Ardını oxu...
"Unibank"ın 1 milyona yaxın müştərisi var. Əksəriyyət kredit götürmüş və həyatını bir növ kreditə xərcləyən insanlardır. Sizin ödədiyiniz kreditlərlə "Unibank"ın rəhbəri Fransada dəbdəbəli mülk alır, oğlu isə Karib adalarında və Monakodakı (Monte Karlo) kazinolarda qumar oynayır.
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində yazıb. Daha sonra jurnalist yazır:
Eldar Qəribov "Unibank"ın əsas səhmdarı, Müşahidə Şurasının sədridir, Malta vətəndaşlığı var, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı - “Fransanın Fəxri Legion Kavaleri ordeni” ilə təltif olunub.
Ardını oxu...
Azərbaycanla Fransa arasında dərin çatlar bankirin bu ölkədəki lüksünə təsir göstərməyib. Onun dəyəri bir neçə milyon avro olan "Floriana" adlı sevimli villası və əmlak şirkəti "siyasətə qarışmır".
Ardını oxu...
Eldar Qəribov ötən il bankda səhmlərini 7.31 faiz artıraraq 91 faizə yüksəldib. Bu işdə ona yaxın dostu, Fransanın Nisada şəhərində qapı qonşusu olan işadamı Bəylər Məmmədov kömək edir.
Ardını oxu...
Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu) Maltada təsis etdiyi LENSTOR ENTERPRISES LTD şirkəti üzərindən Lüksemburqda sahib olduğu "Canley Finance SA" maliyyə şirkəti vasitəsilə səhmlərinin bankın 7.31 faizini digər səhmdardan alıb, sonra Lüksemburq şirkəti adından əsas səhmdara satır. Yəni sol əli boynunun arxasından aparıb sağ qulağını qaşıyıb. İctimaiyyətə elə təqdim olundu ki, guya Eldar Qəribov səhmləri xarici şirkətdən alıb. Ola bilsin ki, Eldar Qəribov bununla təkcə ictimaiyyəti deyil, bankın digər səhmdarı olan Avropa Yenidənqurma və İnkişaf Bankını və Almaniyadakı tərəfdaşını da aldadıb.
Ardını oxu...
Eldar Qəribovun oğlu İlkin Qəribli 2015-ci ildən birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır və dünyanın ən məşhur kazinolarının daimi müştərisidir.
Ardını oxu...
O zaman ailəsi ilə Baham adalarında istirahət edərkən dostları İlkini kazinoya aparıblar.
"Poker News"un məlumatına görə bankirin oğlu o zaman 25 min "stavka" ilə 1.105.040 dollar və bir ədəd lüks "Style" saatı udub.
Ardını oxu...
O vaxtdan Eldar Qəribov oğunu qumardan ayıra bilməyib.
Cavanşir Həsənli
TEREF olaraq iddia ilə bağlı qarşı tərəfində mövqeytini dərc etməyə hazırıq!
TEREF
 
 
 
Ardını oxu...
Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar".

Mia.az-a bir neçə gün əvvəl Hacıqabul Su və Meliorasiya İstismarı idarəsində baş verən qalmaqallarla bağlı yayımlanan yazıdan sonra bu dəfə Abşerondan maraqlı məlumat daxil olub.

Xatırladaq ki, Hacıqabulla bağlı yazıda idarə rəhbəri Siyavuş Məmmədovun ixtisar edilən işçilərinin yerinə orta təhsilliləri işə götürməsi, eyni zamanda, Talış kənd sakini Rəhman Talıbovun müavin Rasim İsmayılovdan Hacıqabul rayon Prokurorluğuna şikayətindən və sair məqamlardan bəhs etmişdik.

Məlumat üçün qeyd edək ki, prokurorluğa 6 min manat rüşvət iddiası ilə bağlı şikayət olunub (Mövzu ilə bağlı araşdırmamız davam edir - Mia.az).

Bu gün isə Mia.az-ın Su Ehtiyatları Agentliyindən əldə etdiyi məlumatda deyilir ki, Zaur Mikayılovun qudasının tələbə yoldaşı olan Etibar Nəbiyevin yeni təyin edildiyi Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindəki təyinatları ciddi rezonans doğurub: "Etibar Nəbiyevin əvvəlki təyinatları nə qədər təəccüb yaradırdısa, əmisi oğlu ilə bağlı təyinat ondan onqat artıq şok effekt verib. Nəbiyev əmisi oğlu İbrahimi də idarənin ümumi şöbəsinin müdiri təyin edib. İbrahimin işi Etibar Nəbiyevin otağının qarşısında durmaq, qəbulu "tənzimləməkdir". Halbuki, Etibar Nəbiyevin otağı yaxın qohumları ilə həmişə dolu olur. Maraqlıdır, deyilmi?!

Hələ bu azmış kimi Etibar Nəbiyevin doğma qardaşı da tez-tez idarəyə gələrək orada "boy göstərir". Təbii ki, bütün bunlar xoş qarşılana bilməz. Artıq bu kimi əmr və hadisələr Agentliyin rəhbər şəxsləri arasında da müzakirə olunmağa başlayıb..." .

Xatırladaq ki, yeni rəis Etibar Nəbiyev təyinatından qısa zaman sonra bir sıra dəyişikliklərə imza atıb.

O, Abonent işləri şöbəsinin fakturalama qrupunun rəhbəri Səbuhi Mustafayevi vəzifədən çıxarıb, onun yerinə Tahir Şəmiyevi, Texniki şərtlərin verilməsi şöbəsinin rəisi Zeynalov İbrahim Hüsü oğlunun yerinə 450 km aralıdan - Gəncədən Zaman adlı dostunu gətirib:

"Bununla yanaşı, Etibar Nəbiyev Nazim Fərzəliyevi Bas mühəndis, Nəzakət Mursaqulovanı isə Kadrlar şöbəsinin rəisi vəzifədən uzaqlaşdırıb. Abşeron Bağlar idarəsindən Həzrət Abbasovu isə özünə müavin təyin edib. Bu təyinata qədər müavin olan Elnur Əliyev isə aşağı vəzifəyə - Abonent işləri şöbəsinin müdiri postuna endirib. Bir sözlə, idarədə labirintli olaylar səngimir...".

