəlməsi üçün onlardan təzminat almalıyıq. Başqa yol yoxdur.

Kombayın maşınlarının taxılı biçməsi üçün hazırda yol yoxdur”.

Sizin sayt vasitəsilə bir daha rəsmi qurumlara müraciət edirəm ki, bu yolun abadlaşması üçün mənə köməklik göstərin".



Ardını oxu...
Qaxın Qaxmuğal kənd sakini, 1963-cü il təvəllüdlü Hikmət Dəmirçiyev barəsində Şəki rayon Məhkəməsinin ədalətsiz qərarı və türmə rəisinin müavini Elçin Cəlilov haqda Anaxeber.info-da məlumat yayımlanmışdı. Dəmirçiyevlər ailəsinin saytımıza verdiyi xəbərə görə, həmin şikayətin işıqlanmasından sonra türmə rəisi məhbus Hikmət Dəmirçiyevi 13 günlük "kars"a salıb və sonra müddətini uzadıb.
Dəmirçiyevlər ailəsi bildirir ki, türmə rəisi və onun müavini mətbuatda bu məsələnin ictimailəşməsindən qəzəblənərək bunun acığını məhkumdan çıxıblar və" kars"a salıblar. Ailə qeyd edir ki, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət, o cümlədən bu hadisədən xəbər tutan hüquq müdafiəçiləri həbsxanaya başa çəkməli, Hikmət Dəmirçiyevin saxlanma şəraiti ilə maraqlanmalıdırlar. Ailəsi nazir Fərid Əhmədov və Penitensiar Xidmət rəhbərinə müraciətində xahiş edir ki, Dəmirçiyevin cəzalandırılması və "kars"da saxlanması ilə əlaqədar cəzaçəkmə müəssisəsinə baxış keçirsinlər, rəhbərliyin fəaliyyətini araşdırsınlar.
Qeyd edək ki, Hikmət Dəmirçiyev bu yaxınlarda Şəki rayon Məhkəməsinin qərarına əsasən məhkumluğunun başa çatmasına 4 ay qalmış şərti azadlığa buraxılmışdı. Onun həbsdə olduğu dövrdə özünü nizam-intizamlı aparması, cəzaçəkmə müəssisəsinin nümayəndəsinin də hakim Kamran Musayev qarşısında Hikmət Dəmirçiyevi tərifləməsi, nümunəvi dustaqlardan biri olduğunu deməsi məhkəmənin onu vaxtından 4 ay tez şərti azadlığa buraxmasına təsir etmişdi. Hakimin qərarına əsasən Dəmirçiyev evə buraxılmışdı. Beləliklə, 3 il, 7 ay məhkumluq yaşamış Dəmirçiyevin cəzasının yerdə qalan 4 ayının şərti azadlıqda çəkməsinə qərar verilmişdi. Lakin Dəmirçiyevlər ailəsinin bildirdiyinə görə, Hikmət Dəmirçiyev həbsxanada olarkən rəis müavini Elçin Cəlilov (zampalit) şərti azadlığa çıxdıqdan sonra gəlib onları "görmələrini", "hörmət" etməyi istəyib. Yəni açıq şəkildə rüşvət tələb edib və "bizi gör" söyləyib. Ailənin sözlərinə görə, onlar kasıb insanlardır, kənd adamıdırlar, dolanışığı güclə çatdırırlar, Hikmət Dəmirçiyev də maddi imkanı olmayan bir adamdır, ona görə "zampalit" Elçin Cəlilova pul verməyə gücləri yoxdur. Bildirilir ki, bu zaman Elçin Cəlilov Hikmət Dəmirçiyevi hədələyib, pul olmasa, təzədən həbsə qayıdacağını xəbərdar edib.
Ailənin bildirdiyinə görə, bir müddət sonra Şəki Apelyasiya Məhkəməsinə protest verilib, Hikmət Dəmirçiyev prosesə çağırıb, hakim onun cəzasının yerdə qalan 4 ayını, həmçinin, şərti azadlıqda olduğu müddəti də bura əlavə edərək həbsxanaya göndərilməsini təmin edib. Ailə bu qərarı ədalətsizlik və türmə rəisinin məhkəməyə təsiri hesab edir. İndisə bu qərardan şikayətin mediada dərc olunması məhkumun cəzalandırılıb karsa salınmasına səbəb olub.
Ailə məsələ ilə bağlı Prezident İlham Əliyev, Ali Məhkəmənin sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədovdan kömək istəyirlər, bu işin araşdırılmasını xahiş edirlər.

Ardını oxu...
Tovuz-Qazax Regional Təhsil İdarəsinin, Ağstafa Təhsil Şöbəsinin və Ağstafa Rayon İcra Hakimiyyətinin razılaşdırılmış hərəkətləri ilə Ağstafa rayonunda təhsil müəssisələrinin rəhbər vəzifələrini təmənna qarşılığında “pay-püşk” etmələri, yaxud, məktəb direktorlarına, direktor müavinlərinə kreslolarını qorumaq üçün müəyyən şərtlər irəli sürmələri barədə indiyədək çox demişik, çox yazmışıq. Söz yox, haqqa, ədalətə, qanunun aliliyinə, öz savadlarına güvənib “Triada”nın şərtlərinə boyun əyməyən istisna şəxslər də tapılırdı. Məsələn, Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Vəfa Tağıyeva kimi.

Bu yerdə qeyd etməyə dəyər ki, sözügedən məktəb rayonun ən qabaqcıl, müəllim və şagird sayına görə ən böyük kontingentli təhsil müəssisələrindən biri olduğuna və az-çox imkanlı valideynlərin yaşadığı şəhər inzibati ərazi vahidində yerləşdiyinə görə həmişə rəhbərliyin “xüsusi diqqət” mərkəzində olub, məktəbdə təyinatlara “həssas” yanaşılıb. “Triada” Vəfa Tağıyeva kimi mübariz təhsil içilərini gözdən salmaq üçün ən çirkin üsullara əl atmaqdan belə çəkinmir. Elə “Triada”nın ən ucuz əlaltıları kimi qabağa verdikləri, daha “yağlı” vəzifə vəd edib baş redaktorumuza qarşı xüsusi ittiham qaydasında məhkəmə davası açmağa təhrik etdikləri Afaq Mustafayeva — Bayram Mustafayev cütlüyünün məhkəmədə israrlarından biri bu idi ki, Ağstafa təhsil sistemindəki qanunsuzluqlar barədə məlumatları redaksiyamıza ötürən mənbənin məhz Vəfa Tağıyeva olduğunu boynumuza götürək. Hətta məhkəmə zalından kənarda, dəhlizlərdə bizə mesaj verirdilər ki, belə etsək, bizə qarşı iddalarından vaz keçəcəklər. Görünür, onlar hesab edirlər ki, Elm və Təhsil Nazirliyinin baxış bucağında təhsil işçilərinin korruptiv əməllərinin ictimailəşdirilməsi elə də qəbahət deyil, amma bu əməllər barədə infomasiyanın məhz təhsil işçisi tərəfindən mətbuata ötürülməsi bağışlanmazdır. Təbii ki, biz belə çirkin sövdələşməyə gedə bilməzdik, hətta informasiyanı anonim verən əsl mənbəyə də verdiyimiz sözü tutub adını açıqlamadıq. Məhkəmənin çıxardığı, bizim xeyrimizə olmayan qərara da hörmətlə yanaşdıq.

