Ardını oxu...
Goranboy rayonu ərazisində fəaliyyət göstərən və ötən illər ərzində fəaliyyəti daha çox tənqid olunan idarə, müəssisə və təşkilatlar içərisində rayonun Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin adı daha çox hallanır. Daşqın Hacıyevin rəhbərlik etdiyi bu dövlət qurumu ilə bağlı, xüsusilə həmkarlar ittifaqı ilə yaşanan problemlərə aid indiyə kimi ayrı-ayrı media qurumlarında tənqidi məqalələr yayımlanıb. Məlumatlara görə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrrəm Quliyev, 5 aprel 2019-cu il tarixdən indiyə kimi hər bir vəzifə sahibinə fəaliyyətini günün tələbləri səviyyəsində davam etdirməyi dönə-dönə tapşırmışdır. Buna baxmayaraq, hələ də vəzifə sahibi olan bəzi şəxslər, o cümlədən Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi iş fəaliyyətində müəyyən “axsamalar”a yol verməkdədir. Məsələn, rayondan cumhuriyyet.az-a daxil olan məlumatlara görə, Daşqın Hacıyevin rəhbərlik etdiyi bu dövlət qurumunda elə şəxslər var ki, onların adları Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə aid ştat cədvəlində gedir, amma həmin şəxslər (söhbət 3 nəfər şəxsdən gedir) bu gün tamam başqa sahədə işləyirlər. Deməli, Daşqın Hacıyev rəhbərlik etdiyi sahədə hər cür maxinasiyalara qol qoyur və icra başçısı cənab Məhərrrəm Quliyevin verdiyi tapşırıqları saya salmır.
Daşqın Hacıyev bir müddət öncə Həmkarlar İttifaqına köçürülməli olan vəsaiti mənimsəyib və həmin məbləği öz hesabına köçürüb. Hətta tərəflər bir-birindən hüquq-mühafizə orqanlarına və digər müvafiq qurumlara şikayət ünvanlayıblar. Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Həmkarlar İttifaqı arasında yaşanan mübahisənin səbəblərindən danışan məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, Daşqın Hacıyev Həmkarlar İttifaqına köçürülməli olan vəsaiti mənimsəyib: “Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir il ərzində Həmkarlar İttifaqına 3000 manatdan bir qədər artıq vəsait köçürməli imiş. Lakin Daşqın Hacıyev özünə şəxsi kart hesabı açaraq, ordan vergini tutub həmin məbləği öz hesabına köçürüb”. İndi isə işin üstü açılıb və məlum olub ki, Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Həmkarlar İttifaqının pulunu mənimsəyib. Bu səbəbdən də hazırda tərəflər arasında ciddi münaqişə yaşanmaqdadır.
Bütün bunlardan əlavə, hal-hazırda rayon ərazisində müəyyən söz-söhbətlər də dolaşır ki, Daşqın Hacıyev orda-burda “Hamı bilsin ki, mən icra başçının adamıyam” deyə, öz adı ətrafında belə bir təbliğatını aparır. Hələlik, bunun nə dərəcədə həqiqət olub-olmaması ilə bağlı dəqiq nəsə deyə bilməsək də, deyəcəyimiz odur ki, yerlərdə belə bir məlumatlar dolaşır.
P.S. Hörmətli oxucular! Növbəti yazımızda adları Goranboy rayon MKTİB-nin ştat cədvəlində gedən 3 nəfər şəxsin, bu gün hansı ünvanda çalışmalarından, eyni zamanda bu quruma rəhbərlik edən Daşqın Hacıyevin RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Gülbəniz Kərimova ilə qurduğu işbirliyindən və s. kimi olaylardan bəhs edəcəyik.
Ardını oxu...
Oktyabrın 2-də Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının (“Respublikanski”) doğum şöbəsində övladını dünyaya gətirən 22 yaşlı Sara İsayeva doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşüb.
Bu barədə “Arqument.az”a həyat yoldaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Orucəli Ağayev məlumat verib.
Orucəli Ağayev deyir ki, həyat yoldaşı həkim səhlənkarlığı nəticəsində komaya düşüb və həkim bunu xəstə yaxınlarından gizlədib.
Onun sözlərinə görə, yoldaşı hamiləlik dövründə də məhz bu xəstəxanaya gedib: “Həkimi ginekoloq Almaz Qəhrəmanova idi. Hamiləlik normal keçdi. Qeysəriyyə əməliyyatını isə Almaz Qəhrəmanovanın qızı, ginekoloq Günel Qəhrəmanova üzərinə götürdü. Hamilənin birinci doğuşu olmasına baxmayaraq, ona qeysəriyyə təklif etdilər. Uşaq sağlam doğuldu. Bundan sonra ana palataya köçürüldü. Bizimlə telefonla görüntülü danışaraq, normal olduğunu dedi. Amma 3 oktyabrda ona iynə vurulub və halı pisləşib”, – həyat yoldaşı belə deyir.
“Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm…”
Orucəli Ağayev bildirib ki, həyat yoldaşı ayın 3-də ona mesaj yazıb və halının pisləşdiyini deyib: “Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm. Biz sonradan ona zəng etdik, həkimi axtardıq, amma əlaqə yarada bilmədik. Axşam saat 7-də bizə bildirdilər ki, Sara reanimasiyadadır, vəziyyəti ağırdır. Günel Qəhrəmanova ilə əlaqə saxlanılanda dedi ki, mən evə getmişəm, növbəm bitib, xəstə reanimasiyadadır”.
Ardını oxu...
“Ona dəfələrlə zəng etdikdən sonra xəstəxanaya gəldi və müxtəlif bəhanələr uydurdu ki, guya əvvəlcədən Saranın qanında infeksiya olub. Gecə saat 1-dən sonra reanimasiya şöbəsinin həkimi də, Günel həkim də bildirdi ki, xəstənizin qanında vurulmuş iynə nəticəsində parçalanma baş verir, infeksiya var. Burada qanı təmizləmək üçün lazımi plazmafarez, dializ avadanlığı yoxdur. Xəstə komaya düşüb, təcili buradan çıxarıb özəl xəstəxanaya aparılmalıdır, yoxsa 1-2 saata öləcək”, – deyə Orucəli Ağayev bildirib.
“30-40 min manat pul lazımdır…”
Müharibə iştirakçısı deyir ki, gecə saat 3 radələrində şəhərin müxtəlif özəl və dövlət xəstəxanalarına müraciət ediblər: “Heç bir xəstəxana xəstənin durumuna görə qəbul etmirdi. Yalnız “Liv Bona Dea” Hospitalı onu qəbul etdi. İntensiv müalicə aparılsa da, hazırda trombositopeniya, qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə koma vəziyyətindədir. Müalicə ilə əlaqədar xəstəxanaya ödənilməli olan böyük maddi xərclər var. Hamı bilir ki, o xəstəxanada müalicə üçün 30-40 min pul lazımdır. Mənim və ailəmin maddi durumu həmin xərcləri ödəməyə kifayət etmir”.
Ardını oxu...
Günel Qəhrəmanova
Həkim xərcləri ödəməkdən imtina edib…
O. Ağayev qeyd edib ki, həkim G.Qəhrəmanova həmin gecə xəstə yaxınlarına yalvararaq sağalanadək bütün xərcləri öhdəsinə götürüb, amma sonrdan imtina edib: “Cəmi 1 gün xərcləri ödədi. Sonra dedi ki, heç bir ödəniş etməyəcəyəm, hara şikayət edirsiniz, edin. Hazırda 11 min borc yığılıb. Ödəniş olunmasa, aparatdan ayıracaqlar. Maddi imkanım vəsaiti ödəməyə imkan vermir. Həkimin səhvi ucbatından çıxılmaz duruma düşmüşük. Xahiş edirəm ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürsünlər və həkim Günel Qəhrəmanova məsuliyyətə cəlb edilsin”.
Orucəli Ağayev kimdir?
Orucəli Ağayev İkinci Qarabağ müharibəsi qazisidir.
O, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Hazırda Qarabağ bölgəsində ön xətdə xidmət edir.

