Ardını oxu...
Ötən həftə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınmasına ayırdığı dövlət vəsaitliri barədə məlumat yaymışdıq.

Bir daha xatırltmaq istərdik ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə 16.09.2024-cü ildə başladığı açıq tenderə 27.11.2024-cü ildə yekun vurub. Müsabiqənin qalibi “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 3.866.241,68 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir.

Adı dəyişdirilmiş “Azərsu” ASC kimi isə qurum 2024-cü ilin 3 ayı ərzində nəqliyyat vasitələri üçün süzgəclərin satın alınması üzrə “AS MOTORS” MMC ilə 129.345,38 manat, yağ və sürtkü materiallarının satın alınması üzrə “AZ BATTERY” MMC ilə 662.371,76 manat, diyircəkli yastıqların satın alınması üzrə “ZRM BEARİNG” MMC ilə 83.732,8, akkumlyatorların satın alınması üzrə “PARK SERVİS” QSC ilə 193.678,99 manat, avtoşinlərin satın alınması üzrə “ŞURATAZ LTD” MMC ilə 884.905,6 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Həmçinin dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti son 2023-cü il ərzində nəqliyyat vasitələri və xüsusi texnikalar üçün ehtiyyat hissələrinin alınmasına 3 353 569 manat dövlət vəsaiti ayırıb.

Bu isə “Azərsu” ASC kimi, həm də “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” kimi son iki ildə yalnız ehtiyyat hissələrinin alnmasına bizim dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında təxmini hesablamamıza görə 9 173 841 manatdan çox dövlət vəsaitinin ayırması deməkdir.

Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində üç nəqliyyat parkı, var. Bunlardan 1 nömrəli avtopark Ceyranbatan qəsəbəsində yerləşir, balansında 150-dən çox texnika var. 2 1 nömrəli avtopark Xətai rayonunda “Nargilə” kafesinin yaxınlığında yerləşir, balansında 230-dan çox texnika var. 3 saylı avtopark isə 9-cu mikrorayonda yerləşir, balansında təxminən 200 texnika var. Bunlardan başqa, qurumun rayonlarda fəaliyyət göstərən Regional İdarələrin balansında olan xüsusi texnikalar da Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyindədir. Rayonlarla bərabər Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində minlərlə avtomobil və xüsusi texnikalar var.

Təxmini hesablamalarımızdan da göründüyü kimi dövlət hər il bu texnikaların saxlanılmasına milyonlarla manat vəsait ayırır. Bəs bu vəsaitlər təyinatı üzrə xərclənirmi?

Qeyd edək ki, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində nəqliyyat vasitələrinə servis xidməti göstərmək üçün emalatxanalar da var. Nəqliyyat və Xüsusi Texnika İdarəsi iyun ayından ixtisara düşmüş, Goranboy rayonunda yerləşən 4 saylı emalatxanaya hələ də ehtiyyat hissələri, sürtgü materialları göndərir. Noyabr ayında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin işçi qrupunun 4 saylı emalatxanada apardığı yoxlamadan sonra məlum olub ki, 19 min manat mənimsənilib. Belə ki, göndərilən ehtiyyat hissələrinin heç birinun lazım olan ehtiyast hissələri ilə uyğun gəlmədiyi bəlli olub. Sənədlərdə isə ekskovatora güya beyin ehtiyyat hissəsi yerləşdirildiyi göstərilib. Həmin ehtiyyat hissəsi isə dolayısı yollarla bazara çıxarılıb. Bütün bunların başında isə fikri-zikri dövlətdən hər hansı yolla olursa olsun pul oğurlamağa çalışan Samir Cəbrayılovun durduğu bildirilir.

Bunlardan əlavə Nəqliyyat və Xüsusi Texnika İdarəsinin, 1 nömrəli avtoparkın müdiri – Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qsəbəsi, Dadaş Bünyadzadə küçəsi 10 E ünvanında qeydiyyatda olan Süleymanov Elçin Zakur oğlu sözügedən qurumda nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin buraxılış qaiməsini təqdim edib. Qaimədə ehtiyat hissələrinin çoxunun Türkiyə istehsalı olduğu yazılsa da, sonradan təchizatçı şirkətlər tərəfindən əvəzləndirilir. Yəni, bahalı bir ehtiyat hissəsinin əvəzinə, ucuz ehtiyat hissələri verilir.
Ardını oxu...Ardını oxu...
Ardını oxu...
Qeyd edək ki, burada əsas işlər təchizatçı şirkətlərlə görülür. Məsələn, “AZ BATTERY”, “ŞURATAZ LTD” , “AVTO TEXNİKA DETALİNG” kimi MMC-lərlə. Elektron mediada bu şirkətlərin adı bir sıra dövlət qurumları ilə keçilən şübhəli satınalmalarda hallanır. Daha çox isə vaxtı ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, hazırda isə Regional Su Meliorasiya Xidmətinə tabeli qurumlara ehtiyyat hissələri satmağı ilə tanınırlar. Hansı ki, bu qurum da “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” kimi Dövlət Su Ehtiyatları Agentliyinə tabedir.