2 saylı məktəbə son 9 ay ərzində 10 dəfə yoxlama komissiyası göndərib Vəfa Tağıyevanı ləkələyəcək heç nə tapmasalar da, nəhayət, onu vəzifədən kənarlaşdırmağa, yerinə isə “qollarına qolay” adam təyin etdirməyə nail oldular. Bu azmış kimi, Afaq Mustafayevaya 2 saylı məktəbin təşkilati məsələlər üzrə direktor müavini vəzifəsini peşkəş etdilər. Özü də heç bir imtahan götürmədən. Həmin vəzifənin əvvəlki sahibi ilə necə rəftar edildiyi barədə isə həmin şəxsin qardaşı sosial şəbəkədə müfəssəl yazmışdı. Söz gəzir ki, onun həyat yoldaşı Bayram Mustafayev də Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsindən 2 saylı şəhər məktəbinə transfer edilməklə mükafatlandırılacaq.

Sadiq oxucularımız xatırlayarlar: Söhbət o Afaq Mustafayevadan gedir ki, Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədət Bayramovun yanında “hüdudsuz xətir-hörmətindən” istifadə edərək, əri Bayram Mustafayevin Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsinə düzəldilməsinə nail olub.

O Afaq Mustafayeva ki, heç də quru maaş hesabına toplamadığı pullarını anası Fazilə xanımın əli ilə zinət əşyaları girov götürmək hesabına faizlə borc verir və onların sələm tələsinə düşənlərdən biri olan Siranuş Eyyubova da hüquq-mühafizə orqanlarında həlli düyünə düşən şikayətini “Dəryaz” qəzetinin səhifələrinə çıxarmışdı.

O Afaq Mustafayeva ki, “Dəryaz” qəzeti redaksiyasına açdığı telefonda özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək bizi təhdid etmişdi, sonra da yalanının üstü açılmışdı.

Əlbəttə, yazdığımız tənqidi məqalələrin tam təsirsiz ötüşdüyünü demək olmaz. Mədət Bayramova da, Afaq Mustafayevaya da “xala xətrin qalmasın” töhmət verilmişdi. Bu fakt Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlının etirafedici səs yazıları ilə təsdiqlənib. Lakin ictimai rəyin tənbehin elə də sərt olmayan bu növü ilə qane olmayacağını görüb “qara məni basınca, qoy qaranı mən basım” taktikasını seçdilər. İddiaçıların, ifadələrini əhəmiyyətli hesab etdiyimiz bəzi şəxslərin şahid qismində iştirakını istəmədikləri məhkəmədə qazandıqları müvəqqəti, “Pirr qələbəsi” onları arxayınlaşdırmasın. Çünki haqq nazilər, üzülməz. Mədət Bayramovun həyat yoldaşının öz ərinin heç də fəxarət doğurmayan ləğəbinin nə olduğunu məhkəmə zalında dilə gətirməsi də faktdır. Afaq Mustafayeva və Bayram Mustafayevin ikincinin qardaşı morqda olarkən cibindən seyf açarlarını götürüb mərhumun həyat yoldaşından xəlvətcə saxlancdakı pul vəsaitini və zinət əşyalarını mənimsəmələri barədə şikayət də hələ hüquq-mühafizə orqanlarında araşdırılmaqdadır.

Haqlı suallar ortaya çıxır: Bəyəm normal adam barəsində bu qədər fərqli-fərqli ittihamlar səsləndirilməlidirmi, əsassız olsa belə? Normal adam barədə bu qədər şikayət olmalıdırmı, təsdiqini tapmasa belə? Normal adamın işi bunca məhkəmə müstəvisinə çıxmalıdırmı, çəkişməni udsa belə? Sən kim olasısan ki, hamı səni şərləmək, üstünə böhtan atmaq istəyir? Bütün bu sualların cavabı budur ki, ocaq yanmasa, tüstü çıxmaz.

“Dəryaz” qəzeti
Ardını oxu...
Bir neçə gün bundan öncə tns.az saytı belə bir məlumat yaydı ki, Naxçıvanda yüksək vəzifəli bir şəxs hansısa iş adamının bahalı “Land Rover Defender” markalı avtomobilini ələ keçirib və sahibinə geri qaytarmır. Bu məsələ bir neçə sayt tərəfindən və sosial şəbəkələrdə geniş tirajlanandan sonra tns.az saytı təkrar məlumat yaydı ki, problem həllini tapıb və avtomobil saibinə geri qaytarılıb.
Amma maraqlıdır ki, təqdim olunan nə birinci, nə də ikinci materialda maşının sahibinin və avtomobili ələ keçirən yüksək vəzifəli şəxsin kimliyi barədə heç bir məlmat verilmir.
Məsələ diqqətimi çəkdi və araşdırdım.
Bəlli oldu ki, “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC-nin rəhbəri, iş adamı İsmayıl Əhmədov “Lan Rover Defender” markalı avtomobili salondan sıfır vəziyyətdə alaraq, Naxçıvandakı səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə verib.
Bir müddət əvvəl hər iki şəxsin münasibətləri çox yaxşı olub, Naxçıvanda birlikdə layihələr icra ediblər. İndi aldığım məlumata görə isə onların münasibətləri kəskin şəkildə pisləşib və bundan sonra İsmayıl Əhmədov Naxçıvandakı işləri ilə vidalaşmalı olub. Çox güman ki, avtomobilin geri alınması tələbi də məhz bundan sonra gündəmə gəlib.
Qeyd edim ki, fotodakı "Land Rover Defender" zirehlidir, qiyməti 250 min avrodan çoxdur.
Samir Feyruzov
TEREF
 
Ardını oxu...
VII çağırış növbədənkənar parlament seçkilərində 8 saylı Binəqədi seçki dairəsindən namizəd olan VI çağırış Milli Məclis deputatı Azay Quliyev milyonluq mülklə gündəmə gəlib.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə A.Quliyevin Pirşağıda hektara yaxın ərazini əhatə edən və dəyəri milyonlarla hesablanan villasının üzə olduğu bildirilir. Villanın ərazisində geniş stadion olması barədə görüntülər də müzakirə yaradıb.