Respublika Klinik Xəstəxanasının rəhbərliyi və adıçəkilən həkim Günel Qəhrəmanova isə mediada gedən iddialara münasibət bildirməyib.
Xəstəxananın baş direktoru Elviz Qasımovun isə ölkə xaricində olduğu bildirilib.

Həkim G.Qəhrəmanova isə telefonlara cavab verməyib.
Mirqasımov adına Respublika Klinik xəstəxanasının mətbuat katibi Namidə İsayeva da göndərilən sorğulara cavab vermir.
Bəs bütün bunlar niyə baş verir?
Uzun müddətdir ki, mediada xəstələr üçün “ölüm korpusu”na çevrilən “Respublikanski”dən şikayətlər səngimir, danışan, çağrış edən vətəndaşlardır, amma rəsmi qurumlardan reaksiya yoxdur. Səbəb baş direktor Elviz Qasımovun yüksək səviyyədə kimlərinsə himayəsində olmasıdır ki, bununla bağlı da dəfələrlə mediada məlumatlar tirajlanıb.
Xəstəxandakı mənbə deyir ki, “Respublikanski” adlanan “ölüm korpusu”nda anarxiya və özbaşınalıq hökm sürür, sanki bura onsuz da bərbad vəziyyətdə olan Azərbaycan səhiyyə sisteminin bir parçası deyil, Elviz Qasımovun şəxsi obyektidir.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun yaxın dostu olan Elviz Qasımovun digər daha yüksək vəzifəli himayəçilərinin olduğu barədə də məlumatlar var. Amma bu adıçəkilən iki şəxsin yaratdığı durum ölkənin ən böyük səhiyyə ocaqlarından birini şəxsi manufakturaya çevirib ki, hər şey bu iki şəxsin əlindədir.
Xəstəxanada bonus problemi…
“Arqument.az”a danışan həkimlərdən biri deyir ki, hər ay həkimlərə bonus şəkilində pul verilir, amma verilən verilən bonusların 50%-i kəsilir. Məsələn, bu ay may ayının bonusu verilib.
“Deməli, həkimlərə TƏBİB tərəfindən xüsusi kodlar verilir ki, apardıqları əməliyyatlar kodlaşdırılsın və bonusları alsınlar. Amma bu kodlar səhv verilib. Bütün həkimlərin bonusları kəsilir. Bu səhvi 1-2 həkim edə bilər, hamısı yox. Demək, bu, TƏBİB-in apardığı xüsusi siyasətdir ki, pullar yeyilir. Kimlərin şübhəsi varsa, “Respublikanski”nı yoxlasınlar. Dediklərimiz mütləq təsdiqini tapacaq, buna şübhəmiz yoxdur”, – deyə xəstəxananın əməkdaşı vurğulayıb.
Ardını oxu...
Əminə Rüstəmova
Onun sözlərinə görə, kodlaşdırma ilə bağlı heç bir həkimə təlim keçirilməyib: “Hər həkimə ay ərzində Elvizin çox yaxını, hüquqşünas Əminə Rüstəmova müxtəlif bəhanələrlə izahat yazdırıb bonusları kəsir. Sanki onun işi hüquqşünaslıq yox, həkimlərin pulunu kəsməkdir. Təbii ki, bu tapşırıq Elviz Qasımov və Vüqar Qurbanovundur. Baxın, minlərlə ştat açıb, aylıq dövlətdən pul ödəyib işə qeydiyyatçılar götürülüb. Amma xəstə və əməliyyatları qeydiyyata almaq işini həkimlərə gördürürlər ki, həkimlər cərimələnsin, bonusla verilməsin”.
“Bu, cənab prezidentin apardığı siyasətə ləkə gətirməkdir”
“Elviz Qasımovun yarıtmaz idarəçiliyi bununla bitmir. Məsələn, gecə növbəsinə cəmi bir növbətçi həkim saxlanılır. Tutaq ki, urologiya, lor, üz-çənə, göz şöbəsi və bir həkim. Təsəvvür edin, gecə uroloji problemlə ağır xəstə gəlir, növbədə isə lor həkimidir. Görün, burada nə baş verir?! Və yaxud gözdə travma ilə xəstə gəlib, amma növbədə uroloqdur. Xəstənin vəziyyəti ağırdır, təcili müdaxilə olmasa xəstə gözünü itirə bilər. Bu zaman uroloq nə etməlidir?! Necə ki, doğum şöbəsinə göz həkimi çıxarsa… Budur Elvizin və Vüqarın səhiyyə siyasəti. Bu, sadəcə, səhiyyəni gözdən salıb, iflic etmək demək deyil, həm də insanların həyatı ilə oynamaqdır, cənab prezidentin apardığı siyasətə ləkə gətirməkdir. Xəstəxanada bu cür yanaşmanın nəticəsində ölüm halları artıb. Elviz Qasımov gələndən sonra statistikanı yoxlasalar, mənzərə hər kəsə aydın olacaq”, – deyə həkim baş verənləri təsvir etməyə çalışır.