Mövzu iləı bağlı araşdırmalarımız davam edir.
 
Ardını oxu...
Noyabrın 14-də şəkərli diabetlə beynəlxalq mübarizə günü idi. Azərbaycanda diabetdən əziyyət çəkənlər üçün pulsuz dərmanların verilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarına görə, pulsuz dərman Səhiyyə Nazirliyinin təsdiq etdiyi xüsusi formada olan resept nüsxəsində yazılır. Lakin xəstələrə pulsuz dərmanların verilməsində hələ də problemin olduğu ilə bağlı şikayətlər eşidilir.

"Aptekdən dərman almağa pulum çatmır"
Bakıda Məryəm Məmmədova (adı şərtidir) AzadlıqRadiosuna deyib ki, hər il pulsuz dərmanların verilməsində problem yaranır: "Bu problem illərdir davam edir. Uzun növbələr yaranır. Sonra da məlum olur ki, dərman yoxdur. Mən dərmandan asılı olan insan qalıram belə".

Onun sözlərinə görə, həkimlərin "dərman yoxdur" dedikləri zaman apteklərdə həmin dərmanlar sərbəst satılır: "Mən pensiyaçı adamam, aptekdən daima dərman almağa pulum çatmır".

Dərmanların keyfiyyətindən də şikayətlər var. Bəzi şikayətlərə görə, onlar şəkər əleyhinə dərmanları xarici ölkələrdən gətizdirirlər ki, bu da əlavə vəsait tələb edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə 30 min 500 yeni diabet xəstəliyi olan şəxs qeydiyyata alınıb.

Şəkər xəstələri Endokrinoloji xəstəxanadan dərmanları tam ala bilmir - GƏNCƏDƏN REPORTAJ

2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin cəmi sayı 385 min 179 nəfər olub. Onlardan 35 min 765 nəfəri insulindən asılıdır.

Dünya Diabet Federasiyasının proqnozlarına görə, də Azərbaycanda belə xəstələrin sayı növbəti illərdə arta bilər.

Maliyyəyə gəlincə, 2024-cü ildə şəkərli diabet üzrə tədbirlərə 58.3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Səhiyyə Nazirliyindən "Turan"a bildirilib ki, Azərbaycanda ümumilikdə 99 adda dərman preparatları pulsuz paylanılır: "Şəkərli diabet, onkoloji və xroniki böyrək çatışmazlığı olan xəstələrin də lazımi dərman vasitələri dövlət tərəfindən pulsuz təmin olunur".

"Növbəlilik prinsipi ilə həyata keçirilir"
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə deyilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, şəkərli diabet xəstələri üçün nəzərdə tutulan insulinin həcmi aylıq maksimal 1200 təsir vahidi, həblərinin yekun cəmi isə 60-dır.

Əlavə edilib ki, hər ayın sonunda TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təqdim etdiyi tələbnamə əsasında şəkərsalıcı dərman preparatları növbəti ayın əvvəlindən etibarən mərhələli şəkildə respublika üzrə paylanılır: "Dərman təminatı tələbatdan asılı olaraq, növbəlilik prinsipi ilə həyata keçirilir".

"Başqa ölkədən alıb gətirilən..."
Amma "Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri Aydın Əliyev də AzadlıqRadiosuna deyib ki, ölkədə şəkərli diabetdən əziyyət çəkənlər üçün həm dərman çatışmazlığı var, həm də həmin dərmanların keyfiyyəti suallar doğurur: "Başqa ölkədən alıb gətirilən insulin qanda şəkərin səviyyəsini daha yaxşı tənzimləyir, nəinki burada verilən insulin. Bunun səbəbləri araşdırılmalıdır".

Həkim qeyd edib ki, qanda şəkərin miqdarını ölçən qlükometr üçün lazim olan striplər də xəstələrə çox az verilir: "Bu miqdarla xəstə ay ərzində cəmi bir neçə dəfə şəkər səviyyəsini yoxlaya bilir, halbuki, hər gün onu ölçməsi üçün xəstələrə şərait yaradılmalıdır".

A.Əliyevin sözlərinə görə, problemlərdə həm ayrılan maliyyənin azlığı, həm də şəffaflığın olmaması rol oynaya bilər: "Mən də çox eşidirəm: eyni rayonda xəstəyə deyirlər ki, şəkər diabeti üçün dərman yoxdur, amma xəstəxananın yanında yerləşən apteklərdə həmin dərmanlar satılır. Həmin xəstələr bunu onunla əlaqələndirirlər ki, ola bilsin, dövlətin verdiyi dərmanlar qara yollarla apteklərə verilir. Bu məsələ ciddi araşdırılmalıdır".

O vurğulayır ki, bütün dünyada diabet xəstələrin sayında artım var, amma Azərbaycanda bu artım daha sürətlə gedir: "Çünki bizdə qidalanma gigiyenası ilə bağlı vəziyyət ürəkaçan deyil. Maarifləndirmə işi düzgün aparılmır".

"İcbari tibbi sığorta paketinə daxil edilməlidir"
Tibb elmlər üzrə doktoru Adil Qeybulla diqqəti başqa bir məqama yönəldir: "Şəkərli diabet xəstəliyinin ağırlaşmalarını icbari tibbi sığorta qarşılamır. O xəstələr çox ciddi problemlər yaşayırlar. Bu ağırlaşmalar uzunmüddətli müalicə və böyük məsrəflər tələb edir. Ona görə də, bunlar icbari tibbi sığorta paketinə daxil edilməlidir".