 
 
 
Ardını oxu...
Milli Məclisə seçkilər yaxınlaşdıqca, barəsində bəhs etdiyimiz namizədlər, görünən odur ki, onlarla bağlı yazdığımız materialları qulaqardına verib, yenə də öz işləri ilə “məşğul” olmaqda davam edirlər.

Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə yazılarda bu gün bir daha 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından namizədliyini verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva barədə məlumatları paylaşırıq.

1989-cu ildən pedaqoji fəaliyyətə başlayan xanım Vəliyeva Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. 6 oktyabr 2023-cü ildə isə Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilib.

Qeyd edək ki. uzun illər Mehriban Vəliyeva Bakı boyda şəhərin təhsilinə, məktəblərinə, uşaq bağçalarına, körpələr evinə nəzarət, daha doğrusu, sahiblik edib. Belə ki, Mehriban Vəliyevanın dövründə nəinki yerdəyişmələr, hətta orta məktəblərin 1-ci siniflərinə qəbul rüşvət obyektinə çevrilməsi barədə media orqanlarında silsilə məlumatlar yayılıb. Məlumatlarda rus bölmələrinə qəbulun qiyməti isə 3-4 dəfə bahalaşdığı qeyd edilir.

Saytımızda onunla bağlı gedən qısa yazını bir daha oxucularımıza təqdim edirik:
“Bəli, Mehriban Vəliyeva paytaxt təhsilinə rəhbərlik etdiyi az müddətdə milyonçu-oliqarxa çevrildi. Şübhəniz varsa, buyurun, tanış olun: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb.
İndi isə keçək Mehriban Vəliyeva ilə bağlı ən son məlumatlara. Deməli, Mehriban Vəliyevanın bacısının əri Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisi olub. Təsəvvür edirsiniz, bu idarənin rəislərinin adı həmişə böyük korrupsiyada hallanıb. Mehriban Vəliyevanın bacısının oğlu, yəni həmin Təchizat İdarəsi rəisinin oğlu isə Azərbaycanda bərk gedən generallardan birinin balaca qızına 900 min manat pul atıb və bu günədək qaytarmır.

Məlumat üçün qeyd edək ki, generalın qızı ilə Mehriban Vəliyevanın bacısı oğlu Zərifə Əliyeva adına liseydə sinif yoldaşı olublar və o vaxtdan dostluq ediblər. Yeri gəlmişkən, Mehriban Vəliyeva həmin illərdə liseyin direktoru olub.

Sözün qısası, generalın evində yəqin ki, 9 milyarda yaxın pul olub ki, balaca qızın 900 min dostuna verməsindən gec xəbər tutublar”.
Mehriban xanımla bağlı əsas qalmaqal isə Milli Məclisin VI çağırış deputatı olmuş Etibar Əliyevin onunla bağlı səsləndirdiyi fikirlər olub. Sabiq deputatın məqaləsindən qısa məlumatı təqdim edirik:

“Son zamanlar Orta təhsildə baş verən neqativ hallarla bağlı tənqidi yazılarım bir sıra şəbəkə adamlarını hiddətləndirib. Orta məktəblərə “5-ci kolon”un nüfuz etməsində məqsəd məktəblə cəmiyyət arasında qarşıdurma yaratmaqdır. Bu qruplaşmanın başında duranlardan biri Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevadır. Bakı məktəblərinin idarəçiliyi hələ də onda qalır.

Bakı şəhəri Təhsil İdarəsinə təyin etdirdiyi Mehriban Vəliyeva onun təsiri altındadır və Bakı təhsilini onun diktəsi ilə idarə edir. İndi bu şəbəkələşmiş antimilli qruplaşmanın məktəblərimizə vurduğu zərbələrə diqqət edin:
Regional Təhsil İdarələri, xüsusilə Bakı şəhər Təhsil İdarəsi intriqa yuvasına çevrilib. Bağçalar bu quruma tabe etdirildikdən sonra bağça müdirlərindən külli miqdarda pul yığımı başlanıb.

Orta məktəblərin yuxarı siniflərində demək olar dərslər keçirilmir;

Məktəblər repetitorlara arendaya verilib;
Bioqrafiyaları ən natəmiz olan adamları direktor təyin etdirirlər;

Məktəb qrant layihələrinə ayrılan külli miqdarda vəsaitlər mənimsənilir;

Məhəbbət Vəliyevanın direktor təyin etdirdiyi bütün məktəblərdə özbaşınalıq və rüşvətxorluq tüğyan edir. Bunu bütün respublika bilir;

Məktəblərdə pul yığımları günü-gündən şiddətlənir;

Şəbəkəyə yaxın olan məktəb direktorları üçün yaş həddi yoxdur və həmin məktəblərə nəzarət həyata keçirilmir;

Məktəblərdə kasıb uşaqlarına ögey münasibət bəslənilir.

Bu neqativ halları statusundan asılı olmayaraq kimsə tənqid edəndə Məhəbbət Vəliyeva və onun klan üzvləri: ramizmehdiyevçilər, əlihəsənovçular və Azərbaycanın əleyhinə olan antimilli şəbəkə işə salınır.

Bu antimilli şəbəkə və onların əlaltıları 164 nömrəli məktəbdə “Georgi lenti” kimi antiideoloji və dövlətçilik əleyhinə olan tədbirə reaksiya vermədilər…”

Uzun sözün qısası, Azərbaycan təhsilini məhv edib onun gününə ağlayan Mehriban Vəliyevanın bu gün deputatlıq eşqinə düşməsinin səbəbi indi daha çox anlaşılandır.
Mövzunu davam etdirəcəyik…
 
 

 


Ardını oxu...
Azərbaycan Respublikasinin 17 yaşli ilk qazisi, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivi, bina 62, ev 16-da yaşayan Qarabağ müharibəsi əlili, “Pak-İz”-MMC-nin təsisçisi Qasımov Vüqar Əliyar oğlu tərəfindən Hürriyyet.az saytı redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin məktubu olduğu kimi dərc edirik:

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Mən bəzi məmurların vəzifə səlahiyyətlərindən istifadə edərək xalqın, o cümlədən bir müharibə əlilinin başına açdıqları haqsızlıqlardan, ədalətsizlikdən təsirlənərək şəxsən Sizə müraciət etmək qərarına gəldim.

