Ardını oxu...
Əslində Azərbaycanda fəaliyyət göstərən icra başçıları bir dərddir, bir "alov"dur ki, bu "loo"a giriftar olmayan qalmış olmaz.
Məsələn, Sabirabadın Qalağayın kəndinin sakini, 8 medallı qazi Elvin Cəfərov özünü Sabirabad Rayonu İcra Hakimiyyətinin, başçı Siraqəddin Cabbarovun iqamətgahının qarşısında od vurub yandırdı, başçı neynədi-nağayırdı, bilmirəm, heç kim onun "gül" üzünə "püff" demədi. Elvin də unudulub getdi.
Ardını oxu...
Qarabağ qazisi, 36 yaşlı Maşallah Manafov da məhz o binanı tərk etdikdən sonra gəlib özünü yaşadığı evin həyətində asaraq intihar etdi.
Yəni, siz mənə elə bir rayon göstərin ki, o rayonda bu tip hadisələr olmamış olsun. Səbəbkarlar da məlum, səbəblər də aşikar... Özbaşnalıq, qanunları çeynəmək, təəbəlikdəki insanları adam yerinə qoymamaq...
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Söyüdlü kəndi ərazisində yeni süni gölün tikintisinə etiraz edən sakinlərlə görüşməsini də yəqin ki, unutmamısınız, təfərrüatı yazmıram, yadınızdadır. Əhalini ələ salmaqdan çəkinməyən Mürsəlov anlamaqda çətinlik çəkdi ki, onun sayəsində Söyüdlü camaatının üst-üstə qalaqlanmış, həll edilməmiş problemləri dövlətlə xalqın arasında bir uçurum yaratdı.
Ardını oxu...
Ardını oxu...
2 gün əvvəl Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən respublika əhəmiyyətli körpü uçanda da Xaçmazın 43 yaşlı icra başçısı Elnur Rzayevdən əhaliyə qarşı eyni aşağılayıcı münasibəti gördük. Təsəvvür edin, 97 min sakinin körpüsü uçub, icra başçısı bundan təsirlənmək, kədərlənmək əvəzinə "hər şey öz yerindədir” deyə, gülə-gülə doladığı adamlara bir "italyanski" “çao” deyib oradan uzaqlaşır. Görəsən avqustun əvvəlində özünə aldığı 450 min manatlıq bahalı avtomobil də o körpüdən dərəyə aşsaydı, Rzayevin qol-qabırğası sınsaydı yenəmi belə gülüb, "çau" deyərdi?
Nə bilim Vallah, deyəsən hökümətimiz kimi, Allahımız da xalqı ələ salanlara artıqlaması ilə humanizm göstərir....
Əntiqə Rəşid Aslan
Teref.az
 