Biz ötən yazılarımızda Nəqliyyat və Xüsusi Texnika İdarəsinə baş verən qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara müraciət etmişdik. Amma çox maraqlıdır ki, Dövlət Su Ehtiyatları Agentliyindən məqalədə göstərilənlərə heç bir münasibət bildirilmədi. Odur ki, 1 nömrəli avtoparkın müdiri vəzifəsindən zorla çıxarılmış Elçin Süleymanovun avtopark müdiri işlədiyi dövrdə şahidi olduğu cinayət əməllərini bir daha diqqətinizə çatdırırıq və göstərilənlərə açıqlama verilməsini istəyirik.
1. Külli miqdarda (100 000 tonlarla) yanacağın talan edilməsi. (Hələ iyul ayında Nəqliyyat və Xüsusi Texnika İdarəsində işçilərlə rəhbərlik arasında qalmaqal yaşandığını, İdarədə “yox” olmuş 150 ton benzin və dizel yanacağının pulunu işçilərin ayağına yazmaq istəyərkən işçilər buna etiraz etdikdə ciddi narazılıq yaranması barədə yazmışdıq – red.)
2. Təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələrinin qanunsuz çıxarılması və digər nəqliyyat vasitələrinə quraşdırılması.
3. Uzun müddətdə təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının ehtiyyat hissələrinin talan edilməsi.
4. Silinməyə gedən nəqliyyat və xüsusi texnikaların talan edilməsi.
5. Müxtəlif ehtiiyat hissələrini satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələrinin digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilməsi.
6. Sürücülərə məcburi ehtiyyat hissələrinin aldırılması.
7. Nəqliyyat və xüsusi texnikaların mühərriklərinin yağ dəyişməsi müddətlərinin uzadılaması və bununla dövlət əmlakına qəsdən ziyan vurulmasi.
8. 70 % nəqliyyat və xüsusi texnikalarının səs boğucularının daxilində olan katalizatorların çıxarılması və satılması.
9. Ford Trasit markalı nəqliyyat vasıtələrinin üzərindən olan Turboların çıxarılması və yoxa çıxması.
10.Müxtəlif səbələrdən icazə alan işçilərin işdə olmadığı müddət barəsində ərizələrin alınmaması və tabellərdə qanunsuz olaraq günlərin hesablanması.
11. Avtomobilləri yuyub təmizləyən ştatında olan Rüstəm Xəlilov adında işçinin illərlə işə gəlmədiyi halda əmək haqqının veriməsi.
12.Ezamiyyətə gedən sürücülərin ezmiyyət məvaciblərinin günlərlə geciktirilməsi.
13.Əlavə saata qalan və qeyri iş günləirndə işə cəlb olunan sürücülərin və çilingərlərin əmək haqqına əlavələrin kəsilməsi və geciktirilməsi.
14. Bir sıra nəqliyyat vasitələrinin mühərrik nömrələrinin texniki pasportda mövcud olan nömrələrə uyğun olmaması.
15.Təmirə gələn nəqliyyat və xüsusi texnikaların təmir kitabında qeydiyyata alınmaması, qüsur və quraşdırma aktlarının tərtib edilməməsi.
16.Bir sıra mühəndis və fəhlələrin vəzifələrinə təyin olunması barəsində əmrlərin olmasına baxmayaraq, elektron müqavilələrin olmaması.
17.Ehtiyyat hissələri və bütün növ yağların qaima-faktura ilə verilməsi əvəzinə müvəqqəti buraxılış vərəqəsi ilə verilməsi. Qaima-faktura isə 2 aydan sonra təqdim olunması.

Burada xüsusilə qeyd olunası məqam nəqliyyat vasitələrinə ayrılan yanacağın sənədləşdirilməsində aparılan maxinasiyalardır. Nəqliyyat və Xüsusi Texnika İdarəsində texnikalara iş qrafikindən asılı olmayaraq artıq yanacaq yazılır ki, bunların da ciddi yoxlamalara ehtiyacı var.

Aktualinfo.org

P.S. Ötən həftə Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 nömrəli avtoparkında sürücülər işə çıxmağa etiraz ediblər. Buna səbəb maaşlarının azaldılması olub. Daha ətraflı novbəti yazılarımızda.
 
 
 
Ardını oxu...
Goranboy təhsilində nələr baş verir?

Doğrusu bu sualın cavabını hələ özümüz anlamaq üçün bir neçə gün düşünməli, cərəyan edən prosesləri təkrar-təkrar gözdən keçirməli olduq. Sonunda belə başa düşdük ki, Goranboy təhsilində tabe olduqları Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən əlavə, rayonun özündə də hərə bir "patron"dur. Təhsil şöbəsinin müdiri bir ağadır, məktəb direktorları - xüsusilə də Turab Məmmədov adına Hazırəhmədli kənd orta məktəbinin direktoru Təranə Cəbrayılova da bir ağa...

"DogruXeber.az" bildirir ki, bu bizim Hazırəhmədli kənd sakini və sözügedən orta məktəbin keçmiş müəllimi Aybəniz Əliyevanın redaksiyamıza müraciəti zamanı verdiyi məlumatlardan gəldiyimiz qənaətdir.