Məlumat üçün qısa olsa da özüm haqqında aşağıdakıları bildirirəm:

Hazırda 49 yaşım var, Naxçıvan MR-nın Culfa şəhərində doğulmuşam. 16 yaşında 1-ci Qarabağ müharibəsinə könüllü qatılmışam və 1992-1993-cü illərdə 863 saylı taborun sıralarında AR-nın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında (Ağdam rayonu ərazisində) iştirak etmişəm. 3 dəfə yaralanmışam. 27 aprel 1993-cü ildə düşmən minasının partlaması nəticəsində çoxsaylı qəlpə yaralanmasına məruz qalmışam. Nəticədə düz bir il ölüm-qalım savaşı vermişəm. Əgər Ulu Öndər Heydər Əliyevin şəxsi köməkliyi, qayğısı olmasaydı, yəni İran İslam Respublikasında müalicə olunmağıma göstəriş verməsəydi, yəqin ki, mən 17 yaşım tamam olmadan dünyamı dəyişəcəkdim. Bu gün mən həyatda olduğum üçün ona borcluyam. Çünki mən Heydər Əliyevin əsgəri olmuşam. Onun Vətən uğrunda vuruşan əsgərlərə göstərdiyi atalıq qayğısını görmüşəm. Allah Ulu Öndərə rəhmət etsin. O, məni müalicə üçün İrana göndərəndə sağ qalmaq ehtimalım demək olar ki, sıfıra bərabər idi. Çünki mina qəlpələri ayaqlarımın, baldırlarımın ətlərini məhv etmişdi, sümüklərim görünürdü, bağırsaqlarım çölə tökülmüşdü. İrandakı cərrahların səyi nəticəsində bədənimin müəyyən yerlərindən ətlər götürülərək zədələnmiş əzalarım bərpa edildi. Bunun üçün mən dəfələrlə, saatlarla cərrah bıçağı altında qaldım və nəticədə tam olmasa da, nisbətən sağalaraq həyata qayıtdım. Bir sözlə, ölkə başçısı mərhum Heydər Əliyev başda olmaqla bütün xeyirxah, vətənpərvər insanların diqqəti, qayğısı sayəsində ölmədim, Allah mənə ikinci həyat bəxş etdi. Bu yolda ailəm olmazın əziyyətini çəkdi. Valideynlərim 17 yaşlı yataq xəstəsinə çevrilmiş oğlanlarının dərdinə dözməyərək həyatdan cavan köçdülər, üç azyaşlı qardaş və bacılarımı yaralı vücudla böyütmək mənim öhdəmə düşdü. Fiziki iş görməkdən məhrum olduğum üçün kiçik bizneslə, yəni tikinti materiallarının alqı-satqısı ilə məşğul olmağı qərara aldım. Culfa camaatı kimi Culfa-İran arasında olan gömrük ərazisindən alver etməyə qoşulub, 4 ay müddətində işlədim. 1996-cı ilin sentyabr ayının 27-si İran Respublikasına apardığım 20 000ABŞ dollarıbdəyərində malın İran ərazisinə qanuni girməsinə baxmayaraq, malları müsadirə adı ilə bir idarəyə aparıldım. İzahat yazaraq pulun qanuni gətirildiyini desəm də, məni həbs etdilər. Heç nə anlamırdım. Qaranlıq bir otaqda məni ölümlə təhdid edərək, hətta başıma torba keçirib asmaq kimi təhdidlərlə məni qorxudurdular. Fikirləri məni İrana casusluq etdirmək idi. Mən qəti şəkildə təklifi rədd edərək, öldürün məni deyirdim. 40 gün onların təcridxanasında qaldm. Tanıdığım İran vətəndaşı mənimlə görüş istədi və mən onunla görüşümdə başqa bir çıxış yolum olmadığını və bizim Culfadan bunlarla əməkdaşlıq edən adamların şəxsiyyət vəsiqələrini göstərərək məni razı salmağa çalışdılar. Mən bir hiylə işlədərək həbs qoyulan malların mənə qaytarılmasını tələb etdim. O danışıqlar zamanı hiss etdim ki, mənim döyüşçü olduğumu kimsə deyib və onların mənə verəcəkləri tapşırıqların öhdəsindən gələcəyimə inandıqlarını söyləyiblər. Onlar mənə vəd edirdilər ki, həm mənim pul qazanmağıma köməklik göstərəcək, həm də həbs etdikləri malları da mənə qaytaracaqlar. Mən onları inandırdım ki, borclu olduğum adamlar mənim evimə gedib hay salıb, mənim harda olduğumu soruşurlar və ailəmə əziyyət verirlər. Odur ki, mallar qalsın sizdə mən gedib borclu olduğum insanlarla danışıq aparım və yenə qayıdım gəlim. Bununla da onları 20 000$ dəyərdən imtina etməyəcəyimə inandırdım. O zaman həmin pula nəinki Culfa, Bakıda 4 mənzil almaq mümkün idi. Onlar əgər qayıtmasam məni gecə gəlib evimizdən zorla aparacaqlarını söylədilər. İranda qalma müddəti 15 gün olan buraxılış vəsiqəsi ilə mənim isə burda 43 gün qaldığımı və məni yenə də İran sərhəddində saxlayacaqlarını bildirdim. Məni gəlib İran sərhəddindən yola saldılar. Bizim tərəfə keçib və cibimdəki az miqdardakı pul ilə taksi tutub birbaşa evə girmədən aeroporta gəlib Bakıya getdim. Pulsuz vəziyyətdə Nəsimi bazarında yeməkxanalarda gecələyərək 3 ay orada qaldım. Həmin vaxt Ordubadda olan bir iş adamı mənim müharibədə yaralandığımı öyrənərək Nəsimi bazarındakı obyektində otaq ayırıb mənə sahib çıxdı. Başıma gələnləri tək ona deyərək düşdüyüm durumu izah etdim, sonra ev ilə əlaqə saxladım və ordubadlı bir iş adamının yanında olduğumu dedim. 1999-cu ilə kimi borclu olduğum insanlar məni və ailəmi çox incitdilər. Polis və prokurorluq orqanlarına şikayət edərək məni incidirdilər. İranda başıma gələn hadisəni heç kimə deyə bilmirdim. Çünki borclu olduğum insanlara o pullar lazım idi.