Ardını oxu...
Biz bir media olaraq dövlət, millət marağı kəsb etməyən, yəni prinsipial olmayan məsələdə güzəştə gedə bilərik.
Ancaq dəfələrlə bəyan etdiyimiz kimi millətin talehi, gələcəyi ilə qumar oynayanlara, alver edənlərə qarşı heç vaxt mövqeyimizdən geri çəkilən deyilik. Ona görə də əxlaqsızlıq yuvalarına, narkotacirlərə və digər anti-milli fəaliyyət sahələrinə qarşı həmişə barışmaz mövqedəyik. Bu bizim neçə ildir dəyişməyən fəaliyyət proqramımızdır. Kimlərsə bizi qınaya da, ittiham da edə bilər, bizə təhdid-hədə-qorxu gələnlər də ola bilər və var...amma biz onlara qarşı mübarizəmizi dayandıran deyilik. Buna əmin ola bilərsiniz. Açığını deyək ki, Elgiz kimilər bizim üçün bir mübarizə predmeti deyil, əsas məsələ onların millətin gələcəyini məhv etməsidir...
Axı, bu gün müstəqil, milli dövlətimiz var, onun dövlət qurumları var, hüquq-mühafizə orqanları var, Səhiyyə Nazirliyi var, TƏBİB-i var, Korrupsiyaya qarşı Mübarizə İdarəsi var və s. Bütün bunların olduğu halda Elgiz kimdir ki, dövlətə buynuz göstərir, dövlətə meydan oxuyur, başına minlərlə narkomanı yığaraq, az qala dövlətin içində dövlət yaradıb... Yəqin ki, diqqətli oxucularımız söhbətin “Həyat üçün Şans” Reabilitasiya Mərkəzinın təsisçisi və sahibi Elgiz Şirinovdan getdiyini bildilər.
Qısa xatırlatma üçün qeyd edək ki, Elgiz Şirinov və arvadı narkotik asılılığı olanları müalicə etmək adı altında ağır cinayət əməlləri ilə məşğul olurlar. Elgiz Şirinov kişiləri, arvadı isə xanımları guya müalicə edirlər. Əslində isə vəziyət tam başqadır. Elgiz Şirinov başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır. Elgiz Şirinov ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb və tapıb... Elgiz Şirinovun arvadı isə Abşeronda Reabilitasiya Mərkəzi yaradıb və imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini orada, guya, müalicə edir...
Təsəvvür edirsiniz vaxtilə dost-tanışdan 5 manat pul dilənən bu dilənçi ər-arvad indi milyonlara sahibdirlər, narkotiklərin hesabına Yasamal rayonu, Nazim Hikmət küçəsindəki evini 100 min manata təmir etdirib, 200 min manata maşın alıb, 1 milyona bağ evi axtarır və s. Yəni Elgiz və arvadı 5-10 qram narkotik satan xırda alverçi deyillər, bunlar gündə bəlkə neçə kiloqram narkotik vasitələri, narkomanlara verməklə öz işlərini bitmiş hesab edirlər. Ona görə də tam məsuliyyətlə deyirik ki, Elgiz Şirinov və onun dəstəsi həbs olunarsa, ölkədəki iri narkoticarət, narkotacirlər müflis olacaq.
Bütün bunlar azmış kimi Elgiz Şirinov Reablitasiya Mərkəzində özü üçün şəxsi həbsxana, kars, cəza dəstəsi, əməliyyat qrupu yaradıb. İstədiyi pasiyenti döymək, cəza vermək, asmaq, suda boğmaq burada adi hal alıb. Kimsə sifariş verirsə, Elgiz Şirinovun əməliyyat qrupu gedib həmin şəxsi zorla özünün düzəltdiyi “polis maşınına” soxub Reabilitasiya Mərkəzinə gətirir. Bəli, Elgiz Şirinovun özünə məxsus “polis maşını” da var. Yəni bu adam açıq-aşkar dövlətə meydan oxuyur. Hazırda bu cinayətkar dəstə ilə bağlı Abşeron Polis İdarəsində təhqiqar, istintaq getdiyi üçün biz bəzi məsələlərə toxunmaq istəmirik. Amma bir neçə vacib məsələni xüsusi olaraq vurğulamaq istəyirik. Elgiz hər yerdə deyirdi ki, polislərə aylıq haqq verirəm.
Bu məsələ ciddi araşdırılmalıdır. Digər vacib məqam odur ki, heç bir tibbi təhsili olmayan bu ər-arvada lisenziyanı kim verib..? Əgər varsa, görəsən TƏBİB-in rəhbərliyi bu boyda cinayət əməllərini görmür..?
Bu istiqamətdə araşdırmamız davam edir. Bizi izləyin. Və Elgizin əməllərindən zərərçəkənlərə deyrik ki, gecikmədən Abşeron polisinə müraciət edin.
P.S. Həə Elgiz Şirinov, məsələnin üstü açılır. Deyəsən az müddət öncə, ört-basdır etdiyin cinayət işi Apellyasiya Məhkəməsində daha dərindən araşdırılacaq. Çox güman ki, dəmir barmaqlıqlar arasına vaxtından əvvəl düşəcəksən.
gundelik baki.com
İddia olunanlarla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik!
 
