1733287706_1.jpg

SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev yenidən gündəmə gəlib. Baxmayaraq ki, o, artıq hədəf taxtasında deyil. Ordan çoxdan düşürülüb. SOCAR-ın başında olanda R.Abdullayevə sağdan da döşəyirdilər, soldan da. İqtisadiyyat nazirinin müavini təyin edildikdən sonra “əfsanə” unudulmağa başladı.

Bu vəziyyət yəqin ona da sərf edib. Söhbət medianın gündəmində olmamaqdan gedir. SOCAR kimi yağlı tikənin əlindən çıxması isə Rövnəq müəllimə əsla sərf edə bilməz. Bu vəzifə ilə sağollaşmaq ictimai əhəmiyyətin də yox olması deməkdir. O baxımdan hər nə qədər hədəfdə olsa idi, yenə də vəzifə ayrı şeydir. Həm maddi baxımdan, həm də əhəmiyyətlilik nöqteyi-nəzərindən.
Bu dəfə R.Abdullayevi “dostları” ən zəif nöqtəsindən vurmağa başlayıblar. Onu övladı ilə “yad ediblər”. Qızının əmlakını ictimailəşdirib, yenidən qınaq obyekti etməyə çalışıblar.

Xəbər budur ki, Rövnəq Abdullayevin qızı Sevinc Əliyevanın Bakı şəhərində milyonluq obyekti var. Bildirilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında, Bakı şəhəri Xətai rayon Natiq Əliyev küçəsi 92B ünvanında tikinti sahəsi 4100 kvadrat olan 3 mərtəbəli obyekt Əliyeva Sevinc Rövnəq qızının adına sənədləşdirilib. 4,5 sot ərazidə inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çox qiymətləndirilir. Xəbərdə o vurğulanıb ki, Sevinc Əliyeva Liv Bona Dea Hospitalın rəhbər vəzifəsində çalışır.

R.Abdullayevin qızının adına belə bahalı əmlakın olması Azərbaycan reallığında təəccüblü sayıla bilməz. 20 ilə yaxın SOCAR kimi bir təşkilatın rəhbəri olmuş şəxsin qızının milyonluq əmlakının olması hardasa təbii qarşılanır. Bəzi azərbaycanlılar bu məsələyə “Bal tutan barmağını yalayar”, ya da “Bacarana can qurban” prinsipi ilə yanaşır. Ona görə də R.Abdullayevin övladının 10 milyonlarla dollarlıq əmlakı ola bilər. Uzaqbaşı saytlarda yazılar, sosial şəbəkələrdə deyinilər, 3 gün sonra unudular.

Bəs az qalsın unudulmaqda olan R.Abdullayev nədən birdən-birə xatırlandı? Qızının əmlakı hardan gündəmə gəldi? Bu sualların cavabı barədə bəzi iddialar var. Globalinfo.az-a daxil olan məlumata görə, Rövnəq Abdullayev Milli Məclisə keçiriləcək seçkilərə hazırlaşır. O, yenidən deputat kimi fəaliyyət göstərmək qərarına gəlib. Onun bu qərarının yalnız özünə məxsus olmadığı deyilir. Məsləhət edilib, o da yox deməyib.

Rövnəq Abdullayevi niyə qızı ilə vurdular? – ŞOK SƏBƏB
R.Abdullayev kimi insanların yenidən parlamentə qaytarılması nə ilə bağlı ola bilər?

Deyilənə görə, 1 sentyabr seçkilərində “köhnələr”dən yalnız R.Abdullayev iştirak etməyəcək. Bu sırada digər tanınmış və “vurulmuş” sabiqlərin də olacağı xəbəri dolaşır.

Mənbəmizin bildirdiyinə görə, Rövnəq Abdullayev bir neçə çağırış deputat seçildiyi 24 saylı Nizami birinci seçki dairəsində nüfuza malikdir. Uzun illər o rayonun sakini olub, Nizami rayonu ərazisində fəaliyyət göstərən idarədə rəis, neftayırma zavodunda isə direktor vəzifələrində işləyib. Ordakı vətəndaşların sosial problemlərinin həllinə yaxından dəstək olub. Pul xərcləyib, yol çəkdirib, mərasim obyektləri inşa etdirib, abadlıq işləri gördürüb. Xəstə seçicilərinin müalicəsinə dəstək verib. Tələbələrin təhsil haqqının ödənməsinə yardımçı olub və s. Görünür, belə bir şəxsin nazir müavini olub, yığdığını rahat yeməyindənsə, deputat olub, dövlətdən əldə etdiyi vəsaitin bir qisminin xalqa xərcləməsinə şərait yaradılması daha məqbul sayılıb.