Onun fikrincə, ölkədə profilaktika istiqamətində ciddi işlər getməlidir, önləyici tədbirlər aparılmalıdır və bunların maliyyəsi təmin edilməlidir.
Ardını oxu...
"Ağsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlunun 10 ildən çoxdur ağır ürək, şəkər, yüksək qan təzyiqindən, Parkinson xəstəliyindən yatağa düşməsinə TƏBİB heç bir reaksiya vermir, faktiki olaraq tibbi xidmətdən imtina edir. Xəstə sonuncu dəfə 11.10.2024-cü ildə Ağsu RMX-nın göndərişi ilə xərəkdə Şamaxı Həkim Məsləhət Komissiyasının (HMK) yoxlamasına aparılıb, amma komissiya, ümumiyyətlə xəstəyə baxmaqdan imtina edib. (?) Komissiya xəstəyə baxıb forma-88 arayışını ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) göndərmək yerinə, xəstəni gətirən ailə üzvləri ilə “sənəd çatışmazlığı” davası edib və qərəzlə xəstənin durumuna göz yumub". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Halbuki həmin gün Ağsudan 2 həkimin gətirdiyi sənədlər yoxlamadan keçmədən ƏƏSMN altsisteminə vurulub. Xəstənin ailə üzvlərinin son bir aylıq şikayətlərinə isə TƏBİB cavab verməkdən belə imtina edir . Halbuki tibb xidməti xəstənin ağır durumuna görə onun ailə üzvlərinə qərəz göstərməsi yolverilməzdir. TƏBİB-in əsas işi xəstələrə tibbi xidmət göstərməkdir. Çoxsaylı şikayətlərdən sonra TƏBİB-in müraciətlərlə iş şöbəsi xəstənin oğluna cavab verib ki, Şamaxı HMK NK-nın qərarı ilə əlillik meyarlarının xəstəyə əlillik təyinatına yol vermədiyi əsası ilə imtina edilib. Birincisi, əlillik təyinatını ƏƏSMN tabeliyində DTSERA
həyata keçirir. DTSERA isə rəsmi məktubla bildirib ki, f-88 göndəriləcəyi halda, əlillik qiymətləndiriləcək. 2-cisi, NK-nın qərarında təkcə yüksək qan təzyiqinə görə 1-ci dərəcəli əlillik təyinatı aparılması təsbit olunub. TƏBİB hansı meyarlara istinad edib, şəkərdən gözü tutulan, 2-3 -cü tip ürək çatmazlığı, 180-200 hipertonik təzyiqi, diabetik angiopatiya, diabetik retinopatiya, diabetik polinevropatiya, sabit gərginlik stenokardiyası II-III f/s , Parkinson xəstəsinə əlillik düşmədiyini qərara alıb? 3-cüsü və ən başlıcası, hanı bu 11.10.2024-cü il tarixli imtina qərarı?
Xəstəni yoxlamadan, heç üzünə belə baxmadan hansı vicdan(sızlıq)la belə imtina qərarı verilib və niyə xəstəyə təqdim olunmur ki, ondan inzibati icraat qaydasında, yuxarı orqana, məhkəməyə şikayət verilə bilsin?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS DA) sədri Zaur Əliyevə, TƏBİB sədri Vüsal Qurbanova çoxsaylı şikayətlərə, hələ ki, müraciətlərlə iş şöbəsinin şablon cavabı verilir. Bəyəm müraciətlərlə iş şöbəsi xəstəyə tibbi yardımdan imtinaya cavabdehdir? Ailəsi xəstəyə tibbi yardımdan, sənədinin ƏƏSMN-ə göndərilməməsindən, xəstənin həyatını təhlükəyə atılmasından şikayət edir, müraciətlərlə iş şöbəsi Şamaxı HMK-nın xidmətdən imtina etməsini təkrarlayır? Belə tibbi xidmətlə xəstəni yalnız
öldürmək mümkündür. Onda kim cavab verəcək? Ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana şikayətlər İTS DA-ya, oradan TƏBİB-ə göndərilir, yardımsız cavabı isə müraciətlərlə iş şöbəsi təkrarlayır. Fikrimizcə, xəstənin həyatını təhlükəyə atdığına görə TƏBİB-in, Şamaxı HMK-nın məsul şəxslərinin məsuliyyəti məsələsinə baxılmalıdır. Bu məsələyə baxmaq isə prokurorluğun boynundadır".
 
 
 
Ardını oxu...
"57 yaşımda kimsəsiz tənha qadınam, səhhətimdə ciddi problemlərim var. Yaşadığım ev də çox şəraitsiz, bərbad vəziyyətdədir. Yağan yağış evimin içinə yağır. Heç yerdən də bir gəlirim yoxdur ki, heçolmasa evimin damını təmir edim, üstəlik dolanışıq və dərmanlarımı da çox böyük çətinliklərlə əldə edirəm. Bununla bağlı icra başçısı Adil Əliyevin də qəbulunda oldum. Adil müəllim yanımda icra nümayəndəsinə və bələdiyyə sədrinə mənə kömək etmələrini tapşırdı. İcra nümayəndəsi cəmi bir dəfə bir dərmanımı almağa kömək etdi, bələdiyyə sədri isə ümumiyyətlə heç nə etmədi. Nömrəsini tapıb zəng etdim, telefonda üstümə qışqırdı, bir də onu narahat etsəm başqa cür olacağı ilə təhdid etdi və bildirdi ki, "mənim pulum yoxdur, get, Adil müəllim öz cibindən sənə kömək etsin"."

"DogruXeber.az" xəbər verir ki, bu sözləri bir müddət əvvəl Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Mədən 4 ünvanında yaşayan İsmayılova Səlminaz Allahverdi qızı redaksiyamıza müraciətində bildirib.

Doğrusu, xanımın müraciəti ilə tanış olduğumuzda ilk reaksiyamız yeni təyin edilmiş icra başçısının fəaliyyətinə kölgə salmağa çalışdıqlarını düşünməyə başladığımız icra nümayəndəsi ilə bələdiyyə sədrini qınamaq oldu. Çünki, dəfələrlə sosial şəbəkələrdə və iştirak etdiyimiz tədbirlərdə gənc idmançılarla, şəhid ailələri və qazilərlə mehriban görüşüb, qol-boyun şəkillər çəkdirdiyinin şahidi olduğumiz Adil Əliyevin barəsində həm vətəndaş, həm də media nümayəndəsi olaraq, özümüz də müsbət fikirdə olmuşuq. Həmçinin, keçmiş millət vəkili, hazırkı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olan Adil Əliyevin çox məmurlardan fərqli olaraq, ən azından heçolmasa qayğıya ehtiyacı olan şəxslərə mehriban münasibəti, xoş davranışları ilə mənəvi dəstək olduğunu düşünərək, onu təqdir etmişik. Hətta, imtiyazlı şəxslərin dövlət qurumları ilə bağlı olan problemlərinin həlli istiqamətində Adil müəllimin əlində hər hansı bir səlahiyyəti olarsa, o, səlahiyyətin verdiyi imkanlar daxilində əlindən gələni edəcəyindən əmin olduğumuz üçün ölkə başçısı ona etimad göstərib, icra başçısı təyin etdiyində Suraxanı sakinləri adına sevinib, onu təbrik edənlərdən biri də biz olmuşuq.