Ardını oxu...
Biz bir media olaraq dəfələrlə yazmışıq ki, idarəetmədə paralellik cəmiyyətdə ciddi problemlər yaradır. Lap loru dildə desək, vətəndaşlar düşünür ki, Səhiyyə Nazirliyi varsa, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ( TƏBİB ) nədir, yaxud əksinə...? Və beləcə vətəndaşlar bu iki qurum arasında qalırlar. Yüzlərlə şikayətçi tanıyırıq ki, deyir TƏBİB-ə gedirəm, deyir bizlik deyil, Səhiyyə Nazirliyinə müraciət edin, yaxud əksinə, Səhiyyə Nazirliyinə gedirəm, deyir TƏBİB-ə müraciət edin... Bax, beləcə ölkə vətəndaşları obrazlı desək, ŞAP-la ŞUP-un arasında qalır... Bir neçə ildir yaradılmasına baxmayaraq TƏBİB və onun rəhbərliyi Azərbaycan səhiyyəsini bir neçə ildə az qala 100 il geri atıblar.
Təsəvvür edirsiniz, bu gün hansı xəstəxananın hansı quruma, Səhiyyə Nazirliyinə, yoxsa TƏBİB-ə tabe olmasını müəyyən etmək üçün 1 saat axtarış etməlisən. Bu hələ azmış kimi TƏBİB ona aid olan xəstəxanaları birləşdirib Allah qoymasa hüquqi şəxs - Tibbi Mərkəzlər yaradıb.
Sözün qısası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ( sədr Zaur Əliyev ) və onun tabeçiliyindəki TƏBİB ( icraçı direktor Vüqar Qurbanov ) ölkə səhiyyəsini öz şəxsi bizneslərinə çeviriblər.
Deməli, təcrübəli, savadlı kadrlar vəzifəsindən uzaqlaşdırılır, ancaq dost-tanış, qohum-əqrəba vəzifələrə gətirilir. Ən başlıcası isə Vüqar Qurbanovların istədikləri bir əldə cəmləşir. İndi konkret olaraq TƏBİB-in bəzi rüşvət və korrupsiya “proje”lərindən bəhs edəcəyik. Konkretlik üçün qeyd edək ki, dünyada 1000 doğulmuş uşaqdan 19-24-ü lal, kar olur. Azərbaycanda isə yaxın qohumların nigahı daha çox olduğuna görə, fiziki qüsurlu uşaqların doğulması faizi daha yüksəkdir. Bu uşaqlar adətən eşitmə cihazı taxır ki, onlar əlil qalmasın. Bu proses Azərbaycanda 2010-cu ildən tətbiq olunmağa başlayıb. Əvvəllər ildə 200 nəfər əməliyyat olunsa da, artıq belə bir limit yoxdur. Dövlətimiz vətəndaşlar üçün hər şey edir. Amma bəzi məmurlar öz şəxsi maraqları üçün bundan da milyonlarla qazanc götürürlər. Araşdırmalar nəticəsində məlum olub ki, bu cihazları ölkəyə gətirən TƏBİB-in direktoru Vüqar Qurbanova məxsus olan “Kochlear” şirkətidir. Bizdə olan məlumata görə, bu cür əməliyyatlar ən çox “Lor hospital”da həyata keçirilir ki, buranın sahibi də bəllidir. İcraçı direktoru Vüqar Qurbanovun yaxın dostu Hansiyar Babayevdir.
Qeyd edək ki, bu cihazlar Azərbaycanda dünyadakından tam 3 dəfə baha satılır. Vüqar Qurbanov bu limitin ləğvini TƏBİB-in direktoru olduqdan sonra etdi. Və bu yolla milyonlar qazanırlar. Guya bu boyda əməllərdən İcbari Tibbi Sıgorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevin xəbəri yoxdur..? Xəbəri var, özü də əla. İnsanların səhhəti üzərində şərikli biznes qurublar.
Təsəvvür edirsiniz, fiziki qüsurlu, lal-kar uşaqların üzərində biznes qurub milyonlar qazanmaq…Üstəlik bu cihazlar dünyadakı qiymətlərdən 3 dəfə baha… Bunlar başa düşmür ki, başqasının bədbəxtliyi üzərində qurulan nə varsa bir gün sahibinin başına uçacaq… Cənab Prezidentimiz əbəs yerə demir ki, xalqdan qorxmursunuz, barı Allahdan qorxun… Vüqar Qurbanovun tenderləri öz yaxınlarına satması və s barədə mediada çox yazıldığı üçün təkrar yazmırıq.
Bəli, TƏBİB rəhbəri Vüqar Qurbanov tender məsələlərində istəyinə nail olması üçün bütün var gücü ilə Yeni Klinikaya öz adamlarını yerləşdirməyə calışırdı və buna da nail oldu. Hazırda İTS-in tenderlərinin ən böyük qaliblərindən biri “Vitta” şirkətidir. Belə ki, bu şirkət ümumi məbləği 2 milyon manat dəyərindən artıq olan Endoskopik dəst tenderinin qalibi olub. Bəs bu şirkət kimindir və Yeni Klinika ilə bu tenderin hansı əlaqəsi var? Kiçik araşdlrmadan sonra məlum olur ki, tenderin qalibi elan edilmiş “Vitta” şirkəti Yeni Klinikanın direktor müavini İlqar Mustafayevin atası Valeh Mustafayevə məxsusdur. Bəs Yeni Klinika direktorunun İnzibati məsələlər üzrə müavini İlqar Mustafayev kimdir, harada təhsil alıb, hansı peşənin sahibidir? Nə qədər araşdırma aparsaq da, İlqar Mustafayevin rəsmi təhsili barədə heç bir məlumat əldə edə bilmədik. Bircə onu öyrənə bildik ki, İlqar Mustafayev bir müddət Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus “Astoria” klinikasında çalışıb. İlqar Mustafayev “Astoria” klinikasında işləyərkən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə külli miqdarda “pul atdığından” yanından uzaqlaşdırıb. Amma vəzifə pillələrində sürətlə irəlliləyən Mustafayevlərə bu dəfə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yaxından köməklik göstərib.
Onu da bildirək ki, Zaur Əliyevlə İlqar Mustafayevin qardaşı, Müdafiə Sənayesi nazirinin müavini Vüqar Mustafayev yaxın dostdurlar. Odur ki, aradan qısa bir müddət keçmir ki, İlqar Mustafayev Zaur Əliyevin dəstəyi ilə Milli Hematologiya Mərkəzinin İnzibati İşlər üzrə direktor müavini təyin edilib. Hematologiya Mərkəzi Səhiyyə Nazirliyinin tabeçiliyinə verildiyinə görə, İlqar Mustafayev 2022-ci ilin dekabr ayının 28-i tələsik şəkildə “Yeni Klinika” Publik Şəxsin direktor müavini təyin edilir. Belə təcili qərar üçün səbəb nə idi? Yeganə səbəb o idi ki, həmin zaman Yeni Klinikanın böyük tenderləri var idi. Beləliklə İlqar Mustafayevin orada olması şərt idi ki, atasına məxsus “Vitta” şirkəti oradan pay götürsün. Bütün bu məsələlərin hamısını koordinasiya edən isə TƏBİB rəhbəri Vüqar Qurbanov şəxsən özü idi. Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. REDAKSİYADAN: Daxil olan son məlumata görə, TƏBİB-də kadr dəyişikliyi olub. İnsan Resursları (HR) üzrə tanınmış mütəxəssis Günəş Qədimovanın əmək müqaviləsinə xitam verilib. TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun əmri ilə Emin Xasiyev TƏBİB-in İnsan Resurslarının İdarəedilməsi Departamentinə direktor təyin olunub. Qeyd edək ki, Emin Xasiyev bundan əvvəl Respublika Kliniki Xəstəxanasında rüşvətə görə xaric edilmişdir. //gundelik-baku.com//
 