Ordubadlı iş adamı olan mötəbər insan Əlövsət müəllimin köməkliyi ilə 1999-cu ildə borclarımı bağlaya bildim. Amma yenə də müharibə əlilliyimi ala bimirdim. Prezident Administrasiyasına gedərək Ulu Öndərin qəbuluna yazılmaq istədim. Məni qəbul edən şəxsə bu işi ancaq və ancaq Ulu Öndər həll edə bilər və məni də şəxsən tanıyır dedim. Prezidentin hərbi işlər üzrə müşavirinin qəbuluna yazdılar və qəbul etdi. Yaralandığımı və azyaşlı olduğum üçün mənə hərbi əlillik dərəcəsinin verilmədiyini və bu günkü günə kimi maddi dəstək olunmadığını və Ulu Öndərin Naxçıvandan gedəndən sonra mənə heç bir qayğı olmadığını bildirdim. Sağ olsun o, məsələni nəzarətə götürüb həll etdi. 6 il sonra təqaüd almağa başladım. Həmin ili Nəsimi RİH başçısı Tahir Əliyev mənə köşk yeri ayrılması haqda sənədləşmə və ya ayrılması haqda sərəncam verdi. Atamın və anamın istəyi ilə rayona qayıtdım. Atam və anam artıq xəstə idilər. Atam həmin il gənc vəfat etdi. Sonra isə anam rəhmətə getdi. Məndən balaca olan qardaşım və bacılarımın toyu olmamışdı. Ata əvəzi olaraq bu vəzifəni yerinə yetirməli idim. 2001-ci ildə kirayə verdiyim köşkü, Culfa Gömrük keçid məntəqəsində ticarət obyektimi 2003-cü ldə sökdülər. Həm əziyyətlə və alın təri ilə qazanıb, yetimlərin gələcəkləri üçün valideyn vəzifələrini, həm də dolanışıq üçün məcburi ağır fiziki işlərə qatlanırdım. Çünki İranla bağlı heç bir alveri ağlıma gətirmirdim. Məni öz niyyətlərinə ram edə bilməyən fars molla rejimi əfsuslar olsun ki, başqa hərbi və əlil olmuş şəxsləri öz niyyətlərinə, casusluq etməyə razı sala bilmişdilər. Sonra belələri dövlətimiz tərəfindən ifşa olunaraq vətənə xəyanət maddəsi ilə məhkum olundular.

Az sonra müharibə əlili kimi mənə Naxçıvanda ev verildi. Çünki 6 nəfərdən ibarət olan ailəmiz Culfa şəhərində 1 otaqlı mənzildə yaşayırdı. Həmin ərəfədə maddi durumum xeyli yaxşılaşdı və mən halal qazancım ilə sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün satılan bir neçə obyekt aldım və əvvəllər olduğu kimi tikinti materiallarının satışını bir az da genişləndirdim. Bunu görən Naxçıvanın o vaxtkı quldur məmurları üzərimə ayaqlandılar. 2015-ci ildə Naxçıvanın standartlaşdırma və patent idarəsinin rəisi Malik adlı şəxs sertifikat, əmtəə nişanı, mağaza adı almaq bəhanəsi ilə məndən 150 min manat tələb etdi. Əks təqdirdə Malik, yəni onun istədiyi məbləğ verilməsəydi mənim sahibkarlıq fəaliyyətimin ləğv olunacağı və biznes obyektlərimin söküləcəyi ilə hədələdi. Bu isə mənim, ailəmin məhvi demək idi. Qarşımda 2 yol qalırdı - ya onlara müqavimət göstərməli, ya da həyatda yaşamaq üçün dövlət məmuru Malikə 150 min manat verməli idim.

1-ci variant mənim məğlubiyyətimlə nəticələnəcəkdi. Çünki Malik mənə qarşı təzyiqi özbaşına göstərmirdi. Onun arxasında Naxçıvan xanı Vasif Talıbov və digər əlaltılar, yəni polis, icra hakimiyyəti kimi qüvvələr vardı. Əgər mən narazılıq etsəydim yaxın yerim türmə, uzaq yerim qəbiristanlıq ola bilərdi. Eləcə də nələrim vardısa əlimdən alınardı. Bunun üçün onların mexanizmi vardı, elə oyunlar qururdular ki, sən tam hövsələdən çıxasan, icra hakimiyyətini təhqir edəsən, polisə müqavimət göstərib, dövləti pisləyəsən. Bu da onlara imkan verirdi ki, guya mən dövləti pisləyib, ölkə prezidentinin adına ləkə vururam kimi, qələmə verilim. Lakin mən onların istədikləri variantı seçmədim. Çünki mən Qazi – Heydər Əliyevin əsgəri idim. Rüşvətxor məmurlar isə məni belə bir hərəkətə yol verməyə sövq edirdilər ki, ölkə prezidentinin xalq, millət arasındakı etibarına mənim adımdan ləkə vurulsun. Odur ki, mən Naxçıvandakı hər iki evimi, Bakıda yoldaşımın adına olan evi “Atra” banka girov qoyub Malikin tələb etdiyi 150 min manatı götürüb ona verdim. Məhz bundan sonra Malikin üzü güldü və mənə dedi ki, “get işlə, daha səninlə heç kimin işi olmayacaq”.

Ancaq Malikin verdiyi vəd cəmi 3 ay sürdü. Yəni 3 aydan sonra mənim mağazamın qapı və pəncərələri hörüldü və bildirildi ki, sahibkar kimi içəri girməyə ixtiyarım çatmır. Mən yenidən haray saldım, 2 gün öncə H.Əliyevin sahibkarlarla görüşündəki çıxışını onlara xatırlatdım. H.Əliyev çıxışında vurğulayırdı ki, “sahibkarlara ilişmək, maneə törətmək Vətənə xəyanətə bərabərdir”.

Naxçıvanın rüşvətxor məmurları mənim dediyim sözlərə gülüb dedilər ki, hara, kimə istəyirsən şikayət elə. O zaman mən anladım ki, Vasif Talıbovun göstərişi ilə Naxçıvanda hər bir sahə monopoliyaya çevrilib, yəni hamı bir nəfər üçün işləməlidir. Və bu rüşvətxorların hətta onlara etimad göstərən, vəzifələr verən ölkə prezidentinə də heç bir sayğıları qalmayıb.

4 il keçdi. Nəhayət, 2018-ci ildə mənə mağazanın içərisindəki malları götürmək izni verildi. Mən oradakı 400000 manatlıq maldan cəmi 9000 manatını çıxara bildim. Qalan mallar artıq xarab olub, satışa yararsız hala düşmüşdü. O zaman başa düşdüm, anladım ki, alqı-satqı ilə məşğul olanlara, yəni alınıb üzərinə əlavə qazanc qoyanlara əmtəə nişanı və digər sənədlər lazım deyilmiş. Belə sənədlər böyük şirkətlərin brendlərini qorumaq üçündür, daha xırda sahibkara yox. Əslində bu, mənə qarşı qurulmuş tələ, oyun idi ki, mən onların tələb etdikləri pulu ödəyə bilməyib mağazanı xoşluqla bağlayım. Amma mən həmin pulu ödədim, fəaliyyətimi davam etdirdim. Bu da öz növbəsində tikinti materiallarının satışı ilə məşğul olan inhisarlara mane olurdu. Ona görə də 3 aydan sonra mağazamı bağlayıb, obyekti mühafizə polislərinə tapşırdılar. Amma qurduqları oyunlar haqqında mənə heç nə bildirmədilər, nəticədə məni bilə-bilə müflis edib böyük borclarla qarşı-qarşıya qoydular.

