Tiflisdə yenidən hökumət əleyhinə aksiya başlayıb. Bakupost.az xəbər verir ki, parlament binası qarşısına yüzlərlə etirazçı toplaşıb, Rustaveli prospekti bağlanıb. Ərazidə polis qüvvələri asayişi qoruyur.Hər hansı insident qeydə alınmayıb. Qeyd edək ki, 28 noyabrda Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını elan etdikdən sonra Tiflisdə aksiyalar sistemli olaraq keçirilir.