 
Ardını oxu...

Gülnarə Xankişiyeva 94 saylı uşaq bağçasını da öz nəzarətində saxlayır.. 
İki gün  öncə Elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında dedi ki, çox zaman Finlandiya təhsilini misal göstərirlər: “Finlandiyada məktəbəqədər təhsil müəssisəsində çalışanların böyük əksəriyyətinin minimum magistr təhsili olmalıdır, bəzən hətta doktorantura təhsili tələb edilir. Yuxarı pillərlərdə isə bu tələb bir qədər aşağıdır. Lakin bizdə bu pillədə çalışanların müəyyən bir hissəsi TƏHSİLİ OLMAYANLARDIR”. 
Təsəvvür edirsiniz, Finlandiyada və digər ölkələrdə uşaq bağçalarında, körpələr evində çalışanlar magistraturanı, hətta doktoranturanı bitiriblər. Bizdə isə, nəinki ali, heç orta ixtisas təhsili olmayanlar bağçalarda gələcək nəslimizi yetişdirir. Bax, fəlakət budur. Hələ bu harasıdır..? Bu heç bir təhsili olmayan tərbiyəçilər, dayələr uşaqlarının qidasını oğurlayır, uşaqların valideynlərindən əlavə pul tələb edir, hətta uşaqları döyürlər. 
İndi özünüz düşünün, bu körpələr evində böyüyən gələcək nəsil bunlardan nə öyrənə bilər..? Ancaq oğurluq, rüşvət və digər pis əməlləri öyrənə bilərlər. Son vaxtlar uşaq bağçalarında, körpələr evində baş verən rüşvət və korrupsiya əməlləri barədə yazıları oxuyanda adam dəhşətə gəlir. 
Təsəvvür edirsiniz, körpələr evində yüz minlərlə mənimsəmə, dövlətin uşaqlara ayırdığı ərzaq və qidaların marketlərdə satılması və daha nələr… Və üstəlik  bağça müdirlərinin “ölü canlar” saxlaması, onların maaşlarını mənimsəməsi, kağız üzərində mühafizəçi, bağban və daha nələr… 
Sözün qısası, məktəbəqədər təhsil müəssisələri əməlli-başlı biznes  obyektinə çevrilib. Bir neçə gün öncə Finlandiyanın xanım təhsil nazirindən “Sizdə nə üçün pullu təhsil müəssisələri yoxdur?”  sualına xanım nazir belə cavab vermişdir: “ Biz təhsili ticarətə, biznesə çevirmirik”. Düzdür, yazının yarısına qədər Emin Əmrullayevin çıxışlarını bəyəndik, çünki Emin Əmrullayev Gundelik-baku.com saytını nöqtə, vergülünə qədər oxuyur. Məhz Emin Əmrullayev öz çıxışlarını Gundelik-baku.com saytının bağçalar və məktəblər haqqında yazdığı yazılarla zənginləşdirmişdir. Biz buna sevinirik. Bir az da özəl bağçalar və onların fəaliyyətləri haqqında araşdırma aparaq. Hal-hazırda özəl bağçaların və orta məktəblərin, hətta ali məktəblərin sayı durmadan artır. 
Bəli, bizdə kimin pulu varsa özəl uşaq bağçası, orta məktəb, hətta ali məktəb də açır. Özəl bağçalar, məktəblərlə yanaşı ölkəmizdə dövlət bağçaları da fəaliyyət göstərir. Dövlət bağçalarına isə, təyin olunan rəhbər şəxslər, ancaq Təhsil Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyi tərəfindən müəyyən imtahan verdikdən sonra, həmin vəzifələrə təyinat alırlar. Amma direktor vəzifəsinə təyinat alan bağça müdirələri özlərini elə aparırlar ki, həmin binanı və vəzifəni onlara ataları öz mülkləri kimi bağışlayıb. Ondan sonra başlanır həmin müdirələrin köməkçiləri, müavinləri, qrup rəhbərləri valideynlərin canına zəli kimi daraşmağa. 
Onu da qeyd edək ki, həmin şəxslər dövlətin uşaq bağçalarını öz şəxsi obyektləri kimi istifadə edirlər. Belə bağçalardan biri də Yasamal rayonundakı 17 saylı uşaq bağçasıdır. 