Aybəniz xanımın sözlərinə görə onun çalışdığı məktəbdə əvvəllər təsərrüfat müdiri işləyən Neman Eminov işə düzəltmək adı ilə çox insanlardan pul alıb və vədinə xilaf çıxaraq, yığdığı külli miqdarda məbləği mənimsəyib.

Xanım bildirir ki, oğlanlarını işə düzəltmək adı ilə 9.000 (doqquz min) manat da ondan alıbmış.

Kimdir bu Neman Eminov?

Yuxarıda da qeyd etdiyimiz kimi o, 2024-cü ilin birinci yarısına qədər Goranboy rayon Hazırəhmədli kənd orta Turab Məmmədov məktəbində təsərrüfat müdiri işləyib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşadığı, həbsdən çıxandan sonra yenidən cəmiyyətə adaptasiya olmaq istədiyi, yenidən təhsil sahəsində çalışmaq istədiyi, lakin rayon təhsil şöbəsinin Xəyal Məmmədovdan əvvəlki müdirinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin keçmiş müdiri Anar Qədimaliyevin ona yalan vədlər verərək ələ saldığı barəsində bu şəxsin özünün hələ 2021-ci ildə mətbuatda dərc olunmuş müraciətləri var. Hətta, həmin müraciətin sonunda daha çox şeylər bildiyinə dair keçmiş müdir Seymur Nazarova işarə vurması, həmçinin Anar Qədimaliyevin öz bibisi oğlu Röyalı özünün sürücüsü olduğu halda, həm də Gəncə şəhər 22 saylı tam orta məktəbinə texniki şöbəyə işə qəbul etdirdiyini və Təhsil sahəsi üzrə aidiyyatı olmasa da icra başçısı Məhərrəm Quliyevin də söz sahibi olmasını xüsusi qeyd edərək, belə bir sual vermişdi.
"Mən anlamıram, VƏZİFƏLİ ŞƏXS nə qədər cinayət etməlidir ki, həmin vəzifəli şəxsi vəzifəsindən uzaqlaşdırsınlar, etdiyi cinayətə görə əməlinə hüquqi qiymət versinlər. Bu qədər özbaşnalıq olarmı..?"

Haqlı və yerində verilmiş sual...

Bundan sonra ya Neman Eminovun müraciətinin əvvəlində müəllimliyi özünə şərəf bildiyi, həmçinin valideynlərinin yaşlı və xəstə olduqlarını qeyd edərək, insanların" mərhəmət damarına basma" taktikası işinə yaradı, ya Anar Qədimaliyevə vurduğu işarə, ya da təhsil şöbəsinin müdirinin dəyişməsi - Seymur Nazarovun işdən azad edilərək, yerinə Xəyal Məmmədovun gəlməsi ona düşərli oldu ki, təhsil sahəsində yenidən iş verildi.
Beləliklə Qızılhacılı kənd sakini olan Neman Eminov Hazırəhmədli kənd orta məktəbində təsərrüfat müdiri olaraq işə başladı. Amma, belə məsəl var, "huylu huyundan vaz keçməz". Yenə də çalışdı, vuruşdu, qazamata qayıtmağın yolunu tapdı.

İşə düzəltmək vədləri ilə pullarını alıb mənimsədiyi adamlar onun barəsində şikayətçi oldular və barəsində yenidən cinayət işi başlandı.

Aybəniz Əliyevanın sözlərinə görə Neman Eminov öz izahatında topladığı puldan Təranə Cəbrayılovaya da verdiyini təsdiqləyib.

Kimdir Təranə Cəbrayılova?

Əvvəl Turab Məmmədov adına orta məktəbdə direktoru əvəz edən bu xanım heç bir imtahan və müsabiqədən keçmədən artıq həmin məktəbin direktoru təyin edilib.

Məlumata görə bu gənc xanımı Goranboy rayon icra hakimiyyəti himayə edir və elə icra hakimiyyətinin tapşırığı ilə də çalışdığı sahədə "sürətlə irəliləyir".

Aybəniz Xanımın vurğuladığı kimi, dələduzluqda ittiham edilən Neman Eminov yığdığı pulları Təranə Cəbrayılova ilə bölüşübsə, Təranə Cəbrayılovanın hazırda gələcəyimizi etibar etdiyimiz orta məktəbdə rəhbər vəzifədə çalışması, rayon təhsil şöbəsinin müdiri Xəyal Məmmədovun heç nə olmamış, yaxud heç nə bilmirmiş kimi davranması, Neman Eminovdan fərqli olaraq, onunla bir məktəbdə işləyən Nemanı Təranə Cəbrayılovanın "tanımıram" deməsi müəyyən şübhələr doğurur.

Yeri gəlmişkən, Aybəniz Əliyevanın sözlərinə görə Təranə Cəbrayılovanın rəhbərlik etdiyi orta məktəbdə, Sertifikasiya imtahanında 16 bal toplayan birinə sosial pedaqoq işi verilib, heç bir imtahanda iştirak etməyən musiqi müəllimi isə kitabxanaçı təyin olunub. Lakin, özü də bilmədən qeyri-rəsmi olaraq bir müddət kitabxana müdiri işləyən musiqi müəllimi indi rəsmi şəkildə Neman Eminovun yerinə təsərrüfat işləri üzrə müdür təyin olunub.