2016-cı ilin aprelində baş vermiş müharibəyə qatılmaq istəyəndə hamı mənə deyirdi ki, “sən 1-ci Qarabağ müharibəsində sağlamlığını itirdin, Vətən uğrunda canından keçdin, ancaq qiymətini verən olmadı. Nəyin vardı əlindən alıb müflis etdilər. İndi sən yenə də prezidenti, onun siyasətini dəstəkləmək, döyüşmək fikrindəsən?” Mən nə qədər çalışıb, izahat vermək istəsəm də, heç kim qəlbi yaralı, torpağı parçalanmış bir qazini dinləmək istəmədi. Onlar mənim gözlərimdəki Vətən yanğısını görmədilər. Onlar başa düşmədilər ki, mən Vətən, Torpaq uğrunda bütün var-dövlətimi qurban verməyə hazıram, təki Azərbaycan yaşasın, prezidentimin xalq qarşısında başı uca olsun. Qalan məsələlər, yəni “bulanıq suda balıq tutanlar” bir gün bəlli olacaq, cəzalarını çəkəcəklər. Həmin gün, bu gündür. Artıq naxçıvanlıları daim yumruq, zillət altında saxlayanlar məhşər ayağına çəkilirlər, həbs olunurlar. Onlara heç nə, hətta yığdıqları pullar da kömək etməyəcək və on illərlə ailələrindən təcrid olunmuş, tikanlı məftillər arxasında şərəfsiz həyat yaşayacaqlar. Mən isə kasıb olsam da, yaralı bədənim, yaralı ürəyimlə bu gün həyatdayam. Onlar məndən evlərimi, ticarət obyektlərimi alsalar da, qürurumu, şərəfimi, namusumu ala bilmədilər. Allaha şükürlər olsun ki, kirayə yaşasam da, bəzi borclarım olsa da, ailəmin başı üstündəyəm, bacı-qardaşlarımın arasındayam, övladlarımıza ali təhsil verərək gələcək Azərbaycan üçün xeyirli insanlar yetişdirməklə məşğul oluram.

Möhtərəm Prezident!

Məni erməni güllələri, düşmən minası məhv edə bilmədi. Yenə də vurğulayıram ki, sağ olsun Heydər Əliyev kimi kişi. O, dar günümdə mənə dayaq durdu, müalicə etdirib həyata qaytardı. Bu, prezident tərəfindən olduqca böyük diqqət, kömək və xeyirxahlıq idi. Görünəni odur ki, Ulu Öndər mənim Vətən, Dövlət naminə xidmətlərimə doğru-düzgün qiymət vermişdi. Naxçıvan MR-nın rəhbərliyi, məmurlar isə Heydər Əliyev kimi şəxsiyyətin qiymətləndirdiyi 17 yaşlı Qarabağ müharibəsi əlilini məhv etdilər, müflis halına saldılar. Malik adlı məmur mənə evlərimi banka girov qoydurub 150000 manatımı əlimdən aldı. Halbuki, onun tələb etdiyi sənədlər mənə lazım deyildi. Bu az imiş kimi, Culfa Rayon İcra Hakimiyyəti tərəfindən qərar çıxarılıb ticarət obyektlərim sökdürüldü, nəticədə faydası ilə birlikdə mənə 2 milyon 800 min manatdan yuxarı maddi ziyan vuruldu. Artıq mən bu işdə cavabdeh olan Culfa RİH-ni Naxçıvan MR-nın İqtisad Məhkəməsinə vermişəm. 18 aydır ki, məhkəmədə araşdırma aparılır. Amma heç bir qərar qəbul edilmir, sözsüz ki, “nədənsə”.

Mən haqqımı tələb edirəm. Mənə ziyan vuranlar bu gün həyatdadırlar. Hamısı da yüksək səviyyədə yaşayırlar. Onlar mənim kimi zəhmətkeşlərin pullarını mənimsəyərək özlərinə dəbdəbəli evlər tikiblər, yaxınlarının adlarına biznes obyektləri açıblar. Hər şey də göz qabağındadır. İqtisad Məhkəməsi sədrinin bütün bunlardan yaxşı xəbəri var. Amma məsələ onlara toxunanda sədr susmağa üstünlük verir, mənim haqlı iddiamla əlaqədar az qala 2 ildir ki, qərar qəbul etmir.

Odur ki, məcburiyyət qarşısında qalaraq şəxsən Sizə müraciət etməli oldum ki, haqq və hüquqlarımın qorunmasında mənə yardımçı olasınız.

Möhtərəm Prezident!

Ərz etdiyim kimi, Naxçıvanda başıma açılan oyunlardan bezib 2016-cı ildə Bakıya köçmüşəm. Hər şeyə sıfırdan başlamışam. 3 ildən sonra əlimdə topladığım sərmayə və bankdan götürdüyüm kredit hesabına Sumqayıtda “PAK-İZ MMC” müəssisəsi təsis etmişəm. Fəaliyyətimiz paslanmayan metaldan yarımfabrikat məmulat (120x120 kvadrat) istehsal edib satmaq idi. Bunun üçün biznes planı hazırlayıb İqtisadiyyat Nazirliyindən Sahibkarlığa Dəstək “TƏŞVİQ” fonduna verdim. Bizi 7 illik mənfəət, vergi və əmlak vergisindən azad etdilər. Hazır məhsulu Rusiya, Ukrayna və ölkə daxilindəki müştərilərə satmalı idik. İstehsala başlamaq ərəfəsində pandemiya, daha sonra Rusiya-Ukrayna müharibəsi baş verdi. Buna baxmayaraq biz artıq 100 ton məhsul istehsal etmişdik. Bu sahədə əsas istehlakçı olan Hindistan və Çin öz ölkələrinə bu məmulatın idxalına çoxlu vergi qoymuşdu.