Məlumat üçün qeyd edək ki, paytaxt Bakının böyük rayonlarından biri olan Yasamal rayonunda 50-dən artıq uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. Yasamal rayon İcra hakimiyyətinin rəsmi saytında http://yasamal-ih.gov.az/az/page/15.html yazılanlardan bəlli olur ki, 17 saylı uşaq bağçası XÜSUSİ TƏYİNATLIDIR. Yəni bu uşaq bağçası NİTQİ QÜSURLU uşaqlar üçündür. Məlumdur ki, belə uşaq bağçalarında xüsusi loqoped-müəllimlər olmalıdır. 
Onu da qeyd edək ki, 17 saylı xüsusi təyinatlı körpələr evi–uşaq bağçasının müdiri   Xankişiyeva Gülnarə Ağahüseyn qızıdır. Gülnarə Xankişiyevanın əməlləri barədə  dövrü mətbuatda xeyıi yazılıb. Onun körpələr evində “ölü canlar” saxlaması, işçilərin maaşlarını mənimsəməsi, uşaqlara verilən ərzaq və qida məhsullarının satılması barədə çox yazılıb. Bütün bunlar azmış kimi  xüsusi təyinatlı körpələr evində adicə loqoped çatmır. Atalar demişkən, lalın dilini anası bilər, bəs loqopedin olmadığı bağçada uşaqlarla necə davranmaq olar..? Bütün bunlar azmış kimi Gülnarə Xankişiyeva bir neçə bağçanın da işinə nəzarət edir. Belə bağçalardan biri də Yasamal rayonundakı 94 saylı uşaq bağçası-körpələr evidir. Bu bağçanın müdiri Hüseynova Validə Salman qızıdır. Amma bağçanın və Hüseynova Validə Salman qızının tabeçiliyi Bakı Şəhər Baş Təhsil İdarəsinə deyil, birbaşa Gülnarə Xankişiyevayadır. Görün vəziyyət hansı həddə çatıb ki, Validə Hüseynova Gülnarə Xankişiyevanın icazəsi olmadan heç bir addım ata bilməz. Maraqlısı odur ki, Gülnarə Xankişiyeva özünü bağçada XANIM elan edib. Bütün müəllimələr və valideynlər Gülnarə Xankişiyevaya müəllimə yox, məcburən məhz XANIM deyə müraciət etməlidirlər. 
Görün Gülnarə Xankişiyeva özünü hansı səviyyədə tapıb. Bu başqa bir yazının mövzusudur.
Təsəvvür edirsiniz, Gülnarə Xankişiyeva özü rəhbər olduğu bağça ilə bərabər başqa bir bağçanı da idarə edir, valideynlərdən toplanmış pul məsələlərinə baxır və s. 
Ümid edirik ki, Bakı Şəhər Baş Təhsil İdarəsi bu məsələ ilə bağlı ciddi araşdırma apararaq, öz sözünü deyəcək. Biz isə, mövzunu diqqətdə saxlayacağıq.


Ardını oxu...


Qazax bələdiyyəsəndə baş verən qanunsuzluqlar barədə xəbər vermişdik.

AMİA.AZ redaksiyasına Qazax bələdiyyəsi barədə şikayətlər daxil olmaqda davam edir. Redaksiyamıza adının çəkilməsini istəməyən bir bələdiyyə qulluqçusunun göndərdiyi müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Mən artıq bir neçə ildir ki, Qazax bələdiyyəsində bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərirəm. Əvvəllər vaxtında maaş ala bilirdik. Amma indi mən və iş yoldaşlarım bir ilə yaxındır ki, əmək haqqı almırıq.

İndiyə kimi bələdiyyə büdcəsinə daxil olan vəsaitin məbləği 100 minlərlə manat olub.

2018 ci ildə Qazaxda ərik bağı adlanan ərazidə Qazax bələdiyyəsi 50 hektar torpaq sahəsini vətəndaşlara yaşayış evi tikdirmək üçün bir sotunu 800 AZN-ə satmasına baxmayaraq torpağın bir sotunun qiyməti 200 AZN-dən bələdiyyə büdcəsinə mədaxil edilib. Hər sotda 600 AZN mənimsənilib. Sədrimiz cənab Tofiq Orucov milyonlarla vəsaiti mənimsəyib.