Mənbəmizin iddiasına görə, bunu eşidən rəqibləri R.Abdullayevi ictimai rəydə və dövlətin nəzdində hörmətdən salmaq üçün hərəkətə keçib. Rövnəq Abdullayev seçki kampaniyasına start verməmiş, rəqibləri ona qarşı kampaniyaya başlayıb.
Xatırladaq ki, R.Abdullayevin oğlu Rəşad Abdullayev bir neçə il öncə 1.2 milyon avroluq saatı ilə yerli və beynəlxalq mediada gündəmə gəlmişdi.
Görünən budur ki, budəfəki seçkidə siyasi mübarizə iqtidarla müxalifət arasında yox, klanlar, qruplar arasında gedəcək.
Bu yay sözün hər mənasında qaynar və isti keçəcək.//Globalinfo.az

Bölmənin digər xəbərləri

11 Dekabr 2024 Xırdalan 2 saylı tam orta məktəbdə qalmaqal – Jurnalistlərdən gizlənən direktor qapını şagirdlərin də üzünə bağladı - VİDEO
11 Dekabr 2024 “Yeddi canı olan” baş həkim obyekt inşa etdirdiyi binanı kasıb sakinlərin başına yıxacaq - VİDEO
11 Dekabr 2024 Quba "xan"ı bələdiyyə sədrinin bu əməllərindən xəbərsizdir? - VİDEO
11 Dekabr 2024 Bakı `oliqarxiyası`nın EYŞ-İŞRƏT ÜNVANI... - Burda qanun-manun hərləyən də yoxdur...
11 Dekabr 2024 Anar Məmmədov kimin ZAVALINA GƏLDİ? - HƏBSİ BELƏ GÜNDƏMDƏDİR...
11 Dekabr 2024 "Universal" Hospitalın həkimi Azər Kərimovdan ŞİKAYƏT: "Məni kor etdi" - ŞOK
11 Dekabr 2024 "Məktəbdə ayaqyolu yoxdur, partada 4-4 otururuq" - Şagirdlərin etirazi + VİDEO
11 Dekabr 2024 Gəncə şəhər 1 nömrəli məktəbdə rüşvət qalmaqalı - VİDEO
11 Dekabr 2024 başçısını prezidentin qəzəbinə düçar edən hansı əməli olub?
11 Dekabr 2024 Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verən qanunsuzluqların qarşısı nə vaxt alınacaq? – Zaur Mikayılova sual olunur
11 Dekabr 2024 Təhsil hara, icra hakimiyyəti hara ? - Goranboy təhsilində nələr baş verir ? // VİDEO
11 Dekabr 2024 “Dollar Cavid” Ramin Abdullayevi ələ verir... - “Nə deyib onu da etmişəm!”
10 Dekabr 2024 Bu kanal işçinin maaşını vermədi, qardaşını da qovdu
10 Dekabr 2024 Ağstafada BİABIRÇILIQ! MKTİB əməkdaşlarını usta əvəzi obyektlərin tikintisində işlədirlər - Yoxsa işdən çıxarılacaq / VİDEO
10 Dekabr 2024 Vəfa Cəlilova da saxta diplomla işləyir? - İDDİA - AÇIQLAMA
10 Dekabr 2024 Zakir Quliyev bilməmiş olmaz: 10 günə bir milyonluq iki tender... - “Koordinat Construction” MMC MÖCÜZƏSİ?..
09 Dekabr 2024 “TAKT-1” MMC-nin sahibi Eşqin İsmayılova satınalmalarda kimlər yaşıl işıq yandırır
09 Dekabr 2024 Elşən Salahovun ƏN YAXŞI BACARDIĞI... - YAXASINI KƏNARA ÇƏKMƏK...
09 Dekabr 2024 Zakir Qaralov niyə “Zaminbank”ın borcunu ödəmir? - İLGİNC İDDİALAR
09 Dekabr 2024 MTK-ların "pul bazarı": Niyə satdıqları binanı tərk etmirlər?

Dünyapress TV

Xəbər lenti