İqtisadiyyat Nazirliyinə verdiyimiz biznes planımızda yarımməmulatların hazır məhsul, yəni paslanmaz fitinq və paslanmaz flanş qeyd etməmişdik. Yarım məmulat fasiləsiz oksigenlə təması olmayan və xüsusi analizlə əldə olunur. Məcbur olduq ki, planımızdan əlavə olaraq flanş və fitinq istehsal edək. Bunun üçün xüsusi dəzgahlara ehtiyacımız var idi. Fəaliyyət göstərib əldə etdiyimizi il ərzində almağımızı düşündük. Hətta yoxlamaq üçün Sumqayıt Sənaye Parkı olan STP-yə hazır detal verib nümunə hazırladıb test etdik və standartlara uyğun hazır flanş hazırladıq. Bu işləri görmək üçün Banklardan 800000 manat kredit və yenə də çoxlu borc aldım. Planlarımız işləyə-işləyə dəzgahları almaq idi. STP-də hazırladığımız hazır məhsulun xidmət haqqı baha olduğu üçün Hindistan və Çin istehsalı olan flanş-fitinqə rəqabət apara bilməməyimdir. Ancaq mənim istehsalım olan yarımməmulatı daxili bazarda son detal hazırlayan fabriklərin olmaması və qonşu dövlətlərdə də bu fabriklər olmadığı üçün sata bilmədik. Ancaq vergi idarəsi mənim işçilərimə aylıq maaşların minimum 1000 manat olmasını səbəb olaraq dedilər. Xarici mühəndislər 1 il ərzində bu işçiləri öyrədib və bunları işdən azad etmədiyim üçün şirkətimizin vergidən yayınması kimi kameral vergi cəriməsi tətbiq edərək hesabımız bloklandı. Şirkətimiz büdcə daxil olma - vergilərin tədarükçiləri əvəzində 5% vergisini, şirkətlərdən aldığımız qırıntıların 18% ƏDV-ni həmişə dövlət büdcəsinə köçürmüşdür. Şirkətimiz işçi əmək haqlarına görə əmək haqqına 1200 manat əlavə olaraq işçi sosial sığortasını ödəyərək 18% olan ƏDV-sini əvəzlə sildirmə etməyərək qanuni fəaliyyət göstərib. Həmişə hər il sonu verginin bizim şirkətə borcu yaranıb. Keçən il bizim şirkəti risk qrupuna əlavə edərək hesabımızı bağlayaraq “PAŞA Bank”dan götürdüyümüz kreditin ödənilməsinə maneə törədildi. 3 ay bizim hesab bağlandığından krediti ödəyə bilmədiyimiz üçün 500000 manat kreditin aylıq 380000 manatını vaxtında ödəyirdik. Buna baxmayaraq, əfsuslar olsun ki, Bank sistemində riskli şirkət kimi tanındıq. Riskli şirkətlərin yoxlanılması üçün pəncərədən vöen nömrəsini yoxlayıb qırıntı qəbul edirdik. Başqa yoxlama riskli olduğu üçün bizə yenə də cərimə tətbiq olundu.

Bu il də 4 ay bizə kameral vergi tətbiq edərək 205000 manat cərimə etdilər. Borclarıma görə stress keçirərək psixoloji duruma düşüb mini-infarkt keçirdim. Vergi xidməti ilə məktublaşdıq və ən son fəaliyyətimizi dayandıracağımızı bildirdik. Mənə, “borclu olduğun vətəndaşlar sənə 50000 versinlər və sən də fəaliyyətini davam etdir” kimi “məsləhət” verdilər. Mən ancaq rüşvət verməyəcəyimizi və son qərarı gözləyəcəyimizi qət etdim. Nəhayət, bizə səhv cərimə yazıldığı haqda məktub göndərdilər. Bu necə olur? Bu səhvlər keçən il və bu il ərzində 7, 8 ay işləməməyim, işçi və icarə haqları üçün əlimdə olan vəsaitin tükənməsinə səbəb oldu. Hələ bankda faizin çoxalmasını demirəm. Qeyd edim ki, mən biznesimə arxayın olaraq Türkiyə Respublikasında övladlarım həkimlik və kompüter mühəndisliyi üzrə təhsil alırlar. Adıma olan bank kartından kredit götürdüyüm üçün hər ay aldığım əlillik müavinətini faiz borcuna çıxırlar. Məni niyə belə məmurların cəzalandırması gözləyir? Və yaxud mən hansı rəqibim olan hansısa bir fabrikin rəhbərlərinin sifarişi ilə cəzalandırılıram? Paslanmaz əritmə-qırıntıdan birbaşa hazır məhsul etmək çox çətin bir sahədir və buna təcrübə vaxtı və maliyyə vəsaiti sərf etmişəm.

Paslanmaz flanş və fitinq istehsal etməyimiz üçün müasir forma dəzgah və müasir əlavə dəzgahlara ehtiyacımız var. Bu istehsalın tamamlanması üçün bir milyon altı yüz min manata ehtiyacım var. Pandemiya dövrü kiraladığım, hər ay kirası olan 5000 manatı ödədim və hər hansı bir dövlət qurumları tərəfindən təyin olunan subsidiyalar mənə verilmədi. Dövlət tərəfindən Sahibkarlığa Dəstək Fondu tərəfindən aşağı faizli uzun müddətli kredit üçün müraciət etdim, yenə də mənə verilmədi. Ancaq başqa sahələrə verildi və o sahələr də özünü doğrultmadı. Mənim əmlaklarımın sökülməsi və evlərimin zorla əlimdən alınması, hüquqlarımın pozulmasına görə Naxçıvan MR-nın inzibati məhkəməsində 18 aydır ki, bu proses yubadılır və mənə vurulmuş ziyan ödənilmir. Halbuki həmin ziyan mənə ödənilərsə işlərimi öz vəsaitim hesabına tamamlaya bilərəm.

Həmişə İqtisadiyyat Nazirliyinin Sahibkarları ilə görüşəndə, ölkəmizin xarici istehsalçılardan asılılığı hər dəfə gündəmə gələndə bizim dövlət qaz, işıq və bu kimi enerjilərin qiymətinin aşağı olması, istehsal üçün maya dəyəri aşağı olan məhsulu istehsal edərək xarici dövlətlərdəki istehlakçılarla rəqabət etmək mümkündür. Azərbaycanımızın strateji coğrafiyası da buna imkan verir. Avropa ilə Asiya arasında tranzit daşımaçılıqlarda aşağı maliyyətlərə şərait yoxdur. Ölkəmizdə neft və qaz çıxarılması sahəsində paslanmaz fitinq və flanş ehtiyacına köməklik edə bilərik.

2019-cu ildə kirayə götürdüyümüz Məişət tullantıları MMC-nin ərazisində boş torpağı 10 illik müqavilənin bitməsinə 5 il qalır. Mən hələ də əvvəldə qeyd etdiyim kimi süni maneələrin qurbanı olaraq son məhsul istehsalını tamamlaya bilməmişəm və kirayə götürdüyüm əraziyə 6 milyon manat maliyyə sərf olunub.

2 il bundan öncə “Xalq Bank”ın baş direktoru Asim müəllimin sifarişi ilə MMC-ə borcum var deyə fəaliyyətim və elektrikimi kəsərək məndən zorla 150000 manat alaraq ona verdilər. İndi fikirləşirəm ki, mənim və şirkətimin aqibəti kiminsə iki dodağı arasındadır. Mənim neçə illik əziyyətim və sərmayəm təhlükə altındadır.