Ardını oxu...
Elviz Qasımov
Həkim deyir ki, növbətçi həkimlərə isə əlavə heç bir ödəniş edilmir, şikayət edənlər işdən çıxarılmaqla hədələnir: “Digər bir problem odur ki, Vüqar Qurbanov xəstəxanaya Elviz vasitəsilə xəbər göndərir ki, şöbə müdirləri əməliyyat edə bilməz. Deyəsən, bu elan olunmamış sərəncam ancaq “Respublikanski”yə aiddir. Çox müəmmalıdır ki, illər ərzində təcrübə yığmış həkimləri – şöbə müdirlərini əməliyyatdan uzaqlaşdırmaq hansı beynin məhsuludur?”
Şikayətçi qeyd edib ki, əvvəllər xəstəxanada yanğın təhlükəsizliyi ilə məşğul olan qurum olub, amma Elviz Qasımov gələndən sonra həmin qurum ləğv edilib, yanğına cavabdehlik öhdəliyi şöbə müdirlərinin üzərinə qoyulub: “Bunun da nəticəsində həkim yanğınsöndürmə qaydalarını mükəmməl bilmədiyindən şöbədə yanğın baş verdi. Amma Vüqar Qurbanov bunu təlim kimi qələmə verərək ictimaiyyətdən gizlətdi. Bu haqda video və foto sübutlar var. Hadisə bu ilin əvvəlində Lor şöbəsində (burun–boğaz) olmuşdu. Zərəçəkənlər də maddi dəstəklə susduruldu”.
“Məgər ölkədə anestezioloq çatışmazlığı yaşanır?”
Onun sözlərinə görə, xəstəxanadakı dəhşətli mənzərə bununla bitmir, baş verənlər hətta orada çalışanları belə vahiməyə salır: “Təsəvvür edin, 4 otaqda əməliyyat gedir, yalnız 1 anestezioloq növbə çəkir. Əgər əməliyyat zamanı 2 xəstənin vəziyyəti pisləşsə, anestezioloq seçim edib ancaq bir xəstəni qurtara bilər. Digər xəstə isə keçinməlidir. Sonra da deyəcəklər ki, xəstənin vəziyyəti ağır idi, əməliyyatdan çıxmadı, öldü. Bu, cinayətdir. Buna sübut olaraq deyim ki, xəstəxanada anestezioloq Könül Namazova var, bütün xəstələrə o axır. Burada bir monopoliya yaradıblar. Monopoliyanı əldən verməmək üçün Könül doktorla əlbir olaraq anestezioloq çatışmazlığı kimi 4-5 əməliyyatın pulun tək alır. Məgər ölkədə anestezioloq çatışmazlığı yaşanır? Yüzlərlə savadlı həkimlər işsizdir”.
Elviz Qasımovun kadr siyasətindən danışan həkim deyir ki, burada ciddi ayrı-seçkilik müşahidə olunur: “Həmkarların sədri Ədilə xanımı işdə çıxartdı. Çünki layiqli həmkar kimi həkimləri müdafiə edirdi. Yerinə Eldar Sərdarovu təyin etdi. Hansı fəaliyyətinə görə? Sadəcə, Elvizin əmrlərini yerinə yetirir. Daha sonra isə Eldar Sərdarovun həyat yoldaşı Neonatologiya şöbəsinə işə götürüldü. Amma çox vaxt işə gəlmir. Çünki Eldarın yoldaşıdır. Eldar isə Elvizin əmrlərini yerinə yetirən şəxsdir. Bu qədər sadə”.
Azərbaycan səhiyyəsini monopoliyaya alan “üçlük…”
Həkim deyir ki, Vüqar Qurbanovun yarıtmaz fəaliyyəti bütün səhiyyədə özünü göstərir. Belə ki, eyni mənzərə Nərimanov Tibb Mərkəzində də yaşanır, yəni Qurbanov öz yaxın dostlarını himayə etməklə səhiyyə sistemini mövcud qanunlarla deyil, özünün formalaşdırdığı qaydalarla idarə edir: “Azərbaycanda səhiyyə sistemində çalışan hər kəs kəs bu üçlükdən cana doyub, sadəcə, səslərini çıxara bilmirlər. Kimdir bu üçlük? TƏBİB-in rəhbəri Vüqar Qurbanov, “Respublikanski”nin rəhbəri baş direktoru Elviz Qasımov və onun yaxı dostu, Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədov”.
“Məsələn, elə götürək baş direktor Fazil Alməmmədovu. Onun həyat yoldaşı Aygün Alməmmədova Nərimanov Tibb Mərkəzinin mətbuat xidmətinin müdiridir, amma işə çıxmadığı heç kimə sirr deyil. Çünki ayın çoxunu xaricdə, səyahətdə olur, amma bunu başqası etsə, yəqin ki, ağır cəzalandırılacaq və işdən çıxarılacaq”, – deyə həkim bildirib.
İddialarla bağlı adıçəkilən şəxslər və qurumlar indiyədək mövqe bildirməsələr də, onlara cavab haqqı tanıyırıq.
 