Lakin, qısa müddət sonra Səlminaz İsmayılovanın redaksiyamıza ünvanladığı müraciəti bizi biraz təəccübləndirdi. Barəsində yerli mediada və sosial şəbəkələrdə kifayət qədər mənfi məlumatlar yer almasına baxmayaraq, biz yenə də onun qazilərlə olan səmimi şəkillərini, çıxışlarında və söhbətlərində dilindən düşməyən Allah kəlməsini dəyərləndirib, əgər xəbəri olarsa Səlminaz xanıma dərhal köməklik göstərəcəyinə ümid etdik. Odur ki, oktyabr ayının 22-də Suraxanı Rayon İcra Hakimiyyətinə xanımın müraciəti əsasında rəsmi sorğu göndərdik.

Bu gün noyabr ayının 15-dir və hələ də göndərdiyimiz sorğunun cavabı yoxdur.

Biz dəfələrlə icra hakimiyyəti ilə telefon əlaqəsi saxlayıb, sorğumuza cavab verilməməsinin səbəbini öyrənməyə cəhd etdik, amma bu cəhdlərimiz də nəticəsiz qaldı. Ümumi şöbədə telefonumuza cavab verəcək olan bir Allah bəndəsi tapılmadı ki, tapılmadı.
Bəlkə onlar əlaqə yaratmağımızda kömək edə bilər deyə növbətçi hissəyə zəng etdik, onların da əlaqələndirmək cəhdləri bizimki kimi puça çıxdı.

Biz Adil müəllimdən böyük ümidlə sorğumuza cavab, Səlminaz İsmayılovaya isə kömək gözləyirdik ki, digər tərəfdən onun barəsində daha bir narazılıq gəldi.

Suraxanı Rayon Hövsan qəsəbəsi, Elman Qasımov döngə 2 ünvanında yaşayan şəhid ailəsi Şahmurov İlqar Əlihəsən oğlu iddia edir ki, 2016-cı ildə Suraxanı rayon icra nümayəndəsindən 18.000 (on səkkiz min) manat ödəməklə 6 sot torpaq sahəsi alıb, 2023-cü ilin sonuna qədər həmin torpağın vergisini ödəyib və bu müddət ərzində orada meyvə bağı salıb, tikinti aparmaq üçün 7.000 min ədəd tikinti daşı tökdürüb. Amma, Adil Əliyev bu rayona icra başçısı təyin olunduqdan sonra durumlar dəyişib.

Birdən-birə həmin torpaq sahəsi ağır texnikalar vasitəsilə dağıdılıb, tikinti daşları isə icra başçısının tapşırığı əsasında aparılacaq olan abadlıq işləri üçün qəbristanlıq ərazisinə daşınıb.

İlqar Şahmurov bildirir ki, ağzını açıb haqqını tələb etdiyində onu dövlətə xəyanətdə və narkotik ticarətlə məşğul olmaqda ittiham edərək, həbs etməklə təhdid ediblər.

Adil Əliyevin Suraxanı rayonuna gələr-gəlməz Hövsan sakininin onun barəsindəki bu iddiaları bir zamanlar onun barəsindəki əvvəllər deputatı olduğu Nərmanov rayon sakininin iddialarını xatırlatdı. Hansı ki, Nərimanov sakini də Adil Əliyevin onun mənzilini sökdürərək, yerində dəbdəbəli restoran-şadlıq evi tikdirdiyini və bu restoranı da qaynanasının adına rəsmiləşdirdiyini iddia edirdi.
Düzdür, bu və digər bu kimi məlumatlar çox saytlardan sildirilsə də bəzi saytlarda hələ də qalmaqdadır.

Əlqərəz...

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bizim niyyətimiz qətiyyən bir zamanlar təqdir etdiyimiz məmur Adil Əliyevi tənqid etmək deyildi. Çünki, ən azından könüllərini oxşadığı qazilərin, şəhid ailələrinin xətri və dilindən düşməyən Allah adı onu bizə fərqli biri kimi təqdim edib. Amma, ya çalışanların məsuliyyətsizliyindən, ya da başqa bir səbəbdən cavabsız qalan sorğumuz, çarəsiz tənha qadın - Səlminaz İsmayılovanın bu gün də davam edən göz yaşları, şəhid ailəsi olduğunu deyən İlqar Şahmurovun əlindən zorla alınmış haqqı bizi bu barədə yazmağa vadar etdi.

Mövzuya qayıdacağıq və ümid edirik ki, növbəti yazımızda Adil müəllimin qeyd etdiyimiz problemləri şəxsən nəzarətinə götürdüyü və məsələlərin müsbət həllini tapdığından bəhs edəcəyik.