Maraqlandım ki, həmin ərazi Dövlət Əmlakı İdarəsinin balansındadır. Odur ki, mənim xərclərimin danılmaması üçün Rezidentlik verilməsini xahiş edirəm. Bu gün vergi problemləri ilə fəaliyyətimin zəifləməsindən istifadə edən yer sahibi 10000 kV-lıq olan elektriki bizə xəbər etmədən 15 günlə dayandırır və əmlakımızın əlimizdən alınacağı haqda təhdidlər edir. Problemlərim çoxdur, yazsam 1 kitab edər. İndi mən nə edim? Axı mənim nə günahım var?

Artıq 49 yaşındayam, 3 övladım var. Ermənilərlə döyüşüb 17 yaşımda əlil olmuşam. 17 yaşımdan bu günə kimi dövlət başçımızın etimadını qazanmışam.

Əgər mənə bu işlərimdə yaxından köməklik göstərsəniz 100-ə yaxın işçi və çox səxavətli istehsal sahəsi kimi fəaliyyət göstərərək həm dövlətimizə, həm də istehsalçı olaraq daxili tələbləri həyata keçirə bilərik.

Açığı gizlincə həm dövlətdən oğurluq edən, dövlət başçımıza xəyanət edən məmurların hədəfi olmuşam. Ancaq acı bir tale və yaxud ona layiq bir qazi kimi mücadilə aparmışam. 32 il məni ən pis ümidsizliyə vadar ediblər. Ancaq Vətənə və cənab Prezidentə sadiqliyim, olan qürurumu ala biməyiblər. Sizdən xahişim bu problemlərin tam həlli üçün birbaşa nəzarətə götürməyinizdir. Problemlərin həlli hər hansı bir icraat üçün göndərən şöbə müdirinin səlahiyyətində deyil. Sizdən xahiş edirəm bir oğlunuz, bir qardaşınız hesab edib əlil kimi mənə bu işlərimdə köməklik göstərəsiniz. İstehsalı ağır olan bu sahə mənim iradəli, enerjili bir insan olmağımı sübut edir.

Mən bu məmurların mənə qarşı yaratdığı süni fəndlərə qarşı artıq tab gətirə bilmirəm və sabah da başıma hansısa oyun gətirəcəklərindən xəbərim yoxdur. Artıq taqətim qalmayıb. Məcbur olaraq şirkətin 33% pay hissəsini satıb ancaq bu işləri qurmaq, yaratmaq və ərsəyə gətirmək üçün 20 yaxın xarici mütəxəssislər gətirilməsinə və özümün isə aylarla xarici ölkələrə səfərlərim üçün çoxlu maliyyə vəsaiti xərcləmişəm.

Ancaq və ancaq məni necə tələyə salacaqlarından çəkinirəm. Mənə elə gəlir ki, bizim şirkəti izləyirlər. Çünki xaricə ixrac olan kimi satışdan gələcək pul vanksakı hesaba oturmamış kameral vergi borcu və başqa idarələr bir hiylə və süni fənd işlədərək məni nokaut edirlər. Düşünürəm ki, artıq bunlar peşəkar, təcrübəli bir məmur dəstəsidir. Həm dövlətdən, həm də sahibkarları məcbur edərək tələyə salıb pul qazanırlar. Şirkətə yazılan qeyri-qanuni cərimələri ödədib dövlətin yanında özlərini yaxşı edirlər. Ya da qıraqdan rüşvət alıb həmin cəriməni silib özləri qazanırlar. Yetəri qədər mənə təklif etsələr də mən həmin rüşvət təklifini rədd etmişəm. Yəni onlara pul vermədim, borcun silinməsi üçün şikayət etdik, ən son 3 aydan sonra bizə bildirdilər ki, səhv cərimə vurulub. Nəhayət, satış üzrə ixracdan gələn malın pulunu 3 ay ərzində kirayə və işçilərə maaş verdik. Bu da sonumuz oldu. Şirkətin bir balaca pulu var idi, onu da müflisləşdirdilər. Keçən ildə belə bir oyun qurdular. Bu gün aylar üzrə kira və işçi, həm banka olan və tədarükçülərə olan borca görə işləyə bilmirəm.

Borc pul tapıb işə qoysam da, ancaq süni yaradılmış cərimələrə və mənə kəsilən xüsusi cəzalara xərcləndi.

Məmurların mənə qarşı hədəflədiyi nişangahdan yayına bilmirəm. Mənə hansı köməklik oluna bilər ki, onların nişangahına tuş gəlməyim və mənə bir daha yaxınlaşa bilməsinlər.

Hədəfim istehsal edib daxili bazarın ehtiyaclarını ödəyəndən sonra xaricə ixracla məşğul olmaqdır. Çünki bu, həm keyfiyyət baxımından, həm də ki, xarici standartlara cavab verə bilən və çox məsuliyyətli bir istehsal sahəsi olduğu üçün heç kim bu ağır sahə üzrə yatırım etməyib. Yerli sahibkarlar harada rahat pul qazanmaq istehsalı varsa, o işlə məşğul olurlar. Odur ki, mənə dövlət dəstəyi göstərmənizi xahiş edirəm. Onun-bunun qazancına göz dikən məmurlardan yayınmaq çətin məsələdir.

Qeyd etdiyim kimi, Azərbaycanla qonşu olan ölkələrdə paslanmaz fitinq, finans, mufta, dirsək istehsal edən bir şirkətlər yoxdur. Belə detallar yalnız Hindistan və Çindən idxal olunur.

Mən indiyə kimi bizneslə məşğul olub vergi, digər dövlət büdcə yığılmalarını ödəmişəm. Bir əlil kimi Dövlətə yük olmamışam. Müalicə və digər problemlərimin həlli üçün heç bir dövlət orqanlarına müraciət etməmişəm. Bu gün də dövlətə yük olmamaq üçün xahişim odur ki, köhnə Naxçıvan Xan komandası və o biri məmurların mənə qarşı xüsusi plan tapşırıqlar nəticəsində əlimdən aldıqları şəxsi mülklərimi və nəğd pulların geri qaytarılmasını təmin edəsiniz. Mən də əlimdən çıxmış və Sizin köməkliyinizlə geri qaytarılacaq öz halal pulumla biznesimin fəaliyyətini, çoxşaxəli bir sənaye istehsalını gücləndirərəm. Həm neft, həm də hərb sənayesində işlənən və tender yolu ilə xaricdən gələn hazır məhsul asılılığına köməklik edə bilərik.

Bu problem ancaq və ancaq Sizin şəxsi nəzarətinizlə həll oluna bilər.

Mən dövlətdən heç bir maddi köməklik istəmirəm. Yeganə istəyim odur ki, 22 ildə mənə dəymiş maddi ziyan bu işdə təqsirkar olanların hesabına mənə geri qaytarılsın. Bu, ədalətin təntənəsi olardı".

Məsələ ilə bağlı Naxçıvan MR-nın İnzibati Məhkəməsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
 

Dünyapress TV

Xəbər lenti