Elə bu təyinatın özü də müəyyən şübhələr doğurur.

Qeyd: Məlumatlar çox olduğundan mövzunu davam etdirəcəyik və silsiləsi şəkildə Neman Eminovu məqsədli işə qəbul etdiyi deyilən şəxslərin kimliyi, Təranə Cəbrayılovanın kimlərdən nə qədər rüşvət alaraq hansı işlərə düzəlməsində iştirak etdiyi və onu rayon icra hakimiyyətində kimin himayə etdiyi, təhsil şöbəsinin müdiri Xəyal Məmmədovun bütün bu məsələlərin harasında əsas yer tutduğu barəsində iddiaları, eləcə də Aybəniz Əliyevanın sözlərinə görə saxta əməllərini ifşa etdiyi üçün Təranə Cəbrayılovanın onu məhkəməyə verdiyi və məhkəmənin qərarı barəsində məlumatları təqdim edəcəyik.

Bizi izləməkdə davam edin.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
"Bir neçə gündür ki, paytaxt ərazisində qanunsuz yoxlamalarla bağlı aparılan araşdırmaların Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin “döyünən ürəyi” “dolar Cavid” üçün acı nəticələr doğurduğundan bəhs etmişdik". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Qeyd etmişdik ki, aparılan araşdırmalar qanunsuz tikililər üçün icazənin məhz “dolar Cavid” tərəfindən verildiyi aşkara çıxarıb ki, bu da onun məsuliyyətə cəlb edilməsi üçün ciddi əsas yaradıb.

Qanunsuz tikililərlə bağlı araşdırma halqasının daralması ilə “dollar Cavid”in öz rəhbərliyini “baqaja” qoyması müşahidə edilməkdədir. Hələlik rəsmi qurumlara izahat verməsə də, “dollar Cavid” indidən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin əleyhinə fikirlər səsləndirməkdədir. “Dollar Cavid” bəzi əməkdaşların və məmurların yanında açıq şəkildə qeyd edir ki, verilən bütün icazələrə görə məsuliyyət onun yox, Ramin Abdullayevin üzərinə düşür. Çünki bu ərazilərdə tikinti prosesinə Ramin Abdullayevin razılığı ilə icazə verib. Buna görə də, indiki halda məsuliyyəti də Ramin Abdullayev daşımalıdır.

Görünən odur ki, “dolalr Cavid” bugünə qədər onu himayə edən, ona böyük ehtiram göstərən Ramin Abdullayevi “xərcləməyə” hazırdır. Bunun üçün onun sadəcə hüquq-mühafizə orqanlarına çağırılması kifayətdir..."

Ardını oxu...

Kanal S rəhbərliyi maaşını ala bilmədiyi üçün şikayət edən qardaşımın əmək haqqını ödəmədi, məni də işdən çıxardı.

Sozcu.info xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Kanal S-in keçmiş əməkdaşı Rəşad Mikayılov deyib.

Onun sözlərinə görə, kanalda işçi problemi olduğu üçün qardaşını operator kimi işə dəvət edib:

“Kanal-S-də qardaşım Sərdar Mikayılovun işini bəyəndilər və işə götürmək istədilərini dedilər. May ayında qardaşım Kanal S-də fəaliyyətə başladı. 5 gün işlədikdən sonra kanal rəhbərliyi qardaşımın sentyabr ayında rəsmi işə götürüləcəyini bildirdi. Bu müddət ərzində aylıq məvacibini alacağı ilə bağlı razılaşdılar. 3 ay işlədikdən sonra isə qardaşımı nə işə götürdülər, nə də bu müddət ərzində əmək haqqını verdilər. Qardaşım da əvvəlcə Əmək Müfəttişliyinə, daha sonra Şəki Şəhər Məhkəməsinə şikayət etdi. Şikayətdən sonra qardaşıma cəmi 1000 manat pul verdilər. Bu da 3 aylıq zəhmətinin qarşılığı deyildi”.

Rəşad Mikayılov əlavə olaraq bildirib ki, qardaşı ilə problemdən sonra kanal onun da işdən çıxmasını tələb edib:

“8 avqustda mənə rəsmi formada xitam məktubu göndərib, işdən çıxmağımı və qardaşımın şikyətini geri götürməyini istədilər. Əmək Müfəttişliyi 3000, Şəki Şəhər Məhkəməsi kanalı 20 000 manat məbləğində cərimələdi. Şikayət edən şəxs ailə üzvüm olduğuna görə də dekabrın 3-ü mənim işimə xitam verildi”.

Məsələ ilə bağlı Kanal S-dən açıqlama almaq istəyimizə cavab verilməyib.


Ardını oxu...
İddiaya görə Ağstafa Rayon İcra Hakimiyyətinin infrastrukturunda olan Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTİB) əməkdaşları tikintidə işlədirlər.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşıblar.

İddiaya görə, işçilər şəhərdə mağaza və obyektlərin tikintisinə məcburi cəlb edirlər, tikintidə işləyən MKTİB əməkdaşları isə işdən çıxarılma ilə hədələnir.

Bu haqda sosial şəbəkədə yayımlanan görüntüdə də məcburi əməyə cəlb edilmə ilə bağlı fikirlər öz əksini tapıb./32gun.az /




 
 

 
 
 
 

Ardını oxu...
 