Amma, sonda təəssüflə onu da qeyd etməliyik ki, Suraxanı rayon icra hakimiyyəti barəsində narazılıq dolu məlumatlar redaksiyamıza gəlməkdə davam edir. Odur ki, növbəti günlərdə həmin məlumatları da aidiyyatı üzrə aydınlaşdıraraq, diqqətinizə çatdırmağa çalışacağıq.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
 
 

     

Ardını oxu...
Ağsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlunun
10 ildən çoxdur ağır ürək, şəkər, yüksək qan təzyiqindən, Parkinson
xəstəliyindən yatağa düşməsinə TƏBİB heç bir reaksiya vermir, faktiki
olaraq tibbi xidmətdən imtina edir. Xəstə sonuncu dəfə 11.10.2024-cü ildə
Ağsu RMX-nın göndərişi ilə xərəkdə Şamaxı Həkim Məsləhət Komissiyasının
(HMK) yoxlamasına aparılıb, amma komissiya, ümumiyyətlə xəstəyə
baxmaqdan imtina edib. (?) Komissiya xəstəyə baxıb forma-88 arayışını
ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya
Agentliyinə (DTSERA) göndərmək yerinə, xəstəni gətirən ailə üzvləri ilə
“sənəd çatışmazlığı” davası edib və qərəzlə xəstənin durumuna göz
yumub. Halbuki həmin gün Ağsudan 2 həkimin gətirdiyi sənədlər
yoxlamadan keçmədən ƏƏSMN altsisteminə vurulub.
Xəstənin ailə üzvlərinin son bir aylıq şikayətlərinə isə TƏBİB cavab
verməkdən belə imtina edir . Halbuki tibb xidməti xəstənin ağır durumuna
görə onun ailə üzvlərinə qərəz göstərməsi yolverilməzdir. TƏBİB-in əsas işi
xəstələrə tibbi xidmət göstərməkdir. Çoxsaylı şikayətlərdən sonra TƏBİB-in
müraciətlərlə iş şöbəsi xəstənin oğluna cavab verib ki, Şamaxı HMK NK-nın
qərarı ilə əlillik meyarlarının xəstəyə əlillik təyinatına yol vermədiyi əsası
ilə imtina edilib. Birincisi, əlillik təyinatını ƏƏSMN tabeliyində DTSERA
həyata keçirir. DTSERA isə rəsmi məktubla bildirib ki, f-88 göndəriləcəyi
halda, əlillik qiymətləndiriləcək. 2-cisi, NK-nın qərarında təkcə yüksək qan
təzyiqinə görə 1-ci dərəcəli əlillik təyinatı aparılması təsbit olunub. TƏBİB
hansı meyarlara istinad edib, şəkərdən gözü tutulan, 2-3 -cü tip ürək
çatmazlığı, 180-200 hipertonik təzyiqi, diabetik angiopatiya,
diabetik retinopatiya, diabetik polinevropatiya, sabit gərginlik
stenokardiyası II-III f/s , Parkinson xəstəsinə əlillik düşmədiyini
qərara alıb? 3-cüsü və ən başlıcası, hanı bu 11.10.2024-cü il tarixli imtina
qərarı? Xəstəni yoxlamadan, heç üzünə belə baxmadan hansı
vicdan(sızlıq)la belə imtina qərarı verilib və niyə xəstəyə təqdim olunmur
ki, ondan inzibati icraat qaydasında, yuxarı orqana, məhkəməyə şikayət
verilə bilsin?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS DA) sədri Zaur Əliyevə,
TƏBİB sədri Vüsal Qurbanova çoxsaylı şikayətlərə, hələ ki, müraciətlərlə iş
şöbəsinin şablon cavabı verilir. Bəyəm müraciətlərlə iş şöbəsi xəstəyə tibbi
yardımdan imtinaya cavabdehdir? Ailəsi xəstəyə tibbi yardımdan ,
sənədinin ƏƏSMN-ə göndərilməməsindən, xəstənin həyatını təhlükəyə
atılmasından şikayət edir, müraciətlərlə iş şöbəsi Şamaxı HMK-nın
xidmətdən imtina etməsini təkrarlayır? Belə tibbi xidmətlə xəstəni yalnız
öldürmək mümkündür. Onda kim cavab verəcək?
Ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana şikayətlər İTS DA-
ya, oradan TƏBİB-ə göndərilir, yardımsız cavabı isə müraciətlərlə iş şöbəsi
təkrarlayır. Fikrimizcə, xəstənin həyatını təhlükəyə atdığına görə TƏBİB-in,
Şamaxı HMK-nın məsul şəxslərinin məsuliyyəti məsələsinə baxılmalıdır. Bu
məsələyə baxmaq isə prokurorluğun boynundadır.
Pir Həsənli
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda məmurların əndazəni aşması haqda qulaq hər gün bir xəbər eşitməsə, yəqin ki, kar olar. Deyəsən, cəmiyyət olaraq məmur təbəqəsinin "qırmızı xətt"i keçməsinə öyrəşməyə başlamışıq. Çünki əvvəllər bu informasiyalar gələndə adamın qanı donardı, ictimaiyyət qəzəblənərdi. İndisə heç bir səs-səmir eşidilmir. Sanki belə də olmalı imiş...
Söhbət artıq şəhid ailələrinə və yaxınlarına qarşı hüquq pozuntuna yol verilməsindən gedir. Vətəndaşların haqlarını pozmaq azmış kimi, xalqın həssas hissəsi olan şəhidlərin yaxınlarının əmlakına əl qoyulması, mülkiyyətinin qəsb edilməsi halları müşahidə edilir. Sözsüz ki, bu qorxulu tendensiyadır, dövlət üçün həyəcan təbili çalır və təxirəsalınmaz addımlar atılmasını zəruri edir. Ona görə ki, bu ölkədə kimsənin hüquqlarını pozmaq olmaz, amma şəhid ailələrinin və yaxınlarının haqqını isə heç pozmaq olmaz, toxunulmazlıq səlahiyyəti qazanıblar. Ancaq bəzi hallarda görmək olar ki, hansısa məmurlar vicdanı qarşısında zərrə qədər xəcalət çəkmir. Götürək elə Suraxanı rayon İcra Hakimiyyətinin bəzi nümayəndələrini, yerli bələdiyyəsini. Məlum olub ki, hamısı əlbir olub şəhidin ailəsinə məxsus torpaq sahəsini yağmalayıblar. Anaxeber.info bildirir ki, bu barədə şəhid ailəsinin üzvü olan Şahmurov İlqar Əlihəsən oğlu özü başına gələnləri danışıb. Dərdini sosial mediada açıqlayan vətəndaşın sözlərinə görə, rayonun Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, döngə 2 ünvanında ona aid 6 sot torpaq sahəsi var.
Bildirir ki, hələ 2016-cı ildə həmin 6 sot torpağa görə 18 min manat verib. Şahmurov danışır ki, geridə qalan bu 8 il ərzində torpaq sahəsinin hasarını çəkdirib, su xətti qoyulub, müəyyən işlər görülüb, amma tikinti aparılmayıb. Dediyinə görə, 7 min daş istifadə olunub. Lakin günün birində Suraxanı rayon icra nümayəndəsi Qurbanəli İslamov və
bələdiyyə sədri Elbrus Xəlilov əraziyə gələrək torpağın ona aid olmadığını iddia edərək daşı daş üstə qoymayıblar. Belə ki, ərazi traktora verilərək şumlanıb, daşı daş üstə qalmayıb, bu da azmış kimi, həmin 7 min daş aparılıb ki, guya qəbiristanlığın əmlakıdır. Şəhid ailəsi olan şikayətçi bildirir ki, öz cibindən xərc çəkib, 7 min daş alıb, torpaq sahəsini hasarlayıb, indisə məmurlar onun torpağını əlindən alıblar, əmlakını darmadağın ediblər. Şahmurov baş verənlərdən sonra Suraxanı rayon icra başçısı Adil Əliyevin qəbuluna gedib. Ancaq görüş keçirilən gün saatlarla gözləsələr də, qəbula düşə bilməyiblər. Bunun ardınca icra nümayəndəsi Qurbanəli İslamov yenidən şəhid ailəsinin üzərinə gəlib və onu təhdid edib. Şahmurovun sözlərinə görə, İslamov onu hədələyərək deyib ki, Ermənistana casusluq və İran narkotacirləri ilə əlaqə ittihamları ilə səni tutduraram. Bütün bu hədə-qorxu, təzyiq və əmlakın dağıdılmasından sonra vətəndaş Suraxanı rayonu, 30-cu polis bölməsinə gedərək ərizə yazıb. Vətəndaş bildirir ki, ona məxsus torpaq sahəsinin icra başçısı Adil Əliyevin dayısına verildiyi haqda iddialar var. Göründüyü kimi, icra başçısı Adil Əliyevin adından istifadə olunmaqla məmurlar şəhid ailəsinin torpağını əlindən alıblar, əmlakını şumlayıblar, başçının dayısının adına çıxarıblar. Bunun nə dərəcədə real olduğunu söyləmək çətindir, lakin həqiqət deyilsə, o zaman Suraxanı İH və başçısı Adil Əliyev ittihamlara münasibət bildirməlidir. Çünki faktiki olaraq, icra başçısının adı şəhid ailəsinin torpağını dağıtmaqda hallanır və ərazini dayısına peşkəş etməkdə keçir. Halbuki mətbuatda hər zaman Adil Əliyevin şəhid ailələri, qazilərə qayğı göstərməsi, onlarla görüşməsi, problemlərinə dəstək olması barədə xəbərlərə rast gəlirik. Eləcə də parlament üzvü olduğu dövrdə hər zaman şəhid ailələri və qazilərə qayğı göstərməsi ilə diqqət mərkəzində olub. İndi Suraxanı İH məmurları onun adını xoşagəlməz bir hadisəyə qarışdırırlar. Qarşı tərəfi dinləməyə hazırıq.