 
 
Ardını oxu...
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə icra nümayəndəliyi Xırdalanda yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Reportyor.info xəbər verir ki, tenderin qalibi “Proqress İnşaat EN” şirkəti seçilib.
Təmir işləri quruma 1 478 634,87 manata başa gələcək.
“Proqress İnşaat EN” şirkəti ötən ay Xırdalan şəhər icra nümayəndəliyinin iki tenderində qalib olub. Tenderlərdən biri küçə işıqlarının, digəri isə mənzil fondunun təmiri ilə bağlı keçirib.
Şirkət bu iki tender üzə qurumdan 841 247 manatlıq sifariş alıb.
“Proqress İnşaat EN” şirkəti 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.
Göründüyü kimi şirkət 3 ildir yaradılıb. Bu müddət ərzində “tender kralı”na çevrilib. Hətta o dərəcədə ki, 1 ay ərzində Xırdalan icra nümayəndəliyinin 3 tenderinin qalibi seçilir. Özü də satınalma predmeti fərqli olan tenderlərin. Bu işləri görmək üçün şirkət kifayət qədər güclü maddi-texniki bazaya malik olmalıdır. Amma “Proqress İnşaat EN” şirkətin heç saytı və əlaqə telefonları belə yoxdur.
Açıq mənbələrdə ümumiyyətlə şirkət və qanuni təmsilçisi haqqında məlumata rast gəlinmir.
Bütün bunlar “Proqress İnşaat EN” MMC-nin kağız üzərində yaradılan şirkətlər kateqoriyasına aid olması barədə şübhələr yaradır.
Bir qədər də Xırdalanın yolları barədə.
Dövlət satınalmalarının vahid portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, ötən il də Xırdalanın yollarının təmiri ilə bağlı tender keçirilib. Tenderin qalibi “Xezer Construction” MMC seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 927 615,41 manat olub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildə bu vəzifəyə təyin edilib.
Abdin Fərzəliyevin icra başçısı kimi karyerası isə 2003-cü ildən başlayır. O, həmin il Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb. İki il sonra isə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun Nərimanov rayonuna rəhbərliyi 2022-ci ilə qədər davam edib.
Onun Xırdalan şəhəri üzrə nümayəndəsi ilə Malik Məmmədovdur.
Ardını oxu...
İstefada olan hərbi qulluqçu Elşən Məmməd oğlu Quliyev son dövrlər az qala hamının narazılıq etdiyi, şikayətçi olduğu rabitə xidmətinin özbaşına fəaliyyəti ilə üzləşib. Onun Aktualinfo.org-un elektron poçtuna ünvanladığı şikayəti olduğu kimi diqqətinizə çatdırırıq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində əndrabadi qərarları kim verir. Deməli dünən, 18 noyabr 2024-cü il tarixdə xəbərsiz olduğum və məlumatı dəqiqləşdirəndə şok olduğum bir xəbəri bölüşmək qərarına gəldim. Səhər saatlarında Nəsimi rayonu 20 yanvar küçəsində yerləşən mənzilimdə təxminən 15 il əvvəl quraşdırılmış şəhər telefonu ilə bir dövlət idarəsinə zəng etmək istəyirdim. Telefonu açanda xəttdə telefonun işləməsini bildirən spesifik səsi eşitmədim. Yadıma saldım ki, tələb olunan 3 manat 85 qəpiyi ödəmişəm,özümə də təəccüblü gəldi ki, görəsən telefon niyə işləməsin. Əlqərəz, məsələnin axırına çıxmaq üçün 155 çağrı mərkəzi ilə əlaqə saxlayıb məsələnin kökündə nə durduğunu aydınlaşdırmağı cavab verən xanımdan xahiş etdim. Üstəlik də öyrəndim ki, 24 saat ərzində mənimlə əlaqə yaradılmayacağı təqdirdə çağrı mərkəzinə təkrar dönüş edə bilərəm. Təxminən 3 saat keçəndən sonra Şərifzadə ATS-i kimi tanıdığımız Rabitə Qovşağının 0124314299 nömrəsindən mənə zəng edildi. Xəttin o başından səsi gələn xanım müraciətimlə əlaqədar zəng vurduğunu bildirdi. Xanım bildirdi ki, bəs sizin nömrəniz onu görə işləmir ki, yeni fiber-optik xətlə əvəzlənməsi gedir. Gərək bu məsələ ilə bağlı yaxınlaşasınız ATS-ə və müqavilə bağlayasınız. Üstəlik də 110 manat ödəniş edəsiniz ki, sizin telefonunuz işləsin. Dedim necə?! Dedi bax elə dediyim kimi, 110 manata sizə “modem” verəcəklər. Onu evdə quraşdırdıqdan sonra nömrəniz işləyəcək. Dedim ay xanım yəni buna məcbur edilirlər də bizi,belə başa düşdüm? Susdu və haçandan haçansa dedi ki, biz bu işlərə baxmırıq. Nə isə,xanımının məlumatsız olduğu gümanı ilə eşitdiklərimi dəqiqləşdirmək üçün yenidən 155 çağrı mərkəzinə zəng etdim. Cavab verən xanıma bu ana qədər baş verənləri bildirib, məsələnin nə yerdə olduğuna aydınlıq gətirilməsini istədim. Məlumat bürosunun xanımı,çox təəssüflə ATS-dən verilən məlumatın doğruluğunu təsdiq elədi. Dedi gərək 110 manat ödəyəsiz,yoxsa nömrəniz işləməyəcək. Dedim ay xanım, bu bina 15 ildir tikilib istismara verilib. Hazır olandan sonra isə rəsmi qaydada vətəndaşlardan binanın kabelləşməsi,çəkiliş,nömrə xərcləri alınıb. Necə ola bilər ki, yenidən mənzildə mövcud olan telefonun işləməsi üçün 110 manat xərc tələb olunsun?! Dedi bəli,bir daha təəssüf ki, bu belədir. İndi üzümü tuturam əlaqədar nazirlik və onun aidiyyəti qurumlarının rəsmilərinə və onlardan soruşuram, bu nə özbaşınalıqdır? Mən Noyabr ayının 8-də aylıq abunə haqqı ödəmişəm. Kim verib bu tapşırığı ki, telefonum kəsilsin və bərpası üçün 110 manat ödəyim,bu nə deməkdir məmurlar? Hansı haqqla mənim telefondan istifadə hüququm heç bir bildirişsiz,xəbərdarlıqsız özfəaliyyət nəticəsində dayandırılır. İstəmirəm sizin fiber-optik 110 manatlıq ‘xidməti”!!! İllərlə mənzildə istifadə edilən telefon xəttini bəyəm vətəndaşların hesabına dəyişirsiniz? Şəxsən mən bunu sizdən xahiş etməmişdim. Bəlkə məndən bu barədə soruşan olmuşdu,yoxsa bu barədə məlumat verilmişdi? Siz nə üçün vətəndaşı məcbur edirsiniz ki, o, 110 manat ödəniş etsin,bu harada yazılıb? Və nəhayət,bir təqaüdçü olaraq elə mənim timsalımda ayın axırında təqaüd gözləyən minlərlə təqaüdçüləri bu “formada” günün günorta vaxtı məcburi şəkildə 110 manat ödənişə məcbur eləmək sizcə “fiber-optik” soyğunçuluq deyilmi?
 