Məşhur dermatoloq Vəfa Cəlilova jurnalist Qənirə Ataşovanın saxta həkim siyahısına düşənlərdən biri olub.

Musavat.com Milli.Az-a istinadən xəbər verir ki, jurnalist iddia edir ki, kosmetoloq Vəfa Heidelberg universitetini bitirməyib. O qeyd edir ki əgər bitiribsə diplom hanı? 

Jurnalist onu da bildirir ki, Azərbaycan Respublikasında tibb və əczaçılıq sahəsi ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində Cəlilova Vəfa İnqilab qızı qeydə alınmayıb.

"Yəni, bu adda hər hansı bir şəxs haqqında heç bir məlumat mövcud deyil. Bu o deməkdir ki, əgər sizin Almaniyanın Heidelberg Universitetindən diplomunuzun varsa, həmin diplomu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təsdiq üçün verməli idiz".

Jurnalist qeyd edib ki, məsələ ilə bağlı sözügedən universitetə rəsmi məktub göndərib.

İddiaya cavab olaraq Dr. Vəfa xanım bildirib ki, o, lisenziyalı klinika sahibi və yüksək vergi ödəyicisidir. 

Həkim həmçinin bu iddianı şantaj adlandıraraq nüfuzuna xələl gətirmək istəyən insanların oynadığı oyun olduğunu deyib:

"Biz rəsmi qurumların müraciətinə cavab verməyə, sənəd və sübutlarımızla birgə hər zaman hazırıq" - deyə əlavə edib.

Ardını oxu...
Son günlər xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edərək milyonlarla manat pul vəsaitlərini Azərbaycana qaytarmayan bəzi sahibkarların məsuliyyətə cəlb edilmələri barədə Baş Prokurorluq bir neçə məlumat yayıb. Bildirilir ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, xarici ölkələrə müxtəlif məhsulları ixrac edərək pul vəsaitlərini ölkəyə qaytarmayan sahibkarlarla yanaşı dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan sahibkarlar da var. Məsələn Dövlət Gömrük Komitəsinin 26 Aprel 2017-ci ildə yaydığı məlumat da buna bənzəyir. Məlumatda bildirilir ki, bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır, qanunvericiliyin tələblərinə əməl etməyərək, idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə, dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışmaları barədə məlumat yayıb. Bu cür faktların araşdırılması məqsədilə Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib. Həmin məlumatda dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər siyahısı açıqlanıb. Sözügedən siyahıda fiziki şəxs Abasov Şənlik Fəxrəddin oğlunun da adı keçir. O, 52003,80 manat vəsaiti gömrük orqanlarından gizlətməyə çalışıb. Dövlət Gömrük Komitəsinin həmin ilin 21 fevralında açıqladığı məlumatda isə Abasov Şənlik Fəxrəddin oğlunun 30064 ABŞ dollarını gömrük orqanlarından gizlətməyə çalışdığı bildirilir.

Aktualinfo.org bu məlumatları “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında araşdırma apararkən elektron mediadan əldə edib. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə “Koordinat Construction” MMC oktyabr ayında iki satınalmanın qalibi olub.

Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 14 ədəd subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) işləri üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş açıq tenderin nəticəsi açıqlanıb. Müsabiqənin qalibi “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 489.983,2 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 17.10.2024 -cü il tarixdə dərc edilib.

Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən “Hacallı 08/768, Həsənqaya 08/727, Alaçadırlı 08/521, İmamqulubəyli 08/594, Dəymədağlı 08/25, 08/878, Şərəfli 08/888, Əmirli 08/773, 08/406, 08/336, 08/235, Piyadalar 08/P2, Qazaxlar 08/383, Soğanverdilər 08/533, 08/792, Şahvəlilər 08/456, 08/360, Xanərəb, 08/X-1, 08/979, 08/601 (cəmi 20 ədəd) subartezian quyularının əsaslı təmiri” işlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş açıq tenderin nəticəsi açıqlanıb. Müsabiqənin qalibi “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 659.999,96 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 29.10.2024 -cü il tarixdə dərc edilib.

Göründüyü kimi MMC oktyabr ayında 10 fərqlə Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinə tabeli qurumların keçirdiyi tender üzrə ümumi dəyəri 1 149 982 manat olan iki satınalma müqaviləsi bağlayıb.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KOORDİNAT CONSTRUKTİON” (VÖEN: 2907216011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.09.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2o manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 136/A, m. 20, qanuni təmsilçisi kimi isə Abasov Şənlik Fəxrəddin oğlu qeyd olunub.

Amma “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.

Bəs Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri lisenziyası belə olmayan bir MMC ilə bir mənbədən satınalma metodu ilə müqaviləni hansı əsaslarla bağlayıblar. “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan, bir il əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə satınalma müqaviləsi bağlamışlar ki, bu da satınalmada qanun pozuntusuna yol verildiyinə əsaslı şübhələr yaradır. Sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanların, işçi qüvvəsi, uyğunluğun meyarı tələbləri ilə üst-üstə düşürmü?