AnaXeber.info
 
Ardını oxu...
15 il qabaq Nərimanov rayonu, Əhməd Rəcəbli, 46 ünvanında Qarabağ savaşı əlilləri və şəhid ailələrinə tikilən evi PA-nın, NK-nın, Nərimanov RİH-in məmurları hələ tikilməmişdən necə zəbt ediblərsə, 35 sotluq kompleksin ərazisindən yalnız üçbloklu, dörqatlı bina savaş adamlarına qalıb. Binanın özünün normativə uyğun olmadığını, hətta kanalizasiyasının , pandüsünün belə “unudulduğunu” bir yana qoyaq, nəzərdə tutulan istirahət guşəsinin, uşaq əyləncə yerlərinin, ağaclığın, yaşıllığın da zəbt edilməsi, evin açılışının Prezidentin ölkədən qıraqda işgüzar səfərdə olmasına salınması zəbtetmənin, işğalın “yüksək” səviyyəsinin göstəricisidir. Maraqlıdır, 4 bir yandan məmur villalarının hündürlüyü 3 metrə çatan hasarları , obyektləri ilə hasarlanan evi Fövqəladə Hallar Nazirliyi necə və neçəyə qəbul edib? Təsəvvür edin, fövqəladə hallarda, təcili və təxirəsalınmaz tədbirlər görülməsi gərəkəndə təcili yardım, yanğından mühafizə maşınları həyətə , daha düzü, olmayan həyətə ( həyəti məmur obyektləri, villaları zəbt edib) girə bilmir. Bu azmış kimi, məmur obyektlərinin maşınları da olmayan həyətin giriş yolunu avtodayanacağa çeviriblər. Kanalizasoya olmadığında , özəlliklə yayda üfunətdən, qoxudan binada yaşamaq müşkülə dönüb. 21-ci yüzillikdə şəhərin mərkəzində kanalizasiyası, pandüsü, istirahət guşəsi, ağacı, həyəti olmayan “əlil evi”ni göz önünə gətirin. Buranı zəbt edənlərin məmur “fantom vicdanları”nın ( fantom- yəni geçəkdə olmayan, görünüş yaradan) yatmasını bir yana qoyaq, bəs ƏƏSMN-in özü? Niyə dövlət sifarişilə tikilən evi “dövlət məmurlarının” ( burda dırnaq işarəsi məcburidir) işğal etməsinə qiymət verilmir, hüquq mühafizə orqanlarına müraciət edilmir? Necə olur, qazi, əlil, şəhid ailəsinin, məsələn pensiyasının çox hesablanmasına görə anında tutulmasına, şəxsin məhkəməyə , prokurorluğa verilməsinə başlanılır, amma 15 ildir kanalizasiyasız, pandüssüz, həyətsiz, yaşıllıqsız evin zəbt edilməsinə görə susqunluq sərgilənir? ƏƏSMN bu evin zəbt edilməsinə necə və neçəyə göz yumub? Dövlət hakimiyyəti orqanları niyə dövlətin Qarabağ əlillərinə, şəhid ailələrinə tikilən evin “dövlət məmurlarının” ( Həsən Həsənovun uşaqlarının 2 villası, Əhəd Rzayevin uşaqlarının villası və obyektinin işğalda öndə getdiyi bildirlir)
Bugünlərdə Nizami rayonundakı “8-ci kilometr” kimi tanınan bazarın yanında illərdir sahibkarların hesabına, daha düzü, rüşvətinə salınan və işləyən ticarət köşkləri, piştaxtalar sökülüb. Söküntüyə COP 29-un “bais olduğu” söylənilir. Sən demə, COP 29 şəhərin çirklənməsinə, ağacların kəsilməsinə qarşıdır. Görəsən, bazarın yanının təmizlənməsi Nərimanov rayonundakı “ Əlillər evi”nin məmur işğalından azad edilməsinə gətirməyəcək ki? Çətin, bura 15 ildən çoxdur Prezidentdən necə gizlədilirsə, COP 29-dan da elə gizlədiləcək. COP 29 iştirakçılarının nəyinə gərəkdir Qarabağ əlillərinin, şəhid ailələrinin ekoloji soyqırıma uğramasını , harada yaşamasını görmək, tanımaq, yoxlamaq? Heç 15 ildə buraya təyin olunan deputatlar ( Əli Əhmədov, Adil Əliyev, Samir Vəliyev ) əlil, qazi, şəhid ailələri seçicilərinin yerini belə bilmirlər; nəylərinə gərək? Onda qala COP 29 iştirakçıları olsun...