Ardını oxu...
Gəncə Regional Turizm İdarəsi “Xan yurdu” etno qəsəbəsinin təbliğat və təşviqat işlərinin həyata keçirilməsi üzrə 08.09.2024-cü ildə başladığı kotirovka sorğusunun nəticələrini açıqlayıb. Dövlət satınalmalarının vahid internet portalına 16.11.2024-cü ildə yerləşdirilimiş məlumata görə müsabiqənin qalibi “TASK HUB” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 23.475 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Bundan əlavə Gəncə Regional Turizm İdarəsi 16.11.2024-cü ildə “TASK HUB” MMC ilə bir mənbədən satınalma metodu ilə daha bir müqavilə bağlayıb. Göygöl Moruq Festivalının təşkili üzrə keçirilmiş bu müsabiqə isə 8.147,6 manat dəyərində qiymətləndirilib.

İndi gəlin görək Gəncə Regional Turizm İdarəsinin bir gündə iki satınalma müqaviləsi bağladığı MMC kimə məxsusdur və nə kimi işlər görür?

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TASK HUB” (VÖEN: 2305984031) Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.02.2024-cü il tarixdə 12 saylı Ərazi Vergilə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, GÜLÜSTAN QƏSƏBƏSİ, ev 17, m. 3, qanuni təmsilçisi kimi isə İsgəndərov Tural Telman oğlu qeyd olunub.

Apardığımız ətraflı araşdırma zamanı məlum oldu ki, İsgəndərov Tural Telman oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakultəsi, mühasibat uçotu və audit kafedrasında assistentdir.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi Gəncə Regional Turizm İdarəsi 8 ay əvvəl dövlət qeydiyyatına alınmış, heç bir təcrübəyə malik olmayan bir MMC ilə təbliğat və təşviqat işlərinin, festifalın həyata keçirilməsi işləri üzrə 31 min manatdan çox dəyəri olan satınalma müqavilələri bağlayıb.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə Göygöl rayonunda “Moruq Festivalı” keçirilib. Göygöl rayon İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən festival Sentyabrın 14-15-də Göygöl rayonunun Keşkü kəndində baş tutub. Tədbirin açılışında Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov,Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov iştirak ediblər.

Rəsmi məlumatlardan da göründüyü kimi, Göygöl rayonunda “Moruq Festivalı” sentyabrın 14-15-də keçirilib. Sual yaranır. Sentyabrda keçirilmiş bir tədbirin təşkili üzrə satınalmanın nətiıcəsi nədən noyabrda açıqlanıb? Festifalın təşkilinə nə qədər vəsaitin xərclənməsi bəlli olmasa da, bəlil olan odur ki, sentyabrda festifalın keçirilməsinə xərclənən pulu indi satınalma yolu ilə dövlətdən geri gütürürlər. Bu da təbii ki, Aqrar Universitetinin assistentnin işi deyildir.