Dəfələrlə əmək haqqımızın verilməsini tələb etsək də heç bir nəticəsi olmayıb. Axrıncı dəfə şikayət edəcəyimizi bildirəndə Tofiq müəllim bizi rayon icra hakimiyyətinin başçısı Rəcəb müəllimlə hədələdi. Mən və bir neçə iş yoldaşım da heç nə deyə bilmədik. Çünki digər iş yoldaşlarımın da ailə üzvləri digər dövlət orqanlarında işləyir. Qorxuruq ki, onları da işdən çıxardarlar. Ona görə çarəsiz vəziyyətdə qalıb sizin redaksiyanıza müraciət etməli olduq. Bilmirik nə edək. Bir el məsəlində deyildiyi kimi, “Yuxarı baxırsan bığ aşağı baxırsan saqqal”.
Bələdiyyədə olan bu özbaşnalıqlara nə vaxt son qoyulacaq biz də bilmirik. Düşünürük ki, heç olmasa bizim də bu müraciətimizi oxuyub, reaksiya verən bir dövlət orqanı tapılar”.

Xatırladaq ki, mətbuatda gedən məlumatlarda, Qazax rayon İcra Başçısı Rəcəb Babaşovun Bələdiyyə sədri Tofiq Orucovu təhqir etdiyi, onu “erməni” adlandırdığı yazılmışdı.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
 

Ardını oxu...

"Şikayətim dövlət xəstəxanalarındandır, xüsusilə də bu gün mənə və ailəmə böyük stress, əsəb, gərginlik yaradan 1 saylı şəhər kliniki xəstəxanasından (SEMAŞKO)..."Gundemxeber.az  bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.


Narazı vətəndaş daha sonra yazır: "Həqiqətən də ora yolu düşən adamı öldürürlər, ailəsini də xəstə edib göndərirlər. Yaxınımız reanimasiya şöbəsindədir hal-hazırda. Lakin biz orda xəstənin halın soruşmaq üçün həkim tapmırıq. Xəstəmiz necədir? Hansı səbəbdən burdadır? Xəstəni öldürüb, sonra gəlib məlumat verirlər ki öldü. Gözümün qabağında ard-arda 4 meyit daşıdılar... camaatın içində çıxarıb tabuta qoyurlar... bu nə biabırçılıqdır? Orda oturan xəstə yaxınları bilirsiz nə qədər stress keçirir buna görə ?
Bu gün bir xəstənin ailəsinə məlumat verirlər ki bəs öldü bu adam. Üstündən biraz keçir deyirlər ki yox, ölmədi. Sonra bir də deyirlər ki, öldü xəstə. Nədi bu ? Dəlixanadı ? Məsuliyyətli bir nəfər çıxmır ortaya... atırlar hər şeyi yazıq mühafizəçinin üstünə. Mühafizəçiyə yalvarırsan ki, sən Allah xəstəm gör, necədi? Bu xəstəxanalara nə vaxt ciddi şəkildə baxıb nəzarət edən olacaq ? Ora gələnlərin 90% kasıb ailəsidi deyə ölməlidir mi ? Həkim axtarsaz tapa bilmərsiz tək gözləntiləri ciblərinə qoyulan puldu. Təbib hara baxır ? Kimə deyək dərdimizi ?"
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq..(dia.az)

 

Gundemxeber.az

Ardını oxu...
DİA.AZ: - "Muxtar Babayev Meşələrin İnkişafı Xidmətini və Biomüxtəlifliyin Mühafizəsi xidmətini publik hüquqi şəxsə çevirmək istəyir. Yəni özü özünü maliyyələşdirən, büdcədən asılı olmayan, vətəndaşlara ödənişli xidmətlər göstərən təşkilatlara. Bu meşələrin və biomüxtəlifliyin kütləvi məhvinə gətirəcək". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Ardını oxu...