Gundemxeber.az
Ardını oxu...
Naxçıvan şəhəri, Əliabad Qəsəbəsinin sakini Nəsirov Vaqif İbrahim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, onun oğlunu rüşvət almaq adı ilə ordudan tərxis ediblər:

“Mən, Nəsirov Vaqif İbrahim oğlu, yazaraq bildirirəm ki, övladım Nəsirov Tufan Vaqif oğlu 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinə daxil olub. 2012-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbidən sonra Sərhəd Qoşunlarında işə qəbul olundu və birbaşa Lənkəran ərzaq anbarına göndərildi. Beləliklə, 5 il Sərhəd Qoşunlarında xidmət etdi. Rütbəsi baş gizir olub. Rütbə tələb edəndə 3 ay kursa göndəriblər.

Daha sonra Astara SNM məntəqəsinə təyin edildi. 6 il də Sərhəd SNM-də xidmət etdi. Rütbənin qiyməti 10 min manat olduğu üçün gücü çatmayıb almağa. Bu səbəbdən də Sədərək gömrük məntəqəsinə göndəriblər. Göndərilən uşaqlara qanunla 15 gün təlim keçməli idilər. 2 iş günü xidmət edib, sonra növbə rəisi, leytenant Elmar Əlizadə ilə sözü düz gəlməyib, aradalarında söz-söhbət yaranıb, bu səbəbdən də oğluma problem yaradılblar. Deyilənlərə görə, Elmar Əlizadə polkovnik Rəsul Əliyevin adamıdır.

Bildirim ki, TIR sürücüləri sərhəddən keçərkən oğluma 2 ədəd su, 2 ədəd də siqarət veriblər. Bu məsələni Əlizadə Elmar Rəsul Əliyevə deyib. Dərhal uşağı Bakı şəhərinə çağırıblar. Birbaşa kadrlar idarəsinin rəisinin otağına dəvət edərək, “niyə o suyu və siqareti almısan”, deyiblər. Özləri dünyanı yeyirlər, amma ört-basdır olunur. Bu vaxt oğlumdan gücümüz çatmayacaq qədər pul istəyiblər ki, ver, işinə davam et. Oğlum da deyib ki, mənim o qədər pulum yoxdur. Bu səbəbdən də onu tərxis ediblər.

Məsələni biləndən sonra dərhal cənab Prezidentə, Birinci vitse-prezidentə və Sərhəd Qoşunlarının rəisi Elçin Quliyevə məktub göndərdim. General-leytenant Elşən Verdiyevin müavinləri Cavid Məməmmdzadə və Azad Qasımov məktubuma cavab verdilər. Onlar mənə dedilər ki, heç yerə şikayət etmə, problem həll olunacaq.

Lakin heç bir reaksiya olmadığı üçün yenidən general-mayor Elçin Quliyevə məktub ünvanladım. Yenə cavabı Elşən Verdiyevin müavini verdi. Hara məktub yazıram, Elşən Verdiyev cavab verir. Sərhəd Qoşunlarında ondan başqa adam yoxdur?

Bildiyimə görə, hətta Prezident Aparatında da onlara yaxın adam var. Yəni Abbas Xəliovun kürəkənidir. Ona görə, şikayətimə baxılmır.

Oğlumun 37 yaşı və 2 övladı var. 41.6-cı maddə ilə tərxis ediblər. Məhkəmə də onların cavabına baxır. Avropa Məhkəməsinə üz tutmaq üçün də külli miqdarda pul lazımdır.

2 dəfə Elçin Quliyevin qəbuluna getmişəm, hər dəfə məsələni biləndə məni görüşə salmayıblar.

Polkovnik Rəsul Əliyev oğlumu tərxis edəndən sonra Əlizadə Elmarı Lənkəran Hava Limanına köçürüb.

Bildirim ki, özüm 1990-cı ildə Qarabağ müharibəsində döyüşmüşəm. Müstəqillik bayarağı Nazirlər Sovetinin pəncərəsindən özüm asmışam. Bu günə kimi veteranlığımı da ala bilməmişəm.

Oğlum Tufan Aprel döyüşlərinin iştirakçısı olub. Amma təəssüf ki, bəzi məmurlar vətəndaşı dövlətdən narazı salırlar”.
Ardını oxu...
Son aylarda Azərbaycanda kərə yağının qiymətində artım müşahidə edilir. Məsələnin diqqətçəkən məqamı ondan ibarətdir ki, ölkədə yağın qiymətində artım artıq il ərzində üçüncü dəfədir ki, baş verir. Alıcıların sözlərinə görə, elə marka kərə yağı var ki, ötən ilin sonunda kiloqramı 19 manat idisə, hazırda 24 manata satılır. Bu, artıq 30 faizə yaxın artım deməkdir.