Görsənən odur ki, MMC-nin qanuni təmsilçisi İsgəndərov Tural Telman oğlu burada formal bir şəxsdir. “TASK HUB” MMC-nin arxasında ya Aqrar Universitetin rektoru Zəfər Qurbanov, ya da Gəncədəki yüksək çinli məmurlardan biri dayanır. Bu 16 avqust 2023-cü il tarixindən Dövlət Turizm Agentliyinin əmri ilə Gəncə Regional Turizm İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş Zaur Bayramov da ola bilər.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
"Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında baş verən proseslər getdikcə dərinləşir. Bundan öncəki yazılarımızda Komitədə baş verən proseslər barədə qısaca məlumat vermişdik. Lakin proses mətbuatda işıqlandırılandan sonra qanunsuzluqlar yeni müstəviyə keçməyə başladı..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Araz Paşayevin həmkarlar işinə nə dərəcədə yad adam olması hər gün özünü təsdiq edir. Tabeliyində olan həmkarlar komitələrində aparılan qanunsuz yoxlamaların davamı olaraq, mərkəzi komitədə də özbaşınalıqlar davam edir. Sədr vəzifəsinə seçildiyi gündən özü ilə gətirdiyi səriştəsiz kadrları yerləşdirməyi özünə başlıca məqsəd qoymuş Araz Paşayev, nəhayət qanunsuz olaraq bacardı. Belə ki, Komitənin rəsmi facebook səhifəsinə istinadən bildiririk ki, Araz Paşayevin sədrliyi ilə 7 noyabr 2024-cü il tarixdə komitənin məclis iclası keçirilmişdir. Məclisin keçirilməsində əsas məqsəd qanunsuz olaraq sədrin 1 ci müavini vəzifəsini tutan və seçkidən 2 ay əvvəldən özünü 1 ci müavin elan etmiş Tehranağa Abdullayevi və sədrin müavini vəzifəsinə Turanə Kərimovanı təsdiq etmək idi. FOTOFAKTLAR-dan da göründüyü kimi, iclası yalnız Araz Paşayev aparır, iclasa nəinki tabe 138 təşkilat, heç 2/3 üzv təşkilatlar iştirak etmir. Bu isə əsasnaməyə uyğun olaraq qanunsuzdur və Məclis öz işini apara bilməz ! Lakin Azərbaycanın COP-29 kimi dünya tədbirinə evsahibliyinə hazırlaşdığı günlərdə, ölkə və Konfederasiya rəhbərliyinin bu işlə məşğul olduğunu bilərək, tələm tələsik öz dəstəsinin vəzifə təyinatlarını qanunləşdirmişdir.
Əvvəlki məktublarda, sənədləşmələrdə Tehranağa Abdullayev «sədrin 1 ci müavini vəzifəsini müvəqqəti icra edən» göstərilirdi. Bu o demək idi ki, artıq məsələ əvvəlcədən həll olunub. Fotolara baxanda açıq aşkar görünür ki, heç kim səs vermir, heç kimin Məclisin iclasından xəbəri yoxdur və üzvlərin səsləri, fikirləri və münasibəti Araz Paşayevə heç maraqlı deyil. Xahiş edirik bu məlumatları ictimailəşdirin, Mərkəzi komitədə baş verən bu qanunsuzluqlar, özbaşınalıqlar durdurulsun !

Əldə etdiyimiz məlumata görə, COP-29 bitəndən sonra, Araz Paşayev yenidən tabe komitələrə maliyyə ödəmələri tətbiq etdiriməyə hazırlaşır!.."

Bu barədə sonrakı yazılarımızda...

DAVAMI VAR...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetində təhsildən başqa hər şeyin olması ilə bağlı silsilə yazılarımızı xatırlayırsınız. Bu dəfə də sözügedən "ali təhsil ocağı"ndan "DİA-AZ"a müraciət ünvanlanıb. Müraciətdə deyilir:

"Rektor Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetini rəsmən məhvə aparmaqda davam edir.
ADAU-da bir çox maliyyə məsələlərində açıq şəkildə qanun pozuntusu var. Belə ki, Zəfər Qurbanov universitetə heç bir yeni avadanlıq gəlmədiyi halda, universitetin büdcəsindən külli miqdarda pul mənimsəyir. Halbuki ayrılan həmin vəsait universitetə yeni avadanlıqların gətirilməsi üçün nəzərdə tutulsa da, universitetdə heç bir yeni avadanlıq yoxdur.

Universitetin bəzi texnikalarını ucuz qiymətə icarəyə verir, bəzilərini isə Zəfər Qurbanov satıb öz cibinə qoyub.
ADAU-EGE ikili diplom çərçivəsində çalışan özünə yaxın müəllimlərə 4000-5000 manat maaş yazır və hətta EGE ilə heç bir əlaqəsi olmayan yaxınlarına istədiyi maaşı təyin edir. Sanki sabiq rektor İbrahim Cəfərovun yaratdığı ADAU-EGE ikili diplom çərçivəsi Zəfər Qurbanova atasından miras qalıb.

Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elcan Məmmədova verdiyi aylıq 1500 manat maaşdan əlavə, ADAU-EGE universitetinin hesabına əlavə 800 ABŞ dolları məvacib verilir. Baytarlıq fakültəsinə saxta yol ilə dekan seçilən və heç bir elmi fəaliyyəti olmayan Şəlalə Zeynalova ya 2000 manat maaş yazılıb, halbuki digər dekanların maaşı 1500 manatdan aşağıdır. Onu da qeyd etmk lazımdır ki, Şəlalə Zeynalova Aqrar Universitetdə 1,5 stat vahidi həm dekan, həm də müəllim kimi işləyir əlavə olaraq 0,5 ştat vahidi Hacıqabul quşçuluq fabrikində və 0,5 ştat vahidi Şəmkir Quşçuluq fabrikində işləyir. Anlamaq mümkün deyil ki, bu qədər işləri Şəlalə Zeynalova necə aparır..."

DAVAMI MÜTLƏQ OLACAQ...
 
 


 
Ardını oxu...
Tovuz Dövlət Sosial- İqtisadi Kollecində fəaliyyətlərinə xitam verilmiş müəllimlər-Vəliyeva Aynurə Mirzəli qızı,Ələkbərova Şahnaz Azər qızı, İsayeva Aygün Müslüm qızı, Musayeva Şəhla Dilqəm qızı tərəfindən məlumat göndərilib.
Faktinfo.az saytının elektron poçtuna göndərilən xəbərdə deyilir:

Biz aşağıda adımız və soyadımız qeyd olunan 4 şikayətçi müəllimlər bildiririk ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində baş verən "islahatlar" bu dəfə əmək müqaviləmizə xitam verilməsi ilə yekunlaşdı.Bu barədə SİZ jurnalistlərə və saytların baş redaktorlarına mütamadi məlumat verəcəyik.