Bütün bunlara aydınlıq gətirilməsi məqsədi ilə Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələrinə ünvanladığımız sorğular cavabsız qaldı. “Koordinat Construction” MMC-nin dövlət qeydiyyatına alındığı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığımız sorğuya isə cavab gözləyirik.

Qeyd edək ki, Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri Regional Su Meliorasiya Xidmətinə tabedir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.

Regional Su Meliorasiya Xidmətinə tabeli qurumların satınalmalarda yol verdikləri bu qədər qanunsuzluğa, uyğunsuzluğa rəğmən gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan Şənlik Abasova məxsus şirkət on günə bir milyon manatdan çox dəyəri olan tenderləri necə udub? Bəlkə, Zakir Quliyev bilir.

Aktualinfo.org
 
 

 


 
 

Ardını oxu...

SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev yenidən gündəmə gəlib. Baxmayaraq ki, o, artıq hədəf taxtasında deyil. Ordan çoxdan düşürülüb. SOCAR-ın başında olanda R.Abdullayevə sağdan da döşəyirdilər, soldan da. İqtisadiyyat nazirinin müavini təyin edildikdən sonra “əfsanə” unudulmağa başladı.

Bu vəziyyət yəqin ona da sərf edib. Söhbət medianın gündəmində olmamaqdan gedir. SOCAR kimi yağlı tikənin əlindən çıxması isə Rövnəq müəllimə əsla sərf edə bilməz. Bu vəzifə ilə sağollaşmaq ictimai əhəmiyyətin də yox olması deməkdir. O baxımdan hər nə qədər hədəfdə olsa idi, yenə də vəzifə ayrı şeydir. Həm maddi baxımdan, həm də əhəmiyyətlilik nöqteyi-nəzərindən.
Bu dəfə R.Abdullayevi “dostları” ən zəif nöqtəsindən vurmağa başlayıblar. Onu övladı ilə “yad ediblər”. Qızının əmlakını ictimailəşdirib, yenidən qınaq obyekti etməyə çalışıblar.

Xəbər budur ki, Rövnəq Abdullayevin qızı Sevinc Əliyevanın Bakı şəhərində milyonluq obyekti var. Bildirilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında, Bakı şəhəri Xətai rayon Natiq Əliyev küçəsi 92B ünvanında tikinti sahəsi 4100 kvadrat olan 3 mərtəbəli obyekt Əliyeva Sevinc Rövnəq qızının adına sənədləşdirilib. 4,5 sot ərazidə inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çox qiymətləndirilir. Xəbərdə o vurğulanıb ki, Sevinc Əliyeva Liv Bona Dea Hospitalın rəhbər vəzifəsində çalışır.

R.Abdullayevin qızının adına belə bahalı əmlakın olması Azərbaycan reallığında təəccüblü sayıla bilməz. 20 ilə yaxın SOCAR kimi bir təşkilatın rəhbəri olmuş şəxsin qızının milyonluq əmlakının olması hardasa təbii qarşılanır. Bəzi azərbaycanlılar bu məsələyə “Bal tutan barmağını yalayar”, ya da “Bacarana can qurban” prinsipi ilə yanaşır. Ona görə də R.Abdullayevin övladının 10 milyonlarla dollarlıq əmlakı ola bilər. Uzaqbaşı saytlarda yazılar, sosial şəbəkələrdə deyinilər, 3 gün sonra unudular.

Bəs az qalsın unudulmaqda olan R.Abdullayev nədən birdən-birə xatırlandı? Qızının əmlakı hardan gündəmə gəldi? Bu sualların cavabı barədə bəzi iddialar var. Globalinfo.az-a daxil olan məlumata görə, Rövnəq Abdullayev Milli Məclisə keçiriləcək seçkilərə hazırlaşır. O, yenidən deputat kimi fəaliyyət göstərmək qərarına gəlib. Onun bu qərarının yalnız özünə məxsus olmadığı deyilir. Məsləhət edilib, o da yox deməyib.

Rövnəq Abdullayevi niyə qızı ilə vurdular? – ŞOK SƏBƏB
R.Abdullayev kimi insanların yenidən parlamentə qaytarılması nə ilə bağlı ola bilər?

Deyilənə görə, 1 sentyabr seçkilərində “köhnələr”dən yalnız R.Abdullayev iştirak etməyəcək. Bu sırada digər tanınmış və “vurulmuş” sabiqlərin də olacağı xəbəri dolaşır.

Mənbəmizin bildirdiyinə görə, Rövnəq Abdullayev bir neçə çağırış deputat seçildiyi 24 saylı Nizami birinci seçki dairəsində nüfuza malikdir. Uzun illər o rayonun sakini olub, Nizami rayonu ərazisində fəaliyyət göstərən idarədə rəis, neftayırma zavodunda isə direktor vəzifələrində işləyib. Ordakı vətəndaşların sosial problemlərinin həllinə yaxından dəstək olub. Pul xərcləyib, yol çəkdirib, mərasim obyektləri inşa etdirib, abadlıq işləri gördürüb. Xəstə seçicilərinin müalicəsinə dəstək verib. Tələbələrin təhsil haqqının ödənməsinə yardımçı olub və s. Görünür, belə bir şəxsin nazir müavini olub, yığdığını rahat yeməyindənsə, deputat olub, dövlətdən əldə etdiyi vəsaitin bir qisminin xalqa xərcləməsinə şərait yaradılması daha məqbul sayılıb.