Müraciətdə daha sonra bildirilir: "Meşə fondu 10 milyon manatdan artıq olan onsuz da məhdud illik büdcəsini meşənin hansı xidmətləri hesabına qarşılaya bilər? Ancaq ağac kəsib satmaqla. Giləmeyvə toplamaqla olan şey deyil bu.
Biomüxtəlifliyin mühafizəsi özünü necə maliyyələşdirə bilər? Biomüxtəlifliyi sataraq ov turizmi ilə. Turistin verdiyi 2 manatla 5 manatla düzələn şey deyil bu.
Bu qurumlar maliyyə çatışmazlığı üzündən işçilırin çoxunu çıxartmalı olacaq. Bu isə mühafizəni daha da zəiflədəcək.
Sənəd Nazirliyin daxili sənədi olduğuna görə imzasız elektron göndərilib.
Bu niyyətin qarşısını vaxtında ala bilməsək, kütləvi ağac kəsilmələri qaçılmaz olacaq.
Bütün meşəçilər ekologiya işçiləri buna qarşı çıxsa da Muxtar Babayev çoxdan səsləndirdiyi bu ideyanı artıq reallaşdırmağa çalışır.
Muxtar Babayevi bir bazara ya sexə direktor qoysaydılar o da ürəklə çalışardı bizim də canımız qurtarardı".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 
Ardını oxu...
Hörmətli oxucular, Yazının başlıgı Sizləri təəccübləndirməsin.Birdən bəziləriniz Ceyhun Abbasovun hansısa dini cərəyan nümayəndəsi olduğunu zənn edərdiniz.Yox ,əsla belə deyil.Bu müqəddəs sahə hələ ki,çox hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadənin “ciddi nəzarəti”altındadır.Xalqa “vicdanla”onun nə olduğunu bilməsə də cani -dildən xidmət etməkdədir.
Ceyhun Abbasov iş adamıdır, respublikamızda bərkgedən zırpı firmalardan birinin sahibidir.Bu firmanın “Bizon”adı ilə ölkənin müxtəlif satışı şəbəkələrdə özünə yer eləmiş bu energetik içkisinin ermənilərin 30 ilə yaxın müddətdə işgal altında saxladıqları torpaqlarımıza vurduqları iqtisadi,maddi-mənəvi ziyandan daha çox zərər verməsindən yəqin ki, çoxumuzun heç xəbəri belə yoxdur.Buna Bizon aludəçiliyinə sanbslluyövhə, və ya” Bizon narkotikası”adı da vermək olar.
Bu yerdə çoxlarınızda qeyri -ixtiyari belə bir sual yarana bilər.Görəsən Ceyhun Abbasov erməni deyil ki?
Elə olsaydı daha yaxşı olardı.Deyərdik ki, çörəyimizi yeyib ayağımızın altını qazan haramzada sələflərinin tutduğu yolun davamçılarından biridir,xəmiri belə yogrulub.Bizi bəlkə də belə yandırmazdı.Bu içki nələrə qadirdir, sözün ən xoşagəlməz,ikrah doğuran mənasında?
Dünyanın şimal yarımkürəsində yaşayan öküz növünün adının Azərbaycanda energetik içkiyə qoyulmasının mənası nədir? Milli koloritli gözəl adlarınıza nə gəlib ki… Bununla çox hörmətli Ceyhun Abbasov nə demək istəyir bizlərə?
Yəni bu içkini içirməklə aglınızı başınızdan alıb sahibinin əlindən qopub dizi dırnaqları ilə yeri eşən kələyə döndərəcəkmi sizləri,ismarıcı göndərir insanlara?
Dogrudur,bu zahirən çox cəlbedici qablaşdırılıb “Bizon”. Amma onun insanlara- yeniyetmə və gənclərə, hamilə qadınlara, süd verən analara, ürək -damar xəstəliyindən əziyyət çəkənlərə,böyrək və qaraciyər xəstələrinə tövsiyə olunmaması C.Abbasovun heç vecinə də deyil.Hətta Milli Məclisdə bütövlükdə energetik içkilərin ölkəmizdə satışı ilə bağlı müəyyən qadağaların tətbiq edilməsinə təşəbbüslər də hələ ki,nəticəsiz qalıb.Halbuki energetik içkilərin istehsalı,satışı, reklam edilməsi bir çox qabaqcıl Avropa ölkələrində qanunla qadağan edilib.
Qonşumuz Rusiyada da, nəhayət,prezidentin işə qarışması sayəsində məsələ həllini tapmaqdadır.İstehsalçı , eləcə də aidiyyatı təşkilatla, qurumlar respublikamızda da ölkə başçısının məsələyə müdaxiləsini gözləyirlər?O halda bu xəmirin çoox su aparacagı heç kəsı sirr deyil.
Bu içkinin tərkibindəki kafein insan orqanizmi üçün olduqca zərərlidir.İnsanlarda asılılıq yaradır, yuxusuzluq yaradır,ürək döyüntülərini sürətləndirir.Üstəlik mütəxəssislər müəyyən ediblər ki,”Buzon”da öküz sidiyi və sperması mövcuddur.
Belə çıxır ki, istehsalçı milli genefindumuza qənim çıxıb?
Düşündürücü suallar çoxdur.
Təssüf ki,C.Abbasov nələ nələr törətdiyinin fərqində deyil.Onun hansı məzhəbə xidmət etdiyi isə kimsəylə sirr deyil.
Təki cibləri dolsun, “millət necə tarac olur olsun,nə işim var”, psixologiyası onun əsas həyat qayəsidir .
Çox keçməz ki,”əkdiyini biçər,” inşəallah.
aktualxeber.az
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Abşeron rayonuna yeni zibil yığan maşın gəlib.

Teref.az-ın məlumatına görə, "Azərbaycan Reallığı"na video göndərən vətəndaş bildirir ki, rayonun Masazır qəsəbəsindən zibil daşıyan maşın bilinmir ki, zibili adiyyəti üzrə zibilxanaya aparır, yoxsa yerə tökür. Bu da Abşeron rayon icra hakimiyyətinin gördüyü işin mükəmməl nəticəsidir.