Hazırda isə bir məqama diqqət çəkmək istəyirik. Belə ki, Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin yeni təyin olunan direktoru Hicran Əyyubova tərəfindən verilmiş xəbərdarlıq məktubunun icrası məqsədilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri- Samir və Siyavuş müəllim 14 oktyabr 2024-cü il tarixində kollecə gəldilər, bizi də kollecə çağırtdıraraq işimizə xitam verildiyini bildirdilər.Kollecin Həmkarlar Təşkilatının iclasına əsasən 4 müəllim üçün elan olundu ki,biz artıq bu kollecin tədris edənləri deyilik.Amma xəbərdarlıq məktubu verilmiş digər şəxsin işinə xitam verilmədi. Bu işçi Hicran Əyyubovanın Qazax rayonundan olan həmyerlisidir. Bir müddət əvvəl "Əgər burda işdən çıxmayan bir şəxs qalacaqsa o da mən olacağam"- deyən, direktorun həmyerlisinin üstündən sükutla keçildi.Gözləyirik,Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin direktorunun diqtəsindən qaynaqlanan problemlərə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttərova nə zamana kimi seyrçi qalacaq.

15 noyabr 2024 cü il tarixində Hicran xanıma yaxınlaşıb xitam əmrimizi istədikdə isə, kadrlar şöbəsinə yaxınlaşmağımız məsləhət bilindi. Həmkarların sədri Bağırova Elmiradan protokolun surətini istədikdə isə hələ ki, protokolun yazılmadığını bildirdi.Hələ də, yazılmamış protokola rəğmən necə müəllimlik fəaliyyətimizə xitam verilə bilər, sualına isə gözləyin, indi yazarıq deyildi.

Onu da qeyd edək ki,biz kollecə həmkarlar təşkilatından protokolla tanış olmağa gedərkən həyat yoldaşlarımız da bizimlə idi.Həmkarların sədrinə zəng edib,kollecə getməyimizi əvvəlcədən məqsədəuyğun hesab etmişdik.Belə də oldu.Kollecdə olarkən isə məlum oldu ki,işdən çıxarılmağımız azmış kimi,Həmkarlar Təşkilatının sədrinə edilən zəngdən həyat yoldaşlarımızla bağlı, Kollecinin yeni təyin olunan direktoru Hicran Əyyubovanın "göstərişinə" əsasən Elmira Bağırova Tovuz rayon Qovlar Polis Şöbəsinə şikayət edib.Olsun,nə olar.Görək "qara məni basınca,mən qaranı basım", "tətbiqi" direktor üçün nə vaxta kimi keçərli olacaq.

Görünür,müəllimlik fəaliyyətimizə xitam verilməsi ilə bağlı Tovuz rayon Məhkəməsinə müraciətimiz,bir neçə dövlət orqanlarına şikayətlərimiz,mətbuata ünvanladığımız müraciətlər və hüquqlarımızı müdafiə etmək yolunda israrlı olmağımız Hicran Əyyubovanı təşvişə salıb.

Faktinfo.az
 
Ardını oxu...
Qeyd edək ki, artıq durmadan DYP əməkdaşları tərəfindən haqsızlığa düçar olduğunu bildirən çoxsaylı şikayətlərin qarşısı alınmaq bilmir. Dövlət Yol Polis inspektorlarının haqsız tələbləri qanunsuz protokol tərtib edilmələri ilə bağlı regionlarda çox saylı şikayətlər hazırda Paytaxta sirayyət edib. Beləki, bir sıra vətəndaşlar etdikləri şikayətlərə heç cür cavab ala bilməməsi bir yana şikayətə şablon cavablar verilməsi qəbul edilməz hal alıb. Kimdən-kimı şikayət edəsən bilmək olmur deyən vətəndaş sonda toplu şəkildə yuxarı dairələrə müraciət etmək qərarına gəlib.



Azərbaycan Respublikasının
Cənab Prezidenti İlham Əliyevə


Sürəti: Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanim Əliyevaya
Sürəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Sürəti: Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Quliyev Fazilə
Sürəti: Azəebaycan Rüapublikasının Baş Polis idarəsinin rəisi cənab Əkbər İsmayilova
Sürəti: Bakı Şəhər Baş Dövlət Yol Polis idarəsinin rəisi cənab Rəşid Piriyevə
Sürəti: Baş Dövlət Yol Polis idarəsinin rəisi cənab Ramiz Zeynalova
Sürəti: Azərbaycan Respublikasının Baş Prokroru cənab Kamran Əliyevə
Sürəti: Bakı Şəhər Prokrorluğunun rəisi Elşən Abbasova
Sürəti: Bakı Şəhər Nizami rayon Prokrorluğunun rəisi Pərviz İbayevə
Sürəti: Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin rəisi Ziya Əliyevə
Sürəti: Bakı şəhəri Nizami rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Yusif Hüseynova

Bakı şəhəri, Nərimanov rayonu Elçin İsaqzadə 3A,
Mənzil 6 ünvanında yaşayan Yusifov Əli Zaur oğlu tərəfindən
(050)-210-51-86
aliyusifov8828@gmail.com


Ərizə


Hörmətli Cənab Prezident!

Yazib sizə bildirmək istəyirəm ki, idarəetməmdə olan 77 MS 022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəm 11 Noyabr 2024-cü il tarixində Nizami rayonu, Mikayıl Əliyev küçəsində Emerald Hotel-in qarşısında saxlamışam. Təqribən saat 11:00 radələrində avtomobilimə yaxınlaşdığım zaman 99YP278 dövlət qeydiyyat nişanlı avtopatrul avtomobilinin idaəretməmdə olan nəqliyyat vasitəmin qarşısında dayandığını gördüm.

Avtopatrul maşınından düşüb mənə yaxınlaşan Nizami Rayon Dövlət Yol Polisinin inspektoru Polis Baş Serjantı Əsədli Tural Elxan oğlu avtomobildə xaricində konstruksiya dəyişlikliyi edildiyi üçün Nizami rayon DYPŞ rəisi Yusif Hüseynov-un göstərişi ilə avtomobilin duracağa təmin olunmağını tələb etmişdir.

Avtomobili Nizami rayon DYPŞ inspektoru Əsədli Tural mənim iştirakımla Xəmsə restoranı yaxınlığında yerləşən duracağa təmin etmişdir.
İnspektor Əsədli Tural Elxan oğlu barəmdə İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsi ilə 150 AZN protokol tərtib etmişdir.Duracağda tərtib olunmuş akt da isə "275 Kontrol" sözünü yazdıraraq avtomobili duracağa qoyub getmişdir.