Mənbəmizin iddiasına görə, bunu eşidən rəqibləri R.Abdullayevi ictimai rəydə və dövlətin nəzdində hörmətdən salmaq üçün hərəkətə keçib. Rövnəq Abdullayev seçki kampaniyasına start verməmiş, rəqibləri ona qarşı kampaniyaya başlayıb.
Xatırladaq ki, R.Abdullayevin oğlu Rəşad Abdullayev bir neçə il öncə 1.2 milyon avroluq saatı ilə yerli və beynəlxalq mediada gündəmə gəlmişdi.
Görünən budur ki, budəfəki seçkidə siyasi mübarizə iqtidarla müxalifət arasında yox, klanlar, qruplar arasında gedəcək.
Bu yay sözün hər mənasında qaynar və isti keçəcək.//Globalinfo.az

Ardını oxu...
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfəfindən 06.12.2024-cü ildə avadanlıqların satınalması üzrə 28.10.2024-cü ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “TAKT-1” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 69.552,74 manat məbləğində satınalma müqviləsinin bağlanılması planlaşdırılır.

Qeyd edək ki, “TAKT-1” MMC müsabiqənin şərtlərinə uyğun olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasını tibbi soyuducu, UZİ (ginekoloji), maqnitoterapiya, otbiçən, printer, vintelyator və sair avadanlıqlarla təchiz etməlidir. Buradan sual yaranır. UZİ (ginekoloji), maqnitoterapiya kimi tibbi avadanlıqlar otbiçən,vintelyator kimi avadanlıqların təsnifatına necə aid edilib. Məlum olduğu kimi UZİ (ginekoloji), maqnitoterapiya tibb avadanlıqlarıdır və bunların alınması xüsusi lisenziya tələb edir. “TAKT-1” MMC-nin bu sahədə lisenziyası varmı və ümumiyyətlə MMC ilə bağlı daha nə kimi məlumatlar var?

Apardığımız araşdırma zamanı məlum oldu ki, “TAKT-1” MMC bundan əvvəl Goranboy rayon Mərkəzi Xəstəxanası tərəfindən yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə keçirilmiş kotirovkanın da qalibi olub və 24.402,4 manat sifarış alıb. Sual yaranır, yataq ləvazimatları və xüsusi geyimlər hara, UZİ (ginekoloji), maqnitoterapiya aparatları hara?

Qeyd edək ki, “TAKT-1” MMC (VÖEN: 8504324841 ) Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 28.04.2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10.00 manat olan şirkətin hüquqi ünvanı ŞƏMKİR RAYONU, DƏLLƏR ÇƏYİR, DƏLLƏR CƏYİR, ev 0, m. 0-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılova Sərbiyə Yəhya qızıdır. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi İsmayılov Eşqin Qabil oğlu olub.

“TAKT-1” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındıqdıqdan cəmi bir ay on gün sonra, yəni 07.06.2023-cü ildə Gəncə Şəhər Birləşmiş Xəstəxanası yeməkxana və mətbəx ləvazimatlar üzrə başladığı kotirovkada iştirak edib və 21.225 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Daha sonra MMC 2023-cü ilin sentyabr-oktyabr aylarında, 20 gün fərqlə Gəncə şəhər Birləşmiş Xəstəxanası ilə yumşa invntar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə 144.815 manat, maşın, avadanlıq və aksesuarların alınması üzrə 488.305,5 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Gəncə şəhər Birləşmiş Xəstəxanası qısa müddət ərzində yeni yaradılmış bir MMC ilə 654 345 manat dəyəri olan üç satınalma müqaviləsi bağlayıb.

MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi İsmayılov Eşqin Qabil oğlu kimdir?

Elektron medianın 2018-ci ilin aprelində yaydığı məlumatda Gəncə Ağır Cinayətlər Məhkəməsində “Gəncəbank”ın Müşahidə Şurasının sədri Novruzova Pərvanə Cəmil qızı və bankın digər 3 vəzifəli şəxsi-Həmidov Elnur Səməd oğlu, İsmayılov Eşqin Qabil oğlu və Həsənov Anar Bilal oğlunun məhkəmə prosesi başladığı bildirilir. Xəbərə görə, cinayət məcəlləsinin 179.3.2-ci (küllü miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinən şəxslərin məhkəmə prosesinə hakim Dadaş İmanov sədrlik edib. İttiham aktına görə, “Gəncəbank” ASC-nin 4 vəzifəli şəxsi tərəfindən vurulmuş 14 mln. manatdan artıq maddi ziyanın 421 min manatdan çoxunun ödənilməsi təmin edilib və onların ümumi dəyəri 13 mln. manatdan çox olan əmlakı üzərində həbs qoyulub.