Guya zibil yığırlar amma zibili yerə tökürlər, insanlar etiraz edir, uca səslə zibil aparan maşını səsləsələr də sürücü məhəl qoymur, belə zibil yığımı dünyanın heç yerində yoxdur, buna görə də insanlardan hər ay 4 manat komunal pulu yığılır deyə vətəndaş video şikayətində bildirir.

 
Ardını oxu...
İnsan psixologiyasının mahir bilicisi Robert Qrinin çox məşhur kitabı var: “Hakimiyyətin 48 qanunu”. Kitabda hökmranlıq etmək, başqalarının düşüncələrini və əhvali-ruhiyyəsini məharətlə idarə etmək sənətinin sirləri öyrədilir. Burada öyrədilən fəndlər məmurlar tərəfindən tətbiq olunsa da, üstüörtülü saxlanılır, etiraf olunmur, dilə gətirilmir.
Görünür, 48 saylı notariat ofisinin xüsusi notariusu Səadət Hüseynov həmin o 48 qanunu hətta oxumayıbsa da belə, yaxşı mənimsəyib. Çünki onun korporativ maraqları üçün dövlət qanunları işləmir.
Yazının əvvəlini burdan oxuya bilərsiniz(48 saylı Notariusda dövlət qanunları niyə işdəmir?)
Bu mövzuda oxucularımıza təqdim etdiyimiz ötən yazıda 48 saylı notarius ofisinin Bakı şəhərində fərqli üç ünvanda fəaliyyət göstərməsindən yazmışdıq. 48 saylı notariat ofisi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində, bundan başqa “Meyvəli” deyilən yerdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat İmtahan İdarəsinin həyətində və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərir. Səadət Hüseynovun eyni zamanda üç ayrı məkanda notariat əməliyyatını necə aparması sual kimi qoyulmuşdu: “Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli olduğu halda, Səadət Hüseynov fiziki və hüquqi nöqteyi nəzərdən bu izah işlərini ayrı-ayrı məkanlarda necə çatdırır? Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə, digər ofislərdə sadalanan qaydalara necə əməl olunur?”
48 saylı notariat ofisinin rəhbərinin bunca geniş səlahiyyəti Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə yəqin ki razılaşdırılmış məsələdir, yəni, Səadət Hüseynova məxsusi olaraq bu şərait yaradılıb.Bəs görəsən Ədliyyə naziri Fikrət Məmmədovun bunlardan xəbəri varmı?Qanunların icrasına nəzarət edən bir nazirlikdə, qanunvericiliyin tələblərinin pozulması ozü-özlüyində çox maraq doğurur.Notariat haqqında Azərbaycan Respublikası Qanunlarının tələbləri pozularaq,Səadət Hüseynova xüsusi şərait yaradanlar görəsən hansı maraqları güdür?Məgər Səadət Hüseynov qanunlardan ” üstə durur”?.Bəlkə Notariat haqqında qanuna Səadət Hüseynova görə əlavə bənd salınıb?Yəqin ki yaxın günlərdə rəsmi sorğu ilə Ədliyyə nazirinə və digər aidiyyatı qurumlara müraciət edərək qoyulan suallara cavab tapmağa çalışacağıq. Diqqəti çəkən əsas məqam budur ki, Səadət Hüseynovun ofisi məhz BDYPİ-nin periferiyasında fəaliyyət göstərir. Deməli, burada əsasən avtomobillə, sahiblik, etibarnamə və s. ilə bağlı əməliyyatların təsdiqi həyata keçirilir. BDYPİ-nin funksionerlərinin mühüm gəlir mənbəyi olan və təcili xarakter daşıyan bu əməliyyatların icrasının ləngiməsi sərf eləmir. Əgər burada söhbət məqsədəuyğunluqdan, səmərəlilikdən, vətəndaş məmnunluğunun təminindən gedirsə, BDYPİ-nin struktur vahidlərinin yaxınlığındakı həmin ünvanlarda niyə 3 ayrı notariatus fəaliyyət göstərməməlidir? Səadət Hüseynovun başqa həmkarlarından nəyi üstündür? Axı “səadət quşu” niyə uçub məhz onun başına qonmalıdır? Həlledici olub-olmadığını deyə bilmərik, amma bir amil də var ki, etibarlı mənbədən aldığımız məlumata görə, BDYPİ-nin siqnal idarəsinin rəisi Müşfiq Rəhimov Səadət Hüseynovun qaynıdır. O Müşfiq Rəhimov ki, uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini işləyib. Deməli, eyni müştərinin yeznə və qayının xidmətindən istifadə etdiyi hallar çox olub. Necə deyərlər, ev bizim, sirr bizim./Əyalətmedia.az
https://aktualinfo.org/2023/09/18/fikr%c9%99t-m%c9%99mm%c9%99dov-s%c9%99ad%c9%99t-huseynovun-qanunazidd-%c9%99m%c9%99ll%c9%99rin%c9%99-niy%c9%99-goz-yumur/

Dünyapress TV

Xəbər lenti