14 Noyabr 2024-cü il tarixində avtomobildə olan konstruksiya dəyişlikliyini duracaqda aradan qaldırmışam və 15 Noyabr 2024 cü il tarixində avtomobilin buraxılması üçün Nizami rayon Dövlət Yol Polisinə yaxınlaşmışam.

Çıxarılan ehtiyyat hissələrinin isə məhkəməyə göndəriləciyini bildirmişdirlər.
Lakin bildirmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsində Avtomobildə olan Konstruksiyanın aradan qaldırıldığı halda üzərindən çıxan ehtiyat hissələrinin müsadirə olunması deyə bir cümlə qeyd olunmamışdır.

Dəfələrlə Nizami Rayon Dövlət Yol Polisinə getsəmdə bütün İnzibatçıların yanında olsamda(Hüseyn Hüseynov, Rasim Rəhimov, Kamranzadə Tural) lakin hər biri ayrılıqda avtomobilin Yusif Hüseynovun göstərişi ilə ehtiyat hissələri müsadirə olunduğu halda buraxılacağını söyləmişdirlər.
Bəyəm ölkədə hər bir Yol Polis əməkdaşı Daxili İşlər Nazirliyinin və Ölkənin qanunvericiliyi çərçivəsində işləməli deyilmidir?

Sözlərindən belə çıxır ki, Nizami Rayon Dövlət Yol Polis şöbəsinin rəisi Yusif Hüseynov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini heç-ə sayır və yalnız öz qanunları çərçivəsində işləyir.

Şikayət edəcəyimi bildirdiyimdə isə əlin hara qədər çatır şikayət et bizim heç kəsdən qorxumuz yoxdur sözünü bildirərək Dövlət Yol Polisinin binasından məni qovurlar. (Bununla bağlı əlimdə yetərincə sübutlarım vardır)

Mənim kimi həmçinin bir sıra vətəndaşlar Yusif Hüseynovun bu cür əməllərindən şikayətçidirlər. Dəfələrlə saytlarda barəsində məlumatlar verilsədə bütün məlumatları saytlardan sildirməyə nail olmuşdur.

Nizami rayon Dövlət Yol Polisindən mənə İnzibatçı olaraq Kamranzadə Tural adlı polis kapitanına yaxınlaşmalı olduğumu dedilər. Avtomobildə olan konstruksiya dəyişikliyinin aradan qaldırıldığı üçün avtomobilimi duracağdan azad olunması barədə arayış təqdim etmələrini xahiş etdim. Tural müəllim mənə avtomobildən çıxarılan ehtiyyat hissələrinin yalnız müsadirə olunduğu halda buraxa biləcəyini söyləmişdir

Avtomobildə olan heç bir əlavə avadanlıq sayılmayan və heç bir əlavə səs verməyən "EUS" başlığın belə sökülərək müsadirə olunmasını tələb edir. Bir neçə vətəndaşdanda Yusif Hüseynovun saxlatdıraraq qanunsuz rüşvət tələb etməsini eşitmişəm.

Vətəndaş pul vermədiyi halda isə 2 (yalançı) şahid tutaraq hadisəni sənədləşdirib rayon məhkəmələrinə göndərdiklərini eşitmişəm. Dəfələrlə 102 şikayətim olmasına baxmayaraq görünür ki, Nizami Rayon Polis İdarəsi müraciətlə heç bir araşdırma aparmayıb və mənim heç bir izahatım alınmamışdır. Burdanda görünür ki, Nizami rayon Polis İdarəsi, DYP əməkdaşlarının qanunsuz əməllərinə göz yumurlar.

Əgər belə olmasaydı mənim 102 şikayətim Polis İdarəsində araşdırılardı və məsələyə hüquqi qiymət verilərdi. 102 xidmətinə olunan şikayətlər aidiyyatı üzrə araşdırılmayacaqsa yaxşı hüquqları tapdalanmış və pozulmuş sadə vətəndaşlar dərdlərini kimə deyəcək?

Xahiş edirəm

Mən bu ərizə vasitəsi ilə Prezidentimiz İlham Əliyev və Vilayət Eyvazov cənablarından xahiş edirəm ki, Nizami rayon DYP-də başıma açılan oyunlarla bağlı ciddi tədbir görəsiniz və müqəssizləri layiqli cəzalandırasınız. Avtomobilimin isə duracaqdan azad olunmağı barədə göstəriş verəsiniz.

Qoşma:
1)Protokolun sürəti.
2)Bərpa olunma barədə aktın sürəti.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
bakunews.az
 
Ardını oxu...
Sumqayıtdakı akumlyator istehsalçısı olan “Az-Lead” MMC ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar törətdiyinə görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən Xidmət barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş Xidmət ilə bağlı müraciətə baxılıb.

Hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10500 manatdan 12500 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, 2014-cü ildə yaradılan “Az-Lead” MMC şirkəti istifadəyə yararsiz akkumulyator və qurğuşun tərkibli xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı prosesini həyata keçirir.

"İndrat Holdinq" MMC-yə məxsus olan "Az-Lead" MMC Sumqayıt Sənaye Zonasında fəaliyyət göstərir. 3 123 275 nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Sadıqov Elxan Asif oğludur.

"DİA-AZ"ın araşdırmasına görə, eyni zamanda sözügedən akkumulyator zavodunun dövlətə 1.3 milyon manatdan çox vergi borcu yaranıb.

Daha dəqiqi bu şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə 1 milyon 381 min 305 manat 14 qəpik vergi borcu var.

Hazırda bu səbəbdən də şirkətlə DVX arasında məhkəmə çəkişməsi davam edir. Sumqayıt İnzibati Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə şirkətin borc məsələsinə baxılacaq.
 

Dünyapress TV

Xəbər lenti