"22-24 manatlıq yağ ala bilmirəm"
Bakıda yaşayan Məsimə Mehdiyeva da deyir ki, artıq kərə yağını almağa gücü çatmır: "Kərə yağını 14-15 manat olanda birtəhər alıb yeyirdik. Amma indi bu qiymətə ancaq marqarin var. Elə məcbur olub onu yeyəcəyik, çünki 22-24 manatlıq yağ ala bilmirəm".

Azərbaycan kərə yağında idxaldan asılıdır. Ölkəyə kərə yağının gətirilməsi güzəştli gömrük rüsumları ilə həyata keçirilir. Nazirlər Kabinetinin qərarına görə, kərə yağının idxalında gömrük rüsumunun 15 faizdən 5 faizə endirilmə müddəti 2025-ci ilin sonuna qədər uzadılıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 123 milyon 972 min dollar dəyərində 22 min 204 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdarda 84.2, dəyərdə isə 84.5 faiz çoxdur.

Qazanan kimlərdir?
Amma maraqlıdır ki, bu ilin ilk doqquz ayında Azərbaycana idxal olunan kərə yağının kiloqramının orta gömrük dəyəri 5.6 dollar (9.5 manat) olub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, hesabat dövründə gətirilən kərə yağlarının kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 20.9 manat olub.

Beləliklə, bəlli olur ki, ölkəyə idxal edilən yağ piştaxtaya çıxana qədər azı iki dəfə artır. Buna ölkənin iri ticarət şəbəkələrindən ayrılıqda münasibət almaq mümkün olmayıb.

Digər maraqlı məqam odur ki, rəsmi məlumatlara görə, ölkədə kərə yağının istehsalı idxal həcmini, az da olsa, üstələyir. DSK-nın məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkədə 22 min 345 ton kərə yağı istehsal edilib. Bu da o deməkdir ki, göstərilən dövrdə Azərbaycanda kərə yağı istehsalı idxaldan 141 ton çox olub.

Azərbaycandan Rusiyaya kərə yağı ixracı artıb
İdxalla yanaşı, Azərbaycan kərə yağını ixrac da edir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 7 min 392 ton kərə yağı ixrac olunub. Onun böyük hissəsi hazırda kərə yağı böhranı yaşadığı bildirilən Rusiyaya ixrac olunub - 7 min 386 ton. Ötən ilin eyni dövründə ixrac cəmi 800 ton təşkil etmişdi. İxrac olunan kərə yağının kiloqramının orta gömrük qiyməti 6.19 ABŞ dolları və ya 10.5 manat olub.

Deputat: "İşbazlar bundan istifadə edir"
Milli Məclisin Aqrar komitəsinin sədri Tahir Rzayev "Turan"a bildirib ki, ölkədə heyvandarlıq məhsullarının istehsalı artıb, amma onunla yanaşı, insanların tələbatı da artır: "Bahalaşmada müəyyən səbəblər var. İlk səbəb kərə yağının idxalı ilə bağlı məsələlərdir ki, müəyyən işbazlar bundan istifadə edir. Cüzi bir artım olan kimi onlar digər məhsullarda da artıma imkan yaradırlar. Özü də az yox, xeyli dərəcədə belə artımlar olur".

Komitə sədrinin vurğuladığına görə, digər tərəfdən, bir çox fermerlər hələ də müasir tələblərə qarşı lazımi münasibətdə deyillər: "Müasir texnologiyalar var, amma hələ də heyvanların kökəldilməsində, südün, yağın istehsalında müəyyən problemlər var. Bu, həm istehsalın səviyyəsinə, həm də qiymət artımına təsir göstərir".

T.Rzayevin sözlərinə görə, əgər məhsulun keyfiyyəti yuxarı deyilsə, sözsüz ki, idxal olunan məhsulların alınmasına daha çox üstünlük veriləcək: "Digər tərəfdən, bütün dünyada da heyvandarlıq məhsullarının, demək olar, hamısında qiymət artımı müşahidə olunur. Əgər bir məhsulu idxal ediriksə, onun gətirilməsi, istehlakçıya çatdırılması xərcləri də nəzərə alınır. Ona görə də qiymət artımı olur".

"Azərbaycanda idxal monopoliyada olduğu üçün..."
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə yağın bahalaşmasını başqa səbəblərlə də izah edir. O, AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda idxal monopoliyada olduğu üçün idxalçılar dünyada baş verən qiymət dəyişikliklərini izləyirlər: "Dünya bazarında qiymət düşürsə, onlar qiyməti aşağı salmırlar, çünki gətirilməsi və malın saxlanma xərclərini hesablayırlar. Amma qiymətlər artan kimi həmin inhisarçılar dərhal ölkədə yağın qiymətini qaldırırlar".

Ekspert hesab edir ki, Rusiyada kərə yağının qiymətində 24 faizlik artım və istehsalın azalması Azərbaycan inhisarçıları üçün ciddi siqnal oldu: "Rusiya artıq başqa ölkələrdən kərə yağını idxal etməyə başlayıb. Bu o deməkdir ki, tələbat artdı. Bu da o deməkdir ki, bölgədə kərə yağının çatışmazlığı var. Bundan da bizim monopolistlər sui-istifadə edir".

V.Məhərrəmovun sözlərinə görə, 1 kiloqram kərə yağı əldə etmək üçün 3.6 faiz yağlığında 23 litr süd tələb olunur: "Azərbaycanda fermerlərin istehsal etdiyi südün litrinin qiyməti 1.5 manatdan yüksəkdir və son bir həftədə südün qiymətində də artım var. Bu da kərə yağının qiymətinə təsir edir".

İqtisadçı vurğulayır ki, Azərbaycanda adambaşı kərə yağına illik tələbat 7 kiloqramdır: "Bu rəqəmi Nazirlər Kabineti minimum istehlak səbətində qeyd edib. Yəni, illik istehsalımız 70 min ton olmalıdır. Amma ölkədə adambaşı 3.5-4 kilo yağ istehlak olunur. Azərbaycanda kərə yağını daxili istehsal kimi göstərirlər, amma o, daxili istehsal deyil. Həmin yağı böyük həcmdə xaricdən gətirir və burada qablaşdırırlar".
 

Dünyapress TV

Xəbər lenti