Qeyd edək ki, Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılovdu. O bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilib. Bu təyinatadək, 25 sentyabr 2021 ci ildən Gəncədə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının baş həkimi vəzifəsində işləyib. Maraqlıdır, Xəstəxananın direktoru İlkin İsmayılov cinayət məcəlləsinin 179.3.2-ci (küllü miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinən şəxsin təsisçisi olduğu MMC-nin satınalmada iştirakına necə yol verib? Qanunla təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 (beş) il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması;

Göründüyü kimi “TAKT-1” cinayət məcəlləsinin 179.3.2-ci (küllü miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinən Eşqin İsmayılov tərəfindən təsis edilib. Satınalmalarda isə MMC-ni qanuni təmsilçi kimi İsmayılova Sərbiyə Yəhya qızı təmsil edir. Gəncə şəhər Birləşmiş Xəstəxanası isə CM-nin 179.3.2-ci (küllü miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinən şəxsə satınalmalarda yaşıl işıq yandırır.

Qeyd edək ki, 28.02.2024-cü ildə Hesablama Palatasının 2023-cü ilin İş planına əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanasında həyata keçirdiyi audit nəticəsi barədə məlumat yaymışdı. Həmin məlumatda qeyd olunur ki, Tender komissiyası üzvlərinin tərkibi və say ilə bağlı tələblərə əməl olunsa da, komissiyanın fəaliyyətində nöqsanlara yol verilib, bu nöqsanlar əsasən iddiaçıların ixtisas göstəriciləri ilə bağlı tələbləri əhatə etməklə, bəzi hallarda müsabiqəli şərtlərə məhdudlaşdırıcı təsirə malik olub, bəzi hallarda isə ixtisas göstəriciləri uyğun olmayan iddiaçıların qeydə alınması satınalmaların baş tutması ilə nəticələnib. Bəzi hallarda rəqabətlilik prinsipi məhdudlaşdırılmış, müəyyən edilmiş tələblər iddiaçılara proseduralarda iştirakla bağlı ədalətli yanaşmanın tətbiqində risklərə yol açıb.

Hesablama Palatasının yaydığı məlumatdan da göründüy kimi Gəncə şəhər Birləşmiş Xəstəxanasının Satınalma komissiyası fəaliyyətində nöqsanlara yol verilib, bu nöqsanlar əsasən iddiaçıların ixtisas göstəriciləri ilə bağlı tələbləri əhatə etməklə, bəzi hallarda isə ixtisas göstəriciləri uyğun olmayan iddiaçıların qeydə alıb. Təbii ki, burada Xəstəxananın direktoru İlkin İsmayılovla MMC-nin təsisçisi Eşqin İsmayılovu birləşdirən maraqlar olub. Bəs onda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanovla “TAKT-1” MMC-nin sahibini nələr birləşdirir.
Aktualinfo.org
Ardını oxu...
"Şikayətim Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətindəndir". "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində Bakı sakini Kəmalə Kərimli qeyd edib.
O daha sonra bunları bildirir: "Bilirsiniz ki, ölkədə təəsüf ki hər qəsəbə yolların infrastrukturu mükəmməl səviyyədə deyil.
Keçən il mən də bir vətəndaş olaraq, payız-qış aylarında yağan yağış ucbatından bərbad vəziyyətinə çevrilmiş və demək olar ki, gəziləsi mümkün olmayan yollara asfalt örtüyün çəkilməsi üçün Xəzər rayon icra hakimiyyətinə ərizə yazdım.
İcra hakimiyyətindən mənə məktub göndərildi ki bu işə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi baxır və bu şikayəti onlara yöndəndirin...
Ərinmədim və Avtomobil yolları agentliyinə də eyni formada şikayətimi bildirdim. Və onlar da mənə məktubla geri dönüş etdilər ki, bu küçələr Agentliyin “mülkiyyətində” olmadığından təmir oluna bilməz.
Və 1 ildir heç bir dəyişiklik yoxdur!
Sualım budur: bu küçələr kimin “mülkiyyətidir?” Siz yalnız sizin mülkiyyətinizə aid olan küçələri təmir-bərpa edirsinizsə, bu küçələrdə yaşayan vətəndaşlar hara müraciət etməlidir?
Niyə bu şikayəti bir-birinizin üstünə atırsınız?
Niyə heç kim yollarla bağlı bir tədbir görmür?
Bu asfalt yolların çəkilməsi kimin öhdəliyindədir? Hər cür şikayət... hər cür məktub yazmışıq baxan yoxdur! Kimə müraciət edək?!"
Ardını oxu...
Ardını oxu...
"DİA-AZ" qeyd edir ki, əslində həmin yollar məhz icra hakimiyyətinin mülkiyyətindədir. Sadəcə olaraq icra başçısı Elşən Salahov cənabları yenə də ənənəvi süulla PROBLEMİN ÜSTÜNƏ GEDİR... Yəni boynundan atır. Bu vaxta qədər sərgilədiyi metodla problemlərə yanaşan icra başçısını daha vətəndaşın düşdüyü hal maraqlandırmır...

Hətta sözügedən yol icra hakimiyyətinin balansında olmadığı təqdirdə belə vətəndaşın şikayət məktubunu vətəndaşın özü yox, elə İCRA HAKİMİYYƏTİ yönləndirməli idi əlaqədar bildiyi qurumun ünvanına... Buna belə ərinən Xəzər RİH əslində vəzifəsinin icrasından boyun qaçırır ki, buna görə də məsuliyyət yükü var...
 
 
 

Dünyapress TV

Xəbər lenti